liv

liv
liuvill
livanlı
OBASTAN VİKİ
Liv Boeri
Liv Boeree — 31 yaşlı ingilis qumarbaz. Liv 2015'ci ildə bütün zamanların ən şanslı qumarbazı olaraq Global Poker tərəfindən təsdiqlənib. Ən çox bluff (pis ələ baxmayaraq böyük pullara oynayan) edən qumarbazdır. Etdiyi bluff'lərin 80% udub. Ən uğurlu bluff'u rəqibinin "Full House" əlinə qarşı 500.000$ qoyaraq qazanmasıdır. 500.000 qoyarkən Liv'in kartları zəif idi. Lakin rəqib qorxub və oyundan çəkilib. Liv oyun müddətində gözünü rəqibinin gözündən heç çəkməməklə də məşhurdur.
Liv Ulman
Liv Ulman (ing. Liv Johanne Ullmann; 16 dekabr 1938[…], Tokio) — Norveçli Aktrisa və kinorejissor. Tokioda dünyaya gələn aktrisa karyerasına 1957-ci ildə başlamışdır. Filmlərdə əllidən çox rol alan Liv, özünün rejissorluq etdiyi beş film var. Ulman hal-hazırda qızı və nəvələri ilə birgə Norveçdə yaşayır. Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə dünyaya göz açıb. Məktəb təhsilini bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveçə köçür. Sənətə teatrdan gələn aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən "Roqaland" teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olub onu çəkəcəyi "Persona" filminə dəvət edir.
Liv və Meddi (teleserial, 2013)
Liv və Meddi (ing. Liv and Maddie) — yeniyetmə auditoriyası üçün nəzərdə tutulmuş ABŞ sitkomu. 19 iyul 2013-cü ildən Disney Channel telekanalında yayımlanır. Əkiz bacılar — Liv (Oliviya) və Meddi (Medison), bir-birinə bənzər olmalı olduqları düşünülsə də, onlar tamamilə bir-birinə əks şəxslərdir. Liv, Runi ailəsinin sevimli qızı, erkən yaşlarında Hollivud ulduzu karyerasına başlamış, bacısı Meddi isə öz gələcəyini Ridcvud liseyinin basketbol komandasında görür. Atası isə bu komandanın məşqçisidir. "Sing It Loud!" filminin çəkilişlərindən sonra, Liv evinə, ailəsinin yanına qayıdır. Əvvəlcə Meddi buna sevinir, amma tezliklə vəziyyət dəyişir... Dav Kameron kimi Liv və Meddi Runi Coi Braq kimi Coi Runi Tensinq Norgey Treynor kimi Parker Runi Kali Roça kimi Karen Runi Benjamin Kinq kimi Pit Runi Rəsmi sayt Arxivləşdirilib 2015-05-11 at the Wayback Machine Liv və Meddi — Internet Movie Database saytında.
Yeva-Liv adası
Yeva-Liv adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi 381 metr təşkil edir. Sahəsi 288 km²-dir. Adanın üzəri çoxillik buzla örtülmüşdür. Ağ Torpaq adaları qrupuna daxildir. Ada arxipelaqın şimal-şərqində yerləşir. Freden adasından Sars boğazı ilə ayrılır. Ucqar qərb nöqtəsi Klyuv, şimal-şərq nöqtəsi isə isə Mesyaseva burnudur. Ağ Torpaq qrupuna Yeva-Liv adasından başqa Adelaid adası və Freden adası daxildir.
Liv Bona Dea Arena
Dalğa Arena və ya sponsorluq razılaşmasına əsasən Liv Bona Dea Arena — Bakının Mərdəkan qəsəbəsində yerləşir. 6 iyun 2011-ci ildə FIFA prezidenti Yozef Blatter, UEFA prezidenti Mişel Platini və AFFA prezidenti Rövnəq Abdulayevin iştirakı ilə açılış mərasımı olmuşdur. Stadionnun tutumu 6,700 tamaşaçıdır. Rəvan, Kəpəz, Sumqayıt , Bakı, Qəbələ, Neftçi, İnter (Keşlə) , Zirə, Azal kimi yerli klublar həm Premyerliqa həm də Avroliqa oyunlarnı, bundan əlavə Azərbaycan milli futbol komandaları qonaq komandaları burada qəbul edib. Dalğa Arena stadionunda bu günə kimi 400-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionununda daxil olduğu AFFA Futbol Mərkəzinin digər məşq meydançaları ilə birlikdə 4200-dən çox oyun keçirilmişdir. Dalğa Arena stadionu FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 Azərbaycanın bir tanıtım stadionlarındandır.
Cəbəl Əxdar (Liviya)
Cəbəl Əxdar (ərəb. الجبل الأخضر‎ – Yaşıl dağ) — Liviyanın şərqində meşəlik, məhsuldar dağlıq region. Müasir əl-Cəbəl əl-Əxdar rayonunda yerləşir. Region Yer kürəsinin ən az meşəli ölkələrindən biri olan Liviyanın çox az meşəlik ərazilərindən biridir. Cəbəl Əxdar bir neçə dərə ilə həmsərhəd olan dağ yaylasından ibarətdir. Benqazinin şimalında və Dernanın cənubunda yerləşir. Bu, Liviyanın ən rütubətli ərazisidir və buraya ildə təxminən 600 mm yağıntı düşür. Ərazidə geniş meşələr var, burada zəngin kartof və dənli bitkilər yığılır. Qədim yunan müstəmləkəsi olan Kirena Cəbəl Əxdar vadisində yerləşir. Vikianbarda Cəbəl Əxdar (Liviya) ilə əlaqəli mediafayllar var.
Cədid (Liviya)
Cədid — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhəridir. Səbha rayonunun inzibati-mərkəzi olan Səbha şəhərinə yaxındır.
Daily Lives of High School Boys
Daily Lives of High School Boys (yaponca: 男子高校生の日常, Hepbörn: Danshi Kōkōsei no Nichijō, azərb. Orta məktəb oğlanlarının gündəlik həyatları‎) — 2009-2012 illərin arasında GANGAN ONLINE jurnalında çap olunan Yasunobu Yamauçinin manqa serialı və onun eyni adlı anime serial və film adaptasiyaları. Məzmun məktəbin son illəri yaşayan Tadakuni, Hidenori və Yoşitake və onların ətrafdakıların gündəlik həyatından bəhs edir. Manqa seriayası əvvəlcə Gangan Online internet jurnalında 2009-cu ilin mayın 21-dən, 2012-ci ilin sentyabrın 27-nə dək nəşr olunurdu. Sonra isə, o yeddi tankobon cildə toplanılıb. Onlar 2010-cu ilin fevralın 22-dən, 2012-ci ilin sentyabrın 27-nə dək üzə çıxırdı. Sunrise studiyası tərəfindən Şinci Takamatsu tərəfindən rejissorluğu ilə istehsal olunan anime adaptasiyası 2011-ci ilin oktyabrında anons edilmiş, ilk yayımı isə TV Tokyo-da 2012-ci ilin yanvarın 9-da baş tutmuşdur. Sonra o, AT-X, Bandai Channel, TVA, TVO kanallarında və onlayn şəkildə Niconico-da yayımlamışdır. Anime serialının seriyaları 6 Blu-ray və DVD cildində toplanmış, Yaponiyada 2012-ci ilin aprelin 3-ün və sentyabrın 4-dün arasında bu şəkildə buraxılmışdır. Bu disklərdə həmçinin bonus seriyalar və televiziyadakı ilk nümayişindən əvvəl Niconico-da çıxan seriyalar var idi.
Date A Live
Date A Live (デート・ア・ライブ, Dēto A Raibu, azərb. Həyatla görüş‎) — Koşi Taçibana tərəfindən yazılan və Tsunako tərəfindən çəkilən ranobe seriyası. Ranobe seriyası 19 mart 2011-ci ildən Fujimi Shobo nəşriyyatının "Dragon Magazine" jurnalında serializasiya olunur. İndiyə qədər ranobenin 17 cildi çapdan çıxmışdır. Ranobe əsasında istehsal olunmuş "Date AST Like" adlı manqa adaptasiyası "Monthly Dragon Age" jurnalında 2012-ci ilin martından 2013-cü ilin dekabrına kimi nəşr olunmuş və 4 cildi buraxılmışdır. Compile Heart və Sting şirkətləri ranobe əsasında 3 videooyun hazırlamışdır. AIC studiyası tərəfindən istehsal olunmuş 13 seriyadan ibarət anime serialı adaptasiyası 2013-cü ilin 6 aprelindən 22 iyununa kimi Yaponiyada yayımlanmışdır. Production IMS tərəfindən istehsal olunmuş davam mövsümü — "Date A Live II" Yaponiyada 2014-cü ilin 12 aprelindən 14 iyununa kimi nümayiş etdirilmişdir. Anime filmi adaptasiyasının premyerası isə 22 avqust 2015-ci ildə baş tutmuşdur. 2019-cu ilin yanvarından martına kimi üçüncü mövsümü yayımlanmışdır.
David Livinqston
David Livinqston (ing. David Livingstone; 19 mart 1813[…], Blantir[d] – 1 may 1873[…]) — şotland əslli missioner, həkim, yazıçı, coğrafi tədqiqatçı. David Livinqston 19 mart 1813-cu ildə Qlazqo şəhəri yaxınlığında iflasa uğramış fermer ailəsində anadan olmuşdur. Ağır həyat tərzi Livinqstonu 10 yaşından işləməyə məcbur edir. İşdən sonra tibbi biliyə malik olmaq üçün kurslara getməklə həkimlik ixtisası qazanır. 1840-cı ildə xristian dinini yayanlar içərisində missioner kimi Afrikaya Ümid burnuna yola düşür. Alqoa buxtasından becuarlar ölkəsindəki missionerlər stansiyası yerləşən Kurman qəsəbəsinə daxil olmaqla Afrika materikində çoxillik səyahətinə başlayır və ömrünün sonuna qədər Afrika xalqlarının həyat tərzini fauna və florasının tədqiqi ilə məşğul olur. 1849-cu ildə Kalaxari səhrasını keçməklə həmin dövrə qədər avropalılardan heç kimə məlum olmayan Nqami gölünü aşkar edir. Növbəti il şimala doğru hərəkət etməklə Zambezi çayının yuxarı axarına çatır. 1852-ci ildə Livinqston Cənubi Afrikanın mərkəzi rayonlarından Atlantik okeanının sahillərinə doğru ekspedisiyasını davam etdirir.
De-Livron adası
De-Livron adası — Yapon dənizi, Böyük Pyotr körfəzindəki bir ada. Rimsk-Korsakov arxipelaqına daxil olan adalardan biri. Vladivostokdan 63 km cənub-qərbdə və Slavyankadan 19 km cənubda yerləşir. İnzibati olaraq Primorsk diyarı Xasan rayonuna aiddir. Uzaq Şərq dəniz qoruğunun bir hissəsidir. Adada daimi əhali yoxdur. Yay və payız ayları adaya bəzən turistlər və ya istirahət edənlər gəlir. Ada ilk dəfə 1851-ci ildə fransız balina ovçuları tərəfindən kəşf edilmişdır. 1852-ci ildə fransız "Kapriz" briqadasının dənizçiləri tərəfindən təsvir edilmişdir. Ruslar ilk dəfə 1854-cü ildə "Pallada" freqatı və "Vostok" şxununun heyəti tərəfindən araşdırılmış və təsvir edilmişdir.
Devid Livinqston
David Livinqston (ing. David Livingstone; 19 mart 1813[…], Blantir[d] – 1 may 1873[…]) — şotland əslli missioner, həkim, yazıçı, coğrafi tədqiqatçı. David Livinqston 19 mart 1813-cu ildə Qlazqo şəhəri yaxınlığında iflasa uğramış fermer ailəsində anadan olmuşdur. Ağır həyat tərzi Livinqstonu 10 yaşından işləməyə məcbur edir. İşdən sonra tibbi biliyə malik olmaq üçün kurslara getməklə həkimlik ixtisası qazanır. 1840-cı ildə xristian dinini yayanlar içərisində missioner kimi Afrikaya Ümid burnuna yola düşür. Alqoa buxtasından becuarlar ölkəsindəki missionerlər stansiyası yerləşən Kurman qəsəbəsinə daxil olmaqla Afrika materikində çoxillik səyahətinə başlayır və ömrünün sonuna qədər Afrika xalqlarının həyat tərzini fauna və florasının tədqiqi ilə məşğul olur. 1849-cu ildə Kalaxari səhrasını keçməklə həmin dövrə qədər avropalılardan heç kimə məlum olmayan Nqami gölünü aşkar edir. Növbəti il şimala doğru hərəkət etməklə Zambezi çayının yuxarı axarına çatır. 1852-ci ildə Livinqston Cənubi Afrikanın mərkəzi rayonlarından Atlantik okeanının sahillərinə doğru ekspedisiyasını davam etdirir.
Discovery Travel & Living
Discovery Travel & Living Discovery Communications-ın bir kanalıdır.Kanal Bu adı Avropa, Latın Amerika və Asiyada istifadə edir. Dünyanın digər yerlərində isə kanal Travel Channel olaraq adlanır. Kanalda Discovery Science-dakı kimi sənədli filmlər yerinə daha çox gəzinti,tətil proqramları nəşr olunar.
Dominik Livakoviç
Dominik Livakoviç (xorv. Dominik Livaković; [dôminik liʋǎːkoʋitɕ, domǐ-]; 9 yanvar 1995, Zadar) — Fənərbaxça klubu və Xorvatiya milli komandasında qapıçı kimi çıxış edən peşəkar xorvat futbolçusu. Livakoviç 2012-13 mövsümünün əvvəlində NK Zaqrebin əsas komandasının bir hissəsi oldu. Əvvəlcə klubun ikinci qapıçısı olan o, 31 avqust 2012-ci ildə HNK Cibalia -ya evdə 1-0 hesabı ilə məğlub olaraq tam matçda oynayaraq liqada debüt etdi. Tezliklə o, klubun bir nömrəsi oldu və dörd mövsüm ərzində cəmi 104 liqada, o cümlədən Prva HNL -də 90 oyun keçirdi. 30 avqust 2015-ci ildə o, 2016-17 mövsümünün əvvəlində Zaqreb Dinamo komandasına qoşulmağa razılıq verdi. O, klub üçün liqada debütünü 2 oktyabr 2016-cı ildə Hayduk Split ilə evdə qolsuz heç-heçə edib. 18 oktyabr 2016-cı ildə o, UEFA Çempionlar Liqasında ilk oyununu Sevilya ilə evdə 1:0 hesablı məğlubiyyətdə etdi. 30 iyul 2019-cu ildə Çempionlar Liqasının təsnifat mərhələsində Saburtalo Tbilisi üzərində 3:0 hesablı qələbə qazanan Livakoviç, "Dinamo"nun mövsümün əvvəlindən ən çox dəqiqə keçirən Drazen Ladiçin 1995 -ci ildə qol buraxmadan (413) rekordunu qırdı. O, mövsümün ilk qolunu üç gün sonra, Qoritsa üzərində 3-1 liqa qələbəsində buraxaraq, yeni rekordu 535-ə çatdırdı .
Ermənistan–Livan münasibətləri
Livan—Ermənistan münasibətləri — Livan və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Livan Qondarma Erməni Soyqırımını tanıyan ilk Ərəb Dövlətləri Liqasına üzv ola ölkədir. 2006-cı ildəki İkinci Livan müharibəsi zamanı Ermənistan Livana humanitar yardım göndərmişdir: dərmanlar, ilk yardım ləvazimatları və s. 12 may 2000-ci ildə Livan Parlamenti Qondarma Erməni Soyqırımının tanınmasına səs verir. Livan qondarma soyqırımı tanıyan ilk ərəb dilli ölkə olur. Livandakı erməni icmasının bir neçə siyasi partiyası var. Livandakı EİF Dashnaktsutyun Partiyası hazırda hökumətdə və 8 Mart koalisiyasındakı ən böyük erməni partiyasıdır. Bununla birlikdə 14 mart müxalifət koalisiyasını dəstəkləyən partiyalar da var. Ölkələr arasında viza rejimi yoxdur. Livanda onlarla erməni məktəbi, universiteti, uşaq bağçası və müxtəlif müəssisələr var.
Euphorbia lividiflora
Euphorbia lividiflora (lat. Euphorbia lividiflora) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Garcinia livingstonei
Garcinia livingstonei (lat. Garcinia livingstonei) — kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Geum rivale var. lividum
Çay çınqılotu (lat. Geum rivale) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. Anemone dodecaphylla Krock. Bernoullia hybrida Raf. Bernoullia rivalis (L.) Raf. Caryophyllata aquatica Lam. Caryophyllata nutans Moench Caryophyllata rivalis (L.) Scop. Geum hybridum Wulfen ex Jacq. Geum nutans Crantz Geum nutans Raf. Geum pallidum Fisch.
Gəncə livası
Gəncə sancağı və ya Gəncə livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Gəncə idi.
Hüms, Liviya
La Puerta del Cielo/Seven Lives
La Puerta del Cielo / Seven Lives - Enigma musiqi layihəsi adından çıxarılan sayca yeddinci studio albomu olan Seven Lives Many Faces albomuna daxil olan mahnı. Mahnı bu albomdan çıxarılan ilk sinqldır. Sinqlın ilk təqdimatı 8 avqust 2008-ci ildə Almaniyada keçirilmiş, 15 avqustda isə satışa çıxarılmışdır. Sinql Almaniya hit paradında 50-ci yerə kimi yeksəlmiş və bir neçə həftə hit paradda qalmağı bacarmışdır.
La Puerta del Cielo / Seven Lives
La Puerta del Cielo / Seven Lives - Enigma musiqi layihəsi adından çıxarılan sayca yeddinci studio albomu olan Seven Lives Many Faces albomuna daxil olan mahnı. Mahnı bu albomdan çıxarılan ilk sinqldır. Sinqlın ilk təqdimatı 8 avqust 2008-ci ildə Almaniyada keçirilmiş, 15 avqustda isə satışa çıxarılmışdır. Sinql Almaniya hit paradında 50-ci yerə kimi yeksəlmiş və bir neçə həftə hit paradda qalmağı bacarmışdır.
Liva
Liva — iki alaydan ibarət hərbi birləşməyə və bu birləşmənin komandirinə verilən ad. Liva rəsmi qeydlərdə "mirliva" kimi də xatırlanır. Osmanlı ordusunun rütbələrinı görə, miralayın rütbəsi qalxanda liva, livanın rütbəsi qalxanda ferik olurdu. Livalara "paşa" da deyilirdi, "səadəttlü " isə rütbə kimi istifadə olunurdu. Ölkənin mülkiyyə sinfindən olan mütəsərrüf idarəsində hissəsi də liva adlanırdı, lakin bunun əvəzinə daha çox sancaqdan istifadə edilirdi.
Livadiya
Livadiya — Ukraynada (Krımda) Qara dəniz sahilində şəhər tipli qəsəbə. Gözəl iqlim şəraiti olan kurort. Livadiya Yalta konfransının (1945) keçirildiyi yerdir.
Livadiya sarayı
Livadiya sarayı (rus. Ливадийский дворец, ukr. Лівадійський палац) — Yaltanın 3 km uzaqlığında, Livadiyada Mohabi təpəsində yerləşən saray kompleksi. 1911-ci ildə Rusiya çarı II Nikolay tərəfindən yay evi kimi tikilmişdir. Bizans, ingilis, qotika və ərəb memarlığının izlərini daşıyan saray İtaliya intibah tərzində 1910-1911-ci illəri arasında memar Nikolay Krasnov tərəfindən tikilmişdir. İnşaasında ağ Krım qranitindən istifadə olunmuşdur. Sarayın bəzi yerlərində islam memarlığına aid izlər vardır. Sarayın bağçası İtalyan görkəminə malikdir. Sarayın içində muzey və şəkil qaleriyası fəaliyyət göstərir. Livadiya sarayı inşa olunduqdan sonra çar II Nikolay bura sadəcə 2 dəfə gələ bilmişdi.
Livadə
Livadə - 1728-ci ildə İrəvan əyalətinin Şirakel nahiyəsi(Şörəyel livası)da kənd. Dərbənd kəndinin yaxınlığında yerləşən Livadə kəndi. Gəlir: 3.000 ağça..
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.