İSMA

İSMA’

ə. eşit(dir)mə, din(lət)mə.

İSM
İSMAİLİ
OBASTAN VİKİ
İsma Seruncoci
Eldar İsmayıl
İsmayılov Eldar Ələsgər oğlu (10 mart 1942, Ağbulaq, Krasnoselsk rayonu – 20 fevral 2021, Bakı) – şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2003), Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "Araz" ali ədəbi mükafatı laureatı, "Əməkdar jurnalist" (20.09.2010) == Həyatı == Eldar İsmayıl 10 mart 1942-ci ildə Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Bakı Mədəni Maarif Texnikumunda və 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alıb. 2021-ci il fevralın 20-nə qədər Azərbaycan Tibb Universitetinin nəşri olan "Təbib" qəzetinin baş redaktoru olub. İlk mətbu əsəri Eldar Ağbulaqlı imzası ilə "Lenin yolu" qəzetində 1961-ci ildə "Kəndimiz" adlı şeiri ilə başlayıb. 2003-cü ildən AYB-nin üzvü olub. "Ulu Göyçə", "Mən kiməm", "Türkün xilaskarı", "Ulu Turan yolunda" adlı poemalarında odlu vətənpərvərlik duyğusu ilə tamamlanmış silsilə şeirləri verilmişdir. Eldar İsmayıl "Xüsusi mükafat"a layiq görülmüş "Göyçənin qisası qalır" və "Səttar oğlu" tarixi romanlarının, "Məndən ötrü Ermənistan yoxdu, yox", "Ağrı dağı qədər ağrılarım var", "Ermənistan türklərinin 1988-ci il soyqırımı" publisistik əsərlərinin müəllifidir. "Türkün xilaskarı" (2005) poeması Türk xalqına, Türkiyə Cümhuriyyətinin banisi Atatürkə həsr olunmuşdur. Bu şairin türk dünyasına sevgisinin, məhəbbətinin təcəssümü deyilmi? Onun bu zəhməti də Türkiyədə yüksək qiymətləndirilmiş, Türk Dünyası Araşdırmaları Uluslararası Elmar Akademiyası Yüksək Yönetim Kurulunun qərarı ilə Türk ədəbiyyatının inkişafında xidmətinə görə "Türk Ədəbiyyatına Hizmət" beynəlxalq ödülü ilə mükafatlandırılmışdır.
Eldar İsmayılov
Eldar İsmayılov (tarixçi) — tarixçi alim. Eldar İsmayılov (siyasətçi) — siyasətçi. Eldar İsmayılov (jurnalist) — jurnalist.
Eldar İsmayılov (ictimai xadim)
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir. Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.). "Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub. == Həyatı == Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. == Təhsili == Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
Eldar İsmayılov (jurnalist)
Eldar İsmayılov Xankişi oğlu (1948, Ağdam) — Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı və təhsili == Eldar İsmayılov 9 yanvar 1948-ci ildə Ağdam şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Orta məktəb illərində təsviri incəsənət, musiqi, poeziya sahələrində istedad və bacarığı ilə diqqəti cəlb edib. Üzeyir Hacıbəyov adına Ağdam Orta Musiqi Məktəbində təhsil alıb, qiyabi yolla Azərbaycan Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Bir müddət Ağdam Şəhər 2 saylı Orta Məktəbdə rəsm və musiqi müəllimi işləyib. 1966-cı ilin oktyabr ayından 1977-ci ilədək Ağdamda çıxan "Lenin yolu" qəzeti redaksiyasında müxbir işləyib. Elə həmin ildən Azərbaycan Televiziyası ilə sıx əməkdaşlığa başlayıb, uzun illər televiziya efirində bir-birindən maraqlı, çoxsaylı süjet və proqramları ilə çıxışlar edib. 23 fevral 1979-cu ildə Azərbaycan SSR Dövlət Teleradio Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar üzrə xüsusi müxbiri təyin edilib, 1991-ci ilin oktyabrına kimi bu vəzifədə çalışıb. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. O, həm də "Kommunist", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakinski Raboçi", habelə Moskvada nəşr edilən "Selskaya jizn", "Sovetskaya kultura", "Komsomolskaya pravda" qəzetlərində, həmçinin SSRİ-nin Mərkəzi Teleradiosunda çoxmilyonlu oxucuların və seyrçilərin görüşünə gəlib.1988-ci ildən Xankəndindən məcburi köçkündür.
Eldar İsmayılov (siyasətçi)
Eldar Vəkil oğlu İsmayılov (25 yanvar 1949, Qaymaqlı, Qazax rayonu) — Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı (1991–1992), Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda işlər idarəsinin müdiri-aparatın rəhbəri (2014-cü ildən), "Şöhrət" ordeni laureatı. == Həyatı == Eldar İsmayılov 1949-cu il yanvar ayının 25-də Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. Həmin il Azərbaycan Neft və Kimya İnstitutunun Kimya-Texnologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq təyinatla Sumqayıt Kimya Kombinatına göndərilmişdir. 1971-ci ilin avqust ayında aparatçı kimi əmək fəaliyyətinə başlamış, 1972-ci ildən 1975-ci ilə kimi sex rəisinin müavini işləmişdir. 1976-cı ildə Ali Komsomol məktəbini, 1990-cı ildə isə Bakı Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. == Siyasi-ictimai fəaliyyəti == 1975-ci ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Komsomol komitəsinin katibi seçilir. 1978–1981-ci illərdə "Kimyasənaye" birliyində Baş direktorun müavini, 1981–1983-cü illərdə "Azkimyatəmir" trestində müdir müavini işləyib. 1983-cü ildə "Sintetik kauçuk" zavodunda partiya komitəsinin katibi seçilir. 1985-ci ilin yanvar ayından 1988-ci ilin sentyabr ayına kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Neft və Kimya şöbəsində təlimatçı vəzifəsində işləyir.
Eldar İsmayılov (tarixçi)
İsmayılov Eldar Rafiq oğlu (30 mart 1950, Bakı – 10 mart 2014) — azərbaycanlı tarixçi. == Həyatı == Eldar İsmayılov 30 mart 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973 – 1976-cı illərdə həmin universitetin aspiranturasında təhsil almışdır. 1977-ci ilin dekabrında MDU-da namizədlik, 1991-ci ilin fevral ayında isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildən ölümünə qədər fasiləsiz olaraq Azərbacan Dövlət Universitetində çalışır. Fəaliiyətinə universititin tədris hissəsinin rəisi kimi başlamışdır. 1983-cü ildə dosent, 1992-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1986 – 1990-cı illərdə dissertasiya müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın elmi katibi, 1991–1994-cü illərdə isə həmin suranın sədri, 1990 – 1994-cü illərdə tarix fakültəsinin dekanı, 1996 – 1999-cu illərdə kafedra müdiri vəzifələrində işləmişdir. Uzun illərdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü idi.
Elmira İsmayılova
Elmira İsmayılova (tam adı: Elmira Məhərrəm qızı İsmayılova; 13 noyabr 1945, İrəvan) — Azərbaycanın tanınmış teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007). == Həyatı == E.İsmayılova İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirmişdir. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir. E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaratmışdır. Onun Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanmışdır. E.İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində çəkilmişdir. == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.11.1978 "Əməkdar artist" fəxri adı — 25 oktyabr 2000-ci il "Xalq Artisti" fəxri adı — 16 oktyabr 2007-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 2006-ci il, 2007-ci il, 2008-ci il "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqının medalı) (2021) == Teatr səhnəsindəki rolları == === Teatrın İrəvandakı fəaliyyəti dövründə === === Teatrın Bakıdakı fəaliyyəti dövründə === Fena («Mənim qaynanam», Georgi Xuqayev) Ana («Didərginlər», Zəlimxan Yaqub) Sənəm («Allah onlara rəhmət eləsin», Süleyman Rəşidi) Gülnar («Abbasqulu bəy Şadlınski», İnqilab Vəlizadə) Mehriban («Məhəbbət yaşayır hələ», Hidayət) Harayxanım («Durnalar qayıdanada», Hidayət) Ballı («Sehrli alma», Şahin Cəbrayılov) == Ailəsi == Teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Vidadi Əliyev (həyat yoldaşı) Televiziya prodüseri, rejissor, aktyor, Azərbaycanın əməkdar mədəniyyət işçisi Oqtay Əliyev (oğlu) Televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli (oğlu) Teatr və kino aktrisası, teleaparıcı Dilarə Əliyeva (gəlini) == Filmoqrafiya == Ömürdən uzun gecə (film, 1996) Bəsdir, ağlama!
Elnur İsmayılov
Elnur İsmayılov — azərbaycanlı teatr və kino aktyoru, Dövlət Pantomima Teatrının yüksək dərəcəli aktyoru. == Həyatı == 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoruluğu" fakültəsini bitirmişdir. 1997-2000 -ci illərədək "7 GÜN" qəzetində inzibatçı dizayner, 2002-ci ildən hal-hazıradək Dövlət Pantomima Teatrında yüksək dərəcəli aktyor işləyir. Evlidir, 2 övladı var. Əməkdar jurnalist Dağbəyi İsmayılovun oğludur.
Elnur İsmayılov (şəhid)
Elvin İsmayılov
Elvin İsmayılov (çavuş)
Elvin İsmayılov (əsgər)
Elvin İsmayılov (əsgər, 1989)
Fikrət İsmayılov
Fikrət İsmayılov — (31 yanvar 1935 və ya 3 yanvar 1935, Naxçıvan – 31 mart 2015, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, 91-lərin üzvü. == Həyatı == Fikrət İsmayılov 1935-ci il yanvarın 3-də Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Naxçıvan şəhər 1 saylı oğlan orta məktəbini, daha sonra indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat və istehsalat əsasları ixtisası üzrə bitirib. 1960-cı ilin noyabr ayından AMEA Fizika İnstitutunda laborant, baş laborant, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışıb. O, 1969–1971-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasında, 1979–1980-ci illərdə isə Mixail Lomonosov adına Moskva Zərif Kimya Texnologiyaları İnstitutunun kosmik materialşünaslıq və texnologiya ixtisası üzrə xüsusi fakültəsində oxumuşdur. Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Fikrət İsmayılov burada müxtəlif vəzifələrdə çalışmışdır. 1973-cü ildə o, SSRİ Hərbi Sənaye Nazirliyi nəzdində yaradılmış Moskva Elmi Tədqiqat Tətbiqi Fizika İnstitutunun Bakı filialına keçirilərək baş elmi işçi və şöbə rəisi vəzifələrini tutmuş, sonralar taleyini yenidən Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlayaraq, Fizika İnstitutunda uzun illər laboratoriya müdiri işləmişdir. Fikrət İsmayılov yarımkeçiricilər və dielektriklər fizikası üzrə 1971-ci ildə namizədlik, 1995-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycanda fizika elmi sahəsində Fikrət İsmayılovun fəaliyyəti səmərəli olmuşdur. Xüsusi təyinatlı və mühüm əhəmiyyətə malik, çox sayda elmi tədqiqat və mühəndis-konstruktor işləri onun rəhbərliyi ilə yerinə yetirilmişdir.
Füzuli İsmayılov
İsmayılov Füzuli Cahangir oğlu (1975, Cəfərli, Gədəbəy rayonu) — Əməkdar jurnalist, hərbçi, tarixçi, tarix elmləri namizədi. == Həyatı == Füzuli İsmayılov 1975-ci ildə Gədəbəy rayonunun Cəfərli kəndində anadan olub. 1992-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub. 1997-ci ildə həmin institutu fərqlənmə diplomu ilə başa vurub. Həmçinin Bakı Dövlət Universiteti hüquq fakültəsinin məzunudur. Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir. == Fəaliyyəti == 1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib.
Fərhad İsmayılov
Fərhad İsmayıl oğlu İsmayılov — aktyor. == Həyatı == Fərhad İsmayılov 1946-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars dili ixtisasını bitirib. F. İsmayılov "Bir qalanın sirri" (1959) filmindən əlavə, "Kazbek Qutusu" (1958), "Gilas Ağacı" (1972) kimi filmlərdə çəkilib. O bir müddət, Əfqanıstanda və İranda tərcüməçi işləyib. 6 mart 2010-cu ildə uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.
Fərman İsmayılov
İsmayılov Fərman Qəhrəman oğlu (1936, Baş Göynük, Nuxa rayonu – 9 noyabr 2018, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin professoru. == Həyatı == Fərman İsmayılov 1936-cı ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. Orta təhsilini Baş Göynük kəndindəki Gülarə Göylüqızı adına məktəbdə almışdır. 1956-cı ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ali məktəbi qurtardıqdan sonra Elmi Şuranın qərarı ilə "İngilis dilinin qrammatikası" kafedrasmda müəllim saxlanılmış, 1965-ci ildə EA-nın Fəlsəfə və Hüquq İnstitutunun (AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) aspiranturasına qəbul olunmuşdur. 1970-ci ildə Azərbaycan EA-nın Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasında müasir Qərb fəlsəfəsi üzrə "Fəlsəfə və ali dil (Linqvistik analiz fəlsəfəsinin metodoloji prinsiplərinin tənqidi)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin dissertasiya Azərbaycanda XX əsr Qərb fəlsəfəsi tarixinə həsr edilmiş ilk əsərdir. Onun fəaliyyətinin böyük hissəsi M. F. Axundov adına Dillər İnstitutu ilə əlaqədardır; orada müəllim, baş müəllim, 1973-cü ildən dosent işləmişdir. 1970-ci ilin oktyabrında həmin institutun partiya komitəsinin katibi seçilmiş, müxtəlif fəxri fərmanlar almış, iki dəfə Nəsimi rayonuna deputat seçilmişdir. 1972-ci ildə "İdrak nəzəriyyəsi və linqvistik analiz" mövzusunda doktorluq dissertasiyası Tbilisi Dövlət Universitetinin Elmi Şurasında təsdiq edilmişdir.
Fərrux İsmayılov
Fərrux İsmayılov — Azərbaycan futbolçusu. == Həyatı == Fərrux İsmayılov 30 avqust 1978-ci ildə Qərbi Azərbaycanda anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Dinamo Bakı, Neftçi Bakı, Sanat Naft Abadan, Volın Lutsk, Qarabağ, Karvan, Olimpik-Şüvəlan, Qəbələ, Muğan Salyan. == Uğurları == 5 dəfə Azərbaycan çempionatının gümüş mükafatçısı (Dinamo Bakı - 1998, Neftçi Bakı, 1999, 2007, Karvan - 2004, Olimpik-Şüvəlan - 2008); 3 dəfə Azərbaycan çempionatının bürünc mükafatçısı; 3 dəfə Azərbaycan kubokunun finalçısı.
Gürsel İsmayılzadə
Gürsel Qüdrət oğlu İsmayılzadə (15 yanvar 1971, Bakı) — Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Gürsel İsmayılzadə 1971-ci il yanvarın 15-i Bakı şəhərində anadan olub. Bakıda fars dili təmayüllü 62 saylı məktəbi gümüş medalla bitirib. 1992-ci ildə BDU Şərqşünaslıq fakültəsi ərəb mütərcimləri bölməsindən məzun olub. 1992–93-cü illərdə AMEA Şərqşünaslıq İnstitutunda çalışıb. 1993-cü ildən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinə III katib vəzifəsinə qəbul edilib. 1996-cı ildən XİN-dən Yaponiya Təhsil Nazirliyinin dəvəti və təqaüdü ilə Yaponiyaya təhsil almağa ezam edilib, Tokionun Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə tədqiqatçı kimi daxil olub. 2000-ci ildə Cyoçi Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin doktorluq proqramına (Ph. D.) daxil olub, 2004-cü ildə Beynəlxalq Əlaqələr üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2005-ci ildə Yaponiyadakı səfirliyimizdə birinci katib, 2006-cı ildə Səfirliyin müşaviri vəzifəsinə təyin edilib.
Gəndov (İsmayıllı)
Gəndov — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gəndov kəndi "Lahıc" turizm zonasında, "İsmayıllı-Lahıc" şossesinin kənarında, Girdimançayın sağ sahilində yerləşir. Kəndin əhalisi 217 nəfərdir ki, onun da 101 nəfəri kişi, 116 nəfəri qadındır. Əhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Girdimançayın sahillərində dağətəyi ərazidədir. Yaşayış məntəqəsi yaxınlığındakı kükürdlü suyu olan Gəndov mineral su bulağının adı ilə belə adlandırılmışdır.
Gənzə (İsmayıllı)
Gənzə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Gənzə kəndi İsmayıllı rayonunun qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 25 km aralıda, yaşıllıqlar qoynunda yerləşir. Mənbələrdə Kənzə kimidə qeydə alınmışdır. == Tarixi == Bir çox mənbələrdə Qanza variantında da qeydə alınmışdır. Tədqiqatçılar hidronimi ərəb dilindəki kənisa (atəşpərəst məbədi, kilsə) sözünün təhrif olunmuş forması hesab edirlər. Qanza variantı isə qədim Azərbaycan dilində "coşan", "məcrasından çıxan, qəzəblənən" mənalarında işlənmişdir. Azərbaycan dilinin şimal qrupu dialektlərində qanza turşumuş qatığa deyirlər. Kənd öz adını yaxınlığındakı Gənzədağın adından almışdır. Dağın başında qədim məbəd xarabalıqları qalmaqdadır.
Gəraybəyli (İsmayıllı)
Gəraybəyli — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Gəraybəyli kəndi Qubaxəlilli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi bu kənd olmaqla, Gəraybəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Əhalisi == Əhalisi 776 nəfərdir ki, onun da 382 nəfəri kişi, 394 nəfəri qadındır.
Hacı İsmayıl xan
Hacı İsmayıl xan Bayat (Maku, Qərbi Azərbaycan ostanı – 1899, Maku, Qərbi Azərbaycan ostanı) — 1866-1899-cu illərdə Maku xanlığının beşinci xanı.
Hacı İsmayıllı
Hacıismayıllı (Cəlilabad)
Hacı İsmayılov
Hacı İsmayılov (tam adı: İsmayılov Hacı Məcid oğlu; 22 yanvar 1944, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000), Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini(2014) və İttifaqın sədr vəzifələrini müvəqqəti icra edən(2023), Teatr Xadimləri İttifaqının sədri. == Həyatı == Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A. Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C. Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H. Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb. "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.