Murad İlham oğlu Məmmədov (15 dekabr 2000; Bakı, Azərbaycan — 22 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Murad Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 2000(2000-12-15) |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2020(2020-10-22) (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Vikianbarda əlaqəli mediafayllar |
Murad Məmmədov 2000-ci il dekabrın 15-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 37 saylı tam orta məktəbdə alıb. Məktəb illərində Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən bir çox idman yarışlarının qalibi olub, Bakı və Respublika çempionatlarında iştirak edərək yüksək nəticələr əldə edib. Karate idman növü üzrə qara kəmər dan dərəcəsinin sahibi idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, İkinci Qarabağ müharibəsində Cəbrayıl və Füzulinin alınmasında iştirak edib və Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.[1]
14 aprel 2021 tarixində Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib. Turnir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə reallaşıb. Onlayn tədbirdə Murad Məmmədov haqqında hazırlanmış videoçarx nümayiş olunub.[2]
Murad 2019-cu il iyul ayının 8-i hərbi xidmətə yollanıb. Xidmətini Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə yerinə yetirən igid əsgər tərxis olunmasına 3 ay qalmış sentyabrın sonları başlayan İkinci Qarabağ müharibəsində iştirak edib.
Azərbaycan Ordusunun əsgəri olan Murad İlham oğlu Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərib. Murad Məmmədov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
24.06.2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının azad edilən torpaqlara görə medallar ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Murad İlham oğlu Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı və "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.