Gavahın
Gavahın (əvvəlki adı: Kavahan) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Gavahın kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kavahan kəndi Kavahın kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Gavahın kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
== Toponimikası ==
Kəndin adı 1992-ci ilədək Gavahan variantında qeydə alınmışdır. XIX əsrdə Şuşa qəzasında eyniadlı dağ və yaşayış məntəqəsi olmuşdur. Oykonim qədim türk dillərindəki gav (dağ yamacı, eniş, sürüşkən yer) və ahın/axun (yüksəklik, zirvə) komponentlərindən düzəlib, "dağ ətəyi" deməkdir.
== Tarixi ==
=== Tarixi abidələri ===
Gavahın kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
== Coğrafiyası və iqlimi ==
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
== Əhalisi ==
== İqtisadiyyatı ==
== Mədəniyyəti ==
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.