kina

kina, pul, vahidi
kin-qəzəb
kinantropiya
OBASTAN VİKİ
Kina
Kina — Papua-Yeni Qvineyanın pul vahidi. == Xarici keçidlər == Currency (Official Bank of PNG) Bank of Papua New Guinea PDF Arxivləşdirilib 2006-01-13 at the Wayback Machine Papua New Guinea Paper Money Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bulbophyllum kinabaluense
Bulbophyllum coriaceum (lat. Bulbophyllum coriaceum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Sinonim == Bulbophyllum kinabaluense Rolfe Bulbophyllum venustum Ames & C.Schweinf.
Corco Kinalya
Corco Kinalya (it. Giorgio Chinaglia; 24 yanvar 1947, Karrara, Toskana – 1 aprel 2012[…], Neapol) — İtaliyalı keçmiş futbolçu, hücumçu. Karyerasına İngiltərədə başlayıb. Sonra İtaliyaya köçür və burada ilk bir neçə mövsümü aşağı liqalarda oynayır. 1969-cu ildə "Latsio" klubuna transfer edilir, Roma klubunda iki yüzdən çox oyun keçirdib. "Latsio" ilə 1973/74 mövsümündə İtaliya çempionluğunu qazanır və çempionatın bombardiri olur. Karyerasının ikinci yarısını dörd dəfə Şimali Amerika Futbol Liqasını qazandığı "New York Cosmos" klubunda keçirdib. 254 oyunda (pley-off da daxil olmaqla) 242 qol vuraraq Şimali Amerika Futbol Liqası tarixinin ən yaxşı bombardiridir. 2000-ci ildə ABŞ Futbol Şöhrət Salonuna düşur və eyni zamanda "Latsio" tarixinin ən böyük oyunçusu hesab edilir. Karyerasını başa vurduqdan sonra idman funksioneri kimi çalışıb.
Kinab (Əhər)
Kinab (fars. كين اب‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (30 ailə).
Kinabalu
Kinabalu dağı (malay Gunung Kinabalu) — Cənub-şərqi Asiyada Kalimantan adasında yerləşən məşhur dağlardan biri. Dağ Şərqi Malayziyada Sabah ştatı ərazisində yerləşir və Kinabalu parkı kimi Ümumdünya irsinə daxildir. Kinabalu Kalimantanın Kroker silsiləsində ən yüksək zirvədir və Malay arxipelaqında eləcə də, Malayziyada ən hündür dağdır. Kinabalu həmçinin topoqrafik əhəmiyyətinə görə dünyada ən məşhur 20 dağ arasında yer alır. 1997-ci ildə peyk texnologiyasından istifadə etməklə, dağın zirvəsinin (Lou zirvəsi kimi adlandırılır) dəniz səviyyəsindən hndürlüyünün 4096 metr olduğu bildirildi. Bu vaxta qədər isə dağın hündürlüyü 4101 metr olaraq göstərilirdi. Kinabalu dağı Kinabalu dağlıq alp çəmənlikləri ekoregionunda daxildir. Dağ və onun ətraf əraziləri dünyada ən əhəmiyyətli bioloji yerlər arasındadır. Bu ərazilərdə 5000 və 6000 növ arası bitki, 326 növ quş və 100-dən çox məməli növü müəyyən edilib. Vəhşi təbiətin çoxlu növləri arasında Rafflesia bitkisi və oranqutan kimi məşhur növlər də yer alır.
Kinabalu Milli Parkı
Kinabalu Milli Parkı (malay Taman Kinabalu) — 1964-cü ildə yaradılmış Malayziyanın ilk parklarından biri. 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınan Kinabalu parkı 326 növ quş, təxminən 100 növ məməli və 110 növdən çox torpaq ilbizi də daxil olmaqla, 4500 növdən çox flora və fauna ilə dünyada ən mühüm bioloji yerlərdən biridir. Park Şərqi Malayziyada Sabah ştatının qərb sahilində yerləşir və 754 kvadrat kilometr ərazini əhatə edir. Park Kinabalu dağı ilə əhatə olunub. Bu dağ 4.095 metr yüksəkliklə Kalimantan adasında ən hündür dağdır. Park Sabah ştatı və ümumilikdə Malayziyada ən populyar turizm guşələrindən biridir. 2004-ci ildə 415,360-dən çox qonaq və 43,430 alpinist parkı ziyarət edib. == Coğrafiyası == Kinabalu parkı Sabah ştatının qərb sahilində Kroker silsiləsində yerləşir. Bu park Qərb sahili oblastına daxil olan Ranau rayonunun ərazisinə daxildir. Parkın cənubda Kroker Silsiləsi Milli Parkı yerləşir.
Kinandromorfizm
Kinandromorfizm Kinandromorf (q.yun. γυνή — qadın + ἀνήρ, ἀνδρός — kişi + μορφή — görünüş, forma) — canlıların görünüşündə həm kişi, həm də qadın xüsusiyyətlərini birlikdə göstərən orqanizmlərdir. Orqanizmin bədəninin bir hissəsi kişidir, digər hissəsi isə qadın fərdinə bənzəyir. Sadə dillə desək, ginandromorf qismən kişi və qismən qadın məxluqdur və bu iki bədən hissəsi fiziki cəhətdən çox asanlıqla fərqlənir. Kinandromorf canlıları təbiətdə çox nadirdir. Kinandromorf xüsusiyyətlərinə kəpənəklər, güvə, xərçəng və xərçəngkimilərdə, quş növləri və bəzi digər böcək növlərin də rast gəlinir. Kinandromorfizm məməlilərdə görülmür. Kinandromorfizm orqanizmin anomaliyalı inkişafıdır. Eyni bir orqanizmdə bədənin ayrı-ayrı böyük hissələrində həm erkək, həm də dişi fərdə aid genotip və əlamətlər formalaşır. Kinandromorfizm yumurtahüceyrənin yetişmə prosesində cinsiyyət xromosomlarının düzgün olmayan paylanmasının nəticəsində yaranır.
Kinayə
Kinayə — komizm üsullarından biri, fikrin ifadəsi üçün sözün, ifadənin, cümlənin əks mənada işlədilməsi. Ərəb sözü olub, "dolayı yolla məna ifadə edən söz; tənə ilə söylənən söz" mənasında işlənir. Fikrin ifadə tərzinin onun daxili mənasına qarşı qoyulması kinayə adlanır. Kinayənin əsas xüsusiyyəti odur ki, söz, ifadə iki mənada başa düşülə bilir, lakin müstəqim məna deyil, əks, neqativ məna əsas götürülür. Əsas məna ilə əks məna arasında ziddiyyət nə qədər kəskin olarsa, kinayə də o qədər güclü olur. Kinayə gülüş yaratma üsullarından biri kimi, həm yumora, həm də satiraya xidmət edir, lakin daha çox satirik xarakter daşıyır. Kinayədən komizm üsulu kimi istifadə tarixi çox qədimdir. Hələ vaxtilə "Mən onu bilirəm ki, heç nə bilmirəm" deyən qədim yunan filosofu Sokrat kinayəli nitqdən geniş istifadə etmişdir. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Qasım bəy Zakir, Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və başqalarının yaradıcılığında fikrin kinayəli ifadəsi mühüm yer tutur. Kinayədə, adətən, mənfi bir cəhət müsbət görünüşlə təqdim olunur.
Kota Kinabalu
Kota Kinabalu (malay Kota Kinabalu, keçmiş adı Cesselton) — Malayziyanın Sabah ştatının inzibati mərkəzi. Bu şəhər həmçinin Sabah ştatının Qərb Sahili vilayətinin inzibati mərkəzidir. Şəhər Kalimantan adasının şimal-şərqində yerləşir. Kota Kinabalunun əhalisi 2010-cu il siyahıyaalmasına əsasən 628,725 nəfərdir. Kota Kinabalu həm Malayziyada , həm də beynəlxalq miqyasda KK kimi tanınır. Şəhər böyük balıq ovu yeri olmaqla yanaşı, Sabah və Kalimantana səyahət edən turistlər üçün populyar ərazilərdən biridir. Kinabalu Milli Parkı şəhərdən 90 kilometr aralıda yerləşir və şəhərin ətrafında bir çox digər turizm obyektləri mövcuddur. Kota Kinabalu Şərqi Malayziyada böyük sənaye və ticarət mərkəzlərindən biridir. Bu iki amil Malayziyada Kota Kinabalunu ən sürətlə inkişaf edən şəhərlərindən birinə çevirib. == Etimologiyası == Kota Kinabalu şəhərin şimal-şərqində təxminən 50 km aralıda yerləşən Kinabalu dağının şərəfinə adlandırılıb.
Maykl Kinan
Maykl Kinan Liri (ing. Michael Keenan Leary; 10 aprel 1989, Massaçusets) — amerikalı prodüser. Skizzy Mars, Melani Martines və Fibi Rayan üçün gördüyü işlərlə tanınır. == Həyatı == Kinan 10 aprel 1989-cu ildə Massaçusetsdə anadan olub. Ailəsi əslən Nyu-Yorkdandır. O, 3-cü sinifdə təbil çalmağa başladı və Empire State Gənclər Orkestrinin tərkibində olmaq üçün Albaniyə yollandı. O, klassik zərb alətləri ilə məşğul olmaq istəmədi və maraqlarını musiqi prodüserliyinə yönəltdi. Kinan məktəbdən sonra musiqi üzərində işləmək üçün Bruklinə, daha sonra isə Manhettenə köçdü. Məktəbi bitirdikdən sonra o, bütün səylərini musiqi prodüserliyinə və sənətçilərin arzulayacağı ritmlər yaratmağa yönəltdi. == Diskoqrafiya == Sinqllar So Are You (2022) Prodüserlik işləri 2015 – Melani Martines – Cry Baby albomunda yer alan Milk and Cookies, Pacify Her, Play Date mahnılarının prodüseri.
Spilornis kinabaluensis
Spilornis kinabaluensis (lat. Spilornis kinabaluensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli ilanyeyən cinsinə aid heyvan növü.