komanda
komandanlıq
OBASTAN VİKİ
Ali Baş Komandan
Ali Baş Komandan — bir ölkənin hərbi qüvvələrinin ən yüksək əməliyyat komandanlığı və nəzarətini həyata keçirən şəxsə deyilir. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan respublikasının Ali Baş Komandanıdır. == Ölkələrdə Ali Baş Komandan == === Albania === Albaniya Konstitusiyasına əsasən, Albaniya Respublikasının Prezidenti Albaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. === Argentina === Argentina Konstitusiyasının II bölməsi, III hissə, 99-cu maddənin 12, 13, 14 və 15-ci yarımbəndlərində Argentina Prezidentinin "Millətin bütün silahlı qüvvələrinin Ali Baş Komandanı" olduğu bildirilir. Burada daha sonra deyilir ki, Prezident silahlı qüvvələrin yüksəkrütbəli zabitlərinin vəzifələrini və ya dərəcələrini təyin etmək və döyüş meydanının özündə hərbi tapşırıqları yerinə yetirmək səlahiyyətinə malikdir; onların təşkilini və bölüşdürülməsini Millətin ehtiyaclarına uyğun idarə edir; və o, Argentina Milli Konqresinin razılığı və təsdiqi ilə müharibə elan edir və repressiyalar əmr edir. Müdafiə Nazirliyi silahlı qüvvələrin (Ordu, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri) idarə edilməsində prezidentə yardım edən və ona xidmət edən hökumət idarəsidir. === Belarus === Belarus Prezidenti Belarus Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Belarusun ali baş komandanının öz rütbəsinə uyğun rəsmi forması var, prezidentin rəsmi tədbirlərdə və hərbi mərasimlərdə geyindiyi forma var. Ali baş komandanın rolu Belarus Konstitusiyasının 28-ci maddəsində göstərilib ki, bu maddə Ali Baş Komandana "Silahlı Qüvvələrin ali komandanlığını təyin və vəzifədən azad etmək" səlahiyyətini verir. === Belçika === Belçika Konstitusiyasının 167-ci maddəsi Kralı Ali Baş Komandan təyin edir.
ABŞ Afrika Komandanlığı
Amerika Birləşmiş Ştatlarının Afrika Komandanlığı, qısa adı ilə AFRICOM — ABŞ-dakı Corc U. Buş hökumətinin əmri ilə Afrikada mülki və hərbi əməliyyatlar təşkil etmək məqsədilə 2007-ci ildə qurulmuş Pentaqon bölməsinin adıdır, Amerika Birləşmiş Ştatları Afrika Komandanlığı (ing. United States Africa Command (USAFRICOM) və ya qısaca AFRICOM) adı altında tanınır.
ABŞ Avropa Komandanlığı
ABŞ Avropa Komandanlığı (ing: United States European Command (EUCOM)) — Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 avqust 1952-ci ildə qurulmuşdur. Əməliyyat sahəsi başda Avropa olmaqla, Rusiya, Türkiyə, Qrenlandiya ilə yanaşı İsraili də əhatə edir. Mərkəzi Almaniyanın Ştutqart şəhərində yerləşən Patch kazarmasında yerləşir. EUCOM komandiri eyni zamanda NATO tərkibindəki Avropa Müttəfiq Qüvvələri Ali Qərargah Komandanlığının da (SACEUR) komandanıdır. Komandanlıq Körfəz müharibəsi və Şimaldan Kəşfiyyat Ekspedisiya zamanı İncirlik Hərbi Hava Bazasındakı qüvvələrə nəzarət etmişdir.
ABŞ Cənub Komandanlığı
Amerika Birləşmiş Ştatları Cənub Komandanlığı (ing. United States Southern Command (USSOUTHCOM)) — Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 6 iyun 1963-cü ildə qurulmuşdur və əməliyyat sahəsi Mərkəzi və Cənubi Amerika ilə Karib dənizi hövzəsini əhatə edir. Mərkəzi Florida əyalətində yerləşən Doral şəhərində yerləşir.
ABŞ Hind-Sakit okean Komandanlığı
Amerika Birləşmiş Ştatları Hind-Sakit okean Komandanlığı (ing: United States Indo-Pacific Command (USINDOPACOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. Birləşmiş Ştatların Sakit Okean Komandanlığı (USPACOM) olaraq 1 yanvar 1947-ci ildə qurulmuşdur, 30 may 2018-ci ildə hal-hazırkı adını almışdır. Onun əməliyyat sahəsi ABŞ-nin qərb sahili ilə Hindistanın qərb sahilləri də daxil olmaqla Hind-Sakit okean bölgəsini əhatə edir. Mərkəzi Havay əyalətində yerləşən Aiea şəhərindəki H. M. Smith bazasında yerləşir.
ABŞ Kosmik Komandanlığı
Amerika Birləşmiş Ştatları Kosmik Komandanlığı (USSPACECOM və ya SPACECOM) — Birləşmiş Ştatların Müdafiə Nazirliyinin Vahid Döyüş Komandanlıqlarından biridir. Onun vəzifəsi kosmosdakı hərbi əməliyyatlara, xüsusən dəniz səviyyəsindən 100 kilometr yuxarıdakı bütün əməliyyatlara cavabdehlik və nəzarətdir. ABŞ-nin hərbi kosmik əməliyyatları əvvəlcə 1945-ci ildə başlamışdı, lakin 1985-ci ilin sentyabrına qədər bütün hərbi qüvvələrin xarici kosmosda ortaq komandanlıq və nəzarətinin təmin edilməsi və digər döyüş komandanlıları ilə əlaqələndirilməsini təmin etmək üçün Kosmik Komandanlıq yaradılmadı. SPACECOM 2002-ci ildə ləğv edildi və onun bütün vəzifələri və qüvvələri Birləşmiş Ştatların Strategiya Komandanlığına birləşdirildi. Təxminən 17 il sonra, Kosmik Komandanlıq 29 avqust 2019-da yenidən quruldu və döyüş bölgəsi olaraq kosmosa yenidən diqqət yetirildi.
ABŞ Mərkəzi Komandanlığı
Birləşmiş Ştatların Mərkəzi Komandanlığı (ing. United States Central Command; USCENTCOM və ya CENTCOM) Birləşmiş Ştatların Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 yanvar 1983-cü ildə qurulmuşdur. Sürətli Yerləşdirməli Müştərək Əməliyyat Qüvvələrinin (Rapid Deployment Joint Task Force — RDJTF) əvvəlki vəzifələrini öz üzərinə götürmüş və əməliyyat sahəsi Yaxın Şərq, xüsusilə İraq və Afrikada Misir, həmçinin Orta Asiyadakı Əfqanıstandır. Baza qərargahı Florida ştatının Tampa şəhərindəki MacDill Hərbi Hava Qüvvələrinin bazasında yerləşir. Komandanlıq bir çox hərbi əməliyyatlarda, o cümlədən 1991-ci ildə İraqdakı Çöl Fırtınası Əməliyyatında, Əfqanıstan müharibəsi və Səddam Hüseynin devrilməsi ilə nəticələnən İkinci İraq müharibəsində Amerikanın əsas iştirakçı qüvvəsi rolunu oynamışdır. 2015-ci ildən etibarən CENTCOM qüvvələri ilk növbədə Əfqanıstan, İraq və Suriyada yerləşdirilir.
ABŞ Strategiya Komandanlığı
Birləşmiş Ştatların Strategiya Komandanlığı (ing. United States Strategic Command; USSTRATCOM)— Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi hərbi peyklər kimi kosmik əməliyyatlar, məlumat əməliyyatları (məlumat müharibəsi kimi), raketdən müdafiə, qlobal komandanlıq və nəzarət, kəşfiyyat, nəzarət və kəşfiyyat (C⁴ISR), qlobal vuruş və nüvə yayındırıcılığı (ABŞ-nin nüvə arsenalı) və kütləvi qırğın silahlarına qarşı mübarizə aparmaqdır. Qərargahı Nebraska əyalətndəki Offutt Hava Qüvvələri bazasında yerləşir.
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı
Amerika Birləşmiş Ştatları Xüsusi Əməliyyatlar Komandanlığı (ing. United States Special Operations Command, qısaca USSOCOM və ya SOCOM) — ABŞ Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi ABŞ dövlətinin mənfəəti və mənafeyi üçün xüsusi əməliyyat qüvvələri hazırlamaq, terror şəbəkələrinə qarşı əməliyyatların planlaşdırılması və sinxronlaşdırılmasıdır. 16 aprel 1987-ci ildə yaradılan komandanlığın qərargahı Florida ştatındakı MacDill Hava Qüvvələri bazasında yerləşir.
ABŞ Şimal Komandanlığı
Birləşmiş Ştatların Şimal Komandanlığı (ing. United States Northern Command (USNORTHCOM)) Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biridir. 1 oktyabr 2002-ci il tarixində yeni Vahid Döyüş Komandanlığı planına əsasən qurulmuşdur və əməliyyat sahəsi başda ABŞ-dakı hərbi olmayan rəsmilərə hərbi dəstək verməklə Kontinental ABŞ, Puerto-Riko, Kanada, Meksika və Baham adaları daxil olmaqla Şimali Amerikanı əhatə edir. Mərkəzi Kolorado əyalətində yerləşən, Kolorado Sprinqs şəhərindəki Peterson Hərbi Hava Qüvvələri bazasında yerləşir.
Kazan Ali Tank Komandanlığı Məktəbi
Kazan Ali Tank Komandanlığı Məktəbi – Kazanda yerləşən bir Rusiya hərbi akademiyası. İndiki rəhbər Mironçenko Valeri Nikolayeviç, şagird sayı təxminən 4000 nəfərdir, məktəbin yeri Orenburq traktdır. == Tarix == 22 fevral 1919-cu ildə rəsmi olaraq quruldu. Bu gün Kazanda ilk müsəlman piyada kursları təşkil edildi. 1923-cü ildə müdir kurslarının yerində Tatar-Başqırd baş məktəbi quruldu. === Kama Tank Mərkəzi === 1922-ci ildə Cenova Konfransı, Konfransın imzaladığı Rappal Sazişi çərçivəsində Rusiya ilə Veymar Respublikası arasında əməkdaşlıq qurdu. Alman tank məktəbi, hərbi şəhərcik və poliqon Kazandakı Kargopol alayının ərazisinə əsaslanır. Beləliklə Kama Tank Mərkəzi quruldu. 5 sentyabr 1933-cü ildə Kama Tank Mərkəzinin fəaliyyətləri tamamlandı. Son Alman nəqliyyatı 1933-cü ildə Kazanı tərk etdi.
Komandanlıq və nəzarət
Komandanlıq və nəzarət bir hərbi təşkilatda vəzifə yerinə yetirmək üçün təyin edilmiş qüvvələrin komandirinin verdiyi əmr və göstərişlərdir.
Komandante Ferras (Antarktika stansiyası)
Komandante Ferras (62°05′ c. e. 58°24′ q. u.) — Braziliyaya məxsus olan qütb stansiyası (baza). Baza ilk dəfə 6 fevral 1984-ci ildə Braziliyanın Antarktika maraq zonasında Admiraliti körfəzində, Kinq-Corc adasının sakilində yerləşir. Stansiya öz adını Braziliya hərbi-dəniz qüvvələrinin zabiti, hidroqraf, okeanoloq, Luis-Antonio di Karvalo Ferrasın şərəfinə adlandırılmışdır. Stansiyada yayda 100, qışda isə 50 elmi işçinin fəaliyyətinə imkan verir. 17 fevral 2008-ci ildə Braziliya prezidenti Luis İnasiu da Silva stansiyada olmuşdur. Bazadan bir qədər aralıda "General Artiqas" (Uruqvay), "Korol Secon" (Koreya), "Cubani" (Argentina), "Prezident Eduardo Frey Montavla" (Çili), "Henrik Arstovski" (Polşa) və "Maçu Pikçu" (Peru) stansiyaları yerləşir. Leyspinq adasının cəbununda "Eko-Nelson" (Çexiya), 50 km aralıda Qrinviç adasında isə "Kapitan Arturo Prat" stansiyası qərarlaşır.
Komandanın götürülmə zamanı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (ing: Joint Special Operations Command, qısaca JSOC), ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına tabe olan və bütün dünyadakı terror hücrələrinin müəyyən edilməsi və məhv edilməsi ilə məşğul olan bölmədir.. 1980-ci ilin dekabr ayında yaradılan bölmənin qərargahı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina əyalətindəki Fort Bragg adlanan yerdə yerləşir. Komandanlığı Raymond A. Tomas tərəfindən həyata keçirilir.
Səfəvi baş komandanlarının siyahısı
Səfəvi baş komandanlarının siyahısı — Səfəvi imperiyasının baş komandanları, yəni əmir əl-üməraları nəzərdə tutulur. Bu vəzifə sahibinin gücü əsrlər boyu əhəmiyyətli dərəcədə dəyişmişdir. Siyahı: Səfəvi imperiyasının ordusu Willem Floor. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. 17–23. ISBN 978-1568591353. Rudi Matthee. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan.
Türkiyə Ordusu Aviasiya Komandanlığı
Türkiyə Ordusu Aviasiya Komandanlığı 1948-ci ildə artilleriya məktəbi daxilində artilleriya aviasiyası adı altında qurulmuşdur. 1957-ci ildə artilleriya məktəbindən çıxarıldı və ordu aviasiyası adını aldı. 1968-ci ildən bəri, Türk Hava Qüvvələri inventarından alınan dönər qanadlı təyyarələr bölməyə qatılmışdır. 1974-cü ildə Kipr Əməliyyatı zamanı 2 Komando Briqadasını regiona daşımışdır. Missiyası quru qoşunlarına hava dəstəyi vermək və kəşfiyyat yolu ilə döyüşə dəstək olmaqdır. Alay komandiri polkovnik Özcan Bicanşendir. Türk ordusuna zabit və xırda zabit yetişdirən İspartadakı Türkiyə Ordu Aviasiya Məktəbinin inzibati mərkəzidir . 1968-ci ildən bəri, Türk Hava Qüvvələri inventarından götürülmüş dönər qanadlı təyyarələr birliyə qatıldı. Missiyası Türk quru qoşunlarına hava dəstəyi vermək və nəqliyyat kəşfiyyatı edərək döyüşə dəstək olmaqdır. 15 İyul 2016-cı il çevriliş cəhdində bir qrup əsgər Briqadir rütbəsində Ordu Aviasiya Məktəbinin komandanı vəzifəsini yerinə yetirən Ünsal Coşkunun rəhbərliyi altında çevriliş cəhdi etdi.
Türkiyə Respublikası Xüsusi Qüvvələr Komandanlığı
Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Beretlilər və köhnə adıyla Xüsusi Hərb Dairəsi, Türkiyə Silahlı Qüvvələrinin dəyişik sinif və rütbələrdəki zabit, ehtiyat zabit və mütəxəssis ibarət olan, daxili və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində vəzifə edə biləcək xüsusiyyətdə üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır. 1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006 — Yüksək Əsgəri Şura qərarı ilə Tabor , 2010 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar korpus səviyyəsinə gətirilmişdir. Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olmuşdur. Bordo Beretlilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə qüvvə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar. Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir.
Xüsusi Qüvvələr Komandanlığı
Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Beretlilər və köhnə adıyla Xüsusi Hərb Dairəsi, Türkiyə Silahlı Qüvvələrinin dəyişik sinif və rütbələrdəki zabit, ehtiyat zabit və mütəxəssis ibarət olan, daxili və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində vəzifə edə biləcək xüsusiyyətdə üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır. 1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006 — Yüksək Əsgəri Şura qərarı ilə Tabor , 2010 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar korpus səviyyəsinə gətirilmişdir. Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olmuşdur. Bordo Beretlilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə qüvvə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar. Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir.
Şərq Cəbhəsi Komandanlığı
Şərq Cəbhəsi Komandanlığı — 1918-ci ilin iyulun 16–18-də Azərbaycan və Türkiyə hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu (QİO) qüvvələrinin daha çevik və səmərəli idarəsinə nail olmaq məqsədilə yaradılmış taktiki qrup. QİO-nun hissə və bölmələri S.Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin bolşevik-daşnak qüvvələrinə qarşı Göyçay-Şamaxı-Bakı şose yolu və Gəncə-Bakı dəmir yolu xətti boyunca hücuma başlamışdı. Müsüslü-Qaraməryəm və Ağsu-Kürdəmir xəttindəki döyüşlər vahid plan əsasında həyata keçirilirdi. Lakin hücum istiqamətləri bir-birindən məsafəcə uzaqlaşdığından bu və ya digər hissənin qısa müddət ərzində Göyçay-Şamaxı-Bakı şose yolundan dəmir yolu ətrafına atılması və ya geri çəkilməsi çətinləşirdi. Ona görə QİO komandanlığının əmri ilə Bakıya gedən şose yolu ilə hərəket edəcək hissə və bölmələr bir taktiki qrupda birləşdirildi. 10-cu Qafqaz piyada alayının komandiri şimal qrupu adlandırılan bu taktiki qrupun komandiri təyin edildi. Dəmir yolu boyunca hərəkət edən qüvvələr isə Cənub qrupu adlandırıldı və polkovnik Həbib bəy Səlimov onun komandiri təyin edildi. Bu iki taktiki qrupa rəhbərlik isə xüsusi olaraq yaradılmış Şərq Cəbhəsi Komandanlığına tapşırıldı. Bu komandanlıq bəzən Bakı cəbhəsi komandanlığı da adlandırılırdı. 5-ci Qafqaz firqəsinin komandiri Mürsəl bəy Şərq Cəbhəsi komandanı təyin edildi.
Vermaxt Ali Komandanlığı
Silahlı Qüvvələrin Baş Komandanlığı (alm. Oberkommando der Wehrmacht‎ Qısaca: alm. OKW‎) Vermaxtın 1938–1945-ci illər arasında baş komandanlığıdır. Adolf Hitler, Müdafiə Naziri Werner von Blombergi vəzifəsindən azad etdikdən sonra, 4 fevral 1938-ci ildə Üç Orduya şəxsən rəhbərlik edəcəyini bəyan etdi. Bunun üçün Hitler, Müdafiə Naziri təyin etmədən mövcud olan Wehrmachtamtın adını Oberkommando der Wehrmacht (OKW) olaraq dəyişdirdi və Vilhelm Keyteli onun rəhbəri təyin etdi. Faşistlərin sovet əsirlərinə qarşı törətmiş olduğu cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando der Wehrmachtın əmri ilə baş vermişdir.
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı (ing. U. S. Military Assistance Command, Vietnam), VHYTK və ya MACV — Vyetnam müharibəsi zamanı mövcud olan və bütün ABŞ qoşunlarına rəhbərlik edən ABŞ Müdafiə Departamentinin nəzdində birgə qərargah strukturu. Əvvəlcə VHYTK yalnız Cənubi Vyetnama hərbi yardımın göstərilməsinə nəzarət edən Vyetnamda Hərbi Yardım Təminatı Məsləhət Qrupunun köməkçi təşkilatı hesab olunurdu. Komandanlıq 8 fevral 1962-ci ildə ABŞ-nin Cənubi Vyetnama göstərdiyi hərbi yardımın həcminin genişləndirilməsi ilə əlaqədar yaradılmışdır. 15 may 1964-cü ildə artıq çox böyük olan məsləhət qrupu VHYTK-yə daxil edilmişdir. 29 mart 1973-cü ildə VHYTK ləğv edilmişdir. Onun əvəzinə bir sıra VHYTK funksiyalarını (Paris sülh sazişinə əsasən qoyulmuş məhdudiyyətlər ilə) özündə saxlayan və Sayqonun süqutuna qədər fəaliyyət göstərən Sayqon müdafiə attaşe ofisi fəaliyyət göstərmişdir. "ADVISING THE REPUBLIC OF VIETNAM" (ingilis). richmond.edu. 2008-12-03 tarixində arxivləşdirilib.
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu
Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu (ing. Military Assistance Command, Vietnam – Studies and Observations Group, MACV-SOG) — Vyetnam müharibəsindən əvvəl və müharibə zamanı gizli qeyri-ənənəvi müharibə əməliyyatları həyata keçirən yüksək dərəcədə məxfi, çoxxidmətli ABŞ xüsusi əməliyyat birlik. 24 yanvar 1964-cü ildə yaradılmışdır. Vyetnam Respublikasında (Cənubi Vyetnam), Vyetnam Demokratik Respublikasında (Şimali Vyetnam), Laosda və Kambocada strateji kəşfiyyat missiyaları həyata keçirmişdir. "MACV-SOG" düşmən əsirlərini ələ keçirmiş, vurulan pilotları xilas etmiş, Cənub-Şərqi Asiyada hərbi əsirləri geri qaytarmaq üçün xilasetmə əməliyyatları aparmış, gizli agent qruplarının fəaliyyəti və psixoloji əməliyyatlar aparmışdır. Birlik Vyetnam müharibəsinin əhəmiyyətli kampaniyalarının əksəriyyətində, o cümlədən ABŞ-nin artan iştirakına səbəb olan Tonkin körfəzi hadisəsində, Polad pələng əməliyyatı, Pələng köpək əməliyyatı, Tet hücumu, Kamboca kampaniyası, Lamşon 719 əməliyyatında və Pasxa hücumunda iştirak etmişdir. Birlik öz fəaliyyətinin Vyetnam Respublikası Ordusunun Strateji Texniki Direktorluğuna köçürülməsini dəstəkləmək üçün 1 may 1972-ci ildə ixtisar edilmiş və Strateji Texniki Müdirliyə Yardım Qrupu 158 adlandırılmışdır. Bu, Vyetnamlaşdırma səylərinin bir hissəsi idi. Vyetnama Hərbi Yardım Təminatı Komandanlığı – Tədqiqat və Müşahidə Qrupu 24 yanvar 1964-cü ildə Vyetnama Hərbi Yardım Təminatı Komandanlığının köməkçi komandanlığı kimi Birləşmiş Qərargah Rəisləri tərəfindən yaradılmış çox məxfi, birgə qeyri-ənənəvi döyüş tapşırıq qrupu idi. Bu, ilk növbədə Birləşmiş Ştatlar Ordusunun Xüsusi Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin, Birləşmiş Ştatların Hərbi Hava Qüvvələrinin, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) şəxsi heyətindən və Birləşmiş Ştatların Dəniz Piyadaları Qüvvələrinin kəşfiyyat bölmələrinin elementlərindən ibarət idi.
Quru Qoşunlarının Ali Komandanlığı (Vermaxt)
Oberkommando des Heeres (qısaca: OKH, Quru Qoşunlarının Baş Qərargahı) — 1935–1945-ci illər arasında Nasizm dövründə Heer (Quru Qoşunları) qərargahına verilən addır. Veymar Respublikası dövründən Almaniyanın silahlı qüvvələrinin adı olan Reichswehr, Adolf Hitlerin 16 mart 1935-ci ildə Versal sülh müqaviləsinin Almaniya Silahlı Qüvvələrini məhdudlaşdıran maddələrini ləğv edərək yenidən silahlandırma haqqında qanun verməsindən sonra Wehrmacht olaraq dəyişdirildi. Wehrmachtın quru qüvvələri qolu olan Reichsheer də Heer adlandırıldı və OKH Heerin baş qərargahı olaraq yaradıldı. Faşistlərin sovet əsirlərinə qarşı etdiyi cinayətlərin əhəmiyyətli bir hissəsi Oberkommando des Heeresin əmri ilə baş vermişdir.
ABŞ Strateji Komandanlığı
Birləşmiş Ştatların Strategiya Komandanlığı (ing. United States Strategic Command; USSTRATCOM)— Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi hərbi peyklər kimi kosmik əməliyyatlar, məlumat əməliyyatları (məlumat müharibəsi kimi), raketdən müdafiə, qlobal komandanlıq və nəzarət, kəşfiyyat, nəzarət və kəşfiyyat (C⁴ISR), qlobal vuruş və nüvə yayındırıcılığı (ABŞ-nin nüvə arsenalı) və kütləvi qırğın silahlarına qarşı mübarizə aparmaqdır. Qərargahı Nebraska əyalətndəki Offutt Hava Qüvvələri bazasında yerləşir.

Digər lüğətlərdə