GÜC, QÜVVƏ(T) Həmzə ağır-ağır qalxdı, sanki dostlarından güc, qüvvə almaq istəyirmiş kimi stadiona yazıq-yazıq göz gəzdirdi (Ə.Qasımov); Əyəcək, bilirəm, mendədir qüvvət; Birlikdə can bulur hər qərib niyyət (S.Vurğun); AMAN Dad edib suzəni çəkdim əlindən; Qoymadı canımda aman ayrılıq (Qoşma); CƏBR (köhn.) [Səadət xanım:] Əlac nədir .. hər zülmə, cəbrə tab elərəm, ancaq Fəxrəddin salamat qalsın (N.Vəzirov); GİR ..Yalın ayaq çaparaq; Güvənib öz girinə; Cumdu döyüş yerinə (M.Rahim); HAL Rəsul: Anacan, dayanmağa halım yoxdur, gərək mən gedəm (“Aşıq Qərib”); İXTİYAR Qalmadı canımda ixtiyar, gəlin! (M.P.Vaqif); İQTİDAR Mən deyirəm ki, yox, azar, ay azar; Hələ yaratmağa iqtidarım var (M.Rahim); KİRDAR (kl.əd.) Canım oda yandı, qoyma, gəldi! Kirdarı yamandı, qoyma, gəldi! (M.Ə.Sabir); QÜDRƏT Şaxta qılıncını qoymuşdu qına; Yazın qüdrətinə təslim olur qış (S.Vurğun); TAB Fəxrəddin: Əvvəla ondan ötrü ki, dəxi hicrana tabım yoxdur, mənim Səadətdən uzaq düşməyə taqətim ola bilməz (N.Vəzirov); TAB-TAVAN (kl.əd.) Pul gedir, tabü tavanın da gedir; Üstəlik bir quru canın da gedir (M.Ə.Sabir); TAQƏT ..çünki yeriməyə ayaqlanmda taqət qalmamışdı (A.Şaiq); ZOR (dan.) Aslan: Xoşluqla razı olmadınız, xanım, mənim zorum da yox deyil, – dedi (M.Hüseyn).