KONSTİTUSİYA MƏHKƏMƏSİ

bir sıra dövlətlərdə yeganə yaxud əsas funksiyası Konstitusiya nəzarətini həyata keçirməkdən ibarət olan – dövlətin xüsusi orqanı. K.M. tarixdə ilk dəfə olaraq 1920-ci ildə Avstriyada təsis edilmişdir, həmin dövrdən başlayaraq K.M. institutu dünya miqyasında geniş yayılmışdır. Müxtəlif dövlətlərdə K.M. müxtəlif cür formalaşır, misal: K.M. üzvləri Almaniyada, Xorvatiyada – Parlament tərəfindən seçilir; Avstiyada, Kiprda – dövlət başçısı tərəfindən təyin edilir; İtaliyada – Prezident, Parlament və magistratura təyin edir; Rusiya Federasiyasında - Prezidentin təqdimatı ilə, Federasiyası Şurası (yəni Parlamentin yuxarı palatası) tərəfindən təyin edilir; Azərbaycan Respublikasında isə – Prezidentin təqdimatı ilə Milli Məclis təyin edir və o (K.M.) 9 Hakimdən ibarətdir; (Rusiya Federasiyasında 19 Hakimdən ibarətdir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Konstitusiya subyektinin sorğusu əsasında (yəni, AR Prezidentinin, AR Milli Məclisinin, AR Nazirlər Kabinetinin, AR Ali Məhkəməsinin, AR Prokurorluğunun, Naхçıvan MR Ali Məclisinin sorğusu əsasında) (yəni, şəхsi təşəbbüs istisna olunur) Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin Qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar və Sərəncamlarının, mərkəzi İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının, Azərbaycan Respublikası tərəfindən qəbul edilən dövlətlərarası (hökumətlərarası) müqavilələrin və Naxçıvan Muxtar Respublikası qanunvericilik sisteminə daxil olan normativ aktların; Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu məsələsini həll edir, bununla bərabər, aşağı dövlət hakimiyyəti və Bələdiyyə orqanlarının qəbul etdikləri normativ hüquqi aktların, yuхarı dövlət hakimiyyəti orqanlarının qəbul etdikləri normativ hüquqi aktlara uyğunluğu məsələsini həll edir, eyni zamanda Azərbaycan Respublikası Qanunvericilik, İcra və Məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsü ilə bağlı mübahisələri həll edir və Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını şərh edir, həmin bu şərhin özü hüquqi qüvvəyə malikdir, və nəhayət, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri də həyata keçirir. Azərbaycan Respublikasında keçirilən bütün seçkilərin və referendumların nəticələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən yoxlanılır və müəyyənləşdirilir və yalnız bundan sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair “Qərar” qəbul edir və həmin qərar Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdirlər və təkrar şikayət qəbuledilməzdir.
KONSTİTUSİYA QURULUŞU
KONSTRUKTİV
OBASTAN VİKİ
Albaniya Konstitusiya Məhkəməsi
Albaniya Respublikası Konstitusiya Məhkəməsi (alb. Gjykata Kushtetuese e Republikës së Shqipërisë) — konstitusiyanın (Kushtetuta) şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqan. Məhkəmə konstitusiyaya hörməti təmin edir və onun şərhləri ali hüquqi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsi Parlamentin (Kuvendi) razılığı ilə Prezident (Presidenti) tərəfindən təyin edilən 9 hakimdən ibarətdir.
Azərbaycan Konstitusiya Məhkəməsi
Azərbaycan Konstitusiya Məhkəməsi — Azərbaycan Prezidentinin 14 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı. Hazırkı sədri 25 iyun 2003-cü ildən Fərhad Abdullayevdir. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir. Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur.
Başqırdıstan Konstitusiya Məhkəməsi
Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsi (başq. Башҡортостан Республикаһының Конституция Суды) — "Başqırdıstan Respublikası Konstitusiya Məhkəməsi" haqqında 1996-cı il tarixli Qanununun 15-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq yaradılan konstitusiya məhkəməsi. Məhkəmə sədr və Başqırdıstan Respublikasının başçısı tərəfindən irəli sürülən və Qurultay tərəfindən təsdiqlənmiş səkkiz köməkçi hakimdən ibarətdir.
Belarus Konstitusiya Məhkəməsi
Belarus Konstitusiya Məhkəməsi (belar. Канстытуцыйны Суд Рэспублікі Беларусь) — Belarusun konstitusiyanın şərhi və qanunların konstitusiyaya uyğunluğu məsələlərini həll edən səlahiyyətli orqanı. 1994-cü ildə qurulmuşdur. Məhkəmənin funksiyası konstitusiya ilə əlaqədar məsələlərdə ədaləti təmin etməkdir. Məhkəmə, həmçinin, milli qanunvericiliyin konstitusiya ilə ziddiyyəti məsələlərini həll edir. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi hər biri ali hüquq təhsilli 12 hakimdən ibarətdir. Altı hakim Prezident, digər altı hakim isə Respublika Şurası tərəfindən təyin edilir. Təyinat üsulundan asılı olmayaraq, hakimlər 11 il müddətinə səlahiyyətlərini icra edirlər. == Xarici keçidlər == kc.gov.by/en/main.aspx — Belarus Konstitusiya Məhkəməsinin rəsmi saytı BMT-nin İnsan hüquqları Komitəsi Pastuxov Belarusa qarşı işində 1997-ci ildə Konstitusiya Məhkəməsinin hakimlərindən birinin buraxılması haqqında məsələyə baxır.
Ermənistan Konstitusiya Məhkəməsi
Ermənistan Konstitusiya Məhkəməsi (erm. Հայաստանի Հանրապետության սահմանադրական դատարան) — Ermənistanda konstitusiyaya nəzarət üçün ən yüksək hüquqi qurum. 1995-ci ildə yaradılmışdır. İcraedici, qanunverici və digər məhkəmə orqanlarından asılı olmayan bir məhkəmə orqanıdır. Qanunların və digər qanunvericilik aktlarının konstitusiyaya uyğunluğuna nəzarətdən məsuldur. Ermənistan Konstitusiya Məhkəməsinin qanunu həm Ermənistan Konstitusiyasında, həm də Ermənistan qanunveriliciyində müəyyən edilmişdir. 1988-ci ilin dekabrında Sovet İttifaqı Konstitusiyasına edilən dəyişiklik əsasında Konstitusiyaya Nəzarət Komitəsi yaradılmışdır. SSRİ qanunvericiliyi ittifaqın hər bir respublikasında bir Konstitusiyaya Nəzarət Komitəsi yaratmağı nəzərdə tuturdu, lakin bu baş tutmamışdır. Konstitusiya Məhkəməsi haqqında qanun 20 noyabr 1995-ci ildə Ermənistan Milli Məclisi tərəfindən qəbul edilmiş və 6 dekabr 1995-ci ildə Ermənistan Prezidenti Levon Ter-Petrosyan tərəfindən imzalanmışdır. 5 və 6 fevral 1996-cı ildə Konstitusiya Məhkəməsinin üzvləri təyin olunmuşdur.
Koreya Konstitusiya Məhkəməsi
Koreya Konstitusiya Məhkəməsi, Cənubi Koreyanın müstəqil və ixtisaslaşmış məhkəməsidir, əsas vəzifəsi Koreya Respublikası Konstitusiyasına uyğun olaraq konstitusiyanı nəzərdən keçirtməkdir. Hökumət qurumları arasındakı səlahiyyət mübahisələrinə hökm vermək, ittihamlar ilə bağlı son qərarlar vermək və siyasi partiyaların ləğvi ilə bağlı qərar vermək kimi inzibati hüquq funksiyalarına da malikdir. Konstitusiya, Qanunverici, İcra və Məhkəmə sistemlərindən başqa ayrı bir fəsildə Konstitusiya Məhkəməsinin müstəqil statusunu və səlahiyyətini təmin edir. Hakimiyyət bölgüsünə görə, Məhkəmə Milli Məclis, Prezident və Ali Məhkəmə ilə birlikdə Konstitusiya ilə verilmiş səlahiyyətini həyata keçirir və onu xalqın digər ali qurumları ilə bərabər edir. Ümumiyyətlə Cənubi Koreyadakı Konstitusiya Məhkəməsinin ilk növbədə Avstriya və Almaniyadakı konstitusiya məhkəmələrinə istinad etdiyi güman edilir. Konstitusiya Məhkəməsi, nizamnaməyə konstitusiya baxışı, konstitusiya şikayətləri, hökumət qurumları arasındakı səlahiyyət mübahisələri, yüksəkvəzifəli dövlət məmurlarının impiçmenti və siyasi partiyaların ləğvi ilə bağlı səlahiyyətlərə malikdir. Yuxarıda göstərilən məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin qərarı bütün dövlət qurumlarını və yerli özünüidarə orqanlarını bağlayır və şikayət edilə bilməz. Məhkəmə qanuni prosedurlarla Konstitusiyanı qoruyur. Məhkəmə, nizamnamələrin konstitusiyaya uyğunluğu, impiçment, siyasi partiyanın ləğvi, səlahiyyət mübahisələri və konstitusiya şikayətləri zamanı, Konstitusiya mübahisələrini həll etmək və onun pozulmasının qarşısını almaq üçün Konstitusiyanı şərh edir və tətbiq edir. Məhkəmə insanların əsas hüquqlarını təmin edir.
Macarıstan Konstitusiya Məhkəməsi
Macarıstan Respublikası Konstitusiya Məhkəməsi (mac. Magyarország Alkotmánybírósága) — Macarıstan Parlamentinin aktlarına məhkəmə nəzarətini həyata keçirən, Macarıstanın xüsusi məhkəməsi. Budapeştdə yerləşir. 2012-ci ilədək Esterqomda fəaliyyət göstərib. 1 sentyabr 2011-ci ildən Konstitusiya Məhkəməsi 15 hakimdən ibarətdir (əvvəllər 11 hakimdən ibarət olub). Məhkəmənin üzvləri daha sonra gizli səsvermə ilə öz üzvləri sırasından Məhkəmənin sədrini seçirlər. Sədr tərəfindən təyin edilən bir və ya iki sədr müavini hər hansı səbəbdən sədr olmadıqda onu əvəz edirlər. Konstitusiya məhkəməsi qanunların konstitusiyaya uyğunluğuna dair qərarlar qəbul edir; bu qərarlardan şikayət edilə bilməz. Konstitusiya Məhkəməsi konstitusiyanın qorunması ilə bağlı fəaliyyət göstərən başlıca orqandır. Onun vəzifəsi qanunların konstitusiyaya uyğunluğunu nəzərdən keçirmək, konstitusional qaydanı və konstitusiya ilə zəmanət verilmiş əsas hüquq və azadlıqları qorumaqdır.
Özbəkistanın Konstitusiya Məhkəməsi
Özbəkistan Respublikası Konstitusiya Məhkəməsi sədri və müavini də daxil olmaqla yeddi hakimdən ibarətdir. 2014-cü ildən bəri sədr (2017-ci ildə yenidən seçildi) — Mirbabayev Bəxtiyar Şamsutdinoviç, əvvəllər sədr B. A. Eşonov idi. Hakimlər (35 yaşdan kiçik və 70 yaşdan yuxarı) Senat tərəfindən Ali Məhkəmə Şurasının tövsiyə etdiyi şəxslər arasından ən çox iki müddətə 5 il müddətinə seçilir. İlk "Özbəkistan Respublikası Konstitusiya Məhkəməsi haqqında" Qanun 6 may 1993-cü ildə qəbul edildi, həmin il 7 may tarixində Ali Şura "Konstitusiya Məhkəməsinin funksiyalarının müvəqqəti olaraq tapşırılması haqqında" qərar qəbul etdi. Özbəkistan Respublikası Konstitusiya Nəzarət Komitəsinin tərkibi. 1995-ci ildə Konstitusiya Məhkəməsi haqqında ikinci bir qanun qəbul edildi və hakimlər həmin ilin dekabrında seçildi. Mövcud Konstitusiya Məhkəməsi haqqında qanun 2017-ci ildə qəbul edilmişdir. Tapşırıqlarına təklif olunan qanunların Özbəkistan Konstitusiyasına və Qaraqalpaqstan Respublikası qanunlarının Özbəkistan Respublikasının qanunlarına zidd olub-olmaması məsələsinə baxılması daxildir. Konstitusiyanın 95-ci maddəsinə görə, Özbəkistan Prezidentinin Ali Məclisin ləğvi barədə qərarını təsdiqləmək səlahiyyəti də ona həvalə edilmişdir. Məhkəmə qərarları qətidir və apellyasiya şikayətinə tabe deyil.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Azərbaycan Konstitusiya Məhkəməsi — Azərbaycan Prezidentinin 14 iyul 1998-ci il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanı. Hazırkı sədri 25 iyun 2003-cü ildən Fərhad Abdullayevdir. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyil. Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində dəyişikliklər edilib), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir. Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur.
Misir Ali Konstitusiya Məhkəməsi
Misir Ali Konstitusiya Məhkəməsi, (arb: المحكمة الدستورية العليا / rom: Əl-Məhkəməh əl-Dustüriyah əl-‘Ulyā — ing: Supreme Constitutional Court of Egypt) Misirin müstəqil məhkəmə orqanıdır. 1979-cu ildə qurulub. Paytaxt Qahirənin Maadi bölgəsində yerləşir. Məhkəmə Misirdə yüksək məhkəmə hakimiyyətinə malikdir və yalnız qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq qanun və qaydaların və hüquqi mətnlərin təfsirini həyata keçirən konstitusiyaya məhkəmə nəzarəti orqanıdır. Həmçinin digər məhkəmələr və inzibati məhkəmələr arasındakı səlahiyyət mübahisələrini həll etmək səlahiyyətinə malikdir. Əbdülvahab Əbdül Rəzik 30 iyun 2016 tarixindən bəri konstitusiya məhkəməsinin sədridir.
Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsi
Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsi — Qazaxıstan Respublikasının keçmiş konstitusiya nəzarətinin kollektiv orqanı. 11 nəfərdən ibarətdir. Sədr və on hakimdən ibarət idi. Konstitusiya Məhkəməsinin ilk və yeganə sədri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının akademiki— Murat Baymakanov olmuşdur. 1989-cu ildə Qazaxıstanda konstitusiya nəzarəti institutu yaratmaq üçün ilk cəhd edildi. Sonra Qazaxıstan SSR 1978-ci il Konstitusiyasına Konstitusiya Nəzarət Komitəsinin yaradılmasını nəzərdə tutan dəyişiklik və əlavələr edildi. Konstitusiya nəzarəti orqanı yalnız dövlət suverenlik əldə etdikdən sonra meydana çıxdı. 16 dekabr 1991-ci ildə Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsi, "Qazaxıstan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Cümhuriyyətin konstitusiya qanunu ilə Konstitusiyanın məhkəmə müdafiəsinin ali orqanı olaraq quruldu. Məhkəmə yalnız "Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsi haqqında" (6 iyun 1992) və "Konstitusiya icraatı haqqında" qanunların qəbul edildiyi və Konstitusiya Məhkəməsinin sədri və on hakimi fəaliyyətə başladı. Məhkəmənin diqqət çəkən qərarlarından biri də prezident Nazarbayev tərəfindən Ali Sovetin ləğvi ilə nəticələnən parlament seçkilərinin qanunsuz elan edilməsi barədə seçki dairələrinin qeyri-bərabər bölgüsünə dair fərdi şikayət üzrə qərar verilməsi idi.
Şimali Makedoniya Konstitusiya Məhkəməsi
Şimali Makedoniya Konstitusiya Məhkəməsi (mak. Уставен суд на Република Северна Македонија) — Şimali Makedoniyada konstitusiya və qanuniliyi qoruyan ixtisaslaşdırılmış məhkəmə orqanıdı. Konstitusiya Məhkəməsi 1963-cü ildə SFYR(Sosialist Federal Yuqoslaviya Respublikası) Konstitusiyası ilə yaradılmış və 15 fevral 1964-cü ildə Sosialist Yuqoslaviyasının tərkibində olan Makedoniya Sosialist Respublikasının konstitusiya məhkəməsi kimi fəaliyyətə başlamışdır. Makedoniya Respublikası Yuqoslaviyadan ayrıldıqdan sonra Konstitusiya Məhkəməsi müstəqil dövlətin — Şimali Makedoniyanın məhkəməsi oldu. Konstitusiya Məhkəməsi Şimali Makedoniya Assambleyası tərəfindən deputatların ümumi sayının səs çoxluğu ilə seçilən doqquz hakimdən ibarətdir. Hakimlərin mandatı yenidən seçilmək hüququ olmadan doqquz ildir. Konstitusiya Məhkəməsinin hakimləri müstəsna olaraq tanınmış hüquqşünaslar arasından seçilir. Məhkəmənin sədri hakimlər tərəfindən onun üzvləri arasından təkrar seçilmək hüququ olmadan üç il müddətinə seçilir. Pero Korobar 1963–1974 Asen Qrupu 1974–1979 Qoqa Nikolovski 1979–1984 Vladimir Mitkov 1984–1986 Dimçe Kozarov 1986–1987 Fidanço Stoev 1987–1989 Yordan Arsov 1989–1994 Yovan Proevski 1994–1997 Milan Nedkov 1997–2000 Todor Tsunov 2000–2003 Liliana İnqilizova-Ristova 2003–2006 Trendafil İvanovski 2007–2010 Branko Naumovski 2010-cu ildən Şimali Makedoniya Konstitusiya Məhkəməsi aşağıdakı səlahiyyətlərə malikdir: Qanunların Konstitusiyaya uyğunluğu barədə qərar qəbul edir Digər normativ aktların və kollektiv müqavilələrin Konstitusiyaya və qanunlara uyğunluğu barədə qərarlar qəbul edir Fikir, vicdan, söz və fikirlərin açıq şəkildə ifadəsi, siyasi fəaliyyət azadlığı ilə bağlı insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edir, o cümlədən vətəndaşlar arasında cinsi, irqi, dini, milli, sosial və siyasi mənsubiyyət Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında səlahiyyətlərə dair mübahisələri həll edir Respublikanın mərkəzi orqanları ilə yerli özünüidarəetmə orqanları arasında səlahiyyətlərə dair mübahisələri həll edir Respublika Prezidentinin məsuliyyəti haqqında qərar qəbul edir Siyasi partiyaların və vətəndaş birliklərinin proqram və nizamnamələrinin Konstitusiyaya uyğunluğu barədə qərar qəbul edir.
Konstitusiya
Konstitusiya və ya Anayasa — dövlətin ali qanunudur. Ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. "Konstitusiya" sözündən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı aktlarının vahid halda birləşmiş adını ifadə etmək məqsədilə istifadə olunmuşdur. Bu söz həmin dövrdə dövlətin təməl quruluşunu deyil, imperatorun xüsusi fəaliyyətini, əmrlərini ifadə etmək mənasında işlədilmişdir. "Konstitusiya" sözü "yaranmaq", "təşkil etmək", "meydana gətirmək", "qurmaq", "təsis etmək", "bərqərar etmək" mənalarını ifadə edən fransız dilindəki "constituer" felindən törəyən bir isimdir. Bu məntiqdən çıxış etsək, "constitution" sözü Azərbaycan dilində də "yaranma", "təşkil etmə", "meydana gətirmə", "qurma", "təsis etmə", "bərqərar etmə" kimi başa düşülməlidir. Fransız dilindəki "constituer" feli latınca "qoymaq", "yerləşdirmək", "meydana gətirmək", "təsis etmək" mənalarını verir. "Constituer" feli latınca "com" önsözü və "statuere" felindən yaranmışdır.
Konstitusiya abidəsi
Konstitusiya abidəsi — Türkmənistanın paytaxtı Aşqabadda abidə. Türkmənistanın paytaxtı Aşqabadda tikilmiş, 185 metr hündürlüyündə olan “Konstitusiya abidəsi” 18 may 2011-ci ildə açılıb. Abidə Konstitusiya Günü və türkmən şairi Məhtimqulunun doğum günü açılıb. Aşqabadın ən hündür abidəsi olan bu abidə 45 milyon avroya başa gəlib. Abidəni Türkiyənin “Polimeks” şirkəti hazırlayıb.
Konstitusiya aktı
Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı — Azərbaycan Ali Sovetində aparılan müzakirələrdən sonra 18 oktyabr 1991-ci ildə qəbul edilmişdir. Bu Konstitutsiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edilmişdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. 30 avqust 1991 — Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul olundu. Sənəddə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bununla yanaşı, parlament Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Bəyannamənin mətni belə idi: 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul etmiş və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir.
Konstitusiya hüququ
Konstitusiya hüququ — elminin predmeti konstitusiya qanunvericiliyi, obyekti isə konstitusiya hüquq münasibətləri olmaqla şəxsiyyətin, dövlətin və cəmiyyətin qarşılıqlı əlaqələrini tənzimləyir. Konstitusiya hüquqi dövlət hakimiyyəti orqanlarının strukturunu (quruluşunu), təşkili prinsiplərini, fəaliyyət qaydasını, ümumi səlahiyyətlərini, dövlətin insan və vətəndaşla münasibətlərini müəyyənləşdirir və bununla da inzibati hüququn başlanğıc mövqelərini təsbit edir. Mövcud qanunvericiliyə uyğun olaraq hazırda hüququn, o cümlədən də Konstitusiya hüququnun mənbəyi normativ – hüquqi aktlardır. Konstitusiya (dövlət) hüququ hüquqşünaslıqda üç aspektdə nəzərdən keçirilir: konkret dövlətlərin hüquq sahəsi kimi, elm kimi və ali təhsil sistemində tədris fənni kimi. Bəzən bu terminlər sinonim sözlər kimi qəbul olunsa da, nəzəriyyədə bu ifadələrə münasibət birmənalı deyil. Məsələn, almaniyalı konstitusionalist Konrad Hessenin fikrincə, konstitusiya dövlət quruluşunun müəyyən edilməsi ilə məhdudlaşmayıb, qeyri-dövlət həyat quruluşunun əsaslarını (nikah, mülkiyyət və s.) da əhatə etdiyi üçün "Konstitusiya hüququ" "Dövlət hüququ"ndan daha geniş məfhumdur. Digər tərəfdən konstitusiya hüququ dövlət hüququ ilə müqayisədə məhduddur, yəni "dövlət hüququ", məsələn, inzibati hüquq və prosessual hüququ da əhatə edir. Başqa sözlə, konstitusiya normalarının hüdudlarından kənara çıxan, dövlət idarəçiliyinin, inzibati və maliyyə hüququnun bir çox məsələlərinin daxil olduğu dövlət hüququnun obyekt dairəsi daha genişdir. "Konstitusiya hüququ" və "Dövlət hüququ" terminlərindən hansının işlədilməsi doğrudur? Bu terminlərdən hansının doğru olması məsələsinə konkret cavab vermək olmur.
Mazutlu Konstitusiya
Mazut konstitusiya - Rusiya fəhlə hərəkatı tarixində fəhlələrlə sahibkarlar arasında imzalanmış ilk müştərək müqavilə idi. XX əsrin əvvəllərində Rusiyada baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi vəziyyət, Rusiya-Yaponiya müharibəsində bir-birinin ardınca baş verən ağır məğlubiyyətlər ölkədə, xüsusilə Bakıda bir sıra fəhlə çıxışlarına gətirib çıxardı. 1904-cü il dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq, qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımlarını gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir". Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular. Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku", "Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17- də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri‖nin emalatxanaları, habelə "Nadejda" kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalatxanaların işçiləri də tətilə başladılar. Beləliklə, tətil ümumi xarakter alaraq 50 minədək adamı əhatə etdi.
Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Apelyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Avropa Məhkəməsi
Avropa İcmalarının Ədalət Məhkəməsi və ya Avropa Ədalət Məhkəməsi — Avropa Birliyinin ali məhkəmə orqanı. Bu məhkəmə Avropa İttifaqı qanunları ilə bağlı məsələrə yekun baxılma orqanıdır. Məhkəmə Avropa Birliyi qanunlarının bütün üzv dövlətlərdə bərabər tətbiqini təmin edir. Bu orqan 1952-ci ildə yaradılmış və Lüksemburq Şəhərində yerləşır. Məhkəmə üzv dövlətlərin sayı qədər hakimlərdən ibarətdir. Məhkəməyə prezident rəhbərlik edir. 2003-cü ildən bu vəzifəni Vasiliyos Skoris həyata keçirir. Ədalət məhkəməsinə alt məhkəmə — İlk İnstansiya Məhkəməsi tərəfindən bəzi məslələrdə kömək edilir. Digər iki məhkəmə isə başqa məsələlərlə məşğul olur. Bunlardan Dövlət Xidməti Tribunalı birlik təşkilatlarında çalışan işçilər, Auditorlar Məhkəməsi isə Birliyin hesabtaları ilə məşğul olur.
Haaqa məhkəməsi
Skottsboro məhkəməsi
Skottsboro məhkəməsi — 1931-ci ildə ABŞ-də baş verən hadisə. Bu məhkəmədə Alabama istiqamətində irəliləyən qatarda iki küçə qadınına təcavüz etdikləri iddia edilən doqquz zənci şəxs günahlandırılmış və onlar təcavüz etməkdən həbs edilmişdi. Məhkəmə əsnasında qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq məhkəmə öz fikirlərindən geri dönmədi və şübhəlilər illərlə həbs cəzası almışdı. 1931-ci ildə Alabamada iş tapa bilmək üçün cənub əyalətinə gedən ağ və zənci şəxslər arasında qatar hərəkətdə olarkən mübahisə yarandı. Qatar mühafizəçisi 1931-ci il mart ayının 25-də Alabamada yerləşən Skottsboro qəsəbəsində doqquz afroamerikalı zəncisi və dörd ağ şəxs qatardan endirilərək həbs edildi. Həbs edilən iki ağ şəxsin kişi paltarları geyinmiş qadınlar olduğu ortaya çıxdı. Rubi Bets və Viktoria Pris adlı bu qadınlar ifadələrində iş tapa bilmək üçün qatarda olduqlarını bildirdilər. Əslində küçə qadını olan Bets və Pris həbs edilmək istəmədikləri üçün doqquz gənc şəxsin onlara təcavüz etdiyini iddia etdilər. Bir birlərini tanımayan doqquz zənci şəxs hamsı ağ şəxslərdən ibarət olan münsiflər tərəfindən təcavüz etdikləri üçün günahlandırıldı. On üç yaşında olan Roy Rayt xaricində digərləri ölüm hökmü ilə cəzalandırıldı.
Ulduz məhkəməsi
Ulduz məhkəməsi (türk. Yıldız mahkemesi) — Osmanlı sultanı Sultan Əbdüləzizin taxtdan endirilərək şəhid edilməsinə səbəb olanları mühakimə etmək məqsədilə çağırılan məhkəmə iclası. Sədrəzəm Mütərcim Rüşdü Paşa, sərdar Hüseyn Avni Paşa, şeyxülislam Xeyrullah Əfəndi və Midhat Paşanın hazırladığı gizli planla Sultan Əbdüləziz 30 may 1876-cı il tarixində taxtdan endirildi. Ancaq Hüseyn Avni Paşa tərəfindən aylıq 100 qızıl lirə maaşla Fəriyə sarayında bağban olaraq işə alınan və sabiq padşahı qorumaqla vəzifələndirilən Cəzayirli Mustafa, Yozqatlı Mustafa çavuş və Boyabatlı Hacı Mehmed adlı 3 pəhləvan tərəfindən çevrilişdən 5 gün sonra – 4 iyun günü şəhid edildi. Ancaq hadisə intihar olaraq elan edildi və üstü örtüldü. V Muradın qısa səltənətindən sonra taxta çıxan II Əbdülhəmid, baş katibi Kiçik Səid bəyin vasitəsilə əmisi Sultan Əbdüləzizin şəhid edilməsiylə bağlı gizli tədqiqat yürütməyə başladı. Tədqiqat nəticəsində əmisinin iddia olunduğu şəkildə intihar etmədiyi və tutulduğu Fəriyə sarayında gizlicə qətlə yetirildiyi aşkarlanmış, ardından Sultan Əbdülhəmid hadisənin hüquqi baxımdan rəsmi olaraq mühakimə edilməsini istədi. Məhkəmə sədri olaraq vəzifələndirilən Fındıqlılı Mehmed Əfəndi 1 aprel 1881-ci ildə tədqiqata başladı. Tədqiqat komitəsində dövlət şurasının tənzimat bürosunun rəisi Mahmud Cəlaləddin bəylə, mabeyn katiblərindən Raqib bəy də vəzifələndirildi. Sultan Əbdüləzizin ölümündə birinci dərəcədə rolları olduğu iddia edilən və hadisənin ardından az bir maaşla paytaxtdan uzaqlaşdırılan Mustafa çavuş, Boyabatlı Hacı Mehmed və Cəzayirli Mustafa adlı pəhləvanlar İstanbula gətirilərək ifadələri alındı.
İstiqlal məhkəməsi
İstiqlal məhkəməsi (türk. İstiklâl Mahkemesi) — 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsi dövründə hökumətə qarşı çıxanların mühakimə olunması üçün yaradılan yüksək səlahiyyətə sahib ali məhkəmələr. Ankara, Əskişehir, Konya, Isparta, Sivas, Kastamonu, Pozantı və Diyarbəkir mövcud olmuşdur. Ankara məhkəməsi xaric digər məhkəmələrin fəaliyyəti 1921-ci ildə dayandırılıb. İstiqlal Məhkəmələrinə səlahiyyət verən qanun qəbul edildikdən sonra, İsmət İnönü 14 İstiqlal məhkəməsinin qurulmasını təklif etdi. Mövcud olan işlər üçün 14 məhkəmə çox olacağından yalnız 7 məhkəmə yaradıldı. Məhkəmələrin qurulmasından bir ay sonra, Diyarbəkirdə başqa bir məhkəmə quruldu və ümumi say səkkizə çatdı. Müharibə bitdikdən sonra məhkəmələrin artıq ehtiyacsız olduğunu hiss edildi. Hökumət məhkəmələrin ömrünü uzadacağına ümid etsə də, müxalifətin təzyiqi 1921-ci ildə istiqlal məhkəmələrinin yeddisinin bağlanmasına səbəb oldu. 1925-ci ilin martında Asayişi Qoruma Qanunu (türk.
Kenquru məhkəməsi
Kenquru məhkəməsi — qanun və ya ədalətin tanınmış standartlarına məhəl qoymayan, yerləşdiyi ərazidə çox az və ya heç bir rəsmi mövqeyə malik olmayan və adətən ad hoc olaraq çağırılan məhkəmə üçün qeyri-rəsmi aşağılayıcı termin. Kenquru məhkəməsi lazımi prosesə məhəl qoymayaraq əvvəlcədən müəyyən edilmiş nəticəyə gələ bilər. Bu termin həm də qanuni məhkəmə orqanının nəzarətində olan, lakin məhkəmənin hüquqi və ya etik öhdəliklərinə qəsdən məhəl qoymayan məhkəmə üçün də istifadə olunur. Forumun strukturu və fəaliyyəti aşağı dərəcəli mühakimə ilə nəticələndikdə kenquru məhkəməsi də inkişaf edə bilər. Bunun ümumi nümunəsi, institusional mübahisə edənlərin ("təkrar oyunçular") fərdi mübahisələrə ("bir vuruşlu oyunçular") nisbətən həddindən artıq və ədalətsiz struktur üstünlüklərinə malik olmalarıdır. Terminin ilk dəfə 1841-ci ildə ABŞ-da istifadə edildiyi bilinir. "The Daily Picayune" qəzetində bir məqalədə Concordia Intelligencer-dən sitat gətirilir, "Kenquru məhkəməsinin başlatdığı müxtəlif ittihamlarla" bir neçə edamın olduğunu bildirərək soruşur: "Başa düşmədim: kenquru məhkəməsi nədir?". Bu terminin kenquru vətəni Avstraliyada və ya ondan əvvəl başqa yerlərdə istifadə edildiyi təsdiqlənməyib. Bəzi mənbələr bu terminin minlərlə avstraliyalının axın etdiyi 1849-cu ildə Kaliforniyada qızıl hərisliyi zamanı populyarlaşdığını göstərir. Avstraliyalı mədənçilərin iştirakı nəticəsində, bu, iddia qaldıran mədənçilərin problemi ilə məşğul olmaq üçün istifadə edilən tələsik həyata keçirilən prosedurların təsviri kimi meydana çıxa bilər.