HÖKM

i. 1. order; ~ə görə by order; kiminsə ~ünə görə by order of smb.; ~ vermək to give* an order; to issue an order; ~ almaq to receive an order; 2. hüq. sentence, (məhkəmənin) verdict, judgement; (məhkumiyyət) condemnation; ~ çıxarmaq to pass sentence (on), to sentence (d.); bir kəsin ölümü haqqında ~ çıxarmaq / vermək to sentence / to condemn smb. to death; ~ü icra etmək to execute the sentence / a judgement

HÖCƏTLİK
HÖKMDAR
OBASTAN VİKİ
Hökm
Hökm — təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir ki, bu da doğru və yalan ola bilər. İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir. Hökmün mühüm xassəsi onun iqrari(təstiqedici) və inkari(rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur.
Hökm(Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Hökm (1994)
Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla "Olimpifilm" Studiyası, Perm, Rusiya Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (film, 1988)
Hökm (Hind: कयामत से कयामत तक, Qayamat Se Qayamat Tak) — rejissoru Mənsur Xan olan 1988-ci il istehsalı Hindistan filmidir. Indiatimes Movies filmi "Görülməli 25 Bollivud Filmi" sırasına daxil etmişdir. Süjet "Romeo və Cülyetta" faciəsinə əsaslanır. Film Rac və Raşminin eşq hekayəsindən bəhs edir. Ancaq zəngin ailələrinin düşmənçiliyi onların xoşbəxtliyinin qarşısını alır. Sevgililər evdən qaçmağı bacarır, ancaq valideynləri bir qatil göndərir və sonda iki gənc də faciəvi şəkildə ölürlər.
Hökm (film, 1994)
Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla "Olimpifilm" Studiyası, Perm, Rusiya Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (hekayə, Frans Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Oğru Dünyaya Hökm Etmir
Elam hökmdarları
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elam hökmdarlarının siyahısı
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elxani hökmdarlarının siyahısı
Elxanilər sülaləsi — Azərbaycanda 1256-1357-ci illərdə iqtidarda olmuş monqol xanədanı. Borucigin sülaləsinin bir qoludur. Bu sülaləyə bəzi ədəbiyyatda Hülakülər sülaləsi də deyilir. Bu sülalənin ilk nümayəndəsi Hülakü xan olmuşdur. Hülakü xan (1256-1265) Abaqa xan (1265-1282) Əhməd Təkudar xan (1282-1284) Arqun xan (1284-1291) Keyxatu xan (1291-1295) Baydu xan (1295) Sultan Mahmud Qazan xan (1295-1304) Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1316) Əbu Səid Bahadur xan (1316-1335) Sultan Musa xan (1336-1337) Məhəmməd xan (1336-1338) Sultan Satıbəy xatun (1338-1339) Süleyman xan (1339-1343) Cahan Teymur (1339-1340) II Qazan xan (1356-1357) Hülakü xan xristianlığa maraq göstərsə də ölümünə yaxın buddizmi qəbul etmişdir. Abaqa xan buddist idi. Əhməd Təkudar xan doğulduqdan sonra vəftiz edilsə də daha sonra İslamı qəbul etmişdir. Arqun xan vəftiz edilsə də buddist idi. Baydu xan xristianlığa maraq göstərsə də, ondan müsəlman kimi davranmaq tələb edilirdi. Sultan Mahmud Qazan xan buddist kimi yetişdirilsə də daha sonra İslamı qəbul etmişdir.
Fırtınalar hökmdarı (film, 2008)
Fırtınalar hökmdarı — Rejissoru Ketrin Biqelou olduğu və İraq müharibəsi dövründə üç amerikalı mina zərərsizləşdiricisinin hərbi fəaliyyəti haqqında çəkilən filmdir.
Fərruxzad (Qəznəvi hökmdarı)
Fərruxzad Qəznəvi - Qəznəvilərin doqquzuncu sultanı. Toğrul Buzanın əlindən qurtulmuş 3 şahzadədən biri idi. Sərkərdələr tərəfindən hökmdar seçilmişdi. Qəznəyə hücum edən Səlcuqiləri iki dəfə məğlub etdikdən sonra 1053-cü ilində məğlub oldu. 1059-cu ildə ölən sultanın yerinə qardaşı keçdi. Kolit xəstəliyindən ölmüşdür.
Hökmavar
Hökmavar — Təbriz şəhərinin qədim məhəllələrindən biri. Hökmavar (Höhmavar, Hörməvarı, Hörməvar, Hökmavar, Hökmabad) – "Hörmək" yəni daşla, kərpiçlə (kürəbişlə) və ya palçıqla divar hörmək. "Varı" yəni şəklində, formasında; məsələn, Çatmavarı (piramid forması), Şalvarı (Şalvar; iki şal formasında olan geyim) və sairə. Hörməvarılı bağları; hörülmüş şəklində divarları olan bağlar. Təbrizlilər tez danışdığından elə nəzərə gəlir ki, bu sözü qısa deyirlər (höhməvar bağları) və bu əslində Hörməvarı bağlarıdır.
Hökmdar
Hökmdar — orta əsr şərqində feodal dövlətlərin başında duran monarx, padşah, şah, hakim.
Hökmdar-çoban (opera)
“Hökmdar-çoban” (it. Il re pastore (К. 208)) — Mosartın XVIII əsrin mahir opera yazarı Pietro Metastasionun librettosu əsasında yazmış olduğu iki pərdəli opera. Operanın ilk premyerası 23 aprel, 1775 ci ildə Zalsburqda oynanılmışdır. Bu opera 1775 ci ildə Avstriyanın imperatriçası Mariya Terezanın kiçik oğlu knyaz Maksimillian Fransın Zalsburqa rəsmi bir ziyarəti üçün sifariş edilmişdir. Makedoniyalı İsgəndər öyrənir ki, hökmdar Sindoninin oğlu Aminta sadə çoban həyatı sürür, əmr verir ki, taxt səltənətini ona qaytararaq Tamiri ilə evləndirmək istəyir. Lakin Tamiri adlı-sanlı finikiyalı Agenoraya aşiqdir. Aminta isə öz növbəsində finikiyalı bir çobanın qızını - Elizanı sevir. Makedoniyalı İsgəndərin iradəsi bu dörd sevgilini bədbəxt etmiş olur. Sonunda Tamiri və Elizanın yalvarmasından sonra onların eşqindən duyğulanan İsgəndər öz hökmünü ləğv edir. №.1 Uvertüra Intendo amico rio (Aminta) №.2 Aria.
Hər bir insan hökmdardır
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. Qorxular "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Hər bir insan hökmdardır (Rövşən Abdullaoğlu)

Hər bir insan hökmdardır (kitab)

III Məsud (Qəznəvi hökmdarı)
III Məsud Qəznəvi — Qəznəvilərin on birinci sultanı. Hakimiyyəti boyu Hindistana hücumlar etdi və Qəznəni gözəlləşdirməklə məşğul oldu. Ölümündən sonra onu oğulları əvəz etdi.
II Kvirike (Şəki-Kaxeti hökmdarı)
II Kvirike (Şəki/Eretidə); IV Kvirike (Kaxetidə (gürc. კვირიკე IV )) – Şəki-Kaxeti hökmdarı. Mənbələrdə adı ilk dəfə 1082-ci ildə çəkilir və 1104-cü ildə vəfat etməsi göstərilir. XVIII əsr gürcü tarixçi-coğrafiyaşünası Vaxuşti Baqrationi isə səhvən II Kvirikenin 1084-сü ildən 1102-ci ilə qədər hakimiyyətdə olduğunu və 1102-ci ildə vəfat etdiyini göstərir. ХII əsr erməni tarixçisi Samuel Anesi(ru) 1082-ci il üçün Şəki çarı Kverikenin adını çəkir. “Çarlar-çarı Davidin həyatı” adlanan ХII əsr anonim gürcü mənbəsinə görə “Çarlar-çarı Davidin həyatı”na görə, Gürcü çarı IV David Zeda-Zedeni qalasını II Kvirikenin əlindən aldıqdan bir il sonra (1104) II Kvirike vəfat etmişdir. Zeda-Zedeni (Zedazeni) qalası Tiflisin şimalında idi və “Kartlis tsxovreba”nın XVI əsr redaktəsində (“Çariça Annanın siyahısı”) çar Davidin həmin qalanı 1003-cü ildə ələ keçirməsi göstərilir. Мусхелишвили Д. Л. Из исторической географии восточной Грузии (Шаки и Гогорена). Тбилиси: Мацниереба. 1982.
II Mahmud (Böyük Səlcuq hökmdarı)
II Mahmud (d. 1105 – v. 1131) — 1118-ci ildə Böyük Səlcuq, 1118-1131 illərində isə İraq Səlcuq sultanı.
II Məhəmməd (Səfəvi hökmdarı)
Şah II Məhəmməd (1772 −1796) — Səfəvi şahzadəsi, Səfəvi şahı. Şah II Məhəmməd Şah II Təhmasibin qız nəvəsi İsmət sultan Səfəvidəndir. Atası Seyid Murtuz Şah Sultan Hüseyn'in oğludur. 1773-cü ildə Şah III İsmayılın ölümündən sonra o qanuni İran şahı təyin edildi. Şah olduqdan sonra qohumu Haşim mirzə Səfəviyə toxunmadı. Onun himayəarı Ağa Məhəmməd xan Qacar idi. Şah Hindistan səfərində qəfildən ölmüşdür.
II Məhəmməd (Xarəzm hökmdarı)
Ələddin Məhəmməd Xarəzmşah — Xarəzmşahların sonuncu nümayəndələrindən olan Əlaəddin Məhəmmədin dövrü dövlət üçün önəmli dövrlərdən sayılır. Hakimiyyətinin ilk dövrlərində Xarəzmşahlar dövləti sürətlə inkişaf etsə də, hakimiyyətinin son dövründə eyni sürətlə də zəifləmişdir. Dövlətin yüksəlişində ordunun, siyasi və idarəetmə fəaliyyətinin, işğalların təsiri böyük olmuşdur. Xarəzmşahın hakimiyyətinin son dövrlərində isə dövlətin dərin böhran keçirməsinə səbəb sultanın şəxsi xüsusiyyətlərində olan mənfi xarakterlər, işğal edilmiş ölkələrin xalqlarına qarşı hakimiyyətin rəftarının yaxşı olmaması, xəlifə Ən-Nasirə qarşı həyata keçirilən mənasız güc mübarizəsi və nəhayət monqol hücumu ehtimalına qarşı ağıllı bir siyasətin tətbiq edilməməsi olmuşdur. Mənbələrdə şahzadəlik dövrü haqqında məlumat demək olarki yoxdur. 1197-ci ildə vəliəhd qardaşı Nəsrəddin Məlikşahın ölümündən sonra vəliəhd seçilərək onun yerinə 1200-cü ilə qədər Xorasana hakimlik etmişdir. 1200-cü ildə atası Xarəzmşah Təkişin əmri ilə İsmaililərə qarşı hücuma keçmiş və Turşizi mühasirəyə almışdır. Həmin ildə də atasının ölümü xəbərini almışdır və 100 min dinar qarşılığında mühasirəni dayandıraraq, paytaxta üz tutmuşdur. 1200-cü ilin avqustun 3-də taxta oturmuşdur. Əlaəddin Məhəmməd hakimiyyətinin ilk dövrlərində əyanların müqaviməti ilə üzləşdi.
II Məsud (Qəznəvi hökmdarı)
Sultan II Məsud Qəznəvi — Qəznəvilərin başında çox az bir müddət qalmışdı. Kiçik yaşlı olduğuna görə yerinə əmisi keçdi.
II Süleyman (Səfəvi hökmdarı)
II Süleyman Səfəvi (fars. شاه سلیمان دوم‎; iyun 1714, İsfahan – may 1763, Məşhəd), Süleyman şah Səfəvi, Mirzə Seyid Məhəmməd Məraşi —1749-cu ildən 1750-ci ilədək Xorasanda hakimiyyətdə olub. Səfəvi şahənşahı, Səfəvilər dövlətinin XII hökmdarıdır. Mir Seyid Məhəmmədin anası Səfəvi şahı I Süleyman şah Səfəvi (II Şah Səfi)-nin qızı idi. Yəni o, ana tərəfdən Səfəvilər sülaləsindən idi. Məhz buna görə də o, İran taxt-tacına iddia edirdi. 1747-ci ildə Nadir şah öldürüldükdən sonra İranda və Azərbaycanda hakimiyyət uğrunda mübarizə başlandı. 1747-ci il iyul ayında hakimiyyətə Adil şah gəlsə də, çox keçmədən o, İbrahim şah tərəfindən məğlub edildi və hakimiyyətdən kənarlaşdırıldı. Lakin İbrahim şahın da hakimiyyəti uzun çəkmədi. Beləki o, 1748-ci ildə Məşhəd üsyançıları tərəfindən məğlub edildi və öldürüldü.
II Şah Səfi (Səfəvi hökmdarı)

Digər lüğətlərdə