Libelle
Liberale
OBASTAN VİKİ
Liberal Atatürkçülük
Liberal kamalizm və ya liberal atatürkçülük — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi. Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Liberal demokratiya
Liberal demokratiya, cəmiyyət tərəfindən qəbul görən hər cür siyasi görüşün bir dam altında uzlaşaraq ümumi mənada xalqın mənfəətləri üçün lazım olan hər cür istiqamətdə gedə bilən bir rəhbərlik siyasəti modelidir. Bu gün dünyada suveren olan və bir ideal olaraq ucaldılan demokratiyanın başına "liberal" ön adının əlavə olunması ilə yaranan "liberal demokratiya" ayrı bir başlıq altında araşdırılmağı haqq etməkdədir. Liberal demokratiyanın bütün dünyada görülən ortaq tətbiqlərinə görə, təməl xüsusiyyətləri belə sıralana bilər: Demokratiyanın təmsili və bilvasitə bir formasıdır. Siyasi bərabərlik qanununa uyğun olaraq edilən nizamlı seçkilərlə iqtidarın təyin olunduğu bir sistemi ifadə etməkdədir. Liberal demokratiya rəqabətə söykənən seçkilərlə davam etdirilər. Rəqabət; siyasi çoxluqçuluq, xoşgörüş və zidd düşən fikirlərin azad bir şəkildə var ola bilməsi üçün lazımlıdır. Liberal demokratiyada, dövlət ilə əlaqədar vətəndaş cəmiyyət arasında açıq bir ayrı-seçkilik vardır. Bu ayrı-seçkilik, iqtisadi həyatın bazar qaydalarına görə təşkil edilməsi, avtonom qrup və mənfəətlərin qanuni qəbul edilməsi şərtlərinə söykənir. İndiki vaxtda ən inkişaf etmiş Liberal Demokrat quruluş Avropa Birliyidır.
Liberal konservatizm
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.
Liberal liderlik
Liberal liderlik - Hər hansı bir şəxsin şəxsi fəaliyyət proqramının olmaması səbəbindən tez-tez siyasi baxışlarını dəyişməsi, əlində olan təsir imkanlarından öz məqsədləri üçün istifadə etməsi, şəraitdən istifadə edərək vətəndaşların rəgbətini qazanmaq üçün populyar şüarlardan istifadə etməsi nəzərdə tutulur. Hər bir şəraitdə oldugu kimi liberal lider də öz şəxsi inkişaf səviyyəsindən, intelektual qabiliyyətindən istifadə edərək siyasi fəaliyyətini genişləndirə bilər.
Liberal nəzəriyyə
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır. Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.
Liberal qanunilik
Liberal qanunilik — siyasətdə və hüquqda siyasətə qanuni konstitusional hüdudlar ilə məhdudlaşdırılacağına inanan ideologiya. Böyük Britaniya qanunlar üzrə alimi Adam Tomkins liberal qanuniliyi Birləşmiş Krallıqdakı siyasi konstitusionalizmdən fərqli olan liberal konstitusionalizm də adlandırılmışdır, hansı ki, nümunələrini ABŞ-də və Almaniyada görmək olar. O, "Bizim respublikaçı konstitusiyamız" kitabında irəli sürür ki, Böyük Britaniyanın idarəetmə sistemi, hansı ki, burada parlament hökumət nazirlərinə nəzarət edir, məhkəmə və hüququn icraedici qüvvəyə nəzarət etdiyi ABŞ-dən fərqli olaraq icraedici qüvvəni daha yaxşı nəzarət edir. Martin Laflin iddia edir ki, qanuni liberalizmin məqsədi "siyasəti hüququn qadağaları ilə məhdudlaşdırmaq"dır. Tomkins iddia edir ki, məhkəmə və konstitusiyalar icraedici və qanunverici qurumlara pis nəzarət edirlər, çünki onlar hərəkətə keçməzdən əvvəl məhkəmə qərarlarını gözləmək məcburiyyətində olurlar. Bu proses illərlə, hətta onilliklərlə davam edə bilər. Bu da məhkəmənin olduqca yavaş şəkildə hərəkətə keçdiyini göstərir. Tomkins Böyük Britaniyada olduğu kimi parlamentli rejimi üstün görür, çünki bu, hökumətlərə məhdudiyyətlər qoymaqda "daha əlverişli və daha effektivdir". Liberal qanunilik fikrinə qarşı çıxanlar adətən icraedici qüvvələrin siyasət qazanc əldə etmək üçün qanuni məhdudiyyətlərə məhəl qoymamaqlarını nümunə gətirirlər. Məsəlüçün, ABŞ prezidentləri Corc U. Buş və Barak Obama hərbi səlahiyyətlər qanununa qarşı saymazlıq etməsini buna nümunə kimi göstərmək olar.
Liberal institusionalizm
Liberal institusionalizm, həmçinin institusional liberalizm və ya neoliberalizm — dövlətlər arasında beynəlxalq əməkdaşlığın mümkün və davamlı olduğunu, belə əməkdaşlığın münaqişə və rəqabəti azalda biləcəyini müdafiə edən beynəlxalq münasibətlər nəzəriyyəsi. Neoliberalizm liberalizmin yenidən işlənmiş versiyasıdır. Neorealizmlə yanaşı, liberal institusionalizm beynəlxalq münasibətlərə ən təsirli iki müasir yanaşmadan biridir. Dayanıqlı əməkdaşlıq perspektivlərinə şübhə ilə yanaşan neorealist təqaüddən fərqli olaraq, liberal institusionalizm əməkdaşlığın mümkün və davamlı olduğunu müdafiə edir. Liberal institusionalistlər dövlətlər arasında əməkdaşlığın asanlaşdırılmasında beynəlxalq institutların və rejimlərin rolunu vurğulayırlar. Robert Keoheynin 1984-cü ildə yazdığı "Hegemonluqdan sonra" kitabı yeni institusional iqtisadiyyatın fikirlərindən istifadə edərək hegemonun olmadığı təqdirdə beynəlxalq sistemin sabit qala biləcəyini iddia etmiş və beləliklə, hegemon sabitlik nəzəriyyəsini təkzib etmişdir. Keoheyn göstərmiş ki, beynəlxalq əməkdaşlıq təkrarlanan qarşılıqlı fəaliyyət, şəffaflıq və monitorinq vasitəsilə davam etdirilə bilər.
Liberal kamalizm
Liberal kamalizm və ya liberal atatürkçülük — Türkiyənin qurucu ideologiyası olan kamalizm ilə azadlığa əsaslanan liberalizmin birləşməsi. Liberal kamalizm 1930-cu illərdə Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmışdır. Ağaoğlu əvvəllər milliyətçi bir insan idi. Liberal kamalizm iqtisadi baxımdan Atatürkün altı prinsipindən fərqli olaraq, statizm əvəzinə bazar iqtisadiyyatını müdafiə edir. Liberal kamalizm sosial sahədə Atatürkün milliyətçilik anlayışını müdafiə edir. 1924-cü il Konstitusiyasının 88-ci maddəsində və Atatürkün prinsiplərində ifadə edilən və millət anlayışını dinindən və irqindən asılı olmayaraq mədəni və siyasi birliyə əsaslandıran milliyətçilik anlayışıdır.
Liberal mühafizəkarlıq
Liberal konservatizm — konservatizmdə hərəkat, liberalizm elementlərinə malikdir. Əsas keyfiyyətləri: mənəvi və sosial əlamətlərə daha liberal münasibət, iqtisadiyyata liberal münasibət (dövlətin iqtisadiyyata müdaxilə etməməsi), ətraf mühitin müdafiəsi («yaşıl» siyasət). Mötədil sağ ideologiya hesab edilir. XVIII—XIX əsrlərdə siyasi fəlsəfədə konservatizmin və liberalizm ideyalarının sintezi nəticəsində formalaşıb. Əsas nümayəndələri: Edmund Börk, Jozef de Mestr, Adam Smit, Aleksis de Tokvil, Con Stüart Mill. Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007. p. 154-156 Johnston, Larry: Politics: An Introduction to the Modern Democratic State. University of Toronto Press, 2007.
Kolumbiya Liberal Partiyası
Kolumbiya Liberal Partiyası (isp. Partido Liberal Colombiano) — Partiya həm də (<<L>>) kimi tanınır. Bu partiya XIX əsrdə Kolumbiya Konservativ Partiyası ilə birlikdə ölkənin iki əsas partiyası olmuşdur. Liberallar sosial-internasional qrupuna aiddir. Partiyanın əsası 1848-ci ildə qoyulmuşdur. İlk əvvəl partiya Konservatlar əlehinə fəaliyyət göstərirdi. Bu iki partiya arasında 1948-ci ildə münaqişə baş verir ki, bu da tarixə La Violensiya müharibəsi kimi düşür. 1958-ci ildə iki partiya arasında barışıq sazışı imzalanır və "Milli Cəbhə" yaradırlar. Partiyanın nümayəndəsi Ernesto Samper Pisano 1994-1998 ci illərdə ölkəni idarə edir. 2002-ci ildə ölkə prezidenti Alvaro Uribe seçilir ki, oda nə Liberalardan və nə də Konservatlardan deyildi.
Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya. Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir. Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il) Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.
Liberal müsəlman hərəkatı
Liberal müsəlman hərəkatı və ya Mütərəqqi və Liberal müsəlman hərəkatları, İslam dünyasında elmin, inkişafın və müasir dünyaya inteqrasiyanın tərəfdarı olmuş qabaqcıl reformist bir düşüncə sistemidir. Bu hərəkatın tərəfdarları əsasən Avropada olan Renessans dövründən sonra bütün müsəlman aləmində yayılmış, fəqət teokratiya ilə idarə olunan ölkələrdəki təqib və təyziqlərə görə, müvəffəqiyyətsiz olmuşlar. Bu kimi reformasiya və renessans tərəfdarları olan hərəkatların əksəriyyəti İslamı, Quranı və digər dini mənbə sayıla bilən kitabları fərqli yöndə şərh etmiş və buna görə bəzi dindarlar tərəfindən təyziqlərə məruz qalıblar. Bəzən bu hərəkat dövlət başçılarında da rast gəlinmişdir. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və Pakistan İslam Respublikasının qurucusu Məhəmməd Əli Cinnah demokratiyaya üstünlük verildiyi və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin banisi olmuşlar. Reformasiya, yenilik və mütərəqqi tərəfdarı olan din adamları siyahısına Edip Yüksəl, Məhəmməd Əbdüh, Məhəmməd İqbal, Mahmud Şaltut, Cəmaləddin Əfqani, Ahmet Subhy Mansour, Əli Şəriəti, Irshad Manji, Yaşar Nuri Öztürk kimi şəxsiyyətləri aid etmək mümkündür. Adı çəkilənlərin əksəriyyətləri ya təqib və təyziqlərə məruz qalaraq ölkələrini tərk etmişlər, ya da sərt şəkildə tənqidlərə məruz qalmışlar. Bəzi liberal düşüncələri müsəlmanlar hərəkatlarının əksəriyyəti məzhəbsiz, təriqətsiz olub, Quranilik cərəyanına bağlı olurlar.
Liberal sənət təhsili
Liberal incəsənət təhsili ( latınca Şablon:Wikt-lang "azad" və Şablon:Wikt-lang "sənət və ya prinsipial təcrübə") Qərb ali təhsilində ənənəvi akademik kursdur. Liberal incəsənət incəsənət terminini konkret olaraq təsviri sənətdən daha çox öyrənilmiş bacarıq mənasında götürür. Liberal sənət təhsili liberal sənət dərəcəsi kursunda təhsilə və ya daha çox universitet təhsilinə istinad edə bilər. Belə bir təhsil kursu əsasən peşə, peşəkar və ya texniki, eləcə də dini əsaslı kurslarla ziddiyyət təşkil edir. Təhsil kurikulumu üçün “liberal incəsənət” termini Qərbdə klassik antik dövrə aiddir, lakin mənasını xeyli dəyişmiş, əsasən onu genişləndirmişdir. Qədim və orta əsrlər mənasında yeddi mövzu ritorika, qrammatika və məntiq triviumuna və astronomiyanın kvadriviumuna (çox vaxt daha çox astrologiya ), riyaziyyat, həndəsə və musiqiyə bölündü. Termin müasir mənası adətən bütün təbiət elmlərini, formal elmləri, ictimai elmləri, incəsənəti və humanitar elmləri əhatə edir.
Qlobal Liberal İncəsənət Alyansı
Qlobal Liberal İncəsənət Alyansı (ing. Global Liberal Arts Alliance) — dünya liberal incəsənət kolleclərinin birliyidir. 2009-cu ildə yaradılıb. Birliyin məqsədi Amerikan liberal incəsənət kolleci modelinə əsasən birlik üzvü olan müəssisələr arasında əməkdaşlıq üçün beynəlxalq çərçivəni təmin etməkdir. Alyans Böyük Göllər Kolleclər Assosiasiyası tərəfindən idarə olunur, hansı ki, həmin assosiasiyada Böyük göllər regionunun on üç Amerikan liberal incəsənət kolleci birləşmişdir.
Yaponiya Liberal-Demokratlar Partiyası
Yaponiya Liberal-Demokratlar Partiyası (yap. 自由民主党, LDP) — Yaponiyanın siyasi partiyası. LDP 15 noyabr 1955-ci ildə iki partiyanın birləşməsi nəticəsində yaranmışdır: Liberal və Demokratiklar. Partiyaların birləşməsi zərurəti ölkədə Yaponiya Sosial-Demokrat Patiyasının güçlənmiş mövqelərini zəyiflətməkdən irəli gəlirdi. Partiyanın ilk sədri 1956-cı ilin aprelində növbədən kənar qurultayda Yaponiyanın baş naziri İtiro Hatoyama seçilir. Bundan sonra partiya ölkənin aparıcı partiyasına çevrilir. Partiya sədrləri həmdə ölkənin baş naziri olmuşlar (Yohei Kono istisnadır). Partiya 1955-ci ildən 1993-ci ilə qədər iqtidarda olmuşdur. 11 aydan sonra 1994–1996 illər ərzində Sosialist partiyası ilə koalisiya qururlar. 1996–2009 illər ərzində yenidən hakimiyyətdə olmuşdur.
Yaponiya Liberal Demokrat Partiyası

NEOS – Yeni Avstriya və Liberal Forum
NEOS – Yeni Avstriya və Liberal Forum (alm. NEOS – Das Neue Österreich und Liberales Forum‎) — Avstriyada liberal siyasi partiya. 2012-ci ilin Oktyabr ayında qurulan partiya, JUNOS – Gənc Liberallar Avstriya və Liberal Forum'la ortaq bir seçki siyahısında 2013 qanunvericilik seçkisinə etiraz etdi. 2013-cü ilin Sentyabr ayının 29-da keçirilən seçkilərdə NEOS, 4.9% səs aldı və Milli Şurada 9 oturacaq qazanmışdır. 2014-cü ilin Yanvar ayının 25-də Liberal Forumu ilə birləşərək NEOS – Yeni Avstriya və Liberal Forumunu yaratmışdır. 2014-cü ilin Mart ayında Müstəqil Gənc Liberallar (JuLis)-da birləşərək partiyanın YUNOS - Gənc Liberal NEOS adlı gənc qanadını meydan gətirmişdir. NEOS, 2014-cü ilin May ayının 2-də Avropa üçün Liberal və Demokratlar İttifaqının (ALDİ) tam üzvü olmuşdur. 2014-cü ilin May ayının 25-də olan, 2014 Avropa seçkilərində NEOS, milli səslərin 8,1%-ini aldı və tək bir Avropa Parlamentinin Üzvü döndü. NEOS, birbaşa demokratiyanı Referendumlar və məcburi əsgərlik istifadəsinin sona çatdırılması yolu ilə dəstəklədi və artan mülk vergiləri və siyasi partiyaların ictimai maliyyəsinə qarşı çıxdı.
Azərbaycan Liberal Partiyası
Azərbaycan Liberal Partiyası — Azərbaycanda mövcud siyasi partiyalardan biri. Azərbaycan Liberal Partiyası 3 iyun 1995-ci ildə sabiq dövlət katibi professor Lalə Şövkətin rəhbərliyi ilə Bərdə şəhərində təsis konfransında yaradılmışdır. Təsis konfransında partiyanın nizamnaməsi və proqramı qəbul edilmiş, ali orqanları seçilmişdir. Lalə Şövkət ALP-nin sədri seçilmişdir. 14 avqust 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollegiyasının qərarı ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Liberal Demokrat Partiyasının ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ildə 60%-i ALP-lilərdən ibarət Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. 24 iyun 2023-cü il tarixində partiya fəaliyyətini dayandırması ilə bağlı bəyanat yaydı. 27 noyabr 2023-cü ildə partiyanın son sədri Əvəz Temirxan partiyanın fəaliyyətinə ara verildiyini, qısa zamanda sənədlər qaydasına salınaraq Ədliyyə Nazirliyinə müraciət ediləcəyini bildirmişdir. O, partiyanın hansı səbəbdən buraxıldığını açıqlamasa da, partiyanın bundan sonrakı əsas məqsədinin proporsional seçki bərpa olunarsa, parlament seçkilərində iştirak etmək olduğunu açıqlamışdır.
Azərbaycan Liberal Demokrat Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya. Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir. Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il) Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.
Belçika Liberal Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası
Belçika Liberal Həmkarlar İttifaqlarının Ümumi Konfederasiyası (nid. Algemene Centrale der Liberale Vakbonden van België / fr. Centrale Générale des Syndicats Libéraux de Belgique) və ya qısaca ACLVB/CGSLB — Belçikanın 3 mərkəzi həmkarlar ittifaqı təşkilatlarından biri. Baş qərargahı Gent şəhərində yerləşir. == Tarixi == XX əsrin əvvəllərində yaradılmışdır. == Tərkibi == 230 000 üzvü var. == Fəaliyyəti == Üzvlərinin əməkhaqqı və əmək şəraitinə aid danışıqlarda iştirak edir. Ölkədə ofislər şəbəkəsi mövcuddur. == Daxili strukturu == Ərzaq və bölüşdürülməsi; Nəqliyyat; Kimyəvi; Maliyyə xidmətləri; Ağac, inşaat və sənaye; Qaz və elektrik; Metallurgiya; Tekstil; Xidmətlər; Qeyri-ticarət.
Klassik liberalizm
Klassik liberalizm — özəl mülkiyyəti, maneəsiz bazar iqtisadiyyatını, hüququn aliliyini, din və mətbuat azadlığının konstitusional qarantiyalarını, eləcə də azad bazara əsaslanan beynəlxalq sülhü dəstəkləyən ideologiyanı təyin etmək üçün istifadə edilən termin. Liberalizmin bir qoludur. Klassik liberallar fərdi azadlığa əsaslanan və bu azadlıqların qorunması ilə məhdudlaşdırılmış, cəmiyyətə yüksək üstünlük təmin edəcək bəzi xidmətlər göstərən bir dövlətin olması, geriyə qalan bütün funksiyalar azaldılaraq sərbəst bazar tərəfindən qarşılanmalıdır. İdeyaları klassik liberalizmə təsir edən insanlar arasında Con Lokk, Jan Batist Sey, Tomas Maltus və David Rikardo var. Onların fikirləri Adam Smitin Xalq Sərvətlərindən Biri Kitabında irəli sürülən klassik iqtisadi fikirlərə və təbii qanuna, utilitarizmə və tərəqqiyə inam üzərində quruldu. XX əsrdə iqtisadçılar Fridrix fon Hayek və Milton Fridmenin rəhbərliyi ilə klassik liberalizmə marağın canlanması baş verdi. Bəziləri klassik liberalizmin müasir inkişafını "neoklassik liberalizm" adlandırır. Klassik liberalizm XIX əsrdə Avropa və ABŞ-də inkişaf etmişdir. XVIII əsrdə Klassik liberalizmin məlum ideyalar üzərində qurulmasına baxmayaraq, bu, yeni bir cəmiyyət tipinə, sənaye inqilabına və urbanizasiyaya cavab olaraq meydana gələn, hökumətə və ictimai münasibətlərə yönəlmişdir.
Liberalizasiya
Liberalizasiya (və ya liberallaşdırma ) — dövlət bir sıra fərdi fəaliyyətlərə məhdudiyyətlər qaldırdığı hər hansı bir prosesdir. Liberalizasiya qadağan edilmiş bir şey artıq qadağan edilmədikdə və ya hökumət tənzimləmələri rahat olduqda baş verir. "Liberalizasiya" termini iqtisadiyyatda iştirakın azaldılmasına aid olan iqtisadi liberallaşmanın müzakirəsində istifadə olunur, lakin digər kontekstlərdə də istifadə edilə bilər. Sosial siyasətdə liberallaşdırma, məsələn, boşanma, abort və ya psixoaktiv dərmanları məhdudlaşdıran qanunların rahatlığına istinad edə bilər. Mülki hüquqlara gəldikdə, bu, homoseksualizmi qadağan edən qanunların, odlu silah və ya digər maddələrin mülkiyyətinə, eyni cins nigahına, irqi arvadlara və ya imanlılar arasında nigahya qarşı çıxan qanunların aradan qaldırılmasına aiddir.[mənbə göstərin] İqtisadi liberallaşma dövlət tənzimlənməsinin azaldılması və ya aradan qaldırılmasına aiddir və ya özəl biznes və ticarətdə məhdudiyyətlər nəzərdə tutur. [[[1]]] Ümumiyyətlə, ideologiyasına iqtisadi liberalizm deyilən azad bazarların və azad ticarətin müdafiəçiləri tərəfindən dəstəklənir. İqtisadi liberallaşdırma da tez-tez vergilər, sosial təminat və işsizlik müavinətlərinin azaldılmasını nəzərdə tutur. İqtisadi liberallaşma tez-tez özəlləşdirmə ilə bağlıdır, yəni biznesin, müəssisənin, agentliyin, ictimai xidmətin və ya ictimai mülkiyyətin mülkiyyətinin və ya xarici mülkiyyətin dövlət sektorundan özəl sektora köçürülməsi prosesidir. Məsələn, Avropa Birliyi qaz və elektrik bazarlarını liberallaşdırmış, rəqabət sistemi qurmuşdur. Fransanın EDF və İsveç Vattenfall kimi bəzi aparıcı Avropa enerji şirkətləri qismən və ya tamamilə dövlət mülkiyyətində qalırlar.
Liberalizm
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır. Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.
Liberallaşdırma
Liberalizasiya (və ya liberallaşdırma ) — dövlət bir sıra fərdi fəaliyyətlərə məhdudiyyətlər qaldırdığı hər hansı bir prosesdir. Liberalizasiya qadağan edilmiş bir şey artıq qadağan edilmədikdə və ya hökumət tənzimləmələri rahat olduqda baş verir. "Liberalizasiya" termini iqtisadiyyatda iştirakın azaldılmasına aid olan iqtisadi liberallaşmanın müzakirəsində istifadə olunur, lakin digər kontekstlərdə də istifadə edilə bilər. Sosial siyasətdə liberallaşdırma, məsələn, boşanma, abort və ya psixoaktiv dərmanları məhdudlaşdıran qanunların rahatlığına istinad edə bilər. Mülki hüquqlara gəldikdə, bu, homoseksualizmi qadağan edən qanunların, odlu silah və ya digər maddələrin mülkiyyətinə, eyni cins nigahına, irqi arvadlara və ya imanlılar arasında nigahya qarşı çıxan qanunların aradan qaldırılmasına aiddir.[mənbə göstərin] İqtisadi liberallaşma dövlət tənzimlənməsinin azaldılması və ya aradan qaldırılmasına aiddir və ya özəl biznes və ticarətdə məhdudiyyətlər nəzərdə tutur. [[[1]]] Ümumiyyətlə, ideologiyasına iqtisadi liberalizm deyilən azad bazarların və azad ticarətin müdafiəçiləri tərəfindən dəstəklənir. İqtisadi liberallaşdırma da tez-tez vergilər, sosial təminat və işsizlik müavinətlərinin azaldılmasını nəzərdə tutur. İqtisadi liberallaşma tez-tez özəlləşdirmə ilə bağlıdır, yəni biznesin, müəssisənin, agentliyin, ictimai xidmətin və ya ictimai mülkiyyətin mülkiyyətinin və ya xarici mülkiyyətin dövlət sektorundan özəl sektora köçürülməsi prosesidir. Məsələn, Avropa Birliyi qaz və elektrik bazarlarını liberallaşdırmış, rəqabət sistemi qurmuşdur. Fransanın EDF və İsveç Vattenfall kimi bəzi aparıcı Avropa enerji şirkətləri qismən və ya tamamilə dövlət mülkiyyətində qalırlar.
Milli liberalizm
Milli liberalizm liberalizmin variantıdır, bəzi (bir qədər, bir neçə) liberal siyasəti (polisi) ilə millətçiliyi birləşdirmək (kombinasiya edilmək), xüsusilə iqtisadi liberalizmə dair. Mühafizəkar liberalizm əksər Avropa ölkələrində siyasi siniflərin ideologiyası olanda, onun (bunun) kökləri XlX əsrdə tapılan (hesab edilən) olmaqdır onda (sonra) monarxiyalar ilə idarə edilən. Milli liberal partiyalar bu gün mövcuddur, daxil olmaqla inadla onun ölkədə üç ənənəvi ideoloji ailədən birini təmsil etdiyi Avstriyada. 19-cu əsrdə milli liberalizmdə Almaniya tərəfdarları onların Avropada daha (daha çox) avtoritar iştiraka (olmaya) və güclü German İmperiyaya inandıqları onda liberal millətçilərindən fərqləndi. Maks Veber kimi liberal millətçiləri başqa Avropa gücləri (hakimiyyətlər) ilə əməkdaşlıqda demokratik Almaniyaya tərəf baxırdı. 'Milli liberalizm' müddətindən (termini) 19-cu əsr ərzində Almaniya və Avstriya kimi Almanca danışan ölkələrdə əsasən istifadə edildi, harada ki "Milli Liberal" partiyalar (tərəflər) hökumətdə uzun idi. Avstriyada, milli liberalizm üç Lagerdən birinin və ya ideoloji düşərgələrin əsası qalmışdır, ölkədə. Tarixən, bu Azadlıq Tərəfi (Partiyası) ilə təmsil edilmişdir, ancaq onlara bu yaxınlarda qəlpə ilə, Avstriyanın Gələcəyi üçün İttifaq qoşulunmuşdurlar. Almaniyanın Azad (Ödənişsiz) Demokratik partiyası tərəfin (partiya) qalan hissəsinə daha çox eurosceptic vəziyyətini (mövqesini) keçirən (tutan) milli liberal fraksiyasına malik olmağa davam edir. Rusiyada 1990-cı illərdə, Boris Nemtsov milli liberalizmi qəbul etmək ilə Anatoly Chubais və Yegor Gaidar ilə ziddiyyət təşkil etdi: getdikcə daha çox siyasi baxımdam avtoritar hökumət ilə azad bazar islahatlarını birləşdirmək.
Sosial liberalizm
Sosial liberalizm, müasir liberalizm və ya islahat liberalizmi olaraq da bilinir, fərdi azadlıq və sosial ədalət arasında tarazlıq yaratmağı məqsəd qoyan siyasi bir ideologiyadır. Bazar iqtisadiyyatı, klassik liberalizm kimi, vətəndaş və siyasi hüquqların tanınması və azadlıqların genişlənməsi ilə uyğunlaşır, bununla yanaşı, hökumətin qanuni rolunda yoxsulluq, səhiyyə və təhsil kimi iqtisadi və sosial məsələlərin yer aldığı fikri mövcuddur. Sosial liberalizmdə cəmiyyətin yaxşılığı fərdin azadlığı ilə ölçülür. İkinci Dünya Müharibəsindən sonra dünyanın bir çox ölkəsində sosial liberal ideyalar qəbul edildi. Müasir liberallar rifah anlayışlarını bərabər imkanlar əsasında müdafiə etdilər. Mövcud sosial şəraitdən fərdlər və qruplar zərər görərsə, hökumətin bu zərərləri azaltmaq və ya aradan qaldırmaq üçün sosial vəzifələri var. Vətəndaşlar yaşayış, təhsil və iş hüququ kimi müxtəlif rifah və sosial hüquqlara malikdirlər. Sosial liberalların fikrincə, dövlət iqtisadiyyatın idarə edilməsində, heç olmasa onun tənzimlənməsində cavabdeh olmalıdır. Termin, siyasi və iqtisadi fikirləri bir neçə əsr boyu suverenliyini qoruyan klassik liberalizmdən fərqlənmək üçün istifadə olunur. 20-ci əsrin sonlarına doğru sosial liberalizmə reaksiya, pul iqtisadi siyasətinin və dövlət xidmətlərinin problemlərinin azalmasına səbəb olan, əksər hallarda neoliberalizm adlandırılan məktəb tərəfindən göstərildi.
İslam liberalizmi
Liberal müsəlman hərəkatı və ya Mütərəqqi və Liberal müsəlman hərəkatları, İslam dünyasında elmin, inkişafın və müasir dünyaya inteqrasiyanın tərəfdarı olmuş qabaqcıl reformist bir düşüncə sistemidir. Bu hərəkatın tərəfdarları əsasən Avropada olan Renessans dövründən sonra bütün müsəlman aləmində yayılmış, fəqət teokratiya ilə idarə olunan ölkələrdəki təqib və təyziqlərə görə, müvəffəqiyyətsiz olmuşlar. Bu kimi reformasiya və renessans tərəfdarları olan hərəkatların əksəriyyəti İslamı, Quranı və digər dini mənbə sayıla bilən kitabları fərqli yöndə şərh etmiş və buna görə bəzi dindarlar tərəfindən təyziqlərə məruz qalıblar. Bəzən bu hərəkat dövlət başçılarında da rast gəlinmişdir. Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk və Pakistan İslam Respublikasının qurucusu Məhəmməd Əli Cinnah demokratiyaya üstünlük verildiyi və müsəlmanların çoxluq təşkil etdiyi bir ölkənin banisi olmuşlar. Reformasiya, yenilik və mütərəqqi tərəfdarı olan din adamları siyahısına Edip Yüksəl, Məhəmməd Əbdüh, Məhəmməd İqbal, Mahmud Şaltut, Cəmaləddin Əfqani, Ahmet Subhy Mansour, Əli Şəriəti, Irshad Manji, Yaşar Nuri Öztürk kimi şəxsiyyətləri aid etmək mümkündür. Adı çəkilənlərin əksəriyyətləri ya təqib və təyziqlərə məruz qalaraq ölkələrini tərk etmişlər, ya da sərt şəkildə tənqidlərə məruz qalmışlar. Bəzi liberal düşüncələri müsəlmanlar hərəkatlarının əksəriyyəti məzhəbsiz, təriqətsiz olub, Quranilik cərəyanına bağlı olurlar.
Türkiyədə liberalizm
Liberalizm Türkiyəyə ilk dəfə Osmanlı İmperiyası dövründə, tənzimat islahatları ilə gəlmişdir. Tənzimat sözü (ərəb. تَنْظِيمَات‎, tanẓīmāt) "yenidən nizamlama, qaydaya salma" mənasını verir və Osmanlı dövlətinin idarəçilik əsaslarında mühüm reformasiyanın aparıldığı, 1839-da Gülxanə xətti-şərifi ilə başlayıb 1876-da Birinci Məşrutiyyət ilə sona çatan dövrü ifadə edir. Tənzimat islahatları bir sıra liberal ziyalılar — Dimitri Zambako Paşa, Mehmet Kabuli Paşa, Yeni osmanlılar, həmçinin Osmanlı parlamentinin qurucularından hesab edilən Midhat Paşa tərəfindən dəstəklənmişdir.

Digər lüğətlərdə