Lev

Bolqarıstanın milli pul vahidi (1980-cı ildən). 1 BGL = 100 stotinko
Lepta
Leveric
OBASTAN VİKİ
Lev
Lev — ad. Bu adı olan tanınmışlar Lev Brovarski — Lev Slutskin — Digər Lev (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Lev (Kəlbəcər)
Lev — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Lev kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfinndən işğal edilib. Kənd 2020-ci il 25 noyabrda işğaldan azad edilib. ının sahilində, Burovar silsiləsinin ətəyindədir. Tam adi Levkənddir. Kəndin adı oradakı Lev (və ya Leh) adlı qədim qalanın adındandır. Qala Tərtər çayının sahilində, sıldırım qaya üstündədir. Xalq arasında qala Lev (Ləkərqişlaq) Loktim də adlanır. Qalanın adi XII əsrdən məlumdur. Bəzi tədqiqatlara görə, lev/ldv fars dilindəki bb sözündən olub “dodaq”, məcazi mənada “dag çixintisi, irəli çixmiş qaya” mənasındadır.
Lev Bardukov
Lev Bordukov (13 mart 1913 – 1967) — Aktyor. Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb. 1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib. 1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib. 43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır. Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir.
Lev Berq
Lev Semyonoviç Berq (1876-1950) — rus coğrafiyaşünası. L.N.Berq 1876-cı ildə Moldoviyanın Bender şəhərində anadan olmuşdur. O, Kişinyovda gimnaziyanı qızıl medalla bitirmiş, 1894-cü ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölməsinə daxil olmuşdur. Ixtiologiya (balıqları öyrənən sahə) sahəsilə xüsusi maraqlanan Berq 1898-ci ildə universiteti bitirərək Qərbi Sibir göllərini öyrənməyi yola düşür. Özündən əvvəlki tədqiqatçılardan fərqli olaraq Sibir göllərinin səviyyəsinin qalxdığını müəyyən edib. Hərtərəfli biliyə malik olmasını nəzərə alaraq Berq haqqında müəllimi belə yazır: "Bütün bunları öyrənməyi və ciddi fikirləşməyi o nə vaxt çatdırırdı." Görkəmli alim göllərin öyrənilməsində xüsusilə maraqlı olmuşdur. Universiteti qurtarmaqla o, bir neçə il ərzində Aral dənizini, səhraların relyefini, İssık-Kul, Balxaş, Qərbi Sibir göllərini öyrənmişdir. Yazılmış əsərlər içərisində "Aral dənizi" kitabı xüsusi elmi əhəmiyyətə malikdir. Ilk dəfə olaraq Berq bu gölün müxtəlif dərinliklərində temperaturu öyrənmiş, axın istiqamətini, tərkibini müəyyən etmişdir. Ilk dəfə olaraq Aral gölündə müəyyən etdiyi duran dalğaları müəyyən etmiş və onu magistr dissertasiya müdafiəsinə təqdim etmişdir.
Lev Bordukov
Lev Bordukov (13 mart 1913 – 1967) — Aktyor. Lev Bordukov 1913-cü ildə Moskvada dünyaya gəlib. O, ilkin yaradıcılığa 16 yaşından başlayıb. 1929-1932-ci illərdə Moskvada Fəhlə Teatrının aktyoru olub. İlk dəfə 1933-cü ildə Almaniyada fəhlələrin ağır vəziyyətindən, kommunistlərin kapitalistlərə qarşı mübarizəsindən bəhs edən "Günəş Qərbdə çıxır" filminə çəkilib. 1933-cü ildə Moskva İncəsənət Teatrına aktyor kimi qəbul olunub. Buradakı fəaliyyəti 1941-ci ildə İkinci Dünya müharibəsinə çağırılana qədər davam edib. 43-cü ilə qədər Böyük Vətən müharibəsində iştirak edir, ancaq qəfil dəyən güllədən ağır yaralanır və orduya yararsız biri kimi tərxis olunur. Müharibədən qayıdandan sonra Mərkəzi Nəqliyyat Teatrının və Teatr Studiyasının səhnəsində çıxış etməyə başlayır. Levin çılğın xarakteri, yüksək ədalət hissi müharibədən sonra onu ölkədə baş verən daxili çəkişmələrin içərisinə doğru çəkir.
Lev Borisov
Lev İvanoviç Borisov — Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Lev İvanoviç Borisov 8 dekabr 1933-cü ildə anadan olub. Boris Şukin adına teatr məktəbini bitirib, 1987-ci ildə M.N.Yermolova adına Moskva Dram Teatrının aktyoru olub. Yaradıcı karyerası dövründə 90-dan çox filmdə çəkilib. 50-ci illərdə “Yetkinlik attestatı” (1954) filmimdə onuncu sinif şagirdi kimi debüt edib. Aktyora “Banditski Peterburq” (“Canilərin Peterburqu”) (2000-2003) teleserialında oynadığı Antibiotik adlı kriminal avtoritetin rolu böyük uğur qazandırıb. Sonuncu kino işləri arasında “Əjdaha sindromu” (2011), “Qorqona əməliyyatı” (2011) göstərmək olar. Rusiyanın Xalq artisti, teatr və kino aktyoru Lev Borisov 15 yanvar 2011-ci ildə çərşənbə axşamı Moskvada 78 yaşında dünyasını dəyişib.
Lev Brovarski
Brovarski Zaqatalanın Simurq klubunun baş məşqçisi Roman Pokoranın "Karpatı"da uzun müddət komanda yoldaşı və kapitanı olub. O, 1969-cu ildə, 20 yaşında ikən Lvov təmsilçisinin kapitanı kimi SSRİ kubokunu başı üzərinə qaldırıb. Pokora da həmin vaxt "Karpatı"nın heyətində yer alsa da, qələbə qazandıqları final oyununda ehtiyatda qalıb. Lev Brovarski bu komandada oyun sayına görə (412) rekordçudur. Lvov futbolunun tarixində ən yaxşı futbolçu sayılan Brovarski SSRİ yığmasında da çıxış edib. O, 1990-cı ildə İtaliyada keçirilən dünya çempionatının final mərhələsində 1/4 finala çıxan Kamerun yığmasının baş məşqçisi Valeri Nepomnyaşının köməkçisi olub. Brovarski SSRİ-nin əməkdar idman ustası, Ukraynanın əməkdar məşqçisi adını daşıyıb. Qeyd edək ki, "Karpatı" ötən 2008-ci ilin noyabrında Brovarskinin 60 illik yubileyində geydiyi 6 nömrəli formanı əbədiləşdirib. O, həmin vaxt Ukrayna prezidenti Viktor Yuşenkonun qərarı ilə dövlət mükafatına layiq görülüb. Ukraynanın "Karpatı" klubunun sabiq məşqçisi Lev Brovarski 2009-cu ildə vəfat edib.
Lev Dovator
Lev Mixayloviç Dovator (rus. Лев Миха́йлович Дова́тор; 20 fevral 1903 – 19 dekabr 1941) — İkinci dünya müharibəsində həlak olan general-mayor. Ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 1903-cü ilin 20 fevralında Xotinoda kəndli yəhudi ailəsində anadan olmuşdur. Almaniyanın SSRİ-yə hücumu zamanı Qırmızı ordunun 36-cı atlı dəstəsinin başçısı heyət başçısı vəzifəsinə gətirilmişdir. Tezliklə atlı dəstənin komandiri olmuşdur. 1941-ci ilin avqust-sentyabr aylarında dəstəsi Smolensk yaxınlığında alman qüvvələrini cəsarətlə məğlub etmişdir. Moskva uğrunda döyüşlərdə Lev Dovator 2-ci Gözətçi Atlı Dəstə Korpusunun komandiri olaraq Volokolamskdan almanların hücumunu dəf etmişdir. 1941-ci ilin 19 dekabrında Ruza yaxınlığında gedən döyüşdə həlak olmuşdur. Ölümündən iki gün sonra ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Lev Durov
Lev Konstantinoviç Durov (rus. Лев Константинович Дуров; 23 dekabr 1931, Moskva - 20 avqust 2015, Moskva) — Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1990). Qocalar-quldurlar (film, 1971) Baharın on yeddi anı (film, 1973) Al çiçək (film, 1977) Qorxma, mən səninləyəm Papaq (film, 2007) Qorxma, mən səninləyəm!
Lev Karaxan
Lev Mixayloviç Karaxan (erm. Լևոն Միքայելի Կարախանյան, rus. Лев Михайлович Карахан; 20 yanvar (1 fevral) 1889 və ya 1889, Tiflis – 20 sentyabr 1937 və ya 1937, Moskva) — erməniəsilli SSRİ diplomatı. RSFSR və SSRİ xarici işlər komissarının müavini, Polşa, Çin və Türkiyədə RSFSR və SSRİ-nin diplomatik təmsilçisi olmuşdur. Капица М. С. Л. Карахан (1889–1937), в кн.: Видные советские коммунисты — участники китайской революции. — М., 1970. Раскольников Ф. Ф. На боевых постах. — М., 1964. Деятели СССР и революционного движения России. Энциклопедический словарь Гранат.
Lev Karsavin
Lev Platonoviç Karsavin (d. 1882 - ö. 1952) — Rus filosofu, şair, tarixçi. Lev Platonoviç Karsavin 13 dekabr 1882-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdu.Sankt-Peterburq Dövlət Universitetində oxumuşdu. Lev Karsavin 20 iyul 1952-ci ildə vəfat edib. Карсавин, Лев Платонович: Биография. Библиография. Высказывания Arxivləşdirilib 2008-03-21 at the Wayback Machine Лев Карсавин (1882—1952): биография и тексты Arxivləşdirilib 2011-06-17 at the Wayback Machine Лев Карсавин. Метафизика любви — Документальный фильм (Россия, 2007). Режиссёр Олег Бараев.
Lev Kleyn
Lev Samuiloviç Kleyn (rus. Лев Самуи́лович Клейн; 1 iyul 1927, Vitebsk – 7 noyabr 2019, Sankt-Peterburq) — sovet və rus tarixçisi, arxeoloq, mədəniyyət antropoloqu, filoloq, elm tarixçisi. Tarix elmləri doktoru, professor. Sankt-Peterburqdakı Avropa Universitetinin qurucularından biridir. Tələbəlik illərində, Nikolay Marrın müəllif olduğu və o vaxt hakim olan "Yafəs dilləri nəzəriyyəsini"nə qarşı çıxırdı, aspiranturaya daxil olduqdan sonra isə Kiyev Rus dövlətinin mənşəyi məsələsində Sovet arxeoloqlarının fikirlərinə hakim olan antinormanizmə qarşıydı. İyirmi il Leninqrad Universitetinin arxeologiya şöbəsində dərs keçirdi. Nəzəri arxeologiyanın əsasları üzərində işləyirdi; nəzəriyyə və tarixşünaslıq mövzularına aid işləri təkçə Sovet İttifaqında deyil, həm də Qərbdə də fəal şəkildə nəşr edilirdi. 1981-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi alimə qarşı cinayət işi başlatdı və o, məhkum edildi. 1982-ci ildə sərbəst buraxıldıqdan sonra Kleyn akademik dərəcəsindən və fəxri addan məhrum edildi, onu işə qəbul etmirdilər və dərs deməyə icazə verilmirdi. Yalnız yenidənqurma illərində xaricdə müəllimlik etməyə başladı və SSRİ-nin dağılmasından sonra Sankt-Peterburq Dövlət Universitetində professor oldu və 1997-ci ilə qədər Avropa Universitetində dərs deyirdi.
Lev Landau
Lev Davidoviç Landau (rus. Лев Дави́дович Ланда́у; 9 (22) yanvar 1908, Bakı, Rusiya imperiyası – 1 aprel 1968[…], Moskva, SSRİ) — nəzəri fizikanın bir çox sahələrinə fundamental elmi töhfələr bəxş etmiş sovet fiziki. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü, və iki-komponentli neytrinoların nəzəriyyəsi misal göstərilə bilər. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Landau 1908-ci ilin 22 Yanvar tarixində Bakıda yəhudi ailəsində anadan olmuşdur (atası David Lvoviç Landau, anası Lyubov Venyaminovna Qarkavi). Hələ çox erkən yaşlarında riyaziyyatda nümayiş etdirdiyi qeyr-adi istedad sonralar onun barəsində nə vaxtsa riyaziyyatı bilməməsini xatırlamadığını deməsi kimi xatırlanmışdır. Landau 13 yaşında gimnaziyanı bitirmiş, universitetə yaşı çatmadığından, Baki İqtisadiyyat Texnukumuna qəbul olunmuşdur. 1922-ci ildə cəmi 14 yaşında ikən Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. Burada o eyni zamanda iki fakültədə, Fizika-riyaziyyat və Kimya ixtisasları üzrə təhsil almışdır. 1924-cü ildə Leninqrad Universitetinin fizika fakültəsinə göndərilmiş və buranı 1927-ci ildə bitirmişdir.
Lev Maneviç
Maneviç Lev Yefimoviç (1898-1945) — Sovet İttifaqı Qəhrəmanı Maneviç Lev Yefimoviç 20 avqust 1898-ci ildə Belorusiyanın Mogilyov vilayətinin Çausı rayonunda dünyaya göz açıb. Lev Yefimoviç uşaq ikən öz valideynləri ilə Bakıya gəlmiş və şəhərin Qara şəhər adlanan hissəsində oxumuş və sonra zavodda işləmişdir. M.Frunze adına Hərbi Akademiyanı və Jukoski adına Hərbi Hava Akademiyasını bitirmişdir. Hərbi rütbəsi polkovnik olub. Lev Maneviçin sonrakı həyatı hərbi xidmətə həsr olunmuşdur. İkinci dünya müharibəsi illərində antifaşist istiqamətində hərbi kəşfiyyatçı olmuş və həbs edilərək polkovnik Starostin adı ilə hərbi düşərgədə (Almaniyada) saxlanılırdı. 1943-cü ildə İtaliya əks-kəşfiyyatçıları tərəfindən hitlerçilərə verilmişdir. Mauthauzen, Melk və Ebenze hərbi əsir düşərgələrində saxlanılmışdır. Amerikanlar tərəfindən azad olunduqdan sonra vərəm xəstəliyindən 12 may 1945-ci ildə vəfat etmişdir. 1945-ci ilin bayramı günlərində hərbi düşərgədə məhv edilmişdir.
Lev Mayorov
Lev Nikolayeviç Mayorov (13 oktyabr 1969, Bakı – 1 fevral 2020, Novorossiysk, Krasnodar diyarı) — məşqçi. Bakıda anadan olan Lev "Neftçi"nin yetirməsidir. 10 yaşında bu klubda futbolun sirlərini öyrənən Mayorovun ilk baş məşqçisi müstəqillik dönəmində flaqmanın əsas komandasında çalışan Tahir Əmiraslanov olub. Lev 1987-ci ildə "Neftçi"nin heyətində gənclər komandaları arasında SSRİ çempionatının qalibi olub. O, 1988 və 1989-cu illərdə Zaqafqaziya hərbi dairəsinin yığmasının heyətində Silahlı Qüvvələr kubokuna sahib çıxıb. Milli komandanln heyətində 2 oyun keçirən Mayorov 1994-cü ildə Trabzonda İsrail yığması ilə keçirilən rəsmi oyunda (0:2) iştirak edib. Futbolçu karyerası boyu həm müdafiəçi, həm də yarımmüdafiəçi kimi çıxış edən Mayorov daha çox Novorossiysk "Çernomorets"ində çıxışı ilə tanınıb. 1992-2005-ci illərdə bu komandanın şərəfini qoruyan Lev, ümumilikdə 417 görüşdə 37 qol vurub. Bunlar arasında 208 oyunda 13 qol Rusiya Premyer-Liqasına təsadüf edir. 2005-ci ildə futbol karyerasını bitirən Mayorov bundan bir il sonra – 2006-cı ilin iyunun 3-də vida oyunu keçirib.
Lev Meçnikov
Lev İliç Meçnikov(fr. Léon Metchnikoff; 18 may 1838 - 18 iyun 1888)— rus əsilli İsveçrə coğrafiyaçısı, inqilabçı, publisist. Məşhur rus alimi Lev Meçnikov (1838-1888) sivilizasiyaların əsasında coğrafi amillərin durduğunu iddia edirdi. Daha dəqiq desək, o, “Sivilizasiya və böyük tarixi çaylar. Müasir cəmiyyətin inkişafının coğrafi nəzəriyyəsi” adlı kitabında tarixi inkişafın əsasını hidrosferada görürdü. Onun fikrincə, böyük su hövzələri və yolları bəşər sivilizasiyasının formalaşmasında əsas rol oynamışlar. Alim bəşər tarixini 3 mərhələyə ayırırdı. Bu mərhələlərin sivilizasiyasının əsasını müvafiq olaraq - çay, dəniz və okean təşkil edir. Çay mərhələsi 4 qədim sivilizasiya - Nildə Misir, Dəclə və Fəratda Mesopotamiya, Hind və Qanqda Hindistan, Xuanxe və Yantsızı çaylarında Çin sivilizasiyası üzərində bərqərar olmuşdur. Dəniz mərhələsi (orta əsrlər və ya Aralıq dənizi) Karfagenin əsasının qoyulması ilə başlayıb, Böyük Karlın (742-814) hakimiyyəti ilə başa çatır.
Lev Nussimbaum
Məhəmməd Əsəd bəy və ya Lev Nussimbaum – Azərbaycanlı mühacir jurnalist və yazıçısı. O, Kiyevdən qatarda dünyaya gəlmiş, lakin 14 yaşınadək, 1920-ci ildə bolşeviklərdən qaçmazdan əvvəl uşaqlığını Bakıda keçirmişdi. O, Qafqaz, Rusiya İmperiyası, Bolşevik İnqilabının yenicə kəşf etdiyi neft və islam haqqında yazmaqla Avropa ədəbi dünyasında özünə taxça yaratmışdı. Bu mövzular Qərb sakinlərinə çox az tanış idi. O, əsərlərini alman dilində Əsəd Bəy adı altında yazırdı. "Əli və Nino" kitabı 1970-ci ildə Amerika nəşrindən başlayaraq, ümumi tirajı 11 milyon nüsxə ilə yenidən çap edilmiş, 27 dilə tərcümə edilmiş və Azərbaycan ədəbiyyatının klassik əsəri hesab olunur. Mövzuya yaxından bələd olan tarixçilər və ədəbi tənqidçilər Əsəd Bəyi etibarlı mənbə kimi nüfuzdan saldılar[neytrallıq?]. Bu gün Əsəd Bəyin yazmaq üçün seçdiyi mövzuların hələ də kritik olmasına baxmayaraq, tarixçilər bu təxəllüs altında nəşr olunmuş kitabları etibarsız hesab edir və nadir hallarda ona istinad edirlər[neytrallıq?]. Bundan başqa Əsəd Bəyin ədəbi məhsuldar olması və sonralar məşhur olan əlyazmaları saxtalaşdıraraq onları öz adı altında satışa buraxması[neytrallıq?] və broker kimi fəaliyyət göstərməsi bu kitabların müəllifliyini sual altına qoyurdu. O çox məhsuldar olduğuna görə, ədəbi agenti Verner Şendell ona sürətini azaltması və kitablar arasında fasilə verməsi üçün xəbərdarlıq etmişdi.
Lev Oborin
Lev Nikolayeviç Oborin (rus. Лев Николаевич Оборин; 11 sentyabr 1907, Moskva – 5 yanvar 1974[…], Moskva) — SSRİ pianisti. Lev Nikolayeviç Oborin 11 sentyabr 1907-ci il tarixində Rusiya imperiyasının Moskva şəhərində anadan olmuşdur. O, 1926-cı ildə Moskva konservatoriyasını bitirmişdir. Orobin 1930-cu ildən burada fortepianodan fərs demiş, 1935-ci ildən professor olmuşdur. Oborin 5 yanvar 1974-cü il tarixində, 66 yaşında, SSRİ respublikalarından olan Rusiya SFSR-nin paytaxtı Moskva şəhərində vəfat etmişdir. Lev Oborin 1927-ci ildə Varşavada keçirilən pianoçuların F. Şopen adına birinci beynəlxalq müsabiqəsinin laureatı olmuşdur. O, 1943-cü ildə SSRİ Dövlət mükafatına, 1964-cü ildə isə SSRİ xalq artisti adına layiq görülmüşdür. Oborin 2 dəfə Lenin ordeni, 2 başqa orden və medallarla təltif edilmişdir. Рабинович Д. А. Портреты пианистов.
Lev Pontryagin
Lev Semyonoviç Pontryagin (rus. Лев Семёнович Понтря́гин) (3 sentyabr 1908 – 3 may 1988) — Sovet riyaziyyatçısı, yeni elm sahəsi – optimal idarəetmə nəzəriyyəsinin banisi. Лев Понтрягин: Так сделайте невозможное! — neinvalid.ru (rus.) Жизнеописание Льва Семёновича Понтрягина, математика, составленное им самим.
Lev Qavalas
Lev Qavalas (yun. Λέων Γαβαλᾶς XII əsr, Rodos – 1240-cı illər) — 1204-cü ildə Dördüncü Səlib yürüşü ilə Bizans imperiyasının parçalanmasından sonra qurulan, Rodos adasını və ətrafındakı Egey adalarını əhatə edən bir müstəqil domenin hökmdarı və Bizans yunanı maqnatı. Qavalas Nikeya imperiyasının asılılığını qəbul etməsinə baxmayaraq, 1240-cı illərin əvvəllərində ölməsinə qədər praktik olaraq müstəqil qalmışdır. Lev Qavalas ən azı X əsrin əvvəllərində Anna Qavalanın Bizans imperatoru I Roman Lakapinin oğlu və hakimiyyət şəriki Stefan Lakapin ilə evləndiyi zaman yaranmış bir aristokrat ailəsindən idi. Ailə sonrakı dövrlərdə nisbətən az əhəmiyyət daşıyırdı, lakin XI və XII əsrlərdə bir sıra mülki və ruhani məmurlar yetişdirmişdir. Qavalasın həyatının ilk illəri haqqında heç bir şey bilinmir və ilk dəfə 1232 və ya 1233-cü ildə etibarlı mənbə tərəfindən təsdiq edilmişdir. Qavalasın "Sezar" tituluna necə sahib olması və Rodosda hakimiyyət yaratmasının təfərrüatları da aydın deyil. Çağdaş mənbələr Rodosun Bizans nəzarətindən çıxdığını və 1203–1204-cü illərdə baş tutmuş Dördüncü Səlib yürüşü zamanı müstəqil bir hökmdar tərəfindən idarə olunduğunu açıq şəkildə qeyd edir. Bu hökmdar adətən Qavalas ilə eyniləşdirilir, lakin orta əsr Bizans tarixşünası Nikifor Vlemmid Qavalasın titulunu irsi hüquq ilə aldığını iddia edir. Qavalasın bir anda Nikeya imperiyasından asılılığı qəbul etdiyi və "Sezar" titulunun ona Nikeya hökmdarı I Feodor Laskaris (hak.
Lev Qruber
Lev Lazareviç Qruber (rus. Лев Лазаревич Грубер; 24 avqust 1923, Barnaul – 30 aprel 1994, İsrail) — Azərbaycan-sovet teatr aktyoru, Azərbaycan SSR xalq artisti (1987). Lev Qruber 1923-cü ildə Altay quberniyasının Barnaul şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Böyük Vətən müharibəsində iştirak etmiş, Sovet Ordusunda hərbi pilot olmuşdur. 1949-cu ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirmişdir. Bir il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləmiş, 1950-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının truppasında çıxış etmişdir. Aktyor 1990-cı ildə İsrailə köçmüş, orada da vəfat etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 mart 1961 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 20 mart 1987 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni — 6 aprel 1985 "Döyüş xidmətlərinə görə" medalı — 6 noyabr 1943 Bizim küçə (film, 1961) — Lem Qızmar günəş altında (film, 1957) Uzaq sahillərdə (film, 1958) İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild.
Lev Qumilyev
Lev Nikolayeviç Qumilyov (rus. Лев Никола́евич Гумилёв; 1 oktyabr 1912, Sankt-Peterburq – 15 iyun 1992[…] və ya 1992, Sankt-Peterburq) — tarixçi alim, etnoqraf. Lev Nikolayeviç Qumilyov 1912-ci il oktyabrın 1-də Rusiyanın Tsarskoe Selo əyalətində şairə Anna Axmatova və şair Nikolay Qumilyovun ailəsində doğulub. Uşaqlığı Tversk quberniyasının Slepnevo Bejetsko adlanan ərazisində, nənəsinin himayəsində keçib. 1917-ci ildə ailəsi əyaləti tərk edərək, Bejetsk şəhərində məskunlaşıb. 1929-cu ilə qədər buradakı orta məktəbdə oxuyub. L. Qumilyov hələ orta məktəbdə oxuyanda məktəb müəlimləri və şagirdləri tərəfindən özünə qarşı "ağ qarğa" münasibəti görürdü. Onu "akademik kulaklıq"da ittiham edirdilər – guya o, öz biliyi, uğurları ilə özünü hamıdan üstün tutur, başqalarından fərqlənmək istəyir. Orta məktəbin sonuncu sinfini Lev Qumilyov Leninqradda, Krasnoarmeyets küçəsindəki 67 saylı məktəbdə bitirdi. 1930-cu ildə o, sənədlərini universitetə versə də, qəbul imtahanlarından kəsilir.
Lev Qumilyov
Lev Nikolayeviç Qumilyov (rus. Лев Никола́евич Гумилёв; 1 oktyabr 1912, Sankt-Peterburq – 15 iyun 1992[…] və ya 1992, Sankt-Peterburq) — tarixçi alim, etnoqraf. Lev Nikolayeviç Qumilyov 1912-ci il oktyabrın 1-də Rusiyanın Tsarskoe Selo əyalətində şairə Anna Axmatova və şair Nikolay Qumilyovun ailəsində doğulub. Uşaqlığı Tversk quberniyasının Slepnevo Bejetsko adlanan ərazisində, nənəsinin himayəsində keçib. 1917-ci ildə ailəsi əyaləti tərk edərək, Bejetsk şəhərində məskunlaşıb. 1929-cu ilə qədər buradakı orta məktəbdə oxuyub. L. Qumilyov hələ orta məktəbdə oxuyanda məktəb müəlimləri və şagirdləri tərəfindən özünə qarşı "ağ qarğa" münasibəti görürdü. Onu "akademik kulaklıq"da ittiham edirdilər – guya o, öz biliyi, uğurları ilə özünü hamıdan üstün tutur, başqalarından fərqlənmək istəyir. Orta məktəbin sonuncu sinfini Lev Qumilyov Leninqradda, Krasnoarmeyets küçəsindəki 67 saylı məktəbdə bitirdi. 1930-cu ildə o, sənədlərini universitetə versə də, qəbul imtahanlarından kəsilir.
Lev Roxlin
Lev Yakovleviç Roxlin (rus. Лев Яковлевич Рохлин; 6 iyun 1947, Aralsk, Qızılordu vilayəti – 3 iyul 1998) — Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Lev Roxlin 6 iyun 1947-ci ildə Qazaxstanın Apalsk şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daşkənd Ali Umumqoşun Komandirlər Məktəbində, sonra isə Frunze adına Hərbi Akademiyada təhsil alıb. 1993-cü ildə Baş qərargahın Hərbi Akademiyasını bitirmişdir. Rəsmi versiyaya görə, yatmış Roxlini arvadı Tamara Roxlina güllələyib – səbəb ailə davası olub. Naro-Fominsk şəhər məhkəməsi 2000-ci ilin noyabrında Tamara Roxlinanı öz ərini bilərəkdən öldürməkdə təqsirli bilib. Tamara Roxlina 2005-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək, saxlanma müddətindən və məhkəmə prosesinin uzadılmasından şikayət edib. Şikayət pul müavinəti (8 min avro) ödənməklə təmin edilib. Naro-Fominsk şəhər məhkəməsi 2005-ci il noyabrın 29-da Roxlinanı öz ərini şüurlu şəkildə qətlə yetirməkdə ikinci dəfə günahkar bilib və onu şərti şəkildə 4 il müddətində azadlıqdan məhrum edib, həmçinin 2,5 il müddətinə sınaq işləriylə cəzalandırıb. Qətlin araşdırılması zamanı meşə zolağında – cinayət yerinin yaxınlığında yanmış üç cəsəd aşkarlanıb.
Lev Slutskin
Lev Solomonoviç Slutskin (1902–1971) — tibb elmləri doktoru, professor Lev Solomonoviç Slutskinin Azərbaycan oftalmologiyasının inkişafında xidmətləri çoxdur. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun uşaqlarda gözün patologiyası şöbəsində müdir vəzifəsində çalışmışdır. Prof. Slutskinin traxoma, herpes mənşəli buynuz qişanın zədələnmələri, buynuzqişanın irinli yaraları kimi ağır göz xəstəliklərinə həsr olunmuş elmi əsərləri vardır. O, institutda elmi kadrların hazırlanmasında da iştirak etmiş, 2 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.
Daucus levis
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Dirilmə (Lev Tolstoy)
Dirilmə (rus. Воскресение) — Lev Tolstoyun ilk dəfə 1899 – cu ildə nəşr edilmiş sonuncu romanı. Bu roman eyni zamanda Tolstoyun sağlığında nəşr edilmiş sonuncu böyük əsəridir. Əsər ilk dəfə Niva həftəlik jurnalında hissələr şəklində nəşr edilmişdir. Tolstoy bu əsərində insanlar tərəfindən hazırlanmış qanunların həmişə qüsurlu olduğunu və kilsə təşkilatlarının ikiüzlülüyünü çatdırmağa çalışmışdır. Bu əsərdə də, digər romanlarında olduğu kimi, yazıçını maraqlandıran əsas məsələ insan məsələsidir. Əgər "Hərb və Sülh" romanında Tolstoy "xalq fikrini", "Anna Karenina"da "ailə fikrini" əsas götürmüşdüsə, "Dirilmə"də onu cəmiyyət məsələsi düşündürür və öz qəhrəmanlarını cəmiyyət fonunda təsvir edir. Onun qəhrəmanlarının başına gələn fəlakətlər ilk növbədə onların yaşadıqları cəmiyyətlə, bürokratik dövlət sisteminin yaratmış olduğu həyatla bağlanılır. Əsərdə iki həyat sferası təsvir olunur: onlardan biri təbiət, digəri isə cəmiyyətdir. Təbiət insanın mahiyyətinə tam uyğun gələn sferadır: həm təbiəti, həm də insanları Allah yaratmışdır və onlar arasına heç bir ziddiyyət yoxdur.
Dərman levistiki
Elena Levçenko
Elena Stepanova Levçenko (belar. Алена Сцяпанаўна Леўчанка; doğ. 30 aprel 1983, Qomel, BSSR, SSRİ) — Belarus Respublikasının peşəkar basketbolçusu, WNBA (Qadınların milli basketbol assosiyasıyası) oyunçusu. Mərkəz oyunçu mövqeyində oynayır. Çinin "Sıçuan Uels" klubunda oynamışdır. 30 aprel 1983-cü ildə Belarusun Gomel şəhərində anadan olub. Gomelin SDYŞOR-9-da basketbol klubunda oynamağa başlamışdır. Elenanın ilk məşqçisi Viktor Orlov idi. Daha sonra Minsk Respublika Olimpiya Ehtiyatları Məktəbinə keçd etmişdir. İlk debütü 1999-cu ildə Avropa çempionatında olmuşdur.
Eqils Levits
Eqils Levits (d. 30 iyun 1955; Riqa, Latviya) — latviyalı dövlət və siyasi xadim; 8 iyul 2019-cu ildən 8 iyul 2023-cü ilədək Latviya Respublikasının 10-cu Prezidenti olub. Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Eqils Levits, 1993-1994-cü illərdə Latviya Respublikasının ədliyyə naziri və Latviya Respublikasının Baş nazirinin müavini vəzifələrində çalışıb. Eqils Levits 1955-ci il iyun ayının 30-da Riqa şəhərində yəhudi-latış ailəsində anadan olub. Onun atası yəhudi əsilli mühəndis Yonas Levits, anası isə latış əsilli müğənni İnqeborqa Levitadır. 1972-ci ildə Levits ailəsi Latviyadan Almaniyaya emiqrasiya olunur. Ailə 1990-cı ildə Latviyanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Latviya Respublikasına qayıdıb. Eqils Levits Hamburq Universitetini hüquq ixtisası üzrə bitirib. Eqils Levits Andra Levita ilə ailəlidir, Linards adında oğul, İndra adında isə qız övladı var.
Etiraf (Lev Tolstoy)
Etiraf (rus. Исповедь) — Lev Tolstoyun romanı. Bu əsərin baş qəhrəmanı Tolstoyun özüdür. Dünya şöhrətli əsərlər müəllifi bu dəfə öz həyatı haqqında yazır. Keçirdiyi həyat yolunu yanlışları ilə, doğruları ilə oxuculara etiraf edir. Həyatın həqiqi mənasının axtarışında olan Tolstoyun keçdiyi gərgin, sıxıntılarla dolu həyat yolunu insan həyəcansız oxuya bilmir. Kitabı oxuduqca, bədiiliklə yanaşı aparılan elmi-fəlsəfi təhlilləri gördükcə insan Tolstoy zəkasına, onun hərtərəfli elminə heyran qalır.
Evarist Levi-Provensal
Evarist Levi-Provensal (fr. Évariste Lévi-Provençal) (4 yanvar 1894, Əlcəzair – 23 mart 1956[…]) — fransız ərəbşünası. Evarist Levi-Provensal 4 yanvar 1894-cü ildə Əlcəzairdə dünyaya gəlmişdi. Əlcəzayir Universiteti Ədəbiyyat Fakültəsində René Basset və Jérôme Carcopino kimi müəllimlərdən Şərq dilləri və şərqşünaslıq öyrəndi. 1913-cü ildə məzun olduqdan sonra orduya qatıldı və Birinci Dünya Müharibəsi dövründə Çanaqqala cəbhəsində savaşdı; yaralanması üzərinə İskəndəriyəyə, yaxşılaşınca da Mərakeşə göndərildi. Savaşın ardından 1920-ci ildə Rabatdakı L'Institut des Hautes Études Marocainese müəllim olaraq təyin edildi; burada həyatı boyunca üzərində çalışacağı təməl iki sahəyə, Ərəbcəyə və Əndülüs-Məğrib (özəlliklə Bərbəri) tarixinə yönəldi. 1922-ci ildə Les historiens des Chorfa başlıqlı disserasiyasıyla doktor ünvanını aldı. 1926-cı ildə vəzifə tutduğu institunun müdirlüyünə və "Hespéris" dərgisinin redaktorluğuna gətirildi. 1935-ci ildə Əlsəzayir, 1940-cı ildə Toulousə universitetlərinə təyin edildi; bu arada bir müddət Qahirə Universitetində müəllim olaraq çalışdı. II Dünya Savaşı sırasında təkrar əsgərə çağrıldı.
Fobus Levene
Fobus Aaron Teodor Levene (ing. ; 25 fevral 1869 və ya 1869 – 6 sentyabr 1940 və ya 1940, Nyu-York, Nyu-York ştatı) — amerikalı biokimyaçı, nuklein turşularının strukturunu və funksiyasını öyrənmişdir. O, DNT və RNT-ni xarakterizə etmiş və DNT-nin adenin, quanin, timin, sitozin amin əsaslarından, dezoksiriboza monosaxaridindən və fosfat qrupundan ibarət olduğunu tapmışdır. Sonradan Rusiya İmperiyasının tərkibinə daxil olan Litvanın Çaqaro şəhərində Litvak (Litva Yəhudi) ailəsində dünyaya gəlmişdir. Fişel Rostropoviç Levene Sankt -Peterburqda böyümüşdür. Orada İmperator Hərbi Tibb Akademiyasında (1891-ci ildə doktorluq dərəcəsi alıb) tibb təhsili alır və biokimyaya böyük marağı yaranır. 1893-cü ildə antisemitik talanlar səbəbiylə ailəsi ilə birlikdə ABŞ-yə köçür və Nyu-Yorkda tibblə məşğul olur. Levene Kolumbiya Universitetinə yazılır və boş vaxtlarında şəkərlərin kimyəvi quruluşu ilə bağlı məqalələr dərc edərək biokimyəvi tədqiqatlar aparır. 1896-cı ildə New York Dövlət Xəstəxanalarının Patoloji İnstitutunda dosent vəzifəsinə təyin edilir, ancaq vərəmdən sağalmaq üçün öz işlərinə fasilə verməli olur. Bu vaxt ərzində zülallar üzrə mütəxəssis olan Albrext Kossel və Emil Fişer də daxil olmaqla bir neçə kimyaçı ilə işləyir.
Gibson Leveri
Yenö Reytyö (mac. Rejtő Jenő, əsl adı – Yenö Reyx, mac. Jenő Reich; psevdonimləri – P. Hovard, ing. P. Howard, Gibson Leveri, ing. Gibson Lavery; 29 mart 1905, Budapeşt – 1 yanvar 1943[…], Yevdakovo[d], Voronej vilayəti) — Macarıstan elmi fantastika yazıçısı, dramaturqu və jurnalisti. 29 mart 1905-ci il tarixində Avstriya-Macarıstan imperiyasının Budapeşt şəhərində anadan olmuş Yenö Reytyö 1 yanvar 1943-cü il tarixində SSRİ-nin respublikalarından olan Rusiya SFSR-nin Yevdakovo kəndində (o vaxtlar Nasist Almaniyasının işğalı altında), məcburi əməyə tabe ikən vəfat etmişdir. Yaradıcılıq fəaliyyətinin "pulp" təbiətli olmasına baxmayaraq, onun əsərləri sadəcə Macarıstanda yox, digər Mərkəzi Avropa ölkələri, eləcə də Şərqi Avropa ölkələrində də oxunur. Yenö Reytyö 29 mart 1905-ci ildə Avstriya-Macarıstan imperiyasına daxil olan Budapeşt şəhərində (indiki Macarıstanın paytaxtı) anadan olmuşdur. 1924-cü ildə o, dram məktəbindəki təhsilini başa vurmuş, daha sonra isə Avropada böyük səyahətlərə çıxmışdır. Macarıstana qayıdan Yenö Reytyö dramaturgiya ilə məşğul olmağa başlamışdır.
Grevillea levis
Grevillea levis (lat. Grevillea levis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin qrevilleya cinsinə aid bitki növü. Hakea levis (Olde & Marriott) Christenh.
HMS Leviathan (1790)
Əlahəzrətin gəmisi Leviafan (ing. HMS Leviathan) (1790) — 74-toplu III ranqlı xətt gəmisi. Kral donanmasının ikinci gəmisi olub mifoloji personaj Leviafanın şərəfinə adlandırılmışdır. ing. Courageux tipli üçüncü xətt gəmisidir. 1792-ci ilin mayında əsası qoyulmuş, 9 oktyabr 1790-cı ildə suya salınmışdır. Bir çox dəniz döyüşlərində, o cümlədən Trafalqar döyüşündə iştirak etmişdir.
Haluk Levent
Haluk Levent, (26 dekabr 1968, Adana) — Türk rok ifaçısı. Adananın Yüreğir mahalındakı yamaclı məhəlləsində doğulmuşdur. Doqquz qardaşın səkkizincisi olan Haluk Levent, ailəsinin Nusayri olduğunu söyləmişdir.
Hyalmar Levin
Hyalmar Levin (14 iyun 1884 — 8 mart 1983) — İsveçli keçmiş peşəkar velosiped yarışçısı. Hyalmar Levin İsveçi 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Hyalmar Levin birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
II Levon
II Levon (24 yanvar 1236 – 6 fevral 1289, Kozan) — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon, 1236-cı ildə, Çar I Hetum ilə kraliça I İzabella cütünün oğlu olaraq doğuldu. Levonun bacılarından Sibilla, VI Bohemund ilə evlənərək Ermənistan ilə Antakya arasında sülhü təmin etmişdir. 1266-cı ildə, atası I Hetum, Monqol sarayını ziyarət etmək üçün gedəndə, Levon və qardaşı Toros Məmlüklərlə döyüşürdülər. Bunun nəticəsində Toros öldürüldü, Levon digər 40.000 erməni əsgərlə tutulub, əsir edildilər. I Hetum geri qayıdanda, oğlunu geri götürmək üçün yüklü miqdar pul və bir çox qalanı verdi. I Hetum, taxtdan oğulu lehinə 1269-cu ildə çəkildi və Fransiskan təriqətinə girdi. Bir il sonra da öldü. Yeni çar II Levon dindar olaraq tanınır və özünü xristianlığa həsr etmişdi. İtalyanlar ilə var olanları yeniliyerek, katalanlar ilə yeni ticarət razılaşmaları edərək Qərb ilə aktiv ticarəti davam etdirdi.
I Levon
I Levon (erm. Լևոն Բ; 1150, Kilikiya Erməni Çarlığı – 2 may 1219, Kozan, Kilikiya Erməni Çarlığı) — Kilikiya Erməni Çarlığının ilk kralı. 1198–1219-cu illərdə hakimiyyətdə olmuşdur. I Levon Kilikiya Erməni Çarlığının qurucusu hesab edilir. Siyasi baxımdan böyük uğurlar əldə etməsədə, daxil dövlətçilik məsələlərində uğur qazanmışdır. Levonun hakmiyyəti dövründə çarlığ xeyli güclənmişdir. Xaç yürüşlərinə qatılan ordulara xüsusi dəstək göstərmişdir. Xristian mənbələrində səlibçilərin ərzaq, silah və minik vasitələrinə olan ehtiyaclarının böyük bir qismi I Levon tərəfindən ödənilməsi göstərilmişdir. Xaç yürüşünün iştirakçılarına lazım olan dəstək verməsi, Levonun Vatikan ilə münasibətlərini yaxşılaşdırmışdır. I Levon 1198-ci ilin 6 yanvar tarixində Vatikanın dəstəyi ilə Tarsus şəhərində yerləşən Müqqədəs Söz Kilsəsində Kilikiya Erməni Çarlığının kralı olaraq taxta çıxmışdır.
Indira Levak
Indira Levak – Xorvatiyalı müğənni.
Jurinea levieri
Jurinea levieri (lat. Jurinea levieri) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Klod Levi-Stross
Claude Lévi-Strauss (28 noyabr 1908[…], Brüssel – 30 oktyabr 2009[…], Parisin 16-cı dairəsi[d]) — Beçikada yaşayan fransız ailəsində anadan olmuş etnoloq və antropoloqdur. Levi-Strauss strukturalizm və struktural antropologiya nəzəriyyələrini inkişaf etdirən əsas alimlərdən sayılır. Claude Lévi-Strauss 28 noyabr 1908-ci ildə Belçikanın Brüssel şəhərində, yəhudi əsilli fransız ailəsində anadan olub. Atası Raymond Lévi-Strauss portret sənəti ilə məşğul olan rəssam idi. Claude-un uşaqlığı Parisin elit təbəqəsi arasında keçmişdir. Sorbonna Universitetində hüquq təhsili alsa da, 1931-ci ildə ixtisasını dəyişərək fəlsəfə üzrə təhsil almaq qərarı verir. 1935-ci ildə Levi-Strauss Fransa mədəniyyət missiyasının tərkibində Braziliyaya yollanır və San-Paulu Universitetində çalışır. O, burada sonrada həyat yoldaşı olan Dina ilə tanış olur və 1939-cu ilə cütlük Braziliyada yaşayır. Bu illər ərzində o, Amazondaı qəbilələri araşdırır. Sonradan o, kannibalizm haqqında araşdırmalarının vegeterian həyat tərzini seçməsinə səbəb olduğunu yazırdı.
Kseniya Levkovska
Kurt Levin
Kurt Levin (9 sentyabr 1890[…] – 12 fevral 1947[…]) — alman psixoloq. Münxen və Berlin Universitetlərində təhsilini başa vurduqdan sonra, 1914-cü ildə K. Levin doktorluq dərəcəsi alır. O, şəxsiyyət problemini öyrənir. ABŞ-yə emiqrasiya etdikdən sonra Levin Stanford və Kornel Universitetlərində dərs deyir. 1945-ci ildən isə Massaçuset Texnologiya İnstitutunun nəzdindəki Qrup dinamikası üzrə Tədqiqat Mərkəzinə rəhbərlik edir. Baxmayaraq ki, K. Levin cəmisi 3 il Mərkəzin direktoru olub. K. Levin öz nəzəriyyəsini "Psixoloji sahə nəzəriyyəsi" adlandırmışdır. K. Levin şəxsiyyətdaxili konflikti öyrənmişdir. Levinə eyni səviyyəli, müxtəlif istiqamətli təsir insanda daxili konflikt yaradır. Şəxsiyyətdaxili konfliktin həll olunması insanda həyəcan hissi, frustrasiya yaradır, onun peşə fəaliyyətinə mənfi təsir göstərir, insanı asılı edir.

Digər lüğətlərdə