gəlin
gəlin-qayınana
OBASTAN VİKİ
Gəlin
Gəlin — ailə quran qadın. Eyni zamanda ailənin ərli qadın üzvü də "gəlin" adlanır. Qaynata və qaynanaya da münasibətdə qadın bütün həyatı boyu gəlin adlanır. "Gəlin" sözü azərbaycan dilindəki "gəlmək" felindən yaranmışdır. Azərbaycan milli adətlərində əsrlərnən gəlinə xüsusi münasibətlər sistemi formalaşmışdır və bu gün də bu mədəniyyət həssaslıqla qorunur. Gəlinin həyat yoldaşı toy mərasimidə "bəy", sonradan isə "ər" və ya "həyat yoldaşı" adlanır.
Gəlin (kitab)
"Gəlin" — Akif Abbasov tərəfindən yazılmış hekayə və lətifələr toplusu. == Məzmun == Kitaba "Dəftər", "Xalça", "Üç arzu", "Gəlin", "Usta-usta oyunu", "Nəzir", "Rüşvət" və s. bu kimi hekayələr, "Müdirin xahişi", "Nuru kişi ilə söhbət edirdim", "Müasir yazıçı" və s. lətifələr daxil edilmişdir. Pedaqoji təcrübəyə gedən tələbənin məktəbli qızlara söz atması, sonra dərs deyərkən qızlardan biri ilə sinif otağında rastlaşması və pis vəziyyətə düşməsi; Nəcəfin qədimi xalça adı ilə son illərin xalçasını dostu Hacının tanışına sırımaq istəməsi; Gülsənəmin ustaları min bəhanə ilə evdən qovması və beləliklə, evi pulsuz təmir etdirmək istəyi; Əliqulunun rüşvəti özünə peşə etməsi və onun "nəzirini" çatdırmayanlara necə dərs verməsi və s. bu kimi hallar tənqid atəşinə tutulur. Kitab yeniyetmələr, gənclər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Gəlin havası
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Gəlin qaya
Gəlinqaya (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Gəlinqaya (Şahbuz) — Şahbuz rayonunda dağ. Gəlinqaya (Şərur) — Şərur rayonunda dağ. Gəlinqaya (Mərənd) — Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd.
Gəlin qayası
Gəlin qayası (opera)
Sarı Gəlin
"Sarı gəlin" — Azərbaycan xalq mahnısı. Azərbaycan Respublikası, İran, İraq və Türkiyədə yaşayan türklər arasında yayılmış bir mahnıdır. İlk dəfə 1930-cu illərin əvvəllərində Asəf Zeynallı tərəfindən nota köçürülərək fortepiano üçün işlənmişdir. Mahnının musiqisi altında ifa olunan eyni adlı Azərbaycan xalq rəqsi də mövcüddur. Sarı Gəlin mahnısının etimologiyası haqqında müxtəlif versiyalar var. Bir versiyaya görə "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir – 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir.
İtkin gəlin
İtkin gəlin (mahnı) — Aygün Kazımovanın mahnısı
Gəlin şəlaləsi
Gəlin şəlaləsi (isp. Catarata Velo de la Novia) – Peruda yerləşən şəlalə == Haqqında == Məsafədən şəlaləyə baxdıqda, şəlalənin suyu aşağı düşərək gəlin paltarında qadın obrazı (silueti) yaradır, məhz buna görə də, şəlalə bu cür adlandırılmışdır. Şəlalə, Perunun Namor bölgəsindən iki saatlıq məsafədə yerləşir.
Gəlin (film, 1972)
Gəlin — 1972-ci ildə Türkmənfilmdə dram janrında çəkilmiş bədii film. Rejissoru və ssenari müəllifi Xocaqulu Narliyevdi. Film Böyük Vətən müharibəsində əri həlak olmuş kiçik kənddə yaşayan gənc qadının taleyindən bəhs edir. Filmin premyerası 23 dekabr 1972-ci ildə baş tutmuşdur. Kino tənqidçiləri "Gəlin" filmini Türkmən kinosunun dünya xəritəsinə çıxışı adlandırılır. == Süjet == Filmin süjet xəttini Böyük Vətən müharibəsi zamanı arxa cəbhədə yaşayan sadə insanların həyatı təşkil edir. Belə ki, insanlar cəbhə üçün çalışır və ordan gələn xəbərləri gözləyirlər. Bu xəbərlər arasında cəbhədə həlak olan yaxınları barədə məlumatlar da olur. Filmin əsas qəhrəmanı olan Oqulkeyik də bu adamlardan biridir. O, da cəbhədə olan həyat yoldaşının yolunu gözləyir.
Gəlin havası rəqsi
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs. == Söz açımı == "Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı. Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.
Gəlin qayası (Ordubad)
Gəlinqaya — Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində dağ. Dağın ən yüksək zirvəsində yüksələn abidə insan fiquruna bənzəyir. Tarixən dağları, qayaları əfsanələşdirən, müqəddəsləşdirən xalqımız onu da müqəddəsləşdirmişdir. Onunla bağlı xalq arasında əfsanələr var. Gəlin qayası əfsanələrində xalqımızın mifoloji düşüncələri əks olunmuşdur.
Gəlin qayası (opera)
Gəlin qayası — Bəstəkar Şəfiqə Axundovanın 1972-ci ildə yazıçı Süleyman Rəhimovun eyni adlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazdığı muğam-opera. Bu Şərqdə qadın bəstəkar tərəfindən yazılmış ilk opera əsəri idi. Operanın premyerası 1974-cü ildə baş tutub. == Tarixçə == Əvvəlcə Şəfiqə xanım "Gəlin qayası" radiopyesinə musiqi yazır. Rübabə Muradova "Sənəm", Flora Kərimova "Gülbahar" ın rollarında iştirak edir. Buradan "Könül təranələri" adlı bir mahnı çox məşhur olur.
Qız-gəlin dağı
Qız-gəlin dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 3017,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə doğru ayrılan yan silsiləsində konusvari zirvə. Tiviçay mənbəsini Qız-gəlin dağından götürür. Qız-gəlin dağı Gilançay və Əlincəçay vadilərində yaşamış, əkinçilik və maldarlıqla məşğul olan qədim tayfaların yaylaq yeri olmuşdur. Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun suayrıcısında zirvə. Tiviçayın mənbə hissəsindədir. Alt Eosenin İpr mərtəbəsinin üst hissəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə suxurlarını yarıb çıxan andezit-dasit tərkibə malik Orta Eosen yaşlı subvulkanik kütlənin əmələ gətirdiyi piramidavari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasını Ordubad qarılma zonasının Paradaş seqmentindən ayıran Şərqi Ordubad dərinlik qırılma zonasında yerləşir.
Sarı Gəlin (mahnı)
Sarı Gəlin — Azərbaycan musiqiçisi Qara Dərvişin National Pearls albomuna daxil olan mahnısı. Mahnının aranjemanı Qara Dərvişə aiddir.
Sarı gəlin (dəqiqləşdirmə)
Sarı gəlin — Azərbaycan xalq mahnısı. Sarı gəlin (film, 1998) — 1998-ci ilin filmi. Sarı gəlin (Əli Əkbərin əsəri) — Əli Əkbərin əsəri. Sarı gəlin (Yusif Kərimovun əsəri) — Yusif Kərimovun əsəri. Sarı gəlin (Qara Dərvişin mahnısı) "Sarı gəlin"in sorağında — tammetrajlı sənədli film.
Sarı gəlin (roman)
Sarı gəlin — Azərbaycan xalq mahnısı. Sarı gəlin (film, 1998) — 1998-ci ilin filmi. Sarı gəlin (Əli Əkbərin əsəri) — Əli Əkbərin əsəri. Sarı gəlin (Yusif Kərimovun əsəri) — Yusif Kərimovun əsəri. Sarı gəlin (Qara Dərvişin mahnısı) "Sarı gəlin"in sorağında — tammetrajlı sənədli film.
Sarı gəlin (rəqs)
Sarı gəlin - Azərbaycan qadın xalq rəqsi. Bir versiyaya görə Qurani-Kərimin Bəqərə surəsi – "Dirildən sarı inək" hissəsi var. "Sarı" sözünü din xadimləri Həzrət Fatimeyi-Zəhranın xarakteri ilə əlaqələndirirlər. Yəni onun bütün namuslu, nəcib və cənnət qadınlarının rəhbəri olduğu qeyd edilir. İkinci bir tərəfdən qara türk dünyasında böyük, əzəmətli deməkdirsə, sarı balaca, fidan gəlin mənasını verir. Bakı Xoreoqrafiya Akademiyasında Baletmeyster sənəti, Klassik rəqs və Milli rəqs kafedralarının təşkilatçılığı ilə keçirilən "Simfonik muğamların balet tamaşalarında təcəssümü" adlı elmi seminarda Əməkdar artist Eteri Cəfərova "Rast", "Şur", "Şüştər" muğamları üzərindəki "Səməni", "Sarı gəlin", "Uzundərə", "Tərəkəmə" rəqsləri" məruzəsi ilə çıxış edib. Rəqs qadınlar tərəfindən Sarı gəlin xalq mahnısının müsiqisi altında ifa olunur. Rəqsi ifa edən qadın adətən sarı geyimdə olur. Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin sözlərinə görə "Sarı gəlin" milli rəqsi tam dolğunluğu ilə bərpa edilərək filarmoniyanın mahnı və rəqs ansamblının repertuara salınıb. Türkiyəli sənətçi "ANKA" Azərbaycan Rəqs və Sənət Klubunun rəhbəri Dərya Akdemirin sözlərinə görə "Sarı gəlin" rəqsi digər Azərbaycan xalq rəqsləri arasında klubun kollektivi tərəfində oynanılır.
İtkin gəlin (mahnı)
İtkin gəlin (film)
== Məzmun == Filmin mərkəzində baş qəhrəman Əfsanənin (Məleykə Əsədova) taleyi durur. == Film haqqında == Film Əlibala Hacızadənin əsəri əsasında ekranlaşdırılıb. 12 seriyalıdır. Filmdə aktyorların çoxu qonorar almadan çəkiliblər. Film Azərbaycan televiziyası tarixində ilk teleserial sayılır.
Sarı gəlin (film, 1998)
Sarı gəlin — müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən bəhs edən film. Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir (Hacı İsmayılov) öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim (Ramiz Novruzov) isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası (Cahangir Novruzov) öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir isə çıxılmaz vəziyyətə düşür... Film müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır. "Sarı gəlin" rəmzi addır. Bizim xalq mahnımız "Sarı gəlin" ermənilər arasında da geniş yayılmışdır.
Sarı gəlin (serial, 2017)
Sarı Gəlin — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. Sevmədiyi bir insanla (Oğuzla) ailə qurmağa məcbur qalan Sara min bir əziyyətlərdən keçərək xoşbəxtliyə qovuşmaq üçün cəhdlər edəcək.
Yad gəlin (serial, 2020)
Yad Gəlin — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. Hicran adlı qızın toy günü həyat yoldaşını güllələyirlər və ailələr arası davanın böyüməməsi üçün onu rəhmətə gedən oğlanın qardaşına ərə verirlər.
Zuqulbaya gəlin (film, 1972)
İtkin gəlin (film, 1994)
Filmin mərkəzində baş qəhrəman Əfsanənin (Məleykə Əsədova) taleyi durur. Film Əlibala Hacızadənin əsəri əsasında ekranlaşdırılıb. 12 seriyalıdır. Filmdə aktyorların çoxu qonorar almadan çəkiliblər. Film Azərbaycan televiziyası tarixində ilk teleserial sayılır.
"Sarı gəlin"in sorağında
"Sarı gəlin"in sorağında — tammetrajlı sənədli film. == Məzmun == Film Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz" layihəsi çərçivəsində Azərbaycan Kinomatoqrafçılar İttifaqı tərəfindən çəkilib. Filmdə bədii çəkilişlər İsmayıllı rayonunda, digər çəkilişlər isə Qərbi Azərbaycanla sərhəd rayonlarda Gədəbəy və Kəlbəcərdə aparılıb. Filmdə həmçinin 1930-cu illərə dair arxiv kadrları və Moskvadan əldə edilmiş materiallardan da istifadə olunmuşdur. Tammetrajlı sənədli filmin süjet xətti "Sarı gəlin" xalq mahnısının mənşəyi, onun yaranması tarixçəsinin aydınlaşdırılması yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsin təbliğidir. Burada etnoqrafiya və folklordan yalnız əsas məqsədə nail olmaq üçün köməkçi vasitə kimi istifadə edilmişdir. == Haqqında == 7 noyabr 2023-cü ildə Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirilib. Təqdimatda eyni zamanda "western-azerbaijan.az" saytının da təqdimatı olmuşdur. Film və sayt azərbaycan, ingilis və erməni dillərində yayımlanacaq. == Filmin üzərində işləyənlər == Filmdə bədii səhnələrdə Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz igidi (Sinan) obrazını isə İsmayıl Cəfərov canlandırıb.

Digər lüğətlərdə