Kuril adaları

coğ. Kouriles f pl

kupon
Kurqan
OBASTAN VİKİ
Kuril adaları
Kuril adaları – Kamçatka y-a ilə Hokkaydo a. arasında adalar qrupu. Oxot dənizini Sakit okeandan ayırır. 30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.), çoxlu kiçik ada və qayalardan ibarətdir. Uz. təqr. 1200 km, sah. təqr. 10.5 min. km2.
Kuril adaları problemi
Zelyonı (Kuril adaları)
Zelyonı adası yap. 志発島, rus. Остров Зелёный— Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Habomai arxipelaqının ən iri və ən hündür adalarından biridir. İnzibati cəhətdən Saxalin vilayəti Yujno-Kurilsk şəhər dairəsi ərazisinə daxildir (Rusiya). Günümüzdə ada ərazisində yaşayış yoxdur. Amma Rusiya ərazisində Yapon durasının yuva qurduğu əsas ərazilərdən biridir. Bölgənin əsas endemik canlısı Şikotan tarlasıçanıdır. Ada ilk dəfə 1739-cu ildə Böyük Şimal ekspedisiyasının qruplarından biri, III ranq kapitan Martın Petroviç Şpanberqin rəhbərliyi ilə kəşf edilmiş və xarici görünümünə görə bu cür adlandırılmışdır. 1855-ci ildə imzalanan Simod Traktayına görə adalar rəsmi olaraq Yaponiya imperiyasına verilmişdir.
Şir-Daşı (Kuril adaları)
Şir-Daşı adası (yap. 萌消島, rus. Камень-Лев) — Kuril adalarının Böyük Kuril cərgəsinə daxil olan ada. Uzaqdan uzanmış şiri xatırlatdığından bu cür adlandırılmışdır. İturup adası sahillərində yerləşən Lvinaya Past vulkanının kraterində yerləşən körfəzdə qərarlaşır. Sönmüş vulkanın kraterinin su səthini təşkil edir. Ada ovalvari formaya malik olub 162 metr hündürleyə malikdir. Adanın üzərinin böyük hissəsi mamır və şibyələrlə örtülülmüşdür. Ada bütünlüklə dumanla örtüldüyü zaman naviqasiya üçün böyük təhlükə yaranır. 1945-ci ildən ada SSRİ daha sonradan isə Rusiyanın ərazisi olur.
Kuril qoruğu
Kuril qoruğu — dövlət təbii qoruğu. RSFSR Nazirlər Sovetinin 10 fevral 1984-cü il tarixli 47 nömrəli qərarı ilə Kunaşir adasında və RSFSR-in Saxalin vilayətinin Cənubi Kuril rayonunda Kiçik Kuril cərgəsi adalarında qurulmuşdur. Sahəsi 65 355 hektardır. Qorunan zona 73 475 hektardır. Qoruğun mərkəzi şəhər tipli Yujno-Kurilsk qəsəbəsindədir. Qoruğun yaradılmasında məqsəd təbii proseslərin və hadisələrin təbii gedişatını, flora və faunanın genetik fondunu, bitki və heyvanların ayrı-ayrı növlərini və icmalarını, Cənubi Kuril adalarının tipik və unikal ekoloji sistemlərini qorumaq və öyrənməkdir. Qoruğun təbii kompleksləri misilsizdir və dünyada analoqu yoxdur. Kunaşir ərazisi və Kiçik Kuril silsiləsi Rusiya ilə Yaponiya arasında ərazi mübahisəsinin predmetidir. == Flora və fauna == Bitki örtüyünün əsasını mühafizə olunan ərazinin 70% -dən çoxunu tutan meşələr təşkil edir. Qoruğun ərazisində 227 növ quş (bunlardan 107-si yuva qurur), 29 növ məməli vardır.
Kuril çayı
Dazifora (lat. Dasiphora) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Dasiphora tenuifolia (Willd.
Altıncı Kuril boğazı
Altıncı Kuril boğazı — Sakit okeanda yerləşən boğaz Onekotan və Harimkotan adalarını ayırır. Boğazın eni 15 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Boğaz rus dənizçisi Pyotr Kuzmiç Krenisın şərəfinə adlandırılmışdır.
Beşinci Kuril boğazı
Beşinci Kuril boğazı — Sakit okeanda yerləşən boğaz. Onekotan və Makanruşi adalarını ayırır. Boğazın eni 28 km-dir. Kuril adalarının Böyük Kuril sıralaması arasında qərarlaşır. Bəzən Yevreinov boğazı olaraq adlandırılır. Bu ad isə rus dəniz geodeziyaçısı və səyahətçisi İvan Mixayloviç Yevreinovun şərəfinə verilmişdir.
Birinci Kuril boğazı
Birinci Kuril boğazı (rus. Первый Курилский (Пролив)), (yap. 占守海峡) — Sakit okeandakı Şumşu adasını Kamçatka yarımadasından ayıran, Oxot dənizini Sakit okean ilə birləşdirən boğaz. Uzunluğu 32 km, ən dar eni isə 15 km təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Vostoçnı və Lopatka rifləri, cənub hissəsində Pantareva, Kurbatova, Yukiç burunları vardır. Cənub hissəsində sualtı və suüstü qayalıqlar vardır. Boğaza Koşunu, Ozernaya, Polotinka çayları axır. Sahil xəttində dərinlik 1,0 təşkil edir. 1875–1945-ci illər ərzində boğaz əvvəl Rusiya-Yaponiya sonradan isə SSRİ-Yaponiya sərhəddini təşkil edirdi.
Böyük Kuril cərgəsi
Böyük Kişuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 1200 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 10,1 min. km² təşkil edir. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti ərazisinə daxildir. Kunaşir və İturup kimi adalarına Yaponiya iddia edir. Ən hündür nöqtəsi Alaid vulkanıdır (2339 m). Kruzenştern boğazı və Bussol boğazı ilə 3 qrupa bölünmüşdür. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. Böyük Kuril cərgəsinə daxil olan adalar Kiçik Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır.
Cənubi Kuril boğazı
Cənubi Kuril boğazı — Sakit okeanına daxil olan Kunaşir adasını Şikotan adasındasından ayırır. Boğaz Boyük Kuril adaları qrupunu da Kiçik Kuril adaları qrupundan ayırır. Kunaşir boğazı ilə Xəyanət boğazı vastəsi ilə birləşir. Boğazın sahilində Kunaşir adasında Yujno-Kurils qəsəbəsi yerləşir.
Dördüncü Kuril boğazı
Dördüncü Kuril boğazı — Sakit okeanına daxil olan Ançiferova və Paramuşir adalarını Onekotan və Makanruşi adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 1,5 km təşkil edir. Dərinliyi 1110 m-ə çatır. Sahili qayalı və sıldırımlıdır. Boğazda Vasili, Kapustnı (Paramuşir), Kimberley, İvan-Malı (Onekotan), Polubosnı (Makanruşi) burunları vardır. Bura Bolşaya, ruçi Fomelnı, Krivoy, Novov, Skalnı və Poloqi çayları tökülür. Şimal hissədə Vasili körfəzi yerləşir. Şimalında Lujin boğazı, cənubunda isə Evreinov boğazı yerləşir. Kuril adalarının sıra sayına görə dördüncü olduğü üçün in bu cür adlandırılmışdır.
Kiçik Kuril cərgəsi
Kiçik Kuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 100 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 360.85 km² təşkil edir. Qrupun tərkibinə 6 böyük və bir necə kiçik adalardan ibarətdir. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. Kiçik Kuril cərgəsinə daxil olan adalar Böyük Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır. == Coğrafiyası == İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti, Yujno-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalara Yaponiya iddia edir. Yaponiya adaları Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisinə hesab edir. Qrupa daxil olan adaların səthi hamar və təpəlidir.
Kiçikyarpaq kuril çayı
Kiçikyarpaq dazifora (lat. Dasiphora parvifolia) - dazifora cinsinə aid bitki növü.
Kolşəkilli kuril çayı
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Kuril-Kamçatka çökəkliyi
Kuril-Kamçatka çökəkliyi — Sakit okeannın şimal-qərbində yerləşən çokəklik. Çökəklik Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 2170 km məsafədə uzanır və orta eni 59 km-dir. Maksimal dərinliyi 10542 metrdir (44°00′46″ şm. e. 150°19′13″ ş. u.). Şökəklik pilləvari queuluşa sahibdir. Burada yamacların dikliyi 7°-dir. bir çox güşlü zəlzələlərin episentri rolunu oynayır.
İkinci Kuril boğazı
İkinci Kuril boğazı — Sakit okeanına daxil olan Şumşu adasını Paramuşir adasından ayırır. Sakit okeanını Oxot dənizi ilə birləşdirir. Uzunluğu 30 km, ən dar yeri isə 1,5 km təşkil edir. Dərinliyi 30 metrdir. Sahilləri sıldırımlıdır. Burada Savuşkin, Artyuşkina Opornıy, Krepkiy, Ozernıy, Sibuynıy, Şumnıy burnuları vardır. Boğaza Nasetkina Materskaya, Qorodskaya və Savuşkina çayları tökülür. Şərqində sualtı və su üstü daşlar vardır. Cənub hissədə Ozernaya burnu İkinci Kuril boğazı Levasova boğazına keçir. Orta dərinlik 1 m təşkil edir.
Dünya adaları
Dünya adaları (ərəb. جزر العالم‎) və ya The World — Dubay əmirliyinə aid məhəlli sularında süni şəkildə yaradılmış, quş baxışı olaraq yer kürəsini xatırladan süni arxipelaq. Adalar sahildən 4 km aralıda yerləşir. Dünya adaları inzibati cəhətdən Dubay əmirliyi ərazisinə daxildir və Palma adalarının yaxınlığında salınmışdır. Adalar əsasən şelf dayazlığında yerləşən qumlardan təşkil olunmuşdur. The World layihəsinin təşəbbüskarı Nakheel şirkəti olmuşdur. Dünya adalarının yaradəlması ideyası vəliəhd və BƏƏ Müdafiə naziri şeyx Məhəmməd ibn Rəşid əl-Məktum olmuşdur. Gələcəkdə arxipelaqın sahəsini yeni adaların hesabına artırmaq düşünülür. == Təsviri == Arxipelaqın sahəsi 55 km² təşkil edir. Bu göstərici ilə süni adalar arasında birinci yeri tutur.
Fici adaları
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. == Coğrafiyası == Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. == Ərazisi == Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. == Əhalisi == Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. == Turizm == Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Firnley adaları
Firnley adaları — Rusiyanın Krasnoyarsk diyarı ərazisində, Kara dənizinin şərqində yerləşən arxiprlaq. Materikdən 30 km məsafədə yerləşir. Dörd bir xət üzrə uzanır. Onlar arasında 1,5–3 km məsafə vardır. Adalar Fritof Nansen tərəfindən təşkil edilən Norveç Qütb ekspedisiyası zamanı kəşf edilmişdir.
Flanan adaları
Flanan adası (ing. Flannan Isles) - Şotlandiyanın ərazisinə daxil olan arxipelaq. Digər bir adı Yeddi ovçu adasıdır. Adalar Şotlandiya sahillərindən 32 km (20 mil) məsafədə yerləşir. Flanan adaları VII əsrdə yaşamış irland din xadimi və abbatı Müqəddəs Flananın şərəfinə adlandırımışdır. 56 hektar ərazisi olan ada da eyni adlı mayak yerləşir. 1899-cu ildə inşa olunan və 1971-ci ilə qədər istifadə edilən Flanan mayakında 1900-cu ildə baş vermiş mistik hadisədən sonra Flanan adasının məşhurluğu artmışdır. Ərazidən keçən yük gəmilərinə yol göstərmək vəzifəsini icra edən üç mayak işçisi 1900-cu ilin dekabr ayında mistik şəkildə itkin düşmüşdür. Həmin tarixdən etibarən mayakçıların heç bir izinə rast gəlinmədi. Məşhur hadisədən 71 il sonra da fəaliyyət göstərən mayakın istifadəsi 1971-ci ildə dayandırılmışdır.
Foks adaları
Foks adaları (ing. Fox Islands) — Aleut adaları silsiləsinin şərq hissəsində yerləşən bir qrup ada. "Foks" ingilis dilindən tərcümədə "tülkü" deməkdir. Adalar inzibati cəhətdən Amerikanın Alyaska Ştatının bir hissəsidir. == Coğrafiya == qərbdən şərqə: Aduqak; 31 m; 52°54′17″ şm. e. 169°10′28″ q. u. Ananqula); 53°00′02″ şm. e.
Folklend adaları
Folklend adaları — Argentina ilə Böyük Britaniya arasında Atlantik okeanının cənub-qərb hissəsində yerləşən mübahisəli ərazi. İki böyük adalardan – Şərqi Folklend (Soledad) və Qərbi Folklend (Qrand-Malkina) və 200-ə yaxın kiçik adalardan ibarətdir. Onun sahəsi 12,1 min km2, əhalisi 3 min nəfərdir. Rəsmi dil ingilis dilidir. Hakim din protestant, inzibati mərkəzi Port-Stenli şəhəridir, Şərqi Folklend adasındadır. == Tarix == Argentina uzun zamandır ki, Malvin adaları adlandırdığı bu adaları öz ərazisi hesab edir. Folklend adaları əslində arxipelaqdır. Arxipelaq ilk dəfə 1591-ci ildə ingilis dəniz səyyahı Con Deyvis tərəfindən kəşf edilib. Lakin buraya ilk dəfə özlərinin ayaq basdıqlarını iddia edirlər. Atlantik okeanından Sakit okeana üzən gəmilər üçün xüsusi önəm daşıyan bu mühüm coğrafi məntəqə üstündə ingilislərlə ispanlar uzun onillər boyu mübarizə aparıblar və bu yolda xeyli qan töküblər.
Habibas adaları
Habibas adaları (ərəb. حبيباص‎, fr. Îles Habibas) Əlcəzair sahilindən 12 km aralıda yerləşir. Arxipelaqa daxil olan əsas adanın uzunluğu 1,3 km-dir. Adanın ümumi sahəsi 40 ha-dır. Maksimal hündürlüyü 105 metrdir. Adalar vulkanik mənşəllidir. Habibas adaları Bu-Zecar əyalətinin Ayn-Temuşet vilayətinə daxildir. Adalarda yaşayış məntəqəsi olmasa belə, burada priçal, mayak (1879-cu ildə inşa edilmiş) və bir neçə bina vardır. Adalar İl-Habibas dəniz təbiət parkına daxildir.
Heyberq adaları
Heyberq adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadası ilə Şimal Torpağı arasında yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaqa 4 elədə böyük olmayan ada daxildir: Severnıy, Zapadnıy, Srednıy və Vostoçnıy. Böyük Arktik qoruğu ərazisinə daxildir. Adalar Frityof Nansen tərəfindən kəşf edilir və Norveç Fram qütb ekspedisiyasını maliyyələşdirən Aksel Heyberqin şərəfinə adlandırılır. == Tarixi == 1940-cı ildə arxipelaqda Şimal Dəmiz yolunda naviqasiyanı təmin etmək məqsədilə qütb stansiyası quraşdırılmışdır.