kəbirli 2021

kəbirli
kəbir 2021
kəbirlilər 2021
OBASTAN VİKİ
Kəbirli
Kəbirli (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Kəbirli (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Yuxarı Kəbirli — Azərbaycanın Beyləqan rayonunda kənd. Kəbirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd.
Kəbirli (Ağcabədi)
Kəbirli (əvvəlki adı: Dördüncü barak) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindəki Dördüncü barak kəndi Kəbirli kəndi adlandırılmışdır. Kəbirli kəndi Yeni Qaradolaq kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Kəbirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəbirli oykonimi türkdilli qədim xəzərlərin kəbirli tayfasının adı ilə bağlıdır. Mənbələrdə adı kəbərli kimi də çəkilir. Onların xəzərlərin tərkibinə daxil olan kəbər tayfasının nəsilləri olması güman edilir. Xəzərlərin eramızın əvvəllərindən bəri Albaniya (Qafqaz) ilə əlaqələri və erkən orta əsrlərdə bu ərazilərə xəzər ailələrinin dəfələrlə köçürülməsi tarixdən məlumdur. Tarixi mənbələrdə kəbirlilərin hələ erkən orta əsrlərdə Azərbaycana gəlmələri, burada yaşamışlar. Onların burada məskunlaşdığı ərazilər Kəbirli mahalı adlanırdı. XVIII əsrin ortalarında Qarabağ xanlığının təşkilində kəbirlilər mühüm rol oynamışlar.
Kəbirli (Beyləqan)
Kəbirli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Kəbirli kənd inzibati ərazi dairəsində kənd. 1938-ci ildə salınıbdır. == Tarixi == Mil düzündədir. Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü. Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir. == Əhalisi == Kəbirli kəndi əhalisinin sayına görə Beyləqan rayonunun ikinci kəndidir. Tərəkəmə-Türkmən kəndidir.
Kəbirli (Tərtər)
Kəbirli — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 950-IIQ saylı Qərarı ilə Tərtər rayonunun Kəbirli kəndi Xoruzlu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Kəbirli kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsinin adı qədim xəzərlərin kəbər (kəbirli) tayfasının adı ilə bağlıdır. Məlumdur ki, xəzərlər eranın əvvəllərindən bəri Qafqaz Albaniyası ilə əlaqədə olmuş, erkən orta əsrlərdə buraya dəfələrlə xəzər ailələri köçürülmüşdü. Xanlıqlar dövründə Azərbaycanda Kəbirli mahalı mövcud olmuş, sonralar Cavad qəzasında Kəbərri, Ərəş qəzasında Gendə Kəbərri (aralı Kəbərri) kəndləri, Cavanşir qəzasında Kəbərdi çayı qeydə alınmışdır. XIX əsrin axırlarında Qarabağın qədim tayfalarından biri olan kəbirlilərin 4 qoldan (qərvəndli, qızılməhəmmədli, arıqməhəmmədli və ulubabalı) və 36 nəsildən ibarət olması haqqında məlumat verilir. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarına aid mənbədə bu elin adı məhz Kəbər kimi qeyd olunmuşdur. Bu el Qərvəndli, Ulubabalı, Qızılməmmədli və Arıq Məmmədli qollarından və 40 tirədən ibarət olmuşdur. Qərvəndli, Sarıqlılar, Ətyeməzli, Qarayusifli, Sofilər, Ballılar, Mərəbasanlar, Bozallar, Ağahüseynlər, Dəymədağıldılar, Hacıtapdıqlar, Xanılar, Əmirallar (bu tirənin özü Tatalılar, Allahyarlı, Aşıqlı, Molla Bünyadlı, Məmmədhüseynli, Hacı- həsənli nəsillərinə bölünürdü). Cəfərbəyli, Hacıallahverdilər, Qarasaqqallı, Kəzkərməlilər, Çopuralılar, Hacı Fətəlilər, Doluşdular, Pornəklər, Qazoluqlar, Pərioğullar, Hacıbədəlli və b.
Kəbirli bələdiyyəsi
Kəbirli bələdiyyəsi (Ağcabədi) — Ağcabədidə bələdiyyə
Kəbirli eli
Kəbirli eli — qədim-qayım Qarabağın ellərindən biri. == Tarixi == Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Bilginlər arasında biçimlənən rəyə görə kəbirlilər Xəzər ulusuna qatılan Kəbər oymağının qalığıdır. XVII yüzildə Kəbirli oymağı Cavanşir elinin tərkibindən çıxaraq müstəqil elə çevrildi. Tərkibində bir neçə oymaq vardı. 1722-ci ildə qiyamçı əfqan qoşunu hücum edib Səfəvi dövlətinin paytaxtını tutur. Osmanlı sultanı III Əhməd də Qızılbaş məmləkətindən ərazi qoparmaq məqsədilə yürüşə hazırlaşır. Tutarlı bəhanə bulan kimi orduya hücuma keçməyi əmr edir. 1724-cü ildə çoxsaylı Osmanlı ordusu Qarabağa girdi. Gəncə-Qarabağ bəylərbəyi azsaylı qoşunla sərhədi savuna bilmədi.
Kəbirli mahalı
Kəbirli mahalı — Qarabağ xanlığının mahallarından biri. İlk dövrlərdə Qarabağ xanlığı ərazisində mərkəz, təhlükə zamanı isə sığınacaq rolunu oynaya biləcək əhəmiyyətli bir yaşayış məntəqəsi yox idi. Buna görə də Pənahəli xanın əmri ilə 1748-ci ildə Kəbirli mahalında Bayat qalası inşa olundu. Bayat qalasının ətrafına bişmiş kərpicdən qalın divarlar hörülmüş, divarların ətrafında isə düşmən hücumu zamam su ilə doldurulması nəzərdə tutulan dərin xəndəklər qazılmışdı. Mir Mehdi Xəzani yazır: == Həmçinin bax == Qarabağ xanlığı Kəbirli eli == İstinadlar == == Ədəbiyyat == Nazim Axundov, Akif Fərzəliyev. Qarabağnamələr. II kitab (PDF). Bakı: "Şərq-Qərb". 2006. 288 səh.
Yuxarı Kəbirli
Yuxarı Kəbirli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Örənqala qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Beyləqan rayonunun Örənqala kənd inzibati-ərazi vahidinin tərkibindəki Səhra kəndi Yuxarı Kəbirli kəndi adlandırılmışdır.
Əlvan Kəbirli
Əlvan Mədət oğlu Əliyev (Əlvan Kəbirli) (25 iyul 1947, Salmanbəyli, Ağcabədi rayonu – 3 mart 2014) — Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı (1991 – 1993-cü illər), Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.1968-ci ildə dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. 1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. 5 fevral 1975-ci ildə ailə həyatı qurub, 3 övladı var. 1982-ci ilin sentyabrından 1983-cü ilin fevralınadək Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb. 1968-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) "Fəlsəfə və elmi kommunizm" kafedrasında (indiki "Sosial fənlər" kafedrası) müəllim kimi əmək fəaliyyətinə başlayıb 1987-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışıb 1983 – 1989-cu illərdə institut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib 1991 – 1993-cü illərdə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülüb 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub 2012-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı ilə təltif edilib Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir Əlvan Kəbirli elmi-pedaqoji fəaliyyətlə bərabər 1980-ci illərin sonlarında vüsət almış milli-azadlıq hərəkatının də ön sıralarında mübarizə aparıb.
Kəbirli bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəbirli bələdiyyəsi (Beyləqan)
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səfərəli bəy Kəbirli
Səfərəli bəy Kəbirli — Qarabağ xanı İbrahimxəlil xanın yaxınlarından biri, Zəngəzur mahalının naibi, poruçik. Səfərəli bəy Əli bəy oğlu Kəbirli elinin Əlibəyli qışlağında dоğulmuşdu. Mədrəsə təhsili almışdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Səfərəli bəy Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirin lələsi idi. Cəfərqulu xan 1809-cu ildə lələsinin əlindən Qaravəlli kəndini almaq istəyirdi. Səfərəli bəy öncə Mehdiqulu xana, sonra Qafqaz canişininə şikayət etdi ki, bu obanı onun atası Əli bəy Muğandan gətirmişdir. Sonda obanı Səfərəli bəyə qaytarılar. Səfərəli bəy ruslara qulluq göstərmişdi. Öncə prapоrşik, sоnra 1820-ci il mart ayının 31-də Yermоlоvun əmri ilə pоruçik rütbəsi almışdı.
Əlvan Əliyev (Kəbirli)
Əlvan Mədət oğlu Əliyev (Əlvan Kəbirli) (25 iyul 1947, Salmanbəyli, Ağcabədi rayonu – 3 mart 2014) — Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı (1991 – 1993-cü illər), Azərbaycan Respublikasının qabaqçıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. 1947-ci ilin 25 iyulunda Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. İlk təhsilini Salmanbəyli kənd yeddiillik məktəbində alıb. 1964-cü ildə Ağcabədi şəhər 2 nömrəli onbirillik məktəbini bitirib.1964-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və 1968-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.1968-ci ildə dövlət təyinatı ilə Kirovabad Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) müəllim göndərilib. 1968-ci ilin noyabrından 1969-cu ilin dekabrınadək Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1974–1977-ci illərdə S. M. Kirov adına ADU-nun (indiki BDU) fəlsəfə elmləri üzrə əyani aspiranturasında təhsil alıb və H. Zərdabi adına KDPİ-yə (indiki GDU) qayıdıb. 5 fevral 1975-ci ildə ailə həyatı qurub, 3 övladı var. 1982-ci ilin sentyabrından 1983-cü ilin fevralınadək Rostov Dövlət Universitetində (Rusiya Federasiyası) ixtisasartırma kursu keçib. Ömrünün sonuna kimi Gəncə Dövlət Universitetinin sosial fənlər kafedrasında baş müəllim vəzifəsində çalışıb. 1968-ci ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) "Fəlsəfə və elmi kommunizm" kafedrasında (indiki "Sosial fənlər" kafedrası) müəllim kimi əmək fəaliyyətinə başlayıb 1987-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində çalışıb 1983 – 1989-cu illərdə institut partiya komitəsi katibinin müavini və Xalq Nəzarəti Qrupunun sədri vəzifəsində çalışıb 1990-cı ildə Gəncə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib 1991 – 1993-cü illərdə Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" döş nişanına layiq görülüb 2007-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub 2012-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media Mükafatı ilə təltif edilib Bir kitabın, 42 elmi məqalənin və yüzlərlə elmi – populyar məqalənin müəllifidir Əlvan Kəbirli elmi-pedaqoji fəaliyyətlə bərabər 1980-ci illərin sonlarında vüsət almış milli-azadlıq hərəkatının də ön sıralarında mübarizə aparıb.
Mirzə Məhəmmədkərim bəy Kəbirli
Mirzə Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu Kəbirli (1779-?) — xəttat. Məhəmmədkərim bəy Mirzə Haqverdi bəy oğlu 1779-cu ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə adlanırdı. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Divanxanada katib vəzifəsində qulluqda idi. Xanın yaxın adamlarından sayılırdı. Mirzə Məhəmmədkərim bəy xoşxət xəttat idi. Kitab üzü köçürürdü.
Mehdi bəy Kəbirlinski
Mehdi bəy Ağakişi bəy oğlu Kəbirlinski-(1812-), Qarabağ atlı alayının zabiti, mülkədar == Həyatı == Mehdi bəy Ağakişi bəy oğlu 1812-ci ildə Kəbirli mahalının Qərvənd obasında doğulmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında xidmət etmişdi. Sonra Şuşa şəhər qəza idarəsində yasavulbaşı işləmişdi. Praporşik rütbəsi vardı. "Qarğı bizdə bitər, sümsünü Kəngərli çalar" ifadəsi Mehdi bəyindir. Mehdi bəy mülkədar idi. Doğma obalarında, Taynaq kəndində xeyli torpaqları vardı. == Ailəsi == Mehdi bəyin törəmələri Kəbirlinski soyadını daşıyırlar. Mehdi bəyin Ağakişi bəy, Əbülhəsən bəy, Əbülhüseyn bəy, Balakişi bəy, Həmid bəy adlı oğulları vardı.