master-kart
mastika
OBASTAN VİKİ
Klas-klas
Klas — Təkbaşına və ya bir neçə oyunçu ilə oynanılabilən uşaq oyunudur. Oyunçular müxtəlif variantlarda oynadıqları bu oyunda, yerə çəkilmiş rəqəmli xanalara hər hansı obyekti və obyekti almaq üçün çəkilmiş xanalarda tək ayaqla atlanır. Xanalara atılan obyekt əsasən yastı daşdan ibarət olur. Oyunun bir çox variantı olsa da əsas qaydası, atlanarkən xanaları bir-birindən ayıran xətləri tapdalamadan irəliləmək və obyketi təyin olunmuş rəqəmli xanaya düzgün atmaqdan ibarətdir.
Klas Arnoldson
Klas Arnoldson (21 oktyabr 1844 – 20 fevral 1916[…]) — İsveçli yazıçı, jurnalist və siyasətçi. == Həyatı == Dayanıqlılığı və pasifistliyi iəl bilinən Arnoldson 1908-ci ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. Arnoldson eyni zamanda İsveç Sülh və Arbitraj Dərnəyinin qurucu üzvü və başçısıdır.
Tereza Master
Tereza Master (21 sentyabr 1989) — Malavili marafonçu. Tereza Master Malavini 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Tereza Master birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 48 dəqiqə 34 saniyəyə qət edərək 157 marafonçu sırasında 98-ci yeri tutdu.
Klas Yanson Visher
Klas Yanson Visher (nid. Claes Janszoon Visscher; 1587[…], 1586 və ya ən tezi 1586 və ən geci 1587, Amsterdam, Hollandiya qraflığı – 19 iyun 1652[…], Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı, və qravüraçısı, kartoqraf və qravüra naşiri, Piscator nəşriyyatının yaradıcısı. == Həyatı == Klas Yanson Visher gəmi dülgəri Jan Klas Visherin (Fisher) oğlu idi. Təxminən 1608-ci ildə Op de Kolkun evinə yaşamaq üçün köçmüşdür. Onun incəsənət müəllimləri məlum deyil, lakin stilistik analogiyalara əsasən onun David Vinkbunsun tələbəsi ola biləcəyi güman edilir. 1611-ci ildə o, Amsterdamdakı Kalverstraatda ev alıb ora köçdü.. Ustadın ləqəbi söz oyununa əsaslanır: (nid. visser — balıqçı) deməkdir. Visher-Piskator tipik holland mənzərələri və döyüş səhnələri ilə "tarixi qravüra" adlanan əsəri ilə məşhurlaşıb. O, həmçinin bir neçə coğrafi atlas və iki yüzə yaxın fərdi xəritə nəşr etdirmişdir.
Master of Reality
Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır. Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir. Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.
Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur. "Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir. == Tarixi == Bulqakov romanı 1928-ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930-cu ildə yandırmışdır.
Master və Marqarita (film, 2024)
"Master və Marqarita" (rus. Мастер и Маргарита) — Mixail Bulqakovun eyni adlı romanı əsasında Mixail Lokşinin rejissorluğu ilə çəkilmiş Rusiya fentezi dram filmi. Filmdə əsas rollar Auqust Dihl, Yevgeni Tsıqanov, Yuliya Sniqir, Klas Banq, Yuri Kolokolnikov, Aleksey Rozin və Polina Auq tərəfindən canlandırılmışdır. Filmin istehsalını Rusiya Kino Fondunun dəstəyi ilə "Mars Media Entertainment", "Amedia" və "Profit" şirkətləri həyata keçirmişdir. Filmin premyerası 25 yanvar 2024-cü ildə baş tutmuşdur.

Digər lüğətlərdə