mütərəddidlik 2021
mütərəqqilik
OBASTAN VİKİ
Mütərəqqi rok
Art-rok (ing. Art Rock) — 1960-cı illərdə Böyük Britaniyada yaranmış rok musiqi janrıdır. Art Rok roka avanqard yanaşmanı əks etdirən, modernist, eksperimental və qeyri-ənənəvi elementlərdən istifadə edən rok musiqisinin alt janrıdır. Bu janr rok musiqisini incəsənətlə əlaqələndirməyə çalışaraq musiqiyə daha eksperimental və konseptual baxış sərgiləyir. Klassik musiqi, avanqard musiqi, folk musiqi, psixodelik rok, caz kimi musiqi janrlarından təsirlənir. Art-rok janrında musiqi rəqs etməkdən daha çox dinləmək və düşünmək niyəti ilə bəstələnir. Janrın populyarlığı, əsasən, Britaniyalı sənətçilər vasitəsilə 1970-ci illərin əvvəllərində idi. Musiqi və bu musiqi ilə uyğunlaşmış tamaşalar öz teatral xarakteri və lirik mürəkkəbliyi ilə bədii təmayüllü gəncləri və incəsənət sevərləri cəlb edə bilirdi. Art rok 1966–1967-ci illərdə başlayan və 1970-ci illərin ortalarında pank rokun yaranması ilə bitən müəyyən rok musiqi dövrü ilə əlaqələndirilir. Daha sonralar isə art-rok 1970–90-cı illərdə populyar olan musiqi janrları ilə birləşərək təkamülünü və varlığını davam etdirir.
Mütərəqqi partiyası (İsrail)
Mütərəqqi partiyası (ivr. ‏מִפְלָגָה פְּרוֹגְרֶסִיבִית‏‎) — İsraildə bir siyasi partiya idi.Mütərəqqi Partiyasının qurucularının əksəriyyəti müstəqillikdən əvvəl fəaliyyət göstərən Yeni Aliyah Partiyası və HaOved HaTzioni sıralarından gəlmiş liberal bir partiya idi. Əsasən Mərkəzi Avropadan gələn immiqrantlardan ibarət idi. Üç qrup tərəfindən formalaşdırıldı: Birincisi və ən çoxu, ümumiyyətlə sosial məsələlərdə liberal mövqe tutan, əsasən Mərkəzi Avropa, orta təbəqə olan Yeni Aliyah Partiyası idi. İkincisi, Histadrutdakı qeyri-sosialist işçi qrupu HaOved HaTzioni idi, sinif mübarizəsi fikrini rədd etdi. Sonuncu, sənətkarlar, kiçik fermerlər və liberal peşələrin üzvlərindən ibarət olan və "B qrupundan" fərqli olaraq mərkəzdən çıxaraq Histadruta yönəlmiş General Sionistlərin "A qrupu" idi. Sosialist olmasa da, sosialist istəklərinə intellektual rəğbət bəsləyirdilər və koalisiya hökumətində Mapai ilə əməkdaşlıq etməyə açıq idilər.
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası
Ermənistan Mütərəqqi Birləşmiş Kommunist Partiyası (erm. Հայաստանի Առաջադիմական Միացյալ Կոմունիստական Կուսակցություն, Hayastani Aracadimakan Miatsial Komunistakan Kusaktsutyun) — Ermənistanda kommunist siyasi partiya. Vazgen Səfəryan tərəfindən təsis edilmişdir. == Tarixi == Partiya hal-hazırda Ermənistanda səlahiyyətli üç kommunist partiyasından biridir. Buna baxmayaraq, partiyanın heç vaxt Milli Məclisdə təmsilçiliyi olmamışdır. 2012-ci ildə Ermənistanda keçirilən parlament seçkilərindən əvvəl partiyanın Ermənistan Kommunist Partiyası ilə siyasi ittifaq quracağı barədə xəbərlər yayılmışdı. İki partiya arasında danışıqlar aparılsa da, Ermənistan Kommunist Partiyası 2012-ci il seçkilərində təkbaşına, Birləşmiş Kommunist Partiyası isə iştirak etməmək qərarına gəlmişdir. Partiya 2018-ci ildə Ermənistanda keçirilən parlament seçkilərində iştirak etməmişdir. == İdeologiya == Partiya rəhbərləri "SSRİ dövründə Ermənistanın sərvətini və firavanlığın bərpa etmə"yi qarşısına məqsəd qoymuş, pulsuz təhsilin, pulsuz tibbi xidmətin, iqtisadiyyatın istehsal və sənaye sahələrinin inkişafının tərəfdarı idilər.

Digər lüğətlərdə