Kuba
Kuba (isp. Cuba), rəsmi adı ilə Kuba Respublikası (isp. República de Cuba) — Kuba adası, Juventud, arxipelaqları əhatə edən 4.195 adadan ibarət ada ölkəsi. Kuba şimali Karib dənizi, Meksika körfəzi və Atlas okeanının kəsişdiyi yerdə yerləşir. Ölkə Yuxatan yarımadasının (Meksika) şərqində, ABŞ-nin Florida ştatının və Baham adalarının cənubunda, Hispaniolanın (Haiti/Dominik Respublikası) qərbində və Yamayka, eləcə də Kayman adalarının şimalında yerləşir. Havana ən böyük şəhəri və paytaxtıdır. Kuba təqribən 11 milyon əhalisi ilə Haiti və Dominik Respublikasından sonra Karib hövzəsində əhalisinə görə 3-cü sırada yer alır.
28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi.
Kuba 11 milyondan artıq insanın vətənidir və Qərb bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir.