Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Yuxarı Qarabağ iqtisadi rayonu — Azərbaycan Respublikasının 10 iqtisadi rayonundan biri.
İqtisadi rayon | |
Yuxarı Qarabağ iqtisadi rayonu | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Ləğv edilib | 7 iyul 2021 |
|
Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli və Xankəndi şəhərini əhatə edir. Yuxarı Qarabağ iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Xankəndidir.
İşğal olunmuşdur: 1991-ci il, 26 dekabr
Azad olunmuşdur 2023-cü il 28 sentyabr
*Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
İşğal olunmuşdur: 1993-cü il 23 iyul
Azad olunmuşdur 2020-ci il 20 noyabr
*Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
İşğal olunmuşdur: 1992-cü il 2 oktyabr
Azad olunmuşdur 2023-cü il 19-20 sentyabr
Erməni işğalçıları tərəfindən dağıdılmış və yandılmış:
İşğal olunmuşdur: 1992-cü il 26 fevral
Azad olunmuşdur 2023-cü il 26 sentyabr
Erməni işğalçıları tərəfindən dağıdılmış,Yandırılmış və talan olunmuşdur:
İşğal olunmuşdur 1992-ci il 8 may
Azad olunmuşdur 2020-ci il 8 noyabr
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
İşğal olunmuşdur 1993-cü il 23 avqust
Azad olunmuşdur 2020-ci il 4 oktyabr
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
İşğal olunmuşdur 1993-cü il 23 avqust
Azad olunmuşdur 2020-ci il 17 oktyabr
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur:
Qeyd:1988-ci ildə azərbaycanlılar Dağlıq Qarabağın 30, ətrafdakı rayonların isə 99 faizini təşkil edib.
Yuxarı Qarabağ iqtisadi rayonun əsas təbii sərvətləri polimetal filizləri (Mehmanə yatağında), neft, təbii qaz, müxtəlif tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı). Meşələrdə olan xammal ehtiyatları yerli ağac emalı müəssisələrini xammalla təmin etmək üçün kifayət qədərdir.
Yuxarı Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik, pambıqçılıq və tütünçülükdür. Regionda həmçinin meyvə, kartof, bostan-tərəvəz məhsulları becərilir. Burada barama saxlanması üçün geniş sahələrdə tut bağları salınmışdır. Üzümün məhsuldarlığına görə iqtisadi rayon xüsusilə seçilir. İqtisadi rayonda heyvandarlıq, əsasən, ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdir. İqtisadi rayonun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanır. Şərabçılıq, konserv məhsullarının istehsalı, digər k.t. məhsullarının emalı yeyinti sənayesinin əsas sahələridir.
İqtisadi-coğrafi rayonun ərazisindən Ələt-Culfa, Yevlax-Ağdam-Xankəndi dəmir yolları keçir. Bərdə-Ağdam-Xankəndi-Şuşa-Laçın, Ağdam-Xocavənd-Füzuli-Horadiz, Ələt-Culfa, Tərtər-Ağdərə-Kəlbəcər avtomobil yolları iqtisadi-coğrafi rayonun ərazisini respublikanın digər regionları ilə birləşdirir (cədvəl 5.15).
İqtisadi-coğrafi rayonda ümumi istifadədə olan avtomobil yolları, km (2012)
Şəhər və inzibati
rayonlar |
Cəmi | Dərəcəsinə görə | ||||
I | II | III | IV | V | ||
Ağdam rayonu | 131 | - | - | 72 | 37 | 22 |
Füzuli rayonu | 246 | - | - | 98 | 133 | 15 |
Tərtər rayonu | 207 | - | - | 89 | 99 | 19 |
İqtisadi rayon | 584 | - | - | 259 | 269 | 56 |
Azərbaycan Res | 14851* | 330 | 1128 | 3764 | 8724 | 905 |
· — Respublika üzrə yolların ümumi uzunluğuna işğal altında olan rayonlardakı yollar daxil deyil |
[Azərbaycanın nəqliyyatı – 2012].
İqtisadi-coğrafi rayonda ümumi istifadə olunan avtomobil yollarının uzunluğu 584 km-dir. Onların əsas hissəsi Füzuli (246 km) və Tərtər (207 km) rayonlarında yerləşir. Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması haqqında göstəricilər Tərtər rayonuna aiddir (cədvəl 5.16). İnzibati rayonda daşınan yüklər və sərnişinlərin miqdarı 2000-ci ildən sonra daim artmışdır [Azərbaycanın nəqliyyatı, 2013]. Cədvəl 5.16
İqtisadi-coğrafi rayonda avtomobil nəqliyyatının əsas göstəriciləri
Ərazilər | 2000 | 2005 | 2010 | 2012 |
Daşınan yüklərin miqdarı, min t | ||||
Tərtər rayonu | 201 | 296 | 414 | 450 |
İşğal olunmuş rayonlar | 4592 | 2861 | 1582 | 1850 |
Azərbaycan Res. | 40434 | 69518 | 99891 | 118123 |
Daşınan yüklərin dövriyyəsi, mln. ton-km | ||||
Tərtər rayonu | 30,8 | 49,1 | 84,9 | 95,9 |
İşğal olunmuş rayonlar | 447,4 | 514,2 | 651,2 | 776,2 |
Azərbaycan Res. | 3513,0 | 7536,1 | 11325,1 | 13307,1 |
Daşınan sərnişinlərin sayı, min nəfər | ||||
Tərtər rayonu | 4992 | 4865 | 6221 | 7049 |
İşğal olunmuş rayonlar | 20337 | 16171 | 19229 | 21561 |
Azərbaycan Res. | 743301 | 845910 | 1200330 | 1417413 |
Sərnişin dövriyyəsi, sərnişin-km | ||||
Tərtər rayonu | 16,2 | 18,7 | 24,5 | 29,2 |
İşğal olunmuş rayonlar | 142,4 | 82,3 | 120,6 | 142,7 |
Azərbaycan Res. | 9154,0 | 10892,1 | 16633,0 | 20034,0 |
["Azərbaycanın nəqliyyatı – 2012].[1]
Yuxarı Qarabağ iqtisadi rayonu Bakı-Şuşa turizm marşrutu üzərindədir. Turizm ixtisaslaşması – sağlamlıq-müalicə, dərketmə, rekreasiya istiqamətində olmuşdur. Burada təbii və antropoloji abidələr çox, fauna və flora zəngindir. Murovdağ və Qarabağ silsilələri geniş yer tutur. Murovdağ silsiləsinin yüksək zirvələri bəzən il boyu qarlı olur. Bu, qış turizmi üçün əlverişlidir. Silsilələr və onların yan qollarının çaylarla parçalanması nəticəsində dərin və sıldırım yamaclı dərələr əmələ gəlmişdir. Orta dağlıqda çay dərələrinin genişləndiyi sahələrdə mənzərəli dağarası çökəkliklər (Dovşanlı, Xankəndi və s.) vardır.
Yuxarı Qarabağ bölgəsi respublikamızın meşəli ərazilərindəndir. Ərazisinin 30%-i meşələrdir. "Qafqaz konservatoriyası" adlandırılan Qarabağ Azərbaycanın xalq musiqisi və poeziyası diyarıdır. Turşsu və İsa bulağı tarixən Qarabağın poeziya və musiqi məclislərinin təşkil edildiyi ocaq kimi də tanınırdı. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən nadir Xarıbülbül çiçəyi Qarabağın musiqi və gözəllik rəmzinə çevrilmişdir.
Yuxarı Qarabağ bölgəsi tarixi-mədəni abidələrlə zəngindir. Bölgədə dünya əhəmiyyətli memarlıq və arxeoloji abidələr vardır. Ağdam rayonunun Xaçın Türbəli kəndində türbə (XIX əsr), Cəbrayıl rayonunda 11 tağlı (Xl-XII) və 15 tağlı (XIII əsr) Xudafərin körpüləri məşhurdur. Dünya əhəmiyyətli arxeoloji abidələrə Füzuli rayonunda Azıx, Tağlar mağaraları (paleolit dövrü), Ağdam rayonunun Əfətli kəndində Çalağantəpə yaşayış yeri (eneolit dövrü), Quzanlı qəsəbəsində Leylantəpə yaşayış yeri (eneolit dövrü), Ağdam şəhərində Üzərliktəpə yaşayış yeri (tunc dövrü), Tərtər rayonunda Borsunlu kurqanları (tunc və ilk dəmir dövrü), Xocalı rayonunda Xocalı kurqanları (tunc-ilk dəmir dövrü), Cəbrayıl rayonunun Xubyarlı kəndində Niftalı kurqanları (tunc dövrü) aid edilir. Xocavənd rayonunda ən qədim tarixə malik alban məbədi IV–VI əsrlərə aid edilir (Süsənlik kəndi). Şuşada XVIII əsrdə yaşamış xanların evləri, sarayları, qəsrləri, məscidlər, türbələr (XVIII–XIX əsr) çoxdur. Cəbrayıl, Füzuli, Ağdam rayonlarının tarixi kəndlərində çox sayda qala, məscid və digər inanc yerləri vardır. Əfsuslar olsun ki, bölgənin bütün sərvətləri, o cümlədən turizm-rekreasiya ehtiyatları erməni işğalçıları tərəfindən istismar edilib və dağıdılmışdır.