MƏSƏL

MƏSƏL [Bahar:] Məşhur məsəldir deyərlər: “Su çanağı suda çatlar” (S.S.Axundov); ATALAR SÖZÜ Çünki adam elə axşam da xeyir tapa bilər, lap gecənin yarısı da xeyir tapa bilər. Umud sonra da fikirləşdi ki, bu sözlər Pirinin sözləri deyil, bunlar atalar sözüdür, atalar məsəlidir (İ.Məlikzadə); TİMSAL Məşədi Həsən əmi əlavə olaraq ..tam şivəsi ilə bir timsal da söylədi (S.Hüseyn); MİSAL Misal var deyirlər, əvvəl çuxurunu düzəlt, sonra get, at al (H.Abbaszadə); ZƏRBİ-MƏSƏL Məsələn, “heç kəs öz ayranına turş deməz” zərbi-məsəli səbəbsiz törənməyibdir (N.Nərimanov).

MƏSCİD
MƏSƏLƏ
OBASTAN VİKİ
Məsəl
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
Allahın varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. == Tanrının mövcudluğunu təsdiqləyən dəlillər == === "Boşluqların tanrısı" === Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. === (Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı === İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Alman məsələsi
Alman məsələsi (alm. Deutsche Frage‎) — XIX-XX əsrlərin Avropanın ən mühüm geosiyasi problemlərindən biri olub, Almaniyanın siyasi statusu və sərhədləri məsələsi ilə bağlı müxtəlif formalarda 1806-cı ildə Müqəddəs Roma İmperiyasının ləğvindən 1990-cı ildə Almaniyanın yenidən birləşməsinə qədər mövcud olmuşdur. Rəsmi alman tarixşünaslığında alman məsələsinin 1806-cı il avqustun 6-da “Birinci İmperiya” (Müqəddəs Roma İmperiyası) dağıldıqdan sonra yarandığı hesab edilir. İkinci Reyxin yaranmasına qədər Alman məsələsinin həllinin iki variantı rəqabət aparırdı: kiçik Alman (Prussiyanın rəhbərliyi altında) və Böyük Alman (Avstriyanın rəhbərliyi altında). İkinci variant Avstriyada yaşayan digər xalqlarla birlikdə çoxlu sayda ərazilərin daxil edilməsi zərurəti, habelə Avstriya İmperiyasının alman dövlətləri ilə müqayisədə daha mürtəce siyasəti ilə əlaqədar daha az populyar idi. Almaniya Birinci Dünya müharibəsindən məğlub olaraq çıxdı, bu da alman millətçiliyinin artmasına şərait. İmperatorun devrilməsindən sonra yaranmış ilkin hökumət siyasi cəhətdən çox zəif idi ki, bu da sağçı alman millətçilərinin inkişafına və onların ideologiyasının sadə əhali və cəmiyyətin yuxarı təbəqələri arasında daha da yayılmasına imkan verdi. İkinci Dünya müharibəsinin mərkəzi nöqtəsi yenə pangermanizmlə Almaniya məsələsi idi. Belə ki, almanları slavyanlardan qorumaq bəhanəsi ilə Münhen sazişinə uyğun olaraq Çexoslovakiyanın Sudet vilayəti işğal olundu. İkinci Dünya Müharibəsindən sonra alman məsələsi yenidən aktuallaşdı.
Gürcüstan məsələsi
Gürcüstan hadisəsi – Rusiya imperiyasında baş verən Oktyabr inqilabı və Rusiya Vətəndaş müharibəsinin ardınca 1922-ci ildə Gürcüstan torpaqlarında sosializmin gərəkdirdiyi sosial və siyasi dəyişikliklərin necə reallaşdırılacağına dair bolşevik rəhbər heyəti arasında çıxan siyasi anlaşmazlıq və bunun ardınca baş verən hadisələr nəzərdə tutulur. Gürcü torpaqlarının Qırmızı Ordu tərəfindən məcburiyyətlə Sovet hakimiyyətinə daxil edilməsindən sonra yerli gürcü rəhbərlər Filib Maharadze və Polikarp Mdivani ilə onların mərkəzdəki rəhbərləri mövqeyindəki İosif Stalin və Orconikidze arasında fikir ayrılıqları yaşanmışdı. Fikir ayrılığının kökləri qarışıq idi. Gürcü bolşeviklər Moskvadan muxtar olmaq istəyərkən, mərkəzdəkilər gürcü, azəbaycanlı və erməni torpaqlarını bir araya alacaq olan Cənubi Qafqaz Sovet Federativ Sosialist Respublikasını qurmaq istəməkdə idilər. Gürcüstan hadisəsi eyni zamanda ölmək üzrə olan bolşevik lider Vladimir Leninin məsələyə daxil olması ilə qarmaşıq hala gəlmişdir. Sonunda Stalin-Orconikidze xətti partiyada qəbul edilsə də, Lenin ilə Stalinin arası pozulacaq, bu vəziyyət Lenin Vəsiyyəti də daxil olmaqla, son yazılarına təsir etmişdir. == Arxa planı == Gürcüstan torpaqlarında Sovet hakimiyyəti Qırmızı Ordunun fevral-mart 1921-ci il dövründəki hərbi hərəkatı nəticəsində təmin edildi. Bu hərbi səfər əsasəən Sovnarkomun Millətlər üzrə komissarı olan Stalin ilə Cənubi Qafqaz Bölgə Komitəsinin rəhbəri olan Orconikidze tərəfindən həyata keçirildi. Qırmızı Ordunun bölgəyə gəlməsindən əvvəl yerli bolşevilər arasında Gürcüstanla necə davranmalı məsələsində fikir ayrılıqları mövcud idi. Stalin və Orconikidze menşevik hakimiyyətindəki Gürcüstanın dərhal sovetləşdirilməsini istəyərkən, Trotski Gürcüstanın daxilində hazırlanacaq üsyan ilə oranın sovetləşdirilməsini istəyirdi.
Kəşmir məsələsi
Kəşmir münaqişəsi — Pakistan və Hindistan arasında tarixi Kəşmir vilayəti üstündə həll olunmamış problem. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hal-hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də bu problem hələ də öz həllini tapmamışdır. Azərbaycan bu münaqişədə Pakistanı dəstəkləməkdədir.
Minilliyin məsələləri (riyaziyyat)
Minilliyin məsələləri (Millennium Prize Problems) - bir çox illər həlli tapılmayan vacib, klassik məsələlər olan yeddi riyazi problem. Problemin hər birinin həllinə Kley Riyaziyyat İnstitutu 1 000 000 ABŞ dolları həcmində mükafat vəd edir. Kley institutu mükafatı elan edərkən, Gilbert problemləri siyahısını misal gətirdi. Gilbertin 1900-cu ildə təqdim etdiyi problemlərin bir çoxu artıq həll edilib və XX əsrdə riyaziyyat elminə ciddi təsir edib. Qilbertin 23 problemindən çoxu həll edilib və ancaq biri — Riman hipotezi Minilliyin problemləri siyahısına daxil olub. 2010-cu ilin sentyabr ayı tarixinə Minilliyin yeddi problemindən biri (Puankare hipotezi) rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib. == Yeddi problem == P və NP siniflərinin bərabərliyi Xoca hipotezi Puankare hipotezi (isbat edilib) Riman hipotezi Yanq-Mills nəzəriyyəsi Navye-Stoks bərbərliyinin mövcudluğu və rahat həlli Berç və Svinnerton-dayer hipotezi == Mənbə == А. М. Вершик "Что полезно математике?
Məsəllər
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biri. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "qələt yağ küpəsindədir", "dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri.
NP-tam məsələ
NP-tam məsələ (NP-complete problem ) - alqoritmlər nəzəriyyəsində: NP sinfindən olan məsələnin polinomial zaman müddətində aparılıb çıxarıldığı NP sinfindən olan məsələ. Beləliklə, NP-tam məsələlər müəyyən mənada NP sinfində “ən mürəkkəb” məsələlərin altçoxluğunu əmələ gətirir; və əgər onlardan hər hansı birinin “sürətli” həll alqoritmi tapılarsa, onda NP sinfindən olan istənilən başqa məsələ də belə “sürətlə” həll edilə bilər . == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Naxçıvan məsələsi
Naxçıvan məsələsi - çar Rusiyasının Cənubi Qafqazı işğal etməsi prosesində və bundan sonrakı dövrdə erməniləri İrandan və Osmanlı imperiyası ərazilərindən kütləvi surətdə Azərbaycan torpaqlarına köçürməsi nəticəsində yaranmış beynəlxalq problem. == Mahiyyəti və səbəbləri == İlk mənbələrin sübut etdiyi kimi, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Bu torpaqlar Gülüstan müqavihsi (1813) və Türkmənçay müqaviləsi (/828) ilə Azərbaycanın şimal hissəsinin Rusiya tərəfındən işğalının başa çatmasından, İrəvan xanlığının ləğvindən sonra ermənilərə verilmişdi. Naxçıvan, Zəngəzur, Qarabağ ərazilərinə göz dikən ermənilərin əcdadları bu qədim yurda 1828 ilin martında Rusiyanın yaratdığı xüsusi komissiya tərəfındən köçürülmüş, 2 il içərisində Naxçıvana əvvəlcə 434, sonra 2285 ailə (10 mindən çox erməni) gətirilmişdi. Köçürmə kampaniyası çarizmin zorakılıq siyasəti nəticəsində baş tutmuşdu. Köçürmə siyasətinin reallaşmasından sonra tarixi Azərbaycan torpaqlarında məskunlaşan və "Dənizdən dənizə Böyük Ermənistan" xülyası ilə yaşayan üzüdönük məkrli erməni qəsbkarları ərazi iddialarına başladılar. Bu proses 20 əsrdə daha da genişləndi. == Beynəlxalq problem kimi ortaya atılması == Ermənilərin təqsiri üzündən istər 20 əsrin əvvəllərində, istərsə də 1918-20 illərdə Naxçıvan, Şərur, Dərələyəz, Culfa və Ordubadda baş verən ictimai-siyasi hadisələr, ermənilərin azərbaycanlılara qarşı soyqırımı cinayətləri dəhşətli, faciəli şəkil aldı. Bunlar Cənubi Qafqaz sərhədləri çərçivəsindən çıxaraq, beynəlxalq aləmi düĢündürən mühüm bir problemə çevrildi. Naxçıvan məsələsi 1918 ildə bir neçə dəfə Zaqafqaziya seymində, 1918-20 illərdə dəfələrlə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində, Ermənistanın, Türkiyənin parlamentlərində, Təbriz bələdiyyə idarəsində, Maku xanlığında, Paris sülh konfransında (1919-20), 1919-20 illərdə ABŞ-nin Ermənistan və Naxçıvandakı nümayəndəliklərində, 1920-21 illərdə Azərbaycan Sovet Respublikası və Ermənistan Sovet Respublikasının inqilab komitələrində, 1921 il martın 16-da Rusiya Kommunist (bolşeviklər) Partiyasının siyasi bürosunda, 1920-21 illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetində müzakirə olunsa da, Naxçıvanın əsl mənada tarixi taleyini - Azərbaycanın tərkibində muxtar respublika statusunu yalnız Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) təsbit etdi.
Quba məsələsi
Quba məsələsi — Dağlılar Respublikası hökumətinin bəzi üzvlərinin Quba qəzası ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinə əsassız ərazi iddiası. == Hadisələr == Dağlılar Respublikası 1918-ci ilin payızında Şimali Qafqazda öz mövqelərini möhkəmləndirmek üçün müəyyən tədbirlər görməklə yanaşı, bəzi addımları ilə Azərbaycan və Gürcüstanla münasibətlərdə problemlər yaratdı. Dağlı hökumətinin bəzi üzvləri Quba qəzası ilə bağlı Azərbaycana, Cənubi Osetiya və Abxaziya ilə əlaqədar isə Gürcüstana qarşı ərazi iddiası qaldırdılar. Dağlı Respublikası rəhbərliyinin ayrı-ayrı üzvləri Quba qəzası ilə bağlı ərazi iddiası irəli sürərkən, həmin bölgədə ləzgilərin də yaşamasını əsas gətirirdilər. == Yalama dəmir yolu stansiyasının ələ keçirilməsi == Dağlı hərbçiləri bu əsassız iddianı həyata keçirmək məqsədilə, hətta, Quba qəzası ərazisinə müdaxilə etmiş, Yalama dəmir yolu stansiyasını ələ keçirmişdilər. Azərbaycan sərhəd keşikçiləri 1918-ci il dekabrın 24-də onları bu ərazidən çıxarmış, şimal sərhəddini keçmiş Bakı quberniyası hüdudları boyunca bərpa etmişdilər. Dağlı hökumətinin Bakıdakı nümayəndəsi Əlixan Qantəmir bu münaqişə ilə bağlı Azərbaycan hökumətinə etirazını bildirmiş, "mübahisəli" sərhəd məsələlərinin həlli üçün xüsusi orqan yaradılması, ona qədər isə Quba qəzasının idarə olunmasında hər iki tərəfi təmsil edən müştərək qrupun fəaliyyət göstərməsi təklifini irəli sürmüşdü. == Sonrakı proseslər == Dağlı hökumətinin bəzi nümayəndələri bu cür əsassız hərəkətləri ilə ən yaxın müttəfiqləri olan qonşu dövlətlərlə münasibətlərdə soyuqluq yaradırdılar. Lakin hökumətin əksər üzvləri Azərbaycan və Gürcüstana qarşı ərazi iddiaları qaldırılmasına qəti etiraz etdilər. Xarici işlər naziri Heydər Bammatovun başçılıq etdiyi bu qrup Qafqazda ərazi mübahisələrinin həlli zamanı Azərbaycanın təklif etdiyi prinsipləri dəstəklədi.
Qədim dövrün klassik məsələləri (riyaziyyat)
Qədim dövrün klassik məsələləri — aşağıdakı üç qurma məsələsi qədim dövrün klassik məsələləridir. 1. Dairənin kvadraturası; 2. Bucağın triseksiyası; 3. Kubun ikiqat böyüdülməsi. Qədim yunanlar qurma məsələlərinin həllində çox böyük nailiyyətlər əldə etmişdilər. Lakin yuxarıdakı üç qurma məsələsi həll olunmurdu. Sonrakı əsrlərdə isbat etdilər ki, bu qurma məsələlərini təkcə pərgar və xətkeşlə həll etmək mümkün deyil. Buna baxmayaraq, əsrlər boyu bu üç məsələ görkəmli riyazıyyatçıların diqqətini cəlb etmiş, nəticədə çoxlu riyazi üsullar yaranmış və təkmilləşmişdir. == Ədəbiyyat == 1.
Tanrının varlığı məsələsi
Tanrının varlığı məsələsi — uzun minilliklər boyu filosoflar, ilahiyyatçılar və alimlər tərəfindən tanrıların, xüsusən də İbrahimi dinləri tanrısının mövcudluğunu təsdiq və inkar edən dəlillər təklif edilmişdir. Hal-hazırda fəlsəfi terminologiyada bu məsələlərə epistemologiya və ontologiya çərçivəsində baxılır. Hər fikrin lehinə olaraq dəlillərin əksəriyyətini üç böyük qrupa bölmək olar — metafiziki, məntiqi və subyektiv. Təqdim olunan dəlilləri hökmən tanrıyla əlaqələndirmək lazım deyil. Ancaq tarixən bunlar ilk növbədə yəhudilik, xristianlıq və islam dininə münasibətdə formalaşmış, dəlillər toplusu isə qədim yunan fəlsəfəsinin metafizikasına əsaslanmışdı. Tanrı anlayışının ümumi qəbul edilmiş izahı olmadığı üçün, onun mövcudluğunun ümumi qəbul edilmiş isbatı da yoxdur. Elm öz müzakirə sahəsində hər hansı bir tanrının varlığını aşkar etmir. Bununla belə, çoxəsrlik adətlərin və ənənələrin təsiri altında tanrıların mövcudluğu məsələsi qızğın fəlsəfi və ictimai diskussiyalar mövzusu olaraq qalmaqdadır. == Tanrının mövcudluğunu təsdiqləyən dəlillər == === "Boşluqların tanrısı" === Tanrının varlığının sübutu elmi və ya ehtimal olunan təbii izahlardakı boşluqlara əsaslanır. === (Mənəvi) Kamillik səviyyəsində/ dərəcəsində isbatı === İnsanların əksəriyyətinin mənəvi qanunlara əməl etdikləri, yəni nəyin yaxşı və nəyin pis olduğunu dərk etdikləri müşahidələrindən belə nəticəyə gəlinir ki, obyektiv əxlaq mövcuddur.
Trabzon məsələsi (1461)
Trabzon məsələsi — Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında yaşanmış gərginlikdir. 1461-ci ildə baş vermiş bu hadisə Osmanlı sultanı II Mehmedin Ağqoyunlu dövlətinin müttəfiqi olan və Qara dənizə çıxış vasitəsi olan Trabzon imperiyasını tutması zamanı yaşanmışdır. == Trabzon Rum İmperatorluğu və Ağqoyunlu münasibətləri == IV səlib qüvvləri 1204-cü ildə İstanbulu ələ keçirdikdən sonra Trabzona sığınan Komninlər sülaləsi mənsublarının qurduğu Trabzon-Rum imperiyası bütün zəifliklərinə və böyük ərazi itkilərinə baxmayaraq Anadolu Səlcuqlarına qarşı varlığını davam etdirə bilmişdi. Fallmerayerin dediyi kimi, Səlcuqlu ölkəsinin sərhədlərində dolaşan hər bir düşmənlə daim birləşən bu kiçik dövlət, Hülakü dövləti Yaxın Şərqdə göründüyü zaman monqolların hökmranlığını tanıyaraq işğaldan xilas ola bilmiş, hətta Cəlaləddin Xarəmşahın hücumlarından da qorunmuşdu. Lakin XIII əsrin sonu, XIV əsrin ilk illərində Səlcuqlu dövlətinin dağılması və qısa müddət sonra Monqol-İlxani hökmranlığının zəifləməsi ilə Anadolunun siyasi mənzərəsi tamamilə dəyişdi. Beləliklə “Tevâif-i Mülük” dövrü başladı. Trabzon İmperiyasının vəziyyətində ciddi dəyişiklik oldu. Həqiqətən də Anadolunun digər yerlərində olduğu kimi Trabzon torpaqlarını əhatə edən bölgələrdə də fərqlənmiş bir çox bəylər ətraflarında olan döyüşkən qüvvələrlə Trabzonlular üçün böyük təhlükə yaratmağa başladılar. Bəziləri Anadolu Səlcuqlu dövlətinin vassalları, digərləri isə sərbəst hərəkət edən və özlərinə ev axtaran türkmən boylarının başçıları olan bu bəylər tez-tez Trabzon torpaqlarına şiddətli basqınlar etməyə cəhd edirdilər. Onların arasında xüsusilə Ağqoyunlu bəyləri seçilirdi.
Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında konvensiya
Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında konvensiya (ing. Convention on Mutual Administrative Assistance in Tax Matters) — İƏİT və Avropa Şurası tərəfindən birgə hazırlanmış və 25 yanvar 1988-ci ildə imzalanması üçün açıq olan TIEA tərəfləri arasındakı nəticəni təşviq edən beynəlxalq müqavilə. 27 may 2010-cu il tarixində protokol qəbul edildi. == Tərəflər == 24 yanvar 2018-ci il tarixindən etibarən Konvensiya 117 ölkədə uyğunlaşdırılmışdır: == Preambula == Bu Konvensiyanı imzalamış Avropa Şurasının üzvü olan Dövlətlər və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr: Şəxslərin, sərmayələrin, malların və xidmətlərin beynəlxalq hərəkətinin inkişafı, çox mühüm bir hal olmaqla yanaşı, vergidən yayınma imkanlarını artırdığını və bununla da, vergi orqanlarının əməkdaşlığının fəallaşmasını tələb etdiyini hesab edərək; Son illər beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizəyə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə yönəldilən müxtəlif səyləri alqışlayaraq; Vergi ödəyicilərinin adekvat müdafiəsi təmin edilməklə, istənilən vergi növünə aid olan məsələlər üzrə qarşılıqlı inzibati yardımın bütün formalarının inkişafı üçün dövlətlərin əlaqəli səylərinin zəruri olduğunu hesab edərək; Vergi ödənişləri üzrə öhdəliklərin düzgün müəyyən edilməsində və vergi ödəyicilərinə öz hüquqlarını təmin etməkdə yardım edilməsində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb edə biləcəyini təsdiq edərək; Müvafiq hüquqi proseduralara əsasən, hər bir şəxsin hüquq və vəzifələrini müəyyən edən fundamental prinsiplərin vergi məsələlərinə də tətbiq olunmasının bütün dövlətlərdə tanınmalı olduğunu və diskriminasiyadan və ikiqat vergitutmadan müvafiq müdafiə də daxil olmaqla, vergi ödəyicilərinin maraqlarının qorunmasında dövlətin yardım etməli olduğunu hesab edərək; Bununla əlaqədar, məlumatın məxfiliyinin qorunmasının vacibliyinə və şəxsi həyatın toxunulmazlığının və şəxsi məlumatın saxlanmasının qorunması üzrə beynəlxalq müdafiə vasitələri nəzərə alınmaqla, dövlətlər tərəfindən görülən tədbirlərin və verilən məlumatların yalnız daxili qanunlara və təcrübəyə uyğun olmasına əmin olaraq Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiyanın bağlanması istəyini nəzərə alaraq aşağıdakılar haqqında razılığa gəldilər.
Yalnız şəxsi məsələ deyil (film, 1984)
== Məzmun == Film Bakıdakı Keşlə Maşınqayırma Zavodunun əməkçiləri və burada istehsal olunan avadanlıqlar barədə söhbət açır.
Çətin Məsələ (1988)
== Məzmun == Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır. Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni. Bu əhvalat necə qurtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir. == Film haqqında == Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev === Filmi səsləndirən === Pərviz Bağırov — çoban (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Çətin məsələ (film, 1988)

Şərq məsələsi
Şərq məsələsi — XVIII əsrin ikinci yarısında Rusiya və bir sıra Qərbi Avropa dövlətlərinin Osmanlı imperiyasına qarşı birgə mübarizə aparmaq cəhdi "Şərq məsələsi"nin yaranmasına səbəb oldu. "Şərq məsələsi"nin əsasını Osmanlı dövlətini parçalamaq və onun ərazilərini bölüşdürmək planı təşkil edirdi. Bu məsələnin həyata keçirilməsində Rusiya başlıca rol oynayırdı. == Tarixi == Rusiyanın xarici siyasətinin ana xəttinə çevrilən "Şərq məsələsi" XVIII əsrin II yarısında rəsmən daxil edildi və beynəlxalq münasibətlər sisteminə bir problem kimi əlavə olundu. Beləliklə, XVIII əsrin sonlarından etibarən "Şərq məsələsi" rəsmi ideoloji və diplomatik bir problemə çevrilir. "Şərq məsələsi"ni Rusiya, İngiltərə, Fransa və Avstriya dövlətləri yaratmışdılar. Ancaq başlıca maraqlı tərəflər Rusiya və İngiltərə idi. Rusiya imperatoru I Pyotr xarici siyasət məsələlərini işləyib hazırlayarkən Boğazlar məsələsinə, isti dənizlər məsələsinə, İstanbulun ələ keçirilməsinə və bütövlükdə "Şərq məsələsi"nə xüsusi diqqət verirdi ki, bu məsələnin öz xeyrinə həllində erməniləri öz tərəfinə çəkmək üçün yollar axtarırdı. Bilirdi ki, erməniləri vədlər hesabına ələ almaq çox asandır. "Şərq məsələsi"nin əsas hədəfi orta əsrlərin ən qüdrətli dövləti olan Osmanlı imperatorluğuna qarşı çevrilmişdir.
Əmanət Kassaları və Kiçik Kredit Məsələləri İdarəsi
Əmanət kassaları və kiçik kredit məsələləri idarəsi — Azərbaycan Xalq Cümhuriyyətinin təsərrüfat-iqtisadi həyatını canlandırmaq və pul dövriyyəsini tənzimləmək məqsədilə yaradılmış qurum. == Funksiyası == Bu qurumun funksiyasını həyata keçirən vəzifə, əsasən, Dövlət Bankına həvalə olunmuşdu. Bank həmin vəzifəni daha mükəmməl şəkildə yerinə yetirmək üçün onunla əlaqədə işləyən və ya onun göstərişləri əsasında fəaliyyət göstərən digər idarələrlə əməkdaşlıq etməli idi. Bunların sırasında əmanət kassaları birinci yer tuturdu. Ona görə də Azərbaycanın əmanət kassalarını işə salmaq üçün 1919-cu il oktyabrın 11-də Parlament Azərbaycan dövlət əmanət kassalarının nizamnamələrini, ştat cədvəlini və smetalarını təsdiq etdi. Bakı, Gəncə, Ağdaş, Göyçay, Zaqatala, Qazax, Quba, Nuxa (Şəki), Salyan, Şamaxı, Şuşa və s. xəzinədarlıqları və onların qeydiyyatında olan poçt-teleqraf kassalarındakı mərkəzi əmanət kassalarını açdı. == Əmanət kassaları == Əmanət kassalarının vəzifəsi artıq pul kütləsini dövriyəyə cəlb etəmk idi. Bundan əlavə, Dövlət Bankına əmanət kassaları vasitəsilə daxil olan vəsait Hökumətin göstərişinə uyğun olaraq, bank tərəfindən istifadə edilirdi. Azərbaycanın dövlət əmanət kassaları Rusiyadakı əmanət kassaları üçün səciyyəvi olan forma və prinsiplər əsasında fəaliyyət göstərsə də, bu kassaların ölkə həyatının iqtisadi və siyasi şəraitindən doğan bəzi özəllikləri də vardı: Azərbaycan Xalq Cümhuriyyətinin özünün faizli kağızları olmadığına görə, əmanət kassalarının öz passivlərini yerləşdirmək, habelə maliyyə nazirinin təsdiq etdiyi siyahıya əsasən və ya onun göstərişi ilə əmanətçilər üçün onların tapşırığına görə hər cür faizli kağızlar almaq hüququ vardı.
Əmlak Məsələləri Dövlət Komitəsi
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. == Tarix == Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Əmlak Məsələləri Dövlət Xidməti (Azərbaycan)

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi
Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. 23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. == Tarix == Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrlərinin siyahısı
Azərbaycan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrləri — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycanın Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədrləri (müxtəlif dövrlər və müxtəlif titullarla) sıralanmışdır.

Значение слова в других словарях