gülxana 2021
gülkarlıq 2021
OBASTAN VİKİ
Gülxətmi
Gülxətmi (lat. Alcea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Dərman gülxətmi
Çəhrayı gülxətmi
Çəhrayı gülxətmi (lat. Alcea rosea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. Çəhrayı bəlğəmotunun hündürlüyü 2-2,5 metrə qədər çata bilir. Ağ, çəhrayı, bənövşəyi, sarı, qırmızı çiçəkləri ola bilər. Çiçəkləri xətli ya da ləkəli ola bilir. Geniş və yumru yarpaqları ürək formasındadır. Günəşli, küləksiz yerlərdə yaxşı inkişaf edir. Gilli və qida maddələrin tərəfindən zəngin, yaxşı gübrələnilmiş torpaqları sevir. ilıq iqlimlərdə, iyun-avqust sonuna qədər çiçəkli qalır. Xalq təbabətində bəlğəmotunun yarpaqlarından, çiçəklərindən və köklərindən dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici vasitə kimi istifadə edilir.
Hirkan gülxətmisi
Hirkan gülxətmisi (lat. Alcea hyrcana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B2ab (ii,iii, iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 35-85 sm, nadir hallardada 100 sm hündürlükdə, çoxillik ot bitkisidir. Yarpaqları saplaqlı, saplaqlar isə yumşaq tükcüklü, aşağı yarpaqlar yuxarı yarpaqlardan daha uzundur. Yarpaq ayası ürəkvari-yumru, 5-7 qanadlı, qanadlar küt, düz olmayan dişli qanadlardır. Aşağı yarpaqlar daha iri və daha az qanadlı, yuxarı yarpaqlar dərin qanadlı; bütün yarpaqlar boz-məxməri rəngdədir. Çiçəklər tək-tək olur. Tacı qurumuş halda 40mm-dək çəhrayı-bənövşəyi rəngdədir.
Lənkəran Gülxətmisi
Qusar gülxətmisi
Qusar gülxətmisi (lat. Alcea kusjariensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(v) +B2ab(v). Qafqazın nadir, endemik növüdür. Ulduzşəkilli tükcüklərlə sıx tüklənmiş, çoxillik ot bitkisidir. Gövdəsi 50-100, nadir hallarda 150 sm hündürlükdədir. Yarpaqları uzun saplaqlı, yarpaq ayalarının üst tərəfi yaşıl, çökək damarcıqlara görə bir qədər qarışıq, alt tərəf, xüsusən cavan yarpaqlarda, çox tükcüklü olduğuna görə bozarmış haldadır. Çiçəkləri uzun halda düzülmüş çiçək qrupunda, tək-təkdir. Kasacıq 18-22 mm uzunluğunda olur. Tac 30-58 mm uzunluğunda, parlaq-sarı rəngdədir.
Sağsağan gülxətmisi
Sağsağan gülxətmisi (lat. Alcea sachsachanica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Məlumat azlığı" kateqoriyasına aiddir –DD. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: DD. Çoxillik ot bitkisidir. Gövdələri 50-70 sm hündürlükdədir. Yarpaqlar ulduzvari, qısa tükcüklərlə örtülüb. Yarpaq ayası əncirin yarpaq ayasına bənzəyir, əsasında ürəkvari, 5-7 paylarla bölünür, enli, tərs-lansetli və ya uzunsov, tərs-yumurtavari şəkildədir. Çiçəkləri sıx tükcüklü ayaqcıqlarda tək-təkdir. Ksacıqaltı iki dəfə kasacıqdan qısadır. Qacı sarı rəngdə olub, eni 30-40 mm uzunluğundadır.
Suriya gülxətmisi
Suriya hibiskusu (lat. Hibiscus syriacus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. Vətəni Çin və Qərbi Asiyadır. Qafqazda, Orta Asiyada, Moldovada və Krımda bitir. Hündürlüyü 5-6 m-ə qədər olan, yarpağı tökülən koldur. Uzunluğu 10 sm olan, yumurtaşəkilli, parlaq, yaşıl yarpaqları ilə fərqlənir. Çiçəkləri tək, xırda, ağdan-qırmızıyadək müxtəlif rəngli, bəzən ikirəngli, sadə və çoxləçəklidir. Yayın ikinci yarısından noyabr-dekabr aylarına qədər bol çiçəkləyir. Toxumlarla və yarımoduncaqlaşmış qələmlərlə çoxaldılır. Rütubət və istisevən bitkidir.

Digər lüğətlərdə