mənəmlik
mənənə
OBASTAN VİKİ
Akasiya mənənəsi
Akasiya mənənəsi-(lat. Aphis craccivora) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Akasiya mənənəsinin qanadsız yetkin formaları, solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5–3 mm-dir. Qanadlı fərdlərdə baş və döş qaradır. Qarıncığı yaşıldlr. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.
Alma mənənəsi
Alma mənənəsi (yun. Aphis pomi) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Alma ağacını (xüsusilə tingləri və cavan ağacları) zədələyir. Yetkin alma mənənəsi oval formalı və yaşıl rəngli, başı qəhvəyi və ya yaşılımtıl-sarı olur. Payızda mayalanmış dişi mənənələr cavan zoğlarda tumurcuqlara yaxın yumurta qoyur. Yazda tumurcuqlar qabardıqda yumurtalardan çıxmış sürfələr tumurcuqlara, onlar açıldıqda isə tumurcuq yarpaqlarının arasına keçir. Bütün yay ərzində mənənə partenokenez (mayalanmamış yumurtadan rüşeymin inkişaf etməsi) yolla çoxalır və 8—17 nəsil verir. Payızda mənənənin nəslində erkək və dişi fərdlər əmələ gəlir, onlar cütləşir və cavan zoğlar üzərində qışlayan yumurtalar qoyur. == Mübarizə tədbirləri == Alma mənənəsi ilə mübarizədə sayfos, fozolon, karbofos və s. kimyəvi preparatlardan istifadə edilir.
Gavalı mənənəsi
Gavalı mənənəsi (lat. Hyalopterus pruni Geoffr.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Gavalı mənənəsinin qanadsız yetkin formaları solğun yaşıl rəngdədir və bədəni üzərində uzununa doğru üç tutqun yaşıl zolaq var. Onun baş hissəsi uzunsov formada olub, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Döşdə və qarıncıqda iki cərgədə ağ nöqtələr düzülmüşdür. Bədənin uzunluğu 2,5-3 mm-dir. Qanadlı fərdlərində baş və döş qaradır, mumabənzər boz təbəqə ilə örtülüdür. Qarıncığı yaşıldır. Sürfəsi yetkin fərdlərdən kiçikdir və xarici görünüşlərinə görə onlara bənzəyir. Yumurtası kiçik, qara rəngdə və uzunsov olur.
Göyrüş mənənəsi
Göyrüş mənənəsi (lat. Prociphilus fraxini., 1841)- az rast gəlinən və miqrasiya edən növdür. == Xarici quruluşu == Mənənələrin bədənin üzəri ağ rəngli xəzlə örtülmüşdür. == Həyat tərzi == Az rast gəlinən və miqrasiya edən növdür. Parklarda böyük zədələnmələr əmələ gətirir. Azərbaycan şəraitində yalnız adi göyrüş üzərində qeydə alınmışdır. Mənənələr yumurta şəklində göyrüş ağacının budaqları və yaxud Mordvilkonun məlumatına görə (1929), ağ şam ağacının kökləri üzərində qanadsız miqrasiya edən fərdlər halında yaşayırlar. Onlar yarpaqlarının əsas damar hissəsinin aşağı tərəfində məskən salırlar. Mənənənin sorması nəticəsində yarpağın damarı aşağı əyilib, yarpaq yumağı əmələ gətirir. Yaz fəslində göyrüş üzərində iki nəsil inkişaf edir: əsasqoyan və qanadlı miqrasiya edən fərdlər.
Kələm mənənəsi
Kələm mənənəsi (lat. Brevicoryne brassicae) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin fərdin uzunluğu 2 mm-dək, rəngi yaşılımtıl olur. Erkəkləri qanadlı, dişiləri qanadlı və qanadsızdır. Ziyanverici cücülərdir. Kələmi və şalğamı zədələyir. Yazda və yayda çoxalır. Payıza yaxın yarpağın altına 1—3 yumurta qoyur. Qışı yumurta mərhələsində keçirir. İldə 8—20 nəsil verir.
Mənənələr
Mənənə — Qrup halında yaşayan cücülər. Bitkilərin cavan zoğlarının və yarpaqlarının şirəsi ilə qidalandıqlarına görə zərərverici hesab olunurlar. Bunların şəkərli ifrazatından qida kimi istifadə edən bəzi qarışqa növləri, onların qorunmalarını, bir yerdən başqa yerə daşınmalarını və hətta qışlamalarını təmin edir. İldə bir neçə nəsil verdiklərindən intensiv çoxalırlar.
Noxud mənənəsi
Noxud mənənəsi-(lat. Acyrthosiphon pisum) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Noxud mənənəsi bütün mənənələr içərisində ən iri növdür. Qanadsız bakirə dişi fərdlərin bədəni 4–4,5 mm-dir. Yayıla bilən dişi fərdlərin bədənləri isə 5 mm uzunluğundadır. Dişilərin bədəni yaşıl, gözləri isə qırmızı-qonurdur. Bunların bığcıqları bir cüt alın şişkinlikləri üzərində yerləşir və bədəndən xeyli uzundur. Şirə borucuqları uzun, quyruqcuğu isə ağımtıldır. Qanadlarında olan xarici damarlar və gözcüklər yaşıl rənglidir. Noxud mənənəsinin yumurtası əvvəlcə göy-yaşıl, sonra isə qara rəngdə olur.
Pambıq mənənələri
Pambıq mənənələri — əsl mənənələr fəsiləsindən cücülər. Pambığa ən çox zərər vuran bostan və ya pambıq mənənəsidir (Aphis gossypii). Qanadsız dişilərin bədəni yumurtavarı olub uzunluğu 1,25–2,1 mm, rəngi sarı, yaxud yaşıl və şirə borucuqları qaradır. Polifaqdır. Təpə tumurcuğunun və yarpağın şirəsini sorur. Erkən yazda partenogenez yolla çoxalır. Bir mövsümdə 20-dək nəsil verir. Dişi fərdlər 20–60-dək sürfə qoyur. Pambığa, həmçinin yonca, yaxud akasiya mənənəsi (Aphis laburni), böyük pambıq mənənəsi (Acyrthosiphon gossypii) də zərər verir. Pambıq mənənələrinə qarşı profilaktik, bioloji və kimyəvi mübarizə aparılır.
Qoz iri mənənəsi
Qoz iri mənənəsi - (lat. Pterocallis juglandis) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Qoz iri mənənəsi 4 mm-ə qədər böyüklükdə olub, sarımtıl limon rəngdədir. Qanadlı fərdlərdə baş və döş tutqundur. Bığcıqlar altıbuğumludur. Bədəninin üst hissəsində iki cərgədə girdə ləkələr düzülmüşdür. Qoz iri mənənəsi partegenotik yolla çoxalır. Kütləvi çoxalma halına may-iyun aylarında təsadüf olunur. Azərbaycanda il ərzində verdiyi nəslin miqdarı dəqiqləşdirilməmişdir. Qolarktika, Asiyanın hər bir ölkəsi, Azərbaycan, Qafqaz.
Qızılgül mənənəsi
Qızılgül mənənəsi (lat. Macrosiphum rosae L.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Köçəri mənənədir. İri, bozumtul-qonur rəngdədir. Arxasında uzununa qara ziyil cərgəsi vardır. Zərərverici əsasən qızılgül cinsindən olan bəzək bitkilərinə zərər verir, onların gövdə qabıqlarında və zoğların aşağı səthində çoxlu sayda topalarla yaşayırlar. Bitkinin yeni açılmış çiçəkləri və cavan zoğları ilə qidalanırlar. Sürfələrin inkişafı martın sonu və aprelin birinci ongünlüyündə, havanın orta günlük temperaturu 15–16o C olduqda başa çatır. Sürfənin, yaşlı fərd mərhələsinə keçməsi üçün 16–30 gün tələb olunur. İlk diri doğan qanadlı dişilər may ayında inkişaf edərək, yay fəsli müddətində artırlar.
Yastıqşəkilli-fır qovaq mənənəsi
Yastıqşəkilli-fır qovaq mənənəsi (lat. Pemphigus populinigrae Schrk., 1801)-Azərbaycanda əsasən dağətəyi və dağlıq yerlərdə rast gəlinir. Əsasqoyan sürfə. Bədən kələkötür-girdə, tutqun yaşıl, baş, ayaq, bığcıq və xortum, habelə anus seqmenti tutqundur. Gözlər üçfasetli, tutqun qırmızıdır. Döş və qarın tutqun-yaşıl, bozumtul rəngli və ləkəli marqinal çıxıntılar qarın seqmentinin hər birisində kənar hissədə yerləşmişlər. Döş və qarın seqmentləri aydın surətdə bir-birindən ayrılmışlar. Bədən az və ya çox dərəcədə tüklü, xüsusilə bığcıqlar, onun IV buğumu bunlardan əlavə üzəri eninə istiqamətli cərgədə qısa və iti tükcüklərlə əhatə edilmişdir. Birinci buğumda 2 tükcük, ikincidə 2 tükcük, III isə 6 tükcük vardır. IV buğumda əsas rinariya yaxın 2 bazal rinari şprisin zirvəsində yerləşir.
Yasəmən mənənəsi
Yasəmən mənənəsi (lat. Prociphilus bumeliae, Schrk., 1801) — Azərbaycanda yasəmən rast gəlinən hər yer bir yerdə onları tapmaq mümkündür. Qara-qəhvəyi başa malik olub orta və arxa tutqun qəhvəyidir, ön döş və qarın da yaşıl olub tutqun yaşıl olub tutqun yaşıl zolaqlara malikdir. Borucuq və və quyruqcuq yoxdur. Qanadlıların qarın hissəsində az miqdarda mum maddəsi, həmçinin bədənin digər hissələrində tozcuq maddəsi vardır ki, onlar bədənə mavi-qara kölgə vermiş olur. Bədənin uzunluğu 1,55, eni isə 0,88, bığcığı 1,05 mm-dir. III buğum 0,29, IV-0,21, V-0,17, VI-19 mm-dir. Bundan əlavə bığcığın III buğumunda 18-19, IV isə cəmisi 6-7 əlavə rinari olur. Qalan buğumların hər birisində bir ədəd olmaqla əlavə rinariya təsadüf edilir. Azərbaycanda yasəmən rast gəlinən hər bir yerdə onları tapmaq mümkündür.
Şaftalı mənənəsi
Şaftalı mənənəsi (lat. Myzodes persicae Sulz.) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin mənənələr fəsiləsinə aid olan növ. Köçəri mənənədir. İri, bozumtul-qonur rəngdədir. Arxasında uzununa qara ziyil cərgəsi vardır. Zərərverici şaftalı, badam, ərik və alça ağaclarının gövdə qabıqlarında və budaqların aşağı səthlərində çoxlu sayda topalarla yaşayırlar. Sürfələrin inkişafı martın sonu və aprelin birinci ongünlüyündə havanın orta günlük temperaturu 15-16o C olduqda başa çatır. Onların yaşlı fərdlər mərhələsinə keçməsi üçün 16-30 gün tələb olunur. İlk diri doğan qanadlı dişilər may ayında inkişaf edərək, yay fəsli müddətində artırlar. Onlara sentyabrın sonu və hətta oktyabrın əvvəllərində də rast gəlmək olur.
Əsl mənənələr
Əsl mənənələr (lat. Aphididae) — yarımsərtqanadlılar dəstəsinə aid fəsilə. Bütün mənənələr bitki şirələri ilə qidalanırlar.

Digər lüğətlərdə