kam

is. 1) désir m, souhait m, aspiration f ; 2) but m, cible f, mire f, objet m, objectif m ; 3) goût m, plaisir m ; ~ almaq prendre plaisir à qch ; être content, -e ; ~a yetmək atteindre son but, obtenir de bons résultats dans qch ; ~ı gözündə qalmaq échouer, ne pas pouvoir réaliser son désir

Kalvados
kamal
OBASTAN VİKİ
Kam (Xoy)
Kam (fars. كم‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 20 nəfər yaşayır (4 ailə).
Li Hunq Kam
Li Hunq Kam - Honkonqlu veteran opera müğənnisi, aktrisası. == Həyatı == Məşhur opera müğənnisi Li Hunq Kam 13 yanvar 1932-ci ildə Tayvanda anadan olmuşdur. İlk dəfə 14 yaşında, 1946-cı ildə səhnələrə gəlmişdir və Kanton operalarının birində kiçik çıxış etmişdir. Orta məktəbi bitirdikdən sonra ali təhsil ala bilməyən Li Hunq Kam 1950-ci ildə məşhur opera müğənnisi Xiao Conqkun ilə evləndi və bu evlilikdən onun Xiao Ziyun adlı bir qızı oldu. Ancaq, evlilik 7 il davam edə bildi və 1957-ci ildə həyat yoldaşından boşanan Li qızı ilə birlikdə Kanadaya köçdü. Bundan sonra Li heç evlənmədi, daha sonra, Tan Binqven ilə dəfələrlə əməkdaşlıq etdi, bir neçə film istehsal edən şirkətlər qurmaq üçün ortaq müəssisələr qurdu. Li Hunq Kamın 1970-ci illərdə bir neçə dəfə görünən və televiziyalarda göstərilən iki qardaşı var idi, lakin, sonra Li iki qardaşı ilə əlaqəsinin tamamilə kəsildiyini etiraf etdi. Linin ilk filmi 1956-cı ildə çəkilmişdir. Sonra o, Tan Binqven ilə şərik olaraq film şirkəti təsis etdi və burada bir çox komediyalar çəkdi. 1976-cı ildə özü tək "Lee's Film Company" şirkətini qurdu və burada da bir neçə komediya filmi çəkdi.
Kam Ranh Beynəlxalq Hava Limanı
Vüqar Kamranoğlu
Vüqar Kamranoğlu — rejissor, ssenari müəllifi, Rejissor assisteni, aktyor. == Həyatı == 1996-cı ildə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, "Teatr və Kino Sənəti" fakültəsinin, Bədii Kino və Televiziya filmləri rejissoru ixtisasına qəbul olub. 2000-ci ildə bitirib. == Filmoqrafiya == Vahimə (film, 1998) — rejissor assistenti Pərt oldu (film, 1999) (bədii film-etüd )....xr: 05’00" (kurs işi) — rejissor, ssenari müəllifi Çin olmuş yuxu (film, 2000)(bədii film/diplom işi) — aktyor (portmanatı tapan oğlan) İddia (film, 2000) (bədii film-pritça/diplom işi)....xr: 30’00" — rejissor, ssenari və musiqi müəllifi Qəlbin ritmləri (film, 2002) (sənədli film-etüd)....xr: 08’20" (Abşeron Step Rəqs Ansamblı) (Lider TV) — rejissor, ssenari müəllifi Mən sizdən arxayınam (film, 2002) (sənədli film-etüd)....xr: 08’00" (Azərbaycan Dövlət Pantomim Teatrı) (Lider TV) — rejissor, ssenari müəllifi Pərdəsiz səhnə (film, 2002) (sənədli film-etüd)....xr: 05’50" (Gəncə Teatrı) (Lider TV) — rejissor, ssenari müəllifi Rənglər burulğanında (film, 2002) (sənədli film-portret)....xr: 25’00" (Şair Səməd Mənsur haqqında) (Lider TV) — rejissor Ritmin nəfəsi (film, 2002) (sənədli film-etüd)....xr: 04’20" (Dövlət Rəqs Ansamblı) (Lider TV) — rejissor, ssenari müəllifi Səbrli adamın fəryadı (film, 2002) (sənədli film-portret)....xr: 28’45" (Şair Mirzə Ələkbər Sabir haqqında) (Lider TV) — rejissor Sonuncu orden (film, 2002) (sənədli film-portret)....xr: 29’00" (Şair Abbasqulu Ağa Bakıxanov haqqında) (Lider TV) — rejissor, aktyor (A.A.Bakıxanov obrazı) Uğur hələ irəlidədir (film, 2002) (sənədli film-etüd)....xr: 11’55" (İncəsənət Gimnaziyası) (Lider TV) — rejissor, ssenari müəllifi Uğurlu axtarışlar yolunda (film, 2002) (sənədli film-portret)....xr: 11’25" (Rusiyada yaşayan həmvətənlimiz ... haqqında) (Lider TV) — rejissor, ssenari müəllifi Yeddi duyum (film, 2002) (sənədli film-portret)....xr: 33’00" (Şair Əli Kərim haqqında) (Lider TV) — rejissor Yenə o bağ olaydı (film, 2002) (sənədli film-portret)....xr: 34’00" (Şair Mikayıl Müşfiq haqqında) (Lider TV) — rejissor Yeni il gəlir (film, 2002) (sənədli film-etüd)....xr: 03’50" (Lider TV) — rejissor, ssenari müəllifi Cavabsız sual (film, 2003) (diplom işi) — musiqi müəllifi İsmayıl Bəy Qutqaşınlı (film, 2004) (sənədli film) — aktyor (İsamayıl Bəy Qutqaşınlının cavanlığı) ("Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin istehsalı) Mistik düşüncələrin rəsmi (film, 2003) (sənədli film-etüd)....xr: 11’00" (Azərbaycan Dölət İncəsənət Muzetinin, İtaliya zalı) (Lider TV) — rejissor, ssenari müəllifi Təklik (film, 2003) (sənədli-elmi kütləvi film)....xr: 26’56" (Azərbaycanda yetişən nadir ağaclar haqqında) (AzTV) — rejissor Qurd ürəyi (film, 2004) (sənədli film-portret)....xr: 11’30" (Qocaman ovçu haqqında) (AzTV) — rejissor, ssenari müəllifi Anons keçidi (film, 2005) (kompüter qrafikası) (3D qrafika)....xr: 0’28" (AzTV) - rejissor Arxada qalmış gələcək (film, 2004) (tammetrajlı bədii film) — aktyor (Qaçqın şəhərciyində yardım paketi paylayan gənc), rejissor assistenti ("Azərbaycanfilm" Kinostudiyasının istehsalı) Bakı. Gecə (2005) (zarisovka) xr: 01’45" (İTV) — rejissor Carçı İnformasiya Proqramı üçün Başlıq (kompüter qrafikası)(İTV)( 3D qrafika və təsvirin qarışığı )....хр: 0’17" 2005 — rejissor Eyvanlar (2005) (zarisovka) xr: 02’05" (İTV)-Rejissor Film media (film, 2005) (İTV)(veriliş) — rejissor Həmidə Ömərova (Studiyada çəkiliş)..xr:26’00" Tofiq İsmayılov (Studiyada çəkiliş)..xr:45’00" Svetlana İsmayılova (Studiyada çəkiliş )..xr:32’00" Dülbara Talamuşeva (Studiyada çəkiliş )..xr:22’00" Aydın Talıbzadə (Studiyada çəkiliş )..xr:26’00" Mələk Abbaszadə (Studiyada çəkiliş )..xr:24’00" Ötkəm İsgəndərov (Studiyada çəkiliş )..xr:24’00" Qalib Tələbələr (Studiyada çəkiliş )..xr:22’00" Mehribanın Dünyası (Sərgi )..xr:16’00" İçəri Şəhər (2005) (zarisovka) xr: 02’52" (İTV) — rejissor Kinematoqraf: Klassiklər və Müasirlər (2005)(İTV)(veriliş) — rejissor Kşiştof Zanussi..
Xalid Kamranlı
Xalid Kazım oğlu Kamranlı (23 sentyabr 1999; İmişli rayonu, Azərbaycan — 15 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xalid Kamranlı 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xalid Kamranlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Kamranlı oktyabrın 15-də Talış istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xeyke Kamerlinq-Onnes
Heike Kamerlingh Onnes (nid. Heike Kamerlingh Onnes; 21 sentyabr 1853, Qroningen — 21 fevral 1926, Leyden) — Niderland fiziki və kimyaçısı.
Xocalıya ədalət (kampaniya)
"Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası (ing. Justice for Khojaly) — Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biri. == Haqqında == "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə və irqi, etnik və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə yönəlmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan digər səmərəli vasitələri təşkil edir. == Kampaniyanın strateji məqsədləri == 1.
Xose Luis Kaminero
Xose Luis Peres Kaminero — İspaniya futbolçusu, "Real Madrid" futbol məktəbinin yetirməsi. Kaminero "Real" futbol məktəbinin yetirməsi sayılır. 1986/1989-cu illərdə Madrid klubunun B komandasının formasını geyinən 1967-ci il təvəllüdlü futbolçu, "Kral Klubu"nu 1989-cu ildə "Vallyadolid"ə dəyişib. Bu komandanın heyətində 1993-cü ilə qədər 134 oyunda 3 qol vurub. Ardınca 5 mövsüm Madrid "Atletko"sunun formasını geyinib. Paytaxt klubunun heyətində 149 oyunda 40 qola imza atıb. 1998-ci ildə yenidən "Vallyadolid"ə qayıdıb və karyerasının sonuna – 2004-cü ilə qədər bu komandada çıxış edib. Bu müddətdə 155 oyun keçirib və 15 dəfə fərqlənib. Kaminero ümumilikdə La Liqada 408 matçda forma geyinib və 57 dəfə rəqib qapıçıları məyus edib. O, 1996-cı ildə "Atletko"nun heyətində Kral Kubokunu qazanıb.
Xuan Kamara
Xuan Kamara (13 fevral 1994[…], Xaen, Əndəlüs) — Yarımmüdafiəçi.
Xəlifə Kamal
Xəlifə Kamal — Yardımlı rayonunun Perimbel kəndinin ərazisində yerləşən ziyarətgah. == Tarixi == Şiələrinin 4-cü imamı Zeynülabidin nədidəsi Xəlifə Kamal (az-ərb:Kamaləddin) qardaşı Xəlifə Qiyas(az-ərb:Ğiyasəddin) ilə VIII-ci əsrdə Perimbel kəndində məskunlaşmışdır. Xəlifə Kamal gənc yaşda şəhid olmuş övladı olmamışdır, məzarları Perimbel kəndində ziyarətgahdır. Tarixi sənədlərə görə kəndin əvvəlki adları Pirinbel, Xəlfəli və Seyyidlər kəndi kimi də adlanmışdır. Perimbel- "Pirin qənşəri", "Pirin məkanı mənasında" – "Pirin beli" mənasındadı. Hələ də Perimbel kəndinin əksər əhalisi Xəlifə Kamalın qardaşı Xəlifə Qiyas 4 oğlunun nəsilindən gəldiklərini iddia edirlər. == Xəlifə Kamalın Şəcərəsi == Hz Məhəmməd İslam peyğəmbəri Hz Fatimə binti Məhəmməd Hz Əli ibn Əbu Talib, Şiələrin 1-ci İmamı Hz Hüseyn ibn Əli, Şiələrin 3-cü İmamı Hz Zeynülabidin ibn Hüseyn, Şiələrin 4-cü İmamı Əl Hüseynul Əsğər ibn Zeynül-Abidin Übeydullahil Ə'rəc ibn Əl Hüseynul Əsğər Əliyül Abid (künyə:Əliyül Saleh) ibn Übeydullahil Ə'rəc Übəydullah Sani ibn Əliyül Abid Saleh ibn Übəydullah Sani Kamaləddin (az:Xəlifə Kamal) ibn Saleh == Soya aid məşhur nümayəndələr == Мüstəqil Bağır oğlu Ağayev — Azərbaycan filosofu; AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri namizədi.
Yakob van Kampen
Yakob van Kampen (Jacob van Campen, 2 fevral 1596[…], Harlem[d] – 13 sentyabr 1657[…]) — Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi. == Həyatı == Yakob van Kampen 1595-ci ildə Haarlem şəhərinin varlı ailəsindən anadan olmuşdur və gəncliyini Haarlemdə keçirmişdir. Yakob van Kampen 1657-ci ildə vəfat etmişdir.
Yanma kamerası
Yanma kamerası - mühərrikin və ya sobanın hisslərinin vəhdətindən yaradılan, yanacaq qarışığının və ya bərk yanacağın alovlanması baş verən boşluqdur. Yanma kamerasının konstruksiyası mexanizm və sobanın ümumilikdə işləmə şəraiti ilə müəyyən olunur. Onun hazırlanmasında istiliyə davamlı materiallardan istifadə olunur. == Tipik quruluşu == Qızmış qaz mühərrikə daxil olan yanacaq qarışığından daha çox həcmə malikdir. Bu xassə əsasnda kamerada əmələ gələn yanmış qaz daha çox təzyiq yaradır. Bu təzyiq porşeni hərəkət gətirir və ya turbini fırladır. Həmçinin ucluqdan çıxan qaz əlavə itləyici qüvvə yaradır. Yanma kameralarının işləmə prinsipi tətbiq sahəsindən asılıdır. Məsələn onlar daxili yanma mühərriklərində tsiklik işləslər də, qazturbin mühərriklərində bu baş vermir. Onlar adətən bir böyük giriş, yanmış qazı ixrac etmk üçün çıxış deşiyinə malik olur.
Yanuş Kaminski
Yanuş Ziqmund Kaminski (pol. Janusz Zygmunt Kamiński; 27 iyun 1959, Zembise, Polşa) — ABŞ və Polşa kinooperatoru və rejissoru, Stiven Spilberq "Şindlerin siyahısı" filmindən başlayaraq, bütün filmlərində onunla işləyir. == Həyatı və yaradıcılığı == Yanuş Kaminski Polşanın Zembise şəhərində anadan olmuşdur. Onun valideynləri Yadviqa Selner və Marian Kaminski olmuşdur. 1981-ci ildə 21 yaşında olarkən, baş nazir Voyçex Yaruzelskinin Polşada hərbi vəziyyət elan etməsi ilə əlaqədar ABŞ-yə mühacirət etmişdir. 1982-1987-ci illərdə Çikaqodakı Kolumbiya Kollecində kino istehsalı sahəsi üzrə təhsil almışdır. Daha sonra isə təhsilini AFI Konservatoriyasında (Amerika Film İnstitutu) davam etdirmiş və təsviri incəsənət üzrə ustad dərəcəsi almışdır. O, kinematoqrafiya institutunda gələcəkdə ən yaxşı operator işinə görə "Oskar" mükafatı əldə edəcək Uolli Pfisterlə tanış olur. Bu operator hazırda Kristofer Nolanla birlikdə çəkdiyi "Betmen: Başlanğıc" və "Qara cəngavər" filmlərilə məşhurdur. == Şəxsi həyatı == Kaminski 1995-2001-ci illərdə aktrisa Holli Hanterlə ailəli olmuşdu.
Yapon kameliyası
Yapon kameliyası (lat. Camellia japonica) == Təbii yayılması == Yapоniyada, Çində, Kоrеyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4 m оlan hamar gövdəyə malik həmişəyaşıl kоl və ya kiçik ağacdır. Budaqları açıq qəhvəyidir. Yarpaqları parlaq qalındır, növbəli yеrləşir, uzunluğu 8-10 sm-dir. Çiçəkləri tünd çəhrayı, yaхud ağ rənglidir, еrkən yazda əmələ gəlir. Mеyvəsi qutucuq оlub, bir, iri tохumludur. Çiçəklərinin fоrması, ölçüsü və rənginə görə bir-birindən fərqlənən çохlu sоrtu məlumdur. Tохum və qələmlə çохaldılır. == Ekologiyası == Kölgəyə davamlı, tоrpağa və rütubətə tələbkardır.
Yaşar Kamal
Yaşar Kamal (türk. Yaşar Kemal, əsl adı türk. Kemal Sadık Gökçeli; 6 oktyabr 1923[…], Göyçədam[d], Türkiyə – 28 fevral 2015[…], İstanbul) — kürd əsilli Türkiyə yazıçısı. == Həyatı == Yaşar Kamal 1923-cü ildə Adananın Osmaniyə ilçəsinin Həmitə kəndində dünyaya gəlib. Orta məktəbdə oxuyarkən şifahi xalq yaradıcılığı ilə maraqlanmağa başlayıb. O dövrdə şeirləri Adana "Xalqevi"nin nəşri olan "Görüşlər" dərgisində çap edilib. Orta məktəbdə sonuncu sinifdə oxuyarkən məktəbi yarımçıq tərk etmək məcburiyyətində qalaraq, fəhlə, düyü tarlalarında suvaran, müəllim, kitabxanaçı kimi işlərdə çalışıb. Eyni zamanda "Ülke", "Kovan", "Millet", "Beşpınar" jurnallarında şeirləri nəşr olunub. 1951-ci ildə İstanbula gələrək "Cumhuriyet" qəzetində müxbir işləməyə başlayıb. "Dünyanın ən böyük təsərrüfatında yeddi gün" başlıqlı reportajına görə Qəzetçilər Cəmiyyətinin Xüsusi Uğur Mükafatına layiq görülüb.
Yessika Kamilo
Yessika Kamilo (23 fevral 1993) — Dominikan Respublikasını təmsil edən oxatan. Yessika Kamilo Dominikan Respublikasını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yessika Kamilo birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Çoi Mi-Sun ilə üz-üzə gəldi. Həmin görüşdə Yessika Kamilo rəqibinə 0:6 hesabı ilə uduzdu.
Yusif Kamal Tengirşenk
Yusif Kamal Tengirşenk (bəzi mənbələrdə Tengirşek olaraq adlandırılır; 1878 – 15 aprel 1969, Ankara, Türkiyə) — Osmanlı Parlamentində və Türkiyə Böyük Millət Məclisinin ilk dönəmlərində millət vəkili olaraq, eyni zamanda fərqli hökumətlərdə İqtisadiyyat, Xarici İşlər və Ədliyyə Vəkili olmaqla yanaşı, bir əsrlik bir ömrünün son 40 ilini akademik olaraq keçirən bir siyasətçidir. == Gənclik və Təhsil Həyatı == Kadının rəisi Həsən Raci Əfəndinin oğludur. Kuleli Hərbi Liseyinə daxil olmasına baxmayaraq səhhətiylə Hərbi Tibb Məktəbinə keçdi. Təhsilini burada davam etdirərkən rejimə qarşı olan bəzi dostlarından əl çəkmədiyi üçün həbs olundu. Ölkədə uzun müddət qaldıqdan sonra yenidən İstanbulda İstanbul Hüquq Fakültəsinə daxil oldu.1904-cü ildə məzun oldu. Daha sonra Parisdəki Hüquq Fakültəsinin Siyasi və İqtisadi Elmlər Bölməsində doktorluq dərəcəsini qazandı. == Dövlət qulluğu həyatı == 1898-ci ildə Boyabat Əmlak Müdirinin direktoru vəzifəsinə təyin olunmasına baxmayaraq 1899-cu ildə istefa etdi. Hüquq fakültəsini bitirdikdən sonra 1904-cü ildə vəkillik fəaliyyətinə başladı. Eyni zamanda Cinayət Hüququ Fakültəsinə dosent, daha sonra müəllim vəzifəsinə təyin edildi. 1908-ci ildə II. Konstitusiya Monarxiyasının elanı ilə Kastamonu millət vəkili seçildi.
Yusif Kamil Paşa
Yusif Kamil Paşa (1808, Konstantinopol – 1876, Konstantinopol) — Sultan Əbdüləziz səltənətində 4 ay 27 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == === İlk illəri === 1808-ci ildə Malatyanın Arabgir bölgəsində dünyaya gəldi. Atası İsmayıl bəyzadə Mehmed bəy tanınmış Gökbəy ailəsinə mənsub idi və erkən vəfat etmişdi. Kiçik yaşlarından əmisi Gömrükçü Osman Paşanın himayəsinə girən Kamil, əmisi Kayseri və Bozok sancaqlarında vəzifədə ikən Müdərriszadə Mehmed Alim Əfəndidən dərslər aldı. Ardından əmisi ilə birlikdə İstanbula gəldi və onun möhürdarı olaraq xidmətə başladı. 1829-cu ildə divanxanada kiçik məmur olaraq vəzifəyə alınan Kamil, rəvayətə görə gördüyü bir yuxunun ardından Misirə getdi (1833). Misir hakimi Kavalalı Mehmed Əli Paşa tərəfindən Misir xəzinəsi katibliyinə təyin olundu. 7 ay sonra vilayət divanının ikinci müavinliyyinə yüksəldi və Mehmed Əli Paşanın qızı Zeynəb xanımla evləndirildi. Sultan Əbdülməcidin bacısı Adilə Sultanın nigahı münasibətilə İstanbulda keçirilən mərasimdə Misir hakiminin kürəkəni və vəkili olaraq qatıldı. İstanbulda ikən sultan tərəfindən qəbul edildi və “mirimiran” ünvanı aldı (31 iyul 1845).
Yuu Kamiya
Tyaqo Furukava Lukas və ya qələm adı ilə Yuu Kamiya (榎宮 祐, Kamiya Yū) — yapon-braziliyalı roman yazıçısı və illüstrator. 10 noyabr 1984-cü ildə Braziliyada anadan olmuşdur. O, Takayama Kaqaminin "A Dark Rabbit Has Seven Lives" ranobesi üzərində işləmişdir. 2013-cü ildə işləməyə başladığı "No Game No Life" ranobe seriyası (bu ranobenin daha sonra anime adaptasiyası hazırlanmışdır) 2014-cü ilin bestseller ranobelərdən biri olmuşdur. Bu ranobe seriyası "Yomiuri Shimbun Sugoi Japan" mükafatını qazanmış 10 ranobe seriyasından biridir. 2015-ci ildə "Clockwork Planet" adlı yeni ranobe və manqa seriyasının anime adaptasiyası üçün yaşıl işıq yanmışdır. 2011-ci ildə "No Game No Life" üzərində birlikdə işləyəcəyi Maşiro Hiiraqi ilə ailə həyatı qurmuşdur.
Yəhya Kamal Bəyatlı
Yəhya Kamal Bəyatlı (2 dekabr 1884, Üskub – 1 noyabr 1958 və ya 2 noyabr 1958, İstanbul) — Türk şairi. == Həyatı == Yəhya Kamal şeirlərini ən çox cümhuriyyət dövründə nəşr etdirmişdir. Onun şeirləri ölümündən sonra bu adlar altında kitablaşdırıldı: "Öz göy qübbəmiz" (1961), "Əski şeirin rüzgarıyla" (1962), "Rübailər və Xəyyam rübailərini Türkcə söyləyiş" (1963), "Bitməmiş şeirlər" (1976). Yəhya Kamal 1903-cü ildə Parisə bir Qərb heyranı, alafranqalıq və Jön Türklük həvəskarı olaraq getdi. Lakin 1912-ci ildə Türklüyünün fərqinə varmış, Milli şüura çatmış bir Türk olaraq döndü. Yəni təhsil aldığı, oxuduğu, öyrəndiyi məktəbdən xidmət edəcəyi, öyrəndiklərini tətbiq edəcəyi məmləkətinə qayıtdı. Qərb kültür, düşüncə, sənət və ədəbiyyatından alınması gərəkən dərsi və materialı almış, ancaq bunları öz orijinal sənətçi şəxsiyyətində əridərək və gərəkdiyi qədər işlədərək özünə aid milli bir ədəbiyyat yaratmış, orijinal bir milliyyətçilik düşüncəsi meydana gətirmişdir. O, Qərbin ağıllı bir tələbəsi olmuşdur. Qərbdən necə istifadə edilməsi gərəkdiyini başa düşmüş, nələri alıb, nələri almamaq lazım olduğunun şüuruna varmış bir Türk ziyalısıdır. Qərbdən daha çox metod, texnika, anlayış, çıxış nöqtəsi, mentalitet kimi xüsuslarda yararlanmışdır.
Zaur Kamal
Zaur Kamal (tam adı: Zaur Kamal oğlu Gülməmmədov, 19 dekabr 1974, Bolnisi rayonu) — Əməkdar mədəniyyət işçisi, müğənni, şoumen, radio dj, jurnalist, televiziya aparıcısı. == Həyatı == Zaur Kamal 19 dekabr 1974-cü ildə Bolnisidə anadan olmuşdur. Orta məktəbi Bolnisi rayonunda başa vurduqdan sonra 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Televiziya rejisorluğu" fakültəsinə daxil olub. 1997-ci ildə təhsilini başa vurub. Evlidir, Bartu və Rüstəm adlı iki oğlan övladı var. == Karyerası == Zaur Kamal aparıcılıq fəaliyyətinə 1998-ci ildə başlayıb. İlk dəfə "Burc FM" (hazırda 100.5 FM) radiosunda "Poliqon" verilişinin aparıcısı olub. Daha sonra Xəzər TV-də teleaparıcılq fəaliyyətinə də başlayıb. Televiziyada ilk layihəsi "Ay Zaur" verilişi olub. Daha sonra "5-də 5" layihəsi ilə də məşhurlaşıb.
Zülfiyə Kamalova
Zülfiyə Kamalova (tatar. Зөлфия Нәсип кызы Камалова 8 avqust 1969, Sarapul[d], Udmurtiya MSSR[d]) — Tatar mənşəli Sovet və Avstraliya müğənnisi. Dünya musiqisi üslubunda çoxsaylı musiqi müsabiqələrinin qalibi. Avstraliyanın "İlin müğənnisi 2001" müsabiqəsində "Dünya musiqisi-2002" janrının ən yaxşı ifaçısı. == Bioqrafiyası == Zülfiyə Kamalova Sarapulda (Udmurtiya) 8 avqust 1969-cu ildə anadan olmuşdur. 9 yaşında musiqi ilə maraqlanmağa başlayır. Orta məktəbi bitirdikdən sonra Perm Universitetinin Xarici Dillər fakültəsinə daxil olur. 1991-ci ildə tələbə mübadiləsindən sonra Kaliforniyaya (ABŞ) yola düşür. Orada bir avstraliyalı ilə evlənir. Birlikdə Avstraliyaya köçür.
Çalır Kamera Orkestri (film, 1968)
Çukot-kamçat dilləri
Çukot-kamçat dilləri — Şimal-şərqi Sibirdə dil ailəsi. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Чукотско-камчатские языки — статья А. П. Володина в сборнике «Языки мира: Палеоазиатские языки». М., 1997.
İj (Kama çayının qolu)
İj çayı — Kama çayının sağ qolu olub, Tatarıstan və Udmurtiya respublikalarının ərazisindən keçir. 1978-ci ildən təbii abidə kimi qorunur. == Axımı == İj çayı Böyük və Kiçik İj çaylarının birləşməsi ilə formalaşır. Çay öz mənbəyini Udmur respublikasının İqrin və Yaşkur-Bodin rayonlarının sərhəddində yerləşən Kiçik Ovşor kəndindən götürür. Çay Tatarıstan və Udmur respublikaları ərazisində şimaldan cənuba doğru istiqamətdə axır (Udmur respublikasında çayın uzunluğu 97 km-dir) və 124 km sonra Kama çayına tökülür. İj çayının mənsəbində Nijnekamı su anbarı yerləşir. Çayın uzunluğu 237 km-dir. (Böyük İj çayıda daxil edilərsə 259 km). Çayın hövzəsi 8510 km², həmçinin İj gölməçəsindən 1640 km² çoxdur. Su hövzəsi yüksək düzənlikdə yerləşir ki, onun da relyefi Sarapul (hipsometrik hündürlüyü 100–150 m) və Mojqin (hipsometrik hündürlüyü 200–250 m) düzənliklərinə ayrılır.
İki Kamal türbəsi
İki Kamal türbəsi və ya İki Kamal məzarı — Təbrizdə Abbasi və Beylankı küçələrində yerləşir. Abidə təsadüfən tapılıb və restavrasiya olunaraq ətrafında park salınıb. Türbədə Kamal adlı 2 şəxsiyyətin şair Kamal Xocəndi və miniatürist Kəmaləddin Behzadın yanbayan məzarı var. Məzarlar zirzəmidə yerləşir onları görmək üçün 10 pillə aşağı enmək lazımdır. Türbənin ətrafındakı parkda bu 2 şəxsiyyətin heykəlləri də qoyulub. == Şəkilləri == == Həmçinin bax == Möminə Xatun türbəsi Qırmızı Günbəz türbəsi Üç Günbəz türbəsi == İstinadlar == == Xarici keçidlər == Türbə haqqında hazırlanmış sənədli film. fars.
İkinci Nikaraqua Kampaniyası Medalı
İkinci Nikaraqua Kampaniya Medalı, Amerika Birləşmiş Ştatları Konqresi tərəfindən 8 noyabr 1929-cu ildə səlahiyyətləndirilən ABŞ Dəniz Piyadalarının bir kampaniya medalıdır. İkinci Nikaraqua Kampaniyası Medalı, Nikaraquadakı əməliyyatlar əsnasında 1926-cı ildən 1933-cü ilə qədər Nikaraqua vətəndaş müharibəsi və sonrakı ABŞ işğalı. Daha erkən bir kampaniya medalı olan, Nikaraqua Kampaniyası Medalı, Nikaraqua'da 1912-ci ildə xidmət üçün mükafatlandırılırdı. == Tarixi == İkinci Nikaraqua Kampaniyası Medalı, Donanma katiblərinin ümümi əmrləri ilə təsdiqlənib, yaradılmış və Konqres tərəfindən Nikaraquadakı 27 avqust 1926 və 2 yanvar 1933 tarixləri arasında olan dəniz əməliyyatlarını tanıması üçün yaradıldı == Görünüşü == İkinci Nikaraqua Kampaniyası Medalı, bir neçə ağ xəttli qırmızı bir lentlərdən asqılı bir medal olaraq görünür. Medal, qılıncla silahlanmış, digər iki fiqur plaşla müdafiə edən bir qadın (Kolumbiya'nı təmsil edir) göstərdi. Tarixləri 1926 ilə medal köhnəlmiş sözlər İkinci Nikaraqua Kampaniyası Medalı — 1930 (medal 1933-cü ilə qədər təsdiq olmamasına baxmayaraq) medalın kənarlarında sərgilədi. uydurmalara icazə verilməmişdir. == Meyarlar == İkinci Nikaraqua Kampaniyası Medalı mükafatlandırmaq üçün, bir xidmət işçisi ya göstərilən tarixlərdə Nikaraqua sularında ya da quru ərazilərində müəyyən bir müddət ərzində ya da Amerika Birləşmiş Ştatların bir gəmisində ya da dənizə açılmış bir piyada olaraq xidmət etmiş olmalıdır. İkinci Nikaraqua Kampaniyası Medalı medalın ilk versiyasından ayrı bu medal bir mükafat olaraq qəbul edildi və Dənizçilik qanunvericiliyi, hər iki dekorasiyanın alınması və köhnəlməsinə təsdiqlənildikdən sonra icazə verilir. Həm Nikaraqua kampaniyalarının başçılığını edən kontr-admiral Admiral V. H. Sauferlend , Nikaraqua Kampaniyası Medalının ikinci versiyasının da ilk alanı idi.
İlham Namiq Kamal
İlham Namiq Kamal oğlu Əhmədov (9 yanvar 1949, Bakı) — Azərbaycan aktyoru, teatr rejissoru, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri, ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrası kafedrasının müdiri, Azərbaycanın xalq artisti. == Həyatı == İlham Namiq Kamal oğlu Əhmədov əslən Şamaxıdandır. 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Buradakı 31 saylı orta məktəbi 1966-cı ildə bitirərək Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan artisti Rza Təhmasibin kursunda təhsil alıb. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden" satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayıb. Onu institutun tədris teatrının aktyor truppasına qəbul ediblər (16 dekabr, 1968). Bu kollektivdə Mirzə Cavad ("Aydın", Cəfər Cabbarlı), Şvester ("Meteor" Fridrix Dürrenmatt), Lomov ("Elçilik", Anton Çexov), Rekrutçu ("Sahildə Bir Ev",Stefan Sveyq), Baş katib ("Sehirli Kreslo", Friteş Korinti), Molla Səbzəli ("Üləma Məclisi" Mirzə Ələkbər Sabirin şerləri əsasında) rollarını oynayıb. O, 1971-ci il noyabrın 25-dən 1972-ci il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor truppasında olub. Fevral ayının 3-dən Akademik Milli Dram Teatrında aktyor işləyib.

Digər lüğətlərdə