Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gəyən
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Gəvən
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Gəyan
Gəyən düzü — Cəbrayıl rayonu və Qubadlı rayonu rayonlarının arasında yerləşir. == Adın etimologiyası == Türk mənşəli addır. Tam aydın, işıq olmayan mənalarına malik olduğu bilinir. Bəzi mənbələrdə "gəyən" sözü süd kimi aydın gecə mənasında izah olunur. Şivələrimizdə bu söz genişlik, açıqlıq mənalarındadır. "Mal-qaranı gəyənlikdə bağladılar" deyərkən açıq yerlər nəzərdə tutulmuşdur. Xalq etimologiyasına görə də "Gəyən" adı düzün geniş, ucsuz-bucaqsız olması ilə əlaqədardır. Bu söz genişlik mənası ilə yanaşı, quraqlıq, susuzluq mənalarına da malikdir. Sarı Aşığın aşağıdakı bayatısında bu söz həm geniş, həm də quraqlıq, susuzluq mənalarındadır. == Toponimikası == Mil düzünün bir hissəsidir.
Düzyarpaq gəvən
Astragalus mercklinii (lat. Astragalus mercklinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır.
Gəzən Pişiklər
Gəzən Pişiklər — doqquz kiçik adadan ibarət adalar qrupu. İnzinati cəhətdən Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Adalar Barens dənizinin cənub-şərqində, Ruskiy Zavarot burnundan şərqdə qərarlaşır. Peçora estuarisi daxilində qərarlaşan adaların yaxınlığında Çornaya, Peçira çayları axır. Ad Pomor şivəsindən götürülmüşdür. == İstinadlar == == Mənbə == "Arktika ilə tanışlıq —Gəzən Pişiklər" (rus). yachta-kotoyarvi.narod.ru. 2013-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-26. "Adalar - «Pişklər»" (rus).
Keçəbudaq gəvən
Odlu gəvən
Odlu gəvən (lat. Astragalus igniarius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Azərbaycan Kür-Araz düzənliyində və Abşeronda dəniz sahili ərazilərində yayılmışdır. Azərbaycanın endem bitkisidir. VU C2a(ı). Xəzər dənizi sahillərində qumlu yerlərdə yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Hünürlüyü 50-60 sm-ə çatan, yarpağı çoxbudaqlı, aşağı hissəsi ağacvarı yarımkoldur. Bütün bitki ağ tüklüdür. Yarpaqcıqları 3-4 cüt ensiz xətvarı, uzunsov, 6-20 mm uzunluqda, 1-3 mm enində, hər iki tərəfdən sıx ağ tüklüdür.
Qılıncvarı gəvən
Sıxyarpaq gəvən
Sıxyarpaqlı gəvən
Tükcüklüçiçək gəvən
Tükcüklüçiçək gəvən (lat. Astragalus dasyanthus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı, yatmış, düzqalxan və ya azca qalxan olub, uzunluğu 40 sm-dir. Yarpaqları növbəli, cüt olmayan lələkyarpaqlı, saplaqlı, uzunluğu 12-20 sm olmaqla, 12-14 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqları demək olar ki, oturaq, uzunsov-oval və ya uzunsov-neştərşəkilli, uzunluğu 15-20 mm, eni isə 6 mm-dir. Yalançı zoğu neştərşəkilli və itiucludur. Hamaşçiçəkləri sıx, başcıqlı, adətən 15-20 mm, açıq sarı, kəpənəkçiçək taclı olmaqla, zəngvari kasacığı vardır. Bitkinin çiçək tacının bütün hissəciklərində ağımtıl və ya sarımtıl tükcüklər vardır. Yuxarı və orta dağlıq ərazilərində, bozqır zonalarda və pöhrəliklərdə yayılmışdır.
Tüklü gəvən
Astragalus verus (lat. Astragalus verus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Türkmənistanda və İranda təbii halda yayılmışdır. Hündürlüyü 1 m-dək olan, yuxarı hissəsi seyrək budaqlı koldur. Gövdələri düz dayanan, budaqları çoxsaylı, qalın, uzun və ya qısa, əyilmiş, uzunluğu (2) 3-3,5 sm olan, horizontal iynələrlə sıx örtülmüşdür. Yalançı zoğları yumurtavari, uzunluğu təxminən 0,8-1 sm, ağ keçəli, ucu nazik, biz, möhkəm, bərkdir. Yarpaqları növbəli, ucu iynəlidir, böyümə prosesində bərkiyir və yaşlı budaqlarda yalançı zoğlarla birlikdə qalır. Xırda yarpaqları 6-8 (10) cüt, saplaq iynəsindən qısa, neştərvari və ya neştərvari-uzunsov olub, uzunluğu 2-5 mm, eni 1-2 mm, novşəkilli düzülmüş, iki tərəfdən qısa tüklü, ağımtıl və ya yaşılımtıldır. Çiçək altlıqları xətvari, ucu tüklü, yarpaqların qoltuqlarında iki ədəd, birillik budağın uzunluğu boyunca uzunsov, eni təxminən 1-1,5 sm olan sünbülvari çiçək qrupunda yerləşir. Kasacığın uzunluğu 5-7 mm, təxminən bünövrəsinədək qısa, ağ tükcüklü, dişcikləri konusvari borucuğun yarısına bərabərdir.
Xırdabaşlıqlı gəvən
Xırdabaşlıqlı gəvən (lat. Astragalus microcephalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz sıra dağlarının şimal hissəsində yayılmışdır. 40–60 sm hündürlükdə, sıxbudaqlı, yarpağını tökən koldur. Tikanları 2–3,5 sm uzunluqda, kənara yönələn, boz tüklüdür. Yarpağı 4–6 cütə qədər olub, neştərvari formada, ağ və sarımtıl tüklüdür. Yarpaqaltlıqları yumurtavari, ağ və sarımtıl tüklüdür. Çiçəyi yarpağın qoltuğunda 2 (3) ədəd olmaqla, birillik budaqların ucunda başcıqvari, şaraoxşar, 1–1,2 sm uzunluqda çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı kasacığın uzunluğuna bərabərdir. Kasacığı 5 mm uzunluqda, qalın, ağ, sarımtıl tüklüdür.
Zalım gəvən
Zarlı gəvən
Monqol gəvəni (lat. Astragalus mongholicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Astragalus membranaceus var. mongholicus (Bunge) P.K.Hsiao Astragalus penduliflorus var. mongholicus (Bunge) X.Y.Zhu Phaca macrostachys Turcz. Tragacantha mongholica (Bunge) Kuntze Astragalus borealimongolicus Y.Z.Zhao Astragalus membranaceus Fisch. ex Bunge Astragalus membranaceus var. mandshuricus Nakai Astragalus membranaceus f. propinquus (Schischk.) Kitag. Astragalus mongholicus var.
Zeytunyarpaq gəvən
Zeytunyarpaq gəvən (lat. Astragalus oleifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Bu bitki ilk dəfə Azərbaycanın şərq hissəsində təsvir edilmişdir. 10 sm hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları 3–3,5 sm uzunluqda olub, 8–14 cüt yarpaqcıqdan ibarətdir. Orta dağ qurşaqlarında, daşlıqlarda, bəzən az və ya çox rütubətli yamaclarda yayılmışdır. Naxçıvan MR-da dağətəyi zonalarda yayılmışdır. Tərkibində qatran vardır. Dekorativ əhəmiyyətlidir.
Çoxyarpaqcıqlı gəvən
Çılpaq gəvən
Qılıncvari gəvən
Qılıncvari gəvən (lat. Astragalus xiphidium) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Kiçik Qafqaz dağlarında yayılmışdır. 30-50 sm hündürlükdə yarımkoldur. Yerüstü hissəsi oduncaqlaşmışdır. Bitkinin üzəri çökük, ağ və ya boz tüklüdür. Bütün bitki yerə sərilmiş halda, ağ, yaxud boz tüklü, 3-5 cüt dar, xətvari, ucu küt, 10–14 mm uzunluqda, 1–2 mm enində yarpaqcıqları vardır. Paxlası qısayarpaqlı, adətən horizontal vəziyyətdə, xətvari, bizvari, 3-5 sm uzunluqda və 3 mm enində olub, üzəri tüklə örtülmüşdür. Yabanı halda mayda çiçəkləyir, meyvəsi iyun-iyulda yetişir. Toxum vasitəsi ilə çoxalır.
Bəyən düyməsi
Bəyənmə düyməsi — sosial şəbəkə xidmətləri, internet forumları, xəbər saytları və bloqlar kimi ünsiyyət proqramlarında istifadəçinin müəyyən məzmunu bəyəndiyini, zövq aldığını və ya dəstəklədiyini ifadə edə biləcəyi xüsusiyyət. Bəyənmə düyməsi olan veb-saytlar adətən hər bir məzmunu bəyənən istifadəçilərin sayını və onların tam və ya qismən siyahısını göstərir. Bəzi veb-saytlarda bəyənməmək düyməsi də var, ona görə də istifadəçi lehinə, əleyhinə və ya neytral səs verə bilər. Digər veb-saytlara daha mürəkkəb veb məzmunlu səsvermə sistemləri daxildir. Məsələn, məzmuna daha geniş formada reaksiya göstərmək üçün beş ulduz və ya reaksiya düymələri. == Tətbiqetmələr == === Vimeo === Video paylaşma saytı Vimeo 2005-ci ilin noyabrında bəyənmə düyməsini əlavə etdi. Tərtibatçı Andryu Payl bunu Digg.com saytındakı "digg" düyməsinin iterasiyası kimi təsvir edərək, "Digg-in konseptini bəyəndik, lakin 'Diggs' deməyi istəmədik, buna görə də biz bunu 'Bəyənmələr' adlandırdıq" dedi. === FriendFeed === FriendFeed-də bəyənmə düyməsi 30 oktyabr 2007-ci ildə elan edildi və icmasında populyarlaşdı. FriendFeed 10 avqust 2009-cu ildə Facebook tərəfindən satın alınmazdan əvvəl funksiya Facebook-a inteqrasiya edildi. === Facebook === "Facebook"un bəyənmə düyməsi "bəyənən əl" olaraq dizayn edilib.
Biyanyarpaq gəvən
Biyanyarpaq gəvən (lat. Astragalus glycyphyllos) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hamosa glycyphyllos (L.) Medik. Hedyphylla glycyphylla (L.) Rydb. Hedyphylla vulgaris Steven Tragacantha glycyphyllos (L.) Kuntze === Heterotipik sinonimləri === Astragalus gliciphyllos Neck. Astragalus glycyphyllos proles bosniacus (Beck) Asch. & Graebn. Astragalus glycyphyllos f. bosniacus Beck Astragalus glycyphyllos var. rotundifolius Čelak.
Boz gəvən
Dovşanquyruğu gəvən
Dovşanquyruğu gəvən (lat. Astragalus lagopoides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik Qafqaz, Şimali və Qərbi Monqolustan, Kiçik Asiya, Türkiyə və Şimali İranda yayılmışdır. Buna bəzən "sarı akasiya" da deyilir. Gürcüstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30 sm-ə çatan kol və ya yarımkoldur. Qısa, hamar gövdəli, budaqları tikanlı, boz qabıqla örtülmüşdür. Yarpaqları cütlələkvari olub, 4-8 cüt yarpaqcıqlardan ibarətdir. Yarpaqcıqlar 10-35 mm uzunluqda, 5-13 mm enində, uzunsov-ellipsvari və ya tərs-yumurtavari, üstdən açıq yaşıldır. Yarpaqaltlıqları şişkin və ucu bizvari, odunlaşmışdır.
Tikanlı gəvən
Bekker gəvəni (lat. Astragalus beckerianus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. Orta Asiya-Pamir-Alayda (Səmərqənd dağları) təbii halda yayılmışdır. Xırda budaqcıqlı, 7-15 sm hündürlükdə, yerə yatıq kolcuqdur. Yarpaqcıqları 6-8 cüt, xətvarı, ucu şiş, üstdən tüksüzdür. Paxlası oturan, uzunsov, biryuvalı, çoxtoxumludur. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqustda toxum verir. Generativ yolla çoxalır. Təbii ehtiyatının dəyişilməsi səbəbləri başlıca olaraq insan fəaliyyətidir. Becərilməsi haqqında məlumat yoxdur.
Şax gəvən
Şax astrakanta (lat. Astracantha jucunda) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü. Azərbaycanda Kiçik Qafqazda, Naxçıvan dağlarının orta qurşaq sahələrində yayılmışdır. Hündürlüyü 5-15 sm-ə çatan, yarpağını tökən kolcuqdur. Nazik budaqların diametri 5–15 mm-ə qədər olub, tikanlarla örtülü, yerə sərilmişdir. Yarpaqcıqları 7-8 cüt, uzunsov, dağınıq, kirpikvarı tüklüdür. Çiçəkləri sarı, şarvari, başcıq çiçək qrupundadır. İyul ayında çiçəkləyir. Paxlası uzunsov-yumurtavari, bir qədər yumşaq tüklüdür. Meyvələri avqust ayında yetişir.
Karl Geyer
Karl "Vogerl" Geyer (24 mart 1899, Vyana – 21 fevral 1998) — Avstriyalı beynəlxalq futbolçu və məşqçi idi. O, 1955-1956-cı illərdə Avstriya Milli Futbol Komandasının məşqçisi olub.
Laval (Məyen)
Laval — Fransanın qərbində şəhər və kommuna, Mayen departamentinin prefekturası. == Coğrafiya == Şəhər Mayen çayının sahillərində, Bretan, Normandiya və Anju tarixi ərazilərinin qovşağında yerləşir. Ərazi sahəsi 54 km². Laval, Fransız sənətçi Anri Russo və yazıçı Alfred Jarrinin məmləkətidir.
Qeren (kommuna)
Qeren (fr. Guéreins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01183. 2010-ci ildə əhalinin sayı 1308 nəfər təşkil edirdi. 2010-cu ildə 838 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 665 nəfər iqtisadi cəhətdən fəal, 173 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 79.4%, 1999-cu ildə 73.0%). Fəaliyyət göstərən 665 sakindən 618 nəfər (337 kişi və 281 qadın), 47 nəfəri işsizdir (22 kişi və 25 qadın). 173 hərəkətsiz olan 59 nəfər arasında şagird və ya tələbə, 74 nəfər təqaüdçü, 40 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Rober Geren
Rober Geren (fr. Robert Guérin; 28 iyun 1876, Fransa – 19 mart 1952) — 1904–1906-cı illərdə FİFA prezidenti. Dünya futbol qurumunun birinci rəhbəri Rober Qeren əvvəllər "Le Martin" jurnalında işləyib. Futbol cəmiyyətlərinin birləşdirilməsi ideyası ilə birinci dəfə o çıxış edib. O, bu ideyaları haqqında işlədiyi jurnalda məlumat verirdi. Qeren hətta bir müddət Fransa yığmasının baş məşqçisi də olub. 1904-cü ildə onun rəhbərliyi altında fransızlar Belçika ilə qarşılaşıb. Bir ildən sonra FİFA-nın yaradılması yolunda bəzi addımlar atılıb. Rober ilk dəfə klublar arasında dünya çempionatını təşkil etmək fikrinə düşür. 15 ölkəni təmsil edən klub həmin turnirdə iştirak etməli idi.
Rober Qeren
Rober Geren (fr. Robert Guérin; 28 iyun 1876, Fransa – 19 mart 1952) — 1904–1906-cı illərdə FİFA prezidenti. Dünya futbol qurumunun birinci rəhbəri Rober Qeren əvvəllər "Le Martin" jurnalında işləyib. Futbol cəmiyyətlərinin birləşdirilməsi ideyası ilə birinci dəfə o çıxış edib. O, bu ideyaları haqqında işlədiyi jurnalda məlumat verirdi. Qeren hətta bir müddət Fransa yığmasının baş məşqçisi də olub. 1904-cü ildə onun rəhbərliyi altında fransızlar Belçika ilə qarşılaşıb. Bir ildən sonra FİFA-nın yaradılması yolunda bəzi addımlar atılıb. Rober ilk dəfə klublar arasında dünya çempionatını təşkil etmək fikrinə düşür. 15 ölkəni təmsil edən klub həmin turnirdə iştirak etməli idi.