mürvətsizlik
müsabiqə-baxış
OBASTAN VİKİ
Müsabiqə
Müsabiqə (lat. concursus) — bir neçə nəfərin və ya komandanın incəsənətdə, elmdə, idmanda, gözəllik yarışmasında birincilik əldə etmək üçün rəqabətli yarışı. Müsabiqə bir neçə mərhələdə keçə bilər — seçmə, əsas və final. Ali məktəbəblərə daxil olmaq üçün müsabiqə. İncəsənət yarışması. Layihə müsabiqəsi. Tender müsabiqəsi.
Ermənistan 2010 Avroviziya Mahnı Müsabiqəsində
Avroviziya 2010 müsabiqəsində Ermənistan təmsilçisi Eva Rivas olacaq. == Milli final == 13 dekabrda ARMTV 2010-cu ildə Avroviziya iştirakını rəsmən təsdiq etdi. 18 dekabrda yarış üçün ölkənin seçməsində birinci təsnifat elan edildi. Milli final 2010-cu ilin fevral ayında keçiriləcək. Ermənistanı təmsil etmək üçün on mahnı rəqabət aparacaq. Mahnılar 1 fevrala qədər ARMTV-ə təqdim edilə bilər. On mahnı seçiləcək və 10 fevralda göstəriləcək. Erməni bəstəkarlara və yazıçılara iştirak etmək üçün imkan verilirlər. Televiziya ilə yayılınan milli finalın qalibi 50% jüri və 50% tele səsvermənin nəticələindən sonra müəyyən olunacaq.
Ermənistan Avroviziya Mahnı Müsabiqəsində
Ermənistan Avroviziya Mahnı Müsabiqəsinə 2006-cı ildə qoşulmuş və ümumilikdə isə 13 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədəki 13 iştirakından 7-də ilk onluqda yer almışdır. İndiyədək müsabiqədə heç vaxt qalib gəlməmişdir. Ən yaxşı nəticələrini 2008-ci ildə Siruşonun ifa etdiyi "Qele Qele" mahnısı ilə və 2014-cü ildə Aram Mp3-nin ifa etdiyi "Not Alone" mahnısı ilə qazanmış və dördüncülük əldə etmişdirlər. Ən pis nəticəni isə 2019-ci ildə yarımfinalda 16-ci olaraq göstərmişdirlər. Ermənistan 2012-ci ildə Bakıda keçirilən müsabiqəyə qatılmamışdır.
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2007-ci ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə qalibiyyət əldə edib. Ermənistan uşaq Avroviziyasında ilk qələbəsini 2010-cu ildə Vladimir Arzumanyanın ifa etdiyi "Mama" adlı mahnı ilə qazanıb.
Estoniya 2010 Avroviziya Mahnı Müsabiqəsində
Estoniyanı Avroviziya 2010 mahnı müsabiqəsində müğənni Malkolm Linkoln “Siren” mahnısı ilə təmsil edəcək. == Eesti Laul-2010 == 11 martda Tallində “Eesti Laul-2010” ("Estoniya mahnısı-2010") müsabiqəsinin finalı başa çatıb. Bu müsabiqə Avroviziyanın milli seçim turu sayılır. Finalda 155 iddiaçsı arasından seçilmiş 10 ifaçı çıxış edib. Müsabiqənin qalibi iki tur nəticəsində müəyyənləşib. Birinci turda bəyəndikləri mahnıya tamaşaçılar və münsiflər səs veriblər. Daha çox xal toplayan iki ifaçı ikinci tura keçib və həlledici turda qalibi yalnız tamaşaçılar seçiblər. Televiziya tamaşaçılarının 54 faizi Malkolm Linkolnun “Siren” balladasına, 46 faizi isə Lenna Kuurmaanın “Rapunzel” mahnısına səs veriblər. Lenna Kuurmaa müsabiqənin favoriti hesab olunurdu.
Estoniya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Estoniya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Estoniya Avroviziya Mahnı Müsabiqəsində
Estoniya Avroviziya Mahnı Müsabiqəsinə 1994-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Estoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. 1994-cü ildə ilk dəfə müsabiqəyə qoşulan Estoniya göstərdiyi zəif nəticə səbəbindən 1995-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. Ölkə 1996-cı ildən bəri hər il Avroviziyada iştirak etmişdir. İştirak etdiyi illər ərzində Estoniya yalnız bir dəfə 2001-ci ildə Tanel Padar, Deyv Benton və 2XL qrupunun birlikdə ifa etdiyi "Everybody" mahnısı ilə müsabiqədə qələbə qazanmışdır. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Eurovision Mahnı Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Finlandiya 2009 Avroviziya Mahnı Müsabiqəsində
Finlandiya 2009 Avroviziya Mahnı Müsabiqəsində — Finlandiyani 2009 Avroviziya Mahnı Müsabiqəsində Waldo's Peoplein ifa edəcəyi Lose Control mahnısı təmsil etmişdir.
Finlandiya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Finlandiya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək. == Seçim == Finlandiya Avroviziya 2012 üçün seçimi yenilənmiş formatda keçiriləcək. Seçim fevral ayına planlaşdırılır və adı hələ müəyyən edilməyib. YLE bildirib ki, bu Finlandiyanın ən mötəbər musiqili şou olacaq. YLE mahnıların demo versiyalarını avqustun 15-dən sonra qəbul edəcək və bu proses sentyabrın sonuna qədər davam edəcək. Yeni şou yanvar ayında işıq üzü görəcək. Şou zamanı münsiflərin seçimi, auditoriyanın fikiri və fan-klubların çıxışları nəzərdə tutulur. Bütün bunlar fevral ayında Helsinki şəhərində keçiriləcək möhtəşəm final ilə bitəcək və Finlandiyanın Avroviziya 2012 mahnı müsabiqəsində təmsilçisinin adı bəlli olacaq.
Finlandiya Avroviziya Mahnı Müsabiqəsində
Finlandiya Avroviziya Mahnı Müsabiqəsinə 1961-ci ildə qoşulmuş və ümumilikdə 53 dəfə müsabiqədə iştirak etmişdir. Finlandiya bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 1995, 1997, 1999, 2001 və 2003-cü illərdə Avroviziyada iştirak edə bilməmişdir. Ölkə ilk dəfə Avroviziyada 2006-cı ildə Lordi qrupunun ifa etdiyi "Hard Rock Hallelujah" mahnısı ilə birincilik qazanmışdır. Finlandiya eyni zamanda Avroviziyada üç dəfə 0 xalla və ümumilikdə isə on dəfə sonuncu yeri tutmuşdur. 1 dəqiqə və 25 saniyədən ibarət olan Avroviziya tarixinin ən qısa mahnısı məhz Finlandiyaya (2015) məxsusdur. == Təmsilçilər == QEYD: a. ↑ 2009-cu ildə yarımfinalda 12-ci yeri tutmasına baxmayaraq Finlandiya münsiflər heyətinin dəstəyi ilə finala vəsiqə qazana bilmişdir. == Ev sahibliyi == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Fransa 1956 Avroviziya Mahnı Müsabiqəsində
Fransa 1956 Avroviziya Mahnı Müsabiqəsində — Fransa müsabiqədə iştirak edən yeddi ölkədən biri olub. Fransanı müsabiqədə iki müğənni təmsil etmişdir. Mate Alteri "Le temps perdu" mahnısı ilə çıxış etmişdir. Dani Doberson isə "Il est là" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil. == İstinadlar == == Xarici keçidlər == 1956 Avroviziya Mahnı Müsabiqəsi 1956| İl səhifəsi — Eurovision.
Fransa 2009 Avroviziya Mahnı Müsabiqəsində
Fransa 2009 Avroviziya Mahnı Müsabiqəsində — Fransanı 2009 Avroviziya Mahnı Müsabiqəsində Patrisiya Kaasın ifa etdiyi "Et s'il fallait le faire" mahnısı təmsil etmişdir.
Fransa Avroviziya Mahnı Müsabiqəsində
Fransa Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 62 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən indiyə kimi Fransa yalnız iki dəfə 1974 və 1982-ci illərdə Avroviziyada iştirak etməmişdir. Ölkə 20-ci əsrdə Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri olmuşdur. Belə ki, ötən əsr boyunca Fransa Avroviziyada beş dəfə qələbə qazanmış, dörd dəfə ikinci, yeddi dəfə üçüncü və ümumilikdə iyirmi dörd dəfə ilk beşlikdə yer almışdır. Fransa Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır. Fransa ilk Avroviziya qələbəsini 1958-ci ildə Andre Klavyönün ifa etdiyi "Dors, mon amour" mahnısı ilə qazanmışdır. Bir il sonra 1960-cı ildə ölkə təmsilçisi Jaklin Boye ifa etdiyi "Tom Pillibi" mahnısı ilə Fransaya ikinci Avroviziya qələbəsini qazandırmışdır. Çox keçmədən 1962-ci ildə Fransanı müsabiqədə təmsil edən İzabel Obre səsləndirdiyi "Un premier amour" mahnısı ilə ölkəyə üçüncü qalibiyyət sevincini yaşatmışdır. Fransanın dördüncü Avroviziya qələbəsi 1969-cu ildə Frida Bokkaranın ifa etdiyi "Un jour, un enfant" mahnısı ilə əldə edilmişdir.
Fransa Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Fransa Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk dəfə 2004-cü ildə iştirak etmişdir. Norveçin Lillehammer şəhərində keçirilən müsabiqədə Tomas Pontyenin ifa etdiyi "Si on voulait bien" mahnısı ilə təmsil olunan Fransa 18 iştirakçı ölkə arasında altıncı yeri tutsa da, növbəti ildə Fransa televiziyası müsabiqədə iştirakdan imtina etmişdir. Fransa bir daha Avroviziya Uşaq Mahnı Müsabiqəsinə 13 illik fasilədən sonra 2018-ci ildə geri dönmüşdür. "Jamais sans toi" mahnısı ilə Fransanı müsabiqədə təmsil edən Anjelina nəticədə 203 xalla 2-ci yeri qazanmışdır.
Gözəllik müsabiqəsi
Gözəllik müsabiqələri ənənəvi olaraq qadınların fiziki xüsusiyyətlərinin qiymətləndirildiyi müsabiqələrdir. Ancaq zamanla bu müsabiqələrin çoxunda müsabiqə iştirakçılarının şəxsi xüsusiyyətləri, zəkaları, bacarıqları və münsiflər heyətinin suallarına verdikləri cavabları da qiymətləndirmə meyarlarına daxil edilmişdir. “Gözəllik müsabiqəsi” termini çox vaxt subay qızların iştirak etdiyi milli və beynəlxalq müsabiqələri təsvir etmək üçün istifadə olunur. == Tarixi == === Qədim dövrlər === Homerin “İliada”sına görə, tarixdə məlum olan ilk gözəllik müsabiqəsi eramızdan əvvəl 2000-ci ildə indi Kaz dağları kimi tanınan İda dağında keçirilmişdir. Müsabiqənin iştirakçıları Eris, Hera, Afina və Afrodita olmuşdur. Gözəllərin hər biri Parisə onu seçməsi üçün öz təkliflərini vermişdirlər, lakin sonda Paris əlindəki almanı Afroditaya (Venera) verir. Müsabiqədən sonra Paris aşiq olduğu Heleni Afroditanın köməyi ilə qaçırır və Troya müharibəsinə səbəb olur. === Müasir dövr === Müasir dünyanın ilk gözəllik müsabiqəsi 1888-ci il sentyabrın 19-da Belçikada Concours de Beaute adı altında 350 namizədlə keçirilmiş və axırda 18 yaşlı Berta Soucaret ilk gözəllik kraliçası elan edilmişdir. İlk rəsmi və beynəlxalq müsabiqə 1908-ci il avqustun 14-də İngiltərənin Folkestone şəhərində, ilk Dünya Gözəllik Kraliçası müsabiqəsi isə 19 aprel 1951-ci ildə London festivalı çərçivəsində keçirilmişdir. == Tənqidlər == Gözəllik müsabiqələrini mənfi nöqteyi-nəzərdən tənqid edənlərin fikrincə, bu müsabiqələr gənc qızların və qadınların fiziki görünüşünə görə qiymətləndirilməli olduğu fikrini müdafiə edir.
Gürcüstan 2010 Avroviziya Mahnı Müsabiqəsində
Gürcüstanı 2010 Avroviziya Mahnı Müsabiqəsində Sofo Nijaradze təmsil edəcək. Təmsilçinin bu müsabiqədə ifa edəcəyi mahnı isə fevralın 27-də xüsusi televiziya şousunda təqdim olunub. Sofo Nijaradze Avroviziya 2010 müsabiqəsində "Shine" mahnısını ifa edəcək.
Gürcüstan 2012 Avroviziya Mahnı Müsabiqəsində
Gürcüstan 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Gürcüstan Avroviziya Mahnı Müsabiqəsində
Gürcüstan Avroviziya Mahnı Müsabiqəsinə 2007-ci ildə qoşulmuş və ümumilikdə 12 dəfə iştirak etmişdir. Ölkə 2009-cu ildə Avroviziyada iştirak etməyi planlaşdırsa da, siyasi problemlər səbəbindən Moskvada keçirilən müsabiqədə iştirak edə bilməmişdir. Gürcüstan Avroviziyada iştirak etdiyi 12 il ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır və əldə etdikləri ən yaxşı nəticə 2010 (Sofo Nijaradze) və 2011-ci (Eldrine) illərdə qazandıqları 9-cu yer olmuşdur. Bundan əlavə Gürcüstan müsabiqənin yarımfinallarında iki dəfə sonuncu yeri tutmuşdur. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Gürcüstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Gürcüstan Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2007-ci ildən bəri iştirak edir. Müsabiqədə iştirak etdiyi illər ərzində üç dəfə qalibiyyət əldə edən Gürcüstan ümumilikdə Avroviziya Uşaq Mahnı Müsabiqəsində ən çox qələbə qazanan ölkədir. Gürcüstan uşaq Avroviziyasında ilk qələbəsini 2008-ci ildə Bzikebi qrupunun ifa etdiyi "Bzz.." adlı mahnı ilə qazanıb. Müsabiqədə ikinci qələbəsini Gürcüstan 2011-ci ildə "Candy" qrupunun ifa etdiyi "Candy Music" mahnısı ilə qazanmışdır. Gürcüstana müsabiqədə üçüncü qələbə sevincini isə 2016-cı ildə 10 yaşlı Maryam Mamadaşvili ifa etdiyi "Mzeo" adlı mahnı ilə yaşatmışdır.
Hollandiya 1956 Avroviziya Mahnı Müsabiqəsində
Niderland 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Niderlandı müsabiqədə iki müğənni təmsil etmişdir. Yetti Parl "De vogels van Holland" mahnısı ilə çıxış etmişdir. Kori Brokken isə "Voorgoed voorbij" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə. == Tarixi == Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir. == Məqsəd == Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir. Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın. Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir. == İştirakçıları == Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 1-2-3-4-5-6-7-8 sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır. 2024-cü ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir. 1-ci yer : -Məhəmməd Fətullayev Rafis Oğlu -Maksimal bal=120 -Topladığı bal=30 == Təşkilatçılar == Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.
Kipr Avroviziya Mahnı Müsabiqəsində
Kipr Avroviziya Mahnı Müsabiqəsinə 1981-ci ildə qoşulmuş və ümumilikdə 36 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qələbə qazana bilməmişdir və əldə etdikləri ən yüksək nəticə 2018-ci ildə Eleni Fureyranın ifa etdiyi "Fuego" mahnısı ilə 2-ci yeri qazanmaqları olmuşdur. Kipr 21 dəfə yunan, 13 dəfə ingilis, bir dəfə fransız və bir dəfə isə yarı yunan və yarı italyan dilində səslənən mahnılar ilə Avroviziyada təmsil olunmuşdur. 1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Kipr hər il Yunanıstana, Yunanıstan isə Kiprə maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur. Kipr böhranı səbəbindən Türkiyə və Kipr 2004-cü ilə kimi bir-birinə səs verməmişdir. İlk dəfə İstanbulda keçirilən müsabiqədə Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir. Kipr 1988-ci ildə Avroviziyanın qaydalarını pozaraq, daha öncə səsləndirilmiş bir mahnını müsabiqəyə göndərmək cəhdinə görə həmin müsabiqədən diskvalifikasiya edilmişdir. Eyni zamanda ölkə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 2001-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. 2014-cü ildə isə Kiprin CYBC telekanalı maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2015-ci ildə Kipr yenidən müsabiqəyə geri dönmüşdür.
Kipr Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Kipr 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Kipr adası iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Kiprin indiyədək qazandığı ən yaxşı nəticə 2004 və 2006-cı ildə əldə etdikləri 8-ci yerdir.
Latviya Avroviziya Mahnı Müsabiqəsində
Latviya Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Latviya Avroviziyaya qoşulan dördüncü (Estoniya, Litva və Rusiyadan sonra) Postsovet respublikası olmuşdur. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə 2002-ci ildə Mariya N-in ifa etdiyi "I Wanna" mahnısı ilə qələbə qazanmışdır. Latviya eyni zamanda müsabiqədə qısa zaman ərzində 4 dəfə sonuncu yerdə qərarlaşmışdır. Latviya 2009-cu ildən 2014-cü ilədək Avroviziyada final mərhələsinə adlaya bilməmişdir. Altı ildən sonra ilk dəfə 2015-ci ildə ölkə təmsilçisi Aminata Savadoqo ifa etdiyi "Love Injected" mahnısı ilə Latviyanı finala yüksəltməyə nail olmuşdur. Latviyanın Avroviziyadakı 20 mahnısından 17-si ingilis dilində, biri latış, biri rus, biri isə italyan dilində səsləndirilmişdir. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Livan Avroviziya Mahnı Müsabiqəsində
Livan Avroviziya Mahnı Müsabiqəsində heç vaxt iştirak etməmişdir. Müsabiqəni yayımlayan Tele Liban, 2005-ci ildə müsabiqədə iştirak üçün ilk dəfə müraciət etmişdir. Yarışmaya Alin Lahudun ifa edəcəyi "Quand tout s’enfuit" adlı mahnı ilə iştirak etmək istəyən Livan, İsrailə aid olan məzmunun yayımlanmasını qadağan edən qanunlara əsaslanaraq sonradan bu qərardan imtina etmişdir. Bundan sonra Livan üç illik müsabiqədə iştirak edə bilməmə cəzasını almışdır. Livan əsilli ingilis müğənni Mika Livan adına müsabiqədə iştirak etmək istədiyini bildirsə də, Livan bu günədək yarışmada iştirak etmək üçün başqa bir müraciət etməmişdir. == Seçimlər == 21 oktyabr 2004-cü ildə Livan dövlət televiziyasının sədri İbrahim əl-Huri Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 2005 Avroviziya Mahnı Müsabiqəsində Livanın da iştirak edə biləcəyini açıqlamıştır. 3 noyabr 2004-cü ildə Livanı Avroviziyada təmsil etmək məqsədilə dövlət televiziyası tərəfindən Alin Lahudun təyin olunduğu bildirildi. 2005-ci ilin fevral ayının ikinci həftəsində mahnının İngiliscə və ya Fransızca olacağı bildirildi, çünki Alin Lahud hər iki dildə də yaxşı danışırdı. Sonradan mahnının şərq-qərb sintezində olduğu və mahnının dilinin fransızca olacağı bildirildi. Mahnı fevral ayının ortalarında seçilmişdi və müəllifləri Cad Rəhbani və Romeo Lahud idi.

Digər lüğətlərdə