GUR

I
прил.
1. сильный (значительный по силе и степени своего проявления). Gur yağış сильный дождь
2. яркий (излучающий сильный свет, хорошо светящий). Gur işıq яркий свет, günəşin gur şüaları яркие лучи солнца
3. громкий, сильно звучащий (о голосе). Gur səs громкий голос
4. густой, нередкий. Gur saçlar густые волосы, gur yal густая грива
5. бурный, бушующий, бурлящий. Gur çay бурная река, gur dalğalar бурные волны
6. шумный:
1) производящий шум. Gur şəlalə шумный водопад
2) наполненный шумом, оживлённый. Gur küçələr шумные улицы, gur bazarlar шумные базары
7. оживлённый:
1) протекающий живо, бойко. Gur alver оживлённый торг (бойкая торговля), gur söhbət оживлённая беседа
2) исполненный жизни, движения. Şəhərin ən gur yeri самое оживлённое место города
II
нареч.
1. сильно. Yağış gur yağır сильно идёт дождь
2. ярко. Günəş gur işıq saçır ярко светит солнце
3. бурно
4. громко. Gur səslənir громко звучит
5. густо. Saçları gur çıxır волосы густо растут
6. оживлённо, живо. alver gur gedir торговля идет оживлённо, söhbət gur gedir беседа проходит живо; gur vaxtında в разгар, в разгаре. Yayın gur vaxtında в разгаре лета, işin gur вахты в разгаре работы
GUPSAMAQ
GUR-GUR
OBASTAN VİKİ
Gur
Qövr vilayəti və ya Qur vilayəti (fars. غور‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin ərazisi 36.479 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 625.2 min nəfər, inzibati mərkəzi Çağçaran şəhəridir. Əhalisini əsasən taciklər, həzaralar, aymaqlar, özbəklər və puştunlar təşkil edir.
Bəhram Gur
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
Əmiri-Gur
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
"Bəhram Gur" stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. == Tarixi == Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. == Stansiyaları == "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Bəhram Gur heykəli
Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır. Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.
Bəhram Gur stansiyası
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. == Tarixi == Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. 1960-cı il mayın 5-də istifadəyə verilmişdir. SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. == Stansiyaları == "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. Stansiyalar arası məsafə 455 metrdir. Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). 2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi.
Bəhram Gur (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Bəhram Gur və qoca çoban
Bəhram Gur və qoca çoban — Nizami Gəncəvinin "Yeddi gözəl" poemasında təsvir edilmiş səhnə əsasında Mir Seyid Əli tərəfindən çəkilmiş rəsm əsəridir. == Mövzu == Nizaminin “Yeddi gözəl” poemasında Bəhram şahın vəziri Rast Rövşən xalqa əzab verir. Şərab və əyləncə Bəhramın gözlərini o qədər dumanlandırmışdır ki, vəzirin əməllərini görə bilmir. Nəhayət, bir gün Bəhram köpəyini ağacdan asmış bir qoca çobana rast gəlir. Şah öyrənir ki, köpək xəyanət etdiyi üçün cəzalandırılmışdır: Çobanın ibrətli, müdrik kəlamı Bəhramı ayıldır. O, çobanın sözlərini eşitdikdən sonra: == Təsvir == Burada bütün insan və heyvan fiqurları təbii, həm də miniatür üslubu daxilində real işlənilmişdir. İnsan fiqurlarının duruş və hərəkətləri, heyvanlar və onlara xas olan vərdişlər maraqlı təsvir edilmişdir. Fonda dağ mənzərəsi, qarşıda ağacdan asılmış it, azca aşağıda isə digər personajlar görünür. Bəhram şahla üzbəüz dayanan çoban, sanki süjeti tamaşaçıya nəql edir. Miniatürdə hər şey sadə, təbii və poetikdir.
Bəhram Gur və Fitnənin ova çıxması
Bəhram Gur və Fitnənin ova çıxması - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Müzəffər Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram şahın Fitnə adlı ay üzlü, zirək və ağıllı bir kənizi var idi. Bir gün şah növbəti ov səfərinə Fitnəni də özü ilə aparır. Onun şücaəti hamını heyrətə salsa da, Fitnə şahın qoçaqlığına qarşı susur, nazındanmı, hiyləsindənmi, nədənsə şahı tərifləmir. Bu zaman uzaqda bir maral qaçır: Fitnə şaha cavab verir ki, == Təsvir == Miniatürdə Bəhramın oxla gurun dırnağını qulağına tikdiyi an təsvir edilmişdir. Burada əsas fiqurlardan əlavə daha dörd süvari, müxtəlif səmtlərə qaçışan iki gur və dağ keçisi təsvir olunmuşdur. Əlində musiqi aləti tutan Fitnə şahı müşayiət edir. Gənc xidmətçi onun atını yedəyə almışdır.
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Aechmea gurkeniana
Aechmea gurkeniana (lat. Aechmea gurkeniana) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aquila gurneyi
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Artemisia gurganica
Artemisia gurganica (lat. Artemisia gurganica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Bəhram Gurun heykəli
Bəhram Gurun heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində şəhər funikulyorunun qarşısında Azneft meydanında abidə və eyniadlı fontan. Abidədə Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının qəhrəmanı, Sasanilər sülaləsinin beşinci hökmdarı Bəhram Gurun ayağının ətrafına sarılan ilanabənzər əjdahanı qılıncla öldürməsi təsvir olunmuşdur. Bu heykəli 1959-cu ildə üç heykəltaraş - Albert Mustafayev, Qorxmaz Sücəddinov və Aslan Rüstəmov hazırlamışdır. Bəhram Gurun heykəli 2007-ci ilin sentyabrın ortalarında Bakının "Azneft" meydanı yaxınlığından götürüldükdən sonra Rəssamlar İttifaqı Bədii Fondunun tunc sexində üç aya yaxın müddətdə bərpa olunduqdan sonra yerinə qaytarılmışdır. 2007-ci ilin dekabrın 15-də heykəlin bərpasından sonra açılışı olmuşdur. Bəhram Gurun heykəli 47 il əvvəl hazırlanıb və Bakıda ilk heykəlli fəvvarə hesab olunur. Heykəlin hündürlüyü 3,5 metrdir.
Bəhram Gurun şir ovu
Bəhram Gurun şir ovu - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Sultan Məhəmməd tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Yeddi gözəl" poemasında, Bəhram Gurun vəhşi heyvan ovunu çox sevməsi, atdığı oxların boşa çıxmaması tərif olunur. Şair yazır ki, hətta Bəhram bir dəfə guru pəncələri altına almış şiri oxla hədəfə alıb, onu öz qurbanı ilə bir-birinə tikmişdir. == Təsvir == Nizaminin təsvir etdiyi bu qəhrəmanlıq epizodu bir çox rəssamlar kimi Sultan Məhəmmədi də maraqlandırmışdır. Miniatürün mərkəzində atlı Bəhram, onu müşayiət edən saray əyanları və şahın sevimli kənizi Fitnə təsvir olunmuşdur. XVI əsr Təbriz miniatür məktəbinin üslubuna uyğun olaraq Sultan Məhəmməd öz kompozisiyasında əsl süjetlə əlaqəsi olmayan çoxlu heyvan və başqa personajlara geniş yer vermişdir. Bütün bunlarla yanaşı, o, əsas süjet fonunda heyvanat aləminə xas olan kiçik bir epizod da təsvir etmişdir. Bu epizod təbiətən bir-birinə düşmən olan xallı pələnglə aynın əhvalatıdır; sıldırım qaya üzərində dayanan ayı özündən aşağıda ona tərəf dırmanan pələngə atmaq üçün iri bir qaya parçasını havaya qaldırmışdır.
Bəhram Gurun əjdahanı öldürməsi
Bəhram Gurun əjdahanı öldürməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Məhəmməd Zaman tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatür əlyazmasına sonradan əlavə edilmişdir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Təsvir == Əsərdə şərq miniatürlərinə xas olan kompozisiyanın ənənəvi sistemi dəyişdirilmişdir. Atlı Bəhram, ön planda qabarıq verilmiş caib əjdahaya ox atır. Arxa planda ağaclı dağlar və Avropa tipli bir ev görünür. Rəssam şərq üslubunu yalnız Bəhramın geyimində və surətində saxlamışdır. == Tədqiqi == 1675-ci ildə Bəhram Gurun əjdahanı öldürməsi mövzusunda miniatür işləmiş Məhəmməd Zaman, İtalyan rəssamlığından təsirlənmişdir. Nadir Zamanov qeyd edir ki, "İtaliyada təhsil almış bu rəssamın yaradıcılığında klassik miniatür üslubu ilə realistik Avropa boyakarlığının xüsusiyyətləri birləşir." İvanovun fikrincə isə, Məhəmməd Zaman İsfahanda hansısa italyan rəssamdan təhsil almışdır.
Fəxrəddin Əsəd Gurgani
Fəxrəddin Əsəd Gurgani — XI əsr fars şairi.
Grande de Gurupa
Tupinambarana (port. Ilha Grande de Gurupá) — Braziliyada Amazon çayı hövzəsində yerləşir. == Coğrafiyası == Adanın sahəsi 4,864 km² təşkil edir. Sahəsinə görə Banabal və Tupinambarana adasından sonra çayla əhatələnmiş ikinci böyük Çay adasıdır. Ada ilə əlaqə hava və su nəqliyyatı vastəsi ilə yaradılır. Amazon çayının deltasında qərarlaşır.
Hurdy Gurdy
Hurdy Gurdy — Musiqi aləti. Hurdy- gurdy (Çexcə Niněra) çarxla tellərə sürtünərək səs çıxaran simli alətdir. Çarxın funksiyası daha çox skripka yayına bənzəməklə onda çalınan melodyalar da skripkanınkına bənzəyir. Melodyalar tonlarını dəyişmək üçün klaviaturanın üzərində çalınır. Çoxu simli alət kimi simlərin titrəməsini eşidiləbilər hala gətirən səs taxtası vardır. Hurdy gurdynin mənşəyinin ümumiyyətlə skripkadan, həmçinin 11-ci əsrdən əvvəl Avropadan və ya Orta Şərqdən (məs: rebab aləti) gəldiyi düşünülür. 17-ci əsrdə musiqi zövqünün dəyişməsi ilə əlaqədar və hurdy gurdynin verə biləcəyindən daha çox polifonik istedad istədi və alət ən düşük sosail siniflərə itələndi. XVIII əsrdə hurdy gurdy yenidən məşhurlaşmağa və üst siniflərə geri dönməyə başladı. Bu müddət ərzində artıq onun müxtəlif növləri qərbi slavyan ölkələrinə, alman dilli ərazilərə, Macarıstana və həmçinin Mərkəzi Avropaya da yayılmışdı.
Kari-gurashi no Arietti
Liliputlar diyarından Arietti (借りぐらしのアリエッティ, Kari-gurashi no Arietti) — Studio Ghibli tərəfindən 2011 ildə buraxılan tam metrajli animasiya filmi. Film yazıçı Meri Nortonun "The Borrowers" kitabı əsasında çəkilib. Rejissor – Hiromasa Yonebayaşi, ssenari müəllifləri - Hayao Miyazaki və Keyko Niva, bəstəkar - Sesil Korbel. == Məzmun == Özlərini "Borrowers" ("götürənlər") adlandıran balaca adamlar adi insanların yanında yaşayır və yaşamaq üçün lazım olanları onlardan götürürlər. Onlar varlığı bir sirrdir və insanların gözünə dəymək onlar üçün böyük bir problem deməkdir. Belə adamlardan biri 12 yaşlı Sönun gözünə dəydikdən sonra hekayə başlayır.
Mimizuku gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Məzrayə-i Gura (Hurand)
Məzrayə-i Gura (fars. مزرعه گورا‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (4 ailə).
Otus gurneyi
Qırmızıqulaq meşə bayquşcuğu (lat. Otus gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin meşə bayquşcuğu cinsinə aid heyvan növü.
Şiraslan Gursəsli
Əhmədsər Gurab
Əhmədsərgurab — İranın Gilan ostanında yerləşən şəhər.
Hüseyn Rəhmi Gurpınar
Hüseyn Rəhmi Gurpınar (17 avqust 1864, İstanbul – 8 mart 1944, Heybəliada) — türk yazıçı, publisist. == Həyatı == O, 17 avqust 1864-cü ildə padşahın yavəri Mehmed Səid paşa və Ayşə Sidiqə xanımın ailəsində İstanbulda Ayaspaşada dünyaya gəlmişdir. Kiçik yaşlarında anasını vərəm xəstəliyindən itirən Hüseyn Rəhmi bir müddət Giritdə atasının yanında qalıb, ilk təhsilinə burada başlasa da, atası evləndikdən sonra ana nənəsinin yanına İstanbula qayıtmışdır. O, burada Ağsarayda Yaqubağa məhəlləsində nənəsi və xalalarının yanında böyümüşdür. Burada Yaqubağa (Ağayoxuşu) məhəllə məktəbində, daha sonra Mahmudiyyə Rüşdiyyəsində təhsil almışdır. Tarix müəllimi Əbdürrəhman Şərəf Əfəndinin təşviqi ilə iki ilə qədər Mülkiyyə məktəbində təhsilinə davam etmiş, burada fransız dilini incəliklərinə qədər öyrənmişdir. İkinci kursda oxuyarkən möhkəm xəstələnmiş və bununla əlaqədar olaraq təhsilini yarım qoymalı olmuşdur (1880). Bir müddət müxtəlif dövlət müəssələrində məmur kimi fəaliyyət göstərsə də, 1908-ci ildə işindən ayrılıb, həyatını ədəbiyyata həsr etmişdir. Hüseyn Rəhmi Türkiyə Böyük Millət Məclisinin Kütahya üzrə 5-ci (1936–1939) və 6-cı (1939–1943) Çağırış millət vəkili kimi fəaliyyət göstərmişdir. O, 8 mart 1944-cü ildə İstanbulda Heybəliadadakı evində vəfat etmiş, Abbas Paşa qərbristanlığında dəfn edilmişdir.

Digər lüğətlərdə