Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ziyad Abbasov
Abbasov Ziyad Mehralı oğlu (10 oktyabr 1939, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü. Ziyad Abbasov 1939-cu ilin oktyabr ayının 10-da Göyçə mahalının Kəsəmən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxumuş, 1958–1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırkı Azərbaycan Aqrar Universiteti-ADAU) mexanikləşdirmə fakültəsində təhsil almışdır. 18 dekabr 1965-ci ildən 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutunda (indiki "Aqromexanika" EİM) kiçik elmi işçi, aspirant, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri, elmi işlər üzrə direktorun müavini, direktor vəzifələrində, 2007–2011-ci illərdə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyib, hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri vəzifəsində çalışır. 1974-cü ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edib, 1976-cı ildə Z.Abbasovun namizədlik dissertasiyası keçmiş SSRİ-nin "ВНЕШТЕХНИКА" Birliyin tərəfindən keçmiş Almaniya Demokratik Respublikasına kontrakt əsasında satılmışdır. Z.Abbasovun elmi rəhbərliyi altında 1974–1994-cü illərdə ixtira və patentlər səviyyəsində orijinal enerji qoruyucu texnologiya və maşınlar kompleksi yaradılmışdır. Dövlət sınağından müvəffəqiyyətlə çıxmış 8 ədəd yeni maşın və tərtibatlar Çexoslovakiya, Macarıstan, Vyetnam, Monqolustan, Rumıniya və İranda keçirilmiş beynəlxalq sərgilərdə, keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (ВДНХ) nümayiş etdirilərək sərgilərin iki qızıl, iki bürünc medallarına və birinci dərəcə diplomlarına layiq görülmüşdür. Z.M.Abbasov 200-dən çox elmi əsərlərin, 2 monoqrafiyanın, 2 dərslik və 30-dan çox ixtira və patentin müəllifidir. Ziyad Abbasovun müəllifi olduğu "Kənd təsərrüfatı maşınqayırma texnologiyası" adlı dərsliyinin ikinici nəşri azərbaycan və ingilis dillərində Almaniyada dərc edilərək yayılmışdır. Onun yaratdığı enerji resurs və torpaqqoruyucu texnologiya və maşınlar kompleksi SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə 1986–1995-ci illər üzrə SSRİ miqyasında perspektiv maşınlar sisteminə daxil edilərək, Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində tətbiq edilmiş və tərəvəz-bostançılığın mexanikləşməsində "Azərbaycan Texnologiyası" adı ilə keçmiş SSRİ miqyasında tanınmışdır.
Ayətxan Ziyad
İsgəndərov Ayətxan Ziyatxan oğlu (D. 15 oktyabr 1951, Hacıqabul) — azərbaycanlı yazıçı-jurnalist, tədqiqatçı. SSRİ Jurnalistlər İttifaqının (1980), Azərbaycan Jurnalistlər Birliyinin (2010), Azərbaycan Yazıçılar Birliyinin (2015) üzvü. == Həyatı == Ayətxan Ziyad (İsgəndərov) 15 oktyabr 1951-ci ildə Hacıqabul şəhərində dünyaya gəlmişdir. 1959–69-cu illərdə Hacıqabul şəhəri Xilə yaşayış massivindəki 9 saylı dəmir yolu məktəbində təhsil almışdır. 1969-cu ilin avqustunda (orta təhsilini başa çatdırdığı il) Əlibayramlı şəhər Partiya Komitəsinin orqanı olan "İşıq" qəzetində dərc etdirdiyi iki məqalə ilə fakültə olaraq ilk dəfə həmin il fəaliyyətə başlayan ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ qazanmış və adı çəkilən fakültənin tələbəsi olmuşdur. Fakültənin yaradıcısı Nurəddin Babayevdən, akademik Məmməd Cəfərdən, professor Mir Cəlal Paşayevdən, Təhsin Mütəllimov, Zinyət Əlizadə və Əli Fəhmidən, Nəsir İmanquluyev, Seyfulla Əliyev, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəriman Zeynalov, Nüsrət Bağırov, Yalçın Əlizadə, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov və Əliş Nəbilidən dərs almışdır. Tələbəlik illərində (1969–1975) Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi Qapalı Səhmdar Cəmiyyət) fəal ştatdankənar müxbirlərindən olmuşdur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışdığı dövrdə (1976–1994) Qarabağ müharibəsinin ilk günlərindən ATƏŞKƏS-ə qədər hər ay bir, yaxud iki dəfə (hər dəfə bir həftə müddətinə) cəbhə bölgələrində ezamiyyətdə olmuş, dinləyicilərinə səngərlərdən əsgər həyatından reportajlar təqdim etmişdir. Hazırladığı verilişlər Dövlət Teleradiosunun Qızıl Fondunda və Müdafiə Nazirliyinin arxivində saxlanc edilmişdir. Ağdam, Füzuli, Tərtər, Şuşa, Xankəndi və Naxçıvan MR-də döyüş bölgələrindən hazırladığı verilişlər "Ədalət" qəzetinin keçirdiyi müsabiqədə xüsusi mükafata layiq görülmüşdür.
Aşıq Ziyad
Aşıq Ziyad (tam adı. Məmmədov Ziyad Nadir oğlu) (d.1911, Daşkənd, Göyçə - itkin düşüb, Ukrayna, Sevastopol. 30.06.1942) — ifaçı aşıq. == Həyatı == Məmmədov Ziyad Nadir oğlu 1911-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində doğulmuşdur. O, Aşıq Ələsgərin məşhur şəyirdlərindən olan Böyük Qaraqoyunlu kəndindən Aşıq Əsədin şəyirdi olmuşdur. Elə şəyirdlik vaxtı da Aşıq Əsədin qızı Sürayəni sevib almışdır. Aşıq Ziyad qısa bir müddətdə nəinki Daşkənddə və eləcə də Göyçə mahalında ustad aşıqlardan biri kimi tanınmışdır. 1937-ci ildən ÜİLKGİ-nin üzvü olmuşdur. 1941-ci ilin sentyabr ayında Basarkeçər RHK-dan orduya çağırılmışdır. Baş çavuş Məmmədov Ziyad Nadir oğlu 21-ci ehtiyat atıcı dvizyanın 102-ci ehtiyat atıcı alayının manqa komandiri və atıcısı olmuşdur.
Ziyad Həmidov
Ziyad Mehdiyev
Ziyad Muradov
Ziyad Muradxan oğlu Muradov ( 3 fevral 1991 ci il Füzuli rayonu-20 oktyabır 2020 ci il Füzuli rayonu ) Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.Muradov Ziyad 1991 ci il fevral ayının 3-ü Füzuli rayonun Arış kəndində dünyaya göz açıb. Azərbaycan Ordusunun çavuşu olan Ziyad Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli,Cəbrayıl,Xocavənd Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyad Muradov oktyabrın 20 sin də Füzuli uğrunda gedən döyüşlər zamanı baş nahiyəsindən ağır zərbə alaraq şəhidlik zirvəsinə ucalmışdır. Zabratda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ziyad Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyad Səmədzadə
Ziyad Əliabbas oğlu Səmədzadə (25 iyun 1940, Bakı) — Azərbaycan alimi, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü (1989), Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Ziyad Səmədzadə 1940-cı ilin iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962–1965-ci illərdə SSRİ Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil almış və elə həmin institutda namizədlik dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə Ziyad Səmədzadə 31 yaşında dissertasiya müdafiə edərək iqtisad elmləri doktoru alimlik dərəcəsi alır. 1977-ci ildə ona professor adı verilir. 1976–1978-ci illərdə o, Azərbaycan SSR Dövlət Plan Komitəsi Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu direktorunun birinci müavini, 1978–82-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun elmi işlər üzrə prorektoru olmuşdur. 1980-ci ildə Z. Səmədzadə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə Akademiyanın həqiqi üzvü seçilir. 1983–1993-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan Respublikası Ali Sovet sədrinin birinci müavini, Baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TASİS və TRASEKA proqramları üzrə Azərbaycanın Milli Koordinatoru olmuşdur. Z. Səmədzadə dağ rayonlarının problemlərinin kompleks elmi təhlil edilməsi təşəbbüsünü irəli sürmüş və bu işlərə elmi rəhbərlik etmişdi.
Ziyad Zərbaliyev
Ziyad balığı
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Ziyad Əmrahov
Tariq İbn Ziyad
Tariq İbn Ziyad(طارق بن زياد) — Əməvilərin Əlcəzair bərbəri mənşəli müsəlman sərkərdəsi. 711–718-ci illərdə İspaniyada vesqotlara qarşı mübarizə aparmış və İspaniyanı fəth etmişdir. 670-ci ildə İranda doğulmuşdur. Ərəblərin Şimali Afrikanı fəthi sırasında Musa İbn Nusayrın ordusunda idi. Xəlifə 711-ci ildə Tariq İbn Ziyad Mardanşahı 7000 nəfərlik ordu ilə İspaniyanı fəth üçün göndərir. Müsəlmanlar İspaniya sahillərinə çıxan kimi Tariq İbn Ziyadın əmriylə bütün gəmilər yandırılır. Tezliklə Tariq Vestqot hökmdarı Roderikin böyük ordusunu Quadalete ətrafında darmadağın edir.
Übeydulla ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı cariyə idi. Ziyad, I Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
Übeydullah ibn Ziyad
Übeydulla ibn Ziyad (648, Bəsrə – 6 avqust 686) — Əməvilər xilafətinin sərkərdəsi. Ubeyd Allah qəbilə mənşəyi qaranlıq olan Ziyad ibn Əbihinin oğlu idi; anası isə Murcana adlı cariyə idi. Ziyad, I Müaviyənin (661-680-ci illər) hakimiyyəti dövründə İraqın və həmin vilayətin şərqindəki, ümumi adıyla Xorasan kimi tanınan torpaqların Əməvi valisi vəzifəsində çalışmışdır. Ziyadın oğlu Übeydullah atasından sonra I Müaviyənin əmri ilə 672-ci ildə Xorasan vilayətinə vali təyin olundu. Həmin ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. 675-ci ildə xəlifə I Müaviyə Bəsrə şəhərini ona təslim etdi.
Ziyad Hemidov Rahil oglu
Akademik Ziyad Səmədzadə (film, 2010)
Akademik Ziyad Səmədzadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2010-cu ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadə haqqındadır. == Məzmun == Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadənin həyatı və elmi fəaliyyətinə həsr olunmuşdur.
May Ziyadə
May Ziyadə (ərəb. مي زيادة‎, 11 fevral 1886 və ya 1886, Fələstin, Suriya vilayəti, Osmanlı imperiyası və ya Nazaret – 17 oktyabr 1941 və ya 1941, Qahirə, Misir krallığı[d]) — Nazaretdən yazıçı. Cübran Xəlil Cübranla məktublaşdı.
Abbasqulu xan Ziyadoğlu-Qacar
Abbasqulu xan Uğurlu xan oğlu Ziyadoğlu-Qacar (1642, Gəncə – bilinmir, Gəncə) — Qarabağ bəylərbəyi, Səfəvi ordusunun komandanı (sərdar - general), səfir. == Həyatı == Abbasqulu xan Uğurlu xan oğlu II Şah Səfinin (Süleymanın) yaxın adamlarından sayılırdı. Bir müddət Bərdənin hakimi olmuşdu.Gürcüstan valisi Georgiyə mehmandarlıq etmişdi. Atasının vəfatından sonra, 1666-cı ildə Qarabağın və 1688-ci ildən 1694-cü ilədək kaxetiyanın hakimi oldu. Şah Sultan Hüseyn Səfəvi onu Qarabağ və kaxetiyadan çağırıb İsfahana gətirtdi. Abbasqulu xan Şah Sultan Hüseynin hakimiyyətinin ilk dönəmində bütün Qızılbaşlar ordusunun başında durmuşdu. Abbasqulu xan ordu komandanı kimi Süleyman paşanı məğlub etmişdi. Üsyançı Baban kürdlərini cəzalandırmışdı. Qasım sultan Avramini öldürmüşdü. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Adil xan Ziyadxanov
Adil xan Əbülfət ağa oğlu Ziyadxanov (d., 25 sentyabr (7 oktyabr) 1870, Yelizavetpol – 14 dekabr 1957, İstanbul) — Gəncə xanı Cavad xanın və Qacar vəliəhd-şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadimi, alimi və diplomatı. AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır. == Həyatı == Əbülfət ağanın üçüncü oğlu Adil xan 25 sentyabr (7 oktyabr) 1870-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsidir. Anası Azər Humayun xanım naibüssəltənə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzənin qızıdır. Şahverdi xan və İsmayıl xan adlı iki böyük qardaşı olmuşdur. Adil xan Ziyadxanov 1957-ci ildə İstanbulda vəfat etmişdir. === Təhsili === Orta təhsilimi Gəncə Kişi Gimnaziyasında almışdır. 1894-cü ilin 1 iyununda ali təhsilini Moskva Universitetinin hüquq fakültəsində bitirmişdir. == Fəaliyyəti == === Çar dövrü === Avropa və Şərq dillərini əla bilib.
Fəqan Ziyadov
Hüseynəli xan Ziyadoğlu-Qacar
Hüseynəli xan Qacar (İrəvan – 9 noyabr 1783 və ya 1783, İrəvan) — İrəvan xanı (1759/1760-1783-cü illər), Osmanlı sultanının xüsusi fərmanla Anadolu vilayətlərinin bəylərbəyi gəriliyi titulu bəxş etdiyi dövlət xadimi. == Hakimiyyəti == İrəvan xanlığında Həsənəli xan Qacarın ölümündən sonra hakimiyyətdə onu qardaşı Hüseynəli xan Qacar (1759/1760-1783-cü illər) əvəz etdi. Əgər İrəvan xanlığının yaranması Mirmehdi xan Əfşarın adı ilə bağlıdırsa, xanlığın güclənməsi də Hüseynəli xanın xidmətləri olmuşdu. Hüseynəli xan daxili siyasətdə xanlığın iqtisadi cəhətdən möhkəmlənməsinə diqqət yetirirdisə, xarici siyasətdə İrəvanın tam müstəqilliyinə nail olmaq və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq siyasəti yeridirdi. === Dağıstan xalqları ilə münasibətlər === 1760-cı ilin avqustunda Dağıstan qoşunları İrəvana yürüş etdilər. Hüseynəli xan onlara qarşı qoşun göndərdi və baş vermiş döyüşdə Dağıstan qoşunu məğlub olaraq geri çəkildi. Lakin əlavə kömək alan dağıstanlılar Araz çayına qədər gəlib çatırlar. Dağıstan qoşunu qarətçilik əməllərini sona çatdırdıqdan sonra geriyə dönərkən, Kartli-Kaxetiya qoşunları qəflətən onlara hücum edərək qoşunlarını məğlub etdilər. Bu hadisə Kartli-Kaxetiya çarlığının İrəvan xanlığı üzərində təsirini daha da möhkəmləndirmişdi. === Kartli-Kaxeti çarlığı ilə münasibətlər === Hüseynəli xan hakimiyyəti illərində İrəvan xanlığının sərhədləri daha da genişlənərək Şörəyel bölgəsini də əhatə etmişdi.
Həsənəli xan Ziyadlı-Qacar
Həsənəli xan Ziyadlı-Qacar — 1755-ci ildən 1759-cu ilə qədər İrəvan xanlığının xanı. == Həyatı == Həsənəli xan İrəvan şəhərində Xəlil xanın ailəsində dünyaya gəlmişdir. Onun ailəsi Qacar tayfasının Qovanlı və ya Ziyadlı tirəsinə mənsub olmuşdur. O, hakimiyyətə 1755-ci ildə xalqın üsyan nəticəsində Xəlil xan Özbəyi devirməsindən sonra gəlmişdir. Ona bu işdə Azad xan Əfqan da yardım etmişdir. Bəzi qaynaqlarda göstərilir ki, 1755-ci ildə yerli feodallardan Həsənəli xan Ziyadlı-Qacar, Xəlil xan Özbəyi müdafiə edən Azad xanın İranda Kərim xan Zəndin yanında heç bir nüfuz sahibi olmamasından istifadə edib, İrəvanda saray çevrilişi edərək hakimiyyəti ələ aldı. Qaynaqların bildirdiyinə görə, artıq 1755-ci ildə İrəvanda hakimiyyət Həsənəli xan Qacara aid olmuşdu. O, Qacar tayfasının yerli sülaləsinin nümayəndəsi idi. İvan Şopenin məlumatına əsasən, Həsənəli xan Qacarın hakimiyyətə gəlməsindən etibarən İrəvanda xanlıq və ya hakimlik irsi xarakter almışdır. Həsənəli xan Qacarın hakimiyyəti dövründə Kartli-Kaxeti çarlığının İrəvan üzərinə olan yürüşləri daha intensiv xarakter almağa başladı.
Həsənəli xan Ziyadoğlu-Qacar
Həsənəli xan Ziyadlı-Qacar — 1755-ci ildən 1759-cu ilə qədər İrəvan xanlığının xanı. == Həyatı == Həsənəli xan İrəvan şəhərində Xəlil xanın ailəsində dünyaya gəlmişdir. Onun ailəsi Qacar tayfasının Qovanlı və ya Ziyadlı tirəsinə mənsub olmuşdur. O, hakimiyyətə 1755-ci ildə xalqın üsyan nəticəsində Xəlil xan Özbəyi devirməsindən sonra gəlmişdir. Ona bu işdə Azad xan Əfqan da yardım etmişdir. Bəzi qaynaqlarda göstərilir ki, 1755-ci ildə yerli feodallardan Həsənəli xan Ziyadlı-Qacar, Xəlil xan Özbəyi müdafiə edən Azad xanın İranda Kərim xan Zəndin yanında heç bir nüfuz sahibi olmamasından istifadə edib, İrəvanda saray çevrilişi edərək hakimiyyəti ələ aldı. Qaynaqların bildirdiyinə görə, artıq 1755-ci ildə İrəvanda hakimiyyət Həsənəli xan Qacara aid olmuşdu. O, Qacar tayfasının yerli sülaləsinin nümayəndəsi idi. İvan Şopenin məlumatına əsasən, Həsənəli xan Qacarın hakimiyyətə gəlməsindən etibarən İrəvanda xanlıq və ya hakimlik irsi xarakter almışdır. Həsənəli xan Qacarın hakimiyyəti dövründə Kartli-Kaxeti çarlığının İrəvan üzərinə olan yürüşləri daha intensiv xarakter almağa başladı.
III Uğurlu xan Ziyadoğlu-Qacar
Uğurlu xan Ziyadoğlu-Qacar — Gəncənin sonuncu xanı Cavad xanın oğlu. == Həyatı == Uğurlu xan Cavad xan oğlu 1781-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Saray təlim-tərbiyəsi, təhsili almışdı. O, 1804-cü ilin yayında Gəncəbasarda işğalçılara qarşı üsyan qaldırsa da, məğlub olub İrana getməyə məcbur oldu. O, 1826-cı ildə Abbas Mirzənin və yerli əhalinin köməkliyi ilə İkinci Rus-İran müharibəsi zamanı yenidən Gəncəyə qayıtsa da, 40 gündən sonra yenidən şəhəri tərk etməli oldu. 1826-cı il sentyabrın 13-də baş vermiş Gəncə döyüşündə əsir düşən Uğurlu xan bir müddət ruslar tərəfindən Stavropolda sürgündə saxlanıldı. Yalnız Türkmənçay müqaviləsindən sonra o, İrana qayıda bildi. Şamxor döyüşündən sonra Uğurlu xan bacısı Püstə bəyimi özü ilə İrana apardı. 1826-ci ilin 26 iyulunda Cavad xanın oğlu Uğurlu xan Gəncəni yenidən ələ almış və qısa bir müddətdə də olsa, xanlığı bərpa edə bilmişdi. Uğurlu xan qeyri-adi cəsarəti və sərkərdəlik bacarığı ilə fərqlənirdi.
II Məhəmməd xan Ziyadoğlu-Qacar
II Məhəmməd xan Ziyadoğlu-Qacar (1738, Gəncə – 1789, Şuşa) — Gəncə xanı (1778–1780) == Həyatı == 1778-ci ildə Gəncənin hakimi II Məhəmməd xan Şahverdi xan oğlu oldu. Məhəmməd xan qəddarlığa qurşanıb qohum-qardaşlarını zəlil etdi. Şirazdan qayıtmış əmisi Rzaqulu xanı dünya işığına həsrət qoydu. Kor olmuş Rzaqulu xan siyasi səhnədən çəkildi. 1780-ci ildə İbrahimxəlil xan Sarıcalı-Cavanşir Gəncəyə yürüş edib Məhəmməd xanı və oğlu Аğa bəyi əsir tutub Şuşaya gətirdi. Gəncəni Qarabağ valisi Həzrətqulu bəy idarə etməyə başladı. İbrahimxəlil xan Cavanşir 1789-ci ildə Məhəmməd xanı edam etdirdi. == Ailəsi == Məhəmməd xan Surxay xan Qazıqumuxlunun bacısı Hürü bikə ilə ailə qurmuşdu. Ağa bəy adlı oğlu, Bilqeyisbanu bəyim, Şərəfcahan bəyim adlı qızları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi.
II Uğurlu xan Ziyadoğlu-Qacar
II Uğurlu xan Ziyadoğlu-Qacar (Gəncə – 1738, Gəncə) — qızılbaş sərkərdəsi, Qarabağ bəylərbəyi. == Həyatı == II Uğurlu xan Kəlbəli xan oğlu Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Atasından sonra Gəncə-Qarabağın bəylərbəyi təyin edilmişdi. II Uğurlu xan Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışdı. Şamaxı şəhəri üsyançılar tərəfindən zəbt edildikdən sonra Şirvanı, digər əraziləri də ələ keçirildi. Şamaxının tutulması xəbəri tezliklə bütün ölkəyə yayıldı. Bundan təşvişə düşmüş Gəncə və İrəvan hakimləri şaha müraciət edərək ondan kömək istədilər. Lakin bu dövrdə şahın özünə kömək lazım idi. Üsyan etmiş əfqan tayfaları öz hücumları ilə ölkənin paytaxtını qorxu altında saxlayırdılar.
II Şahverdi xan Ziyadoğlu-Qacar
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). == Həyatı == Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
Mir Mehdi xan Ziyadlı-Qacar
Mirmehdi xan —1747-ci ildən 1752-ci ilə qədər hakimiyyətdə olmuş ilk İrəvan xanlığı xanı. O, hakimiyyətə Nadir şahın ölümündən sonra gəlmişdir. Lakin bəzi mənbələrdə onun hələ Nadir şahın sağlığında da İrəvanın hakimi olduğu yazılmaqdadır. Mir Mehdi xan mənşəcə Azərbaycan türklərinin Əfşar boyunun Qasımlı tirəsindəndir. 19-u iyuldan 20-ə keçən gecə Nadir şahın öldürülməsindən sonra onun imperiyasında böyük qarışıqlıq dövrü başladı və taxt uğrunda müxtəlif iddialar səsləndirildi. Bu qarışıqlığın sonunda Nadir şahın qardaşının oğlu Əliqulu xan Adil şah adı altında özünü şah elan etdi. Lakin bu yeni şah feodal xanlıqların formalaşmasının qarşısını ala bilmədi. Bu zaman Təbrizin hakimi Əmiraslan xan Əfşar generallarından biri olan Mir Mehdi xan Əfşarı İrəvandakı üsyanı yatırmaq üçün göndərdi. Lakin sonda Mir Mehdi xan üsyançılarla razılığa gəlib üsyana qatıldı və ona rəhbərlik etməyə başladı. O, ətrafına Əfşar döyüşçülərini də qataraq təxminən 30 min nəfərlik ordu düzəltdi və Əmiraslan xana qarşı çıxdı.
Məhəmməd xan Qacar Ziyadlı
Məhəmməd xan Həsənəli xan oğlu Ziyadlı-Qacar (?—?) — İrəvan xanlığının hakimi (1805–1806), Rus-İran savaşlarının iştirakçısı, Abbas mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi. Məhəmməd xan Həsənəli xan oğlu İrəvan şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi, saray təhsili almışdı. Onun gəncliyi haqqında mənbələr günümüzə çox az gəlib çatmışdır. Bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır. 1783-cü ildə hakimiyyətə gəlmiş Qulaməli xan, hakimiyyətə gəldiyi günlərdən təcrübəsiz və gənc olduğu üçün digər dövlətlərlə əlaqə saxlayırdı. Səkkiz aylıq hakimiyyətdə olan Qulaməli xan, 1784-cü ilin yayında sui-qəsd nəticəsində qətlə yetirildi. Beləliklə, xarici düşmənlərin İranda siyasi nüfuzu, nəzarəti itirmək istəməyən bir sıra güclərin və hakimiyyət uğrunda mübarizə aparan yerli qruplaşmaların fəaliyyətinin nəticəsi olan bu sui-qəsd İrəvanda siyasi-sosial durumu daha da kəskinləşdirdi. Daxili və xarici durumda gərginlik artmaqda davam etdi. Sui-qəsddən sonra İrəvan əhalisinin əksəriyyəti Qulaməli xanın 12 yaşlı qardaşı Məhəmmədi xan seçdi.
Məhəmməd xan Ziyadlı-Qacar
Məhəmməd xan Həsənəli xan oğlu Ziyadlı-Qacar (?—?) — İrəvan xanlığının hakimi (1805–1806), Rus-İran savaşlarının iştirakçısı, Abbas mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi. Məhəmməd xan Həsənəli xan oğlu İrəvan şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi, saray təhsili almışdı. Onun gəncliyi haqqında mənbələr günümüzə çox az gəlib çatmışdır. Bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır. 1783-cü ildə hakimiyyətə gəlmiş Qulaməli xan, hakimiyyətə gəldiyi günlərdən təcrübəsiz və gənc olduğu üçün digər dövlətlərlə əlaqə saxlayırdı. Səkkiz aylıq hakimiyyətdə olan Qulaməli xan, 1784-cü ilin yayında sui-qəsd nəticəsində qətlə yetirildi. Beləliklə, xarici düşmənlərin İranda siyasi nüfuzu, nəzarəti itirmək istəməyən bir sıra güclərin və hakimiyyət uğrunda mübarizə aparan yerli qruplaşmaların fəaliyyətinin nəticəsi olan bu sui-qəsd İrəvanda siyasi-sosial durumu daha da kəskinləşdirdi. Daxili və xarici durumda gərginlik artmaqda davam etdi. Sui-qəsddən sonra İrəvan əhalisinin əksəriyyəti Qulaməli xanın 12 yaşlı qardaşı Məhəmmədi xan seçdi.
Məhəmməd xan Ziyadoğlu-Qacar
Məhəmməd xan Həsənəli xan oğlu Ziyadlı-Qacar (?—?) — İrəvan xanlığının hakimi (1805–1806), Rus-İran savaşlarının iştirakçısı, Abbas mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi. Məhəmməd xan Həsənəli xan oğlu İrəvan şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyəsi, saray təhsili almışdı. Onun gəncliyi haqqında mənbələr günümüzə çox az gəlib çatmışdır. Bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır. 1783-cü ildə hakimiyyətə gəlmiş Qulaməli xan, hakimiyyətə gəldiyi günlərdən təcrübəsiz və gənc olduğu üçün digər dövlətlərlə əlaqə saxlayırdı. Səkkiz aylıq hakimiyyətdə olan Qulaməli xan, 1784-cü ilin yayında sui-qəsd nəticəsində qətlə yetirildi. Beləliklə, xarici düşmənlərin İranda siyasi nüfuzu, nəzarəti itirmək istəməyən bir sıra güclərin və hakimiyyət uğrunda mübarizə aparan yerli qruplaşmaların fəaliyyətinin nəticəsi olan bu sui-qəsd İrəvanda siyasi-sosial durumu daha da kəskinləşdirdi. Daxili və xarici durumda gərginlik artmaqda davam etdi. Sui-qəsddən sonra İrəvan əhalisinin əksəriyyəti Qulaməli xanın 12 yaşlı qardaşı Məhəmmədi xan seçdi.
Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar
Məhəmmədhəsən xan Ziyadoğlu-Qacar (1742-1778), Gəncə xanı (1760-1778) Məhəmmədhəsən аğа Şahverdi xan oğlu 1742-ci ildə Gəncə şəhərində аnаdаn оlmuşdu. Müкəmməl sаrаy təhsil-tərbiyəsi görmüşdü. Аtаsı vəfаt еdəndən sоnrа хаnlığа yiyələndi. О, bir dövlət хаdimi кimi böyüк bаcаrıq nümаyiş еtdirərəк, Gəncə хаnlığının müstəqilliyini möhkəmləndirir, onun çiçəklənməsinə səbəb оldu. Məhəmmədhəsən хаn Gəncəni Gürcüstan аsılılığındаn аzаd еtdi. 1778-ci ildə Məhəmmədhəsən хаnı qаrdаşı Məhəmməd хаn dеvirib yеrinə кеçdi. Məhəmmədhəsən хаnın Əli аğа аdlı оğlu vаrdı. Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
Məhəmmədqulu xan Ziyadoğlu-Qacar
Məhəmmədqulu xan Qacar (v. XVII əsr) — Səfəvilərin hərbi komandanı və məmuru. 1616–1627 və 1633-cü illərdə Qarabağ bəylərbəyi vəzifəsində çalışıb. O, türkman Qacar tayfası Ziyadoğlu qolunun üzvü, özündən əvvəlki bəylərbəyi olan Məhəmməd xan Qacarın oğlu idi. Təxminən 1620-ci ildə Peykər xan İyirmi Dörd Kaxetinin yeni bəylərbəyi təyin edilməsi münasibətilə o vaxtkı padşah I Abbas (1588–1629) tərəfindən III Luarsabın (Kartli II Luarsab) bacısı verildikdə, Məhəmmədqulu xan Qacara isə Tahmuras xan (Kaxetili I Teymuraz) bacısı verildi. 1624-cü ildə şah I Abbas nəvəsini Səmayun xanla (Kartlili II Simon) evləndirəndə, Əbdülqaffarın (Səfəvilərin xidmətində olan Kartlinin gürcü Amilaxori ailəsindən olan zadəgan) xanımı gəlinə yoldaşlıq etdi, Məhəmmədqulu xan Qacar ​​isə ikinci müddət ərzində Peykər xan İyirmi Dörtə toy ziyafətini aparmağı əmr etdi. Dumin, S.V., redaktor Дворянские роды Российской империи. Том 3. Князья [Noble families of the Russian Empire. Volume 3: Princes] (Russian).
Peykər sultan Ziyadoğlu-Qacar
Peykər sultan Ziyadoğlu-Qacar (Gəncə və ya Səfəvilər – 1580, Şirvan bəylərbəyliyi və ya Səfəvilər) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin tdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
Qulaməli xan Ziyadoğlu-Qacar
Qulaməli xan Qacar — İrəvan xanı. 1783-cü il noyabrın 9-da Hüseynəli xan Qacar xəslələnərək vəfat etdi. Xanın vəsiyyətinə əsasən hakimiyyətə böyük oğlu, 15 yaşlı Qulaməli xan Qacar gəldi. Knyaz Baqrationun İrəvan xanlığında Qulaməli xanın oturması ilə razılaşmasını İrəvan zadəganları birmənalı qiymətləndirərək elə güman etdilər ki, bu işdə II İraklinin əli vardır. Odur ki, yeni xana o qədər də etibar etmirdilər. Qulaməli xan atasının dəfni ilə məşğul olarkən yerli əyanlardan Usmi bəy tərəfdarları ilə üsyan qaldıraraq İrəvan qalasını ələ keçirdilər. Lakin mərhum Hüseynəli xanın keçmiş tərəfdarlarının da köməyi ilə yatırıldı. Qulaməli xanın səkkiz aylıq hakimiyyəti İrəvan xanlığının ən ziddiyyətli dövrlərindəndir. Onun hakimiyyəti dövründə xanlıqda öz mövqeyini möhkəmləndirmək üçün Osmanlı dövləti ilə Rusiya qüvvələri arasında gizli mübarizə gedirdi. Qulaməli xanın çox gənc və təcrübəsiz olmasından istifadə edən bu iki dövlət İrəvan hakimini öz tərəfinə çəkməyə çalışırdı.
Rəhim xan Ziyadoğlu-Qacar
Rəhim xan Ziyadoğlu-Qacar —Gəncə xanı (1786) 1786-cı ildə gəncəlilər üsyаn qаldırıb İbrahimxəlil xanın valisi Həzrətqulu bəyi Qarabağlını Gəncədən qоvdulаr. Gəncənin hакimi Şаhvеrdi хаnın оğlu Rəhim хаn оldu. Rəhim хаn hеç bir il də Gəncəyə bаşçılıq еdə bilmədi. İbrahimxəlil xan Cavanşir оnu yıхıb yеrinə qаrdаşı Cavad xanı təyin еtdi. Rəhim хаn II Irакlinin yаnınа qаçdı. Irакlidən pul və qоşun аlsа dа, iş аşırа bilmədi. Cavad xan sоnrа Ibrаhimхəlil хаndаn üz döndərib Аğаməhəmməd хаn Qоvаnlı-Qаcаrа bеl bаğlаdı. Elə bu zamanlarda Cavad xan Qarabağdan üz döndərmişdi. Ibrаhimхəlil хаn Rəhim хаnı dəstəкləməyi qərаrа аldı. Müttəfiqlərindən güclü кöməк аlıb Gəncəyə yürüş еtdi.
Murtazaqulu xan Ziyadoğlu
Murtazaqulu xan Ziyadoğlu — Türkman Qacar tayfasınım qolu olan Ziyadoğlu ailəsinə mənsub olan Səfəvi imperiyası hərbi xadimi. Murtazaqulu xan Ziyadoğlu 1651-ci ildən etibarən Səfəvi Gürcüstanının bir hissəsi olan Kaxetinin hakimi təyin edilmişdir. Elə həmin ildən etibarən o, eyni zamanda mərkəzi Gəncədə yerləşən Qarabağ bəylərbəyliyinin də idarəçiliyini öz üzərinə götürdü. O dövrdə Gürcüstanın idarəsi Qarabağa tabe etdirilmişdi. Çox gümanki, Murtəzaqulu xanın bu iki vilayəti idarə etməsi də bununla əlaqəli olmuşdur. Beləliklə o, həm Qarabağ bəylərbəyliyinin, həm də Kaxetin hakimi olaraq xidmət etməyə başladı. O, 1664-cü ilə qədər Qarabağ bəylərbəyi olsa da, Kaxeti neçənci ilə qədər idarə etməsi bəlli deyil. O, Qacar tayfasının Ziyadoğlu qolundan idi. ​ Qarabağ bəylərbəyliyi Ziyadoğluları Bournoutian, George. From the Kur to the Aras: A Military History of Russia's Move into the South Caucasus and the First Russo-Iranian War, 1801–1813.
Aysel Ziyadova
Aysel Ziyadova (12 aprel 2006, Naftalan, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Qəbələ" klubunun, həmçinin Azərbaycanın qadınlar ibarət U19 yığmasının hücumçusu. Bəzi mənbələrə əsasən Aysel Ziyadova U19 millisində bir dönəm kapitan olaraq çıxış etmişdir. == Həyatı və Karyerası == 2018-ci ildən "UGİUM Naftalan" klubunda forma geyinməyə başladı. Daha sonra gənclik karyerasını "Mingəçevir" klubunda davam etdirdi. Bu klubla birlikdə 2021-2022 sezonunda U17 liqasının ən yaxşı oyunçusu seçildi. 2022-2023 sezonunda "Şəmkir" klubunda forma geyinmişdir. 2023-cü ildən etibarən "Qəbələ" klubunda forma geyinməyə başladı. == Milli Karyerası == 2023-cü ildən etibarən Azərbaycanın qadınlardan ibarət U19 millisində çıxış etmişdir.
Riyad
Riyad (ərəb. رياض‎) — ərəb mənşəli ad.
Ziya
Ziya — ad. Mənası işıq, nur anlamındadır. Ziya Göyalp — Türkiyənin məşhur ictimai xadimi. Ziya Paşa — Türk yazıçısı, şairi və dövlət adamı.
Riyad Sülh
Riyad əs-Sülh (ərəb. رياض الصلح‎; 1894, Sayda – 17 iyul 1951, Amman) — Livan Ərəb Respublikasının 1-ci baş naziri. Riyad Sülh Livanın cənubundakı Sayda şəhərində, 1894-cü ildə anadan olmuşdur. Livana köçən Misir və qismən-Fələstin mənşəli ərəb ailəsində görkəmli bir sünni torpaq sahibi idi. Rza Sülh, Nəbətiyyədə və Sayda'da bir islahatçı sub-qubernator və bir lider millətçi ərəb lideri idi. 1915-ci ildə Rza Sülh Osmanlı qüvvələri tərəfindən mühakimə olundu və Smirna'ya, Osmanlı İmperiyasına sürgünə getdi. Sonra Osmanlı valisi olaraq vəzifə yerinə yetirdi.Həmçinin Dəməşqdə Emir Feysəl hökumətində daxili işlər naziri vəzifəsini də icra etmişdir Sülh Paris Universitetində hüquq və siyasi elmlər üzrə təhsil almışdır. Atası Osmanlı Məclisində millət vəkili olduğu üçün gəncliyinin çox hissəsini İstanbulda keçirdi. Sülh iki dəfə Livanın baş naziri vəzifəsini icra etdi. Onun ilk müddəti Livan müstəqillik qazandıqdan dərhal sonra (25 sentyabr 1943 - 10 yanvar 1945) olmuşdur.
Riyad Türk
Riyad Türk — Suriya Kommunist Partiyasının baş katibi, Suriya müxalifətinin real liderlərindən biri. 1982-ci ildə Xama şəhərində baş verənlərə görə Hafiz Əsədi diktator adlandıran, öz silahdaşları tərəfindən "Müsəlman qardaşları"nı tənqid etmədiyinə görə, satqın adlandırılan, İtambul konferensiyasına etibarlıq votusu verən, məşhur kommunist lider. Əl-Türk, tələbə ikən Suriya Kommunist Partiyasına qatıldı. İlk dəfə 1952-ci ildə dövlət çevrilişində hakimiyyətə gələn hərbi hökumətə qarşı çıxdığı üçün hüquq məktəbini bitirdikdən sonra həbs edildi. Beş ay tutuldu və işgəncələrə məruz qaldı, lakin məhkəmədə heç vaxt mühakimə olunmadı.Daha sonra partiya qəzeti olan Əl-Nur üçün məqalələr yazdı və lider partiya ideoloqu oldu. 1958-ci ildə Suriya və Misirin Birləşmiş Ərəb Respublikasında birləşməsinə qarşı çıxdığına görə Nasser altında yenidən həbs edildi və on altı ay tutuldu. Yenə işgəncəyə məruz qaldı, lakin heç bir cinayətə görə mühakimə olunmadı. Türk bir müddətdir partiyanı dəmir yumruqla idarə edən baş katib Xalid Baqdaşa qarşı çıxaraq, ərəb millətçiliyinə daha müsbət baxışı tələb edən bir qrupa rəhbərlik edirdi. 1972-ci ildə Bakdash, partiyanı hakim Ərəb Baath Sosialist Partiyası ilə müttəfiq olan təşkilatlar koalisiyası olan Milli Mütərəqqi Cəbhəyə birləşdirmək qərarına gəldi. Partiyanın radikal qanadındakı tərəfdarlarla yanaşı, Türk 1960-cı illərin sonlarından bəri görünən bir parçalanmanı birləşdirərək Suriya Kommunist Partiyasını (Siyasi Büro) yaratdı.
Riyad Əliyarov
Riyad Əsəd
Riyad Musa Əsəd (ərəb. رياض موسى الأسعد‎‎; 1961, İdlib) — Suriya Hərbi Hava Qüvvələrinin keçmiş polkovniki, Azad Suriya Ordusunun keçmiş hərbi komandiri. Riyad Əsədin sıra ailə üzvü Suriya hökuməti tərəfindən edam edilmişdir. Riyad Əsəd 2011-ci ilin mart ayında Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 4 iyul 2011-ci il tarixində Suriya Hərbi Hava Qüvvələrindən istefa etdiyini elan edir. O, Azad Zabitlər Hərəkatına qoşularaq fərarilik edir. Əsəd digər fərarilər ilə birlikdə 29 iyul 2011-ci il tarixində Bəşər Əsəd hökumətini devirmək üçün qiyamçı bir müharibə aparmaq niyyəti ilə Azad Suriya Ordusunun (ASO) qurulduğunu elan edir. Əsəd Suriya Prezidenti Bəşər Əsəd üçün sürgün həllinə qarşı çıxır və hökuməti devrilənə qədər mübarizə aparmağı arzu edir. Əsəd BMT-nin hərbi müşahidəçiləri Suriyaya daxil olduqdan sonra Suriya üzrə Kofi Annan sülh planına sadiq qalaraq bütün qüvvələr üçün atəşkəs elan edir. Ancaq bir neçə gündən sonra üsyançıların rəhbərlik etdiyi hücumların davam etdiyi yenidən elan edir, səbəb kimi də Bəşər Əsəd hökuməti ona vəd edilənin əksinə, barışığa getməmməyini göstərir. Əsəd 8 dekabr 2012-ci il tarixində Türkiyənin Antalya şəhərində Azad Suriya Ordusunun hərbi komandiri olaraq briqadir Səlim İdris ilə əvəz edilir.
Zeyad Mater
Zeyad Mater (18 dekabr 1991) — Yəmənli cüdoçu. Zeyad Mater Yəməni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Zeyad Mater birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində BƏƏ-in nümayəndəsi Viktor Skvortov ilə üz-üzə gəldi. Həmin görüşdə Zeyad Mater rəqibinə 0:101 hesabı ilə uduzdu. Mater Ölkələrin Paradında Yəmənin bayraqdarı idi.
Ziyai Ordubadi
Ziyai Ordubadi (?–1520/1521, Təbriz) – XVI əsr Azərbaycan şairi. Mənbələrin verdiyi məlumata görə, özbək hökmdarı Sultan Hüseyn Bayqaranın zamanında Herata köçmüş, özbək klassik ədəbiyyatının banisi Əmir Əlişir Nəvai ilə yaxın olmuşdur. Ömrünün sonlarına doğru Ordubada qayıtmış, daha sonra Təbrizə gedərək, orada vəfat etmişdir. Əlişir Nəvainin "Məcalisün-nəfais", Sam Mirzənin "Töhfeyi-Sami", Lütfəli bəy Azərin "Atəşkədə" təzkirələrində, Şəmsəddin Saminin "Qamüsül-aləm"ində (c.4) Ziyai Ordubadidən bəhs edilmişdir. Şeirlərindən nümunələr Azərbaycan Milli EA Əlyazmalar İnstitutunda saxlanılan bir sıra cünklərdə mühafizə olunmuşdur. Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsərində Azərbaycan şairlərindən İmadəddin Nəsimi, Cahanşah Həqiqi, Ziya Ordubadi və başqa görkəmli simalar barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir. Məhəmmədəli Tərbiyət. Danişməndani-Azərbaycan, B., 1987, səh. 156.
Ziyai Ərdəbili
Ziyai Ərdəbili (1850-?) — şair İsa Hacı Məhəmmədrəhim oğlu 1850-ci ildə Ərdəbil şəhərində anadan olmuşdu. Atası vəfat etdikdən sonra Lənkəran şəhərinə gəlmiş burda günəmuzd işlərlə məşğul olmuşdu. İsa Azərbaycan və fars dillərində şeir yazırdı. Ziyai təxəllüsünü qəbul etmişdi. "Təzkireyi-Ziyai" adlı əsər yazmışdı. Onun qəzəlləri xalq arasında məşhur idi.
Riyad əmirliyi
Riyad əmirliyi — 1902-ci ildən 1913-cü ilə qədər mövcud olmuş əmirlik. Bu, Səud sülaləsinin rəhbərlik etdiyi monarxiya idi. Dövlət Səud qüvvələrinin Rəşidilər sülaləsinin başçılıq etdiyi Həil əmirliyi ilə Riyad döyüşü zamanı Riyad şəhərini ələ keçirməsindən sonra yaradılmışdır. Bu, Nəcd və Həsa əmirliyinin birbaşa sələfi və indiki Səudiyyə Ərəbistanının ən erkən qanuni sələfi idi. Əl-Həsa 1913-cü ildə fəth edilmişdir.
Riyad Səlamə
Riyad Tofiq Səlamə (ərəb. رياض توفيق سلامة‎ Riyāḍ Tawfīq Salāma; 17 iyul 1950, Əntilyas, Cəbəl Lübnan mühafəzəsi[d]) — 1993-cü ilin aprelindən 2023-cü ilin iyuluna qədər vəzifədə olmuş Livanın mərkəzi bankının keçmiş rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona aşağı qiymət olan, "C" qiymətini vermişdir.