kütlük
Küveyt
OBASTAN VİKİ
Kütüm
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. == Yayılması == Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Kütüm (növ)
Kütüm (lat. Rutilus frisii) — Şüaüzgəclilər yarımsinfinə, Çəkikimilər dəstəsinə aid olan növ. İki yarıpm növü vardır: Kütüm (Rutilus frisii frisii) — Qara və Azov dənizlərimdə yayılmışdır. Kütüm (Rutilus frisii kutum) — Xəzər dənizinin cənub və mərkəzi hissələrində yayılmışdır 75 sm uzunluğa və 6 kq çəkiyə qədər böyüyə bilirlər. Beli tünd, bir az yaşıl, böyürləri gümüşü, qarnı isə ağ olur. Dənizin çayların mənsəbinə yaxın ərazilərində yaşasalarda kürüləmə zamanı çaylara üz tuturlar. Yetkinliyə 4—5 yaşında, 40 sm uzunluğa sahib olarkən çatırlar Dənizdə yaşayan canlılarla, əsasən ilbiz, yengəc, krevetka və s. ilə qidalanır.
Kütüm küküsü
Kütüm küküsü — Azərbaycanın milli xörəklərindən biridir. Əsasən kütüm balığından hazırlanır. Abşeron və Azərbaycanın Lənkəran, Masallı, Səlyan, Neftçala rayonlarında daha çox bişirilir. Kütüm küküsü adətən sacda bişirilirdi. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox qaz sobalarında, tavada da bişirilir. Süfrətə narşərabla və ya limon suyu ilə verilir. Sumaq da istifadə etmək olar. == Lazım olan ərzaqlar == Hisə verilmiş kütüm – 200 q. Göy və ya baş soğan – 35 q. Keşniş – 15 q.
Kütüm ləvəngisi
Ləvəngi — Azərbaycanın Talış mətbəxinə aid milli yemək. İçi doldurulan balıq və ya toyuqdan hazırlanır. Digər bir ləvəngi növü isə badımcan ləvəngisidir. Ləvəngi sözünün ilkin mənası talış dilində "içi doldurulmuş" deməkdir. Talışca "ləvə" — "qarın" deməkdir, qarnı doldurulmuş isə "ləvəngi"dir. Bu sözün başqa mənası isə qoz, soğan və lavaşanadan (alça turşusundan) ibarət qiymədir. == Növləri == Sulu ləvəngi Quru ləvəngi == Kütüm ləvəngisi == Əsasən kütüm (ziyad) balığından hazırlanır. Azərbaycanın Masallı Rayonunda daha çox bişirilir. Ləvəngi adətən təndirdə bişirilir. Texnologiyanın inkişafı ilə əlaqədar son illər daha çox elektrik sobalarda da bişirilir.
Təndirdə qızardılmış kütüm
Təndirdə qızardılmış kütüm — Azərbaycanın milli yeməyi. Azərbaycanın cənub bölgələrində daha çox bişirilir. Süfrəyə narşərab və ya limon suyu ilə verilir. Kütüm balığı – 250 q. Pomidor – 50 q. Xiyar – 50 q. Baş soğan – 30 q. Keşniş – 15 q. Narşərab – 15 q. İstiot – zövqə görə.

Digər lüğətlərdə