KÜLLİ

прил. значительный, очень большой. Aralarında külli fərq var между ними очень большая разница, külli zərər значительный урон, külli məbləğ значительная сумма, külli miqdarda в большом количестве
KÜLLƏTMƏK
KÜLLİ-ALƏM
OBASTAN VİKİ
Hasəki Külliyəsi
Hasəki Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın məşhur hasəkisi olan Xürrəm Sultan tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, məktəb, imarət, çeşmə və xəstəxanadan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazi XIX əsrdən etibarən Hasəki səmti olaraq anılmışdır. 1551-ci ilə aid bir tarixi sənəddə külliyənin ilk binası kimi məscidin tikildiyi, daha sonra isə digər binaların inşa olunduğu qeyd olunur. Həmin mənbənin qeydlərinə görə, külliyənin ən gənc tikilisi 1550-ci ildə inşa olunan darüş-şəfa (xəstəxana) binasıdır. Müxtəlif yanğın və zəlzələlər əsnasında zərər görən külliyə hər dəfə bərpa edilmiş, sonuncu bərpa işləri isə 1963-1974-cü illərdə baş tutmuşdur. 20 yanvar 1976-cı ildə külliyə tamamilə dövlətə təsis olunmuşdur. Hal-hazırda külliyənin mədrəsəsi yataqxana, imarəti yeməkxana, məktəbi iclas salonu, darüş-şəfası isə idarə binası olaraq fəaliyyət göstərir. == Hasəki Sultan məscidi == 1539-cu ildə inşası tamamlanan, 11,30 m hündürlüyündəki günbəzi və giriş hissəsindəki 5 kiçik günbəz ilə dövrün klassik arxitekturasına malikdir. Ancaq məscidin çox balaca olması səbəbilə 1612-ci ildə Sultan Əhməd məscidinin də baş memarı olan Sədəfkar Mehmed ağanın rəhbərliyi ilə məscid genişləndirilmiş, əlavə olaraq bir günbəz daha inşa olunmuşdur.
Hunad xanım külliyəsi
Hunad xanım külliyəsi – Kayserida XIII əsrdə Hunad xanım tərəfindən anası Gövhər Nəsibə xanımın şərəfinə inşa olunan külliyə. Hunat xanım külliyəsi I Əlaəddin Keyqubadın həyat yoldaşı, II Qiyasəddin Keyxosrovun anası Mahperi Hunad xanım tərəfindən 1238-ci ildə Kayseri şəhər mərkəzində inşa edilmişdir. Mahperi Hunad xanım bir ir hədisi şərifdən, ("İnsan öldüyü zaman əməl dəftəri bağlanır. Üç şey onun əməl dəftərinin açıq qalmasını təmin edir: xeyri davam edən yaxşılıqlar, faydalınan elm, özünə dua edən xeyirli övlad) və qayınatası I Gıyaseddin Keyxosrovun gənc yaşda ölən bacısı Gövhər Nəsibə xanımın vəsiyyəti ilə 1206-ci ildə Kayseridə inşa olunan ilk tibb məktəbi və xəstəxanası, Şifaiyye olan Gövhər Nəsibə və Gıyasiyye Şifaiyyesinden təsirlənərək özünü xeyriyyə işlərinə sövq etdi. Kəsmə daşdan inşa edilmiş olan Hunad Xatun külliyəsi məscidi, mədrəsə, hamam və türbə hissələrindən ibarətdir. Məscidin minarəsi II Əbdülhəmid tərəfindən tikdirilmişdir. Bu məscidinin düzbucaqlı planlı mədrəsəsi bu gün Kayseri Etnoğrafya muzeyi olaraq istifadə edilir. Bu məscidi piramida kornet səkkizbucaqlı türbəsinin içində üç sənduqə vardır. Məscidin hamamı cüt hamamdır. Hamamın həm kişilər üçün hissənin günbəzi həm də qadınlar hissənin günbəzi kərpic ilə inşa edilmişdir.
Kürəkən İbrahim Paşa külliyəsi
Kürəkən İbrahim Paşa külliyəsi — İstanbulda XVIII əsrə aid külliyə. Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, kitabxana, səbil, çeşmə və dükanlardan ibarətdir. == Tarixi == Şahzadə məscidinin qarşısında, Şahzadəbaşı küçəsi ilə Dədəəfəndi küçələrinin birləşdiyi nöqtədə inşa olunmuş məscid, mədrəsə, çeşmə, səbil, kitabxana və çarşıdan ibarət külliyəyə aid bu binalar Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın 1718-1730-cu illəri əhatə edən sədarəti dönəmində inşa olunmuşdur. Məscidin qapısı üzərindəki kitabədə, buranın hicri 1132-ci ildə (miladi 1719-1720) inşa edildiyi və eyni zamanda mədrəsə olaraq da fəaliyyət göstərdiyi qeyd olunur. Dövrün önəmli şairlərindən olan Nədimin divanında İbrahim Paşa səbili üçün yazılmış 6 beytlik bölümdə də inşa tarixi yenə hicri 1132-ci il olaraq göstərilmişdir. Yenə eyni mənbəyə görə külliyəyə aid olan çarşı isə hicri 1141-ci ildə (miladi 1728-1729) inşa olunmuşdur. Külliyənin inşası uzun illər davam etsə də, məscid və mədrəsə daha erkən vaxtlarda hazır olmuşdur. Belə ki, tarixçi Silahdar Mehmed ağa buranın möhtəşəm bir açılışla 22 may 1720-ci ildə ibadətə açıldığını qeyd edir. Uzun illər təmirsiz qalan məscid, şadırvan və mədrəsə binası 1959-1960-cı illərdə Vakıflar idarəsi tərəfindən bərpa edildikdən sonra bəzi müəssisələrə verilmişdir. == Strukturu == === Məscid === Külliyə düzbucaqlı formasındakı bir ərazi əhatə edir və 2 küçənin kəsişdiyi nöqtədə bir səbil və yanında çeşmə yerləşir.
Kürəkən İbrahim Paşa külliyəsi (I)
Kürəkən İbrahim Paşa külliyəsi — İstanbulda XVIII əsrə aid külliyə. Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, kitabxana, səbil, çeşmə və dükanlardan ibarətdir. == Tarixi == Şahzadə məscidinin qarşısında, Şahzadəbaşı küçəsi ilə Dədəəfəndi küçələrinin birləşdiyi nöqtədə inşa olunmuş məscid, mədrəsə, çeşmə, səbil, kitabxana və çarşıdan ibarət külliyəyə aid bu binalar Osmanlı sultanı III Əhmədin kürəkəni və sədrəzəmi Nevşəhərli İbrahim Paşanın 1718-1730-cu illəri əhatə edən sədarəti dönəmində inşa olunmuşdur. Məscidin qapısı üzərindəki kitabədə, buranın hicri 1132-ci ildə (miladi 1719-1720) inşa edildiyi və eyni zamanda mədrəsə olaraq da fəaliyyət göstərdiyi qeyd olunur. Dövrün önəmli şairlərindən olan Nədimin divanında İbrahim Paşa səbili üçün yazılmış 6 beytlik bölümdə də inşa tarixi yenə hicri 1132-ci il olaraq göstərilmişdir. Yenə eyni mənbəyə görə külliyəyə aid olan çarşı isə hicri 1141-ci ildə (miladi 1728-1729) inşa olunmuşdur. Külliyənin inşası uzun illər davam etsə də, məscid və mədrəsə daha erkən vaxtlarda hazır olmuşdur. Belə ki, tarixçi Silahdar Mehmed ağa buranın möhtəşəm bir açılışla 22 may 1720-ci ildə ibadətə açıldığını qeyd edir. Uzun illər təmirsiz qalan məscid, şadırvan və mədrəsə binası 1959-1960-cı illərdə Vakıflar idarəsi tərəfindən bərpa edildikdən sonra bəzi müəssisələrə verilmişdir. == Strukturu == === Məscid === Külliyə düzbucaqlı formasındakı bir ərazi əhatə edir və 2 küçənin kəsişdiyi nöqtədə bir səbil və yanında çeşmə yerləşir.
Mehrimah Sultan Külliyəsi (Ədirnəqapı)
Mehrimah Sultan Külliyəsi — İstanbulun Ədirnəqapı səmtində XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın yeganə qızı olan Mehrimah Sultan tərəfindən inşa etdirilən külliyə məscid, 2 hamam, mədrəsə, məktəb, çeşmə, türbə və çoxlu sayda dükandan ibarətdir. Memar Sinan tərəfindən inşa olunan külliyənin tikintisi 1566-cı ildə başa çatmışdır. Mehrimah Sultan Külliyəsi bir çox xüsusiyyətlərinə görə daha sadə görünümə sahibdir. 37 m hündürlükdə günbəz üç tağ üzərində, hər tərəfində iki sütun, sağ və solda üç qübbə yerləşir. Mehrab və minbər daş işlərindən düzəldilib. 20 metr diametri və 37 metr hündürlüyündə günbəz ilə örtülmüş dini quruluşun ən maraqlı hissələri günəş işığından maksimum dərəcədə yararlanmaq üçün yerləşdirilmiş vitraj şüşələri olan mərmər minbərdır. Böyük həyət qapısından dik pilləkənlərlə məscidə çatanda, sağdakı mədrəsələr və 7 qübbəli 8 mərmər qranit sütunlu son iclas yeri var. Bulaq bağda, minarə isə sağdadır. Hamam küçənin yanındadır.
Mihrimah Sultan Külliyəsi (Ədirnəqapı)
Mehrimah Sultan Külliyəsi — İstanbulun Ədirnəqapı səmtində XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın yeganə qızı olan Mehrimah Sultan tərəfindən inşa etdirilən külliyə məscid, 2 hamam, mədrəsə, məktəb, çeşmə, türbə və çoxlu sayda dükandan ibarətdir. Memar Sinan tərəfindən inşa olunan külliyənin tikintisi 1566-cı ildə başa çatmışdır. Mehrimah Sultan Külliyəsi bir çox xüsusiyyətlərinə görə daha sadə görünümə sahibdir. 37 m hündürlükdə günbəz üç tağ üzərində, hər tərəfində iki sütun, sağ və solda üç qübbə yerləşir. Mehrab və minbər daş işlərindən düzəldilib. 20 metr diametri və 37 metr hündürlüyündə günbəz ilə örtülmüş dini quruluşun ən maraqlı hissələri günəş işığından maksimum dərəcədə yararlanmaq üçün yerləşdirilmiş vitraj şüşələri olan mərmər minbərdır. Böyük həyət qapısından dik pilləkənlərlə məscidə çatanda, sağdakı mədrəsələr və 7 qübbəli 8 mərmər qranit sütunlu son iclas yeri var. Bulaq bağda, minarə isə sağdadır. Hamam küçənin yanındadır.
Muradiyə Külliyəsi (Bursa)
Muradiyə külliyəsi — Bursada XV əsrin ilk yarısında inşa olunan külliyə. Osmanlı sultanı II Murad tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, hamam, imarət, çeşmə və banisinin türbəsindən ibarətdir. Külliyənin həyətində bir çox şahzadə və saray mənsubu şəxslərin dəfn edildiyi türbələr var. == Əsas binaları == === Muradiyə məscidi === Külliyənin əsas binası olan məscid arxa arxaya iki böyük qübbəli harim (namaz qılmaq üçün ayrılmış hissə) bölümündən və hər iki tərəfində bir qübbədən ibarətdir. Divarlar üç sıra kərpic və bir sıra çay daşından hörülmüşdür. Giriş qapısının üzərindəki ərəbcə yazılan kitabəyə görə məscidin inşa tarixi 1425-ci ilin mayında başlamış və 1426-cı ilin noyabr ayında başa çatmışdır. İçərisi müxtəlif rəngli çinilərlə bəzədilən məscidin daxili divarı üzərinə dövrün məşhur xəttatları Quran ayələri həkk etmişdir. 1855-ci ildə baş verən zəlzələ səbəbilə məscidin minarəsi dağılmış, divarları zədələnmiş və bu səbəblə rokoko üslubunda yenidən bərpa edilmişdir. === Muradiyə mədrəsəsi === Məscidin qərbində yerləşən mədrəsə 16 hücrəsi və səkkizbucaqlı şadırvanı (qübbəli dəstəmaz yeri) olan həyəti ilə klassik orta çağ memarlığına aid əsərdir. Tamamilə çay daşı və kərpiclə inşa edilən mədrəsənin hər bir hücrəsində bir ocaq, bir pəncərə və üç niş (divar oyuqları) yerləşir.
Muradiyə külliyəsi
Muradiyə külliyəsi — Bursada XV əsrin ilk yarısında inşa olunan külliyə. Osmanlı sultanı II Murad tərəfindən inşa etdirilən və yerləşdiyi səmtə də adını verən külliyə məscid, mədrəsə, hamam, imarət, çeşmə və banisinin türbəsindən ibarətdir. Külliyənin həyətində bir çox şahzadə və saray mənsubu şəxslərin dəfn edildiyi türbələr var. == Əsas binaları == === Muradiyə məscidi === Külliyənin əsas binası olan məscid arxa arxaya iki böyük qübbəli harim (namaz qılmaq üçün ayrılmış hissə) bölümündən və hər iki tərəfində bir qübbədən ibarətdir. Divarlar üç sıra kərpic və bir sıra çay daşından hörülmüşdür. Giriş qapısının üzərindəki ərəbcə yazılan kitabəyə görə məscidin inşa tarixi 1425-ci ilin mayında başlamış və 1426-cı ilin noyabr ayında başa çatmışdır. İçərisi müxtəlif rəngli çinilərlə bəzədilən məscidin daxili divarı üzərinə dövrün məşhur xəttatları Quran ayələri həkk etmişdir. 1855-ci ildə baş verən zəlzələ səbəbilə məscidin minarəsi dağılmış, divarları zədələnmiş və bu səbəblə rokoko üslubunda yenidən bərpa edilmişdir. === Muradiyə mədrəsəsi === Məscidin qərbində yerləşən mədrəsə 16 hücrəsi və səkkizbucaqlı şadırvanı (qübbəli dəstəmaz yeri) olan həyəti ilə klassik orta çağ memarlığına aid əsərdir. Tamamilə çay daşı və kərpiclə inşa edilən mədrəsənin hər bir hücrəsində bir ocaq, bir pəncərə və üç niş (divar oyuqları) yerləşir.
Qara Əhməd Paşa külliyəsi
Qara Əhməd Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın sədrəzəmlərindən Qara Əhməd Paşa tərəfindən inşası başladılan, ancaq paşanın edamından sonra sədarətə gələn Rüstəm Paşa tərəfindən tamamlanan külliyənın memarı Memar Sinandır. Külliyə məscid, mədrəsə, məktəb, çeşmə və türbədən ibarətdir. İnşaatı 21 iyul 1555 tarixində başlamış, ancaq çox keçmədən 29 sentyabrda Əhməd Paşa edam edilmişdir. Bu səbəbdən inşası bir müddət gecikmiş, ancaq 1558-ci ildə külliyənin inşası Rüstəm Paşanın sifarişi ilə davam etdirilmişdir. 25 mart 1565 tarixində külliyənin inşası tamamlanmışdır.
Rüstəm Paşa külliyəsi
Rüstəm Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid və onun altında yerləşən 2 karvansara, çeşmə və dükanlardan ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazidə keçmişdə Hacı Xəlil ağa məscidi yerləşmiş, yeni külliyə bu məscid və ətrafındakı bəzi binaların satın alınaraq yerində inşa olunmuşdur. 1555–1561 tarixlərində inşa olunan külliyənın yerləşdiyi bu səmt ticarət baxımından o illərdə olduqca qaynar nöqtə olmuşdur. == Strukturu == === Rüstəm Paşa məscidi === Məscid düzbucaq planlı və tək gümbəzlidir. Yerləşdiyi səmt və 2 mərtəbəli strukturu ilə xüsusi önəm daşıyan bu külliyə eyni zamanda çinili bəzəmələri ilə də məşhurdur. Məscidin şimal cəbhəsində yerləşən nisbətən yüksək həyətə ikisi məscidin yanlarından, digər ikisi isə şərq və qərb künclərindən olmaqla 4 qapı açılır. Həyətin böyük bir qismi taxta tavanla örtülüdür. Tək şərəfəli minarəsi isə məscidin şimal qərb küncündə yerləşir. Rüstəm Paşa məscidi 1660 tarixli yanğında və 1766 tarixli zəlzələdə önəmli ölçüdə dağıntıya məruz qaldı.
Rüstəm Paşa külliyəsi (Təkirdağ)
Rüstəm Paşa külliyəsi — Təkirdağda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, kitabxana, qoşa hamam, bazar meydanı və karvansaradan ibarətdir. Bunlardan yalnız məscid, mədrəsə, imarət və karvansara Memar Sinan tərəfindən inşa olunmuş, külliyəyə daxil olan digər əsərlər isə müxtəlif dövrlərdə inşa olunmuşdur. Bu əsərlərdən yalnız məscidin inşa tarixini ön hissəsindəki kitabəsindən bilmək mümkündür. Bunlardan birində Rüstəm Paşa və 1553 tarixi qeyd olunmuşdur. İkinci kitabədə isə Sultan Əbdülməcidin adı və 1841 tarixi qeyd edilib. Buna görə də məscidin XIX əsrədək zərər gördüyü və həmin il yenidən bərpa olunduğu başa düşülür. Məscid və bazar meydanından başqa digər əsərlər tam olaraq günümüzə gəlib çatmamışdır. == Strukturu == === Rüstəm Paşa məscidi === Məscid kvadrat planlı və tək gümbəzlidir. Daxilindəki bəzəmələr olduqca zəngindir.
Seyyid Battal Qazi Külliyəsi
Seyyid Battal Qazi Külliyəsi — Əskişəhərin Seyitqazi ilçəsində, 150 metr hündürlüyündə Üçlər təpəsinin şərqə baxan yamacları üzərində yerləşir. 1207–1208-ci illərdə Səlcuqi sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən inşa olunmuşdur. Seyyid Battal Qaziyə həsr olunaraq tikilmişdir. Anadolunun Bizans İmperiyası tabeliyində olduğu 700-cü illərdə, İslam hələ Anadolu içlərinə yayılmamışdı. İslamı qəbul etmiş olan Əməvilər şərqdən tez-tez Bizansa qarşı Anadolunun içlərinə yürüşlər edərək Anadolunu ələ keçirmək və islamı yaymaq istəyirdilər. 720–740-cı illərdə olan bu yürüşlərdən birində Seyyid Battal Qazi ləqəbi ilə tanınan bu əfsanələşmiş bu Xalq qəhrəmanı bu gün Seyitqazi ilçəsinin yerləşdiyi Məsih qalası kimi tanınan ərazidə 720-ci ildə şəhid olmuşdur. Bizansa qarşı aparılan döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən və İslamiyyətin Anadoluya yayılmasında böyük töhfəsi olan, nəsildən nəslə qəhrəmanlıqı haqqında əfsanələr yayılan Seyyid Battal Qazi adına 1207–1208-ci illərdə Anadolu Səlcuqlu sultanı I Ələddin Keyqubadın anası Ümmüxan Xatun tərəfindən türbə və məscid tikilmişdir. Daha sonra Ümmüxan Xatun burada əlavə iki mərtəbəli eyvan şəklində bir türbə inşa etdirmişdir. Osmanlı dövlətinin quruluş və inkişafı dövrlərində bu külliyə halını almışdır. Bugun Fondlar Baş İdarəsinin tabeliyində olan və 1954-cü ilə qədər dağıntılı bir formada olan bu məscid həmin tarixdə yenidən bərpa işləri aparılaraq düzəldilmişdir.
Sokollu Mehmed Paşa Külliyəsi
Sokollu Mehmed Paşa Külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, xanəgah, dükanlar və çeşmələrdən ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyə Sokollu Mehmed Paşa tərəfindən xanımı Əsməhan Sultana hədiyyə edilmişdir. Külliyənin yaxınlığında da cütlüyün günümüzə qədər gəlib çatmayan saraylarının olduğu və bütün xərclərinin Əsməhan Sultana 1568-ci ildə atası II Səlim tərəfindən hədiyyə edilmiş kəndlərin və əkin yerlərinin bütün gəlirləri hesabına ödənildiyi məlumdur. Eyni meydana baxan məscid və mədrəsə 1572-ci ildə inşa edilmişdir. == Mənbə == a.mlf., Mimar Sinan’ın Hayatı ve Eserleri, Ankara 1988, s. 120-125; Metin Sözen v.dğr., Türk Mimarisinin Gelişimi ve Mimar Sinan, İstanbul 1975, s. 186, 190-193; Hasan Kâmil Yılmaz, Azîz Mahmûd Hüdâyî ve Celvetiyye Tarîkatı, İstanbul 1982, s. 281-283; Aptullah Kuran, Mimar Sinan, İstanbul 1986, s. 106-112, 296, 347, 360; a.mlf., "Mimar Sinan’ın Camileri", Mimarbaşı Koca Sinan: Yaşadığı Çağ ve Eserleri (nşr.
Sokollu Mehmed Paşa külliyəsi (Kırklareli)
Sokollu Mehmed Paşa Külliyəsi — Kırklarelində XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, məktəb, karvansara, imarət, qoşa hamam, körpü, çeşmə və 59 dükandan ibarət bazar meydanından ibarətdir. Memar Sinan tərəfindən 1569-1570-ci illərdə inşa olunmuşdur. == Mənbə == G. Goodwin, A History of Ottoman Architecture, London 1971, s. 295-298; Metin Sözen v.dğr., Türk Mimarisinin Gelişimi ve Mimar Sinan, İstanbul 1975, s. 178, 183, 222, 229, 232; a.mlf. - Sami Güner, Sinan: Architect of Ages (trc. M. Quigley-Pınar), İstanbul 1988, I, 230-235; Jale Nejdet Erzen, Mimar Sinan Dönemi Cami Cepheleri, Ankara 1981, s. 90-91; a.mlf., Mimar Sinan Cami ve Külliyeleri, Ankara 1991, s. 87; Oktay Aslanapa, Osmanlı Devri Mimarisi, İstanbul 1986, s.
Sokollu Mehmed Paşa külliyəsi (İstanbul)
Sokollu Mehmed Paşa külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad səltənətlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa və xanımı Əsməhan Sultan tərəfindən inşa etdirilən külliyə mədrəsə, darülkurra (Quran oxudulan yer), türbə və çeşmədən ibarətdir. Yaxınlığındakı Əyyubsultan məscidinə hörmət əlaməti olaraq külliyədə məscid tikilməmişdir. Türbə, mədrəsə və çeşmə 1569-cu ildə, darulkurra isə 1579-cu ildə Memar Sənan tərəfindən inşa edilmişdir. == Külliyənin strukturu == === Mədrəsə === 1569-cu ildə inşa edilən mədrəsənin ana giriş qapısı üstündə yerləşdirilən kitabəsində binanın banisi olaraq “Hazret es-Sultan binti Selim Han” ifadəsiylə Əsməhan Sultanın adı qeyd olunmuşdur. Mədrəsənin 2 əsas qapısı var. Bunlardan əsas giriş qapısı mədrəsənin türbəyə baxan cəbhəsi üzərində yerləşən və həyətə açılan qapıdır. Digəri isə mədrəsənin həyətindən dərsxana otağına açılan qapıdır. Kəsmə daşdan tikilən binanın hər iki tərəfi boyunca üstü 3.4 m diametrli qurğuşun günbəzlə örtülən 19 tələbə hücrəsi (otağı), hər bir hücrənin daxilində isə ocaq yerləri və kitab rəfləri yerləşir. Mədrəsə həyətinin ortasında isə dördbucaqlı şəkildə üzəri örtülü bulaq yerləşir.
Sokollu Mehmed Paşa külliyəsi (Ədirnə)
Sokollu Mehmed Paşa Külliyəsi — Ədirnədə XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, xanəgah, karvansara, imarət, qoşa hamam, körpü, məktəb və çeşmədən ibarətdir. Memar Sənan tərəfindən inşa olunan külliyə Sokollu Mehmed Paşanın gənc yaşda vəfat etdiyi oğlu Qurd Qasım Paşanın şərəfinə 1576-1577 tarixlərində inşa edilmişdir. == Mənbə == Abdurrahman Hibrî Efendi, Menâsik-i Mesâlik (haz. Sevim İlgürel, TED, sy. 6 [1975] içinde), s. 114; Evliya Çelebi, Seyahatnâme, III, 479; Gökbilgin, Edirne ve Paşa Livâsı, s. 512; Metin Sözen v.dğr., Türk Mimarisinin Gelişimi ve Mimar Sinan, İstanbul 1975, s. 200, 202, 232; Jale Nejdet Erzen, Mimar Sinan Dönemi Cami Cepheleri, Ankara 1981, s. 18, 64, 102-103; Mustafa Cezar, Tipik Yapılariyle Osmanlı Şehirciliğinde Çarşı ve Klasik Dönem İmar Sistemi, İstanbul 1985, s.
Yavuz Sultan Səlim külliyəsi
Yavuz Sultan Səlim külliyəsi – İstanbulda XVI əsrdə Sultan Süleyman Qanuni tərəfindən atası Yavuz Sultan Səlimin şərəfinə inşa olunan külliyə. Fateh ilçəsinin Yavuzsəlim səmtində yerləşən külliyənin əsas strukturu məscid, iki mehmanxana, Sultan Səlim və Hafsa Sultan türbələri, şahzadələr türbəsi, Sultan Əbdülməcid türbəsi, məktəb və imarətdən ibarətdir. Əsas binalardan uzaq olsa da, yaxınlıqdakı qoşa hamam da külliyəyə aid edilir. Bundan başqa yenə Sultan Süleyman dövründə Memar Sənan tərəfindən nisbətən kiçik olan ikinci bir Sultan Səlim külliyəsi də inşa edilib. İbrahim Peçəviyə görə, Sultan Süleyman atasının vəfatından sonra məzarı üzərinə bir türbə, məscid, imarət, məktəb, mədrəsə, darüş-şəfa (xəstəxana) və darüz-ziyafə (yeməkxana) inşa edilməsini əmr etmiş, bunun üçün daxili xəzinədən 400 min qızıl ayrılmışdır. Külliyənin məscid, mehmanxana, türbə, məktəb və imarəti dövrün baş memarı olan Əli Əcəmi tərəfindən, hamam və karvansara isə Memar Sənan tərəfindən inşa edilmişdir. Bunlardan başqa sonradan əlavə olunan Sultan Əbdülməcid türbəsi və külliyə çalışanlarının yaşaması üçün ayrılan bina da külliyənin strukturuna aid edilir. Məscidin əsas qapısı üzərindəki 3 sətirlik ərəbcə kitabəyə görə, külliyənin inşası 1522-ci ilin dekabrında Sultan Səlimin əmriylə başlamışdır. Lakin Sultan Səlimin 21 sentyabr 1520 tarixində vəfat etdiyini nəzərə alsaq, məscidin inşasının Sultan Səlim tərəfindən əmr edildiyini, ancaq gözlənilmədən vəfatının ardından inşanın oğlu tərəfindən tamamlandığını başa düşərik. İsmayıl Danışmənd isə heç bir mənbə göstərmədən məscidin inşasının 17 may 1521 tarixində başladığını qeyd edir.
Çinili məscid külliyəsi
Çinili məscid külliyəsi — İstanbulda XVII əsrə aid külliyə. Osmanlı sultanı I Əhmədin məşhur hasəkisi və IV Muradla I İbrahimin anası olan Validə Kösəm Sultan tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, məktəb, hamam və çeşmədən ibarətdir. Külliyə hasarla iki hissəyə ayrılır. Daxildə qalan hissədə məscid və mədrəsə, hasardan çöldə isə qoşa hamamlar, məktəb və çeşmə yerləşir. Məscidin qapısındakı kitabədə mədrəsədən söz açılmır. Buna görə də, mədrəsənin o illərdə deyil, daha sonra tikildiyi düşünülür. Sarayın baş memarı Qoca Qasım ağa tərəfindən inşa olunan külliyə yerləşdiyi səmtə də adını vermişdir. Külliyənin xərclərinin maliyələşdirilməsi üçün banisi Validə Kösəm Sultanın İstanbul, Rumeli, Anadolu, Məkkə və Mədinədə 1617 və 1639 tarixlərində inşa etdirdiyi imarətlərin gəlirləri bura vəqf olunmuşdur. == Strukturu == === Çinili məscidi === Adını daşıdığı küçənin mərkəzində yerləşən məscid kvadrat planlı və tək gümbəzlidir. 20 mərmər sütunun üzərində saxladığı taxta tavanlı bu məscidin divarlarının üst hissəsində 3, aşağı hissələrində isə dəmir konstrukturlu 2 pəncərə məscidin daxilinin işıqlandırılmasında rol oynayır.
İxtiyarati-qəvaidi-külliyyə
Əbri Xacə ibn Adilinin nücum elminə (astronomiya və astrologiya) dair “İxtiyarati-qəvaidi-külliyyə” (“Ümumi qaydaların seçkisi”) əsəri 1459-cu ildə Azərbaycan türkçəsində yazılmışdır. Əvvəldən və sondan tam, mükəmməldir. Bu nüsxənin katibi, köçürüldüyü il və yer göstərilməmişdir. Aydın nəsx xətti ilə köçürülmüş əlyazma hərəkələrlə verilib. Paleoqrafik, qrafik və orfoqrafik xüsusiyyətlərinə görə nüsxəni XVI əsrə aid etmək olar. London muzeyində, Konyadakı Mövlana muzeyində, İstanbuldakı Topqapı sarayında bu əsərin nüsxələri mühafizə olunur. Əsər 7 babdan (fəsildən) ibarətdir. Əsərin dili sadə və aydındır. Zəngin leksik tərkibə malikdir, nəxslə dilimizdə yazılmış orta əsrlərə aid elmi əsər nümunəsi kimi olduqca dəyərlidir. Xalq dilindən gələn söz və ifədələr abidənin dilində böyük yer tutur.
Şah Sultan külliyəsi
Şah Sultan külliyəsi — İstanbulda XIX əsrə aid külliyə. Osmanlı sultanı III Mustafanın qızı və III Səlimin böyük bacısı Şah Sultan tərəfindən inşa etdirilən külliyə türbə, səbil, çeşmə və yetim uşaqlar üçün məktəbdən ibarətdir. Saray memarlarından İbrahim Kamil ağa tərəfindən inşa olunan külliyənin yerləşdiyi ərazidə keçmişdə İsgəndər bəy məktəbi yerləşmiş, yeni külliyə bu məktəb və ətrafındakı bəzi binaların satın alınaraq yerində inşa olunmuşdur. İnşası 1800-cü ildə tamamlanmışdır. == Haqqında == Külliyənin şərq cəbhəsi yerləşdiyi Fəshanə küçəsi üzərindədir. Cəbhənin solunda hər iki yanında kiçik çeşməsi olan türbə, türbənin sağında giriş qapısı və ən sağda üzərində sübyan məktəbi olan səbil yerləşir. Solundakı 3 pəncərəni saxlayan kiçik bölüm istisna olmaqla, bütün cəbhə mərmərlə örtülüdür. Türbənin hər iki tərəfində cəbhə üzərində yerləşən 2 kiçik çeşmə bir-birilə eyni formadadır. Hər ikisinin üstündə 2 sətirlik kitabə, altında isə oval formalı kiçik çeşmə yatağı yerləşir. Çeşmələrdəki ayna daşları yarpaq formalı dekorla bəzədilib.
Şahzadə külliyəsi
Şahzadə külliyəsi və ya Şahzadəbaşı külliyəsi — İstanbulda XVI əsrə aid külliyə. Osmanlı sultanı Qanuni Sultan Süleyman tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, sübyan məktəbi və karvansaraydan ibarətdir. == Tarixi == Osmanlı sultanı Qanuni Sultan Süleymanın Manisa sancaqbəyi ikən vəfat edən oğlu Şahzadə Mehmedin adına inşa etdirdiyi Şahzadə külliyəsi memar Sənan tərəfindən hazırlanmışdır. İnşasına 1543-cü ilin iyununda başlanmış, ilk olaraq Şahzadə Mehmedin dəfn olunduğu türbə tamamlanmışdır. Ardından 23 may 1544-cü ildə təməli atılan məscid 1548-ci ilin avqustunda ibadətə açılmışdır. Bu müddət ərzində külliyəyə aid olan mədrəsə, imarət, sübyan məktəbi və karvansarayın inşası tamamlandı. Külliyədən nisbətən aralı yerləşən imarət və sübyan məktəbi isə Dədəəfəndi küçəsində yerləşir. 1613 və 1633-cü illərdə baş verən güclü yanğının ardından zədələnən külliyə binaları IV Murad tərəfindən təmir edilmiş, bu əsnada şadırvan gümbəzi də yenilənmişdir. 1718 cə 1782-ci illərdəki yanğınlarda isə minarənin bütün taxta konstruksiyası yanmış, 1916 və 1953-cü illərdə bəzi türbələrdə və məsciddə qismən restavrasiya işləri görülmüş, 1994–1999 illəri arasında külliyədə əsaslı təmir işləri aparılmışdır. == Strukturu == === Məscid === Memar Sənanın baş memar ünvanıyla inşa etdirdiyi ilk əsər olan bu məscid bir-biriylə simmetrik olan 2 bərabər hissədən – məscidin ana binası (harim) və avlu (meydança) ibarətdir.
Pərtəvniyal Sultan külliyəsi
Pərtəvniyal Sultan külliyəsi — İstanbulda XIX əsrə aid külliyə. Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdüləzizin anası Validə Pərtəvniyal Sultanın sifarişiylə inşa olunan külliyə məscid, məktəb, kitabxana, türbə, 6 ədəd çeşmə və 7 ədəd dükandan ibarətdir. 16 oktyabr 1868-ci ildə başlayan külliyə inşası 9 yanvar 1871-ci ildə tamamlanmışdır. Külliyəyə aid məscidin təməlləri isə saray münəcciminin təyin etdiyi uğurlu saata görə, 4 yanvar 1869-cu ildə — bazar ertəsi günü yerli saatla 16:15'də atılmışdır. Topqapı saray arxivində saxlanılan və 24 dəftərdən ibarət olan məsrəflər toplusunda bina əmini Hüseyn bəy və köməkçisi Hüsrəv bəyin, katibi Sami Əfəndinin, vəqf idarəçisi yəhudi Boqos bəyin, memarı erməni Sarkis Balyan və köməkçiləri Aqop, Bedros bəylərin adları çəkilir. Beləliklə, bir çox mənbədə adı çəkilən italyan memar Pietro Montani Əfəndinin külliyənin memarı olmadığı məlum olur. Külliyənin banisi olan Validə Pərtəvniyal Sultan oğlunun taxtdan endirilməsi və öldürülməsindən xeyli sonra — 26 yanvar 1884-cü ildə vəfat etmiş və külliyəyə aid türbəyə dəfn edilmişdir. Bundan başqa türbədə nəvəsi Yusif İzzəddin Əfəndinin xanımı Çeşmi-ahu xanım, körpə yaşlarında vəfat edən oğlu Mehmed Bahəddin Əfəndi və qaynanası Məstarə xanım da dəfn edilmişdir. 1926–1929-cu illərdə tramvay yolunun genişləndirilməsi əsnasında türbə bir az geri çəkilmiş, 1958-ci ildə isə tamamilə dağıdılmışdır. Burada dəfn olunan cənazələr bir müddət Topqapı sarayında mühafizə edildikdən sonra Sultan Mahmud türbəsinə daşınaraq əri Sultan Mahmudun məzarı üzərinə dəfn edilmiş, ardından türbəsinin yenidən inşa edilməsiylə 1969-cu ildə ikinci dəfə yer dəyişdirmişdir.
Əhməd Cəlayırın Külliyyatı
Əhməd Cəlayırın Külliyyatı — Cəlairilər sultanlığının hökmdarı və həmçinin şair olan sultan Əhməd Cəlayırın "Külliyyatı". Bu əsər müəllifin dövrümüzə gəlib çıxan yeganə əsəridir. Sultan Əhməd Cəlayır Azərbaycan-türk dilində, farsca və ərəbcə əsərlər qələmə almışdır. Dövrümüzə Azərbaycan-türk dilində yalnız 1 əsəri gəlib çatıb. Bu əsər "Eyləməz" adlı rədifli qəzəldir. Külliyyat 7 hissədən ibarətdir və hər biri özlüyündə müxtəlif şeir növlərini əhatə edir. Əsər hal-hazırda Türkiyədə Türk və İslam əsərləri Muzeyində 2046 qeydiyyat nömrəsi altında saxlanılır. == İstinadlar == === Ədəbiyyat === Nimet Yıldırım. Sultan Ahmed Celayir ve «Kitabu'l-Mukaddime» adlı divan (PDF). İstanbul: T.C. Yükseköğretim Kurulu Dökümantasyon Merkezi.
Külliyyat
Külliyyat (ərəb. كُلِّيَّات‎, külliyyat) — şair və yazıçının əsərlərinin toplusu.
Mihrişah Validə Sultan külliyəsi
Mihrişah Validə Sultan külliyəsi — İstanbulda XVIII əsrə aid külliyə. Osmanlı sultanı III Mustafanın xanımı və III Səlimin anası Validə Mihrişah Sultanın sifarişiylə inşa olunan külliyə sübyan məktəbi, türbə, imarət, səbil və çeşmələrdən ibarətdir. == Külliyənin strukturu == === Türbə === Külliyənin strukturuna aid ilk bina olub, 1792-1794-cü illərdə inşa edilmişdir. Ağ mərmərdən, 12 oval üzlü, 2 sıra pəncərəli və günbəzli türbənin sütunları pəncərələr arasında yerləşir. Türbədə külliyənin banisi olan Validə Mihrişah Sultanla yanaşı, III Səlimin xanımlarından Rüfət Qadınəfəndi, bacıları Xədicə Sultan və Beyhan Sultan və Sultan Əbdülməcidin xanımlarından Rəhimə Pərəstü Sultanın məzarları yerləşir. === İmarət === Külliyədə çalışan xidmətçilər və yoxsullar üçün yemək bişirilib paylanan imarət binası çəhrayı-ağ mərmərdən inşa olunmuşdur. Giriş qapısı üzərində barokko üslubunda hazırlanan Maşallah yazısı asılmışdır. İmarətin həyəti isə sonralar məzarlıq olaraq istifadə edildi. Kavalalı Mustafa Fazil Paşa və bir çox ailə üzvü məhz burada dəfn edilmişdir. === Sübyan məktəbi === Türbəylə qarşı-qarşıya inşa olunan sübyan məktəbinin ətrafı sonrakı illərdə məzarlıq olaraq istifadə edildi.

Digər lüğətlərdə