lankaster

lankaster
langet
lankasterlər
OBASTAN VİKİ
Lankaster
Lankaster — ABŞ-nin Pensilvaniya ştatında yerləşən Lankaster dairəsinin şəhər mərkəzidir. Şəhərin əhalisi 59,322 nəfərdir.
Bert Lankaster
Berton Stiven "Bert" Lankaster (ing. Burton Stephen "Burt" Lancaster; 2 noyabr 1913[…], Nyu-York, Nyu-York ştatı – 20 oktyabr 1994[…], Los-Anceles, Kaliforniya) — Amerika kino tarixinin ən müvəffəqiyyətli aktyorlarından biri. Oskar və Qızıl Qlobus (1961) mükafatları laureatı. == Filmoqrafiya == Bağışlanmamış (film, 1960) / ing.
Lankaster (Kaliforniya)
Lankaster (ing. Lancaster) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles dairəsində yerləşən şəhər. Şəhər 2013-cü ildə Kaliforniyanın ən böyük 31-ci şəhəri seçilmişdir. Lankaster, Los-Ancelesin 112.5 km (70 mil) şimalında yerləşir. 2015-ci ildə Lankaster şəhərinin əhalisi 168,049 nəfər idi. == Coğrafiyası == Şəhərin ümumi sahəsi 245 km²-dir. Bunun 244 km²-i (94.5 mi²) qurudan və 0,78 km²-i (94.3 mi²) (0,29%) isə sudan ibarətdir. Lankaster dəniz səviyyəsindən 720 metr (2,350 fit) yüksəklikdə yerləşir. Şəhər toxunulmamış dağ silsilələri ilə əhatə olunmuş bir düzənlikdə yerləşir. == Əhalisi == 2010-cu ildə keçirilmiş ABŞ əhali siyahıyaalmasına əsasən, Lankaster şəhərinin əhalisi 156,633 nəfərdir.
Lankaster boğazı
Lankaster boğazı (ing. Lancaster Sound ) — boğaz Kanada Arktik arxipelaqına daxil olan Baffin Torpağı və Baylot adalarını Devon adasından ayırır. == Coğrafiyası == Boğaz Kanada Arktik arxipelaqının şərqində Şimal-Qərb keçidinin üzərində yerləşir. Barrou boğazı, Vaykaunt-Melvill boğazı və Mak-Klur boğazı kimi keçidlərin ardını təşkil edir. Qərbində Barrou, cənub-qərbdə Şahzadə Rinjet boğazları ilə qovuşur. Boğaz Şimal Buzlu okeanına daxil olan Baffin dənizini Butiya körfəzi ilə birləşdirir. Boğazın maksimal eni 80 km, minimal eni 50 km, uzunluğu 400 km təşkil edir. Maksimal dərinlik 1232 m, minimal dərinlik137 m-dir. Boğaz qütb dairəsi daxilində yerləşir və ilin 9–10 ayı buzla örtülü olur. Buzqıran gəmilərin sayəsində naviqasiya yayın ortalarından qar düşənədək davam edir.
Lankaster dairəsi
Lankaster dairəsi — ABŞ-nin Pensilvaniya ştatında yerləşən bir qraflıqdır. Rayon əhalisi 2010-cu il siyahıyaalma nəticələrinə görə 519.445 nəfərdir. Dairənin mərkəzi şəhəri Lankasterdir.
Lankaster hersoqu
Lankaster hersoqu (ing. Duke of Lancaster) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, V Henrinin 1413-cü ildə taxta çıxması nəticəsində səltənətlə birləşmişdir. Daha sonra müstəqil şəkildə təsis edilməsə də, bu ünvan Lankaşir qraflığının hakimi olan Birləşmiş krallığın monarxı üçün istifadə edilməyə davam etmişdir. == Tarixi == XIV-XV əsrlərdə Lankaster hersoqu ünvanı 3 dəfə təsis edildi. İlk dəfə 6 mart 1351-ci ildə İngiltərə kralı III Henrinin nəticəsi və 4. Lankaster qrafı Qrosmontlu Henriyə təsis edildi. Ancaq o, 1361-ci ildə oğul övladı olmadan vəfat etdi və ünvan ləğv edildi. Ünvan ikinci dəfə 13 noyabr 1362-ci ildə İngiltərə kralı III Eduardın oğlu Gentli Con üçün təsis edildi. Belə ki, o, Qrosmontlu Henrinin qızı və varisi olan Lankasterli Blanşla evlənərək onun bütün mülk və əmlaklarına sahibləndi.
Lankaster sülaləsi
Lankaster sülaləsi (ing. House of Lancaster) — İngiltərənin məşhur kral ailəsi olan Plantagenetlərin 2 alt qolunun adı. Bunlardan ilkinin təməli İngiltərə kralı III Henrinin oğlu Edmondun şərəfinə 1267-ci ildə Lankaster qraflığını yaratması ilə qoyulmuşdur. Sülalənin adı da məhz bu qoldan gəlməkdədir. Bundan başqa Edmond 1265-ci ildə Lester qrafı təyin edilmişdi və özündən öncəki qrafın edamı ilə ona aid mülk və torpaqları ələ keçirmişdi. Edmondun oğlu Tomas isə qaynatasından miras aldığı Linkoln qraflığı ilə İngiltərədə ən böyük mülkədara çevrildi. Bu hal isə onu və kiçik qardaşı Henrini İngiltərə kralı olan əmisi oğlu II Eduardla rəqabətə sürüklədi və bu rəqabət Tomasın edamı ilə nəticələndi. Edamın ardından qardaşının mülklərini və ünvanlarını miras alan Henri və ardından oğlu, krala və onun oğlu III Eduarda səltənətləri boyunca xidmət göstərdilər. Lankaster sülaləsinin ikinci qolu isə ilk soyun varisi ilə (Lankasterli Blanş) evlənən Gentli Conun şəcərəsindən gəlməkdədir. Belə ki, İngiltərə kralı III Eduard sələflərindən fərqli olaraq övladlarını zəngin ingilis əsilzadələriylə evləndirdi.
Lankasterli Blanş
Lankasterli Blanş (ing. Blanche of Lancaster; 25 mart 1342 – 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76. Mortimer, Ian (2008). The Perfect King The Life of Edward III, Father of the English Nation.
Lankasterli Elizabet
Lankasterli Elizabet (ing. Elizabeth of Lancaster) (təq. 21 fevral 1363 – 24 noyabr 1425) — İngiltərə kralı III Eduardın oğlu Gentli Con və Lankasterli Blanşın qızı. O, 1378-ci ildə Bant ordeni ilə mükafatlandırıldı. == Həyatı == === Uşaqlıq illəri === Elizabet 21 fevral 1363-cü ildə Lankaster hersoqu Gentli Con və Lankasterli Blanşın ikinci qızı olaraq Burford qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Filipa və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Elizabetin anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və qızlarının dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Elizabet, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı. === Evlilikləri === Elizabet 24 iyun 1380-ci ildə Kenilvort qalasında Pembrok qrafı Con Hastinqlə evləndi.
Lankasterli Filipa
Lankasterli Filipa (ing. Philippa of Lancaster; port. Filipa de Lencastre) (31 mart 1360 – 19 iyul 1415) — Portuqaliya kralı I Conun xanımı, Portuqaliya kraliçası. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun və Lankasterli Blanşın qızı idi. == Həyatı == === Uşaqlıq illəri === Filipa 31 mart 1360-cı ildə Lankaster hersoqu Gentli Con və Lankasterli Blanşın ən böyük qızı olaraq Lester qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Elizabet və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Filipanın anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və Filipanın dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Filipa, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı. === Evliliyi === Filipa Portuqaliya kralı I Conla evlənərək Portuqaliyanın konsort-kraliçası oldu.
Lankasterli Ketrin
Lankasterli Ketrin (isp. Catalina de Lancaster; 31 mart 1373 – 2 iyun 1418, Valyadolid) – Kastiliya kraliçası. O, ərinin vəfatından sonra oğlu II Conun səltənətində 12 il kral naibəsi olaraq krallığı idarə etdi. Ketrin Gentli Con və onun ikinci xanımı Kastilyalı Konstansanın qızı idi. Atası İngiltərə kralı III Eduardın oğlu, anası isə Kastiliya kralı Pyotrun qızı idi. 31 mart 1373-cü ildə atasının hakim olduğu Hartford qalasında dünyaya gəldi. Kastiliya kralı III Henriylə evlənərək Kastiliya kraliçası oldu. == Mənbə == Anthony Goodman: "Katherine of Lancaster" in Oxford Dictionary of National Biography. Vol. 30 (2004), p.
Lankasterli Blanka
Lankasterli Blanş (ing. Blanche of Lancaster; 25 mart 1342 – 12 sentyabr 1368) — Plantagenetlər sülaləsinin üzvü, İngiltərə krallığının ən varlı və ən güclü zadəganlarından 1-ci Lankaster hersoqu Qrosmontlu Henrinin qızı. O, III Eduardın oğlu Gentli Conun ilk xanımı, İngiltərə kralı IV Henrinin anasıdır. == Mənbə == Weir, Alison (1999). Britain's Royal Families: The Complete Genealogy. London: The Bodley Head. pp. 74–76. Mortimer, Ian (2008). The Perfect King The Life of Edward III, Father of the English Nation.
Lankasterli Filippa
Lankasterli Filipa (ing. Philippa of Lancaster; port. Filipa de Lencastre) (31 mart 1360 – 19 iyul 1415) — Portuqaliya kralı I Conun xanımı, Portuqaliya kraliçası. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun və Lankasterli Blanşın qızı idi. == Həyatı == === Uşaqlıq illəri === Filipa 31 mart 1360-cı ildə Lankaster hersoqu Gentli Con və Lankasterli Blanşın ən böyük qızı olaraq Lester qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Elizabet və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Filipanın anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və Filipanın dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Filipa, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı. === Evliliyi === Filipa Portuqaliya kralı I Conla evlənərək Portuqaliyanın konsort-kraliçası oldu.
Lankasterli Yekaterina
Lankasterli Ketrin (isp. Catalina de Lancaster; 31 mart 1373 – 2 iyun 1418, Valyadolid) – Kastiliya kraliçası. O, ərinin vəfatından sonra oğlu II Conun səltənətində 12 il kral naibəsi olaraq krallığı idarə etdi. Ketrin Gentli Con və onun ikinci xanımı Kastilyalı Konstansanın qızı idi. Atası İngiltərə kralı III Eduardın oğlu, anası isə Kastiliya kralı Pyotrun qızı idi. 31 mart 1373-cü ildə atasının hakim olduğu Hartford qalasında dünyaya gəldi. Kastiliya kralı III Henriylə evlənərək Kastiliya kraliçası oldu. == Mənbə == Anthony Goodman: "Katherine of Lancaster" in Oxford Dictionary of National Biography. Vol. 30 (2004), p.
Lankasterli Yelizaveta