İMAN

insanın hər hansı bir şeyə sübutsuz və ya dəlilsiz inanmasıdır. İman hər bir kəsin qəlbində olmalı, sözlə ifadə və əməllə təsdiq edilməlidir. İslamda iman Allahdan başqa tanrının olmadığına və Məhəmmədin onun elçisi olduğunu bəyan etməklə təsdiqlənir. Buna İslam ənənəsində kəlimeyişəhadət deyilir. Quran və peyğəmbərin həyat yolunun haqq olduğuna inanmaq imanın əsaslarındandır. Bu namazın qılınması, Ramazan ayının orucunun tutulması, zəkatın verilməsi, həcc getmə kimi ibadətlərin yerinə yetirilməsi ilə təsdiqlənir. Bundan başqa müsəlmanlar bütün dini buyruq və vəzifələri yerinə yetirməli, halal və haramı birbirindən fərqləndirməlidirlər. Şiələrdə imamların haqq olduğuna və Allahın ədalətli olmasına inanmaq imanın şərtlərindən hesab edilir. Bundan başqa hər bir müsəlman həyatının sonuna qədər İslama bağlı qalmalı, etiqadının doğru olduğuna şübhə etməməlidir. Buna görə o, onun imanını şübhə altına alacaq işlər görməməlidir. Bunu edənlər isə münafiq hesab edilirlər.
İMAMİLƏR – müsəlman icmasının
İMRAN
OBASTAN VİKİ
İman
İman (İran) — İranda kənd. İmanşahlı — Qərbi Azərbaycanın Qəmərli rayonu ərazisində kənd. İmanşəhr — İranın İsfahan ostanının Fəlavərcan şəhristanının Mərkəzi bəxşində şəhər.
Aqil İman
Hacıyev İman Həsən oğlu (1 dekabr 1958, Daşkənd, Basarkeçər rayonu – 29 avqust 1996, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi. Aqil İman 1 dekabr 1958-ci ildə Göyçə mahalının Daşkənd kəndində qüdrətli söz sənətkarı Həsən Xəyallının ailəsində anadan olub. Orta məktəbin VIII sinfinə kimi doğulduğu Basarkeçər rayonu Daşkənd kənd orta məktəbində оxumuşdur. 1976-cı ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuş və 1981-ci ildə ali təhsilini başa vurmuşdur. 1981–1983-cü illərdə Tambov şəhərində hərbi xidmətdə olmuşdur. 1984-cü ildən 1986-cı ilə qədər "Yevlax Qaz İdarəsi"ndə, 1986-cı ildən 1993-cü ilə kimi isə Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Beton Məmulatları Zavodunda mühəndis işləmişdir. 1993-cü ildə Kəlbəcər-Ağdərə döyüşlərində könüllü iştirak etmişdir Aqil İman 29 avqust 1996-cı ildə ürək dayanmasından dünyasını dəyişmişdir. Məzarı Bərdə rayonu Yeni Daşkənd kəndindədir. Ailəli idi. İki oğlu var.
Növrəs İman
Növrəs İman (13 may 1903, Ağkilsə, Yeni Bəyazid qəzası – XX əsr) — Azərbaycanlı ustad şair, aşıq. Növrəs İman 13 may 1903-cü ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. O Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğludur. İman təhsilini Göyçənin Hüseynquluağalı kəndində molla məktəbində almışdır. Bir müddət Kəlbəcər rayonunun Seyidlər kəndində kənd sovetinin katibi vəzifəsində işləmişdir. İman 1930-cu ildə əsəb xəstəliyinə tutulmuş və 1932-ci ildə itkin düşmüşdür. Bu tarixdən sonra onun haqqında hər hansısa məlumat alınmamışdır. Növrəs İman Aşıq Ələsgər ədəbi məktəbinin yetişdirdiyi ən istedadlı şair aşıqlardandır. O, gənc yaşlarından şer yazmağa başlamış və tez bir zamanda xalq içərisində ustad aşıq kimi məşhurlaşmışdır. Bədahətən şer demək qabiliyyətinə malik olan el sənətkarının saysız-hesabsız qoşma, gəraylı, təcnis, divani, müxəmməs, cığalı təcnis, müstəzad, dodaqdəyməz və sair şəkillərdə şerləri olmuşdur.
Qılman İman
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010). Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir. İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
İman (ad)
İman — ad və təxəllüs. İslam dinində iman sözünün anlamı böyükdür. Adın İmanov, İmanlı soyad formaları vardır. İman Məcidov — rejissor. İman Alməmmədov — Vətən müharibəsi şəhidi. İman Quliyev — Vətən müharibəsi şəhidi. İman Məmmədzadə — Vətən müharibəsi şəhidi. İman Şampert — Amerikalı basketbolçu. İman — Azərbaycan şairi. Təxəllüsü: Aqil İman — Azərbaycanın ustad şairi, aşıq, el nəğməkarı.
İman Alməmmədov
İman Cəfərli
İman Zeynalabdın oğlu Cəfərovun (1963, Qaraçuq, Naxçıvan rayonu) - Filologiya üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İman Cəfərov 1963-cü ildə Naxçıvan MR Naxçıvan rayonunun Qaraçuq kəndində anadan olub. 1970-1980-ci illərdə Qaraçuq kənd orta məktəbində təhsil alan İman Cəfərov 1981-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisasına qəbul olunmuş, dörd il bu ali məktəbdə Muxtar Respublikanın görkəmli alimlərindən biliklər almışdır. 1985-ci ildə görkəmli alim İsa Həbibbəylinin elmi rəhbərliyi ilə “Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” əsərinin ideya-bədii xüsusiyyətləri” mövzusunda diplom işi müdafiə edən İ.Z.Cəfərov ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Prinsipcə qeyd edilən diplom işinin müdafiəsi İ.Z.Cəfərovun həyatında əsaslı dönüş mərhələsini təşkil etmişdir. Həmin diplom işinə ustad-müəllim İsa Həbibbəylinin əlyazma rəyindəki aşağıdakı cümlələr tələbənin həyat yolunu tamamilə dəyişmişdir: “Diplom işi müvəffəqiyyətlidir. Orijinal müşahidə və mülahizələrin nəticəsidir. Böyük elmə gedən yollarda iradə, təmkin, coşğun həvəs arzulayıram.” 1985-1990-cı illərdə Babək rayonunun Payız kənd orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışan İman Cəfərov əsl xalqçı müəllim ömrünü təkrarlamışdır. O, ucqar dağ kəndinin məktəbində radio qovuşağı təşkil etmiş, müəllim yoldaşların və şagirdlərin köməyi ilə böyük tənəffüslərdə radio-dərslər yaratmış, məktəbdə Məhəmmədhüseyn Şəhriyarla, Məmməd Arazla, Şah İsmayıl Xətai ilə bağlı elmi konfransların keçirilməsinə nail olmuşdur. 1990-cı ilin sentyabr-oktyabr aylarında qısa bir müddətdə Babək rayonunun Nehrəm kənd orta məktəbində müəllim vəzifəsində işləyən İman Cəfərov həmin ilin noyabr ayından Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. O, bu ali məktəbdə əvvəlcə dispetçer vəzifəsini icra etmiş, daha sonra “Azərbaycan ədəbiyyatı” kafedrasında baş laborant, kabinə müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
İman Mütləq
İman Mütləq (Səudiyyə Ərəbistanı) — İordaniyalı sahibkar, maliyyəçi, sosial fəal; "Sigma Investments Group" şirkətinin banisi. Mütləq Səudiyyə Ərəbistanında anadan olub. Atası vəfat edəndə onun 6 yaşı var idi, anası onun təlim tərbiyəsi ilə məşğul olmuşdur. Ailəsinin Səudiyyə kral ailəsi ilə sıx münasibətlərinin olmasına baxmayaraq, Mütləq var gücü ilə ərəblərin tipik kişi ictimai həyatına qoşulmağa cəhd etmişdir. 14 yaşı olanda təhsilinə dəstək olmaq məqsədi ilə toxuduğu əşyaları məktəbdə satırdı. İman Mütləq iki övladını 24 yaşında həyat yoldaşından boşandıqdan sonra tənha ana olaraq böyütmüşdür.[1] Mütləq Nyu York Texnologiya İnstitutunda Biznes Administasiyası magistraturasında maliyyə təhsili almışdır.[1] Mütləq artıq 18 yaşında şəxsi ixrac-idxal biznesini yaratmış və daha sonra 27 yaşında Yaxın Şərq və Şimali Afrikanın regionalarını əhatə edən maliyyə sənayesinə daxil olmuşdur. O hazırda İordaniyanın Sigma İnvestments şirkətini idarə edir.[1] O 2015-ci ildən MENA (Orta Şərq və Şimali Afrika) bölgəsində maliyyə xidmətləri ilə məşğul olan Bəhreyn "İngot Consutation" şirkətini idarə edir; bu şirkət dünya valyutaları və dəyərli metallarla ticarət etməyə, müştərilərə valyuta bazarına çıxmağa imkan verir. Forbes jurnalının Orta Şərq nəşri 2016, 2017 və 2018-ci illərdə İman Mütləqi "100 ən güclü Ərəb qadın iş adamı" siyahısında 32, 41 və 38-ci sırada qərarlaşdırmışdır. 2017-ci ildə Şri-Lankada Hilton Mehmanxanasında keçirilən "Asia-Pacific Executives" (Asiya-Sakit okean vəzifəli şəxsləri) forumunda əsas məruzəçi. 2016-cı ildə Korporativ sektorda MENA üzrə Amerikan Ticarət Palatasında Qadınlar Şurasında ən yaxşı qadın.
İman Məmmədov
İman Nəcəfqulu oğlu Məmmədov (1910, Çardaqlı, Zəngəzur qəzası) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi. 1910-cu ildə Zəngəzur qəzasında (Qubadlı) Çardaxlı kəndində dünyaya göz açıb, 1932-ci ildə Şuşa Pedoqoji məktəbini, 1950-ci ildə Pedoqoji İnstitutunu bitirib. Bir sıra vəzifələrdə çalışan İ.Məmmədov 1941-ci ilin fevralından 1948-ci ilin avqustuna kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsində çaılışıb.
İman Məmmədzadə
İman Elman oğlu Məmmədzadə (14 sentyabr 1998, Azərbaycan – 2 noyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İman Məmmədzadə 1998-ci il sentyabrın 13-də Lerik rayonun Kəlvəz kəndində anadan olub. Subay idi. Qardaşı Bəhram Məmmədzadə də İkinci Qarabağ müharibəsində şəhid olub. Azərbaycan Ordusunun əsgəri olan İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İman Məmmədzadə noyabrın 2-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Məmmədzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamı ilə İman Məmmədzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə İman Məmmədzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə İman Məmmədzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
İman Nağıyev
Nağıyev İman Məmməd oğlu 1957-ci ildə Gədəbəy rayonunun Dəyirmandağ kəndində anadan olmuşdur. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır. 1979–1987-ci illər ərzində Yasamal rayon xalq məhkəməsində tərcüməçi, məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 1987-ci ildən 1990-cı ilədək Şamaxı rayon xalq məhkəməsinin hakimi, 1990–2000-ci illərdə isə Nəsimi rayon xalq məhkəməsinin sədr müavini vəzifəsində fəaliyyətini davam etdirmişdir. 2000-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi olmuşdur. 2007-ci ildən Bakı Apelyasiya Məhkəməsinin sədri vəzifəsində çalışır. 2005-ci ildən Hakimlərin Seçki Komitəsinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" ordeninin üçüncü dərəcəsi ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2022-ci il tarixli sərəncamı ilə "Vətənə xidmətə görə" ordeninin ikici dərəcəsi ilə təltif edilmişdir. Ailəlidir, 2 övladı var.
İman Quliyev
İman Kürdoğlu oğlu Quliyev (11 iyul 1999; Salahlı, Yevlax rayonu, Azərbaycan — 4 noyabr 2020; Güləbird, Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. İman Quliyev 11 iyul 1999-ci ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. Subay idi. İman Quliyev 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmət etmişdir. 2019-cu ildə hərbi xidmətini başa vuran İman Quliyev həmin ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan İman Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İman Quliyev 4 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İman Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İman Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
İman gətirən
İman Lüğət mənası (e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənası Termin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. Lüğət mənası «S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənası İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
İman Şampert
İman Şampert (ing. Iman Asante Shumpert; 26 iyun 1990, Ouk-Park[d], İllinoys) — NBA-nın Klivlend Kavalers komandasında oynayan peşəkar Amerikalı basketbolçudur. O, 1990-cı ilin iyun ayının 26-da anadan olub. Şampert Nyu York Niks tərəfindən NBA 2011 üçün seçilmişdir. Ancaq o, Klivlend Kavalers komandasında oynadı və qalib gəldi. 8-ci sinifdə oxuyanda NBA basketbolçusu Evan Torner ilə Oak Park, İllinoysdəki Gvendoln Bruks Midle komandasında komanda yoldaşı idi. O Oak Parkdan Rive Forest Hay skula keçdi. 30 ən yaxşı oyunçudan biri oldu. O hər iki komandada uşaq və yeniyetmə bölmələrində oynayırdı. O Skoutfa 15 nömre ve Rivalsda ise 26 nömre altında oynayırdı.
İman Əsgərzadə
Əsgərzadə İman Novruz oğlu (12 mart 1962, Kəbirli, Ağcabədi rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. İman Əsgərzadə 1962-ci ildə Ağcabədi rayonu Kəbirli kəndində müəllim ailəsində anadan olmuşdur. Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, Ankara Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiridir. İ. N. Əsgərzadə ifratkeçiricilərin nəzəriyyəsi və tətbiqi sahəsini tədqiqatları ilə zənginləşdirən tanınmış fizikdir. 1979-cu ildə Respublika 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbini və 1985-ci ildə Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1995-ci ildə AMEA Fizika İnstitutu nda namizədlik və 2004 ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2000-ci ildən etibarən araşdırma qrantları müsabiqələrində galib gələrək dünyanın müxtəlif Üniversitetlərində və elmi mərkəzlərində uzunmüddətli ezamiyyətlərdə olmuşdur. (CRDF (Amerika), DAAD (Almaniya-Dresden Helmholtz İnstitutu), NATO postdoc (Türkiyə-Bilkənd Universiteti), NATO reintegration (Amerika), CNRS-ANAS (Fransa), TUBİTAK (Türkiyə-Ankara Universiteti)). 2002–2011 tarihləri arasında Abdus Salam Beynəlxalg Nəzəri Fizika Mərkəzinin (İtaliya) assosiativ üzvü seçilmişdir. 16 mart 2022-ci ildə fizika elmləri doktoru, professor İman Əsgərzadənin 60 illik yubileyi təntənəli qeyd edilib.
İslamda iman
İman Lüğət mənası (e-m-n) kökündən ifal babının məstəri olan iman(ərəb. إيمان‎) lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlir. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində«mütləq təsdiq etmək» deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənası Termin olaraq hz.Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək,Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir. Lüğət mənası «S-L-M» (ərəb. الإسلام‎)kökündən törəyən və «İfaalun» babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənası İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir.
İman Essa Casim
İman Essa Casim (9 iyul 1997) — Bəhreynli sprinter. İman Essa Casim Bəhreyni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. İman Essa Casim birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 2-ci təsnifat mərhələsində 11.72 saniyəlik nəticə ilə 6-cı cığırda 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Əhməd Əhmədov (İman oğlu)
Əhməd İman oğlu Əhmədov (1964, Sumqayıt – 6 aprel 1990) — 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrinin təşkilatçısı olaraq təqsirlindirilərək güllələnən azərbaycanlı. Şahid ifadələri günahkarın erməni əsilli Edvard Qriqoryan olduğunu göstərir. Sumqayıt hadisələrinin təşkilatçılarından erməni Ohanyanın, Samoylov və Pavlovskknin adları isə uzun müddət mətbuatdan gizli saxlanmışdır. Əhməd Əhmədov 1964-cü ildə Sumqayıtda fəhlə ailəsində anadan olub. 1979-cu ildə Sumqayıtdakı 25 nömrəli məktəbin 8-ci sinfini qurtarıb. Sonra 7 nömrəli şəhər texniki peşə məktəbində oxuyub. 1982-ci ildə ordu sıralarına çağırılıb. 1985–1988-ci illər arasında bir neçə iş yeri dəyişib. Oxuduğu məktəbdən və iş yerlərindən ona müsbət xasiyyətnamə verilib. Heç bir inzibati və ictimai cəzası olmayıb.
Davud İmanov
Davud İmanov (azərb. Davud Hüseyn oğlu İmanov‎; d. 20 may 1945-ci il, Qazaxıstan, Akmolla rayonu - ö. 2002-ci il, Azərbaycan) — rejissor, aktyor, ssenari müəllifi, jurnalist.[mənbə göstərin] Davud İmanov 20 may 1945-ci ildə Qazaxıstanın Akmolla rayonunda anadan olub. Həmin dövrdə İmanovun valideynləri Qazaxıstanda 37-ci ilin repressiya qurbanı olaraq Azərbaycandan köçürülmüş və "köçürülmüş xalqlar" kimi tanınan digər millətlərin nümayəndələri ilə bir yerdə yaşamışlar. Stalinin ölümündən sonra sürgün olunanlara SSRİ-nin yeni rəhbərliyi öz vətənlərinə qayıtmalarına icazə verir. Davud İmanovun ailəsi də 1957-ci ildə bəraət alaraq Azərbaycana qayıdır. İmanovlar ailəsi Azərbaycana gəldikdən sonra Sumqayıtda məskunlaşır. Davud İmanov 1979-cu ildə Ümumittifaq Teatr və Kino İnstitutunun rejissorluq fakültəsinə daxil olub. O, 1984-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib.
Eloy İmaniraquya
Eloy İmaniraquya (1 yanvar 1995) — Ruandalı üzgüçü. Eloy İmaniraquya Ruandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Eloy İmaniraquya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.43 saniyəlik nəticəsi ilə 68-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Elçin İmanov
İmanov Elçin Bəhrəm oğlu (11 yanvar 1971, Tiləkənd, Yardımlı rayonu) — azərbaycanlı aktyor, rejissor. Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb.
Elçin İmanov (aktyor)
Elçin İmanov (Şəhid)
Emil İmanov
Emil İmanov (7 yanvar 1983, Sumqayıt) — Azərbaycan alimi, implantoloq ağız cərrahı, baş həkim, beynəlxalq stomatoloji nəşriyyat "Quintessenz"in Azərbaycan bölməsinin ("Quintessenz-az" jurnalının) baş redaktoru. Azərbaycanda stomatoloji implantologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Emil İmanov 7 yanvar 1983-cü ildə Sumqayıtda anadan olmuşdur. 1989-cu ildə 14 saylı orta məktəbə daxil olub və 1999-cu ildə bu məktəbi bitirdikdən sonra həmin ildə AzərbaycanTibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşdur. 2004-cü illərdə məzun olduqdan sonra 2005–2006-cı illərdə Avstriyanın tələbə mübadilə proqramı (ÖAD) ilə təqaüd qazanaraq Avstriyanın Qraz Tibb Universitetində üz-çənə cərrahiyəsi və implantologiya üzrə ixtisaslaşma keçmişdir. 2009–2011 ci illərdə Finlandiyada və Almanyanın Freiburg, Erlangen, Ulm, Nürmberq şəhərlərinin tibb universitetlərində və özəl klinikalarında implantalogiya ixtisası üzrə qısa müddətli kurslar keçmişdir. 2012–2014 illərdə Almaniyanın İohann Volfqanq Göte adına Frankfurt Universitetində Oral İmplantologiya üzrə Master təhsili almışdır. Ailəlidir. Üç övladı var. 2006–2011-ci illərdə Sumqayıt şəhər 2 saylı xəstəxanada üz-çənə cərrahı ixtisası üzrə işləmişdir.
Fərda İmanov
Fərda İmanov (13 mart 1957, Bakı) ― coğrafiya elmləri doktoru (1997), professor (2002). Fərda İmanov 1957-ci il martın 13-də Bakıda anadan olub. 1964-1974-cü illərdə Mehdi Hüseynzadə adına 19 saylı orta mək­təb­ oxuyub. Ali təhsilini 1974-1979-cu illərdə Leninqrad Hidrometeorologiya İnstitutunda Hidrologiya fakültəsində alıb. 1992-ci ildən BDU-da çalışır. Ailəlidir, iki övladı var. Fərda İmanov 1982-ci ildə Leninqrad Hidrometeorologiya İnstitutunun əyani aspiranturasına daxil olub və 1984-cü ildə həmin ali məktəbdə fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada namizədlik dissertasiya işini müdafiə edib. 1997-ci ildə Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən İxtisaslaşmış elmi şurada doktorluq dissertasiya işini müdafiə edib və coğrafiya elmləri doktoru elmi dərəcəsini alıb. Fərda İmanov 2003-cü ildən BDU-nun Hidrometeorologiya kafedrasının professoru, 2004-cü ildən isə müdiridir. 226 elmi əsərin və 15-dən artıq dərslik və monoqrafiyanın müəllifidir.
Gülbacı İmanova
Gülbacı İmanova (13 fevral 1956, Bakı) — Azərbaycanın tanınmış dirijoru. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru,Azərbaycan Respublikasının xalq artisti(2005), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən). Gülbacı Əliəkbər qızı İmanova 1956-cı il fevralın 13-də Bakı şəhərində anadan olmuşdur.1980-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakultəsini bitirmişdir.1980-cı ildən BMA-da «xor dirijorluğu» ixtisasından və xor fənnlərinin metodikasından dərs deyib.1993-cü ildən etibarən Bakı Musiqi Akademiyasında dirijorluq kafedrasında çalışır.1989-cu ildən Ş. Məmmədova adına Opera studiyasında baş xormeyster kimi fəaliyyət göstərir.1996-cı ildə Azərbaycan Dövlət Xor Kapellasına bədii rəhbər və baş dirijor vəzifəsinə təyin edilib. Hazırda bu vəzifədə çalışır.2000-ci ilin oktyabr ayında «Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi» fəxri adına,2005-ci ildə isə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülmüşdür1999-cu ildə BMA-nın «dirijorluq» kafedrasına dosent vəzifəsinə müsabiqə ilə keçmişdir. Hal-hazırda kafedranın professoru vəzifəsində çalışır.1996-cı ildə Gürcüstan respublikasının Mədəniyyət nazirliyinin, eləcə də prezident E. A. Şevardnadzenin fəxri fərmanlarına layıq görülmüşdür.1999-2000-ci illərdə G. İmanova Türkiyə Cümhuriyyətinin fəxri fərmanlarına və mükafatlarına layıq görülüb.Müəllimlik etdiyi vaxtdan bir sıra dirijor-xormeyster yetişdirmişdir. Onlar arasında 5 magistr, 10 bakalavr və assistent-aspirant var.Evlidir. 3 övladı var 1996. Gürcüstan respublikasının mədəniyyət nazirliyinin, və prezident E. A. Şevardnadzenin bir çox fəxri fərmanları 1999-2000. Türkiyə Cümhuriyyətinin fəxri fərmanları və mükafatları 2000. "Azərbaycanın əməkdar incəsənət xadimi" fəxri adı 2005.
Hilal İmanzadə
Hilal Sabir oğlu İmanzadə (23 dekabr 1995; Beyləqan rayonu, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Hilal İmanzadə 1995-ci il dekabrın 23-də Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Subay idi. Hilal İmanzadə 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində müddəli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə DİN Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Hilal İmanzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hilal İmanzadə oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Hilal İmanzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsən İmanov
İmanov Həsən Həşim oğlu (1901–1937) — tarixçi, jurnalist, tərcüməçi. 1901-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini mədrəsədə almış, daha sonra Şuşa realnı məktəbinə qəbul olaraq 1919-cu ilə qədər təhsil almışdır. 1920-ci ildə Bakıya gəlmişdir. 1921–1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. Eyni vaxtda Yeni Türk Əlifbası Komitəsində işləmişdir. 1928-ci ildə Şərq Xalqları İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya Xalq Maarif Komissarlığına göndərilmişdir. 1931-ci ildə İnstitutu başa vurduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda I kateqoriyalı elmi əməkdaş kimi işə başlamışdır. Ali Pedaqoji İnstitutun "Zaqafqaziyada sinfi mübarizə tarixi" kafedrasının dosenti olub. Eyni zamanda Dövlət Muzeyində elmi katib və direktor müavini işləyib.
Kamran İmanov
Kamran Sultan oğlu İmanov (1946) — Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor. Kamran İmanov 1946-cu ildə anadan olub. Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə bitirəndən və ali təhsilini tamamladıqdan sonra Azərbaycan Neft-Kimya İnstitutunda baş laborant, baş müəllim, elmi laboratoriya müdiri və Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi Mərkəzinin direktoru vəzifələrində işləmişdir. Tələbəlik illərində beynəlxalq tələbə elmi müsabiqəsinin laureatı adına layiq görülmüşdür. İnşaat və Memarlıq Universitetinin tədris işləri üzrə prorektoru, birinci prorektoru, Azərbaycan universitetləri rektorlar Şurasının katibi, Azərbaycan Respublikası rəhbərliyinin İctimai rəyin öyrənilməsi üzrə Sosioloji tədqiqatlar Mərkəzinin elmi katibi vəzifələrində çalışmışdır. Həmin illərdə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, “Təhsil əlaçısı” medalı ilə təltif olunmuş, SSRİ Dövlət Təhsil Komitəsinin “Ən yaxşı elmi tədqiqatlara görə” müsabiqəsinin laureatı adını almış, SSRİ Təhsil Nazirliyinin bir sıra fərmanları ilə təltif edilmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədrinin 1-ci müavini, test sistemi layihəsinin rəhbəri, həmin Komissiyanın sədri və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ilk rəhbəri olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbəri olmuş, sonradan Azərbaycan Respublikası Prezidentinin 19.11.2008-ci il tarixli, 55 nömrəli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07.05.2013-cü il tarixli, 2889 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunmasında səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 07.11.2016-cı il tarixli, 2417 nömrəli Sərəncamı ilə müəllif hüquqlarının qorunması sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Kazuo İmanişi
Kazuo İmanişi (d. 12 yanvar 1941) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kinci İmanişi
Kinci İmanişi (今西 錦司, İmanişi Kinci, 6 yanvar 1902, Kioto – 15 iyun 1992, Kioto) – Yaponiya zooloqu, ekoloqu və antropoloqu. Yaponiyada primatologiya elminin əsasını qoymuşdur. Kinci İmanişi 1902-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kioto Universitetindən məzun olduqdan sonra gündəcələrin ekologiyasını araşdırmağa başlamışdır. Tədqiqatları əsasında "yaşayış arealı üzrə təcrid olunma" nəzəriyyəsini inkişaf etdirmişdir. Bu nəzəriyyəyə görə eyni arealda məskunlaşan müxtəlif növlər müvəqqəti olaraq eyni yaşayış adaptasiyalarını saxlayırlar. Kioto Universitetində dərs verməyə başladıqdan sonra alpinizm və səyahətlə maraqlanmağa başlamışdır. 1938–39 və 1944–46-cı illərdə Daxili Monqolustanda, 1941-ci ildə Ponpey adasında, 1952-ci ildə Nepalın Himalay dağlarında, eləcə də, digər yerlərdə tədqiqat ekspedisiyaları təşkil etmişdir. İkinci dünya müharibəsindən sonra Kioto Universitetinin Humanitar Elmlər üzrə Tədqiqat İnstitutunun üzvü olmuşdur. Burada primatların davranışı üzərində tədqiqatlar başlatmışdır.
Kəlbəli xan İmanlı-Avşar
Kəlbəli xan İmanlı-Avşar (?-1639) - Urmiya hakimi. Kəlbəli sultan Qasım xan oğlu Urmiyada anadan olmuşdu. İmanlı oymağının tanınmış əmirlərindən idi. 1624-cü ildə Mosulu almağa gedən qoşunun sərkərdələri arasında onun da adı vardı. Osmanlılara qarşı vuruşmuşdu. Mosul qalasına 3 min mən qurğuşun və barıt çatdırmışdı. Hafiz Əhməd paşanın qoşununu məğlub edib qovmuşdu. Şahdan xan ünvanı almışdı. I Şah Abbas Səfəvi əmr vermişdi ki, Kəlbəli xan və avşarlar İranın harasında istəsələr yaşaya bilərlər. O yerlər onlara inaət olunacaq.
Leyla İmanova
Leyla Bəkir qızı İmanova (30 noyabr 1960, Bakı) — Azərbaycan alimi, tibb üzrə fəlsəfə doktoru. Leyla İmanova 30 noyabr 1960-cı ildə tanınmış alim Bəkir Nəbiyevin ailəsində dünyaya göz açmışdır. 1968–1975-ci illərdə Bakı şəhərində yerləşən 16 saylı musiqi məktəbini oxumuş, 1968–1978-ci illərdə isə 225 saylı orta məktəbi bitirmişdir. 1978–1984-cü illərdə Azərbaycan Dövlət Tibb Universiteti, Müalicə–profilaktika fakültəsi, müalicə işi üzrə həkim ixtisasına yiyələnən L. İmanova 1993–1995-ci illərdə AMEA, "İnsan fiziologiyası" ixtisası üzrə aspirantura təhsili almışdır. Nazim İmanovla ailəlidir, iki övladı var. 1984–1985 — Xəzər Gəmiçiliyinin Mərkəzi Klinik Xəstəxanası, intern həkim; 1985–1987–16 saylı şəhər poliklinikası, sahə həkimi; 1987–1988–16 saylı şəhər poliklinikası nəzdində AMEA Tibb Məntəqəsinin rəhbəri; 1988–2001 — AMEA Fiziologiya İnstitutu, Respublika Nevroloji Mərkəzi bazasında Kliniki Neyrofiziologiya laboratoriyası, baş elmi işçi; 1998–2000 — Türk – Amerika Tibb Mərkəzi, nevropatoloq həkim; 2001–2004 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, İctimai Səhiyyə Proqramı, əlaqələndirici; 2004–2009 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Proqram direktoru (İctimai Səhiyyə proqramı, Zərərin Azaldılması Beynəlxalq proqramı, Beynəlxalq Palliativ Yardım proqramı, Səhiyyə Büdcəsinin monitorinqi proqramı, Psixi Sağlamlıq proqramı); 2006–2012 — HİV/AİDS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond proqramının 4-cü və 9-cu raundlar üzrə Vətəndaş Sektoru hissəsinin rəhbəri; 2009–2012 — Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Sağlamlıq Hüququ və Siyasəti Proqramının direktoru; Səhiyyə sahəsində araşdırmaların və Milli Səhiyyə Proqramlarının hazırlanmasının təşkili, habelə ekspert qismində iştirak; İctimai Səhiyyə sahəsində 300-dən çox konfrans, seminar, dəyirmi masa və təlimin təşkili və nəticələrinin əlaqələndirilməsi, habelə eskpert qismində iştirak; İctimai Səhiyyə sahəsində 250-dən çox layihənin hazırlanması və icrasının əlaqələndirilməsi; Müxtəlif qurumların və işçi qrupların üzvü: Vərəm, Tütün, Palliativ Yardım və Uşaqların Müdafiəsi üzrə Şəbəkələrin üzvü, Ədliyə Nazirliyi Penitensiar xidmətinin Yetkinlik yaşına çatmamış uşaqlar üçün Tərbiyə müəssisəsinin Himayəçilik Şurasının sədri, HİV/AİDS, Vərəm və Malyariya ilə mübatizə üzrə Ölkə Əlaqələndirmə Komissiyasının üzvü; Maliyyə və proqram hesabatlarının hazırlanması; BMT-yə HİV üzrə ölkə hesabatının "Vətəndaş sektoru" bölməsinin 2010 və 2012-ci illər üzrə müəllifi və əlaqələndiricisi; Qanun layihələrinin vətəndaş sektoru tərəfindən müzakirələrinin təşkili, təkliflərin formalaşdırılaraq Milli Məclisə təqdim edilməsi, o cümlədən HİV/AİDS və Sosial Xidmətlər üzrə Qanun layihələrinin hazırlanması dövründə MM Sosial Siyasət Komitəsi nəzdindəki işçi qruplarda vətəndaş sektorunun təmsilçisi; Çap materiallarının, metodik vəsaitlərin tərtib edilməsi, redaktəsi, nəşrə hazırlanması və nəşrinin əlaqələndirilməsi, dizayn işləri üzrə məsləhətçi; Soros Fondları Şəbəkəsinin Azərbaycan bölməsinin İctimai Səhiyyə proqramı üzrə ölkə strategiyalarının yazılması və Azərbaycanın maraqlarının təmsilçisi kimi müdafiəsi; Zərərin Azaldılması, Palliativ Yardım, Əlilliyi olan uşaq və yeniyetmələrin cəmiyyətə inteqrasiyası və reabilitasiyası üzrə proqram və maliyyə standartlarının hazırlanması; Yerli və beynəlxalq ekspertlərin işinin təşkili və əlaqələndirilməsi; 2012–2014 — "Qafqazın Strateji Tədqiqatlar İnstitutu" MMC – İnformasiya və təhlil şöbəsinin rəhbəri; 2014–2020 — AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru. 2021-indiyədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) Strateji planlaşdırma, beynəlxalq əlaqələr və layihələr departamentinin direktoru. 1996-cı ildə "The British Council" təlim mərkəzindən İngilis dili üzrə Sertifikat 1998-ci ildə Nevrologiya və fiziologiya ixtisasları üzrə Tibb elmləri namizədi diplomu 1998-ci ildə Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə institutu tərəfindən Nevrologiya ixtisası üzrə sertifikatı 22 oktyabr 2018-ci ildə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi tərəfindən "Qızıl xaç" ordeninə layiq görülmüşdür. AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Prezident Kitabxanasında olmuşdur Arxivləşdirilib 2019-12-04 at the Wayback Machine Leyla İmanova: "Nəsimi ili" çərçivəsində Mərkəzi Elmi Kitabxana tərəfindən fəaliyyət planı hazırlanıb Leyla İmanova: Tədqiqat aparmaq üçün əski erməni dilini bilən mütəxəssislərə ehtiyac var MEK direktoru Leyla İmanova və professor Claudia Lux AzTV-nin Səhər proqramında qonaq.
Lütfiyar İmanov
Lütfiyar Müslüm oğlu İmanov (17 aprel 1928, Petropavlovka, Salyan qəzası – 21 yanvar 2008, Bakı) — Azərbaycan opera müğənnisi (dramatik tenor), Bakı Musiqi Akademiyasında müəllim-professoru. SSRİ xalq artisti (1977). Lütfiyar İmanov 1928-ci il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən −1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişdir. 1954–1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956–1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956–1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun "Koroğlu" operasında baş rolda debüt etmişdir.
Ləman İmanova
Ləman Fuad qızı İmanova (23 iyul 1979, Bakı şəhəri)— Azərbaycanlı teatr aktrisası. Ləman İmanova 23 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsini bitirmişdir. 2002–2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstəmişdir. Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.
Lətif İmanov
Lətif Muxtar oğlu İmanov (15 sentyabr 1922, Şuşa – 12 mart 1980, Bakı) — fizik, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1979). Lətif İmanov 15 sentyabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta təhsilini 4 saylı Şuşa şəhər məktəbində almışdır. 1944-cü ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini Fizika ixtisası üzrə bitirmişdir. Lətif İmanov əmək fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda başlamışdır. O, əvvəlcə kiçik elmi içşi, 1944-cü ildən 1954-cü ilə qədər isə böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. 1954–1980-ci illər ərzində laboratoriya rəhbəri vəzifəsini icra etmişdir. Lətif İmanov keçmiş SSRİ EA Spektroskopiya Elmi Şurasının üzvü olmuşdur. O, həmçinin Radiospektroskopiya problemi üzrə Respublika Elmi Şurasının sədri kimi fəaliyyət göstərmişdir. Lətif İmanov 1954-cü ildə fizika üzrə fəlsəfə doktoru, 1964-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
Mehriban İmanova
Mehriban Natiq qızı İmanova (26 fevral 1977, Bakı) — riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Elm Fondunun rəhbəri. Mehriban Natiq qızı İmanova 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsininə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) fərqlənmə diplomu ilə bitirmirmişdir. 2003–2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olmuşdur.2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasında baş laborant olaraq əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2016-cı ildən dosent vəzifələrdə çalışıb. 2019-cu ildən isə Prezident İlham Əliyevin sərəncamı ilə Elm Fondunun icraçı direktoru təyin edilib. M. N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Mehriban İmanova ailəlidir, iki övladı var. 2001–2009-cu illərdə BDU, Mexanika-riyaziyyat fakültəsi, Hesablama riyaziyyatı kafedrasında baş laborant; 2009–2013-cü illərdə müəllim, 2013–2016-cı illərdə dosent əvəzi ç. 2016-cı ildən hal-hazıradək, BDU-nun Hesablama riyaziyyatı kafedrası, Mexanika-riyaziyyat fakültəsinin dosentidir.
Murad İmanov
Murad Həsən oğlu İmanov — Azərbaycanlı alim, riyaziyyat üzrə elmləri doktoru. Murad Həsən oğlu İmanov Qərbi Azərbaycanın Zəngəzur bölgəsi Sisian rayonunun Ərəfsə kəndində ziyalı ailəsində anadan olmuşdur. Naxçıvan şəhər internat məktəbini qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir, riyaziyyat üzrə elmlər doktorudur. Azərbaycan Respublikası Təhsil Nazirliyində çalışır. 1214.01 – “Dinamik sistemlər və optimal idarəetmə” ixtisası üzrə mütəxəssisdir. "Faza məhdudiyyətli optimal idarəetmə məsələlərinin requlyar həllərinin oxşar həllər metodu vasitəsilə tədqiqi” mövzusu üzrə dissertasiya müdafiə etmişdir. Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib. Azərbaycanda elmin inkişafındakı xidmətləri vardır.
Muxtar İmanov
Muxtar İmanov (İmanov Muxtar Kazım oğlu; 28 may 1955, Axura, Noraşen rayonu) — folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, Azərbaycan Respublikası İctimai Televiziya və Radio Yayımları Şurasının sədri. AMEA-nın həqiqi üzvü (2017). Akademik Muxtar Kazım İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kənədində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirmişdir. 1980–1983-cü illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" ixtisası üzrə əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1984-cü ildə "Müasir Azərbaycan nərsində psixologizm" mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan folklorunda gülüşün genezisi və poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını almışdır. 2014-cü ildə "Ədəbiyyatşünaslıq" ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. M. K. İmanov əmək fəaliyyətinə Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi başlamışdır (1977–80). Aspirantura təhsilindən sonra, 1983–1992-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır.
Mübariz İmanzadə
Mübariz Şakir oğlu İmanzadə — Azərbaycanlı peşəkar diplomat və tərcüməçi. Mübariz İmanzadə 21 avqust 1943-cü ildə Şəki şəhərində anadan olmuşur. Atası Şakir İmanzadə orta məktəb müəllimi kimi fəaliyyət göstərmişdir. Anası Səidə İmanzadə görkəmli pedaqoq və tarixçi olmuş, Azərbaycanda qadın azadlığı hərakatında çox önəmli rol oynamışdır. Bacısı Taleə İmanzadə isə BDU və Bakı Slavyan Universitetində müəllim qismində çalışmışdır.[mənbə göstərin] Mübariz 1950–60-ci illərdə Bakı şəhəri 6 nömrəli orta məktəbdə oxumuşdur. Orta məktəbi bitirib, BDU-nun şərqşünasluq fakültəsinin hərbi tərcüməci kursuna qəbul edildi. Yaxşı oxuduğuna görə 3-cü kursdan onu xaricə, bilavasitə hərbi tərcüməçi qismində ezam etdilər. Moskvadan Bakıya gələn xüsusi komissiya 50 nəfərin içindən 3 nəfəri, o cümlədən, Mübarizi seçmişdi. Onları Moskvaya aparıb Xarici Dillər üzrə Hərbi İnstitutda 6 ay hərbi tərcüməçilərin xüsusi kursunda oxutdurduqdan sonra onu Suriyaya hərbi tərcüməçi göndərdilər. O vaxt Suriya ordusunda Sovetlərin hərbi müşavirləri fəaliyyət göstərirdi.
Məhəmməd İmanlı
İmanlı Məhəmməd Nağı oğlu — hüquq elmləri doktoru, professor. Məhəmməd İmanlı 30 iyun 1962-ci ildə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. 1969–1979-cu illərdə Amasiya rayonunun Güllücə kənd orta məktəbində oxumuşdur. 1983–1987-ci illərdə Politexnik Universitetində təhsil almışdır. 1988-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1993–1997-ci illərdə Bakı Dövlət Universiteti hüquq fakültəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasında müəllim, qiyabi aspirant, 1998-ci ildə baş müəllim, dosent olmuşdur. 2004-cü ildə universitetin hüquq fakültəsinin dekanının 1-ci müavini təyin edilmişdir. 2006-cı ildə hüquq elmləri doktoru və professor adı almışdır. 2006–2009-cu illərdə BDU-nun Müdafiə Şurası yanında seminarın sədri (12.00.09 indeksi üzrə), 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında hüquq ixtisası üzrə ekspert olmuşdur. 100-dən çox məqalənin, 10 kitabın, 6 monoqrafiyanın müəllifidir.
Məmmədağa İmanov
Məmmədağa İqab oğlu İmanov (4 aprel 2001; Dalğalı, Neftçala rayonu, Azərbaycan – 29 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Məmmədağa İmanov 2001-ci il aprel ayının 4-ü Neftçala rayonunun Dalğalı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Məmmədağa hərbi xidmət müddətinə Neftçalada başlamış, Beyləqanda davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Məmmədağa İmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Sonuncu dəfə 29 sentyabr tarixində əlaqə saxlamışdır. Uzun müddət nəşi tapıla bilməmişdir. 2021-ci il mayın 31-i Məmmədağa İmanovun nəşi tapılmış və ailəsinə təhvil verilmiş və Neftçala Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Məmmədağa İmanov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Məryəm İmanova
Məryəm İmanova (25 yanvar 1998) — Azərbaycanlı stolüstü tennisçi. 2014-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN), Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə "Olimpik Star" idman-əyləncə kompleksində yeniyetmə və gənclər arasında keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyində 1996–1998-ci il təvəllüdlülər arasında qarışıq-qoşa stolüstü tennis qaydalarına uyğun təşkil edilmiş yarışda Bakını təmsil edən Nurlan Həsənovla birinci yer olub. Həmçinin qızlar arasında keçirilmiş şəxsi yarışlarda da qalib olub. Həmçinin 1996–1998-ci il təvəllüdlü qızlar arasında keçirilmiş qoşa yarışlarda isə Şərmin Şirinova (Sumqayıt) ilə birinci yeri tutublar. 2015-ci ilin yanvarında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində böyüklər arasında IV Fəcr Kuboku uğrunda yarışlar məşqçilər Niyaz Əzimov və Xəyalə Qiyasovanın rəhbərliyi ilə qızlar arasında qoşa yarışlarda Azərbaycan yığma komandasının üzvləri Rüfət Quliyeva ilə cütlük şəklində III yerə sahib olub, bürünc medal qazanıblar. 2015-ci il fevralında Bakıda stolüstü tennis üzrə beynəlxalq "Top-16" turnirində qadın tennisçilərin yarışında Azərbaycanı təmsil edib. "Bakı-2015" I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarında iştirak edib. 2017-ci ildə Azərbaycan yığmasının heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Komanda yarışlarında o, Jinq Ninq, Miao Vanq və Xinqtai Çen ilə birgə 2-ci yeri tutdu və İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu. 2019-cu ildə Qazaxıstanın Çimkənt şəhərində keçirilən Qazaxıstanın Milli Qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə beynəlxalq turnirdə Azərbaycan yığmasının heyətində qadınların komanda yarışlarında Nəzakət Qarayeva ilə gümüş medal qazanıb.

Значение слова в других словарях