Gövhəri
Gövhəri (XVII əsr – XVIII əsr) — XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri.
== Həyatı ==
XVII əsrin ikinci yarısı, XVIII əsrin öncələrində yazıb-yaradan saz şairlərindən biri də əsərləri o zamandan indiyə kimi sevilə-sevilə oxunan ünlü Gövhəridir. Aşıq Gövhərinin harada və havaxt anadan olması ilə bağlı indiyə qədər konkret bir tarix göstərilməmişdir. Bəzi araşdırmaçıların yazdığına görə bu saz şairi XVII yüzilliyin ortalarında Krımda anadan olmuş və 1715-ci ildən sonra vəfat etmişdir. Hətta, bəzi tədqiqatçılar onun 1737-ci ildə yaşadığını, sağ olduğunu ehtimal eləyirlər. Bir müddət Ərəbistanı, Türkiyənin Avropa hissələrini gəzib-dolaşmış, sonralar İstanbula gələrək, şair Mehmet Bəhri Paşanın (7-1700) divanını tərtib edibdir. Qaynaqlarda onun adının da Əli, Mehmet, Mustafa deyə müxtəlif şəkillərdə qeyd olunduğu gözə çarpır. Hansının daha dəqiq onun əsl adı olduğunu bilmək olmur. Şerlərinin birində:
Gevheri tahirdir Mustafa ismim//
Bir katre meniden halk oldu cismim.
-misralarından da göründüyü kimi, adının Mustafa olduğunu söyləyir.Mədrəsə təhsili alan Gövhəri də Dərdli, Ömər, Bayburtlu Zehni, Seyrani kimi təkcə saz şairləri içərisində deyil, klassik divan ədəbiyyatı mühitində də tanınmışdır.