Dəbilqəli kakadu
Callocephalon fimbriatum (lat. Callocephalon fimbriatum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin callocephalon cinsinə aid heyvan növü.
Dəbilqəli kakadular Cənub-Şərqi Avstraliya və ona yaxın adalarda dəniz səviyyəsindən 2000 m-ə qədər yüksəklikdə olan dağlıq ərazilərdəki evkalipt meşələrində yaşayır.
Bədəninin uzunluğu 32—37 sm; kütləsi 250—280 q-dır. Lələklərindəki əsas rəng çaları boz olub, hər lələk kül rəngi ilə haşiyələnib. Qarnının aşağı hissəsi və quyruğunun aşağı lələkləri çəhrayı-sarı rənglə haşiyələnib. Qanadları və quyruğu boz rəngdədir. Erkəklərin baş və kəkili açıq-çəhrayı, dişilərin başı və kəkilləri boz rəngdə olur.