kommunistcəsinə
kommutator
OBASTAN VİKİ
Kommunizm
Kommunizm (lat. commūnis — ümumi) — İstehsal vasitələri üzərində ictimai mülkiyyətə əsaslanan iqtisadi ideologiya. Dar mənada həmin formasiyanın sosializmə nisbətən daha yüksək inkişaf pilləsi. Marksizmə görə, sosialist inqilabı inkişaf etmiş kapitalist ölkələrində, özü də dünyada eyni vaxtda baş verməlidir. Lenin isə kəşf etdi ki, imperializm kapitalizmin xüsusi formasıdır. İmperializm dövründə sosialist inqilabı iqtisadi cəhətdən geri qalmış tək bir ölkədə də qalib gələ bilər. Və həmçinin Kommunizmin yeni yaranmış və əvvəlki ideologiyalardan fərqli olan konsepsiyası da var: Azad Kommunizm == Kommunizmin yaranması == Kommunizmin yaranmasını başa düşmək üçün mütləq 18 və 19-cu əsr Avropa mədəniyyətinə nəzər salmaq lazımdır. B.e.-nın 2-ci əsrindən etibarən Avropa qitəsində xristianlıq dini mərhələ-mərhələ qəbul olunmuş və bu xristianlıq mədəniyyəti "Maariflənmə dövrü" adlanan dövrə qədər davam etmişdir.
Anarxo-kommunizm
Anarxo-kommunizm — ictimai həyatın dövlətin müdaxiləsi olmadan inkişaf etməsi mümkünlüyünü qəbul edən nəzəriyyə. Anarxo-kommunizmə görə müasir totalitar dünya dövləti ədalətsizliyə, nemətlərin ölkələr və insanlar arasında qeyri-bərabər bölünməsinə, təbiətin məhv olunmasına, epidemiyalara, mənəviyatsızlığa aparan içtimai və sosial-iqtisadi quruluşun zaminidir. Klassik kommunistlərdən fərqli olaraq anarxo-kommunistlər dövlətin müasir dövrdə mütərəqqi roluna inanmır. Libertarianlardan fərqli olaraq isə onlar həddindən artıq fərdiçiyliyin ziyanlı olduğunu düşünür. Qurtuluş, və bərabərlik həm siyasi həm də iqtisadi olmalıdır. Siyasi azadlıqlar hələ azadlıq demək deyil, gərək iqtisadi azadlıqlar da olsun bu isə nemətlərin bərabər paylanması olmadan mümkün deyil. Eyni zamanda dövlətin fərdi azadlıq təminatçısı kimi çıxış etməsi də mümkün deyil, çünki dövlət hamının deyil, müəyyən bir qismin dövlətidir.
Hərbi kommunizm
Hərbi kommunizm — 1918–1920-ci illərdə vətəndaş müharibəsi və xarici hərbi müdaxilə dövründə RSFSR-in iqtisadi siyasətidir. == Haqqında == "Hərbi kommunizm" siyasətinin ən mühüm tədbirləri: iqtisadiyyatın hərbi tələbat üçün yenidən qurulması, iri, orta və qismən də xırda sənayenin milliləşdirilməsi, xüsusi ticarətin qadağan edilməsi, ərzaq sapalağının (yəni kəndlilərin artıq ərzaq məhsulunu möhkəm qiymətlərlə dövlətə məcburi qaydada təhvil verməsi) tətbiqi, bölüşdürmənin mərkəzləşdirilməsi (kartoçka sistemi), ümumxalq əmək mükəlləfiyyəti və əmək haqqının ödənilməsində bərabərçiliyin gözlənilməsi. 1921-ci ildə "Hərbi kommunizm" siyasəti yeni iqtisadi siyasətlə (YİS) əvəz olunmuşdur. == Mənbə == Məktəblinin tarix lüğəti.
Azərbaycanda hərbi kommunizm siyasəti
Azərbaycanda hərbi kommunizm siyasəti — Sovet hakimiyyəti dövründə Azərbaycanda ilk iqtisadi siyasət. == 1920-ci ildə Azərbaycan iqtisadiyyatının spesifik xüsusiyyətləri == 1920-ci ildə Sovet hakimiyyəti Azərbaycanda özünün iqtisadi siyasətini spesifik, mürəkkəb və çətin şəraitdə həyata keçirməyə başladı. İri sənaye mərkəzi olan Bakını çıxmaqla, Azərbaycan iqtisadi baxımdan əsasən geridə qalmış, kəndli ölkəsi idi. Burada yarımpatriarxal — yarımfeodal məişətin qalıqları ilə çulğalaşmış kapitalist və yarımfeodal münasibətləri mövcud idi. Azərbaycanın iqtisadiyyatı çoxukladlı xarakter daşıyırdı. Onda müxtəlif ictimai-iqtisadi ukladların ünsürləri var idi. Regionda baş verən müharibələr zamanı Azərbaycanın iqtisadiyyatı dağılmış və əldən düşmüşdü. Azərbaycan əhalisinin təqribən ¾-dən çoxunu kəndlilər təşkil edirdi. Ölkə əhalisinin 90 faizi savadsız idi. Xüsusən kənddə mədəni həyat səviyyəsi aşağı idi.
Kommunizm qurbanlarına həsr olunmuş abidə
Kommunizm qurbanlarına həsr olunmuş abidə (çex. Pomník obětem komunismu) — abidə 1948-1989-cu illər ərzində ölkəni idarə edən kommunist rejimin qurbanlarına həsr olunub. Yeddi heykəlcikdən ibarət olan abidə Praqanın tarixi Malo strana bölgəsində, Ujezd küçəsində yerləşir. == Abidənin qoyulması və məzmunu == Abidə ölkədə kommunist rejimin devrilməsindən 12 il sonra 22 may 2002-ci ildə qoyulub. Abidə çex heykəltaraşı Olbram Zubek və memarlar Yan Kerellə Zdenek Xolzelin ortaq işidir. Abidənin qoyulması yerli hakimiyyət və Siyasi Məhbuslar Konfederasiyası tərəfindən dəstəklənmişdir. Memorial abidə pilləkandan aşağı düşən 7 bürünc heykəldən ibarətdir. Gözlə baxıldığı zaman ən axıra doğru heykəllərin daha da çox dağıntılı olması, hissələrinin olmaması, bədənlərindəki qopuqlar gözə çarpır. Heykəllərin bədənində olan bu qopuqlar siyasi məhbusların kommunist rejimindən nə dərəcədə ziyan gördüyünü simvolizə edir.
Kommunizmin qara kitabı
Kommunizmin qara kitabı: cinayət, terror, repressiyalar — XX əsrdə mövcud olmuş kommunist rejimli ölkələrə baxışı sərgiləyən fransız müəlliflər kollektivinin kitabı. Müəlliflər Stefan Kurtua, Nikolya Vert, Andrey Paçkovskiy, Yoahim Qauk, Jan Lui Panne, Karel Bartoşek və Jan Lui Marqolindir. Kitab ilk dəfə 1997-ci ildə Parisdə nəşr olunub. 1999-cu ildə isə Harvard Universitetinin nəşriyyatı tərəfindən ingilis dilin tərcümə edilərək nəşr olunub. == İçindəkilər == Kitabda əsasən şahid ifadələri, foto sənədlər, kommunist rejimli ölkələrdə mövcud olmuş toplama düşərgələrinin xəritələri, SSRİ ərazisinə deportasiya olunmuş xalqların marşrut xəritələri toplanıb. Kitab beş əsas başlıqdan ibarətdir. Dövlət öz xalqına qarşı Dünyəvi inqilab, vətəndaş müharibəsi və terror Şərqi Avropa - kommunizmin qurbanı Asiyanın kommunist rejimləri: "yenidən tərbiyə"-dən tutma qanlı qırğına qədər Üçüncü dünya == Kommunist rejimlərinin qurbanlarının ümumi sayı == Kitabda həmçinin dünyanın müxtəlif ölkələrində kommunist rejimlərin qurbanlarının sayı haqqında bu məlumatlar göstərilib Çin Xalq Respublikası - 65.000.000 Sovet Sosialist Respublikaları İttifaqı - 20.000.000 Şimali Koreya - 2.000.000 Kamboca - 2.000.000 Efiopiya - 1.700.000 Əfqanıstan - 1.500.000 Vyetnam - 1.000.000 Şərq bloku - 1.000.000 Latın Amerikası - 150.000 Kitabda göstərilən məlumatlara əsasən öldürülən insanların sayı 100 milyona yaxındır. Rəqəmlərə individual və kütləvi qətllər, toplama düşərgələrində ölümlər, süni yaradılan aclıq (məsələn Qolodomor) nəticəsində ölümlər, deportasiya zamanı ölümlər, sürgün edilənlərin və məcburi işlədilənlərin ölümləri daxildir.

Digər lüğətlərdə