kru

kru
krovat 2021
kruassan
OBASTAN VİKİ
Den Kruinkşankın memarlıq macəraları (film, 2008)
Den Kruinkşankın memarlıq macəraları (ing. Dan Cruickshank's Adventures in Architecture) — BBC tərəfindən istehsal edilmiş və 2008-ci ilin aprelində "BBC Two" telekanalında efirə verilmiş sənədli film. Səkkiz seriyalı filmdə Britaniya memarlıq tarixçisi Den Kruinkşank dünyanın müxtəlif ölkələrinə səyahət edərək memarlıq abidələrini araşdırır. Cruickshank, Dan. Adventures In Architecture. Weidenfeld & Nicolson (hardcover). 3 April 2008. ISBN 978-0-297-84444-0. Dan Cruickshank's Adventures in Architecture "BBC Online"da.
Diksit—Stiqlits—Kruqman modeli
Diksit—Stiqlits—Kruqman modeli — yeni beynəlxalq ticarət nəzəriyyəsinin əsasını təşkil edən və iqtisadçılar Avinaş Diksit, Cozef Stiqlits və Pol Kruqman tərəfindən yaradılmış inhisarçı rəqabət və miqyas iqtisadiyyatları şəraitində aqlomerasiyaların formalaşması üçün makroiqtisadi model. E.Çemberlinin 1933-cü ildən "İnhisarçı rəqabət nəzəriyyəsi" kitabında (əvvəllər 1927-ci il dissertasiyasında verilmişdir) və bir neçə ay sonra C.Robinsonun "Qeyri-kamil rəqabətin iqtisadi nəzəriyyəsi" əsərində "həmçinin 1933-cü ildən inhisarçı rəqabət üçün xarakterik olan anlayışlar və fərziyyələr tətbiq olunur. İnhisarçı rəqabət modeli 1977-ci ildə A. Diksit və J. Stiqlitsin “İnhisarçı rəqabət və optimal məhsul müxtəlifliyi” adlı birgə məqaləsində (Uorvik Universitetində 1975-ci ildə birgə iş əsasında) yaranmışdır. Bu model 1979-cu ildə Pol Kruqmanın “Artan gəlirlər, inhisarçı rəqabət və beynəlxalq ticarət” və 1980-ci ildə “Məqsəd iqtisadiyyatı, məhsulun differensasiyası və ticarət strukturu” məqalələrində əlavə edilmiş və yenidən işlənmişdir. 1980-ci ildə A. Diksit və V. Normanın monoqrafiyası, 1985-ci ildə isə E. Helpman və P. Kruqmanın "Bazar strukturu və xarici ticarət" əsərindən sonra. P. Kruqman təhlili 1991-ci ildə “Gəlirlərin artırılması və iqtisadi coğrafiya” məqaləsi ilə tamamladı və 1999-cu ildə M. Fujita, P. Kruqman və A. Venablesin “Məkan iqtisadiyyatı” əsəri nəhayət Diksit—Stiqlits—Kruqman modeli formalaşdırdı.
Dmitri Kruqlov
Dmitri Kruqlov (est. Dmitri Kruglov; doğ. 24 may 1984, Tapa, Estoniya SSR, SSRİ) — Estoniya futbolçusu, "Levadiya Tallin" klubunun və Estoniya milli futbol komandasının müdafiəçisi. Kqurlov karyerasının ilk illərini Estoniyanın "TJK-83 Tallin" "HÜJK Emmaste" "Tallin" və "Levadiya Tallin" komandalarında keçirib. 2005-ci ildə Moskvanın "Lokomotiv" klubuna keçib. 2006-cı ildə icarə əsasında Krasnodarın "Kuban" klubuna keçib, lakin burada əsas heyətdə möhkəmlənə bilməyib. O, klubun heyətində yeganə görüşünü Rusiya kubokunun 1/16 mərhələsi çərçivəsində "Krılya Sovetov" komandasına qarşı keçirib. 2007-ci ildə yenə də icarə əsasında Moskvanın "Torpedo" komandasına keçib. 2010-cu ildə icarə əsasında Bakının "Neftçi" komandasına keçib. Neftçinin heyətində 3 mövsüm keçirdikdən sonra Bakının başqa təmsilçisi "İnter"ə keçib.
Dyula Krudi
Dyula Krudi (mac. Gyula Krúdy; 21 oktyabr 1878, Niredxaza — 12 may 1933, Budapeşt) — macar yazıçı və jurnalist. Dyula Krudi Avstriya-Macarıstanın Niredxaza şəhərində anadan olmuşdur. Atası hüquqşünas, anası isə evdar xanım idi. Dyula 17 yaşına çatanadək valideynləri ailə həyatı qurmamışdılar. Məktəbli olarkən qısa hekayələr yazmağa və onları qəzetlərdə nəşr etdirməyə başlamışdır. Atası onun vəkil olmasını istəsə də, Dyula bir müddət əyalət qəzetlərində (Debreçen, Oradya) redaktor kimi çalışmış və 1896-cı ildə Budapeştə köçmüşdür. Krudi vərəsəlikdən məhrum edilsə də, həyat yoldaşını (o da yazıçı idi) və üç övladını qısa hekayələrin nəşrindən əldə etdiyi vəsaitlə dolandıra bilirdi; romanları, demək olar ki, həmişə dövri nəşrlərdə və gündəlik qəzetlərdə ardıcıl olaraq nəşr edilirdi. 1911-ci ildə nəşr olunan "Sindibadın gəncliyi" onun müvəffəqiyyətini sübut etdi və Krudi fəaliyyəti boyunca dəfələrlə Min bir gecə nağıllarının qəhrəmanı ilə eyni adı paylaşan obrazlardan istifadə etmişdir. Digər qəhrəmanı Kazmer Rezeda Krudinin onlarla romanında canlandırılmışdır.
Eucalyptus kruseana
Eucalyptus kruseana (lat. Eucalyptus kruseana) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
FK Kruoja Pakruojis
Kruoya Pakruoyis FK (FK Kruoja Pakruojis) — Litvanın Pakruoyis şəhərini təmsil edən futbol klubudur. Litvanın A Liqasında mübarizə aparır. Bu klub 2009-cu ildə A Liqasında 8-ci yeri tutaraq B Liqasında mübarizə aparmağa başlamışdır. A Liqasına yenidən qayıtmaq üçün əvvəlcə Kaunas FBK klubuna, sonra isə Atlantas Klaypeda FK klubuna qalib gəldilər. 2015-ci ildə Kruoja yenidən A Liqasına geri döndü.
Ficus krukovii
Ficus krukovii (lat. Ficus krukovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Fransua Pöti de La Krua
Fransua Pöti de La Krua (fr. François Pétis de La Croix, 1653[…], Paris – 4 dekabr 1713[…], Paris)—fransız şərqşünası. Fransız şərqşünası Pöti dö la Krua 1653-cü ildə Parisdə anadan olub, 1713-cü ildə orada vəfat etmişdir. Fransanın xarici işlər naziri Şarl Kolber tərəfindən Şərqə göndərilən Pöti dö la Krua Misirdə, İranda olmuş, sonra İstanbula gələrək Kiçik Asiyanı qarış-qarış gəzmişdir. Səyahət zamanı xalqların adət-ənənələrini, ədəbiyyat və incəsənətini dərindən öyrənmiş, əlyazmalar toplayıb Fransa Kral kitabxanasına gətirmişdir. Vətənə qayıdandan sonra Fransa dənizçilik nazirliyində tərcüməçi işləmişdir. 1692-ci ildə "Kollej Ruayal"da ərəb dili üzrə professor, bir neçə ildən sonra atasının vaxtilə kral sarayında tutduğu katib-tərcüməçi vəzifəsinə seçilmişdir. "İran sultanlarının və vəzirlərinin tarixi" (Paris, 1707), "Min bir gecə" (Paris, 1710–1712) əsərlərinin müəllifidir. Atası Pöti Fransua məşhur fransız şərqşünası və alimi olub. 1622-ci ildə Parisdə anadan olmuş, 1695-ci ildə orada vəfat etmişdir.
German Krupkin
German Krupkin — XX əsrin ən yaxşı violonçel ifaçılarından biri, Azərbaycan Simfonik Orkestrinin əsasını qoyanlardan biri. Mərhum violonçelist evli idi və iki oğul övladı var idi. Yaxınları onu Qrişa çağırırdı. Həyat yoldaşı Yevgeniya Krupkina mahir piano ifaçısı idi və opera teatrında çalışırdı. XX əsrin ən yaxşı violonçel ifaçılarından olan German Krupkin Leopold Rostropoviçin tələbəsi olmuşdur. Musiqiçi Niyazi ilə birlikdə filarmoniyada Azərbaycan Simfonik Orkestrinin əsasını qoymuşlar. Azərbaycan kinosunda musiqi tərtibatçısı kimi 40-a yaxın filmdə çalışmışdır. Həmçinin, Azərbaycan televiziyasında bir neçə televiziya tamaşasına musiqi tərtibatı vermişdir.
Hennenman-Krunstad qatar qəzası
Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır. 4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir. Lokomotiv və 12 vaqon relsdən çıxmışdır. Vaqonların 7-i yanmışdır. Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş, 254 nəfər isə yaralanmışdır.
Hennenman–Krunstad qatar qəzası
Hennenman–Krunstad qatar qəzası (ing. Hennenman–Kroonstad train crash) — 4 yanvar 2018-ci il tarixində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri yaxınlığındakı dəmiyol keçidində bir yük maşınıyla toqquşması. Qatar relsdən çıxmış, yeddi vaqon atəşə tutulmuşdur. Qəza nəticəsində 18 nəfər həlak olmuş, 254 nəfər isə yaralanmışdır. 4 yanvar 2018-ci il tarixində, yerli vaxtla 09:15 (07:15 UTC) radələrində "Shosholoza Meyl" nəqliyyat şirkəti tərəfindən idarə olunan sərnişin qatarının Cənubi Afrikanın Krunstad şəhəri və Hennenman qəsəbəsi arasında yerləşən dəmiyol keçidində bir yük maşınıyla toqquşmüşdür. Qəza Yohannesburq şəhərindən təxminən 200 kilometr (120 mil) uzaqda baş vermişdir. Lokomotiv və 12 vaqon relsdən çıxmışdır. Vaqonların 7-i yanmışdır. Qatarda 429 sərnişin var idi. Qəza nəticəsində 18 nəfər ölmüş, 254 nəfər isə yaralanmışdır.
Jozef Kruskal
Josef Bernard Kruskal (29 yanvar 1928, Nyu-York, Nyu-York ştatı – 19 sentyabr 2010) amerikalı riyaziyyatçı, statistika mütəxəssisi, kompüter üzrə alim və psixometrik. O, Çikaqo Universitetində və Prinston Universitetində təhsil almış. 1954-cü ildə Prinston Universitetində formal olaraq Albert V.Tuker və Roger Lindonun rəhbərliyi altında, de fakto olaraq Paul Erdosun rəhbərliyi altında "Fəlsəfə doktoru" (Ph.D) dərəcəsi almışdır. Kruskal well-quasi-orderings və çoxölçülü miqyas üzərində işləyib. O, Amerika Statistika Assosiasiyasının Dostu, Psixometriya Cəmiyyətinin sabiq prezidenti və Şimali Amerika Klasifikasiya Cəmiyyətinin sabiq prezidenti olub. Statistika sahəsində Kruskalın ən önəmli fəaliyyəti çoxölçülü miqyaslamanın formullaşdırılmasına verdiyi töhfələrdir. Kruskal Nyuyork şəhərində anadan olub. Anası Lillian Roz Vorhauz Kruskal televiziyanın yarandığı ilk vaxtlarda tanınmış Oriqami himayədarı olmuşdur.
Karlos Kruz-Diez
Karlos Kruz-Diez (17 avqust 1923[…], Karakas – 27 iyul 2019[…], Nöyi-sür-Sen) — Optik sənət qurucularından sayılan venesuelalı rəssam; kinetik rəsm sənətinin böyük qabaqcıllarından biri. Karlos Kruz-Diez 1923-cü ildə Karakasda anadan olub. O, 1957-ci ildə Əsrarəngiz Sənətlər Məktəbini yaradıb. 1960-cı ildə Parisə köçüb. Əsərləri Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Londonda Teyt Qalereyasında, Parisdə Pompidu Mərkəzində nümayiş etdirilməkdədir. Karakasda, Parisdə və Panamada, habelə Hyustonda rəssamlıq sənət studiyaları olan rəssam 2012-ci ildə Fransanın ən yüksək mükafatı – "Fəxri Legion" ordeni ilə təltif edilib. 27 iyul 2019-cu ildə Parisdə vəfat edib.
Kruassan
Kruassan (fr. croissant) — içərisinə yağ və ya yağlı krem qoyulan aypara şəklində çörək. Kruassanı cem, pendir və ətlə də hazırlayırlar. Osmanlı imperiyası Vyana mühasirəsində uğursuzluğa düçar olub, geri qayıtdıqdan sonra (12 sentyabr 1683) avropalılar sevinc dolu hisslərlə türkləri məğlub etmiş Polşa kralı Sobieskiyə təşəkkürünü müxtəlif formalarda bildirirdi. Yerli Vyana şirniyyatçıları isə o vaxtadək dümdüz hazırlanan kruassanı Osmanlı bayrağı üzərindəki aypara formasında bişirib, Sobieskini təbrik etmişdi.
Krubay bulağı
Krubay bulağı — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir. Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir. Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır. 1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir.
Krubera-Voronya
Krubera mağarası və ya Voronya — Dünyanın ən dərin mağarası. Dərinliyi 2212 metrdir. Gürcüstan ərazisində yerləşir. Hal-hazırda Gürcüstan Respublikasının torpaqlarında yerləşir.
Krubera mağarası
Krubera mağarası və ya Voronya — Dünyanın ən dərin mağarası. Dərinliyi 2212 metrdir. Gürcüstan ərazisində yerləşir. Hal-hazırda Gürcüstan Respublikasının torpaqlarında yerləşir.
Kruds ailəsi (cizgi filmi, 2013)
Kruds ailəsi (ing. The Croods) 2013-cü ilin animasiya və macəra filmidir. Kruds adlı mağara ailəsi inadkar ata Qruqun qida taplamaq üçün qısa müddət istisna olmaqla heç kəsin mağaranı tərk etməsinə icazə verməməsi nəticəsində bir neçə təbii fəlakətdən xilas olur. Yeniyetməlik dövründə olan evin qızı Yip ailəsini sevir, amma yenə də qaranlıqda tez-tez mağaranı tərk edir. Bir gecə işıq görən Yip yenə də mağaradan çıxır və məşəl yandıran müasir insan Qay və onun əhlilləşmiş heyvanı ilə tanış olur. Qay Yipi yaxınlaşan fəlakətə görə xəbərdarlıq edir və qaçması üçün ona kömək təklif edir. Ancaq Yip ailəsi ilə birlikdə qalmağı seçir. Qay kömək lazım olanda onu çağırması üçün Yipə dənizqabığı verir. Ancaq Yip evə qayıdanda çılğın ailəsi onu məhv edir. Səbəb onların yeni olan hər şeydən qorxmaları idi.
Krugosvet
"Krugosvet" — rus dilində universal elektron ensiklopediyadır. Ensiklopediya 2000 -ci ildən inkişaf edir və 2010-cu ilin məlumatlarına görə, 12.700-dən çox məqalə (bunun 7.100-ü tərcümeyi-halı), 12.100-dən çox illüstrasiya, 600 siyasi, tarixi və iqtisadi xəritə, habelə bir sıra tarixi və siyasi sənədlərdən ibarətdir . 1952-1998-ci illərdə ABŞ -da nəşr olunan üç aparıcı ingilisdilli universal ensiklopediyadan biri ( Amerika Ensiklopediyası və Britannica Ensiklopediyası ilə birlikdə) Ensiklopediya Collier əsasında. "Krugosvet" ensiklopediyası http://www.krugosvet.ru saytında pulsuz olaraq mövcuddur. Tam elektron surəti iki CD və ya bir DVD -də almaq olar. Kağız üzərində "Krugosvet" nəşr olunmur. 23 may 2000-ci ildə "Ətrafımızdakı dünya" adlı CD-də Açıq Cəmiyyət İnstitutu"nun (Soros Fondu) yardımı ilə ensiklopediyanın ilk elektron nəşrinin təqdimatı keçirilib. 24 cildlik "American Collier" Ensiklopediyasının tərcüməsi əsas götürüldü, ona 187 rus müəllifi tərəfindən xüsusi olaraq bu nəşr üçün yazılmış orijinal materialın xeyli miqdarı əlavə edildi, yeni məqalələr əlavə edildi, rus biblioqrafiyası verildi, aşkar edilmiş səhvlər Amerika orijinalında düzəlişlər edildi və sonrakı Amerika nəşrləri ilə də nəzərə alındı. 2000-ci ilin lüğəti təxminən 60 min sözdən ibarət idi, diskdəki ensiklopediyada 7 min böyük tematik məqalə, 3 min bioqrafik məqalə, ətraflı astronomik atlas, 600 xəritə və 8 min illüstrasiya var idi. Printerdə çap etmək imkanı da təmin edilib.
Kruiz turizmi
Kruiz — baza qiymətinin tərkibinə gəmi göyərtəsində kompleks xidmət: gəmidə gediş, kayutda yerləşmə (seçilmiş kayut sinfindən asılı olaraq), 3 dəfə qidalanma, əyləncə və adətən gəmidə təşkil olunan bir çox xüsusi tədbirlərdə (bayram, festival, konkurs, konsert və s.) iştirakı özündə birləşdirən dəniz və ya çay turu. Kruiz marşrutları 24 saatdan daha artıq müddət üçün nəzərdə tutulur. Gəmi bir neçə nöqtədə (bir ölkənin limanları, yaxud bir neçə ölkənin limanları) dayanır və turistlərin fərqli ərazilərlə daha yaxından tanış olmaları üçün imkan yaradılır. Kruiz turizmi Avropa və Amerikada çox böyük rəğbət görür. Kruiz turizmi ən təhlükəsiz turizm növlərindən biridir. Kruiz turizminin iki əsas yarımnövü var: dəniz kruizi və çay kruizi. Çay ilə kruiz bahalı turizm növlərinə aid edilir və müasir iqtisadi vəziyyətdə turist marşrutlarında sərnişin daşıma həcminin azalmasına səbəb olur. Çay kruizləri üçün aşağıdakılar xarakterikdir: Dayanıqlı tələbatı formalaşdırmağa imkan verən rəqabət qabiliyyətli qiymətlərin olması; Yüksək xidmətin təşkili; İstirahət, idman, işgüzar gəzinti-seminarlar və s.-ə istiqamətləndirilməsinin mümkünlüyü; Qısa vaxtda təbii və tarixi yerlərlə tanışlığın mümkünlüyü. Kruiz tarixi uzun və dinamik tarixə malikdir. İlk diqqətəlayiq istirahət kruizlərindən bir neçəsi 1822-ci ildə Peninsular & Oriental Steam Navigation Company-nin yaranması ilə başladı.
Kruk (Vayominq)
Kruk rayonu (ing. Crook County) -Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 5 887 nəfər olmuşdur. 2005-ci ildə əhalinin sayı 6 182 nəfərə çatmışdır. Rayonun paytaxtı Sandens şəhəridir.
Kruked-Aylend (Baham adaları)
Kruked-Aylend (ing. Crooked Island) — Baham adalarında adalar qrupu. Aklins körfəzində yerləşir, cənub-şərqin Aklins adası yerləşir. Adalar 1780-ci illərin axırlarında mindən çox kölənin çalışdığı pambıq plantasiyaları quran loyalistlər tərəfindən məskunlaşdırılmışdır. Britaniya imperiyasında köləliyin ləğvindən sonra plantasiyalar əlverişsiz hala düşmüş, sualtı süngər hasilatının gəlir mənbəyi kimi əhəmiyyəti azalmışdır. Adanın sakinləri indiki dövrdə balıqçılıq və kiçik miqyaslı kənd təsərrüfatı ilə məşğuldur. Baham adalarında ilk poçt şöbəsi Kruked-Aylenddə, Pitts-Taun şəhərində açılmışdır. Kruked-Aylend Baham adalarının 32 rayonundan biridir. Ərazinin mahal mərkəzi Kolonel-Hill şəhəridir. Rayonun sahəsi 261 km2, əhalisi 330 nəfərdir.
Krum xan
Qorxunc Krum xan (bolq. Крум Страшни; bilinmir, Avar xaqanlığı – 13 aprel 814, Pliska) — Bulqar xanı. 803-814cü illərdə hakimiyyətdə olmuşdur. Onun dövründə mərkəzi hakimiyyət güclənmiş, qayda-qanun işlənib hazırlanmışdır. Krum xan hakimiyyətə gələndən sonra ilk işi Avar xaqanlığına qarşı hücuma keçmək oldu. Ölkənin ərazisi iki dəfə genişlənərək Bulqar dövləti Frankların qonşusu halına gəldi. Krum xan işğalçılıq siyasəti yeridirdi. Buna görə 807-ci ildə, 809-cu ildə ardıcıl hücumlar edərək Sofiya şəhərini ələ keçirmişdi. 11 iyul 811-ci ildə I Nikiforla danışıqlara cəhd etsə də alınmadı, imperator tarixçi Mixailin sözləri ilə bu dərəcədə qəddar idi: Nikifor, Bizans imperatoru, Bulqarların torpağına getdi: Qalib gəldi və çoxunu öldürdü.Onların paytaxtına çatdı, ələ keçirdi və dağıtdı. Onun vəhşiliyi o dərəcəyə çatdı ki, kiçik uşaqları torpağa bərkidib başlarını daşla əzdirtdi.
Krumlov qəsri
Krumlov qəsri və ya Çeski Krumlov qəsri (çex. Zámek Český Krumlov) — Çexiyanın Cənubi Bohemiya vilayətində, Praqadan 170 km cənub-qərbdə yerləşən qəsr. Öz böyüklüyünə görə, Praqa qəsrindən sonra Çexiyada 2-ci sayılır. Qəsr çox güman ki, Krumlovlu Vitkoviçlər sülaləsindən olan feodal II Böyük Vitek tərəfindən salınmışdır. Krumlov qəsri haqqda ilk yazılı qeyd 1240-cı ilə təsadüf edir. 1253-cü ildə isə qəsr əsaslı şəkildə rekonstruksiya edilmişdi. 1274-cü ildə onun ətrafında Çeski Krumlov şəhərinin əsası qoyulmuşdur. 1302-ci ilin başlaması ilə əlaqədar qəsr bütün vərəsəlik hüquqları ilə Krumlovlu Vitkoviç sülaləsindən miras şəklində Rojmberkli (Rozenberqli) Vitkoviçlərin istifadəsinə verilmişdir. I Yindrjix Rozenberq sülaləsindən olan qəsrin ilk sahibi idi; məhz onun dövründə Aşağı qəsr genişləndirilmişdir. Onun oğlu Rojmberkli I Pyotr († 1347) Yuxarı qəsri inşa etdirmişdir, Rojmberkli II Oldrjix isə onu yenidən qurmuşdur.
Kruna (Nevena Bojoviç mahnısı)
Kruna (azərb. Tac‎) — Serbiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Nevena Bojoviç "Kruna" mahnısı ilə Serbiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi və sözləri Bojoviçə aiddir.