FÜRUƏLFİQH
GƏBR
OBASTAN VİKİ
Gavur arxı
Gavur arxı — Qarabağda qədim suvarma kanalı. Müasir ədəbiyyatda Govur arxı kimi də yazılır. Mənbəyini Araz çayından götürür və Beyləqan ərazisindən keçib Ağcabədidəki Qarqar çayına qovuşur. Mənbələrdə adı "Barlas" kimi çəkilmişdir. Sovet hakimiyyəti illərində təmir etdirilən bu suvarma kanalı Orcankidze kanalı adlandırılmışdır. Gavur arxının adının yaranması ilə bağlı bir neçə rəvayət mövcuddur: deyilənlərə görə bu arxı gavurlar çəkmişlər. Gavurlar — islam dinini qəbul etməyənlərə, kafirlərə verilən addır. == Gavur arxının tarixi == Tarixçi Seyid Əli bin Kazım göstərmişdir: "Araz çayından iki böyük arx çəkilmişdir. Bunlardan biri Oltan (Varsan) şəhərinin xarabalarına paralel olan Beyləqan arxıdır ki, bu arx Aran səhrasının ortasına kimi davam edir. İkinci arxa gəldikdə o, Arazın cənubunda Oltan şəhəri yaxınlığından başlanaraq Muğan səhrasında qədim dövrlərdə mövcud olub sonralar qurumuş Xərəncu arxı ilə birləşmiş və onu təzələmişdir.
Gavur arxı (Qarabağ)

Gavur qalası (Şəki)
Gavur qalası — Gavur qala Şəkinin Baş Kəldək kəndində yerləşən VI əsrə aid qala. == Haqqında == Şəki rayonunun Baş Kəldək kəndində yerləşən 326 inventar nömrəli Gavur qalası ölkə əhəmiyyətli memarlıq abidəsidir. Hal-hazırda abidənin yerləşdiyi yüksəkliyin ətəyinə Şəki yaylası istirahət mərkəzinin ərazisindən asma körpü ilə yol var. Abidə Azərbaycanın xristianlıq tarixi ilə bağlı olub Sasanilər dövrünə aid olsa da, yerli əhali arasında daha çox Həzrəti Əli qalası kimi də tanınır. Buna səbəb abidənin yüksəklikdə yerləşməsidir. Abidə Azərbaycan Respublikasının alban irsi abidələri siyahısına daxildir. Abidənin aşağısında qalanı su ilə təmin etmək üçün iri su hovuzu var.
Gedək Gavur qalası
Gedək Gavur qalası — VIII–XIV əsrlərə aid tarixi abidə. Şəki rayonunun Baş Küngüt kəndində yerləşir.
Gavurarx
Gavurarx — Güney Azərbaycan ərazisindən Quzey Azərbaycan ərazisinə qədər uzanan və Atropatena dövrünün yadigarı olan qədim arx. Arxın adı bir çox tarixi mənbələrdə xatırlanır. T. Bəhrami "Əkinçilik mədəniyyəti" adlı əsərində yazır: "Muğanda görünməkdə olan bir arx Gavurarx adı ilə məşhurdur. Daha doğrusu Gavurların arxı. Bu arx qədimdə Muğan atəşpərəstləri tərəfindən çəkilmişdir. Muğanı Arazın suyu ilə bu arx vasitəsilə suvarırmışlar. Gavurarxın hal hazırda dolmasına baxmayaraq onun nişanələri hələ də qalmaqdadır." Güney Azərbaycanda arxın uzunluğu 100 kilometrdən artıqdır. Teymur Bünyadov yazır ki, Gavurarx adı yəqin ki, ona İslamın qəbulundan sonra verilmişdir. Şəmsəddin Saminin fikrincə Gavurarxın adındakı gavur sözü "gəbr" sözündən törəmədir və gavur atəşpərəst deməkdir. T. Bünyadov bildirir ki, ola bilsin ki, arxın çəkilməsində farsların hansısa rolu olmuşdur və yerli türk əhali də ona görə bu arxı Gavurarx adlandırmışdır.
Gavurarx (Muğan)

Gavurbağı (qəzet)
Gavurbağı — İraqda qəzet. 29 iyun 1959-cu ildə təsis edilmişdir. == Məlumat == İlk sayı 29 iyun 1959-cu ildə dərc olunmuş "Gavurbağı" 15 sentyabr 1960-cı il tarixində 34-cü sayını çap etmişdi Qəzet 26 sentyabr 1960-cı il tarixində yenidən "Kərkük"ə çevrildi. "Gavurbağı"nın birinci səhifəsində ilk dəfə təsbit olunmuş "türkmanca qismi" ifadəsi daha əvvəl "Kərkük" qəzetinin ilk səhifəsində "türkcə qismi" şəklində idi. Qəzetin iki sayı çap edildikdən sonra "türkmanca" ifadəsi götürüldü və "Gavurbağı" ancaq ərəb dilində çap olunmağa başlamışdır. Qəzetin ilk səhifəsini bəzəyən "Gavurbağı" dizaynı qırmızı olmaqla, yanında neft qülləsi və yaşıl rəngdə sünbül təsvir edilmişdi. 29-cu sayından etibarən qəzet qara rəngdə çıxmağa başladı.
Gavurqala
Gavurqala (Ağdam) — Azərbaycanın Ağdam rayonunun Sofulu kəndi ərazisində erkən orta əsrlər dövrünə aid şəhər xarabalığı. Gavurqala kilsəsi — Azərbaycanın Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqları. Gavurqala – Azərbaycanın Ağdam rayonunun Boyəhmədli kəndinin cənubunda yerləşən ilk orta əsrlərə aid yaşayış yeri. Govurqala — Azərbaycanın Şəki rayonunun Baş Kəldək (Böyük Gəldək) kəndində yerləşən, 6-cı əsrə aid alban məbədi. Govurqala — Azərbaycanın Qobustan rayonunun Cəyirli kəndində yerləşən qədim qala. Gavurqala (Govurqala / Xaçmaz Govurqalası / Qızlar Qalası) — Azərbaycanın Oğuz rayonunun Xaçmaz, Ərmənət, Xalxal və Filfili kəndləri yaxınlığında, Qaladağ dağının zirvəsində yerləşən, 7-ci əsrə aid istehkam xarakterli tarixi memarlıq abidəsi. Qabur qülləsi — Azərbaycanın Oğuz rayonunun Xaçmaz, Ərmənət, Xalxal və Filfili kəndləri yaxınlığında, Qaladağ dağının zirvəsində yerləşən, 7-14-cü əsrlərə aid müdafiə təyinatlı qüllə. Govurqala — Azərbaycanın Qəbələ rayonunun Bum qəsəbəsi yaxınlığında IX-XIV əsrlərə aid qədim memarlıq abidəsi. Govurqala — Azərbaycanın Qəbələ rayonunun Çuxur Qəbələ kəndi yaxınlığında, Köndələndağın ətəklərindəki Qədim Qəbələ (Kabalaka) şəhərinin xarabalığında qala. Govurqala — Azərbaycanın Laçın rayonunun [[Mişni (Laçın)|Mişni kəndində qala.
Gavurqala (Ağdam)
Gavurqala — Azərbaycan respubliksı ərazisində erkən orta əsrlər dövrünə aid şəhər xarabalığı. Gavurqala şəhər yeri Ağdam rayonunun Boyəhmədli kəndi ərazisində yerləşir. Mərkəz hissəsi düz səthlidir. Ətraf ərazidən 6–8 m yüksəklidədir. Burada ilk arxeoloji tədqiqatlar 1958-ci ildə aparılmışdır. Qazıntılar nəticəsində ərazidə III-V əsrlərdən başlayaraq X-XI yüzilliyə qədər yaşayışı özündə əks etdirən 4 metr qalınlığında mədəni təbəqə üzə çıxarılmışdır. Yaşayış yerində əsas inşaat materialı kimi daşdan, bişmiş və çiy kərpicdən, kirəmitdən istifadə edilmişdir. Binalar yüksək sənətkarlıqla tikilmişdir. Ağ daşdan inşa edilmiş Gavurqala kilsəsi şəhərdə memarlığın inkişafını xarakterizə etmək üçün ən gözəl nümunədir. Məbədin Şərq hissəsində xüsusi otaqdan ibarət olan mehrab ellipsvaridir.
Gavurqala (Oğuz)
Gavurqala — Oğuz rayonunun Xaçmaz kəndi ərazisində istehkam xarakterli tarixi-memarlıq abidəsi. == Haqqında == Gavurqala XVII əsr ədəbiyyatında Xaçmaz Govur qalası adı ilə məlumdur. A. Bakıxanovun məlumatına əsasən Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində 1578–1583-cü illərdə Səfəvi sərkərdəsi Zülqədər Məmmədqulu ilə Osmanlı sərkərdəsi Əbubəkr Mirzənin qoşunları arasında Xaçmaz Gavurqalasının qarşısında döyüşlər baş vermişdir. Gavurqalanın yerləşdiyi dağ çay səthindən təxminən 2 km yüksəkdədir. Şimal tərəfdə bu dağ Böyük Qafqaz dağlarının yamacları ilə birləşir. Dağın üstü ilə qalaya fayton yolu olmuşdur. Cənub və şərq tərəflərdən isə qalaya ancaq piyada yolu vardır. Mənbələrə görə qala Vll əsrdə sadə memarlıq üslubunda çay daşı və kirəc məhlulu ilə tikilmişdir, iki mərtəbəlidir. Darvazası kiçik ölçülüdür. Onun eni 1,5 metr, hündürlüyü 3 metrdir.
Gavurqala (Ərdəbil)
Gavurqala (fars. گورقلعه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 356 nəfər yaşayır (74 ailə).
Gavurqala bazilikası
Gavurqala kilsəsi — Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqlarıdır. == Tarixi == Bazilika Ağdam rayonunun Sofulu kəndində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır. Abidə ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmiş R. Vahidov bazilikanın VIII-X əsrlərdə inşa edilmiş olması ehtimalını səsləndirmişdir. G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.” == Memarlıq xüsusiyyətləri == Bir nefli zal tipli xristian məbədi onun Narınqalasının qərb hissəsində aşkar olunmuşdur. Düzbucaqlı, uzunsov quruluşlu, şərq-qərb istiqamətli bu tikili şərqdə yarımdairəvi apsida ilə tamamlanır. İbadət otağının uzunluğu 11,95 m, eni 5,25 m-dir. Mehrab apsidası məbədin döşəməsindən 0,45-0,60 m yuxarıda yerləşir. Onun eni ibadət otağının eninə bərabərdir. Döşəmədən apsidaya daşdan inşa edilmiş 2 pillə ilə qalxmaq mümkündür. Аrxeoloji qazıntılar nəticəsində bu pillələrdən ancaq birinin qorunub saxlanıldığı müəyyənləşdıirilmişdir.
Gavurqala kilsəsi

Qala gavuru
Qala gavuru (Kale gavuru) - İraqda yaşayan xristian inanclı türkmanlar. Kərkükda təxminən 30 min qala gavuru yaşayır. Mənşəyləri Peçeneq, (Xristian Oğuz) Uz, Qıpçaq və Oğuz xalqlarına əsaslanır.
Gavurbağı qətliamı
Gavurbağı qətliamı — 12 iyul 1946-cı ildə İraqın Kərkük şəhərində türkmanlara qarşı qətliam. Hadisə İraq polisinin Kərkük Neft Şirkətinin Gavurbağı parkında toplaşaraq haqlarını tələb etmək üçün aksiya keçirən türkman əsilli işçiləriə atəş açması ilə baş tutmuşdur. == Qətliam == İraqda Kərkük Neft Şirkətinin türkman əsilli işçiləri haqlarını tələb etmək məqsədilə Kərkük şəhərində tətilə çıxmışdır. 7 iyul 1946-cı ildə İraq İqtisadiyyat naziri Baba Əli Şeyx Mahmud tətili dayandırmaq üçün işçilərə təzyiq etmək üçün baş nazir Ərşad əl-Öməri ilə görüşmüşdür. O, öz təhdid və hədə-qorxu üsulları ilə onları etirazı dayandırmağa inandıra bilməmişdir. Tətil keçirən işçilər Gavurbağı parkına toplaşaraq aksiya keçirmişdir. Bundan sonra İraq polisi əraziyə gələrək onlara atəş açmışdır. Hücum nəticəsində 16 işçi həlak olmuş, 30 nəfər yaralanmışdır.

Digər lüğətlərdə