MƏRDAN

Farscadır, mərd sözünün cəm formasıdır (“mərdlər” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

MƏRCAN
MƏRDİMAZAR
OBASTAN VİKİ
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.
Mehr Mərdan
Mehr Mehran — Təbəristan şahı. 717-755-ci illər arasında hökmranlıq etməyindən əlavə haqqında məlumat yoxdur. Madelung, W. (1975). "The Minor Dynasties of Northern Iran". In Frye, R.N. The Cambridge History of Iran, Volume 4: From the Arab Invasion to the Saljuqs. Cambridge: Cambridge University Press. pp. 198–249. ISBN 978-0-521-20093-6.
Mərdan (Germi)
Mərdan (fars. مردان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 106 nəfər yaşayır (24 ailə).
Mərdan (şəhər)
Mərdan—Pakistanın Hayber-Paxtunxva əyalətinin Mərdan rayonunda şəhər.Pişəvər dərəsində yerləşir.Pakistanın ən böyük 23-cü şəhəridir.
Mərdan Camalov
Camalov Mərdan Talıb oğlu — 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983–1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakültəsini bitirmişdir. M. T. Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981–1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989–1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993–1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995–1996-cı ildə "Azəriqaz" Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996–2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışdır. Ailəlidir, 4 övladı var. Azərbaycan Respublikasının sabiq müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. 2005–2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. 1997-ci ildən YAP-ın üzvüdür.
Mərdan Cəlilov
Mərdan Cəlilov (tam adı: Mərdan Fərəc oğlu Cəlilov, d.29 iyun, 1952) , Mərdəkan, Bakı şəhəri, Azərbaycan SSR, SSRİ) — Tanınmış azərbaycanlı alim, "SSRİ İxtiraçısı", texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının "Avianəqliyyat istehsalatı" kafedrasının professoru. Mərdan Fərəc oğlu Cəlilov 29 iyun 1952-ci il tarixində Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsidə ziyalı ailəsində anadan olub. 1969-cu ildə Mərdəkan qəsəbəsində orta məktəbini bitirib və həmin il Azərbaycan Neft və Kimya institutunun (indiki ADNSU) Energetika fakültəsinə daxil olub. 1974-cü ildə institutu bitirərək "İstilik energetikası mühəndisi" ixtisasına yiyələnib. 1974–1975-ci illərdə "Şimal" DRES-ində çalışmış və oradan Az. NKİ-nin "Dəniz suyunun sənayedə istifadə edilməsi" problem laboratoriyasına böyük mühəndis vəzifəsinə keçirilmişdir. 1978–2013-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedoqoji fəaliyyət göstərmiş və müxtəlif vəzifələrdə (böyük və baş elmi işçi, dosent, professor, kafedra müdiri) çalışmışdır. 1984-cü ildə Moskva Energetika İnstitutunda namizədlik, 1999-cu ildə isə Azərbaycan Elmi Tədqiqat və Enerjilayihə İnstitutunda (Az. ETELİ) doktorluq dissertasiyasını müdafiə etmişdir. 10 ildən artıq müddətdə Az.
Mərdan Feyzullayev
Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı, Azərbaycan diasporunun nümayəndəsi. Mərdan Əhmədiyyə oğlu Feyzullayev 1959-cu ildə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. O, 1979-1983-cü illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində, 1984-1989-cu illərdə B.Şukin adına Moskva Ali Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. 1983-cü ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi işə başlayan M.Feyzullayev 1985-1989-cu illərdə həmin sənət ocağında quruluşçu rejissor, 1989-1998-ci illərdə isə baş rejissor vəzifəsində işləyib. 1999-cu ildən Moskvada yaşayan Mərdan Feyzullayev həm də Moskvada fəaliyyət gostərən “Dərviş” teat rının yaradıcısı və baş rejissoru idi. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Elçinin “Şekspir” əsərlərini rus dilində səhnəyə qoyub və hər iki tamaşa paytaxtda uğurla numayiş etdirilib.2010-cu ildə noyabrın 4-də Rusiyanın ali mukafatı olan II dərəcəli “Vətən qarşısında xidmətlərinə gorə” medalı ilə təltif olunub.2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə incəsənət sahəsindəki nailiyyətlərinə gorə “Əməkdar artist” fəxri adına layiq gorulmuşdur. 13 avqust 2017-ci ildə Moskvada vəfat etmişdir. Şəkidə dəfn olunub.
Mərdan Mehdizadə
Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979; Şəki rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. Mərdan Mehdizadə 1979-cu il martın 25-də Şəki rayonunun Göybulaq kəndində anadan olub. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunun Göybulaq kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərdan Mehdizadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərdan Muradxanov
Muradxanov Mərdan Əsədulla bəy oğlu (1909, Salyan rayonu – 1979) — azərbaycanlı pedaqoq-alim, professor, Azərbaycan SSR Əməkdar elm xadimi. Mərdan Muradxanov 1909-cu ildə Salyan rayonunda anadan olmuşdur. 1927-ci ildə Bakı Pedaqoji Texnikumunu, 1932-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir. 1939-cu ildə A. İ. Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasını bitirmişdir. Azərbaycan Elmi Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini (1946–1952), APİ-də Pedaqogika (1952–1958) və İbtidai təhsil nəzəriyyəsi və metodikası (1960–1979) kafedralarının müdiri işləmişdir. 1961-ci ildə professor adını almışdır. Azərbaycanda çap olunan "Pedaqogika" (1958–1959, 1964) dərsliklərinin, Moskvada nəşr edilən ikicildlik "Pedaqoji lüğət"in və dördcildlik "Pedaqoji ensiklopediya"nın müəlliflərindəndir. Mərdan ilk dəfə olaraq Mirzə Cəlilin "Danabaş kəndinin məktəbi" əsərinin dərin pedaqoji təhlilini vermişdir. A. S. Makarenkonun pedaqoji irsi və ondan Azərbaycanda istifadə edilməsi təcrübələri. Nəşriyyat: Maarif, Bakı, 1965.
Mərdan Musayev
Musayev Mərdan Məmməd oğlu (1 yanvar 1907, Əlimərdanlı – 25 mart 1982, Tovuz rayonu) — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Musayev Mərdan Məmməd oğlu 1 yanvar 1907-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində anadan olmuşdur. 1941-ci ildə Tovuz RHK-dan orduya çağırılmışdır. 28-ci ordunun 2-ci qvardiya mexanikləşdirilmiş korpusunun 5-ci qvardiya mexaniki briqadasının motorlu atıcı bölməsinin komandiri olmuşdur. O, Borisovv şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənmişdir. 1944-cü ilin 9 martından 10 martına keçən gecə bir qrup döyüşçüyə Dnepr çayını keçərək, sağ sahildəki düşmənin mövqeyini müəyyənləşdirmək əmri verildi. Musayev sahili ilk üzərək, keçənlər arasında idi. Düşmən atəşləri altında irəliləyən baş serjant tezliklə düşmənin yerləşdiyi nöqtəyə çataraq, dəzgahlı pulemyotunu məhv etdi. Və nəticədə sovet qoşunlarının irəliləməsi üçün yol maneələrdən azad edildi. 1944-cü ilin 13 martında İnqulets çayı yaxınlığında Musayev batalyon komandirinin həyatını sinəsini qabağa verərək xilas etdi.
Orxan Mərdan
Orxan Mərdan Şiruyyə oğlu (13 sentyabr 1984) — Prodüser, rejissor, ssenarist, aktyor. Orxan Mərdan 1984-cü il sentyabrın 13-də Bakıda anadan olmuşdur. Abdulla Şaiq adına 54 saylı orta məktəbdə təhsil almışdır. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsinin bitirdikdən sonra Maqistraturaya daxil olmuş, lakin təhsilini yarımçıq saxlayıb televiziya fəaliyyətinə başlamışdır. Universitet dönəmlərində yerli qazetlərdə jurnalistika ilə də məşğul olmuşdur. Ailəlidir. Jam Media reklam şirkətində reklam fəaliyyəti ilə məşğul olduqdan sonra fəaliyyət sahəsini dəyişərək 2012-ci ildə Cavanlıq serialının ssenari müəllifliyini üstələnmişdir. 2013- cü ildə Oğurlanmış arzular (film, 2015) serialının Baş produseri olaraq produserlik fəaliyyətinə başlamışdır. 2014-cü ildən isə produser kimi 2014 - Xoxan (film, 2014), 2016- Naxox (film, 2016) , 2017- İkinci pərdə (film, 2017), 2018 - Qaragöz (Film 2018), 2021-ci ildə Zəhər tuluğu (film, 2021) filmlərini istehsal etmişdir.
Bəzniçıraq Mərdan
Bəzniçıraq Mərdan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 47 km. şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 3 kilometr cənubdadır.
Mərdan (dəqiqləşdirmə)
Mərdan (şəhər) — Pakistanın Hayber-Paxtunxva əyalətinin Mərdan rayonunda şəhər. Mərdan (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Bəzniçıraq Mərdan (Marağa) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Bəzniçıraq Mərdan (Marağa)
Bəzniçıraq Mərdan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 47 km. şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 3 kilometr cənubdadır.
Əli Mərdan bəy Topçubaşov
Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşov və ya Əlimərdan bəy Topçubaşi (az-əbcəd. علی مردان بك علی اکبر بك اوغلو توپچوباشف‎; 4 may 1862, Tiflis – 8 noyabr 1934, Paris, Üçüncü Fransa Respublikası) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci xarici işlər və portfelsiz naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü, Ümumrusiya Müəssislər Məclisinin üzvü, Bakı Müsəlman İctimai Təşkilatları Şurası İcraiyyə Komitəsinin sədri, Nicat Cəmiyyətinin sədri, Rusiya imperiyası I Dövlət Dumasında Müsəlman fraksiyasının sədri, Rusiya imperiyası I Dövlət Dumasının üzvü, İttifaqi-Müslimin Partiyasının sədri, Bakı Şəhər İdarəsinin rəisi, Bakı Şəhər Dumasının üzvü, Kaspi qəzetinin baş redaktoru. Əlimərdan bəy Topçubaşov 1896-cı ildən sonra Bakı Şəhər Dumasının üzvü seçilmiş və oradakı fəaliyyəti ilə Bakıda tanınmağa başlamışdır. I Dövlət Dumasına üzv seçilməsi, Ümumrusiya Müsəlmanlar Qurultaylarında iştirak etməsi onu daha da məşhurlaşdırmışdır. 1917-ci ildən etibarən Azərbaycanın azadlığı uğrunda fəaliyyət göstərməyə başlayan Əlimərdan bəy İctimai Təşkilatların Şurasının sədri seçilmiş və Müsavat Partiyası ilə hazırlanan ortaq siyahı üzrə həm Bakı Şəhər Dumasına, həm də Ümumrusiya Müəssislər Məclisinə üzv seçilmişdir. Ümumrusiya Müəssislər Məclisinin ləğv olunmasından sonra təsis olunmuş Zaqafqaziya Seyminin, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının üzvü olmuşdur. 1918-ci ildə Əlimərdan bəy Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri tərəfindən İstanbula fövqəladə səlahiyyətli səfir və nazir olaraq ezam olunmuş və burada başda VI Mehmed olmaqla bir sıra yerli və beynəlxalq əhəmiyyətli görüşlər keçirmişdir. 1918-ci ilin 7 dekabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışında yekdilliklə parlamentin sədri seçilən Əlimərdan bəy sonrakı iclaslarda Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına göndərəcəyi Nümayəndə Heyətinə üzv və sədr seçilmişdir. 1919-cu ildə bir sıra maneələrdən sonra Parisə çatan Əlimərdan bəy burada Azərbaycanın de-fakto və de-yure tanınması üçün bir sıra vacib görüşlər keçirmişdir. Bunlardan ən vacibi isə Amerika Birləşmiş Ştatlarının prezidenti Vudro Vilsonla olan görüş olmuşdur.
Cumayıl Mərdanov
Mehdizadə və Mərdanov (kitab)
Mehdizadə və Mərdanov — Kitabça müxtəlif illərdə Azərbaycada təhsilə rəhbərlik etmiş iki şəxsin – Mehdi Mehdizadə və Misir Mərdanovun idarəçilik metodlarına həsr olunub. Eləcə də bu onların timsalında Azərbaycan təhsilinin 30 il əvvəlki ab-havası ilə indiki vəziyyətləri müqayisə edilir. Kitabçadan müəllimlər, metodistlər, təhsil təşkilatçıları, habelə pedaqoji sahə ilə maraqlanan digər mütəxəssislər də faydalana bilər. Nadir İsrafilov. Mehdizadə və Mərdanov. Bakı, Qanun nəşriyyatı, 2011.
Misir Mərdanov
Misir Cumayıl oğlu Mərdanov (3 oktyabr 1946, Göyərçin, İcevan rayonu) — AMEA-nın müxbir üzvü (2017), AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor. Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmiş və təyinatla Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Həmin ilin noyabrında Azərbaycan Dövlət Universitetinə yəni aspiranturasına qəbul edilmişdir. 1973-cü ildən ADUnun Həndəsə kafedrasında assistant kimi fəaliyyətə başlamışdır. 1973-cü ilin mayında Mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarəetmə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, 1973-cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır. 1978–1989-cu illərdə Mexanika-riyaziyyat fakültəsinin dekan müavini, 1980–1989-cu illərdə Diferensial tənliklər kafedrasının dosenti kimi "Optimal idarəetmənin riyazi üsulları və variasiya hesabının əsasları" fənnindən mühazirə oxumuş və ixtisas kursları aparmışdır. 1981-ci il 25 noyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adını almışdır.
Mustafa Mərdanov
Mustafa Həşim (Haşım) oğlu Mərdanov (27 fevral (11 mart) 1894, Mərənd – 28 dekabr 1968, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943). Mustafa Mərdanov 27 fevral 1894-cü ildə Mərənddə anadan olub. Rejissor Səməd Mərdanovun qardaşıdır. O hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Atası Həşim kişi oğlunu ali təhsilli ziyalı kimi görmək istəyirdi. Bu arzu ilə də onu Tiflis gimnaziyasına təhsil almağa göndərir, amma Mustafa teatra daha böyük maraq göstərirdi. 1917-ci ildə gimnaziyanı bitirən Mustafa Mərdanov Rostova gedərək oradakı Tibb Universitetinə daxil olur, eyni zamanda da dram studiyasında çalışır, lakin Rostov mühitinə alışa bilməyərək 1918-ci ildə yenidən Tiflisə qayıdır. Ali təhsil almaq arzusu ilə Moskvaya gedən gənc aktyor orada Dövlət Teatr Sənəti İnstitutuna daxil olur, məşhur sənətkarlardan bu peşənin incəliklərini öyrənir. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır. Mustafa Mərdanov 28 dekabr 1968-ci ildə Bakıda vəfat etmişdir.
Məcid Mərdanov
Məcid Əhəd oğlu Mərdanov (22 iyul 1913, Qutqaşen rayonu – 27 sentyabr 1982) — texnika elmləri doktoru (1962), professor (1963), Əməkdar elm xadimi , AMEA-nın həqiqi üzvü (1972) Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam kəndində anadan olmuşdur. 1920-ci ildə Göyçay rayon məktəbinə daxil olmuş, 1926-cı ildə həmin məktəbi bitirmişdir. 1931-ci ildə Pedoqoji Texnikumu bitirmişdir. 1934-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, 1939-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Məcid Mərdanov 1939-cu ildə Sovet ordusu sıralarına çağırılmış, Sovet Ordusu sıralarında qulluq etməyə başlamışdır. Böyük Vətən müharibəsi başlayana qədər orduda mühəndislik kursu keçmiş, orta komandir heyəti üzrə təhsil almışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirak­çısı olmuş, minomyot vzvod komandiri kimi Leninqrad, Kareliya və Estoniya cəbhələrində vuruşmuşdur. Məcid Mərdanov 1944-cü il fevralın 24-də Kareliyada gedən döyüşlər zamanı ağır yaralanaraq sağ ayağını itirmişdir. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan tərxis olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyə görə "Böyük Vətən müharibəsinin II dərəcəli ordeni" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunmuşdur.
Mərdanaqum (Xudafərin)
Mərdanaqum (fars. مردانقم‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 730 nəfər yaşayır (176 ailə). Kənd Qaradağ vilaytətində ən məşhur nar və üzüm istehsalının mərkəzidir. Bu məhsullar soyuducu tələb etmədən altı aydan çox saxlanılmaq üçün xarakterik bir potensiala malikdir. Bu xüsusiyyət 1830-cu illərdə Qaradağı gəzən Robert Miqnan tərəfindən qeyd edilmişdir. Hər il oktyabr ayının ikinci yarısında kənddə icra nümayənləyinin rəhbərliyi tərəfindən Nar Festivalı təşkil edilir. Festivalın əsas xüsusiyyəti aşıq musiqisinin ifasıdır.
Mərdangöl nekropolu
Mərdangöl nekropolu — Ordubad rayonunun ərazisindəki Xarabagilanda yerləşən tarixi abidə. Mərdangöl nekropolundakı qəbir abidələrinin quruluşu Xalıkeşanda olanlarla oxşardır. Qəbir abidələrinin tədqiqi zamanı boz və çəhrayı rəngli keramika qabları aşkar edilmişdir. Boya ilə naxışlanmış qablar azlıq təşkil edir. Qazıntılar zamanı, həmçinin dəmir əşyaların parçaları, tuncdan hazırlanmış bəzək əşyaları, xeyli miqdarda muncuq da tapılmışdır. Muncuqlar arasında ağ rəngli daşdan hazırlanmış silindrik möhürlər də vardır. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). I cild.
Mərdanlı
Mərdanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocik kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Kənd Həkəri çayının sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş Hacı Mərdan adlı şəxsin adını daşıyır. 1950-1960-cı illərdə rayondakı Yuxarı Mollu kəndindən xeyli ailə buraya köçmüş və kənd daha da böyümüşdür.
Nail Mərdanov
Mərdanov Nail Teyyub oğlu — texnika elmləri namizədi, "Rabitə ustası" Nail Mərdanov 8 iyul 1971-ci ildə anadan olmuşdur. O, 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-2003-cü illərdə həmin universitetdə elmi-pedaqoji fəaliyyətdə olub, texnika elmləri namizədidir. 1997-ci ildən 2000-ci ilədək Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami avtomatik telefon stansiyasının mühəndis-proqramçı, avtomatik nəzarət sistemi şöbəsinin müdiri vəzifələrində işləmişdir. O, 2001-ci 25 iyuldan Avtomatik Hesablama Mərkəzində, 7 aprel 2004-ci ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru işləmişdir. 2007-ci ildə "Rabitə ustası" fəxri adı ilə təltif olunmuşdur.
Rüstəm Mərdanov
Радий Фәрит улы Хәбиров (başq. ; Başqırdıstan Respublikası Hökumətinin sədri (8 sentyabr 2019-ci ildən). Ufa Dövlət Aviasiya Texniki Universitetinin (əvvəllər Ufa Aviasiya İnstitutu) mühəndis-iqtisadçı ixtisasını bitirib. İqtisadiyyat elmləri namizədi, dosentdir. 1986 - İqtisadiyyat və Makina Tikinti Təşkilatı İdarəsinin mühəndisi, AİM; 1986-1992 - SSRİ Elmlər Akademiyasının Başqırdıstan şöbəsinin İqtisadiyyat İnstitutunda aspirant, tədqiqatçı; 1992-1995 - baş müəllim, BDU-nun İstehsalat İdarəsi; 1995-1998 - kafedra müdiri. bölmə rəhbəri, Başqırstan Respublikası Milli Bankının sədr müavini - şöbə müdiri; 1998-2000-ci illər - Başqırdıstan Respublikasının İqtisadiyyat və Monopoliya Siyasəti nazirinin birinci müavini; 2000-2001-ci illər - Başqırdıstan Respublikasında Milli Bankın sədrinin müavini, birinci müavini; 2002-2013 -Başqırdıstan Respublikası Milli Bankının sədri; 2013-2015-ci illərdə - Başqırdıstan Respublikası Hökumətinin sədrinin birinci müavini; 2015-ci ildən - Başqırdıstan Respublikası Hökumətinin sədri.
Səməd Mərdanov
Səməd Həşim oğlu Mərdanov (22 sentyabr 1909, Tiflis – 6 avqust 1939, Bakı) — Azərbaycan kinorejissoru. 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Sovet kino rejissoru Sergey Eyzenşteynin tələbəsi və peşəkar təhsil almış ilk Azərbaycan kinematoqrafçılarından biri olan Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir. Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində" (quruluşçu rejissor Boris Barnet; "Azərfilm" və "Mejrabpomfilm" (Moskva) kinostudiyalarının birgə istehsalı) filminin rejissorudur. Mərdanovun 1939-cu ildə çəkdiyi "Kəndlilər" (1940-cı ildə ekrana buraxılmışdır) tarixi-inqilabi bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Aktyor Mustafa Mərdanovun qardaşıdır. Köçərilər (film, 1933) Mavi dənizin sahilində (film, 1935) Kəndlilər (film, 1939) Səməd Mərdanov Arxivləşdirilib 2007-05-17 at the Wayback Machine Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987.
Vaqif Mərdanov
Vaqif Ədalət oğlu Mərdanov (10 oktyabr 2001; Suraxanı rayonu, Azərbaycan — 3 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Vaqif Mərdanov 2001-ci il oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Mərdanov noyabrın 3-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Hövsan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Mərdanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vaqif Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Şirin bəy Mərdanbəyov
Şirin bəy Mərdanbəyov (1828-?)-Çar ordusunun zabiti, murov köməkçisi Şirin bəy Əsəd bəy oğlu 1828-ci ildə Qaraçorlu mahalının Əliyanlı camaatının Kamallı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişdi. Çar ordusunda hərbi xidmətə başlamışdı. 1863-cü ila aid məlumata görə praporşik rütbəsi almışdı. Sonrakı mənbələrdə poruçik rütbəsi aldığı göstərilir. Şirin bəy ordudan tərxis olduqdan sonra Şuşa qəzasının Zəhgəzur sahəsində murov (uçaskovıy zasidatel) köməkçisi kimi xidmət etmişdi. Qaçaqlar tərəfindən öldürülüb. Tarixçi Baharlı yazır: "Mirzə Ismayıl bəy (Mirzə İbrahim bəy oglu Baharlı-Ə. Ç.) belə nəql edirdi ki, o vaxt Ağa qapıdan çıxan vaxtda damın üstündən və ətrafdakılar iki yüz tüfəng atdılar ki, tamamən əlbəəl idi. Heç birisi Ağaya dəymədi, amma yoldaşını öldürdülər.
Nəsrullah Mərdani
Nəsrullah Mərdani (fars. نصرالله مردانی‎) — İranın məşhur şairlərindən biri. 1947-ci ildə Kazirunda anadan olub, 2003-cü ildə Kərbəlada vəfat edib.

Digər lüğətlərdə