Lalə Allahverdiyeva
Allahverdiyeva Lalə İsmayıl qızı — tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin "Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi(2010),Azərbaycan Respublikasının əməkdar elm xadimi(2021), Bakı şəhəri Baş allerqoloqu.Azərbaycan Respublikasının Pezident Yanında Ali Attestasiya komissiyasının tibb üzrə eksperti,Avropa Akademiyasının Allerqoloq və Klinik İmmunoloqlar Cəmiyyətinin üzvü.
== Həyatı ==
1974-cü ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsini bitirib.
1975-1978-ci illərdə 6 saylı uşaq xəstəxanasında həkim-ordinator işləyib
1978-2009-ci illərdə ATU-nin pediatriya fakultəsində baş laborant, assistent, dosent, professor, 09.09.2009-cu ildan isə ATU-nin Klinik Allerqologiya və İmmunologiya kursunun müdiridir. 1981-ci ildə Moskvadakı Mərkəzi həkimlərin təkmilləşmə institutunda namizədlik dissertasiyanı, 2006-cı ildə isə Bakıdakı Elmi-Tədqiqat pulmonologiya institutu Doktorluq dissertasiyasını müdafiə etmişdir.
2009-cu ildən Bakı şəh. Səhiyyə şöbəsinin baş allerqoloqudur.
Lalə Allahverdiyeva Azərbaycan Respublikasının tibb tarixində ilk dəfə olaraq "Azərbaycan allerqoloqgiya və klinik immunologiya" elmi-praktik juranl təsis etmiş və jurnalın baş redaktorudur. Jurnal Azərbaycan, ingilis və rus dillərində nəşr olunur. Juranlın ilk nömrəsi 2013-cü ilin yanvar ayında işıq üzü görmüşdür. Jurnal allerqoloq, immunoloq, pediatr, pulmonoloq, dermatoloq, otorinolarinqoloq, ümumiyyətlə allerqologiya və immunologiya ilə maraqlanan bütün tibb mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.