idarəetmə qurğusu

ру устройство управления en control device de Regelgerät fr appareil de régulation es aparato de regulación it regolatore
idarəetmə klapanı
ifrat soyutma
OBASTAN VİKİ
İdarəetmə
Menecment (ing. management - idarəetmə) — idarəetmənin iqtisadi mexanizminin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, material, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etmək yolu ilə, bazar şəraitində istənilən fəaliyyət növü ilə məşğul olan firmanın qarşısına qoyduğu məqsədə nail olması üçün həyata keçirilən peşəkar fəaliyyət növüdür. Menecment – bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir və aşağıdakı məsələlərin həllini nəzərdə tutur: nəzərdə tutulan qədər mənfəət əldə etmək üçün, firmanın fəaliyyətini bazarın tələb və təklifini, həmçinin konkret istehlakçının tələbatını ödəyə biləcək əmtəələrin istehsalına və xidmətlərin göstərilməsinə yönəltmək; istehsal məsrəflərini azaltmaqla mütəmadi olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə çalışmaq; firmanın və onun istehsal bölmələrinin səmərəli fəaliyyətinə birbaşa məsul olan şəxslərə təsərrüfat fəaliyyətində müstəqillik vermək; hüquq və səlahiyyətlərin vəhdətini və bərabərliyini təmin etmək; bazarda tələb və təklifin vəziyyətindən və məqsədli bazarın konkret əmtəə və xidmətlərə olan münasibətindən asılı olaraq nəzərdə tutulan məqsəd və proqramlara düzəlişlər etmək; əsaslandırılmış idarəetmə qərarlarının qəbul olunması üçün müasir məlumat bazası və kompüter texnikasından geniş istifadə etmək; optimal qərarlar qəbulu üçün cox variantlı hesablamaların aparılmasını təmin etmək; idarəetmə əməkdaşlarının əməyinin səmərəsini yüksəltmək məqsədilə onun avtomatlaşdırılması və mexanikləşdirilməsi səviyyəsini yüksəltmək; firmanın öz məqsədinə nail olması üçün bütün səviyyələrdə idarəetmə aparatına peşəkar və rəhbərlik edəcəyi sahədə işin təşkili üçün zəruri bilik və təcrübəyə malik, ümumilikdə idarəetmənin başlıca funksiya və metodları ilə tanış olan kadrlar seçmək; firmanın texniki və texnoloji səviyyəsini daim təkmilləşdirmək, yeni və modernləşdirilmiş əmtəələr istehsalına nail olmaq üçün, elmi-texniki tərəqqinin son nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək; material, əmək və maliyyə ehtiyatlarının optimal sərfinə nail olmaq yolu ilə, firmanın qarşısında duran ümumi məqsədinə çatması üçün əməyin kooperasiyasının təşkil olunmasına obyektiv zəruri təsir göstərmək. “Menecment”, “menecer” terminləri planlı təsərrüfat sistemində işlədilən “idarəetmə”, “idarəetmə fəaliyyəti”, “rəhbər”, “direktor” terminlərinin analoqu olmaqla, bazar iqtisadiyyatı ilə idarə olunan təsərrüfat komplekslərinə aiddir. “Menecment” termini “idarəetmə” termininin xüsusi halı olmaqla bazar şəraitində sosial iqtisadi proseslərin idarə edilməsində istifadə olunur. Deməli, “idarəetmə” daha geniş əhatə dairəsinə malik olmaqla, təbiətdə baş verən fiziki və insan fəaliyyətinin bütün növlərinə aid olan proseslərin idarə edilməsini də nəzərdə tutur. İdarəetmənin çox qədim olmasına baxmayaraq, o bir elm, təsərrüfatçılıq və tədqiqat sahəsi kimi nisbətən yenidir. Menecment, sərbəst elm və fəaliyyət sahəsi kimi XX əsrin əvvəllərində özünü təsdiq etmişdir. Bizim eramızdan əvvəl 3-cü minilliyə aid olan Şumerdə tapılmış saxsı lövhələrdə kommersiya sövdələşmələri və qanunları barədə məlumatlar verilmişdir. Bu da onu göstərir ki, qədim Şumerdə idarəetmə praktikası mövcud olmuşdur.
Giriş qurğusu
Giriş qurğusu (en. input device ~ ru. устройство ввода ~ tr. giriş aygıtı) – verilənləri və / və ya komandaları kompüterə daxil etmək üçün qurğu, çox zaman klaviatura və siçan. Bu qurğular daxil edilən informasiyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və saxlamaq mümkün olsun . Qrafik verilənləri daxil etmək üçün qrafik planşetlərdən, oyunlarda isə coystiklərdən istifadə olunur. Fotoqrafiyalar və şəkillər skanerlər vasitəsilə daxil edilir, skanerdə daranmış mətnlər isə OCR vasitələrinin köməyilə fayla çevrilir. Getdikcə nitqin mikrofon vasitəsilə daxil edilməsi populyarlaşır. Cib kompüterlərində, adətən, stilus (qələm) vasitəsilə daxiletmədən və əlyazısının tanınması vasitələrindən istifadə olunur. Ağır istismar şəraitində çox zaman sensor ekranlar tətbiq edilir.
Havalandırma qurğusu
Havalandırma qurğusu — böyük həcmdə kənd təsərrüfatı məhsullarının (ot, dənli bitkilər) hava axını ilə qurutmaq üçün tətbiq olunur. Əsas məqsədi məhsulun quru soyuq və ya isidilmiş hava ilə konservə edilməsindən ibarətdir. Bəzi hallarda qaz mübadiləsi və soyudulması üçün də istifadə olunur. Məsələn, kartofların saxlanmasında buna böyük ehtiyac yaranır. Havalandırmanın ən geniş tətbiq olunduğu sahə biçilmiş otların qurudulmasıdır. Qurğunun əsas hissəsini mühərriklə işləyən üfürcək təşkil edir. Bu üfürcəklə aşağı təzyiqdə (bir neçə millibar) və böyük həcmdə (məsələn, 20000 m³/saat) hava axını yaratmaq olur. Hava, paylayıcı sistemin vasitəsilə əsas sahəyə yənəldilir və axınla məhsula daxil edilir. O, çox vaxt bir neçə metr yol qət edir. Otun havalandırılması zamanı onun rütubəti 40%-dan çox olmamalıdır.
Sistem qurğusu
Yaddasaxlama qurğusu
Yaddasaxlama qurğusu (storage,запоминающее устройство (ЗУ), depolama, bellek) — hesablama texnikasında: verilənlərin saxlandığı istənilən xarici qurğu. Mikrokompüterlərdə əsasən iki növ yaddasaxlama qurğusu olur. Onun özünün operativ yaddaşında iş gedişində proqramlar və müxtəlif növ daxili idarəedici informasiyalar müvəqqəti olaraq saxlanılır. Kompüterin disksürənlərində və başqa yaddasaxlama qurğularında informasiya həmişəlik saxlanılır və onlara yalnız mikroprosessora lazım olduqda erişilir. Kompüterlərdə başqa növ yaddasaxlama qurğuları da olur. Onun daimi yaddaşı (ROM) başlatma komandaları və giriş-çıxış prosedurları kimi zəruri informasiyanı saxlamaq üçün nəzərdə tutulmuş silinməyən yaddasaxlama qurğusudur. Bundan başqa, kompüterdə müəyyən verilənləri (məsələn, printerə göndərilən və ya klaviaturadan oxunan simvolları) müvəqqəti saxlamaq üçün ehtiyat yaddaş hissələrindən – buferlərdən istifadə olunur. DASD (birbaşa keçidli yaddasaxlama qurğusu) İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 816 s.
Zip-qurğusu
Zip-qurğusu - (ing.zip drive, ru. zip-дисковод) – verilənləri arxivləşdirmək üçün nəzərdə tutulmuş və tutumu 100 Mbaytdan 250 Mbaytadək olan disklərlə işləyən qurğu. Ötən əsrin sonlarında Iomega şirkəti tərəfindən işlənib hazırlanıb. İnterfeys cədvəli: İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Adaptiv idarəetmə
Adaptiv idarəetmə — idarə olunan obyektin parametrlərinin dəyişməsindən və ya xarici təsirdən asılı olaraq, tənzimləyicinin parametr və ya strukturunu optimallaşdırma meyarına və ya təlimata uyğun adaptasiya etməyə imkan verən idarəetmə üsuldur. Uyğun üsulu icra edən sistemlər adaptiv idarəetmə sistemləri adlanır. Optimallaşdırma meyyarına uyğun adaptasiya adətən bir dəfə və ya çox az sayda baş verir. Verilmiş təlimata uyğun adaptasiya isə daimi yerinə yetirilir. Tənzimləyicinin öz-özünə adaptasiyası adətən onun parametrləri üzərindən həyata keçirilir. Öz-özünə tənzimlənən, uyğunlaşan və optimallaşan sistemlər "adaptiv" sözünə sinonim işlədilən analyışlardır. Klassik adaptiv idarəetmə sistemində tənzimləmə üç səciyyəvi mərhələdən ibarətdir: identifikasiya, qərar qəbuletmə və modifikasiya. İdentifikasiya "on-line" şəraitində tənzimləmə dövrəsinin giriş və çıxış siqnallarının qiymətləndirilməsi ilə aparılır. Burada, ya tənzimləyici dövr, ya da bir başa tənzimləyicinin öz parametri təyin edilir. Qərarvermə mərhələsində əldə olunmuş informasiya nəticəsində tənzimləyicinin qiymətinin verilmiş qiymətə uyğun gəlməsi dəyərləndirilir və uyğunlaşma müəyyənləşdirilir.
Avtomatik idarəetmə
Demokratik idarəetmə
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Korporativ idarəetmə
Korporativ idarəetmə — biznesin təşkilati-hüquqi formasının idarə olunması, təşkilati srukturların optimallaşdırılması, qəbul olunmuş məqsədlərə müvafiq olaraq kompaniyanın firmalararası və firmadaxili münasibətlərinin qurulması. Korporativ idarəetməni xüsusi tip kimi ayırsaq başlıca xüsusiyyətləri korporasiyanın spesifikliyi ilə şərtlənən idarəetmə obyekti olaraq onu müəyyənləşdirir: "Səhmdarların prioritet maraqları və onların korporasiyanın inkişafındakı rolu üzərində qurulan idarəetmə, səhmdarların qarşılıqlı təsirini nəzərdə tutan mülkiyyət hüquqlarının reallaşdırılmasını hesaba alan idaretmə və sonda, korporativ mədəniyyəti doğuran idarəetmə, başqa sözlə, ümumi ənənələr kompleksi, nizamnamələr, davranışlar prinsipi kimi başa düşülür". Korporativ idarəetmənin başlıca funksiyası — mülkiyyətçilərin, başqa sözlə, korporasiya təşkil edən maliyyə resurslarının maraqları çərçivəsində korporasiyanın işinin təmin olunmasıdır.
İdarəetmə mədəniyyəti
İdarəetmə mədəniyyəti – şəxsiyyətin kamilləşməsi üçün insan münasibətləri hormoniyasına nail olunması üçün insanların və dövlətlərin həyat keyfiyyəti və rifahına nail olunması üçün bir əsasdır. Bu, həmçinin, yerdən kosmosa bir baxış və bəşəriyyətin inkişafının sonsuz imkanlarının yeni görünüşüdür.
İdarəetmə nəzəriyyəsi
İdarəetmə nəzəriyyəsi — müxtəlif proseslərin, obyektlərin və sistemlərin idarə olunmasının metod və prinsipləri haqqında elmdir. İdarəetmə nəzəriyyəsinin əsasını kibernetika və informasiya nəzəriyyəsi təşkil edir. İdarəetmə nəzəriyyəsinin məğzini idarəedilən obyektin sistem analizi və idarəetmə alqoritminin sintezi əsasında yaradılan riyazi modellər təşkil edir. İdarəetmə nəzəriyyəsi ilə məşğul olan nəzəriyyəçilər bizi əhatə edən canlı aləmi xarakterizə edərkən onu üç komponentə ayırırlar: cansız təbiətdə (texniki sistemlərdə) idarəetmə prosesləri; canlı təbiətdə (bioloji sistemlərdə) idarəetmə prosesləri; cəmiyyətin (sosial sistemlərdə) idarə edilməsi. İstehsal-texniki proseslərin, mexanizmlərin, maşınlar sisteminin, yəni texniki sistemlərin idarə edilməsini F.Engels əşyaların idarə edilməsi adlandırmışdır. İdarəetmənin bu sahəsi əsasən texnika elmləri tərəfindən öyrənilir. Canlı təbiətdə baş verən və canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olan məsələləri təbiət elmləri öyrənir. Qruplarda, kollektivlərdə və siniflərdə birləşmiş və müxtəlif marağa malik olan insanların idarə edilməsini F.Engels cəmiyyətin idarə edilməsi adlandırmışdır.
İdarəetmə obyektləri
İdarəetmə obyektləri -radioverici qurğular və informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün istifadə olunur. Yüksəktezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiyanın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir. Vericidə üç əsas proses baş verir: — yüksəktezlikli rəqsin generasiyası; — yüksəktezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; — yüksəktezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazasının) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. Yüksəktezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. Yüksəktezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası ™ və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər.
İdarəetmə qərarları
İdarəetmə qərarları — mürəkkəb zehni prosesin nəticəsidir. Qərarların həyata keçirilməsi iqtisadi səmərə verməli, qüvvədə olan qanunvericiliyə uyğun gəlməli, psixoloji xüsusiyyətləri nəzərə almal, tabe olanlara tərbiyəvi təsir etməlidir. Qərar qəbul edilməsi prosesi gündəlik həyat və məişət də daxil olmaqla bütün fəaliyyət növünə xasdır. Qərarlar insanların mənafeyinə toxunduğundan onun qəbul edilməsi ən məsuliyyətli prosesdir. Qərar qəbul edilməsi rəhbərin ən mürəkkəb və məsuliyyətli funksiyalarından biridir. İdarəetmə qərarlarının qəbul edilməsini aşağıdakı kimi təsnif etmək olar: Məqsədə görə; İdarəetmənin səmərəliliyinə görə; Alınan son nəticəyə görə; İdarəetmə metodlarına görə; Giriş elementlərinə görə; Təsir vasitələrinə görə; İnformasiya tələblərinə görə. İdarəetmə qərarlarına və onların keyfiyyətinə təsir göstərən meyarlar aşağıdakılardır: Elmi əsasa söykənməsi. Vaxtında (lazım olan zamanda) olması. Qərarların hazırlanmasına və icrasına təsir gücü. Qərarın hazırlanma müddəti.
İdarəetmə sistemləri
Nəzarət sistemi — İdarəetmə sistemi birbaşa və ya dolayı yolla digər cihazların və ya sistemlərin davranışını idarə edən, idarə edən cihaz və ya cihazlar qrupudur. Sənaye məhsulları üçün sənaye nəzarət sistemi istifadə olunur. Nəzarət sistemi variasiya və birləşməyə görə əsas qrupa bölünür: məntiqi və ya ardıcıl idarəetmələr və ya Əlaqə və ya xətti idarəetmələr. Xətti idarəetmə proqramlarından istifadə edərək məntiqin strukturunu sadələşdirən qeyri-səlis məntiq də var. Bəzi qurğular və ya sistemlər mahiyyətcə (təbiətinə görə) idarəolunmazdır. "İdarəetmə sistemi" təhlükəsizlik maneələri mövcud olduğu müddətcə, məsələn, hidravlik presdə hərəkət etməsinə (açılmağa/bağlanmağa) mane olan məntiqi idarəetmədən başqa, əl ilə açılan və ya bağlanan idarələrə də tətbiq oluna bilər. Avtomatik kaskad idarəetmə sistemi müəyyən bir işi yerinə yetirmək üçün müvafiq ardıcıllıqla bir sıra mexaniki aktuatorları işə salır. Müxtəlif elektrik və pnevmatik çeviricilər, məsələn, karton qutunu qatlaya və yapışdıra, məhsulu içəriyə qoya və sonra avtomatik qablaşdırma maşını ilə qablaşdıra bilər. Belə işlərin görülməsi üçün proqramlaşdırıla bilən məntiqi nəzarətçilərdən (PLC) istifadə olunur. Ancaq bunlar başqa texnologiyalardır.
İdarəetmə uçotu
İdarəetmə çarxı
İdarəetmə çarxı və ya lever, təyyarəni idarə etmək üçün nəzərdə tutulan xüsusi qurğu. Lever; qanadcıq və rul kimi nəzarət səthlərini hərəkət etdirmək üçün istifadə olunur. Qanadcıq ilk növbədə təyyarənin yuvarlanma oxunda yatış həyata keçirməsini; hündürlük sükanı isə tanqaj hərəkətlərini təmin edir.
İdarəetmə əməyi
İdarəetmə əməyi — ictimai əməyin bir növü olub istehsal kollektivlərinin qarşısında qoyulan məqsədə çatmaq üçün istiqamətlənmiş məqsədyönlü fəaliyyətdir. Geniş mənada idarəetmə əmyi idarəetmə sahəsində hər cür əmək kimi başa düşülür. Daha dar mənada isə idarəetmə əməyinin müəyyənləşdirilməsi inzibati idarəetmənin funksiyalarının icra edilməsi deməkdir. Bir sıra alimlər əsassız olaraq "idarəetmə əməyi"ni "idarəetmə" ilə eyniləşdirirlər və hesab edirlər ki, o ancaq idarəetmə sahəsində istifadə edilir. Ona görə də elmi ədəbiyyatlarda belə təriflərə tez-tez rast gəlinir: idarəetmə əməyi – bu kontor, dəftərxana işidir, mühəndi-texniki əməyidir. idarəetmə əməyi – idarəetmə sahəsində əmək deməkdir. İdarəetəm əməyi ilə müəssisə və təşkilatların rəhbərləri, mühəndis-texniki işçilər və qulluqçular məşğul olurlar. İdarəetmə işçilərinə zehni əməyin spesifik forması olan idarəetmə əməyi ilə məşğul olan bütün işçilər aid edilir. Beləliklə, idarəetmə işinə ancaq rəhbərlərin, mühəndis-texniki işçilərin işini aid etmək olar.
Büdcəsiz idarəetmə
Büdcəsiz idarəetmə (ing. Beyond Budgeting) — idarəetmə sisteminin sadələşdirilməsi və qərarların qəbulunun qeyri-mərkəzləşdirilməsi yolu ilə büdcələşdirmə prosesindən istifadə etmədən müəssisənin idarə edilməsi konsepsiyası. Büdcə tənqidi fonunda “Büdcədən kənar” konsepsiyası 1970-ci illərin əvvəllərindən, İsveçin böyük bankı Svenska Handelsbanken tərəfindən uğurla tətbiq olunduğu vaxtdan formalaşmışdır. Sonra bu konsepsiya American Express, Google, Guardian, SpareBank, Coloplast, Telenor, Wallenius Wilhelmsen Logistics, Arla Foods, IKEA və bir çox başqa şirkətlər tərəfindən elan edildi. 1998-ci ildə hətta Beynəlxalq Proqressiv İstehsalçılar Konsorsiumunun bir hissəsi olan "Büdcədən kənarda dəyirmi masa" (BBRT) beynəlxalq təşkilatı təşkil edildi. 2004-cü ildə Ceremi Houp və Robin Frayzer tərəfindən büdcəsiz idarəetmənin 12 əsas prinsipi ilə bir kitab nəşr olundu: I. Rəhbərliyin prinsipləri (səlahiyyətlərin verilməsi): 1. daxili büdcələrin icrasını deyil, müəssisənin rəqabət üstünlüklərini artıran idarəetmə mühitinin yaradılması; 2. müəssisə üçün dəqiq müəyyən edilmiş dəyərlərin artırılması əsasında kadrların motivasiyası; 3. məsuliyyətin öz qərarlarını qəbul edə bilən əməliyyat menecerlərinə həvalə edilməsi; 4. əməliyyat menecerlərinə fəaliyyət azadlığı (resurslara çıxış) verməklə gücləndirilməsi; 5.
Elmi idarəetmə
Elmi idarəetmə — iş axınlarını təhlil edən və sintez edən idarəetmə nəzəriyyəsi. Onun əsas məqsədi iqtisadi səmərəliliyi, xüsusilə əmək məhsuldarlığını artırmaqdır. Bu, elmi idarəetmədə proseslərin mühəndisliyinə tətbiq etmək üçün ilk cəhdlərdən biri idi. Elmi idarəetmə bəzən onun qabaqcılı Frederik Vinslou Teylorun şərəfinə teylorizm kimi tanınır. Teylor nəzəriyyənin inkişafına ABŞ-da 1880–1890-cı illərdə istehsal sənayesində, xüsusən də polad sənayesində başlamışdır. Onun təsirinin pis nöqtəsi 1910-cu illərdə çatmışdır. Teylor 1915-ci ildə vəfat etsə də, 1920-ci illərdə elmi idarəetmə hələ də təsirli bir nəzəriyyə olaraq qalmışdı, lakin əks və ya bir-birini tamamlayan ideyalarla rəqabətə və sinkretizmə girmişdi. Fərqli bir nəzəriyyə və ya düşüncə məktəbi kimi elmi idarəetmə artıq 1930-cu illərdə köhnəlmiş olaraq qəbul edilsə də, onun mövzularının əksəriyyəti bu gün hələ də sənaye mühəndisliyi və idarəetməsinin vacib hissələridir.
İdarəetmə iqtisadiyyatı
İdarəetmə iqtisadiyyatı (iqtisadiyyatın idarəedilməsi; ing. managerial economics) — biznesdə praktiki problemlərin həlli üçün iqtisadi anlayışların, nəzəriyyələrin, alətlərin və metodologiyaların tətbiqini öyrənən elmi fəndir, iqtisadi nəzəriyyə və idarəetmə nəzəriyyəsinin birləşməsidir. Menecerə qərar qəbul etməkdə kömək edən və təcrübə ilə nəzəriyyə arasında əlaqə rolunu oynayan bir intizam. O, praktikada iqtisadi nəzəriyyə və iqtisadiyyatı birləşdirir və məsələn, əməliyyat tədqiqatı, riyazi proqramlaşdırmadan istifadə etməklə, firma məqsədləri və çatışmazlıqdan irəli gələn məhdudiyyətlər əsasında biznes qərarlarını optimallaşdırmaq üçün reqressiya təhlili, korrelyasiya və hesablama kimi kəmiyyət üsullarına əsaslanır. Hesab edilir ki, idarəetmə iqtisadiyyatı anlayışı ilk dəfə amerikalı iqtisadçı Coel Din tərəfindən 1951-ci ildə özünün “İdarəetmə iqtisadiyyatı” əsərində, idarəetmə iqtisadiyyatının biznes siyasətinin formalaşdırılması üçün iqtisadi təhlildən istifadə edilməsi olduğunu müəyyən edərək təqdim edilmişdir. O, öz işində qeyd edirdi ki, “iqtisadi nəzəriyyəçilərin maraqlandığı məsələlərlə praktiki menecerləri maraqlandıran davranış problemləri arasında böyük uçurum var. İqtisadiyyat mütəfəkkirlərinin siyasi iqtisadiyyat kurslarında edə biləcəyi praktik töhfələrə top menecerlərə çıxış imkanı vermək üçün bu boşluğu doldurmaq lazımdır. Amerikalı professor Uilyam Baumol 1961-ci ildəki işində qeyd etdi ki, istənilən iqtisadçı nəzəri modellər yaratmaq biliklərindən istənilən mürəkkəblikdə olan kommersiya məsələlərini həll etmək üçün istifadə edə bilər. Britannica-ya görə, idarəetmə iqtisadiyyatı iqtisadi prinsiplərin kommersiya firmalarında və ya digər idarəetmə vahidlərində qərar qəbul etmək üçün tətbiqidir. Əsas anlayışlar ayrı-ayrı istehlakçıların, firmaların və sənayelərin davranışını öyrənən mikroiqtisadiyyatdan götürülmüşdür ki, bunlara digər təhlil vasitələri də əlavə edilmişdir: məhsullara cari və gələcək tələbatın qiymətləndirilməsi üçün statistik üsullar; mənfəəti artırmaq, xərcləri minimuma endirmək və məhsulların ən sərfəli kombinasiyasını seçmək üçün əməliyyatların tədqiqi və proqramlaşdırma üsulları; qərarlar nəzəriyyəsi və oyun nəzəriyyəsi, menecerlərin fəaliyyət göstərdiyi qeyri-müəyyənlik və qeyri-müəyyən bilik şərtlərini tanıyaraq, investisiya imkanlarını qiymətləndirmək üsullarını sistemləşdirmək.
İdarəetmə şəbəkəsi
Daimi yaddaş qurğusu
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
Giriş/çıxış qurğusu
Giriş/çıxış (ing. Input/output) – "kompüter" anlayışını təyin edən üç hərəkətdən (giriş, emal, çıxış) ikisi. Giriş-çıxış məsələlərinə mikroprossesor üçün verilənlərin yığılması və nəticələrin çıxış qurğuları (displey, disk və ya printer) vasitəsilə istifadəçi üçün əlçatan şəkildə çıxarılması aiddir. Klaviatura və siçan informasiyanı kompüterin "başa düşdüyü" şəklə çevirən giriş qurğularıdır. Disk həm giriş, həm də çıxış qurğusudur; o, həm ona yazılmış informasiyanı verə bilər, həm də emaldan sonra verilənləri saxlaya bilər. Giriş/çıxış bufferi Giriş/çıxış kanalı Giriş/çıxış kontrolleri Giriş/çıxış məhdudlaşdırması Giriş/çıxış portu Giriş/çıxış qurğusu İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Maqnit lent qurğusu
Maqnit lenti - tape ~ магнитная лента ~ manyetik bant – üzərinə verilənlərin yazıldığı maqnit materialla örtülmüş nazik maylar zolaq. Lentdən istifadə etmək üçün verilənlərin saxlanması qurğusu iki dolama (sarğı) çarxına və oxuma-yazma başcığına malik olmalıdır. Lent kəsilməz informasiya daşıyıcısı olduğundan, başcıq isə dərhal lazım olan yerə “adlaya” bilmədiyindən, lentdən oxuma, yaxud lentə yazma diskdə olduğu kimi ixtiyari deyil, ardıcıl aparılmalıdır. Maqnit lent kartrici - tape cartridge ~ кассета магнитной ленты ~ bant kartuşu ~ müəyyən dərəcədə audiokassetə bənzəyən və içərisində maqnit lenti olan modul. Qabaqlar maqnit lent kartriclərindən sərt disklərdə saxlanılan informasiyanın üzünü çıxarmaq üçün istifadə edilirdi. 1952-ci ildə “IBM System 701” kompüterlərində informasiyanın saxlanması, yazılması və əldə olunması üçün maqnit lentlərindən istifadə olunmuşdur. Bu lentlər daha sonra geniş yayılmış və kompakt-kasetlər formasında istifadə olunmağa başlamışdır. Maqnit lent qurğusu – tape drive ~ накопитель на магнитной ленте ~ teyp sürücü ~ maqnit lentində oxuma-yazma əməliyyatına yerinə yetirmək üçün lenti hərəkət etdirən qurğu. Tar file – UNIX əməliyyat sistemində: tar (“tape archive” – “lent arxivi”) proqramı vasitəsilə bir faylda birləşdirilmiş fayllar toplusu. (Hazırda tar fayllar lentdə deyil, demək olar ki, həmişə diskdə saxlanılır.) tar faylı açmaq, yəni ona toplanmış faylları çıxartmaq üçün aşağıdakı komandadan istifadə olunur: % tar –xvf filename.tar ZIP fayllardan fərqli olaraq, tar sıxılmış fayl deyil; belə ki, tar fayllar çox zaman başqa utulit (compress) vasitəsilə sıxılmış olur.