Azərbaycan SSR Dövlət mükafatı laureatlarının siyahısı
Azərbaycan SSR Dövlət mükafatı — Azərbaycan SSR-də 1970-ci ildən ədəbiyyat, incəsənət və arxitektura, elm və texnika xadimlərinə, 1976-cı ildən isə əmək nailiyyətlərinə görə istehsal qabaqcıllarına verilən yüksək mükafat.
Azərbaycan KP MK və Nazirlər Soveti qərarı ilə mükafata layiq görülən şəxslərə döş nişanı və pul mükafatı verilirdi. Mükafatlar hər iki ildən bir Azərbaycanda sovet hakimiyyətinin qurulması günü (28 aprel) ərəfəsində verilir və laureatların siyahısı mətbuatda dərc edilirdi.
1990-cı ildə dövlət mükafatlarının verilməsi praktikası dəyişmiş, 28 May — Respublika Gününün bərpa edilməsindən sonra həmin il bu mükafat keç kimə verilməmişdir. 5 fevral 1991-ci ildə Azərbaycan dövlətinin Azərbaycan Respublikası adlandırılmasından sonra 1990-cı il üzrə dövlət mükafatları "Azərbaycan Respublikasının Dövlət mükafatı" adı ilə sonuncu dəfə 1991-ci ilin may ayında verilmişdir.
1970–1991-ci illərdə verilmiş mükafatların ümumi sayı 527 olmuşdur. Ədəbiyyat, incəsənət və arxitektura üzrə 142 nəfərə, elm və texnika üzrə 222 nəfərə, istehsalat nailiyyətlərinə görə 157 nəfərə, ümumilikdə isə 521 nəfərə dövlət mükafatı verilmişdir. 6 nəfər (Süleyman Rüstəm, Həsənağa Turabov, Xəyyam Mirzəzadə, Kamil Nəcəfzadə, Qurban Abbasov və Xoşbəxt Yusifzadə) isə bu mükafata iki dəfə layiq görülmüşlər.
== 1970-ci illər ==
=== 1970 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (5 nəfər)
Süleyman Rüstəm (Süleyman Əlabbas oğlu Rüstəmzadə) — 1969-cu il 29 noyabr tarixli "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuş şeirlər silsiləsi və 1970-ci ildə "Azərbaycan" jurnalının 4-cü nömrəsində dərc edilmiş "Raykom katibi" poeması üçün
Sultan İsmayıl oğlu Hacıbəyov — simfonik orkestr üçün konsertə görə
Tahir Teymur oğlu Salahov — "Yeni dəniz" şəkli üçün
1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında buraxılmış "Şərikli çörək" kinofilmi üçün:
Şamil Fərzəli oğlu Mahmudbəyov (rejissor)
Alla Nuru qızı Axundova (ssenarist)
Elm və texnika sahəsində (10 nəfər)
"Azərbaycan iqlimi" monoqrafiyası üçün:Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitutunun işçiləri
Ənvər Mamay Şıxlinski (coğrafiya elmləri namizədi, şöbə rəhbəri)
Əlabbas Abbasqulu oğlu Mədətzadə (coğrafiya elmləri doktoru, şöbə rəhbəri)
Əsgər Cabbar oğlu Əyyubov (coğrafiya elmləri namizədi, şöbə rəhbəri)
Bakı neftindən istehsal edilən motor yağları üçün bir sıra effektli aşqarların və onların kompozisiyalarının sintezi texnologiyasının işlənib hazırlanması və sənayedə tətbiq edilməsi üçün
Əli Musa oğlu Quliyev (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun direktoru, iş rəhbəri)
Gövhər Əli qızı Zeynalova (texnika elmləri doktoru, laboratoriya rəhbəri)
Kamil İsmayıl oğlu Sadıqov (texnika elmləri doktoru, laboratoriya rəhbəri)
Fatma Həmzə qızı Süleymanova (texnika elmləri doktoru, laboratoriya rəhbəri)
İzzət Mirzağa qızı Orucova (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyası Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun direktoru)
İslam İbrahim oğlu Namazov (texnika elmləri namizədi, Azərbaycan SSR Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutu direktorunun elmi iş üzrə müavini)
Valentin Yefimoviç Başayev (texnika elmləri namizədi, laboratoriya rəhbəri)
=== 1972 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (12 nəfər)
M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında "Mahnı dağlarda qaldı" tamaşası üçün:
İlyas Məmməd oğlu Əfəndiyev (yazıçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi)
Əliheydər Əbdüləli oğlu Ələkbərov (quruluşçu rejissor, Azərbaycan SSR əməkdar artisti)
Nüsrət Möhsün oğlu Fətullayev (rəssam, Azərbaycan SSR xalq artisti)
İsmayıl Yusif oğlu Hacıyev-Dağıstanlı (Azərbaycan SSR xalq artisti)
Leyla Ağalar qızı Bədirbəyli (Azərbaycan SSR xalq artisti)
Həsən Səttar oğlu Turabov (Azərbaycan SSR əməkdar artisti)
Amaliya Əliş qızı Pənahova (aktrisa)
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Komandorun addımları" tamaşası üçün:
Gülcahan Şurulla qızı Güləhmədova-Martınova (quruluşçu rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi)
Konstantin Haykoviç Adamov (Azərbaycan SSR xalq artisti)
Anatoli Solomonoviç Falkoviç (Azərbaycan SSR xalq artisti)
Dina İosifovna Tumarkina (Azərbaycan SSR əməkdar artisti)
Səttar Bəhlul oğlu Bəhlulzadə (Azərbaycan SSR xalq rəssamı) — "Azərbaycan mənzərələri" işlər silsiləsi üçün
Elm və texnika sahəsində (22 nəfər)
"Selenin fotoreseptorlar funksional aktivliyinə təsiri" əsəri üçün:
Həsən Məmmədbağır oğlu Abdullayev (SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, iş rəhbəri)Azərbaycan SSR Elmlər Akademiyası A. İ. Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları:
Nina Alekseyevna Hacıyeva (bioloji elmlər doktoru, laboratoriya rəhbəri)
Hüseyn Heydər oğlu Həsənov (bioloji elmlər doktoru, institutun direktoru)
Haqverdi İsmayıl oğlu Cəfərov (bioloji elmlər namizədi, laboratoriya rəhbəri)
Vladimir Vladimiroviç Perelıkin (bioloji elmlər namizədi, baş elmi işçi)
Cəlal Eyvaz oğlu Allahverdiyev (fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan SSR Elmlər Akademiyası Kibernetika İnstitutunun direktoru) — Öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinə aid işlər silsiləsi üçün
Zülfəli İmaməli oğlu İbrahimov (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin kafedra müdiri) — V. İ. Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi monoqrafiyası üçün
Məmmədağa Şirəli oğlu Şirəliyev (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru) — "Azərbaycan dialektologiyasının əsasları" kitabı üçün
"Şaquldan inhirafı böyük olan maili çox dərin quyuların qazılma texnologiyasının işlənməsi və geniş tətbiqi" əsəri üçün:
Qurban Abbasqulu oğlu Abbasov (Xəzər Dəniz Neft Kəşfiyyatı Trestinin müdiri)
Nəsrulla Xanbaba oğlu Babayev (texnika elmləri doktoru, Xəzər Dəniz Neft Birliyi rəisinin keçmiş müavini)
Bəhmən İbiş oğlu Hacıyev (texnika elmləri namizədi, Neft daşları Dəniz Qazma İşləri İdarəsinin rəisi)
Məmmədpaşa Piri oğlu Quluzadə (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun kafedra müdiri)
İsrafil Səmin oğlu Hüseynov (buruq ustası)
Eduard Borisoviç Karaş (Neft daşları Dəniz Qazma İşləri İdarəsinin baş mühəndisi)
Bəxtiyar Məmməd oğlu Məmmədov (texnika elmləri namizədi, Xəzər Dəniz Neft Birliyinin rəisi)
Sergey Avanesoviç Ohanov (texnika elmləri namizədi, M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu kafedrasının dosenti)
"Mürəkkəb yarımkeçirici birləşmələrin alınması, xassələrinin tədqiqi və onların əsasında müxtəlif çeviricilərin (termoelektrik, aşırıcı və yaddaşlı cihazların, lazer və spontan şüalaşma mənbələrinin, qəbuledicilərinin və modulyatorlarının) yaradılması" əsəri üçün:Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun əməkdaşları:
Zərifə Abbas qızı Əliyarova (fizika-riyaziyyat elmləri namizədi, baş elmi işçi)
Vadim Borisoviç Antonov (fizika-riyaziyyat elmləri namizədi, baş elmi işçi)
Arif Zülfüqar oğlu Quliyev (texnika elmləri doktoru, xüsusi konstruktor bürosunun direktoru)
Yadulla Nüsrət oğlu Nəsirov (fizika-riyaziyyat elmləri namizədi, laboratoriya rəhbəri)
Rəhim Həsən Nani (fizika-riyaziyyat elmləri namizədi, baş elmi işçi)
Eldar Yunis oğlu Salayev (fizika-riyaziyyat elmləri namizədi, direktor müavini, laboratoriya rəhbəri)
=== 1974 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (9 nəfər)
M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşası üçün:
Fikrət Məşədicəmil oğlu Əmirov (bəstəkar, SSRİ xalq artisti)
Nailə Məmməd qızı Nəzirova (baletmeyster)
Nazim Əsədulla oğlu Rzayev (dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi)
Toğrul Fərman oğlu Nərimanbəyov (Azərbaycan SSR xalq rəssamı)
Vladimir Nikolayeviç Pletnyov (Azərbaycan SSR əməkdar artisti)
Çimnaz Məmməd qızı Babayeva (Azərbaycan SSR əməkdar artisti)
Nəsibə Cahangir qızı Zeynalova (Azərbaycan SSR xalq artisti) — Ş. Qurbanov adına Azərbaycan Musiqili Komediya Teatrının tamaşalarında yaratdığı obrazlar üçün
Mikayıl Hüseyn oğlu Abdullayev (SSRİ xalq rəssamı) — "Çəltikçi qızlar" diptixi üçün
Məmməd Arif Məhərəm oğlu Dadaşzadə (Məmməd Arif) (Azərbaycan SSR Elmlər Akademiyası prezidentinin müavini, filologiya elmləri doktoru) — "Azərbaycan ədəbiyyatı tarixi" kitabı üçün
Elm və texnika sahəsində (19 nəfər)
Bəhram Mehrəli oğlu Əsgərov (fizika-riyaziyyat elmləri doktoru, professor, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti bərk cisim fizikası kafedrasının müdiri) — "Yarımkeçiriçilərdə kinetik effektlər" monoqrafiyası üçün
Cəmil Bahadır oğlu Quliyev (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun direktoru) — "Azərbaycanda Lenin milli siyasətinin həyata keçirilməsi uğrunda Kommunist Partiyasının mübarizəsi". "Lenin milli siyasəti bayrağı altında" monoqrafiyası üçün
"Azərbaycanda xroniki hemodializ və böyrəkköçürmə" əsəri üçün:
Mirməmməd Cavad oğlu Cavadzadə (SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu urologiya və operativ nefrologiya kafedrasının müdiri, respublika klinik uroloji xəstəxanasının baş həkimi, iş rəhbəri)
Pavel Sergeyeviç Malkov (tibb elmləri namizədi, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu urologiya və operativ nefrologiya kafedrasının assistenti)
Kamal Adıgözəl oğlu İsmayılov (tibb elmləri namizədi, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu urologiya və operativ nefrologiya kafedrasının dosenti)
Haşım İsa oğlu Əliyev (tibb elmləri namizədi, respublika klinik uroloji xəstəxanası baş həkiminin müalicə işi üzrə müavini)
Stanislav Nikolayeviç Lınev (tibb elmləri namizədi, respublika klinik uroloji xəstəxanası anesteziologiya-reanimatologiya bölməsinin müdiri)
"Dəyişən cərəyanın avtokonpensasiya ölçü-məlumat sistemlərinin nəzəriyyə və təcrübəsi" əsəri üçün:M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun əməkdaşları:
Tofiq Məmməd oğlu Əliyev (texnika elmləri doktoru, professor, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının müdiri, iş rəhbəri)
Aleksandr Mixayloviç Melikşahnazarov (texnika elmləri doktoru, professor, elektronika və informasiya-ölçü texnikası kafedrasının müdiri)
Aleksey Qriqoryeviç Melnikov (texnika elmləri namizədi, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının dosenti)
Ramiz Mehdi oğlu Mirsəlimov (texnika elmləri namizədi, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının dosenti)
İosif Lipoviç Şayn (texnika elmləri namizədi, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının dosenti)
Şamil Məmmədrza oğlu Şahmərdanov (texnika elmləri namizədi, elektrik ölçmə işləri və hesablayıcı texnika kafedrasının dosenti)
"Ali məktəblər üçün 4 hissədən ibarət "Müasir Azərbaycan dili" dərs vəsaiti üçün:
Əbdüləzəl Məmməd oğlu Dəmirçizadə (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu Azərbaycan dilçiliyi kafedrasının müdiri)
Səlim Əbdüllətif oğlu Cəfərov (filologiya elmləri doktoru, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının professoru)
Muxtar Hüseyn oğlu Hüseynzadə (filologiya elmləri doktoru, professor, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti ümumi dilçilik kafedrasının müdiri)
Əlövsət Zakir oğlu Abdullayev (filologiya elmləri doktoru, professor, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, dərs hissəsi üzrə prorektor)
Yusif Mirəhməd oğlu Seyidov (filologiya elmləri doktoru, professor, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri)
Ağamalı Qulu oğlu Həsənov (filologiya elmləri namizədi, S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının dosenti)
=== 1976 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (10 nəfər)
Bəxtiyar Mahmud oğlu Vahabzadə (şair, Azərbaycan SSR əməkdar incəsənət xadimi) — "Leninlə söhbət" və "Muğam" poemaları üçün
Qabil Allahverdi oğlu İmamverdiyev (şair) — "Nəsimi" poeması üçün
Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (yazıçı) — "Bayquş gəldi" və "Yaxşılığa yamanlıq" povestləri üçün
Naxçıvan şəhərində V. İ. Lenin memorialı üçün:
İbrahim İsmayıl oğlu Zeynalov (heykəltaraş)
Hənifə Əlisgəndər oğlu Ələsgərov (arxitektor)
Ələsgər Nurəli oğlu Hüseynov (arxitektor)
Əlövsət İbrahim oğlu Əbdülrəhimov (tikinti işlərinin rəhbəri)
Yuri Dmitriyeviç Dubov (mühəndis-konstruktor)
Xəyyam Hadı oğlu Mirzəzadə (bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi) — 2-ci simfoniya triptix üçün
Məmmədcəfər Zeynalabdin oğlu Cəfərov (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki) — 1974–1975-ci illərdə yazılmış ədəbi-tənqidi əsərlər üçün
Elm və texnika sahəsində (16 nəfər)
Həsən Cəmil oğlu Hüseynov (fizika-riyaziyyat elmləri doktoru, professor) — "Yeni yarımkeçiricilər, fiziki hadisələr və onların əsasında dəyişdiricilər" əsərlər silsiləsi üçün
Yəhya Cəfər oğlu Məmmədov (fizika-riyaziyyat elmləri doktoru, professor) — "Adi diferensial tənliklərin təqribi üsullarla həlli" monoqrafiyası üçün
"Yanacaqları və azözlüklü yağları spirtli karbamid məhlulu ilə parafinsizləşdirməyin yüksək səmərəli prosesinin yaradılması, sənayedə tətbiq edilməsi və fazaların qravitasiya bölgüsü" əsəri üçün:
Vahab Səfər oğlu Əliyev (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki)
Əhəd Hüseyn oğlu İsmayılov (texnika elmləri doktoru)
Sergey Aleksandroviç Terteryan (kimya elmləri namizədi) (ölümündən sonra)
Mariya Nikitişna Nadirova (mühəndis-texnoloq)
Sima Mirzağa qızı Ağayeva (texnika elmləri namizədi)
Balaca Ələkbər oğlu İmanov (texnik-texnoloq)
Rüstəm Hacəli oğlu İsmayılov (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki) (ölümündən sonra)
Mikroelektronika sahəsindəki işlər üçün:
Kamil Əhməd oğlu Vəliyev (SSRİ Elmlər Akademiyasının müxbir üzvü)
Namiq Cəfər oğlu Hacıyev (fizika-riyaziyyat elmləri namizədi)
Mahmud Haqverdi oğlu Qəribov (texnika elmləri namizədi)
Nemət Latfulla oğlu Hüseynov (texnika elmləri namizədi)
Yuri Nikolayeviç Dyakov (texnika elmləri namizədi)
Əhməd Cəfər oğlu Nuriyev (mühəndis-elektrik)
Anatoli Vasilyeviç Pivovarov (texnika elmləri namizədi)
Sosializm yarışı qabaqcıllarına (14 nəfər)
Ömər Ağacahangir oğlu Ağayev (SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Azərbaycan LKGİ-nin 50 illiyi adına Bakı elektrik maşınqayırma zavodu 2 nömrəli sexinin hopdurucular briqadiri)
Əmanət Əsabəli qızı Abbasova (Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin V. İ. Lenin adına Şəki İpək İstehsalat Birliyinin toxucusu)
Zərifə Əlibaba qızı Kələntərova (Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin S. Orconikidze adına Kirovabad toxuculuq kombinatının toxucusu)
Saida Mixaylovna Orbelyan (Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin 26 Bakı komissarı adına Qarabağ ipək kombinatının toxucusu)
Aleksandr Fyodoroviç Koçetkov (SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin Ümumittifaq Neft Maşınqayırma İstehsalat Birliyi leytenant Şmidt adına "Lenin" ordenli maşınqayırma zavodunun tornaçısı)
Raud Fətulla oğlu Şahbazov (SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin Ümumittifaq Neft Maşınqayırma İstehsalat Birliyi "Bakı fəhləsi" maşınqayırma zavodunun tornaçısı)
Bufa Novruz oğlu Kazımov (SSRİ Dəniz Donanması Nazirliyinin Bakı dəniz limanı fəhlələri iriləşdirilmiş kompleks briqadasının briqadiri)
Qaryağdı Rüstəm oğlu Mirzəyev (SSRİ Kimya Sənayesi Nazirliyinin Bakı şin zavodu avtomobil şinlərinin quraşdırıcısı)
Əlisəfa Rufulla oğlu Səfərov (Sumqayıt Kimya Sənayesi Müəssisələri İstehsalat Birliyi üzvi xlor məhsulları zavodunun aparatçısı)
İdris Mirzəxan oğlu Ağayev (Azərbaycan SSR Nazirlər Soveti Dövlət Üzümçülük və Şərabçılıq İstehsalat Komitəsinin Cəlilabad rayonundakı "Qırmızı partizan" üzümçülük sovxozu üzümçülük briqadasının briqadiri)
Dilavər Mədət oğlu Yolçiyev (Azərbaycan SSR Nazirlər Soveti Dövlət Üzümçülük və Şərabçılıq İstehsalat Komitəsinin Şamaxı rayonundakı V. İ. Lenin adına üzümçülük sovxozu üzümçülük briqadasının briqadiri)
Mirhəmzə Mirhəsən oğlu Eminov (Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin İliç rayonundakı S. Vurğun adına kolxozu tütünçülük briqadasının briqadiri)
Hüseynəli Mahmud oğlu Əliyev (26 Bakı komissarı adına Neft və Qazçıxarma İdarəsinin quyuları yeraltı təmir üzrə baş ustası)
Şaban Mehdi oğlu Rzayev (Ağcabədi rayonundakı "Tacikistan" kolxozu kompleks mexanikləşdirilmiş briqadasının briqadiri)
=== 1978 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (12 nəfər)
Aqşin Əliqulu oğlu Əlizadə (bəstəkar) — "İyirmi altılar" kantatası üçün
Rəşid Məcid oğlu Behbudov (SSRİ xalq artisti) — son illərin konsert proqramları üçün
Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə) (şair) — 1976–1977-ci illərdə dərc edilmiş şerlər və poemalar üçün
Həlak olmuş döyüşçülər şərəfinə Lənkəran şəhərində memorial üçün:
Telman Heydər oğlu Zeynalov (heykəltaraş)
Eldar Heydər oğlu Zeynalov (heykəltaraş)
Əlibəy Nəzərəli oğlu Novruzi (arxitektor)
C. Cəbbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş iki seriyalı "Sevinc buxtası" bədii filmi üçün:
Eldar Tofiq oğlu Quliyev (ssenari müəllifi və quruluşcu-rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi)
Georgi Davidoviç Mdivani (ssenari müəllifi, Gürcüstan SSR əməkdar incəsənət xadimi)
Rasim Rza oğlu İsmayılov (quruluşcu operator, Azərbaycan SSR əməkdar incəsənət xadimi)
Rafis Rza oğlu İsmayılov (quruluşçu-rəssam)
Əlabbas Qulu oğlu Qədirov (aktyor)
Bəkir Əhməd oğlu Nəbiyev (əbədiyyatşünas) — "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı" kitabı üçün
Elm və texnika sahəsində (31 nəfər)
Cəlil Yusif oğlu Hüseynov (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki) — "Ümumi patoloji anatomiya" və "Xüsusi patoloji anatomiya" (Azərbaycan dilində) dərslikləri üçün
Əbdülkərim Əli oğlu Əlizadə (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki) — Məhəmməd ibn Hinduşah Naxçıvaninin "Dəstur əl-Katib fi Təyin əl-Məratib" əsərinin elmi-tənqidi mətni üçün
Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə olunmasına dair kompleks işlər silsiləsi üçün:
Həsən Əlirza oğlu Əliyev (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki)
Sənan Ələşrəf oğlu Əlizadə (geologiya-mineralogiya elmləri namizədi)
Əli Əşrəf oğlu Bayramov (geologiya-mineralogiya elmləri namizədi)
Mixail Dmitriyeviç Qavrilov (mühəndis-geoloq)
Ələşrəf Veysəl oğlu Məmmədov (geologiya-mineralogiya elmləri doktoru)
Naib Şirin oğlu Şirinov (coğrafiya elmləri doktoru)
Səttar Mütəllim oğlu Süleymanov (geologiya-mineralogiya elmləri doktoru)
Vasif Məmmədağa oğlu Babazadə (geologiya-mineralogiya elmləri doktoru)
Yüksək gərginlikli elektrik şəbəkələrində neytralın rejimi sahəsində kompleks işlər üçün:
Çingiz Mehdi oğlu Cuvarlı (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki)
Yevgeni Vasilyeviç Dmitriyev (texnika elmləri namizədi)
Arif Məmməd oğlu Haşımov (mühəndis-elektrik)
Xalid Hacıbala oğlu İsmayılov (istilik energetikası mühəndisi)
Məmmədağa Nəriman oğlu Əliyev (mühəndis-elektrik)
Tofiq Əhməd oğlu Nurməmmədov (mühəndis-elektrik)
Kombinə edilmiş mikroelementləşdirilmiş borsuperfosfatın sənaye istehsalı texnologiyasının işlənib hazırlanması və onun respublikanın kənd təsərrüfatında tətbiq edilməsi üçün:
Püstə Fərəməz qızı Rzazadə (kimya elmləri doktoru)
Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü)
Əbdülrəhman Niyaz oğlu Güləhmədov (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü)
Tofiq Kazım oğlu İsmayılov (texnika elmləri namizədi)
Musa Salam oğlu Məmmədov (kənd təsərrüfatı elmləri namizədi)
Valeri Leonidoviç Mayzel (texnika elmləri namizədi)
Telman Xudam oğlu Qurbanov (texnika elmləri namizədi)
Zamin Mirəli oğlu Hüseynov (mühəndis-mexanik)
Neft və qaz mədənləri avadanlığı üçün metala qənaət olunmasını və çuqun hissələrin yüksək keyfiyyətini təmin edən çox səmərəli texnoloji prosesin yaradılması və sənayedə tətbiq edilməsi üçün:
Sənan Hənifə oğlu Quliyev (mühəndis-mexanik)
Vladimir Daniloviç Şifrin (texnika elmləri namizədi)
Əlağa Nuruş oğlu Muxtarov (mühəndis-mexanik)
Polad Qulam oğlu Məmmədov (mühəndis-mexanik)
Əli Salman oğlu Nəcəfov (mühəndis-mexanik)
Vladimir Sergeyeviç Şaxotkin (mühəndis-mexanik)
Xəlil Məmməd oğlu Məmmədov (iqtisadçı)
Sosializm yarışı qabaqcıllarına (18 nəfər)
Əmir Müslüm oğlu Rəhimov (SSRİ Kimya və Neft Maşınqayırma Nazirliyinin leytenant Şmidt adına zavodu poladəritmə sexinin termistlər briqadiri)
Məmməd Mütəllim oğlu Qənbərov (Xəzər Dəniz Neft Birliyi Səngəçal Dəniz Qazma İdarəsinin buruq ustası)
İlyas Barxudar oğlu Quliyev (Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi 3 nömrəli tikinti-quraşdırma tresti 30 nömrəli tikinti idarəsinin kompleks briqadasının briqadiri)
Aleksandr İvanoviç Semyonov (SSRİ Cihazqayırma, Avtomatlaşdırma Vasitələri və İdarəetmə Sistemləri Nazirliyi Bakı cihazqayırma zavodu alət sahəsinin tornaçısı)
Allahverdi Əhəd oğlu Süleymanov (V. İ. Lenin adına Azərbaycan boru-prokat zavodu marten sexinin poladəridəni)
Humay Məşədmehdiqulu qızı Hüseynova (Azərbaycan SSR Yeyinti Məhsulları Sənayesi Nazirliyi Bakı biskvit fabrikinin şərq şirniyyatı sexinin briqadiri)
Firidun Oruc oğlu Rzayev (Azərbaycan SSR Neftayırma və Neft Kimyası Sənayesi Nazirliyi Bakı şin zavodunun avtomobil şinləri quraşdıranı)
Asmik Levonovna Poqosyan (Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin 26 Bakı komissarı adına Qarabağ ipək kombinatının baramaaçanı)
Qəzənfər Kərim oğlu Əliyev (Azərbaycan dəmir yolu Kirovabad stansiyası lokomotiv deposunun maşinisti)
İsrafil Mehdi oğlu Əhmədov (Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi 5 nömrəli tresti mexanikləşdirilmiş səyyar dəstəsinin suvaqçı-rəngsazı)
Boran Habil oğlu Quliyev (Xanlar rayonundakı "Qırmızı Samux" sovxozunun baş çobanı)
Səadət Əbdülhüseyn qızı Yəhyayeva (Cəlilabad rayonundakı R. Axundov adına üzümçülük sovxozunun briqadiri)
Lətif İsmayıl oğlu Muxtarov (Tovuz rayonundakı Mirbəşir Qasımov adına sovxoz-texnikumun üzümçülük briqadasının briqadiri)
Hümbət Məmməd oğlu Əliyev (Bərdə rayonundakı 26 Bakı komissarı adına kolxozun pambıqçılıq briqadasının briqadiri)
Timofey Qureyeviç Kozlovtsev (İsmayıllı rayonundakı Kalinin adına kolxozun yemçilik briqadasının briqadiri)
Hacı Xalıq oğlu Əliyev (Lənkəran rayonundakı B. O. Abbasov adına sovxozunun tərəvəzçilik briqadasının briqadiri)
Lena Baxşiyevna Qulyan (DQMV-nin Mardakert rayonundakı "Leninavan" sovxozunun sağıcısı)
Əli Nağı oğlu Əliyev (Naxçıvan MSSR-in Naxçıvan rayonundakı "Kommunizm" kolxozunun tütünçülük briqadasının briqadiri)
== 1980-ci illər ==
=== 1980 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (16 nəfər)
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Brejnev Bakıda" tammetrajlı sənədli filmi üçün:
İmran Haşım oğlu Qasımov (yazıçı)
Muxtar Baba oğlu Dadaşov (rejissor)
Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə) (şair) (ölümündən sonra) — son illərdə yazılmış və "Vaxtında gəlmişik bu dünyaya biz" kitabında toplanmış şeirlər üçün
M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında göstərilmiş "Şəhərin yay günləri" tamaşası üçün:
Anar (Anar Rəsul oğlu Rzayev) (yazıçı, pyesin müəllifi)
Səməndər Mənsim oğlu Rzayev (rol ifaçısı)
Şəfiqə Haşım qızı Məmmədova (rol ifaçısı)
Əlağa Həsənağa oğlu Kürçaylı (şair) (ölümündən sonra) — son illərdə yazılmış və "Bütövlük" kitabında toplanmış şeirlər üçün
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Ad günü" bədii televiziya filmi üçün:
Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov (yazıçı, ssenari müəllifi)
Rasim Mirqasım oğlu Ocaqov (quruluşçu rejissor)
Kamil Nəcəf oğlu Nəcəfzadə (rəssam)
Hacı Məmməd oğlu İsmayılov (rol ifaçısı)
David Georgiyeviç Uplisaşvili (rol ifaçısı)
Tofiq Ələkbər oğlu Quliyev (bəstəkar) — son illərdə bəstələdiyi mahnılar və kinofilmlərə yazdığı musiqi üçün
Əhməd Batskoyeviç Salikov (heykəltaraş) — F. E. Dzerjinskinin abidəsi üçün
Yaşar Vahid oğlu Qarayev (tənqidçi) — "Poeziya və nəsr" ədəbiyyatşünaslıq tədqiqatı üçün
Məstan Rəsul oğlu Əliyev (şair) — uşaqlardan ötrü "Çalğıçı quşlar" və "Bax, bu da İbrahimdir" şeirlər kitabları üçün
Elm və texnika sahəsində (28 nəfər)
Cahangir Abbas oğlu Kərimov (SSRİ Elmlər Akademiyasının müxbir üzvü) — Ümumi dövlət və hüquq nəzəriyyəsinə dair əsərlər silsiləsi üçün
Ziya Musa oğlu Bünyadov (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki) — "Azərbaycanda Atabəylər dövləti" monoqrafiyası üçün
Məmmədəmin Adil oğlu Qazıyev (tarix elmləri doktoru) — V. İ. Leninin şagirdlərinə və silahdaşlarına, Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizlərə həsr edilmiş əsərlər silsiləsi üçün
Klinik-diaqnostik laboratoriya tədqiqat üsullarına dair əsərlər silsiləsi üçün:
Tamerlan Əziz oğlu Əliyev (tibb elmləri doktoru)
İsrafil Əlinağı oğlu Hüseynov (tibb elmləri doktoru)
"3038" pambıq sortunun yetişdirilməsi və istehsalatda geniş tətbiq edilməsi üçün:
Əmir Musa oğlu Hüseynov (seleksiyaçı)
Nəzifə Hüseyn qızı Yusifova (seleksiyaçı)
Şaban Kərim oğlu Cəfərov (seleksiyaçı)
Zaur Ələkbər oğlu Rəhimov (entomoloq)
Azad Xəlil oğlu Mirzəcanzadə (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki) — neft və qaz çıxarılmasında texnoloji proseslər texnikasına dair əsərlər silsiləsi üçün
Neft və qaz quyularını hermetikləşdirən və 400–1.000 atmosfer yoxlama təzyiqinə davam gətirən avadanlığın tökmələrindən ötrü yeni poladların və texnoloji proseslərin kompleks tədqiqi, işlənib hazırlanması və sənayedə tətbiqi üçün:
Səbzəli Rza oğlu Məmmədov (mühəndis-metallurq)
İlyas Məcid oğlu Məmmədov (tökmə istehsalatı texnoloqu)
Cabbar Cabbar oğlu Məmmədov (tökmə istehsalatı texnoloqu)
İdris Əli oğlu Qasımov (poladəridən)
Mineral su yataqlarından sənaye üçün karbohidrogen qazı istehsalının texnologiyasının işlənib hazırlanması və respublikanın xalq təsərrüfatında onun tətbiqi üçün:
Əli Nəcəfqulu oğlu Nuriyev (kimya elmləri doktoru)
İman Qurban oğlu Abdullayev (iqtisadçı)
Ramazan İsmayıl oğlu Əliquliyev (geologiya-mineralogiya elmləri namizədi)
Arif Xanəli oğlu Əhmədov (texnika elmləri namizədi)
Azad Şəfi oğlu Məmmədov (mühəndis-mexanik)
Məmmədsultan Mövsüm oğlu Məmmədyarov (geologiya-mineralogiya elmləri namizədi)
Məhərrəm Əli oğlu Məmmədyarov (kimya elmləri doktoru)
Bakı neftinin və başqa neftlərin benzin fraksiyalarından və qaz kondensatlarından katalitik riforminq üsulu ilə benzol alınması prosesinin tədqiqi, sənayedə tətbiqi və onun yaxşılaşdırılması yolları üçün:
Nikolay Mixayloviç İndyukov (texnika elmləri doktoru)
Rəfiqə İsgəndər qızı Həsənova (texnika elmləri namizədi)
İqor İvanoviç Sidorçuk (texnika elmləri namizədi)
Fəridə Cəfər qızı Rüstəmbəyova (mühəndis-kimyaçı-texnoloq)
Fikrət Məmməd oğlu Sadıqov (kimyaçı)
Vidadi Həsən oğlu Həsənzadə (kimya elmləri namizədi)
Ramiz Səfər oğlu Çəlilov (mühəndis-texnoloq)
Sosializm yarışı qabaqcıllarına (21 nəfər)
Kərəm Salman oğlu Məmmədov (Azərbaycan SSR Əlvan Metallurgiya İdarəsi Sumqayıt alüminium zavodunun elektrolizçilər briqadiri)
Əli Əmir oğlu İsmayılov ("Xəzərdənizneftqazsənaye" Birliyinin Neft Daşları Dəniz Qazma İdarəsi "28 Aprel" daimi platformasının rəisi)
Ağaxan Qərib oğlu Ağayev (Ümumittifaq Əsas Kimya Müəssisələri Birliyi Sumqayıt superfosfat zavodunun baş aparatçısı)
Məhərrəm Bəhlul oğlu Əbdüləliyev ("İttifaqneftmaş" Sənaye Birliyinin "Bakı fəhləsi" zavodunun elektrik qaynaqçısı)
Gennadi Aleksandroviç Smirnov ("İttifaqneftmaş " Sənaye Birliyinin P. Montin adına zavodunun tornaçısı)
Əminə Qanan qızı Əliyeva (SSRİ Elektrotexnika Sənayesi Nazirliyi "İttifaqtransformator" Sənaye Birliyinin Bakı mayesiz transformatorlar zavodunun mexanizm quraşdırma sexinin transformator quraşdırıcısı)
Nikolay Fyodoroviç Burlov (Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin N. Nərimanov adına Bakı Trikotaj İstehsal Birliyinin usta köməkçisi)
Rəhilə Hadı qızı Vəliyeva (Azərbaycan SSR Yeyinti Məhsulları Sənayesi Nazirliyi Bakı biskvit fabrikinin tort istehsalı briqadiri)
Gülbala Məhəmməd oğlu Məhərrəmov (Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyi Qaradağ tikinti materialları kombinatında daşdoğrayan maşınlar maşinisti)
Düşəri Xudaverdi oğlu Abbasov (Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyi 3 nömrəli tikinti-quraşdırma tresti 34 nömrəli tikinti idarəsinin kompleks briqadasının briqadiri)
Salman Əsəd oğlu Məmmədov (Azərbaycan SSR Baş Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi neft kimyası qurğularını quraşdırma trestinin birinci Bakı quraşdırma idarəsinin elektrik qaynaqçısı)
Həsən Abbas oğlu Abbasov (Bakı dəniz limanı doker-mexanizatorlarının kompleks briqadasının briqadiri)
Teyyubə Hüseyn qızı Əliyeva ("Azərmeyvətərəvəz" Birliyi Ordubad aqrar-sənaye birliyinin konserv zavodunun qapaqbağlayanı)
Ümüd Turab oğlu Şükürov (Azərbaycan dəmir yolu Bakı yük stansiyasının qatar tərtibçisi)
Lüdmila Sergeyevna Ohacanyan (Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Mardakert rayonundakı Partiyanın XXII qurultayı adına üzümçülük sovxozunun üzümçüsü)
Muğdad Cəlil oğlu Musayev ("Azərmeyvətərəvəz" Birliyinin Masallı rayonundakı "Kommunizm yolu" sovxozunun 2 nömrəli çaybecərmə briqadasının briqadiri)
Əkbər Şirin oğlu Abdullayev (Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin Ağdam rayonundakı H. Hacıyev adına üzümçülük sovxozu 8 nömrəli üzümçülük briqadasının briqadiri)
İslam Bilal oğlu Eyvazov (Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Bərdə rayonundakı "Azərbaycan" kolxozunun pambıqçılıq briqadasının briqadiri)
Ömər Nuru oğlu Muradov (Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Sabirabad rayonundakı "Avrora" kolxozunun taxılçılıq briqadasının briqadiri)
Suqra Qənbər qızı Mədədova (Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Ağcabədi rayonundakı Caparidze adına kolxozunda pambıqçılıq briqadasının briqadiri)
Abdulla Səlim oğlu Zalov (Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Jdanov rayonundakı "Dostluq" qoyunçuluq sovxozunda qoyunçuluq briqadasının briqadiri)
=== 1982 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (15 nəfər)
Nəbi Xəzri (Nəbi Ələkbər oğlu Babayev) (şair) — "İnam" poeması üçün
Vaqif Əziz oğlu Mustafazadə (bəstəkar) (ölümündən sonra) — ifaçılıq və bəstəkarlıq fəaliyyəti üçün
Bakı şəhərində Caparidzenin abidəsi üçün:
Ömər Həsən oğlu Eldarov (heykəltaraş)
Rasim Həsən oğlu Əliyev (arxitektor)
Bakı şəhərində XI Qızıl Ordunun heykəltaraşlıq abidəsi üçün:
Tokay Həbib oğlu Məmmədov (heykəltaraş)
Abram Semyonoviç Surkin (arxitektor)
Bakı şəhərində "Gülüstan" sarayının yaradılması üçün:
Hafiz Yusif oğlu Əmirxanov (arxitektor)
Nazim Məmməd oğlu Hacıbəyov (arxitektor)
Novruz İsmayıl oğlu İsmayılov (konstruktor)
Kamil Əlabbas oğlu Kərimov (konstruktor)
Fira İsmayıl qızı Rüstəmbəyova (layihənin baş mühəndisi)
Teodor Yakovleviç Şarinski (Bakı Şəhər Layihə İnstitutunun baş mühəndisi)
Tofiq Şıxəli oğlu Əhmədov (inşaatçı)
Armais İsayeviç Kevorkov (inşaatçı)
Mürsəl Nəcəf oğlu Nəcəfov (sənətşünas) — Azərbaycan sovet təsviri sənətinə aid "İnqilabdan yaranmış sənət", "Azərbaycan rəssamları", "Tahir Salahov" kitabları üçün
Elm və texnika sahəsində (18 nəfər)
"Azərbaycan SSR-in dəniz kondensat yataqları ehtiyatlarının hesablanmasının elmi metodlarının yaradılması, tətbiq edilməsi və yataqların işlədilməsinin layihələşdirilməsi" əsəri üçün:
Midhət Teymur oğlu Abbasov (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki)
Nazim Əkbər oğlu Əkbərov (geologiya-mineralogiya elmləri namizədi)
Yuri Mixayloviç Kondruşkin (geologiya-mineralogiya elmləri namizədi)
Faiq Murad oğlu Orucəliyev (texnika elmləri namizədi)
Ağamahmud Əbdülmahmud oğlu Siracov (Serebrovski adına Neft və Qazçıxarma İdarəsinin keçmiş baş geoloqu)
Çapay Əli oğlu Sultanov (geologiya-mineralogiya elmləri namizədi)
Xoşbəxt Bağı oğlu Yusifzadə (geologiya-mineralogiya elmləri namizədi)
"Azərbaycanda uşaq və yeniyetmələrdə ilkin arterial hipertoniya və hipotoniyanın yayılmasının inkişaf mexanizminin öyrənilməsi, kliniki gedişinin xüsusiyyətləri, yeni müalicə və profilaktika üsullarının işlənməsi və tətbiqi" əsəri üçün:
Adilə Əvəz qızı Namazova (SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü)
Əlifağa Adil oğlu Hacıyev (tibb elmləri doktoru)
Məhərrəm Əhəd oğlu Bayramov (tibb elmləri doktoru)
Zemfira Hacıbaba qızı Hüseynova (tibb elmləri namizədi)
"Kiçikdispersli alüminium-silikat katalizatorunun iştirakı ilə yüksək keyfiyyətli birbaşa axın reaktorlarında neft xammalının ikipilləli katalitik krekinq prosesinin tədqiqi, işlənib hazırlanması və sənayedə tətbiqi" əsəri üçün:
Vahab Səfər oğlu Əliyev (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki)
Musa İsmayıl oğlu Rüstəmov (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü)
Yevgeni İvanoviç Pryanikov (texnika elmləri namizədi)
Mirzə Əjdər oğlu Abdullayev (texnika elmləri namizədi)
Əbdülhüseyn Məmmədcəfər oğlu Hüseynov (Vladimir İliç adına Yeni Bakı neftayırma zavodunun direktoru)
Ağarəfi Mənsim oğlu Zərbəliyev (Vladimir İliç adına Yeni Bakı neftayırma zavodunun baş operatoru)
İzrail Davidoviç Şlyaxovski (Azərbaycan Dövlət Neft və Kimya Müəssisələrini Layihələşdirmə İnstitutunun baş layihə mühəndisi)
Sosializm yarışı qabaqcıllarına (21 nəfər)
Orucəli Ağgül oğlu Rəhimov ("Azərneft" İstehsalat Birliyi Şirvan Neft və Qazçıxarma İdarəsinin quyuları yeraltı təmir ustası)
Adil Nuru oğlu Hüseynov (Biləcəri lokomotiv deposunun elektrovoz maşinisti)
Kiçikxanım Ağasəf qızı Abdullayeva (N. Nərimanov adına Bakı Trikotaj İstehsal Birliyinin toxucusu)
Firudin Arıx oğlu Məmmədov ("Üzvi sintez" İstehsal Birliyinin aparatçısı)
Ələsgər Heybət oğlu Ələkbərov (Neft və Kimya Müəssisələrini Avtomatlaşdırma Elmi-Tədqiqat və Layihə İnstitutu M. İ. Kalinin adına təcrübə zavodunda 2 nömrəli sexin çilingəri)
Akif Hənifə oğlu Cəbrayılov ("Tu-154" təyyarəsinin komandiri)
Yusif Qaraş oğlu Nəsibov (Yevlaxdakı 2703 nömrəli avtomobil dəstəsinin yük avtomobili sürücüsü)
Şahabəddin Sədir oğlu Mirzəbəyov (S. M. Kirov adına maşınqayırma zavodunun dəmirçisi)
Mirzə Məhərrəm oğlu Abbasov (Kirovabad alüminium zavodunun briqadiri)
Mixail İvanoviç Semyonov (V. İ. Lenin adına "Yeni Bakı" neftayırma zavodunun baş operatoru)
İdris Əli oğlu Dadaşov (Sənaye Tikintisi Nazirliyi 1 nömrəli trestinin 17 nömrəli tikinti idarəsi ÜİLKGİ-nin 60 illiyi adına təsərrüfat hesablı kompleks briqadasının briqadiri)
Ağakərim Muxtar oğlu Bağırov (Xəzər Dəniz Gəmi Təmiri İstehsal Birliyi Paris kommunası adına baş istehsal vahidi mexanizm sexinin çilingər-gəmi təmirçiləri briqadiri)
Saday Musa oğlu Məmmədov (Azərbaycan Neft Kimyası Qurğularını Quraşdırma Tresti Sumqayıt ikinci quraşdırma idarəsinin elektrik qaynaqçısı)
Ağamusa Arzuman oğlu Vahidov (Azərbaycan SSR Geologiya İdarəsi Binə–Hövsan dəstəsinin sənaye və termal suların axtarışı və kəşfiyyatı ekspedisiyasının buruq ustası)
Həlimə Muxtar qızı Qarayeva (Naxçıvan MSSR Ordubad rayonundakı M. F. Axundov adına kolxozun sağıcısı)
Vağarşak Mardiyeviç Ağabekyan (Martuni rayonundakı "Kommunizm" kolxozu südçülük fermasının sağıcısı)
Şamil Bəylər oğlu Mehdiyev (Bərdə rayonundakı "Moskva" kolxozu pambıqçılıq briqadasının briqadiri)
Nəzakət Əhməd qızı Qafarova (Şəki rayonundakı "Qafqaz" kolxozunun tütünçüsü)
Buludxan Samidxan oğlu Həsənov (26 Bakı komissarı adına sovxozun briqadiri)
Hüseynəli Cəbrayıl oğlu Balayev (Xaçmaz rayonundakı 26 Bakı komissarı adına 1 nömrəli sovxozun tərəvəzçilik briqadasının briqadiri)
Allahverdi Qüdrət oğlu Həbibov (Lənkəran rayonundakı Partiyanın XXIV qurultayı adına sovxozun çaybecərmə briqadasının briqadiri)
=== 1984 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (12 nəfər)
Hüseyn Abbas oğlu Abbaszadə (nasir, Azərbaycan SSR əməkdar incəsənət xadimi) — "Burulğanlar" romanı üçün
1981–1983-cü illərin konsert proqramları və M. F. Axundov adına Lenin ordenli Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşalarında rolların ifası üçün:
Fidan Əkrəm qızı Qasımova (Azərbaycan SSR xalq artisti)
Xuraman Əkrəm qızı Qasımova (Azərbaycan SSR əməkdar artisti)
Qasım Xansuvar oğlu Qasımzadə (tənqidçi, ədəbiyyatşünas) — "Ədəbiyyatda millilik və beynəlmiləllik" kitabı üçün
M. Əzizbəyov adına Lenin ordenli, Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Akademik Dram Teatrında "İblis" tamaşası üçün:
Mehdi Əsədulla oğlu Məmmədov (quruluşçu rejissor, SSRİ xalq artisti)
Elçin Mehdi oğlu Məmmədov (quruluşçu rəssam)
Nazim Zöhrab oğlu Bəykişiyev (quruluşçu rəssam)
Məmmədrza İsa oğlu Şeyxzamanov (rol ifaçısı, Azərbaycan SSR xalq artisti) (ölümündən sonra)
Səfura Ağabala qızı İbrahimova (rol ifaçısı, Azərbaycan SSR əməkdar artisti)
Ramiz Ağarza oğlu Məlikov (rol ifaçısı, Azərbaycan SSR əməkdar artisti)
Vəfa Nüsrət qızı Fətullayeva (rol ifaçısı, Azərbaycan SSR əməkdar artisti)
Hamlet Bəbir oğlu Xanızadə (rol ifaçısı, Azərbaycan SSR əməkdar artisti)
Elm və texnika sahəsində (14 nəfər)
Tamilla Haşım qızı Musayeva (tarix elmləri doktoru) — "İnqilab və Azərbaycanda xalq maarifi" monoqrafiyası üçün
Ramiz Əli oğlu Mustafayev (texnika elmləri doktoru) — "Karbohidrogenlərin yüksək hal parametrlərində istilik fiziki xassələri" monoqrafiyası üçün
İqtisadi-riyazi modellər və hesablama texnikası vasitələri yaradılması və onların xalq təsərrüfatında planlaşdırma və idarəetmə məsələlərinin həllində geniş tətbiqi üçün:
Cahangir Əlikram oğlu Babayev (texnika elmləri doktoru)
Yunis Abbasəli oğlu Mahmudov (texnika elmləri namizədi)
Şamil Əlabbas oğlu Səmədzadə (iqtisad elmləri doktoru)
Məmməd Əbdülkərim oğlu Mustafazadə (iqtisad elmləri doktoru)
Bədirxan Sarı oğlu Musayev (iqtisad elmləri doktoru)
Qorxmaz Cahangir oğlu İmanov (iqtisad elmləri doktoru)
Sumqayıt "Kimyasənaye" İstehsal Birliyində işləyən algilbenzolsulfonat istehsalatının təkmilləşdirilməsi üçün:
Əlisəttar Şirəli oğlu Əliyev (Sumqayıt "Kimyasənaye" İstehsal Birliyinin işçisi, iqtisadçı-mühəndis)
Zülfü Kazım oğlu Sadıqov (Sumqayıt "Kimyasənaye" İstehsal Birliyinin işçisi, mühəndis-texnoloq)
Təbrik Müzəffər oğlu Quliyev (Sumqayıt "Kimyasənaye" İstehsal Birliyinin işçisi, kimyaçı)
Əliqulu İltifat oğlu Kərimov (Sumqayıt "Kimyasənaye" İstehsal Birliyinin işçisi, algilləşdirmə aparatçısı)
Azat Salexoviç Qaysin (Azərbaycan SSR Nazirlər Sovetinin neft, neftayırma, neft kimyası və kimya sənayesi şöbəsi müdirinin müavini)
Vladimir Maksimoviç Yuryev (Dövlət Elmi Tədqiqat Xlor İstehsalatlarını Layihələşdirmə İnstitutunun bölmə müdiri)
Sosializm yarışı qabaqcıllarına (21 nəfər)
Böyük əmək nailiyyətiləri, işin yüksək səmərəliliyi və keyfiyyəti üçün:
Əlövsət Zülfü oğlu Rəhimov ("Xəzərneftqazsənaye" Ümumittifaq Birliyi Səngəçal Dəniz Qazma İdarəsinin buruq ustası)
Kaspar Baba oğlu Mirəliyev (Azərneft Birliyi Əzizbəyov Neft və Qazçıxarma İdarəsinin əsaslı təmir ustası)
Əhməd Şirəli oğlu Həmidov (Oktyabr inqilabının 50 illiyi adına "Üzvi sintez" İstehsal Birliyinin çilingərlər briqadiri)
Adil Muxtar oğlu Məmmədov (Vladimir İliç adına Yeni Bakı neftayırma zavodu 41 nömrəli qurğusunun baş operatoru)
Lüdmila İvanovna Snisarenko (SSRİ-nin 50 illiyi adına Kirovabad alüminium zavodunun aparatçılar briqadiri)
Adna Hüseyn oğlu Adnayev ("İttifaqneftmaş" Ümumittifaq Sənaye Birliyi Volodarski adına zavodunun kompleks briqadasının briqadiri)
Kərim Kəlbiş oğlu Bağırov (sənaye sularının və termal suların axtarılması və kəşf edilməsi ekspedisiyasının Neftçala hidrogeoloji kəşfiyyat dəstəsinin buruq ustası)
Böyük əmək nailiyyətiləri, xammala və materiallara qənaət işinə şəxsi kömək, işin keyfiyyətinin yaxşılaşdırılması və texnikadan səmərəli istifadə olunması üçün:
Eldar Müseyib oğlu Abdullayev (Mingəçevir yol tikintisi maşınları zavodunun tornaçı-karuselçisi)
Firuzə Məmmədağa qızı Məlikova (SSRİ-nin 60 illiyi adına Bakı mayesiz transformatorlar zavodunun qarqara sarıyıcısı)
Kamal Əbdüləli oğlu Kazımov (2 nömrəli yol tikintisi və təmiri tresti 3 nömrəli yol tikintisi idarəsinin avtoqreyder maşinisti)
Əsəd Hacı oğlu Abbasov (8 nömrəli Azərbaycan Kənd Tikintisi Tresti 24 nömrəli mexanikləşdirilmiş səyyar dəstəsinin kompleks briqadasının xarratlar briqadiri)
İnşallah Əkbər oğlu Qurbanov (sənaye müəssisələri tikintisini mexanikləşdirmə tresti 1 nömrəli ixtisaslaşdırılmış mexanikləşdirmə idarəsinin buldozerçi maşinistlər briqadiri)
Tərlan İsrafil qızı Əliyeva (Kirovabad xalça-mahud kombinatının toxucusu)
Mikayıl Duman oğlu Məmmədov (Kirovabad yol distansiyasının yol ustası)
Böyük əmək müvəffəqiyyətləri, yaradıcılıq təşəbbüsü və fəallıq, yüksək və sabit pambıq, tərəvəz, tütün məhsulları və heyvandarlıq məhsulları əldə edilməsi üçün:
Hüseynağa Ağababa oğlu Babayev (Neftçala rayonundakı "1 May" kolxozu pambıqçılıq briqadasının briqadiri)
Əziz Rəsul oğlu Həmidov (Qutqaşen rayonundakı "Qutqaşen" kolxozu tütünçülük briqadasının briqadiri)
Sümayə Hidayət qızı Adışirinova (Şəki rayonundakı təsərrüfatlararası damazlıq heyvandarlıq müəssisəsinin maşınla sağım ustası)
Hüseynağa İbrahim oğlu Bəhramov (Astara rayonundakı Şahağacı tərəvəzçilik sovxozu tərəvəzçilik briqadasının briqadiri)
Qənirə Yusif qızı Abbasova (Zərdab rayonundakı K. Marks adına kolxozun pambıqçısı)
Nəsrulla Qurban oğlu İbadov (Şahbuz rayonundakı C. Cabbarlı adına sovxozun çobanı)
Nvard Nersesovna Melkumyan (Əsgəran rayonundakı N. Stepanyan adına kolxozun sağıcısı)
=== 1986 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (24 nəfər)
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Birisi gün gecə yarısı" bədii filmi üçün:
Məmməd Mustafa oğlu Avdiyev (ssenarinin müəllifi)
Ramiz Məmməd oğlu Fətəliyev (ssenarinin müəllifi)
Anatoli Qriqoryeviç Donts (ssenarinin müəllifi)
Arif Hacı oğlu Babayev (rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi) (ölümündən sonra)
Teyyub Mirzəhəsən oğlu Axundov (operator)
Xəyyam Hadi oğlu Mirzəzadə (Azərbaycan SSR əməkdar incəsənət xadimi)
Kamal Nəcəf oğlu Nəcəfzadə (Azərbaycan SSR əməkdar rəssamı)
Əbdülhəsən Ağaməmməd oğlu Məmmədov (rol ifaçısı, Azərbaycan SSR xalq artisti)
Məlik Yusif oğlu Dadaşov (rol ifaçısı, Azərbaycan SSR xalq artisti)
Hacı Murad Əhmədoviç Yagizarov (rol ifaçısı, Azərbaycan SSR xalq artisti)
Fərhad Şəmsi oğlu Bədəlbəyli — 1983–1985-ci illərdə konsert-ifaçılıq fəaliyyətinə görə
Mirvarid Paşa qızı Dilbazi (Azərbaycan SSR xalq şairi) — "Qar çiçəkləri" kitabında və "Azərbaycan" jurnalında dərc edilmiş şeirləri üçün
Arif Cahangir oğlu Məlikov (Azərbaycan SSR xalq artisti) — simfonik lövhələr, Nazim Hikmətin sözlərinə yazılmış ikinci silsilə romansları üçün
Elbəy Mirzəhəsən oğlu Rzaquliyev (Azərbaycan SSR xalq rəssamı) — "Azərbaycan Böyük Vətən müharibəsində" mövzusunda silsilə rəsmləri üçün
C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Atları yəhərləyin" bədii filmi üçün:
Süleyman Rüstəm (Süleyman Əlabbas oğlu Rüstəmzadə) (ssenarinin müəllifi, Azərbaycan SSR xalq şairi)
Əhməd Əkbər oğlu Qurbanov (ssenarinin müəllifi)
Əbdüləhəd Əlisa oğlu Mahmudov (rejissor)
Kənan Əzizağa oğlu Məmmədov (operator)
Kazım Məmmədəli oğlu Kazımov (Azərbaycan SSR xalq rəssamı)
Emin Sabit oğlu Mahmudov (bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi)
Rasim Əhməd oğlu Balayev (rol ifaçısı, Azərbaycan SSR xalq artisti)
Həsən Səttar oğlu Turabov (rejissor və rol ifaçısı, Azərbaycan SSR xalq artisti)
Gümrah Kərim oğlu Rəhimov (rol ifaçısı)
Kamal Abdulla Şaiq oğlu Talıbzadə (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü) — "Azərbaycan ədəbi tənqidi tarixi" kitabı üçün
Elm və texnika sahəsində (15 nəfər)
Sara Balabəy qızı Aşurbəyli (tarix elmləri doktoru) — "Şirvanşahlar dövləti (VI–XVI əsrlər)" monoqrafiyası üçün
Ağamusa Ağası oğlu Axundov (filologiya elmləri doktoru) — "Azərbaycan dilinin fonetikası" monoqrafiyası üçün
"Neft layları fizikası" dərsliyi üçün:
Azad Xəlil oğlu Mirzəcanzadə (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, texnika elmləri doktoru)
Zaur Musa oğlu Əhmədov (texnika elmləri doktoru)
Ramiz Seyfulla oğlu Qurbanov (texnika elmləri doktoru)
"Antiferromaqnetiklərin optik spektroskopiyası" silsilə əsərləri üçün:
Yuhənnas Mirhəsən oğlu Seyidov (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru)
Firudin Məmmədəli oğlu Həşimzadə (Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru)
Məmməd Nuru oğlu Abdullayev (fizika-riyaziyyat elmləri namizədi)
Viktor Valentinoviç Yeremenko (Ukrayna SSR Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru)
Səpələnmiş tunc tozlarından istifadə etməklə məişət kondisionerlərinin ventilyatorlu mühərriklərinin süzmə podşipniklərinin hazırlanmasının texnologiyasının işlənib hazırlanmasına və tətbiq edilməsinə görə:
Xanoğlan İman oğlu İmanov (Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Konstruksiyalı materiallar və korroziyanın texnologiyası" kafedrasının müdiri, texnika elmləri namizədi)
Aqil İsa oğlu Babayev (Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Konstruksiyalı materiallar və korroziyanın texnologiyası" kafedrasının assistenti)
Fuad Xəlil oğlu Quliyev ("Bakı kondisioner" istehsalat birliyinin baş direktoru)
Vaqif Abbas oğlu Heydərov ("Bakı kondisioner" istehsalat birliyinin baş mühəndisi)
Yakov Borisoviç Şlimak ("Bakı kondisioner" istehsalat birliyinin baş metallurqu)
Eduard Rza oğlu Rzayev ("Bakı kondisioner" istehsalat birliyinin baş mühəndisinin müavini)
Sosializm yarışı qabaqcıllarına (21 nəfər)
Əməkdə qazandığı böyük nailiyyətlərə, istehsalatın daxili ehtiyatlarının axtarışı və istifadəsində şəxsi xidmətlərinə görə:
Qədir Həşim oğlu Qələndərov ("Xəzərdənizneftsənaye" ÜİB "Artyomneftqaz" NQÇİ-nin quyuların yeraltı təmiri ustası)
Rasim Şərifəli oğlu Rəhimov ("Azərneft" İB "Qaradağneft" NQÇİ-nin neft və qaz çıxarma ustası)
Elxan Məhəmməd oğlu Əzizov (Oktyabr inqilabının 50 illiyi adına Sumqayıt "Üzvi sintez" istehsalat birliyinin aparatçısı)
Ağazay Güləli oğlu Əliyev ("Qafqazenerjiquraşdırma" tresti Mingəçevir quraşdırma idarəsinin çilingər-quraşdırıcılar briqadiri)
Akif İlyas oğlu Hüseynov (Azərbaycan komsomolunun 50 illiyi adına Bakı elektrik maşınqayırma zavodunun təsərrüfat hesablı kompleks-ikitərəfli briqadasının briqadiri)
Nəbi Süleyman oğlu Binnətov (leytenant Şmidt adına maşınqayırma zavodunun ixtisaslaşdırılmış təsərrüfat hesablı briqadanın briqadiri)
Fatma Ağagül qızı Əsgərova (leytenant Şmidt adına maşınqayırma zavodunun priborlar qaynaqçısı)
Əməkdə qazandığı böyük nailiyyətlərə, xammal və materiallara qənaət etdiyinə, buraxılan məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına və texnikadan səmərəli istifadə işində şəxsi xidmətlərinə görə:
Əli Mikayıl oğlu Novruzov (Kiçik Qafqaz geoloji kəşfiyyat ekspedisiyası Qızıl-bulaq geoloji kəşfiyyat partiyasının dağ-mədən ustası)
Roza Tarxanovna Petrosyan (26 Bakı komissarları adına Qarabağ ipək kombinatının toxucusu)
Nəriman Zaman oğlu Əhmədov (V. İ. Lenin adına Şəki ipək istehsalat birliyinin baramasarıyıcısı)
Qalina Kirilovna İrzayeva (S. Orconikidze adına Kirovabad toxuculuq kombinatının toxucusu)
Tofiq Hüseyn oğlu Bağırov (Azərbaycan dəmir yolu Biləcəri lokomotiv deposunun elektrovoz maşinisti)
Vahid Əlihüseyn oğlu Səlimov ("Xəzərdənizgəmitəmiri" Gəmi Təmiri İB Zakfederasiya istehsalar vahidinin tornaçısı)
Gəray Gülmalı oğlu Zeynalov ("Bakıbaştikinti" ev tikmə sənayesi istehsalat birliyi ETK-1-in quraşdırıcılar briqadiri)
Əməkdə qazandığı böyük müvəffəqiyyətlərə, yaradıcılıq təşəbbüsü və fəallığına, kənd təsərrüfatı və heyvandarlıq məhsullarından yüksək və sabit məhsul əldə etdiyinə görə:
Ziyət Murad qızı Əbdülkərimova (Zaqatala rayon İliç adına kolxozun tütünçüsü)
Kifayət Mahiyəddin qızı Zeynalova (Ağdam rayon V. İ. Lenin adına kolxozun sağıcısı)
Məmmədnəbi Məhəmməd oğlu Daşdəmirov (Göyçay rayon M. Əzizbəyov adına kolxozun taxılçılıq briqadasının briqadiri)
Sevda Kərim qızı Kərimova (Ağdaş rayon Q. Hacıyev adına kolxozun pambıqçısı)
Cavid Böyükağa oğlu Qasımov (Salyan rayon "Oktyabr" adına kolxozun pambıqçılıq briqadasının briqadiri)
Həməndar Musa oğlu Əbilov (Xanlar rayon "Bolqarıstan" üzümçülük sovxozunun üzümçülər briqadiri)
Həsən Musa oğlu Əliyev (Naxçıvan MSSR İliç rayon Frunze adına sovxozun taxılçılıq briqadasının briqadiri)
=== 1988 ===
Ədəbiyyat, incəsənət və arxitektura sahəsində (9 nəfər)
Rauf Canbaxış oğlu Abdullayev (dirijor) — 1985–1987-ci illərdə konsert proqramları üçün
Nadir Qənbər oğlu Əbdürrəhmanov (rəssam) — "Üzüm bağları", "Payız", "Azərbaycan dağlarında bahar", "Sevinc" rəngkarlıq əsərləri üçün
"Əks-səda" və "Balaban" qısametrajlı filmləri üçün:
Aydın Ərşad oğlu Dadaşov (ssenari müəllifi)
Xamis Bəkir oğlu Muradov (rejissor)
Vladimir Yevgenyeviç Konyagin (kinooperator)
Akif Ənvər oğlu Nuriyev (səs operatoru)
Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov) (şair) — "Azərbaycan" və "Ulduz" jurnallarında dərc edilmiş şeirlər üçün
Şamil Seyfulla oğlu Fətullayev (sənətşünas) — "XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlığı" kitabı üçün
Zeynəb Yəhya qızı Xanlarova (müğənni) — konsert-ifaçılıq fəaliyyəti üçün
Elm və texnika sahəsində (22 nəfər)
Püstə Əzizağa qızı Əzizbəyova (Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, tarix elmləri doktoru) — Bakı Kommunasının və onun komissarlarının fəaliyyətinə həsr olunmuş işlər silsiləsi üçün
1970–1986-cı illərdə dərc edilmiş "Halkokenid və oksid yarımkeçiricilərin elektron rəqs hallarının spektroskopiyası.