KOSMİK
KOSMOQONİK
OBASTAN VİKİ
Kosmodrom
Kosmodrom (ing. Spaceport; rus. Космодром; türk. Uzay üssü) kosmik gəmilərin qalxdığı və endiyi bazadır. Böyük kosmik mərkəzlərdə bir çox uçuş kompleksi birdən çox fərqli növdəki uçuş aləti üçün uyğunlaşıblar. Kosmik bazalar uçuşları dəstəkləmək və ya qanadlı uçuş alətlərinin enə bilməsi məqsədiylə uçuş zolağı da ehtiva edir.
Baykonur kosmodromu
Baykonur kosmodromu — SSRİ-nin, indi isə Rusiya Federasiyasının kosmodromu. Qazaxıstan Respublikasının Karaqanda vilayətindədir. Kosmik tədqiqatlar proqramını həyata keçirmək üçün Baykonurda start kompleksləri, ölçmə məntəqələri və s. var. 1955-ci ildə açılmışdır. Yerin ilk süni peyki Baykonurdan buraxılmış (1957), ilk kosmonavt Yuri Qaqarin (1961) kosmosa buradan uçmuşdur. Baykonur kosmodromu Qazaxıstan tərəfindən Rusiyaya 1994-cü ildə icarəyə verilib. Tərəflər arasında bağlanılmış icarənin müddəti 2050-ci ilə qədər hesablanıb. Hazırda Baykonur Rusiyanın tabeliyindədir və federal əhəmiyyətli statusu daşıyır. Rusiya Qazaxıstanın Baykonur kosmodromunun illik icarə haqqına görə 115 milyon dollar ödəyir.

Digər lüğətlərdə