MARŞ

[fr.] марш (1. жергеда аваз са къайдада финин (къекъуьнин) тегьер; гьа тегьерда физ (къекъвез) авалдамаз гудай команда; 2. кьушунри са чкадай маса чкадиз гьерекат авун; маневр; 3. вегьизвай ккамарин тактунивди кьур музыкадин эсер).
MARSELYEZA
MARŞAL
OBASTAN VİKİ
Marş (1982)
== Məzmun == Film üç kənd musiqiçisinin başına gələn məzəli əhvalatlardan bəhs edir.
Marş gölü
Marş gölü (ing. Marsh Lake) — Kanadanın Yukon ərazisində yerləşən göl. Göl Yukon çayının mənbəsi sayılır.. Marş gölü Yukon çayının yuxarı axarında yerləşir, bu region "Cənubi Göllər" adını daşıyır və Yukon çayının başlanğıcı məhz buradadı. Həmçinin göl 1898-ci ildə Klondayk qızıl hərisliyi zamanı qızılaxtaranlar üçün tarixi yolun bir hissəsidir. 1883-ci ildə Yukon çayının tədqiqatçısı Frederik Svatka gölü Yel universitetinin paleontologiya professoru Çarlz Marşın şərəfinə adlandırıb. Əvvəl gölün Mad (ing. Mud Lake) adını daşıyırdı. Hər bahar fəslində aprelin sonunda və mayda göldə qu quşu bayramı keçirilir. Miqrasiya zamanı Cygnus buccinator və Amerika qu quşu növləri burada dayanırlar.
Marş torpaqlar
Marş torpaqlar — dəniz sahilinin alçaq yerlərində, o cümlədən deltalarda dövrü olaraq qabarmalar və dəniz dalğalarının təsiri altında formalaşmış torpaq tipidir. Marşlar çaylar, sahillər və estuarilər boyunca tapılan bataqlıqlardır və okeandakı qabarma-çəkilmə prosesləri nəticəsində yaranır. Marşların vəziyyəti həm təbii, həm də antropogen proseslərdən asılı ola bilər. Son dövrlərdə kiçik və böyük miqyaslı insan təcrübələri marş ekosisteminin qorunmasına əhəmiyyətli dərəcədə təsir göstərən ekosistemlərdə dəyişikliklərə səbəb olub. Bəzi kiçik miqyaslı dəyişikliklərə reqressiv eroziya və sahilin genişlənməsi daxildir. Böyük sistem dəyişikliklərinə isə kirlənmə və dəniz səviyyəsinin qalxması (iqlim dəyişikliyindən) daxildir. Bu dəyişikliklərin hamısı marş bataqlıqlarına təzyiq göstərir. == Növlər == Marşlara iki əsas yerdə rast gəlmək olar: sahillərdə və estuarilərdə. Sahildəki marşları sahillər boyunca, estuari marşları isə quruda, qabarma-çəkilmə zonası daxilində yerləşir. Marşlar duzluluq səviyyəsinə, səviyyəsinə və dəniz səviyyəsindən yüksəkliyinə görə təsnif edilə bilər.
La-Petit-Marş
La-Petit-Marş (fr. La Petite-Marche) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Marsiyya-an-Kombray kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03206. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 113 yaşda olan (15-64 yaş arasında) 72 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,7%, 1999-cu ildə 64.2%). Fəal 72 nəfərdən 62 nəfəri (37 kişi və 25 qadın), 10 nəfəri işsizdir (4 kişi və 6 qadın). Fəal olmayan 41 nəfər arasında 6 nəfər şagird və ya tələbə, 17 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Marş (film, 1982)
== Məzmun == Film üç kənd musiqiçisinin başına gələn məzəli əhvalatlardan bəhs edir.
Marş (veriliş, 1997)
"Marş" — 1997-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında hər şənbə saat 15:20-də yayımlanan hərbi-vətənpərvərlik televerilişi. Verilişin layihə rəhbəri, müəllifi və aparıcısı Rahib Qəribdir. == Verilişin rubrikaları == "Arsenal" – Rubrikada Azərbaycan Müdafiə Sənayesi Nazirliyi müəsisələrində istehsal olunan silahlarlardan, digər ölkələrdə istehsal olunan silah sursat və hərbi texnikaların döyüş və taktiki xüsusiyyətlərindən danışılır. "Bilmək borcundur" — Rubrikada Azərbaycan Silahlı Qüvvələrinin xidmətə çağırış və xidmətkeçmə qaydaları, eləcə də hərbi fərqlənmə nişanları haqqında məlumat verilir. "Gözlə məni" — Rubrikada əsgərlər öz doğmalarına salamlar yollayır; əsgərlərin doğmalarının onlara SMS vasitəsilə göndərdikləri məktublar studiyada aparıcı tərəfindən səsləndirilir. "Hərbi xəbər" — Azərbaycan və dünya ordularında həftə ərzində baş verən mühüm hadisələr. "Müharibə olduğu kimi" — Qarabağ müharibəsi və digər münaqişə ocaqlarından arxiv görüntülərinin şərhsiz verilməsi. "Tarixin döyüşləri, döyüşlərin tarixi" — Qədim dövrlərdən başlayaraq Azərbaycanın tarixində baş verən savaşlardakı döyüşlər haqqında. Bundan əlavə, həftə ərzində təqvimdə olan hərbi tarixi hadisə və şəxsiyyətlər haqda məlumat verilir.
Marş (veriliş, 2010)
"Marş" — 1997-ci ildən 2016-cı ilə qədər Azərbaycanın ANS TV kanalında hər şənbə saat 15:20-də yayımlanan hərbi-vətənpərvərlik televerilişi. Verilişin layihə rəhbəri, müəllifi və aparıcısı Rahib Qəribdir. == Verilişin rubrikaları == "Arsenal" – Rubrikada Azərbaycan Müdafiə Sənayesi Nazirliyi müəsisələrində istehsal olunan silahlarlardan, digər ölkələrdə istehsal olunan silah sursat və hərbi texnikaların döyüş və taktiki xüsusiyyətlərindən danışılır. "Bilmək borcundur" — Rubrikada Azərbaycan Silahlı Qüvvələrinin xidmətə çağırış və xidmətkeçmə qaydaları, eləcə də hərbi fərqlənmə nişanları haqqında məlumat verilir. "Gözlə məni" — Rubrikada əsgərlər öz doğmalarına salamlar yollayır; əsgərlərin doğmalarının onlara SMS vasitəsilə göndərdikləri məktublar studiyada aparıcı tərəfindən səsləndirilir. "Hərbi xəbər" — Azərbaycan və dünya ordularında həftə ərzində baş verən mühüm hadisələr. "Müharibə olduğu kimi" — Qarabağ müharibəsi və digər münaqişə ocaqlarından arxiv görüntülərinin şərhsiz verilməsi. "Tarixin döyüşləri, döyüşlərin tarixi" — Qədim dövrlərdən başlayaraq Azərbaycanın tarixində baş verən savaşlardakı döyüşlər haqqında. Bundan əlavə, həftə ərzində təqvimdə olan hərbi tarixi hadisə və şəxsiyyətlər haqda məlumat verilir.
Marş
Marş (fr. marche – addımlamaq, irəli hərəkət etmək) — 4/4 ölçülü, xanədə dəqiq ritmə malik pyes (nadir hallarda 2/4 və ya 6/8 ölçüdə olur), kollektiv yürüşü müşayiət etmək üçün nəzərdə tutulur. Marş musiqisindən addımlayan insanların hərəkətini birləşdirmək üçün onlarda müəyyən əhval–ruhiyyə yaratmaq üçün istifadə olunur. == Tarixçə == Marş musiqisinin yaradıcıları atlı türk xalqları idi. Osmanlı İmperiyasının yaranması və böyüməsiylə də bu musiqi janrı dünya xalqlarına tanınmış olur. Türklər döyüşə davul, zurna, nağarayla gedirdilər: bir yandan öz əsgərlərində ruh yüksəkliyi, o biri yandan rəqibi qorxutmaq üçün. Məsələn:Vatan beni yetişdirib bu ellere yolladı Bu toprakdan kurban dedi Allah ısmarladı…. === Avropada hərbi musiqi === Osmanlı İmperiyasının hərbi hissələri içərisində ən məşhuru 1362-ci ildə I Muradın yaratdığı Yanıçar ordusu olmuşdur. Yanıçarların özlərinin orkestri var idi. Bu orkestrin üzvlərinin və alətlərinin sayı həmin orkestrin kimin sərəncamında olmasından asılı idi.
Sten Marş
Sten Marş (ing. Stan Marsh) — Cənubi Park cizgi serialının 4 əsas personajından biri. Dublaj - Trey Parker. == Ailəsi == Sten Marş — 4 baş personajdan biri. Katolik. Klonu O biri kainatdan olan Sten Şelli Marş — Stenın 13-yaşlı bacı. Katolik. Rendi Marş — Stenın atası, geoloq. Katolik. Roy — 2-ci sezonun 12-ci seriyasında Stenın ögəy atası.
Marş (hərb)
Marş (it. marcia, fr.
Marş (dəqiqləşdirmə)
Marş — 4/4 ölçülü, xanədə dəqiq ritmə malik pyes Marş (hərb) — yürüş qaydası ilə bir yerdən başqa yerə hərəkət Marş (film, 1982) — üç kənd musiqiçisinin başına gələn məzəli əhvalatlardan bəhs edən film. Marş (veriliş, 2010) — 2010-cu ildən çıxan hərbi-vətənpərvərlik verilişi. Marş gölü — Kanadanın Yukon ərazisində yerləşən göl.
Uilyam Marş Rays
Vilyam Marş Rays (ing. William Marsh Rice; d. 14 mart 1816, Sprinqfild, Massaçusets, ABŞ – ö. 23 sentyabr 1900, Nyu-York, Nyu-York, ABŞ) — ABŞ-nin Massaçusets ştatından olan biznesmen; Rays Universitetinin yaradıcısı. == Həyatı == 14 mart 1816-cı ildə Massaçusets ştatının Sprinqfild şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Texas ştatında pambıq satışı ilə məşğul olmuş və nəticədə yüksək məbləğdə vəsait əldə etmişdir. == Təhsilə qayğısı == 1891-ci ildə Rays Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Lakin o, 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir. Ölümündən sonra onun vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır. Sonradan Raysın vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.
Vilyam Marş Rays
Vilyam Marş Rays (ing. William Marsh Rice; d. 14 mart 1816, Sprinqfild, Massaçusets, ABŞ – ö. 23 sentyabr 1900, Nyu-York, Nyu-York, ABŞ) — ABŞ-nin Massaçusets ştatından olan biznesmen; Rays Universitetinin yaradıcısı. == Həyatı == 14 mart 1816-cı ildə Massaçusets ştatının Sprinqfild şəhərində anadan olmuşdur. == Fəaliyyəti == Texas ştatında pambıq satışı ilə məşğul olmuş və nəticədə yüksək məbləğdə vəsait əldə etmişdir. == Təhsilə qayğısı == 1891-ci ildə Rays Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Lakin o, 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir. Ölümündən sonra onun vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır. Sonradan Raysın vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.
Uilyam Marş Rays Universiteti
Rays Universiteti (ing. Rice University) və ya tam adı Vilyam Marş Rays Universiteti (ing. William Marsh Rice University) və ya sadə şəkildə adlanması Rays — ABŞ-nin özəl elmi-tədqiqat universiteti. Texas ştatında, Hyustonda, Hyuston muzeylər rayonu və Texas Tibb Mərkəzi yaxınlığında yerləşir. == Tarixi == Universitetin tarixi Massaçusets ştatından olan biznesmen Vilyam Marş Raysın adı ilə bağlıdır. Texas ştatında pambıq satışı ilə məşğul olan Rays yüksək məbləğdə vəsait əldə edir. O, 1891-ci ildə Hyuston şəhərində öz adını daşıyan müstəqil təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Lakin 1900-cü il sentyabrın 23-də qəflətən vəfat edir. Ölümündən sonra Raysın vəsiyyətnaməsi ətrafında mübahisələr yaranır. Sonradan onun vəkili Albert Patrikin vəsiyyətnamədə saxtakarlığa yol verdiyi məlum olur və o, həbs edilir.
Yaşıl Marş (aerobatika eskadronu)
Yaşıl Marş (Marche Verte) Mərakeş Kran Hərbi Hava Qüvvələrinə məxsus və Morokkonun rəsmi aerobatika eskadronudur. 1975-ci ildə baş vermiş "Green March" şərəfinə adlandırılmışdır. Komanda 1988-ci ildə yaradılıb. İlk komanda yalnız 2 təyyarədən ibarət idi. Hal-hazırda uçuşlar üçün 7 ədəd Mudry CAP 230 təyyarəsi istifadə olunur. Komandanın nəqliyyat təyyarəsi CASA/IPTN CN-235-dir.
Teniente Marş adına Hava Limanı
Teniente Marş adına hava limanıı (ing. Teniente Rodolfo Marsh Martin Airport) — Kinq-Corc adasında yerləşən hava limanı. Antarktida qitəsinin ən ucqar şimal nöqtəsində yerləşir. Hava limanı əsasən yaxınlıqda yerləşən qütb stansiyalarına xidmət edir: Artiqas (Uruqvay), Bellinshauzen (Rusiya), Qabriel de Kastilya (İspaniya), O’Hiqqens, Çançen (Çin) və başqaları. == Xüsusiyyətləri == Hava limanı bütün günü, istənilən hava şəraitində fəaliyyət göstərir. Əgər burada olduqca əlverişsiz hava şəraiti olarsa onda uçuş müəyyən qədər normallaşmasını gözlənilir. Uçuş-eniş zolağı suxirdan təşkil olunmuşdur. == Uçuş xəttləri == Təyyarələr bu hava limanına əsasən Punta-Arenasdan gəlirlər. Buradan isə "Amundsen-Skott" və "Novolazarevskaya" stansiyalarına bir başa uçuşlar həyata keçirilir. == Qəza == 25 fevral 1992-ci ildə CASA 235M-100 hərbi-yük təyyarəsi 11 nəfər sərnişinlə birlikdə qəzaya uğramışdır.
Marşa Hant
Marcia Virginia Hunt (17 oktyabr 1917, Çikaqo, İllinoys – 7 sentyabr 2022, Şerman Ouks[d], Kaliforniya) — amerikalı kino və televiziya aktyoru.
Marşal
Marşal (qədim alman sözü marahscalc — mehtər: qədim alman sözləri "marah" — at və "scalc" — nökər; fr. maréchal) — bir sıra ölkələrin ordularında general tərkibində ali hərbi rütbə. Bəzi ölkələrdə (çar Rusiyası, Böyük Britaniya, Almaniya, Avstriya, Hindistan) bu rütbə feldmarşal (alm. feldmarshall‎; feld — çöl, əyyari, qoşun) adlanırdı.
Marşal (Formula 1)
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 16 fevral 2016-cı ildə təsis olunmuş Bakı Marşal Klubunun əsas məqsədi marşallar arasında ünsiyyət və əlaqəni gücləndirmək, komanda ruhunu inkişaf etdirmək və üzvlər arasında güclü qarşılıqlı münasibətlər yaratmaqdır. Bakı Marşal Klubu, həmçinin, brendləşmə, promo, müxtəlif tədbirlərin təşkili, yerli və xarici marşallarla ünsiyyətin inkişaf etdirilməsi və Bakı Marşal Mərkəzinin faəliyyətinin həyata keçirilməsinə cavabdehlik daşıyır. Klubun əsas məqsədlərindən biri Marşallıq hərəkatını genişləndirmək və Azərbaycanda bu məşğuliyyət növünü inkişaf etdirməkdir. Bakı Marşal Klubunun üzvləri Bakıda təşkil olunumuş Formula 1 Avropa Qrand Prisi ərzində aktiv şəkildə iştirak etməklə yanaşı, müxtəlif ölkələrdə keçirilən 2016 Formula 1 Gulf Air Bahrain Qran Prisi, TCR Bahrain, Porsche GP3 və GP2 , 6 hours of Bahrain WEC, 2016 Formula 1 Etihad Airways Abu Dabi Qran Prisi, 2017 Formula 1 Gulf Air Bahrain Qran Pri, Porsche GT3 Orta Şərq, TCR Beynəlxalq seriya yarışları, 2017 ,2018 2019,2021-ci ildə keçirilən Formula 1 Azərbaycan Qran Prilərində yarışının təşkilində iştirak ediblər. Marşallıq çox əhəmiyyətli fəaliyyət sahəsi olaraq, məsuliyyət, dəqiqlik və bu şəraitdə işləmək üçün güclü istək kimi şəxsi keyfiyyətlər tələb edir. Marşallar – yarış zamanı yarana biləcək müxtəlif halları aradan qaldırmağa hazır ola bilən hərtərəfli bacarıqlara malik şəxslərdir. Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. F1 aləmində Marşallara həmçinin "Yarış Rəsmiləri" də deyilir. Onların işi F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təsis edilən Baku Marshals Club marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur.
Marşal Atatürk abidəsi
Marşal Atatürk abidəsi — Ankaradakı Etnoqrafiya Muzeyinin önündəki Atatürk abidəsindən sonra Mustafa Kamal Atatürkə həsr olunmuş ikinci layihədir. Ankara şəhər mərkəzi, Ulus və Çanqayanı birləşdirən Zəfər Meydanında yerləşir. İtalyan heykəltaraş Pietro Kanonika (1869–1959) tərəfindən inşa edilmiş abidə 04 noyabr 1927-ci ildə açılmışdır. Marşal Atatürk abidəsi Peterburqdakı Çar II. Aleksandrın atlı heykəlini və Bağdaddakı Kral I Faysalın heykəlini hazırlayan Pietro Kanonikanın Etnoqrafiya Muzeyinin önündəki abidədən sonra hazırladığı ikinci Atatürk abidəsidir. Türkiyə Cümhuriyyətinin dördüncü Atatürk abidəsi olan heykəlin açılışını baş nazir İsmət İnönü etdi. Hazırlanmasında bürünc və mərmərdən istifadə edilən abidədə Atatürk başlıq və marşal formasında, iki əlini qılıncının dəstəyində birləşdirərək Çanqayaya tərəf baxır. Heykəlin postamentinin ətrafında qələbə çələngləri qoyulub. Tunc heykəl 1,75 metr, heykəlin mərmər postamenti isəisə 2 metr hürdürlüyündədir. Milli bayramlarda çələnglərlə bəzədilən abidə, hal-hazırda sıx nəqliyyat və yüksək binaların olduğu Atatürk Bulvarının mərkəzində yerləşir.
Marşal Baqramyan
İvan (Hovannes) Baqramyan (erm. Հովհաննես Քրիստափորի Բաղրամյան; 20 noyabr (2 dekabr) 1897 və ya 2 dekabr 1897, Çardaxlı, Yelizavetpol qəzası – 21 sentyabr 1982[…], Moskva, RSFSR, SSRİ) — Sovet İttifaqı marşalı. == Həyatı == Hovannes Baqramyan 2 dekabr 1897-ci ildə anadan olub. == Xatirəsi == Baqramyan ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı olanda onun vətənində büstünün ucaldılması məsələsi ortaya çıxıb. O, Azərbaycanın Şəmkir rayonunun Çardaxlı (Çənlibel) dağ kəndində anadan olub. Bu kənd rayon mərkəzindən xeyli uzaqda yerləşir. Onun arzusu isə büstünü gənc yaşlarında təhsil aldığı Kirovabad (indiki Gəncə) şəhərində qoymaq imiş. MK-nın bürosunda məsləhətləşmələr olmuş və müəyyən edilmiş qaydalardan kənar olsa da, onun xahişini təmin etmək qərarına gəlinmişdir. Kirovabadda şəxsən Baqramyan özü böyük bağı olan ən gözəl bir sahə seçmiş və orada onun büstü qoyulmuşdur. Sonralar Baqramyan onun doğma kəndində döyüş şöhrəti muzeyi yaradılmasını da istəmişdir.
Marşal Baqramyan prospekti (İrəvan)
Marşal Abramyan prospekti (erm. Մարշալ Բաղրամյան պողոտա) — İrəvan şəhərinin mərkəzində yerləşən prospekt. Prospektin böyük bir qismi şəhərin mərkəzi inzibati dairəsi əeazisində yerləşir. Bir hissəsi isə Arabkir inzibati dairəsinə daxildir. Prospekt milliyyətcə erməni olan sovet sərkərdəsi İvan Xristovoroviç Baqramyanın şərəfinə adlandırılmışdır. 1970–1995-ci illərdə Dostluq prospekti olaraq adlandırılırdı == Maraqlı fakt == Marşal Baqramyan rospekti İrəvan şəhərinin mərkəz hissəsinin əsas arteriya xəttini təşkil edir. Pospekt Fransa meydanından başlayaraq Dostluq meydanına qədər uzanır. Fransa meydanında isə A. A. Spendrionov adına erməni akademik opera və balet teatrı yerləşir. Ermənistan Respublikası prezidentinin rezidensiyası və Ermənistan Respublikasının Milli Məclisinin binasının bu prospektdə yerləşməsi səbəbindən burada tez-tez mitiqlər təşkil edilir. 2015-ci ildə tsrif qiymətlərinin qaldırılması ilə əlaqədar olaraq təşkil edilən kütləvi mitinqlərdə prospekt bir necə həftə nəqliyyatın üzünə bağlı qalmışdır.
Marşal Kosmik Uçuş Mərkəzi
George C. Marshall Kosmik Uçuş Mərkəzi, George C. Marshall Kosmik Uçuş Mərkəzi (MSFC); NASA-nın əsasən mərkəzidir, kosmik -raket dartı qurğuları sistemləri, kosmik gəminin xarici yanacaq çənləri, uçuş və ekipaj təlimləri, Beynəlxalq Kosmik Stansiyası (ISS/BKS), layihələndirmə və istehsalat, şəbəkələr və məlumatların idarə olunması üçün liderlik vəzifəsini icra edən mərkəzdir. == Rəhbərləri == Verner fon Braun - 1 iyul, 1960 - 27 yanvar, 1970 Эберхард Реес - 1 Mart, 1970 – 19 Yanvar, 1973 Rocco Petrone - 26 Yanvar, 1973 - 15 Mart, 1974 Uilyam R. Lucas - 15 İyun, 1974 - 3 İyul 1986 Thomas Jack Lee - 3 İyul, 1986 - 29 Sentyabr, 1986 James R. Thompson, Jr. - 29 Sentyabr, 1986 - 6 İyul, 1989 Thomas Jack Lee - 6 İyul, 1989 - 6 Yanvar, 1994 Cin Porter Bridwell - 6 Yanvar, 1994 - 3 Fevral, 1996 Jerroll Wayne Littles - 3 Fevral, 1996 - 3 Yanvar, 1998 Kerolin Və S. Griner - 3 Yanvar, 1998 - 11 Sentyabr, 1998 Artur G. Stephenson - 11 Sentyabr, 1998 - Sentyabr, 2003 Devid A. Kinq - 15 İyun, 2003 - 26 Mart, 2009 Robert M. Lightfoot, Jr.
Marşal Timoşenko
Semyon Timoşenko (6 (18) fevral 1895 və ya 18 fevral 1895, Furmanovka[d], Bessarabiya quberniyası[d] – 31 mart 1970[…], Moskva) — Sovet İttifaqı marşalı.
Marşal itburnu
Marşal mahmızlalәsi
Marşal mahmızlalәsi (lat. Corydalis marschalliana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-30 sm olan çoxillik ot bitkisidir. Gövdənin aşağı hissəsində yarpaq olmur, yuxarı hissədə isə iki ədəd yarpağı vardır. Kök yumruları orta ölçüdə, kələ-kötür şarşəkilli, yaşlaşana yaxın isə oyuq olurlar. Qısa saplaqdakı yarpaqların ayası enlidir və ikiqat üç qovuşuq hissədən ibarətdir; dlimləri ellipsvari və yaxud uzunsovdur, ön hissədən bütöv və sivriləşmişdir. Çiçək seyrək salxımda toplanmışdır. Çiçəkaltlığı bütöv, yaşıl rəngli, uzunsov və ya yumurtaşəkilli olub, iridir və 2-3 dəfə çiçək saplağını ötüb keçir. Tacın uzunluğu 22-25 mm, sarı və ya sarımtıl-çəhrayıdır, xarici ləçəkləri çəhrayı, daxili ləçəkləri isə sarıdır. Qutucuq uzunsovdur, sivri uclu, əyilmiş və yaxud asılmış halda olur, uzunluğu 15-20 mm-dir.
Marşal planı
Marşal planı — Qərbi Avropaya xarici yardım göstərmək üçün 1948-ci ildə qəbul edilmiş Amerika təşəbbüsü. ABŞ İkinci Dünya müharibəsinin bitməsindən sonra Qərbi Avropa ölkələrinə iqtisadi bərpa proqramları çərçivəsində 13,3 milyard dollar (2023-cü ildə 173 milyard dollara bərabər) yardım edib. Morgentau planını əvəz edərək 3 aprel 1948-ci ildən başlayaraq dörd il fəaliyyət göstərdi. Lakin 1951-ci ildə Qarşılıqlı Təhlükəsizlik Aktı ilə əvəz olundu. ABŞ-nin məqsədləri müharibə zamanı dağılmış bölgələri bərpa etmək, ticarət maneələrini aradan qaldırmaq, sənayeni modernləşdirmək, Avropanın rifahını yaxşılaşdırmaq və kommunizmin yayılmasının qarşısını almaq idi. Marşal planı dövlətlərarası maneələrin azaldılmasını və Avropa qitəsinin iqtisadi inteqrasiyasını təklif edir, eyni zamanda məhsuldarlığın artırılmasını və müasir biznes prosedurlarının qəbulunu təşviq edirdi.
Marşal südləyəni
Marşal südləyəni (lat. Euphorbia marschalliana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çılpaq, göyümtül, çoxillik ot bitkisidir. Gövdələri çox sayda, qalxan, bəsit sıxyarpaqlı, 15-40 sm hündürlükdədir. Gövdə yarpaqları oturaq, ətli, uzunsov-kürəkvari və ya rombvari, tərs–yumurtavari, qaidədə pazvari, sivriləşmiş və ya iti uclu, kənarları qabırğavarı dişlidir, 10-25 mm uzunluğundadır. Sarğı yarpaqları dairəvi və ya tərs yumurtavari, 8-15 mm uzunluğunda, qısa iti uclu, sarğı yarpaqcıqları 2, dairəvi, rombvari və ya üçbucaq–böyrəkşəkilli, qaidədə zəif ürəkvari, xırda dişlidir. Qədəhcik zəngçiçəyi quruluşunda, 3-3,5 mm diametrində, ağzı iridir. Qutucuq yumurtavari-üçtilli, 5-6 mm uzunluğunda, hamardır.
Marşal tələb funksiyası
Mikroiqtisadiyyatda istifadə olunan Marşal tələb funksiyası (ing. Marshallian demand function) (Alfred Marşal şərəfinə) göstərir ki, istehlakçı hər bir qiymət və var-dövlət vəziyyətində nə qədər alacaq, nəzərə alaraq ki bu qərar faydanın maksimallaşdırılmasının problemini həll edəcək. Marşal tələb funksiyası həm də Valras tələbi (Leon Valrasın şərəfinə) və ya "əvəzini verməyən tələb funksiyası" kimi tanınır, çünki Marşalın ilkin təhlili var-dövlətin effektlərini nəzərə almırdı. Faydanın maksimallaşdırılması probleminə uyğun olaraqMas-Colell, Andreu; Whinston, Michael; Green, Jerry. Microeconomic Theory. Oxford: Oxford University Press. 1995. ISBN 0-19-507340-1., p qiymətlərinə L məhsullar var. w var-dövlətinə malik olan istehlakçı və bir sıra imkanı çatan seçimlər mövcüddur: B ( p , w ) = { x : ⟨ p , x ⟩ ≤ w } {\displaystyle B(p,w)=\{x:\langle p,x\rangle \leq w\}} , burada, ⟨ p , x ⟩ {\displaystyle \langle p,x\rangle } qiymətlərin daxili məhsul fəzası və məhsulların sayıdır. İstehlakçının faydalılıq düsturu aşağıdakı kimidir: u : R + L → R {\displaystyle u:{\textbf {R}}_{+}^{L}\rightarrow {\textbf {R}}} .
Marşall Obrian Mozes
Marşall adaları
Marşall Adaları Respublikası — 1986-cı ilə qədər ABŞ-nin qəyyumluğu altında olmuşdur. Respublikanın ərazisində 34 mərcan adası, 1150 digər adalar daxildir. Onlardan yalnız 20-də yaşayış vardır. Arxipelağın ümumi sahəsi 181 km². Əhalinin sayı-təxminən 59 min nəfərdir (2015-ci il). Paytaxtı — 20 minlik Macuro şəhəridir. == Tarixi == ABŞ ilə assosiasiya edilmiş dövlətçiliyə malikdir. 1990-cı ildə BMT-yə üzv olub.
Marşall adaları himni
Əbədi olaraq Marşall adaları — Marşall adalarının dövlət himnidir. Sözlərinin müəllifi və bəstəkarı keçmiş prezident Amata Kabuadır. 1991-ci ildə təsdiq olunub. == İngiliscə sözləri == My island (heart) lies o'er the ocean; Like a wreath of flowers upon the sea; With a (the) light of Maker from far above; Shining the with the brilliance of rays of life; Our Father's wondrous creation; Bequeathed to us, our Motherland; I'll never leave my dear home sweet home; God of our forefathers protect and bless forever Marshall Islands. == Marşallca sözləri == marş. Aelōn̄ eo ao ion lometo; Einwot wut ko lōti ion dren elae; Kin meram in Mekar jen ijo ilan̄; Erreo an romak ioir kin meram in mour; Eltan pein Anij eweleo im wōj; Kejolit kij kin ijin jikir emol; Ijjamin Ilok jen in aō lemoran; Anij an ro jemem wonakke im kejrammon Aelin̄ kein am. == Azərbaycanca tərcüməsi == Mənim adam (ürəyim) okean üzərində yerləşir; Dəniz üzərində gül əklili kimi; Çox yuxarıdan yaradıcısının bir işığı ilə; Həyat şüalarının parıltısı ilə parıldayır; Bizim Atamızın dizayn möcüzəsi; Bizə miras qalan, bizim Anavətən; Mən əziz evimi şirin evimi heç vaxt tərk etməməyəcəyəm; Bizim ata-babalarımızın Allahı əbədi olaraq Marşall adalarını qoru və bərəkətli et.
Marşall dili
Marşall dili (Marşallca: Kajin M̧ajeļ və ya köhnə orfoqrafiya ilə Kajin Majõl [1] Arxivləşdirilib 2010-11-22 at the Wayback Machine) Malay-Polineziya dillərinə aid olan və Marşall adalarında danışılan dildir. İki əsas dialekti var: Ralik (qərbi) və Ratak (şərqi).
Marşall sarılıqotu
Marşall sarılıqotu (lat. Erysimum marschallianum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.

Digər lüğətlərdə