MÜĞAYİR
MÜHACİR
OBASTAN VİKİ
Elissa (müğənni)
Elissa (əsl adı İlisar Zəkəriyya Xuri; ərəb. إليسار زكريّا خوري‎, ALA-LC transkripsiyası: Ilīsār Zakariyyā Khūrī; 27 oktyabr 1971, Deyr əl-Əhmər[d], Bəəlbək-əl-Hirmil mühafəzəsi) — Livan müğənnisi. == Kariyeri == Kariyerinə 1998-ci ildə çıxardığı "Baddi Doub" ilk albomundan sonra qısa zamanda Ərəb musiqi dünyasının ən güclü səslərindən biri olan müğənni, albomlarından birində mahnılarının yarısını Türk dilində mahnıların aranjmanlarından ibarət idi. 2000-ci ildə Çelik Erişcinin "Unutamam" mahnısına Fransızca və İspanca vokallar oxumuşdur. Ayrıca Livan adına Pepsi reklamında oynayan ilk Livanlı qadın sənətçi olmuşdur. "Ahla Dounya" albomu ilə 31 avqust 2005-ci ildə Hollywooddakı Kodak Teatrında Orta Şərq və Şimali Afrikanın 2005-ci ilin "Ən yaxşı Ərəb müğənnisi" və "Ən Çox Satış Ödülü"nü almışdır. Son olaraq Ceb Məmi ilə birlikdə "Kont Fi Sertak" adlı mahnınıı səsləndirmiş, mahnı qısa zamanda geniş ilgi görmüşdür. Elissa bir çox Türk sənətçiyə də mahnılar vermişdir.
Emin (müğənni)
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Adıge Respublikası əməkdar artisti (2018), Azərbaycan Respublikasının xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Gülşən (müğənni)
Gülşən (29 may 1976, Çapa[d], İstanbul ili) — Türkiyəli müğənni, bəstəkar.
Hadisə (müğənni)
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. == Həyatı == Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. === Sweat === Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
Hiss (müğənni)
Hiss (əsl adı: Röya Məmmədova; 13 iyul 1995 və ya 11 avqust 1995, Bakı) — azərbaycanlı müğənni. == Həyatı və fəaliyyəti == 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Röya Məmmədova müğənni Röya Ayxanı nəzərdə tutaraq “ikinci Röya ola bilməz” deyə onu inandıran dostunun məsləhəti ilə səhnə adını Hiss olaraq seçib. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.
Hozier (müğənni)
Andryu Hozier-Birn (17 mart 1990, Brey) — İrlandiyalı müğənni. Hozier adlı ilk albomu 19 sentyabr, 2014-cü ildə çıxmışdır. == Həyatı və karyerası == === İlk illəri === Musiqi ilə əlaqədar ailədə doğulan Hozier, 2009-dan 2012-yə qədər Anuna adlı musiqi qrupunda üzv olmuşdur. O, həmin qrupun Hollandiya və Norveçdə olan konsertlərində də iştirak etmişdir. === Solo karyerası === 2013-cü ildə Hozier Take Me To Church adlı mahnısını yayımladı və bu mahnı onu məşhurlaşdırdı. Bu mahnı həmçinin 57-ci Qremmi mükafatının "2015-ci ilin Ən yaxşı Mahnısı" mükafatına namizəd olub. Daha sonra isə ''Work Song'', '' From Eden'' kimi mahnıları da yayımlanmışdır.
Hvasa (müğənni)
An He-cin (kor. 안혜진), 23 iyul 1995, Concu) və ya səhnə adı ilə Hvasa (kor. 화사) – Cənubi Koreyalı müğənni, repçi, mahnı müəllifi, bəstəkar və model. 2014-cü ildə Mamamoo qız qrupunun üzvü olaraq debüt etmişdir. Musiqisinə təsir etmiş ifaçı kimi Beyonse-ni göstərir. Yazı və bəstəkarlıqda iştirak etdiyi "Twit" rəqəmsal sinqlı ilə 2019-cu ilin fevral ayında solo sənətçi kimi debüt etmişdir. 2020-ci ilin mart ayında Hvasa ingilis müğənni Dua Lipa ilə birlikdə Lipanın "Physical" mahnısının remiksi üçün koreyaca sözləri əlavə edib. 2020-ci ilin avqust ayında isə 10 oktyabrda "Don't Touch Me" adlı sinql ilə debüt edən dörd nəfərdən ibarət "Refund Sisters" adlı (kor. 환불 원정대) superqrupun üzvü biri olaraq debüt etmişdir. "Maria" adlı EP-i ilə Hvasa ABŞ iTunes albomları çartında üst sıralarda yer alan ilk koreyalı qadın solo sənətçisi olmuşdur.
Jewel (müğənni)
Jewel (23 may 1974) — müğənni. == Həyatı == 23 may 1974-cü ildə Yutada doğulmuşdur və qısa bir zamanda Alyaskaya köçmüşdürlər. Anası Lenedra J. Carroll İrland əsilli, Atası alman-isveçrə əsillidir.
LiSA (müğənni)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.
Manqo (müğənni)
Manqo, əsl adı Cuzeppe Manqo (6 noyabr 1954 – 7 dekabr 2014) — məşhur İtaliya müğənnisi. Manqo pop, rok, folk, etnik musiqini birləşdirən üslubu və geniş vokal diapazonu ilə tanınırdı.
Montaigne (müğənni)
Gessika Alissa Serro (14 avqust 1995, Sidney) və ya səhnə adı ilə Monten — 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı "Don't Break Me" mahnısı ilə təmsil edəcəkdi. Müsabiqə ləğv olunsa da, 2021 Avroviziya Mahnı Müsabiqəsində də Avstraliyanı təmsil edəcək.
Monten (müğənni)
Gessika Alissa Serro (14 avqust 1995, Sidney) və ya səhnə adı ilə Monten — 2020 Avroviziya Mahnı Müsabiqəsində Avstraliyanı "Don't Break Me" mahnısı ilə təmsil edəcəkdi. Müsabiqə ləğv olunsa da, 2021 Avroviziya Mahnı Müsabiqəsində də Avstraliyanı təmsil edəcək.
Munbyol (müğənni)
Mun Byol-i (kor. 문별 이, 22 dekabr 1992, Puçxon[d], Kyonqido) və ya səhnə adı ilə Munbyol – Cənubi Koreya repçisi, müğənnisi, mahnı müəllifi, rəqqası və RBW altında imzalanmış radio aparıcısı. Cənubi Koreya-lı Mamamoo qız qrupunun əsas reperidir. 2018-ci ilin may ayında Munbyol solo sənətçi kimi debüt etmiş və rəqəmsal "Selfish" sinqlını buraxmışdır. Mun Byol-i Cənubi Koreyanın Puçxon şəhərində anadan olub. 2011-ci ildə Pekçe İncəsənət İnstitutuna media musiqisi və vokal üzrə qəbul edildi. Munbyol 2014-cü ilin iyun ayında Mamamoo üzvü olaraq debüt etdi. 2018-ci ilin may ayında Red Velvet Seulgi ilə birlikdə "Selfish" sinqlı ilə solo sənətçi olaraq debüt etdi. 14 fevral 2020-ci ildə "Dark Side of the Moon" adlı ilk EP -ni yayımladı.
Müğənni
Müğənni — peşəkarcasına mahnı oxuyan; mahnı, romans, ariya, xor və s. vokal musiqisi ifa edən şəxs. Müğənni — vokalistin bariz nümunəsi.
Nato (müğənni)
n. A. T.o. (Və ya doğum adı ilə: Natalya Şevlyakova, doğ. 1979, Gürcüstan SSR, Tiflis), Rus və Gürcü mənşəli Rusiya vətəndaşı müğənni. Ümumiyyətlə kliplərində göründüyü üzrə bir müsəlman kimi niqablıdır. Tacik, Fars və Özbək dillərini çox yaxşı dərəcədə bilir və o dillərdə müxtəlif mahnıları vardır. Yaxını İvan Şapovalov tərəfindən kəşf edilmişdir. Mahnılarının mövzusu ümumiyyətlə döyüş, sülh, terrorizm mövzulu olub dünyaya ictimai mesaj verməkdir. 11 Sentyabr hücumlarının ildönümündə, Moskvada 2004-cü ildə bazara çıxmışdır. İlk çıxdığından sonra müəyyən bir müddət şəxsiyyəti gizli tutulmuş və deşifrə edilməmişdir.
Nilufer (müğənni)
Nilufər Yumlu (türk. Nilüfer Yumlu) və ya tanınan səhnə adı ilə Nilufər (türk. Nilüfer; 31 may 1955, İstanbul) — Türkiyə pop musiqiçisi. "Nazar" qrupu ilə birlikdə Türkiyəni 1978 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Finlandiya nümayəndəsi Seyca Simola ilə 18-ci yeri bölüşmüşdür. 1997-ci ildən etibarən Türkiyənin YUNİSEF-dəki Milli təmsilçisidir. 1998-ci ildə Türkiyənin dövlət sənətçisi fəxri adına layiq görülmüşdür. Nilüfer '74 (1974) Selam Söyle (1976) Müzik (1978) 15 Şarkı (1979) Nilüfer '79 (1979) Nilüfer '80 (1980) Sensiz Olmaz (1982) Nilüfer '84 (1984) Bir Selam Yeter (1985) Geceler (1987) Esmer Günler (1988) Sen Mühimsin (1990) Yine Yeni Yeniden (1992) Ne Masal Ne Rüya (1994) Nilüferle (1996) Yeniden Yetmişe (1998) Büyük Aşkım (2001) Gözünaydın-Olur mu? Olur mu? (2003) Sürprizler (2004) Karar Verdim (2005) Karar Verdim + 3 Remiks (2006) Hayal (2009) 12 Düet (2011) 13 Düet (2013) Kendi Cennetim (2015) Yeniden Yeni Yine (2016) Kendine Bir Şans Ver (2022) Kalbim Bir Pusula - Ağlıyorum Yine (1972) Dünya Dönüyor - Neden (1973) Göreceksin Kendini - Aldanırım Sanma (1973) Hatıra Defteri - Sen de Söyle (1973) Arkadaş Dur Bekle - Kim Ayırdı Sevenleri (1973) (With Modern Folk Trio and Tanju Okan) Akdeniz Çocukları - Akdeniz Çocukları (Enstrümental) (1973) (With Ali Kocatepe, Gökben, Ertan Anapa, Esin Engin ve Füsun Önal) Al Beni Çal Beni - Körebe (1974) Söyle Söyle Sever mi? - Başıma Gelenler (1974) Boşver - Boşverdim (1975) Oh Ya - Ara Sıra Bazı Bazı (1975) Bau mir ein Paradies - Anatol (1975) Ali - Italiano (1975) Bilder im meinem Herzen - Warum muss ausgerechnet er es sein?
Nilufər (müğənni)
Nilufər Yumlu (türk. Nilüfer Yumlu) və ya tanınan səhnə adı ilə Nilufər (türk. Nilüfer; 31 may 1955, İstanbul) — Türkiyə pop musiqiçisi. "Nazar" qrupu ilə birlikdə Türkiyəni 1978 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Finlandiya nümayəndəsi Seyca Simola ilə 18-ci yeri bölüşmüşdür. 1997-ci ildən etibarən Türkiyənin YUNİSEF-dəki Milli təmsilçisidir. 1998-ci ildə Türkiyənin dövlət sənətçisi fəxri adına layiq görülmüşdür. Nilüfer '74 (1974) Selam Söyle (1976) Müzik (1978) 15 Şarkı (1979) Nilüfer '79 (1979) Nilüfer '80 (1980) Sensiz Olmaz (1982) Nilüfer '84 (1984) Bir Selam Yeter (1985) Geceler (1987) Esmer Günler (1988) Sen Mühimsin (1990) Yine Yeni Yeniden (1992) Ne Masal Ne Rüya (1994) Nilüferle (1996) Yeniden Yetmişe (1998) Büyük Aşkım (2001) Gözünaydın-Olur mu? Olur mu? (2003) Sürprizler (2004) Karar Verdim (2005) Karar Verdim + 3 Remiks (2006) Hayal (2009) 12 Düet (2011) 13 Düet (2013) Kendi Cennetim (2015) Yeniden Yeni Yine (2016) Kendine Bir Şans Ver (2022) Kalbim Bir Pusula - Ağlıyorum Yine (1972) Dünya Dönüyor - Neden (1973) Göreceksin Kendini - Aldanırım Sanma (1973) Hatıra Defteri - Sen de Söyle (1973) Arkadaş Dur Bekle - Kim Ayırdı Sevenleri (1973) (With Modern Folk Trio and Tanju Okan) Akdeniz Çocukları - Akdeniz Çocukları (Enstrümental) (1973) (With Ali Kocatepe, Gökben, Ertan Anapa, Esin Engin ve Füsun Önal) Al Beni Çal Beni - Körebe (1974) Söyle Söyle Sever mi? - Başıma Gelenler (1974) Boşver - Boşverdim (1975) Oh Ya - Ara Sıra Bazı Bazı (1975) Bau mir ein Paradies - Anatol (1975) Ali - Italiano (1975) Bilder im meinem Herzen - Warum muss ausgerechnet er es sein?
Qlükoza (müğənni)
Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır. Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir. İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi. Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973) qızı Lidiya (doğ.
Roze (müğənni)
Roseanne Park (ing. Roseanne Park;11 fevral 1997, Oklend), Park Chaeyoung (kor. 박채영) və ya daha çox tanınan səhnə adı ilə Rose (kor. 로제) Yeni Zelandiyada doğulmuş müğənni və model. YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı "Blackpink" qız qrupunun əsas vokal və lider rəqqasəsidir. Roseanne Park 11 Fevral 1997-ci ildə Yeni Zelandiyanın Aukland şəhərində anadan olmuşdur. Valideynləri Koreyalı olan müğənninin özündən yaşca böyük bir bacısı var (Park Alisa). Rose 7 yaşı olanda ailəsi ilə Avstraliyanın Melburn şəhərinə köçdü. Rose əvvəlcə 2009-cu ildə Kev East İbtidai məktəbində oxudu, orta təhsili üçün Melburndakı Canterbury Qızlar Orta Kollecində oxudu.Uşaqlıqdan mahnı oxumağa başladı və gitara və fortepiano çalmağı öyrəndi və kilsə xorlarında çıxış etdi. 15 yaşında ikən, atasının tövsiyəsi ilə 2012-ci ildə Avstraliyada Sidney şəhərində keçirilən YG-nin seçmə mərhələsində iştirak etdi.
Röya (müğənni)
Röya Ayxan və ya sadəcə Röya (14 iyun 1982, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2019). Röyalə Yaqub qızı Nəcəfova 14 iyun 1982-ci ildə anadan olmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olmuşdur. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də "Şəfa" stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub.
Sola (müğənni)
Qaytana (müğənni)
Qayta-Lurdes Klaverivna Essami (ukr. Гайта-Лурдес Клаверівна Ессамі), peşəkar səviyyədə Qaytana (ukr. Гайтана; 29 sentyabr 1979, Kiyev) — Ukrayna müğənnisi və bəstəkarı. Essaminin pop musiqi üslubu caz, fank, soul və folk elementlərini ehtiva edir. O, Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil etmişdir. Qaytana burada "Be My Guest" mahnısını ifa etmiş və finalda 15-ci yeri tutmuşdur. Qaytana postsovet məkanında Litvanın "LT United" qrupunun üzvü, müğənni və gitaraçı Viktoras Diavaradan sonra Afrika əsilli ikinci Avroviziya iştirakçısıdır. Qayta-Lurdes Klaverivna Essami Kiyevdə anadan olmuşdur. Anası ukraynalı Tatyana Petrova, atası isə Konqo Respublikasından olan Klaver Essami idi.. O, körpə olanda ailə Ukraynanı tərk edərək atasının doğulduğu Brazzavil şəhərinə köçmüşdür.
Simgə (müğənni)
Simgə Sağın (8 avqust 1981, İstanbul, Türkiyə) — alban əsilli türkiyəli müğənni, bəstəkar və aktrisadır. İstanbul Texniki Universiteti və Türkiyə Dövlət Konservatoriyasını bitirmişdir.
Solar (müğənni)
Kim Yon-son və ya səhnə adı ilə Solar (21 fevral 1991, Seul) – Cənubi Koreya müğənnisi, modeli, aktrisası və söz yazarı. 2014-cü ildə Rainbow Bridge World şirkəti tərəfindən qurulan Cənubi Koreyalı qız qrupu Mamamoo-nun yaşca ən böyük üzvü, əsas vokalisti və lideridir. Kim Yon-son Cənubi Koreya-nın Seul şəhərində, Gangseo-gu-da anadan olub, burada valideynləri və böyük bacısı Yong-hee ilə birlikdə yaşamışdır. Hanyan Qadın Universitetini turizm ixtisası ilə bitirib. Solar Munbyul, Vhi-in və Hvasa ilə birlikdə 18 iyun 2014-cü ildə Mamamoo-nun lideri və vokalisti olaraq çıxış etdi. 24 aprel 2018-ci ildə ilk solo EP-si olan "Solarr's Emotion"-ni çıxatdı, bu EP-də qrupda əvvəllər nümayiş olunan bir neçə Koreya pop mahnısının cover versiyaları və özü yazdığı Mamamoo-nun "Star Wind Flower Sun" mahnısının solo versiyası yer aldı. 2019-cu ilin yanvar ayında Solar "Solarrsido" adlı YouTube kanalını açdı və 16 fevralda ilk videosunu yayımladı.2021-ci ilin mart ayından etibarən kanal 2.8 milyondan çox abunəçi qazandı. Rəsmi solo debütünü 23 aprel 2020-ci ildə bir musiqi videosu ilə yayımlanan "Spit It Out" sinqli ilə etdi. Eyni gün Solar "Mnet M Countdown"-da ilk çıxışını etdi. 28 aprel tarixində SBS MTV The Show-da solo sənətçi kimi ilk musiqi şou mükafatını qazandı.
Cin (müğənni)
Ceyhun Zeynalov (19 sentyabr 1980, Bakı) — Cin adı ilə tanınan azərbaycanlı musiqiçi. == Həyatı == Ceyhun Zeynalov 19 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-97-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. === Musiqi karyerası === 2000-ci ildən musiqi karyerasına başlayan Ceyhun Zeynalov ilk vaxtlar reperlik və aranjimanla məşğul olmuşdur. Yaşıl gözlər mahnısı ilə reqqi üslubuna keçid etmişdir. Bu üslubda ikinci mahnısı olan Buludlar ona əsas məşhurluq gətirmişdir. Buludlar Azərbaycanla bərabər, Türkiyədə də böyük populyarlıq qazanmışdır.
Eldar Əliyev (opera müğənnisi)
Eldar Tofiq oğlu Əliyev (28 iyun 1971, Bakı – 6 avqust 2020 və ya 4 avqust 2020[…], Milan) — Azərbaycanlı opera müğənnisi (bas). 1992-ci ildə İtaliyanın məşhur "Lirica Osimo" Akademiyasına qəbul olub. 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra peşəkar karyerasına "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında Motsartın "Sehirli fleyta" (ing. The Magic Flute) operası ilə başlamışdır. 1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib. 1998-ci ildə Puccininin "Turandot" operasında Timur obrazanı canlandırıb. Bologna, Brüssel və Romadakı canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb. 2000-ci ildə Bakıda keçirilən vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. == Bioqrafiyası == 28 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub.
Eldəniz Məmmədov (müğənni)
Eldəniz Məmmədov (tam adı: Məmmədov Eldəniz Kamran oğlu; 22 iyun 1975, Sərdarlı, Füzuli rayonu) — azərbaycanlı müğənni, "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi. == Həyatı == Məmmədov Eldəniz Kamran oğlu 22 iyun 1975-ci ildə Füzuli rayonunun Sərdərli kəndində anadan olmuşdur. 1981-ci ildə Yal Pirəhmədli kənd orta məktəbinin birinci sinfinə getmiş, 1991-ci ildə orta məktəbi bitirmişdir. Orta məktəbdə oxumaqla yanaşı musiqi məktəbində də musiqi təhsili almışdır. Ağabala Abdullayev adına Uşaq İncəsənət Məktəbinə ilk qəbul olunan şagirdlərdən biri olmuşdur. Orta məktəbdə oxuyarkən о, bir sıra dövlət tədbirlərində iştirak etmiş, dəfələrlə "Xarıbülbül" festivalının laueratı olmuş, bir sıra mükafatlara layiq görülmüş, dəfələrlə "Ocaq" Folklor ansanblının müşayiəti ilə telekanallarda çıxış etmişdir. Eldəniz Məmmədovun 14 yaşında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə ifa etdiyi "Arazbarı" ritmik muğamı Azərbaycan radiosunun "Qızıl Fond"una daxil edilmişdir. 1996-cı ildə Bakı Musiqi Akademiyasının muğam şöbəsinə daxil olmuş, görkəmli xanəndə, xalq artisti, professor İslam Rzayevdən muğam dərsləri almışdır. 2000-ci ildə həmin akademiyada təhsilini başa vurmuşdur. Eldəniz Məmmədovun ən böyük uğuru 2007-ci ildə "Soy" prodakşının və Azad Azərbaycan TV kanalının birgə layihəsi olan "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi olmasıdır.
Elmira Axundova (müğənni)
Axundova Elmira Ağa qızı (1911, Bakı – 1988, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan SSR Əməkdar artisti (1958). == Həyatı == Elmira Ağa qızı 1934–1959-cu illərdə AOBT-nda, 1938-ci ildən həm də Azərbaycan Musiqili Komediya Teatrında çıxış etmişdir. "Arşın mal alan" musiqili komediyasında Gülçöhrə və Asya, "Koroğlu" operasında Nigar partiyalarını ifa etmişdir. == Ailəsi == Babası Məmməd bəy Əhməd bəy oğlu Əhmədbəyov — Çar Rusiyası ordusunun polkovniki. Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qəzasının Cavanşir sahəsinin Xanməmmədsərkarlı obasında dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhər məktəbində oxumuşdu. Tiflisdə Hərbi Məktəbdə təhsilini davam etdirmişdi. Məktəbi bitirəndən sonra çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğunu Xankəndində etmişdi.
Elnur Hüseynov (müğənni)
Elnur Hussein (3 mart 1987, Aşqabad) — Azərbaycan estrada müğənnisi. Elnur 2003-cü ildən musiqi fəaliyyətinə başlayıb. O, 2003-cü ildə Lider TV-də yayımlanan "Sing Your Song" müsabiqəsini qalibi olub. 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Samir Cavadzadə ilə birlikdə "Day After Day" mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olublar. Onlar müsabiqədə 8-ci yeri tutublar. Avroviziya iştirakından sonra qısa müddət Ukraynada fəaliyyət göstərib və daha sonra bir müddət Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib. Elnur karyerasında növbəti uğurunu 2015-ci ildə qazanıb. O, 2014–2015 mövsümündə TV8 kanalında yayımlanan "O Səs Türkiyə" müsabiqəsində qalib olub. 2015 Avroviziya Mahnı Müsabiqəsində yenidən Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu dəfə o, "Hour Of The Wolf" mahnısı ilə çıxış edib və yekunda 12-ci olub.
Elnur Məmmədov (müğənni)
Elnur Rafiq oğlu Məmmədov (24 oktyabr 1982, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == Əslən Füzuli rayonundan olan Elnur Məmmədov 24 oktyabr 1982-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1988-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsi 2 saylı orta məktəbin 1-ci sinfinə gedib. 1992-ci ildən 18 saylı musiqi məktəbinə məşhur xanəndə Əlibaba Məmmədovun sinfinə gedib. Həmin ildən Əfsər Cavanşirovun idarə etdiyi Bənövşə uşaq xorunda çıxış edib. 1993-cü ildən uşaq filarmoniyasında tanınmış xanəndə Zabit Nəbizadənin sinfində musiqi təhsilini davam etdirib. 1994-cü ildə Qönçə-94 müsabiqəsində xanəndə kimi birinci yerə layiq görülərək laureat adını alıb. Həmin ildə UNESCO-nun Beynəlxalq uşaq günü ilə bağlı keçirdiyi telemarafonda ifası Ümummilli lider Heydər Əliyev tərəfindən xüsusi bəyənilmiş və onun gələcək sənət fəaliyyəti ilə bağlı dəyərli fikirlərini bölüşmüşdür. 1999-cu ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadiyyatın hüquqi tənzimlənməsi" fakültəsinə daxil olub. 2003-cü ildən etibarən səs tellərində yaranmış problemlər üzündən ara verdiyi yaradıcı fəaliyyətini bərpa etmişdi.
Elçin Cəfərov (müğənni)
Elçin Hüseynov (müğənni)
Elçin Əlipənah oğlu Hüseynov (19 dekabr 1976, Hacıismayıllı, Cəlilabad rayonu) — Azərbaycanın estrada müğənnisi. == Həyatı == Hüseynov Elçin Əlipənah oğlu, 1976-cı il dekabr ayının 19-da Cəlilabad rayonunun Hacıismayillı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1982-ci ildə Haciismayilli kend orta məktəbin 1-ci sinfinə getmiş, 1992–1993-cü tədris ilində Cəlilabad rayon Hacıismayıllı kənd orta məktəbini və eyni zamanda paralel olaraq, musiqi məktəbini əla və yaxşı qiymətlərlə bitirmişdir. 1993–1996-cı illər ərzində Cəlilabad rayon mədəniyyət mərkəzində müğənni kimi fəaliyyət göstərmiş, demək olar ki, rayon üzrə keçirilən bütün dövlət tədbirlərində bir qayda olaraq yaxından iştirak etmişdir. Qabaqcıl fəaliyyətlərinə görə dəfələrlə Rayon İcra Hakimiyyəti başçısı, Rayon Təhsil və Mədəniyyət şöbələrinin fəxri fərmanları ilə təltif olunmuşdur. 1997–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturalogiya fakültəsinin mədəniyyətşünaslıq ixtisasını bitirmişdir. Azərbaycanın əməkdar artisti Sabir Mirzəyevdən üç il muğam, Bakı Musiqi Akademiyasında isə klassik estrada müğənnisi Teymur Əmrahdan iki il vokal dərsləri almışdır. === Şəxsi həyatı === 2008-ci il may ayının 24-də ailə həyatı qurmuşdur — Raya, Röya, Pənah və Əli adlı 4 övladı var. == Karyerası == 25–26 ildir ki, fasiləsiz olaraq müğənni kimi fəaliyyət göstərən sənətçi rəhbərlik etdiyi "NİEL" orkestrın üzvləri ilə birlikdə Respublikamızda keçirilən dövlət tədbirlərində, üzvü olduğu Yeni Azərbaycan Partiyasının təşkil etdiyi konsertlərdə, rayonlarda, kəndlərdə, hərbi hissələrin əsgərləri qarşısında, qocalar evində, kimsəsiz uşaqlar evində, Bakı şəhəri və eyni zamanda Azərbaycanın sərhədlərindən uzaqlarda: Türkiyədə, Rusiyada, İran İslam Respublikasında, Ukraynada, Almaniyada və s. müxtəlif illərdə keçirilən konsertlərdə Azərbaycan mədəniyətini layiqincə təmsil etmiş və sənətinin yaradıcılıq gücündən peşəkarlıqla bəhrələnməyə səy göstərmişdir.
Elçin Əzizov (müğənni)
Elçin Yaşar oğlu Əzizov (13 avqust 1975, Bakı) — azərbaycanlı bariton opera müğənnisi, Azərbaycanın xalq artisti (2018), Dövlət Akademik Böyük Teatrın solisti (2008-ci ildən). == Həyatı == Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. İlk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib.Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur.Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəldi. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti-nin rejissorluq fakültəsinə daxil olub.2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazandı. 2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Filarmoniyada Murad Adıgözəlzadə ilə təqdimat keçirib. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.
Faiq Ağayev (müğənni)
Faiq Balağa oğlu Ağayev (29 dekabr 1971, Bakı) — Azərbaycanın estrada müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == Faiq Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.. == Yaradıcılığı == Peşəkar səhnəyə 1988-ci ildə gəlmişdir. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olmuşdur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanmışdır. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlmişdir. Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.
Fərid Məmmədov (müğənni)
Fərid Məmmədov (30 avqust 1991, Bakı) — Azərbaycan müğənnisi. == Həyatı == Fərid Məmmədov 30 avqust 1991-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Fərid Məmmədov orta təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada almışdır. İlk musiqi təhsilini isə Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbində fortepiano sinfində almışdır. Fərid Məmmədov Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın tələbəsidir. == Avroviziya Mahnı Müsabiqəsi == Fərid Məmmədov 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən sayca 58-ci olan Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi "Hold me" mahnısı ilə təmsil edərək 234 xalla ikinci yeri tutmuşdur. Bu göstərici ilə Azərbaycanın Avroviziya tarixində ən yüksək xal göstəricisi olmuşdur. Lakin onun rəqibi Danimarka təmsilçisi Emelie de Forest "Only Teardrops" mahnısı ilə 281 xalla 2013 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur.
Fəridə Məmmədova (müğənni)
Məmmədova Fəridə Kamal qızı (29 sentyabr 1976, Bakı) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Fəridə Məmmədova (soprano) Bakı şəhərində anadan olub. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. 1994–2000-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano və solo oxuma fakültələrində təhsil alıb. 1997-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist-vokalçı vəzifəsində çalışır. 1997-ci ildə Azərbaycanda vokalçıların "İlin vokalçısı" müsabiqəsində I mükafata, 2000-ci ildə Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsində III mükafata layiq görülmüşdür. 2007-ci ildə Almaniyanın Veyden şəhərində keçirilən Maks Reger adına Beynəlxalq müsabiqənin finalçısıdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə teatrın səhnəsində aşağıdakı obrazları yaradıb: J. Bizenin "Karmen" operasında Mikaela, Motsartın "Cosi fan tutte" və "Fiqaronun toyu" operalarında Fiordiliçi və Qrafinya, Qlyukun "Orfey və Evridika" operasında Evridika, V. Bellininin "Norma" operasında Norma, C. Verdinin "Trubadur" və "Don Karlos" operalarında Leonora və Yelizaveta, Leonkavallonun "Məzhəkəçilər" operasında Nedda, P. Maskanyinin "Cavalleria rusticana" operasında Santuzza, Cakomo Puççininin "Il Tabarro", "Manon Lescaut", "Tosca" və "Gianni Schicchi" operalarında Corcetta, Manon, Toska və Çyeska, Çaykovskinin "Qaratoxmaq qadın" operasında Liza, R. Mustafayevin "Vaqif" operasında Xuraman, M. Maqomayevin "Şah İsmayıl" operasında Gülzar, F. Əlizadənin "İntizar" operasında Gəlin, L. Vaynşteynin "Zoluşka" operasında Javotta, Y. Raxmadiyevin "Alpamis" operasında Mıstan ve s. F. Məmmədova həm də geniş konsert fəaliyyəti ilə məşğul olur. Dəfələrlə klassik dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələrlə müxtəlif simfonik, kamera orkestr və ansamblari ilə çıxış edir.
Müslüm Maqomayev (müğənni)
Müslüm Məhəmməd oğlu Maqomayev (17 avqust 1942, Bakı – 25 oktyabr 2008, Moskva) — görkəmli Azərbaycan-sovet opera və estrada müğənnisi (bariton), bəstəkar, SSRİ xalq artisti (1973),"Şöhrət Ordeni" laureatı (1997). Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. 1975-ci ildə "Azərbaycan Dövlət Estrada Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib.

Digər lüğətlərdə