iqtisadi
iqtisadi-siyasi
OBASTAN VİKİ
Naxçıvan iqtisadi-coğrafi rayonu
Naxçıvan iqtisadi rayonu — Azərbaycan Respublikasının iqtisadi rayonlarından biri == Coğrafi mövqeyi və ərazisi == Naxçıvan Muxtar Respublikası (MR) Azərbaycanın cənub-qərbində yerləşir və ölkənin əsas ərazisindən təcrid olunmuşdur. MR İran İR, Türkiyə və Ermənistanın əhatəsində yerləşir. O, şimalda və şərqdə Ermənistan Respublikası ilə 246 km, cənub-qərbdə Türkiyə ilə 15 km, cənubda İran İR ilə 204 km məsafədə həmsərhəddir. Naxçıvan MR Naxçıvan şəhərini, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbaz, Şərur inzibati rayonlarını əhatə edir. Sahəsi 5562 km2 , əhalisinin sayı 427,2 min nəfərdir (01.01.2013). MR Azərbaycan Respublikasının ərazisinin 6,4%-ni tutur, ölkə əhalisinin 4,5%-i də burada yaşayır. Əhalinin orta sıxlığı 77 nəfər/km2 -dir. Naxçıvan şəhəri 1136–1225-ci illərdə mövcud olmuş Atabəylər dövlətinin bir müddət paytaxtı olmuş və yüksək inkişaf səviyyəsinə çatmışdır. 1735–1747-ci illərdə Naxçıvan Nadir şahın qurduğu İran dövlətinin tərkibinə daxil idi. 1747-ci ildə onun ölümündən sonra burada hakim olan kəngərli tayfa başçısı Heydərqulu xan Zəngəzur dağlarından Araz çayına qədər ərazilərdə Naxçıvan xanlığı yaratmışdır.
Abşeron iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Abşeron-Xızı iqtisadi rayonu – Azərbaycan Respublikasında iqtisadi-coğrafi rayon. Sahəsi 3,34 min km2 . Əhalisi 563,1 min . Abşeron və Xızı inzibati rayonları, Sumqayıt şəhəri daxildir. 7 iyul 2021-ci ilə qədər Abşeron iqtisadi rayonu adlandırılmışdır. == Təbiəti == Abşeron rayonunun ərazisi qərbdə Baş silsilə və Ləngəbiz silsiləsinin cənub-şərq, şərqdə Qobustanı və Abşeron yarımadasının qərb, şimalda Samur-Dəvəçi ovalığının cənub-şərq, cənubda Cənub-Şərqi Şirvan düzünün şimal hissəsini əhatə edir. Relyefi dağlıq və düzənlikdir. Səthi silsilə və tirələrlə yanaşı dərə, yarğan, qobu, təpə və çökəkliklərlə mürəkkəbləşmişdir. Yüksəkliyi Xəzər sahili düzənliklərdə okean səviyyəsindən –28 m -dən dağlıqda 2205 m (Dübrar d.) arasında dəyişir. Rayonun ərazisində, əsasən, Tabaşır, Paleogen, Neogen və Antropogen çöküntüləri yayılmışdır.
Aran iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Aran iqtisadi rayonu — Azərbaycan Respublikasının 2021-ci ilə qədər şərti iqtisadi rayonlarından biri. Cənubdan İranla, həmçinin Yuxarı Qarabağ, Gəncə-Qazax, Şəki-Zaqatala, Dağlıq Şirvan, Abşeron və Lənkəran iqtisadi rayonları ilə həmsərhəddir. Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonlarından və Mingəçevir, Şirvan və Yevlax şəhərlərindən ibarətdir. İqtisadi rayon əsasən Kür-Araz ovalığında yerləşir, əlverişli İCM-ə malikdir. Ovalığın ərazisinin mərkəzi və şərq hissələri okean səviyyəsindən aşağıda yerləşir, səthi hamardır. Dəniz və çay çöküntüləri düzənliyin çox hissəsini örtür. İqtisadi rayonun ətrafında olan dağlara yaxın sahələrinin səthi meyllidir. Yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi səciyyəvidir. İqtisadi rayonun sahəsi 21,43 min km2 olmaqla ölkə ərazisinin 24,7%-ni əhatə edir. Əhalinin sayı 1863,5 min nəfər, o cümlədən şəhər əhalisi 708,3 min nəfərdir.
Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Dağlıq Şirvan iqtisadi rayonu — tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir. Dağlıq Şirvan iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şamaxıdır. İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki-Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv.
Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Kəlbəcər-Laçın iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Kəlbəcər-Laçın iqtisadi rayonu — Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edən iqtisadi rayon. Kəlbəcər-Laçın iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Laçındır. Azərbaycan ərazisinin 7,5%-i, əhalisinin isə 2%-dən bir qədər çoxu bu rayonun payına düşür. Ümumi ərazisi 6398 km² (yuvarlaq 6,4 min km²), ümumi əhalisi 231,3 min nəfər (1 yanvar 2011-ci il), 1 km²-ə düşən əhali sıxlığı isə 36 nəfərdir. == Rayonlar == === Kəlbəcər inzibati rayonu === 08.08.1930-cu ildə təşkil edilmişdir. Rayon Kiçik Qafqazın mərkəzində, Tərtər çayının hövzəsində yerləşir, qərbdən Ermənistan Respubilkası ilə həmsərhəddir. Sahəsi 3054 km², əhalisinin sayı 83,9 min nəfər, o cümlədən şəhər əhalisi 11,5 min nəfər,kənd əhalisi 72.4 min nəfərdir(01.01.2012). Mərkəzi Kəlbəcər şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə, 53 kənd ərazisi,145 kənd yaşayış məntəqəsi vardır. Rayon 02 aprel 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdir.
Lənkəran-Astara iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Lənkəran-Astara iqtisadi rayonu — Azərbaycan Respublikasının iqtisadi rayonlarından biri. İqtisadi rayon şərqdən Xəzər dənizi, qərbdən və cənubdan İran ilə həmsərhəddir. Lənkəran-Astara iqtisadi-coğrafi rayonun~ Cəlilabad, Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı inzibati rayonları və respublika əhəmiyyətli Lənkəran şəhəri daxildir == Coğrafiya == İqtisadi rayonun tərkibinə 6 inzibati rayon, o cümlədən 8 şəhər, 13 qəsəbə, 642 kənd və 182 bələdiyyə daxildir. Lənkəran iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Lənkərandır. İqtisadi rayon Azərbaycanın cənubunda, İran və Türkiyəyə gedən yollar üzərində yerləşir. Şərqdə Xəzər dənizi, qərbdə və cənubda İran ilə həmsərhəddir. Sahəsi 6,14 min km² –dır, bu da ölkə ərazisinin 7,1%-nə bərabərdir. Lənkəran ovalığı və Talış dağları əsas oroqrafik vahidlərdir. İqtisadi rayonun ərazisinin 26%-i meşələrlə örtülmüşdür. Region rütubətli subtropik iqlimə malik olmaqla təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir.
Quba-Xaçmaz iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Quba-Xaçmaz iqtisadi rayonu — Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir. Quba-Xaçmaz iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Qubadır. Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min km² olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. Quba-Xaçmaz iqtisadi rayonunun Mərkəzi Quba şəhəridir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına — düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir. Region əhalisinin ümumi sayı 527,7 min nəfər olmaqla ölkə əhalisinin 5,5 %-ni, təşkil edir.
Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Yuxarı Qarabağ iqtisadi rayonu — Azərbaycan Respublikasının 10 iqtisadi rayonundan biri. == Ümumi məlumat == Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli və Xankəndi şəhərini əhatə edir. Yuxarı Qarabağ iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Xankəndidir. == İqtisadi rayonun Ermənistan tərəfindən işğal olunmuş rayon və şəhərləri == Xankəndi İşğal olunmuşdur: 1991-ci il, 26 dekabr Azad olunmuşdur 2023-cü il 28 sentyabr Ərazisi-926 km²,Əhalinin sayı-57000 Şəhid olmuşdur 790. Əlil və şikəst olmuşdur 1010 *Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: Sənaye,tikinti obyektləri 61 Mədəni — məişət obyekti 694 Rayon,qəsəbə və kənd 140 Tarixi abidə 103 Dövlət incəsənət teatrı və şəhər mədəniyyət evi Bir çox rayon və kəndlərində soyqırımlar olmuşdur.2-ci Qarabağ savaşının ilk soyqırımı Xankəndidə olmuşdur. Şəhərin qərb hissəsi tamamilə yandırılmışdır. Ağdam İşğal olunmuşdur: 1993-cü il 23 iyul Azad olunmuşdur 2020-ci il 20 noyabr Ərazisi 1154 km² Əhalinin sayı 158 000 Şəhid olmuşdur 6000dən çox. Əlil olmuşdur 587 *Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: Sənaye və tikinti obyekti 48 Mədəni – məişət obyekti 598 Qəsəbə və kənd 122 Tarixi abidə 27 Dövlət dram teatrı Xocavənd İşğal olunmuşdur: 1992-cü il 2 oktyabr Azad olunmuşdur 2023-cü il 19-20 sentyabr Ərazisi 1458 km² Əhalisinin sayı 9011 Şəhid olmuşdur: 145; Əlil olmuşdur 48 Erməni işğalçıları tərəfindən dağıdılmış və yandılmış: Mədəni – məişət obyekti 75 Qəsəbə və kənd 19 Tarixi abidə 15 Xocalı İşğal olunmuşdur: 1992-cü il 26 fevral Azad olunmuşdur 2023-cü il 26 sentyabr Ərazisi 970 km² Əhalinin sayı 11567 Şəhid olmuşdur 613. Əlil olmuşdur 657 Erməni işğalçıları tərəfindən dağıdılmış,Yandırılmış və talan olunmuşdur: Sənaye və tikinti obyekti 29 Mədəni — məişət obyekti 80 Xocalı faciəsi Azərbaycan xalqının öz torpaqları uğrunda erməni işğalçılarına qarşı mübarizəsində bir çox faciələr olmuşdur (1905, 1918–20 və 1988–1993-ci illərdə). Bunlardan ən qanlılarından biri də Xocalıdır.
Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunun nəqliyyatı
Şəki-Zaqatala iqtisadi rayonu — Azərbaycan Respublikasının zəngin bölgələrindən sayılan Şəki-Zaqatala iqtisadi rayonu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın şimal-qərbində — Böyük Qafqaz dağlarının cənub yamacında yerləşir. Şəki-Zaqatala iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şəkidir. İqtisadi rayonun ərazisinin ümumi sahəsi 8,96 min km² olmaqla ölkə ərazisinin 10,3 %-ni təşkil edir. Bölgənin relyefi yüksək dağlıq və dağətəyi hissələrə bölünür. İqtisadi rayon məhdud torpaq ehtiyatına malikdir. Ərazinin yüksəklik fərqinin böyük olması təbii şəraitin müxtəlifliyinə səbəb olmuşdur. Zona mülayim iqlim şəraitinə malikdir. İqtisadi rayonun əhalisinin ümumi sayı 531,9 min nəfər olmaqla ölkə əhalisinin 6,5 %-ni təşkil edir. Əhali əsasən dağətəyi hissədə yaşayır. == Faydalı qazıntıları == Rayon ərazisi faydalı qazıntılarla zəngindir.
Coğrafi element
Coğrafi enlik
Coğrafi enlik, en dairəsi və ya paralel — Ekvatorun şimal və ya cənubundakı hər hansı bir nöqtənin ekvatora açıldığı məsafəsi. En dairəsini astronomik alətlərdən olan sekstant və qnomon ilə təyin etmək mümkündür. Günün davam etmə müddəti En dairəsindən asılıdır. Coğrafi enlik 0°-dən 90°-yə qədər hesablanır və ekvatordan şimal qütbünə qədər – şimal Coğrafı enlik ekvatordan cənub qütbünə qədər – cənub Coğrafı enlik adlanır.
Coğrafi göstərici
Coğrafi göstərici - əmtəənin mənşəcə dövlətin və ya bölgənin ərazisi ilə, yaxud bu ərazidəki yerlə bağlı olduğunu bildirməsi, onun xüsusi keyfiyyətini və digər xüsusiyyətlərini əks etdirməsi. == Ədəbiyyat == Əliquliyev R.M., Ağayev N.B., Alıquliyev R.M., Plagiatlıqla mübarizə texnologiyaları // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015.
Coğrafi hədəfləmə
Coğrafi hədəfləmə — xüsusilə bir ölkədə yoxsulluğun azaldılması üçün resursların ayrılması üçün əlverişli bir yol. Bu baxımdan, dövlət xərcləri və siyasi müdaxilələri ən kasıb sahələrdə ən möhtac insanlara çatmaq üçün yerləşdirilə bilər.
Coğrafi irq
Coğrafi komponentlər
Coğrafi koordinatlar
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. == Tarixi == 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi koordinatları
Coğrafi koordinat sistemi — Yer üzərindəki obyektlərin yerini müəyyənləşdirmək üçün istifadə olunan koordinat sistemidir. Coğrafi koordinat sistemi coğrafi uzunluq və coğrafi enliklərdən ibarətdir. == Tarixi == 1884-cü ildə ABŞ-də keçirilən Beynəlxalq Meridian Konfransında iyirmi beş ölkə iştirak etmişdir. Onlardan iyirmi iki dövlət İngiltərədə yerləşən Qrinviç rəsədxanasından keçən meridianı sıfır dərəcəli coğrafi uzunluq kimi qəbul etmişdir. Dominikan Respublikası bu təklifin əleyhinə səs vermiş, Braziliya və Fransa isə bitərəf qalmışlar. Fransa Paris Rəsədxanasından hesablanan yerli vaxtdan 1911-ci ildə Qrinviç Orta Vaxt sisteminə (ing. Greenwich Mean Time) keçmişdir. Coğrafi enlik ekvatorla verilən məntəqədən keçən paralel çevrəsi arasında qalan meridian qövsünün dərəcələrlə uzunluğudur. Coğrafi enlik məntəqənin ekvatordan neçə dərəcə şimalda və yaxud da cənubda yerləşdiyini bildirir. Qlobus və xəritələrin üzərində meridian və paralellərin kəsişərək əmələ gətirdiyi şəbəkəyə dərəcə toru deyilir.
Coğrafi sürtünmə
Coğrafi sürtünmə — Yer kürəsi hərəkət etdiyi zaman havanın yer səthi ilə yaratdığı sürtünmə. == Sürtünmə qüvvəsi == Atmosferdə hərəkət edən hava Yer səthi ilə təmasda olduqda sürtünmə məruz qalir. Atmosferdə havanın hərəkətinə sürtünmə qüvvəsi mənfi təsir göstərir. O, hərəkəti zəiflədir və hətta onun istiqamətini dəyişir. Hava qaza məxsus özlüyə malikdir. Özlülük iki lay arasında bir-birinə nisbətən sürüşməsinə müqavimət göstərir. Havanın özlülüyü hündürlük artdıqca azalır. Yəni sürtünmə qüvvəsi havada təsir göstərən digər qüvvələrə nisbətən cüzidir. Buna görə də sürtünmə qüvvəsi müşahidə olmayan orta hesabla 1000 m-ə yaxın hündürlük sürtünmə səviyyəsi adlanır. Yer səthindən sürtünmə səviyyəsinə qədər troposferin aşağı qatı sürtünmə layı və planetar sərhəd layı adlanır.
Coğrafi terminlər
== Coğrafi baryer (sədd, sərhəd) == Coğrafi baryer (sədd, sərhəd)- yerüstü (materik, ada) heyvan və bitkilərin yayılması yolunda maneçilik göstərən təbii coğrafi maneə (dəniz, okean, dağ). Coğrafi baryer olması endemiklərin formalaşmasında əsas səbəb sayılır. Məs., Avstraliya florası Asiyadan uzaq olunduğu üçün 70%-i endemik növlərdən təşkil olunmuşdur. == Coğrafi dəyişiklik == Coğrafi dəyişiklik-populyasiya (növ) daxilində hər hansı əlamətin variasiyaları. == Coğrafi element == Coğrafi element- bir areal tipində növlərin məcmusu. Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında Coğrafi elementdən geniş istifadə olunur. == Coğrafi indeterminizm == Coğrafi indeterminizm-sivilizasiyanın dinamikasının həlledici faktoru təbii şərait deyil (onun əhəmiyyəti də inkar edilmə istehsal qüvvələri hesab olunan dünyagörüşü. == Coğrafi irq == Coğrafi irq-bir növün populyasiyasının ümumi arealı bir hissəsində məskunlaşaraq bir-birindən taksonomik cəhətdən fərqlənməsi populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması nəticəsində əmələ gəlir. Coğrafi irq ekoloji irqə yaxındır. Coğrafi irq dəyişkənliyi bir çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.
Coğrafi təbəqə
Coğrafi təbəqə atmosferin aşağı, litosferin yuxarı hissəsinin, hidrosfer və biosferin qarşılıqlı təmasda olduğu, nüfuz edərək dəyişdiyi təbəqədir. Coğrafi təbəqə ən mürəkkəb təbii kompleks olub, canlılardan və cansız maddələrdən təşkil olunmuşdur. Onun formalaşması və inkişafı həm geoloji, həm də bioloji amillərdən asılıdır. Coğrafi təbəqənin inkişafı üç əsas mərhələyə bölünür: biogenə qədərki (əsasən Kriptozoy eonunu əhatə edir - biosfer yeni formalaşmağa başladığı üçün üzvi aləm digər xarici təbəqələrə fəal təsir göstərə bilmirdi), biogen (Fanerozoy eonunu əhatə edir - canlılar digər təbəqələrə fəal təsir göstərir, üzvi mənşəli çökmə süxurlar torpaq və üzvi mənşəli faydalı qazıntılar yaranır) və müasir (antropogen; bu mərhələdə insan öz fəaliyyəti ilə coğrafi təbəqəyə güclü təsir edir, coğrafi mühit yaranır). Coğrafi təbəqənin inkişafındakı fasiləsizliyi günəş enerjisi və qismən Yerin daxili enerjisi təmin edir. Coğrafi təbəqənin insanların fəaliyyəti ilə bağlı olan hissəsi coğrafi mühit adlanır. Coğrafi təbəqənin inkişaf qanunauyğunluqları: 1. Bütövlük - coğrafi təbəqəni təşkil edən bütün komponentlər bir-biri ilə sıx qarşılıqlı əlaqəyə malikdir, onlardan birinin dəyişməsi digərlərinin də dəyişməsinə səbəb olur. 2. Ritmiklik - hadisə və proseslərin müəyyən vaxtdan bir təkrarlanması (Yerin öz oxu ətrafında fırlanması - sutkalıq, Günəş ətrafında fırlanması - illik, həmçinin çoxillik və geoloji dövrlər ərzində baş verən ritmiklik mövcuddur).
Coğrafi uzunluq
Coğrafi xəritə
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. == Etimologiyası == Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. == Təsnifatı == Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya). Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.
Coğrafi zona
Coğrafi zonallıq
Coğrafi zonallıq — coğrafi təbəqənin (landşaft təbəqəsinin) quruluşunda ən başlıca qanunauyğunluqlardan biri. Bu qanunauyğunluq günəşin şüa enerjisinin enliklər üzrə bərabər bölünməsilə əlaqədar olaraq, müxtəlif landşaft tiplərinin ekvatordan qütblərə doğru dəyişilməsində və müxtəlif coğrafi qurşaqların, coğrafi zonaların yaranmasında özünü göstərir.