Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında konvensiya (ing. Convention on Mutual Administrative Assistance in Tax Matters) — İƏİT və Avropa Şurası tərəfindən birgə hazırlanmış və 25 yanvar 1988-ci ildə imzalanması üçün açıq olan TIEA tərəfləri arasındakı nəticəni təşviq edən beynəlxalq müqavilə. 27 may 2010-cu il tarixində protokol qəbul edildi.
Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında konvensiya |
---|
ing. Convention on Mutual Administrative Assistance in Tax Matters |
|
İmzalanma tarixi |
25 yanvar 1988 (27 may 2010) |
İmzalanma yeri |
Strasburq (Paris) |
|
Qüvvəyə minməsi |
1 aprel 1995 (1 June 2011) |
24 yanvar 2018-ci il tarixindən etibarən Konvensiya 117 ölkədə uyğunlaşdırılmışdır:
Bu Konvensiyanı imzalamış Avropa Şurasının üzvü olan Dövlətlər və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr[1]:
- Şəxslərin, sərmayələrin, malların və xidmətlərin beynəlxalq hərəkətinin inkişafı, çox mühüm bir hal olmaqla yanaşı, vergidən yayınma imkanlarını artırdığını və bununla da, vergi orqanlarının əməkdaşlığının fəallaşmasını tələb etdiyini hesab edərək;
- Son illər beynəlxalq səviyyədə vergidən yayınma hallarına qarşı mübarizəyə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə yönəldilən müxtəlif səyləri alqışlayaraq;
- Vergi ödəyicilərinin adekvat müdafiəsi təmin edilməklə, istənilən vergi növünə aid olan məsələlər üzrə qarşılıqlı inzibati yardımın bütün formalarının inkişafı üçün dövlətlərin əlaqəli səylərinin zəruri olduğunu hesab edərək;
- Vergi ödənişləri üzrə öhdəliklərin düzgün müəyyən edilməsində və vergi ödəyicilərinə öz hüquqlarını təmin etməkdə yardım edilməsində beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb edə biləcəyini təsdiq edərək;
- Müvafiq hüquqi proseduralara əsasən, hər bir şəxsin hüquq və vəzifələrini müəyyən edən fundamental prinsiplərin vergi məsələlərinə də tətbiq olunmasının bütün dövlətlərdə tanınmalı olduğunu və diskriminasiyadan və ikiqat vergitutmadan müvafiq müdafiə də daxil olmaqla, vergi ödəyicilərinin maraqlarının qorunmasında dövlətin yardım etməli olduğunu hesab edərək;
- Bununla əlaqədar, məlumatın məxfiliyinin qorunmasının vacibliyinə və şəxsi həyatın toxunulmazlığının və şəxsi məlumatın saxlanmasının qorunması üzrə beynəlxalq müdafiə vasitələri nəzərə alınmaqla, dövlətlər tərəfindən görülən tədbirlərin və verilən məlumatların yalnız daxili qanunlara və təcrübəyə uyğun olmasına əmin olaraq Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında Konvensiyanın bağlanması istəyini nəzərə alaraq aşağıdakılar haqqında razılığa gəldilər.