maarif
maarifçilik
OBASTAN VİKİ
Maarifçi realizm
Maarifçi realizm – XVII—XVIII əsrlərdə Avropa cəmiyyətində əsasını realizm təşkil edən mənəvi inkişaf. == Tarixi == Romantiklər öz tarixilik duyğularına və həyatı tarixi baxımdan göstərməyə meyllərinə görə bir-birindən fərqlənirdilər. Ona görə romantizm epoxasının özündə yazıcılar iki cəbhəyə ayrılırdılar. Onların bir hissəsi həyata fəlsəfi yüksəklikdən baxırdı. Digər hissəsi isə konkret həyat faktlarına, tarixiliyə daha artıq meyl edirdilər. Birincilər romantiklər, ikincilər isə maarifçi realistlər sayıla bilər. Lakin bu bölgü çox şərtidir. Maarifçi realizm termini sovet elmində 60-70-ci illərdə daha ətraflı əsaslandırılmışdır. Bu maarifçilik epoxasına marağın artması və maarifçi ədəbiyyatın spesifik tarixi mərhələ kimi təqdimi ilə bağlı idi. Bu realizmin əsas xüsusiyyətləri XVIII əsr maarifçilərinin Volter, Didro kimi müəlliflərin nəsrində özünü göstərmişdir.
Ken Robinson (maarifçi)
Ser Kennet Robinson (4 mart 1950, Liverpul – 21 avqust 2020, London) — İngiltərəli müəllif, natiq və incəsənət sahəsində hökumət, gəlir güdməyən təşkilatlar, təhsil və incəsənət qurumlarında təhsil üzrə beynəlxalq məsləhətçidir. Məktəblərdə İncəsənət Layihəsinin (1985–89) rəhbəri və Uorvik Universitetində İncəsənət Təhsili üzrə Professor (1989–2001) vəzifələrində çalışıb. Hal-hazırda həmin qurumda Professor Emeritus kimi fəaliyyət göstərir. 2003-cü ildə incəsənətə olan xidmətlərinə görə cəngavər tituluna layiq görülüb. Əslən, işçi sinfindən olan Liverpul ailəsinə mənsub olan Robinson hal-hazırda Los Ancelesdə həyat yoldaşı və iki övladı ilə yaşayır. == İlk illəri və təhsili == Liverpul, Merseysaydda anadan olan Robinson işçi sinfindən olan ailənin 7 övladından biridir. Qardaşlarından biri, Neil peşəkar futbolçu olmuş, Everton, Suonsi Siti, və Qrimsbi Taunda çıxış etmişdir. Sənayedə baş verən bədbəxt hadisədən sonra atası iflic olmuş, Robinson isə 4 yaşında poliomielitə yoluxmuşdur. Xəstəliyinin fiziki təsirlərinə görə Marqaret Bivan Xüsusi Məktəbinə daxil olmuş, daha sonra təhsilini Liverpul Universitet Məktəbində (1961–63), Ueyd Dikon Qrammatika Məktəbində (1963–68) davam etdirmişdir. O, daha sonra Bretton Holl Kollecdə İngilis dili və drama üzrə bakalavr təhsili almış (1968–72) və 1981-ci ildə London Universitetində təhsildə dram və teatr araşdırması üzrə Fəlsəfə Doktorluğu dərəcəsi almışdır.
Böyük yazıçı-maarifçi (film, 1938)
Avropada maarifçilik dövrü mədəniyyəti
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan parlament seçkilərində mübarizə apardı. Bu seçkilərdə qalib olmayan partiya 4 fevral 1996-cı il tarixli təkrar seçkilərə qatıldı. Nəticədə ADMP üzvü və partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan parlament seçkilərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu.
Maarifçilik
Maarifçilik — bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə əlaqədar fəaliyyətdir. Maarifçilik elmi tutumlu və sistemli bir fikri cərəyan kimi XVIII əsrdə meydana çıxsa da, maarifçilik ideyaları çox qədimlərdən mövcud olmuş və bəşər mədəniyyətinin inkişafında müstəsna rol oynamışdır. == Azərbaycanda maarifçilik == Orta əsrlər Azərbaycan ədəbiyyatında da maarifçilik ideyalarının geniş yayıldığını görmək olar. Xüsusən dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz poemalarında bu ideyalara böyük önəm verildiyinin şahidi olmaq mümkündür. Belə ki, «Xəmsə»yə daxil olan poemaların hamısında maarifçi hökmdar ideyasının qızıl xətlə keçdiyini aşkara çıxarmaq olar. Məhz bu cür zəngin maarifçilik ənənələrinə malik olduğundandır ki, Azərbaycan ədəbi-fəlsəfi fikir yeni dövrdə maarifçilik hərəkatına yaxından qoşularaq bu ideyaların qızğın təbliğatçısına çevrildi. XIX–XX əsr Azərbaycan maarifçiləri sırasına Həsən bəy Zərdabi, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev, Səfərəli bəy Vəlibəyov, Aleksey Osipoviç Çernyayevski və başqaları aid edilir.
Maarifçilik Dövrü
Maarifçilik dövrü (fr. siècle des lumières, alm. Aufklärung) XVII- XVIII əsrlərdə Avropa mədəniyyətində mənəvi durum. Maarifçiliyin incəsənətdə proyeksiyaları: barokko, rokoko və klassizm, fəlsəfədə isə – deizm və mexanisizm olmuşdur. Maarfçilik İntibahı əvəz edib romantizm dövrünü qabaqlayır. == Ümumi xarakteristikası == Dində Allah Böyük Yaradan kimi kainatı yeddi günə yaradır. Xristianlıq inanaclarına görə Allah insanlara iki kitab – İncil və təbiət kitabları verib. Deməli dinin özündə də ruhani təbəqsi ilə birgə alimlər təbəqəsi mövcduddur. Buradan da dini və dünyəvi mədəniyyətin paralelizmi doğur ki, bu da dindəki riyakarlıq və fanatizmi tədricən diskreditasiyasına gətirib çıxarır. Dünyanı dərk etməyimizin yeganə vasitəsi azad idrakdır.
Pedaqoji maarifçilik
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. Maarifçilik Maarifçilik dövrü Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Şotland maarifçiliyi
Şotlandiya maarifçiliyi, şotland maarifçiliyi və ya Şotland Maarifçilik dövrü (ing. Scottish Enlightenment, ş.german Scots Enlichtenment, şot.kelt Soillseachadh na h-Alba) — Şotlandiya tarixinin XVIII–XIX əsrləri əhatə edən, intellektual və elmi fəaliyyət dalğası ilə səciyyələndirilən dövrü, Maarifçilik dövrünün epizodu. Şotlandlar XVIII əsrdə Avropanın ən savadlı xalqlarından biri idi. Onların ümumi savadlılıq dərəcəsi təqribən 75% idi. Şotlandiya maarifçiliyinin əsas şəxsləri alimlər, mütəfəkkirlər və yazıçılar idi. Şotlandiyanın paytaxtı olan Edinburq şəhərində elmi cəmiyyətlər formalaşmışdı. Şotlandiya mütəfəkkirləri Avropa marrifçiliyinin humanist və rasional fikirlərindən fərqli olaraq, dünya haqqında olan, rasional baxımdan düzgün olmayan ənənəvi anlayışlardan uzaqlaşaraq insan dərrakəsinin fundamental əhəmiyyətini müdafiə etmişdir. Onlar düşünürdülər ki, səbəb ilə irəliləyən insan təbiət və cəmiyyət üçün daha yaxşı dəyişikliklər edə bilər. Bu, Şotlandiya maarifçiliyinin açar amilidir. Maarifçilik Şotlandiyada empirizm və praktikliyi ilə fərqlənirdi.
Şotlandiya maarifçiliyi
Şotlandiya maarifçiliyi, şotland maarifçiliyi və ya Şotland Maarifçilik dövrü (ing. Scottish Enlightenment, ş.german Scots Enlichtenment, şot.kelt Soillseachadh na h-Alba) — Şotlandiya tarixinin XVIII–XIX əsrləri əhatə edən, intellektual və elmi fəaliyyət dalğası ilə səciyyələndirilən dövrü, Maarifçilik dövrünün epizodu. Şotlandlar XVIII əsrdə Avropanın ən savadlı xalqlarından biri idi. Onların ümumi savadlılıq dərəcəsi təqribən 75% idi. Şotlandiya maarifçiliyinin əsas şəxsləri alimlər, mütəfəkkirlər və yazıçılar idi. Şotlandiyanın paytaxtı olan Edinburq şəhərində elmi cəmiyyətlər formalaşmışdı. Şotlandiya mütəfəkkirləri Avropa marrifçiliyinin humanist və rasional fikirlərindən fərqli olaraq, dünya haqqında olan, rasional baxımdan düzgün olmayan ənənəvi anlayışlardan uzaqlaşaraq insan dərrakəsinin fundamental əhəmiyyətini müdafiə etmişdir. Onlar düşünürdülər ki, səbəb ilə irəliləyən insan təbiət və cəmiyyət üçün daha yaxşı dəyişikliklər edə bilər. Bu, Şotlandiya maarifçiliyinin açar amilidir. Maarifçilik Şotlandiyada empirizm və praktikliyi ilə fərqlənirdi.

Digər lüğətlərdə