KAR

(alm. Kar) sirk, dağların suayırıcı hissəsində təbii kasaya bənzər dərinlik, dik, qayalı yamaclarla və yarım əyilmiş diblə səciyyələnir. Nival iqlim şəraitində kiçik buzlağın (kar buzlağı), qarın və şaxta aşınmasının təsiri altında əmələ gəlir. kaр cirque, kar
KANZAS BUZLAQ EPOXASI
KAR BUZLAĞI
OBASTAN VİKİ
Kar-Nikobar
Kar-Nikobar adası (ing. Car Nicobar) — Nikobar adaları arxipelaqının şimalında hissəsində yerləşən ada. Arxipelaqa daxil olan digər adalar kimi Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra bölgə böyük zərər görmüşdür. Kiçik Andaman və Nankauri adaları ilə eyni məsafədə yerləşir. Teressa adasından isə 92 km şimaldadır. andaman adalarından Doqquzuncu dərəcə boğazı ilə ayrılır. Ada 15,4 km uzunluğa, 12 km enə malikdir. Sahəsi — 126,9 km². Ərazisi kokos ağacları ilə örtülüdür.
Kar pilləsi
Kar pilləsi (rus. каровая лестница, ing. cirque steps) — buzlaq sirkləri sırası olub, biri digərinin üzərində bir neçə mərtəbədə yerləşir. Hər bir sirk dağlıq ölkənin müəyyən buzlaşma mərhələsinə uyğun gəlir və bu mərhələyə məxsus iqlim qar xəttinin yüksəkliyi ilə səciyyələnir. Sirkin yaşından və inkişaf mərhələsindən asılı olaraq adətən morfoloji cəhətdən fərqlənirlər.
Kar (relyef forması)
Kar (relyef forması)- dağların zirvə hissəsinə yaxın yamaclarda, nival iqlim şəraitində, kiçik buzlaqların (kar buzlaqları) və şaxta aşınmasının təsiri ilə yaranmış fincanşəkilli təbii çökəklikdir. Karın yamacları sıldırım, dik, dibi isə hamar və ya batıq olur. Kar qar xəttindən yuxarıda yerləşdikdə, o, fəal aşağıda olduqda isə relikt kar tipli göl əmələ gətirir. Kar buzlağı yerli Kar sərhəddindən yuxarıda, buzlaq sirkinin (karın) dibində formalaşmış, nisbətən kiçik (qısa buzlaq dibinə malik) buzlaqdır. Kar buzlağı planda oraqvari və ya dəyirmi formalı olub, nadir halda dil hissəsi qar xəttindən bir qədər aşağı düşə bilər. Kar gölü yerli qar sərhəddindən aşağıda yerləşən relikt qar çalasında əmələ gələn göl, əsasən yağış suları ilə qidalanır. Kar gölü buzlaq tipli göllərə aiddir. Kar pilləsi dağ yamacı boyu bir-birinin üzərində yerləşən və aydın nəzərə çarpan çıxıntılarla biz-birindən ayrılmış karlar seriyasıdır.
Tit Lukretsi Kar
Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, m. ö. 99 – 55) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur. "Şeylərin təbiəti haqqında" (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır.
Lukretsi (Tit Lukretsi Kar)
Titus Lukretius Karus (lat. Titus Lucretius Carus, m. ö. 99 – 55) — Roma epikürçülüyünün ən tanınmış təmsilçisi isə olmuşdur. "Şeylərin təbiəti haqqında" (lat. De rerum natura) adlı məşhur əsərində o bir çox fəlsəfi problemlərə toxunmuşdur, bunu edərkən Epikürün fəlsəfəsindən yararlanmışdır. Bu kitabda Lukretius ilk növbədə xalqın arasında yayılmış müxtəlif mövhumat və inanclara qarşı çıxış etmişdir. Onun fikrincə onlar insanlarda qorxu hissi yaradır. Azadlığı əldə etmək üçün isə bu qorxudan qurtarmaq gərəkdir. Bunun üçün təbiət olduğu kimi öyrənilib qavranılmalıdır.
Stella Meyzi Fosett-Kar
Stella Qreys Meyzi Fosett (ing. Stella Grace Maisie Fawcett; 26 fevral 1912 – 9 sentyabr 1988, Kanberra) — Avstraliya botaniki. Stella Qreys Meyzi Fosett evkalipt üzrə ixtisaslaşmışdır, Eucalyptus baudiniana növünün müəllifidir. Carr, S. G. M.; Carr, D. J. People and plants in Australia. — London, 1981. — 416 p. Carr, S. G. M. The Families and genera of Victorian plants. — Parkville, Vic., 1984. — 157 p. Poa fawcettiae Vickery, 1970 L. Gillbank.
Cənubi Kareliya
Cənubi Kareliya (fin Etelä-Karjala; isv. Södra Karelen) - Finlandiyanın vilayətidir. Bu vilayət Kyumenlaakso, Cənubi Savoniya və Şimali Kareliya, o cümlədən Rusiya (Kareliya Respublikası və Leninqrad vilayəti) ilə əhatələnib. Cənubi Kareliya Regional Şurası doqquz üzv bələdiyyənin ortaq bələdiyyə orqanıdır. Şura regional inkişaf orqanı və regional planlaşdırma vahidi kimi fəaliyyət göstərir və regional maraqlara nəzarət edir. Şura Cənubi Kareliyada iqtisadi inkişafı və mədəni rifahı təşviq edir və regional inkişaf və planlaşdırma üçün qanuni məsuliyyət daşıyır. AB-nin Cənubi Kareliya üçün Regional Hədəf Proqramları qismən müxtəlif layihələri həyata keçirdiyi və koordinasiya etdiyi üçün Şurada hazırlanmışdır. Şura AEBR kimi bir sıra beynəlxalq təşkilatlarda da təmsil olunur. Vilayət iki rayondan və 9 kommunadan ibarətdir. İmatra və Lappeenranta kommunaları şəhər statusu almışdır.
Cənubi Karolina
Cənubi Karolina (ing. South Carolina) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Kolumbiya şəhəridir.
Cəsur Karl
Cəsur Karl (fr. Charles le Téméraire; 10 noyabr 1433, Dijon – 5 yanvar 1477, Nansi— Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəsi. Xeyirxah Filipp və Portuqaliyalı İzabellanın (1397–1471) oğlu. Flandriyada tərbiyə almışdır. Gentdə baş vermiş üsyanın (1452–53) yatırılmasında iştirak etmişdir. Burqundiya hersoqluğunun geniş, lakin pərakəndə yerləşən torpaqlarını birəşdirib müstəqil krallıq yaratmağa çalışırdı. Fransa fyeflərinin Paris parlamentinin tabeliyindən çıxarılması məqsədilə məhkəmə sistemində islahat keçirmişdir. 1473-cü ildə (Tionvil ordonansı) Mehelendə özünün şimal mülkləri üçün vahid ali məhkəmə orqanı (parlament) və maliyyə idarəsini (hesablama palatası) yaratmışdır. Peşəkar ordunun (1471 və 1473-cü illərin ordonansları) təşkili onun adı ilə bağlıdır. Fransadakı mülklərinin müstəqilliyini əldə etmək məqsədi ilə öz süzereni kral XI Lüdoviklə siyasi rəqabət aparmış, onun mərkəzləşdirmə siyasətinə qarşı çıxmışdır.
Dafne Karuana Qalizia
Dafne Anna Karuana Qalizia (malta Daphne Caruana Galizia; 26 avqust 1964, Slima[d] – 16 oktyabr 2017, Bidniya[d], Malta) — Malta jurnalisti, yazıçısı və anti-korrupsiya fəalı idi. 2017-ci ildə Qalizianın idarə etdiyi avtomobil Mosta yaxınlığındakı Bidnijada yerləşən evini tərk etdikdən bir müddət sonra partlayıb. Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalist Qalizianın ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub. Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında korrupsiya əlaqələri haqqında araşdırma materialları ilə məşhurlaşmışdı. O, Maltanın Baş naziri Cozef Muskatı və onun həyat yoldaşını Azərbaycanın hakim ailəsindən olan ödənişləri gizlətmək üçün gizli offşor bank hesablarından istifadə etməsində günahlandırırdı.
Dalniy adası (Kara dənizi)
Dalniy adası (rus. Дальний) — Yeni Torpaq arxipelaqına daxil olan kiçik adalardan biri. Ada Kara dənizində yerləşən Oqa körfəzinin girəcəyində yerləşir. Şimal-şərqdən cənub-qərbə istiqamətlənir. Səthi hamardır. Sahilləri isə sıldırımlıdır. Burada göl və çay yoxdur. Bitki örtüyündən məhrumdur. Səbəb isə onun Şimal Qütb dairəsi daxilində yerləşməsidir. İqlimi olduqca sərtdir.
Debet kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Debit kart
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Debit kartı
Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Azərbaycanda real olaraq plastik kartlarla 21 bank işləyir. Onların sayı artıq 100 mini keçib. Sözügedən kartların 80 mini Azərbaycan Beynəlxalq Bankına məxsusdur. Onun istifadəçilərinin 60–70%-i debet kartlarının istifadəçiləridir.
Deyl Karnegi
Deyl Brekendric Karnegi (ing. Dale Breckenridge Carnegey, 1922-ci ildən sonra — Carnegie; 24 noyabr 1888[…], Merivill[d], Missuri – 1 noyabr 1955[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı pedaqoqu, yazıçı. Ünsiyyət nəzəriyyəsinin yaradıcısı, bu sahədə psixologiyanın nəticələrini praktikaya tətbiq edib, münaqişəsiz ünsiyyət konsepsiyasının yaradıcısı. Ünsiyyət təkmilləşdirilməsi üzrə, səmərəli ünsiyyət, natiqlik qabiliyyəti üzrə kurslar təşkil edib. Onun kitabları indi də bütün dünyada çox populyardır. Yer üzündə elə bir insan tapılmaz ki, ətrafdakılara təsir etmək, öz arzu və istəklərini həyata keçirmək və qarşısıalınmaz bir hisslə gərəkliliyini duymaq marağında olmasın. Elə isə insan münasibətləri sahəsində dünya şöhrətli Amerika mütəxəssisi Deyl Karneginin fikirləri ilə tanış olaq. Deyl Karnegi ilə tanışlıqdan əvvəl onun kimliyilə maraqlanaq. Deyl Karnegi 1888-ci ildə Amerikanın Missuri ştatında anadan olub. Heç kimin tanımadığı Deyli məşhurlaşdıran və ona milyonlar qazandıran keyfiyyət sırf təsadüf nəticəsində yaranıb.
Domeniko Karaççioli
Domeniko Karaççioli markiz de Villamarina (it. Domenico Caraccioli) — neapolitanlı diplomat və alim. Turin (1754-1764), London (1764-1771), Paris (1771-1781) Napoli elçisi tərəfindən mütəmadi olaraq təyin olunmuşdur. 1781-ci ildə Karaççioli Sicilya vikeroyu təyin edildi, burada İnquisisiyanı məhv etdi və 1786-cı ildə dövlət katibini vəzifəsinə gətirilən "Aydınlanmış mütləqliq" ruhunda bir sıra islahatlar həyata keçirdi. Karaççioli ensiklopedistlərlə əlaqələrini kəsməmişdir və Marmontel, Grimm, Diderot, D'Alembert və başqaları ilə yazışma keçirmişdir. Karaççioli // Brokhauz və Efronun ensiklopedik lüğəti : 86 t. (82 T. və 4 əlavə). — SPB., 1890—1907.
Donna Karan
Donna Karan (ing. Donna Karan; d. 2 oktyabr 1948, Kuins, Nyu-York, ABŞ) — Amerikalı modelyer-dizayner və sahibkar. "Donna Karan" Amerika lüks brendinin və DKNY (Donna Karan New York) moda evinin yaradıcısı. Atası dərzi, anası isə model olan Donna Faske (Karan) 2 oktyabr 1948-ci ildə Manhetten yaxınlığında anadan olub. Atası vəfat edəndə onun cəmi üç yaşı var idi. Dərzi qızının dəb nümayişlərinin sevilən modeli olan anası Helenlə dəfilələrə qatılması onu modaya həvəsləndirib. O, hələ kiçik yaşlarından kolleksiyaları üçün eskizlər çəkməyə başlayıb. Bu, onun sevimli oyunu idi. Belə ki, artıq yeniyetməlik yaşlarında böyük bir kolleksiya hazırlamışdı.
Doymamış karbohidrogenlər
Doymamış karbohidrogenlər — ikiqat və ya üçqat rabitəyə və açıq zəncirli quruluşa malik olan karbohidrogenlərə deyilir.
Doymuş karbohidrogenlər
Alkanlar (Doymuş karbohidrogenlər və ya Parafinlər) — yalnız karbon (C) və hidrogen (H) elementlərindən təşkil olunmuş və CnH2n+2 formuluna cavab verən doymuş karbohidrogenlərdir. Məsələn bir karbonu olan metanın formulu CH4 Alkanlardan bir hidrogen çıxarılması ilə əldə edilən grupa alkil grupu (radikal qrup) deyilir ve 'R' ilə göstərilir. Məsələn metandan bir hidrogen çıxarılırsa metil (CH3), etandan bir hidrogen çıxarılırsa etil (C2H5) əldə edilir. Bu molekullar daha bir rabitə yaradaraq karbohidrogen zəncirinə bağlanır. CnH2n+2 kimi yazılır. Alkanların şaxələnməsi üçün, formuldakı n ədədi 3-dən böyük (n>3), halqalı (tsiklo) halında ola bilməsi üçünsə 2-dən böyük olmalıdır (n>2). Üç karbondan artıq karbonu olan alkanlarda izomerilik xüsusiyyəti vardır. Ən sadə izomer, şaxələnməmiş olan normal (n-) izomerdir. Bu izomer şaxələnərək çox saylı izomerlər yarada bilər. Karbonun sayı artdıqca şaxələnmə növü və sayı artdığından izomer sayı da artar.
Dreyer Karl Teodor
Dreyer Karl Teodor (3.2.1889, Kopenhagen - 20.3.1968, Kopenhagen) - Danimarka rejissoru, ssenarist, Danimarka kinematoqrafiyasının yaradıcılarından biri. Avropanın ən tanınmış kinematoqraflarından biri . 1908-ci ildən jurnalist işləmişdir. Dreyer Ensa Kristiana Torpanın nigahdan kənar uşağı idi. Ensa fermer idi və uşağın anası yanında işləyən Yozefina Bernardina Nilson idi. Yozefina abort zamanı ölmüşdür. İlk iki ilini uşaq sığınacaqda yaşamış, daha sonra ciddi lüteran ailəsi, tipoqraf olan Karl Teodor Dreyerin yanında böyümüşdür. Məhs Dreyer Karl Teodor adını da onu şərəfinə almışdır. 16 yaşında Dreyer yüksək qiymətlərlə klassik qimnaziyanı başa vurmuşdur. Daha sonra qəyyumlarını (himayəçiləri) tərk edərək jurnalistlika ilə məşğul olaraq pul qazanmışdır.
Dua (Aleksis Karrel)
Dua (fr. La Prière) — Aleksis Karrelin elmi-fəlsəfi əsəri. Əli Şəriəti Aleksis Karrelin "Dua" kitabını fars dilinə tərcümə etdikdən sonra öz fikirlərini də əsərə əlavə etmişdir. Hər iki müəllifin əsəri 2015-ci ildə Ağabala Mehdiyev tərəfindən azərbaycan dilinə tərcümə olunmuş və 1 ad, 2 hissədə Parlaq İmzalar nəşriyyatında nəşr olunmuşdur.
Durham, Şimali Karolina
Durham ABŞ-nin Şimali Karolina regionuna aid Durham qraflığının paytaxtı olan şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına görə 228,330 nəfərdir.
Durham (Şimali Karolina)
Durham ABŞ-nin Şimali Karolina regionuna aid Durham qraflığının paytaxtı olan şəhərdir. Şəhərin əhalisi 2010-cu il statistikasına görə 228,330 nəfərdir.
Durham qraflığı (Şimali Karolina)
Durham qraflığı və ya Durham County, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina regionuna məxsus bir qraflıqdır. Qraflığın əhalisi 2010-cu il statistik məlumatlarına görə 267,587 nəfərdir. Qraflığın paytaxtı Durham şəhəridir.
Dyörd Karpati
Dyörd Karpati (mac. György Kárpáti; 23 iyun 1935, Budapeşt – 17 iyun 2020, Budapeşt) — 1952, 1956, 1960 və 1964 Yay Olimpiya Oyunlarında iştirak Macarıstan su poloçusu. Su polosu üzrə dörd və ya daha çox olimpiya medalı qazanan səkkiz kişi idmançıdan biridir və su polosu üzrə üç olimpiya qızıl medal qazanan on kişi idmançıdan biridir. Budapeştdə anadan olub və 1952-ci il Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, beş matç keçirdi və dörd qol vurdu. Dörd il sonra o, yenidən 1956 Olimpiya turnirində qızıl medal qazanan Macarıstan komandasının üzvü idi. O, iştirak etdiyi altı qarşılaşmada ən azı altı qol vurdu (qol vuranların hamısı məlum deyil). 1960 Olimpiya Oyunlarında Macarıstan komandası ilə bürünc medal qazandı. Keçirdiyi dörd matçda beş dəfə fərqləndi. Çıxış etdiyi son Olimpiya yarışı 1964-cü ildə Tokio şəhərində keçrilən turnirə təsadüf etdi.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Dəyişdirilmiş karbon (teleserial, 2018)
Dəyişdirilmiş karbon (ing. Altered Carbon) – Con Lenikin prodüserliyi ilə istehsal olunmuş ABŞ elmi fantastika teleserialı. İngilis yazıçı Riçard Morqanın 2002-ci ildə yazdığı eyniadlı romana əsaslanır. Serial 2 fevral 2018-ci ildə Netflix vasitəsilə buraxılmış və 10 seriya davam etmişdir. İkinci mövsümünün yayımlanmasından sonra Netflix tərəfindən ləğv edilmişdir. Hekayə XXIV əsrdə Kaliforniyada yerləşən uydurma Bey Siti şəhərində baş verir. İnsanlar boyunlarının arxasında quraşdırılmış xüsusi cihaza şüurlarını və yaddaşlarını yükləyə bilir, bədənləri məhv olduqda başqa bədənə keçə bilirlər. Baş qəhrəman Takeşi Kovaç istəmədən də olsa, müəmmalı bir cinayət üstünü açmaqla vəzifləndirilir. Teleserialın baş rol ifaçısı Yuel Kinnamandır. Bundan əlavə, polis departamentindən Kristin Orteqanı Marta İqareda, Kovaçı vəzifləndirən milyarder Lorens Benkroftu Ceyms Pürfoy, süni intellekt Ponu Kris Konner, Kovaçın bacısı Reylin Kavaharanı Diçen Lakmen, Kovaçın köməkçisi Vernon Elliotu Ato Essando, Lorensin arvadı Miriamı Kristin Leman canlandırmışdır.
Echinops karatavicus
Echinops karatavicus (lat. Echinops karatavicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Elqe Karsten
Elqe Karsten (d. 15 may 1995; Quilmes, Argentina) — Argentinanı təmsil edən həndbolçu. Elqe Karsten Argentina yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun hamısında məğlub olan Argentina yığması, Rio-de-Janeyro Olimpiadasını sonuncu, 12-ci yerdə başa vurdu.
Erik Felipe Kardoso
Erik Karlfeldt
Erik Aksel Karlfeldt (isv. Erik Axel Karlfeldt; 20 iyul 1864[…] – 8 aprel 1931[…]) — isveçli şair, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1931). İsveç şairi Erik Aksel Karlfeldt sadə ailənin yetirməsidir. Onun uşaqlıq illəri İsveçin mərkəzi hissəsində, mənzərəli guşədə yerləşən ailə malikanələrində keçmişdi. Həqiqi familiyası Eriksson idi. Yaradıcılığa başlayanda fermer təsərrüfatlarının yerləşdiyi kəndin adını özünə təxəllüs götürmüşdü. Soyadını dəyişməyin başqa və daha trivial səbəbi bir məsələyə görə cinayət məsuliyyətinə cəlb edilmiş atası ilə aralarında müəyyən məsafə saxlamaq idi. Erik Aksel Upsala universitetində oxuduğu dövrdə atası müflisləşmiş və borclarını ödəmək üçün ailə mülkünü satmışdı. Maddi imkanları məhdudlaşan gənc həyatını repetitorluqla təmin etməli olmuşdu. Ona görə də universiteti yalnız 1902-ci ildə başa vura bilmişdi.

Digər lüğətlərdə