Nəzəriyyə

ərəb. görmək, baxmaq; yun. theoria – tədqiq etmək 1) geniş mənada – müəyyən bir hadisənin şərhinə və izahına yönəldilmiş baxışlar, ideyalar, təsəvvürlər kompleksi; 2) dar, xüsusi mənada – gerçəkliyin nəzəriyyə obyekti olan sahəsinin qanunauyğunluqları və mühüm əlaqələri haqqında tam təsəvvür yaradan elmi biliyin ən yüksək, inkişaf etmiş təşkil forması; 3) təcrübəni, ictimai praktikanı ümumiləşdirən, təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarını əks etdirən elmi baxışlar, ideyalar sistemi, təlim; 4) hər hansı bir elm sahəsinin nəticə və qaydalarının ümumiləşdirilməsi; 5) hər hansı bir şeyə şəxsi baxış.
Nəticə
Nobel mükafatı
OBASTAN VİKİ
Elmi nəzəriyyə
Elmi nəzəriyyə – reallığın birbaşa deyil, idealizə olunmuş inikası; abstrakt anlayış və müddəa-fikirlər sistemi. Elmi mövzu – elmi tədqiqatların aparılmasını tələb edən elmi xarakterli məsələ. Elmi-tədqiqat işinin əsas plan-hesabat göstəricisidir. Elmi qabaqgörənlik – müşahidə edilməyən, yaxud təcrübədə hələlik təsdiq olunmamış təbiət və cəmiyyət hadisələrinin qabaqcadan söylənilməsi. Bu, nəzəri və eksperimental məlumatların ümumiləşdirilməsinə və inkişafın objektiv qanunauyğunluğunun nəzərə alınmasına əsaslanır. Elmi qabaqgörənlik elm qanunlarının dərk edilməsi əsasında həmin qanunlara tabe olan hadisələrin gələcəyi haqqında söylənilən bilikdir. Elmi qabaqgörənlik elmdə məlum olan qanunlar və nəzəriyyələr zəminində həyata keçirilir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Geosentrik nəzəriyyə
Dünyanın geosentrik sistemi — dünyanın quruluşu haqqında ilk təlimlərdən biri. Bu təlimə görə Yer dünyanın mərkəzində tərpənməz durur və bütün göy cisimləri onun ətrafında fırlanır. Bu sistemi Ptolomey "Almagest" əsərində müntəzəm şərh etmişdir. Təlim XVI əsrə qədər hökm sürmüşdür. Dinin müqavimətinə baxmayaraq, bu təlimi dünyanın heliosentrik sistemi təlim ilə əvəz olunmuşdur.
Epigenez (tibbi nəzəriyyə)
Biologiyada epigenez (yaxud preformasiyadan fərqli olaraq neoformasiyaçılıq) bitkilərin, heyvanların və göbələklərin hüceyrələrin fərqləndiyi və orqanların əmələ gəldiyi mərhələlər ardıcıllığı ilə toxumdan, sporadan və ya yumurtadan əmələ gəlməsi prosesidir. Epigenetik anlayışlar əsasən 17–18 əsrlərdə preformizmlə mübarizədə əmələ gəlmişdir (U. Harvey, İ. Büffon və xüsusilə K. F. Volf). Sitologiya və genetikanın uğurları sayəsində müəyyən olunmuşdur ki, orqanizmin inkişafı genetik informasiyanın olduğu cinsi hüceyrələrin mikrostrukturu ilə müəyyən edilir. K. Volfun əsərləri sayəsində (18 əsrin sonu) Epigenez konsepsiyası qalib gəldi və embriologiyanın inkişafına təkan verdi. 19 əsrin 70–80-ci illərində sitologiyanın müvəffəqiyyətləri Epigenezi təkzib edən irsiyyətə dair çoxlu konsepsiyanın meydana çıxmasına səbəb oldu. 19 əsrin sonunda inkişaf mexanikasının təşəkkülü vitalist xarakterli epigenetik nəzəriyyələrin bərpası ilə nəticələndi. 20 əsrdə genetikanın meydana gəlməsi ilə yalnız xarici, yaxud qeyri-maddi amillərdən asılı olan tam yeni törənən prosesin inkişafı haqqında primitiv anlayışlar əvəzinə, orqanizmlərin ontogenez qanunauyğunluqlarını müəyyənləşdirən genetik informasiyalar təlimi yarandı.
Erməni tarixşünaslığında revizionist nəzəriyyə
Erməni tarixşünaslığında revizionist nəzəriyyə Erməni tarixçiləri Ermənistanın 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər, hərçənd elmə çoxdan məlumdur ki, hələ II əsrin axırlarında, yəni ermənilərdən bir əsrdən də çox əvvəl ərəmeydilli Edessa çarlığında (Osroyenada) xristianlıq rəsmi din olmuşdur. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir, onu buna inandıran fələstinli missioner Müqəddəs Fadey (Adday) olmuşdur, çar taxt-tacında onun varisi VIII Abqar isə xristianlığı Osroyenanın dövlət dininə çevirmişdir (bəzi mənbələrdə göstərilir ki, bunu xristian poeziyasının təməlini qoymuş IX Abqar etmişdir). Alman tarixçi və ilahiyyatçısı Adolf fon Harnak 1905-ci ildə yazırdı: "… şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdı və (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir". İrfan Şahid VIII Abqarın Ön Şərqdə xristianlığı qəbul etmiş dövlətin birinci hökmdarı olmasını yazırdı. Maraqlıdır ki, Ermənistanın 301-ci ildə xristian dinini qəbul etməsi faktı erməni tarixçilərinin özlərinin arasında da mübahisəyə səbəb olur. Sirarpi Ter-Nersesyan yazır: "Ənənəyə görə bu hadisənin tarixi 301-ci il hesab edilirdi, lakin son araşdırmalara görə bu, 314-cü ildən tez olmamışdır". Bəs bütün bu faktlardan sonra ermənilər dünyada necə ilk xristian milləti olur? Maraqlıdır ki, uydurmaları ilə tarixi faktları təkzib edən ermənilər Edessa dövləti tərəfindən xristianlığın birinci olaraq qəbul edilməsinin əhəmiyyətini azaltmağa çalışaraq aşkar təhriflərə yol verirlər: bəzi irəvanlı tarixçilər iddia edirlər ki, Osroyena tərəfindən xristianlığın dövlət dini kimi qəbul edilməsi, necə deyərlər, "sayılmır", çünki guya həmin dövrdə Osroyena müstəqil, hələ (bəlkə də) öz dövlətçiliyi olmamışdır. Onlar bu uydurmaları təsdiqləmək üçün Osroyenanın Ermənistanın tərkibində göstərildiyi xəritə nəşr edirlər, lakin bir məsələ barədə susurlar ki, Osroyena bundan xeyli əvvəl və qısa müddətə Tiqran tərəfindən fəth edilmiş, xristianlıq qəbul edilən vaxtda isə Osroyena artıq çoxdan müstəqil idi. Həmin tarixçilər bu cür təhriflərdən əlavə, Osroyena tərəfindən xristianlığın birinci qəbul edilməsinin əhəmiyyətini hər vasitə ilə azaltmağa çalışırlar.
Nəzəriyyə
Nəzəriyyə (yun. θεωρία — baxmaq, araşdırmaq və tədqiq etmək). Geniş mənada – müəyyən bir hadisənin şərhinə və izahına yönəldilmiş baxışlar, ideyalar, təsəvvürlər kompleksi. Dar, xüsusi mənada – gerçəkliyin nəzəriyyə obyekti olan sahəsinin qanunauyğunluqları və mühüm əlaqələri haqqında tam təsəvvür yaradan elmi biliyin ən yüksək, inkişaf etmiş təşkil forması. Təcrübəni, ictimai praktikanı ümumiləşdirən, təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarını əks etdirən elmi baxışlar, ideyalar sistemi, təlim. Hər hansı bir elm sahəsinin nəticə və qaydalarının ümumiləşdirilməsi. Hər hansı bir şeyə şəxsi baxış. Nəzəriyyə ideya və prinsiplərin təlimi və təkmil sistemidir. Elmi təşkil edən ümumiləşdirilmiş qaydaların məcmusudur. O sintetik birlikdir, onun içərisində əvvəlki anlayışlar əvvəlki muxtariyyətlərini itirərək vahid pinsipin tərkib hissəsi olurlar..
Liberal nəzəriyyə
Liberalizm — azadlıq, idarə edilənin razılığı və qanun qarşısında bərabərlik anlayışlarına əsaslanan siyasi və mənəvi fəlsəfə. Liberallar müxtəlif fikirləri müdafiə edir, ancaq onlar əsasən azad bazar, azad ticarət, məhdud dövlət, fərdi hüquqlar (mülki hüquqlar və insan hüquqları buna daxil olmaqla), kapitalizm, demokratiya, sekulyarizm, gender bərabərliyi, irqi bərabərlik, internasionalizm, söz azadlığı, mətbuat azadlığını və din azadlığını dəstəkləyirlər. Liberalizmə ən çox uyğun gələn siyasi rəng sarıdır. Liberalizm Maarifçilik dövründə ayrı bir siyasi hərəkata çevrilmişdir. Bu, həmin dövrün Qərb filosofları və iqtisadçıları arasında olduqca populyar idi. Liberalizm Zadəganlıq Sosial normalarını, dövlət dinini, mütləq monarxiyanı, kralların ilahi hüququnu və mühafizəkarlığı aradan qaldırmış, əvəzinə isə nümayəndəli demokratiya və hüququn aliliyini təqdim etmişdir. Liberallar həmçinin, merkantilist siyasətə, kral monopoliyalarına və ticarətə qoyulan digər maneələrə son qoymuş, azad bazar və azad ticarəti populyarlaşdırmışdır. Filosof Con Lokk adətən liberalizmin banisi hesab edilir. O, sosial müqavilə anlayışında irəli sürmüşdür ki, hər bir şəxsin həyat, azadlıq və mülk haqqında təbii hüququ var və dövlətlər bu hüquqları tapdalamamalıdır. Böyük Britaniya liberal ənənəsi demokratiyanın genişləndirilməsini vurğulasa da, Fransa liberalizmi avtoritarizmin rəddini vurğulayır və milliyətçilik ilə yaxından əlaqəlidir.
M-nəzəriyyə
M-nəzəriyyə — Kainatın yaranmasında zamanı müxtəlif qüvvələr böyük rol oynamışdır. Kainatın tamamlanmasını müəyyən etmək üçün nəzəriyyə müvcud olmalıdır. Məhz bu nəzəriyyə M-nəzəriyyədir. Bu nəzəriyyə A. Eynşteynin nəzəriyyəsində sonra əldə edəlmiş ilk böyük nailiyyətdir. Bu nəzəriyyə özündə kvant mexanikasını və nisbilik nəzəriyyəsini birləşdirir. Ona görə də bu yeganə belə nəzəriyyə sayılır. Kainatın yaranmasını M-nəzəriyyə sayəsində ifadə olunan strun nəzəriyyəsi də verir, belə ki, əslində bu iki nəzəriyyə eynidir. Burada "M"-sehrli, ana, matrisa mənalarında işlənilir. Nəzəriyəyə görə kainat subatomlardan təşkil olunub. Ümumi nisbilik nəzəriyyəsinə görə Kainat Qara dəliklərdən, Böyük partlayışdan ibarət olduğu halda, Kvant nəzəriyyəsi bunun tam əksinədir.
Teleqoniya (nəzəriyyə)
Teleqoniya (q.yun. τῆλε — "uzaq" və γόνος — "doğuş" sözlərindən, yəni "uzaqda doğulmuş") — XIX əsrdə mövcud olan və hal-hazırda rədd edilmiş köhnə bioloji konsepsiya. Bu nəzəriyyəyə görə, əvvəlki, xüsusilə də ilk seksual partnyorla əlaqə qadının sonrakı seksual partnyorları ilə əlaqəsindən olan övladlarının irsi xüsusiyyətlərinə təsir edir. Müasir elmə görə, bu cür yanaşma — eksperimental tədqiqatlara əsaslanmayan mövhumat və yanılma olmaqla, məlum irsiyyət mexanizmlərinə uyğun deyil. Halbuki, 2013-də Cənubi Uells Universitetindən tədqiqatçı bir qrup milçək növləri üzərində telegenik fenomeni sübut etmişlər. Teleqoniya haqda ilk fikirlər Aristotelin əsərlərində rast gəlinir və ona əsaslanır ki, fərdin xüsusiyyətləri təkcə onun valideynlərindən keçmir, həm də fərdin anasının əvvəllər başqa kişidən uşağının olması da rol oynayır. XIX əsrdə və XX əsrin əvvəllərində teleqoniyaya inam ev heyvanları ilə işləyən seleksiyaçılar arasında yayılmışdı. Geniş populyarlıq qazanan hadisələrdən biri isə lord Mortonun atı ilə baş verən və Çarlz Darvinin cərrah ser Everard Homa istinadən qeydə aldığı aşağıdakı hadisədir: 1815-ci ildə atların dözümlülüyünü artırmaq məqsədilə zavod sahibi lord Morton 7/8 ərəb və 1/8 ingilis qanı olan madyanını kvaqqa (nəsli kəsilmiş zebr növü) ilə cütləşdirir. Amma döl alınmır. 1817, 1818 və 1823-cü illərdə həmin madyan öz cinsindən olan ayğırla cütləşdirilir və nəticədə doğulan dayçalar bəzi xüsusiyyətlərinə görə, sanki 1/16 kvaqqa qanı daşıyırmış kimi görünürdülər.
Tənqidi nəzəriyyə
Tənqidi nəzəriyyə (ing. critical theory) — sosial və humanitar elmlərin biliklərinə, habelə artan transdissiplinarlığa və refleksiv siyasiləşməyə əsaslanaraq, emansipasiya məqsədləri üçün cəmiyyəti və mədəniyyəti nəzərdən keçirən və tənqid edən yanaşmalar, cərəyanlar və (nəzəri) diskurslar məcmusu. Hərfi mənada "tənqidi nəzəriyyə" termini özündə tənqidə və biliyə və ya hər hansı bir sahədə mövcud vəziyyətə refleksiv münasibətə əsaslanan müxtəlif yanaşma və bilikləri toplayır, həmçinin "öz biliklərinin obyektlərinin meydana gəlməsini izah etməyə" çalışır. Фурс В. Н. Социальная философия в непопулярном изложении. — Вильнюс: ЕГУ, 2006. — 184 с. — ISBN 9985-9878-0-2. на других языках Green M. Cultural studies // A Dictionary of Cultural and Critical Theory / Eds. M. Payne, J. R. Barbera. — Oxford, UK; Cambridge, USA: Wiley-Blackwell, 1998.
İqtisadi nəzəriyyə
İqtisadiyyat ("ekonomika") – yunanca "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birincisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məcmusu, cəmiyyətin iqtisadi bazisi; ikincisi isə cəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məcmusu, insanların başlıca fəaliyyət sahəsi; üçüncüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür. İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir: I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri; II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını; III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir; IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını; V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini. İqtisadiyyata aşağıdakı təriflər vermək olar: İqtisadiyyat — ev təsərrüfatını idarə etmək qabiliyyətidir; İqtisadiyyat — tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məcmuudur, cəmiyyətin iqtisadi bazisidir; İqtisadiyyat — ölkə ərazisində ictimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır. İqtisadiyyat — mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir. Nemət – insanların müəyyən tələbatlarını ödəyən, mənafe və məqsədlərinə cavab verən təbiət maddəsi və əmək məhsullarıdır. Müxtəlif cür olan bütün nemətləri iki qrupa ayırmaq olar: təbiətin verdiyi təbii nemətlər (torpaq, meşə, bitki və asacların meyvələri, çaylar, dənizlər və s.). Ana təbiət insanların həyatı üçün həmişə arxa olub, onların yaşayış mənbəyini təşkil edib; iqtisadi nemətlər – insanların məqsədəuyğun məhsuldar fəaliyyəti nəticəsində yaranır. Bundan əlavə, bir çox ədəbiyyatlarda nemət anlayışı fərqli bölünmüşdür.
Marksist nəzəriyyə
Marksizm — sinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl Marks və Fridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur. Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar. Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir. Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir. Marksizm antropologiya, arxeologiya, sənət nəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları, fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları, sosiologiya, şəhərsalma və teatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir. Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir.
Molekulyar-kinetik nəzəriyyə
Molekulyar-kinetik nəzəriyyə (və ya qazların kinetik nəzəriyyəsi) — XIX əsrdə yaranan və maddənin, əsasən də qazların quruluşuna nəzər salan nəzəriyyə. Təbiətdə mövcud olan bütün maddələrin xassələri, onların daxili quruluşları ilə müəyyən olunur. Bu səbəbdən, maddənin quruluşunu öyrənmək ən mühüm problemlərdən biridir. Maddə haqqında ilk fikir eramızdan əvvəl IV əsrdə yunan mütəfəkkiri Aristotel tərəfindən irəli sürülmüşdür. Demokritə görə, maddənin ən kiçik və bölünməz hissəciyi atomlardır. Yunanca tərcüməsi "bölünməz" olan atom sözünün bir termin kimi qəbul olunma səbəbi də, məhz budur. Maddə quruluşu haqqında o dövr üçün çox ciddi sayılan bu fikir nə Demokritin özü, nə də onun ardıclıları tərəfindən inkişaf etdirilməmişdir – atomların təbiəti və onların bir-biri ilə qarşılıqlı münasibətləri haqqında heç bir fikir söylənməmişdir. Maddə quruluşu haqqındakı atomistik ideyalar, fizikanın elmi əsasları- nın qoyulduğu sayılan XVII əsrdən inkişaf etməyə başlamışdır. Elə bu vaxtdan etibarən maddə quruluşunun molekulyar-kinetik nəzəriyyəsinin tə- məli qoyulmağa başlamışdır. Uzun müddət bu sahədə aparılan tədqiqat işlə- rinin nəticəsi olaraq XIX əsrin II yarısında molekulyar-kinetik nəzəriyyə, əsas etibarilə Maksvel, Bolsman və Klauzius tərəfindən inkişaf etdirilərək mükəmməl şəklə salınmışdır.
Müasir Monetar Nəzəriyyə
Müasir monetar məzəriyyə və ya Müasir pul məzəriyyəsi (MMN) — valyutanı dövlət inhisarı və işsizliyi bir valyuta inhisarının vergiləri ödəmək və əmanətləri təmin etmək üçün lazım olan maliyyə aktivlərinin təklifini həddən artıq məhdudlaşdırdığının sübutu kimi təsvir edən qeyri-adi bir makroiqtisadi nəzəriyyədir. MMN əsas makroiqtisadi nəzəriyyəyə alternativdir. Tanınmış iqtisadçılar tərəfindən tənqid olundu, lakin tərəfdarları, 2007-2009-cu illərin Böyük tənəzzülündən sonrakı illərdə dünya iqtisadiyyatını təsvir etməkdə daha təsirli olduğunu iddia edirlər. MMN, hökumətlərin maliyyə siyasəti yolu ilə yeni pullar yaratdığını iddia edir. Müdafiəçilərə görə, bir iqtisadiyyatın tam məşğulluğa çatdığı zaman başlıca risk, özəl sektorun alıcılıq qabiliyyətini azaltmaq üçün vergi yığmaqla mübarizə edilə bilən inflyasiyadır. MMN nəzəri bütövlüyü, tərəfdarlarının siyasət tövsiyələrinin əhəmiyyəti və ortodoksal makroiqtisadiyotdan nə dərəcədə uzaqlaşdığı barədə fəal dialoqla müzakirə olunur . MMN-nin əsas prinsipləri, öz kağız pullarını verən bir hökumətin: Mallar, xidmətlər və maliyyə aktivlərini vergi şəklində pul toplamağa və ya belə satınalmalardan əvvəl borc verməyə ehtiyac olmadan ödəyə bilər; Öz valyutasında göstərilən borcunu ödəmək məcburiyyətində qala bilməz; Yalnız inflyasiya yolu ilə pulun yaradılması və alınmasında məhdudlaşır ki, bu da iqtisadiyyatın real resurslarından (əmək, kapital və təbii ehtiyatlar) tam məşğulluq şəraitində istifadə edildikdə sürətlənir; Artıq pulu dövriyyədən kənarlaşdıran vergi ilə tələb inflyasiyasına nəzarət edə bilər (buna baxmayaraq siyasi iradə həmişə olmaya bilər); İstiqraz buraxaraq cüzi qənaət üçün özəl sektorla rəqabət etmir. Bu prinsiplər dövlət xərclərinin vergi və borc verilməsi yolu ilə maliyyələşdirildiyi barədə ümumi qəbul edilmiş iqtisadi baxışa meydan oxuyur. MMN-nin ilk dörd prinsipi pul yaratma və inflyasiyanın necə işlədiyinə dair ənənəvi iqtisadi konsepsiyalarla ziddiyyət təşkil etmir. Məsələn, keçmiş Federal Rezerv Başçısı Alan Greenspan'ın dediyi kimi, “Amerika hər hansı bir borcu ödəyə bilər, çünki bunu etmək üçün hər zaman pul yazdıra bilərik.
Çoxparametrli spektral nəzəriyyə haqqında mühazirələr
Dövlətin yaranması haqqında materialist nəzəriyyə
Dövlətin yaranması haqqında materialist (marksist, tarixi-materialist, dialektik-materialist) nəzəriyyə dövlətin meydana gəlməsini xüsusi mülkiyyətin yaranması, cəmiyyətin siniflərə parçalanması və sinfi ziddiyyətlərlə əlaqələndirir. Bu nəzəriyyənin tərəfdarlarına görə, "dövlət barışmaz sinfi ziddiyyətlərin məhsulu və təzahürüdür". Marksist ekspertlərin fikrincə, "nəzəriyyə öz aydınlığı və başlanğıc nöqtələrinin aydınlığı, məntiqi harmoniya ilə seçilir və şübhəsiz, nəzəri fikrin böyük nailiyyətini təmsil edir". Bu nəzəriyyənin əsaslarının ən dolğun ifadəsi F. Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" və V. İ. Leninin "Dövlət və inqilab" əsərlərində öz əksini tapmışdır. Engelsin fikrincə, dövlət əzəldən mövcud deyil. Elə cəmiyyətlər var idi ki, dövlət və hökumət gücü olmadan idarə olunurdu. İqtisadi inkişafın mütləq şəkildə cəmiyyətin siniflərə parçalanması ilə bağlı olan müəyyən mərhələsində dövlət bu parçalanma ilə bağlı zərurətə çevrildi. Cəmiyyətdə iqtisadi maraqları bir-birinə zidd olan siniflər meydana çıxanda onlar arasında qarşıdurma başlayır. Bu qarşıdurmanın cəmiyyətin dağılmasına gətirib çıxarmaması üçün cəmiyyətdən yuxarıda dayanan, münaqişəni yumşaldacaq, "nizam" hüdudlarında saxlayan qüvvə lazımdır. Cəmiyyətdən qaynaqlanan, lakin özünü ondan üstün tutan və getdikcə ondan daha çox uzaqlaşan bu qüvvə dövlətdir.
Dövlət nəzəriyyəsi
Dövlət nəzəriyyəsi — Dövlətin forma və fəaliyyətini öyrənən elm sahəsi. Bu elmdə dövlətin strukturları müəyyən edilir, onun necə və nə vaxt yaranması, tarixi inkişaf prosesi, tarixən məruz qaldığı dəyişikliklər, necə idarə olunması və s. öyrənilir.
Dövlət və hüquq nəzəriyyəsi
Dövlət və hüquq nəzəriyyəsi — daimi qarşılıqlı əlaqədə dövlətin və hüququn mənşəyini, inkişafını və fəaliyyətinin mahiyyətini, ən ümumi qanunlarını və meyllərini öyrənən, eyni zamanda bütün hüquq elmləri üçün ümumi anlayışlar və kateqoriyalar təşkil edən fundamental hüquq elmi. Bunu mənimsəmədən əsas hüquq elmlərinin istifadə etdiyi dövlət və hüquq haqqında daha spesifik, empirik bilikləri başa düşmək problemlidir. Dövlət və hüquq nəzəriyyəsində elmi araşdırmalar tək bir ölkədə və heç bir tarixi dövrdə deyil, hazırda ən çox inkişaf etmiş hüquq və dövlətçiliyin formalarına istiqamətlənmiş şəkildə aparılır. Dövlət və hüquq nəzəriyyəsi əsasən Rusiya elmidir (postsovet, daha əvvəllər - Sovet elmi), qitə Avropasının bir çox ölkələrində, mövzusu hüquq və dövlət olan fənlər ayrıca tədris olunur. Son illərdə dövlət və hüquq nəzəriyyəsinin rolu və subyektinin Avropa dövlət və hüququ öyrənmə ənənəsi ilə izah edilən bir hüquq fəlsəfəsi səviyyəsinə yüksəldilməsi prosesi mövcuddur. Vahid bir elmi həm dövlət nəzəriyyəsini, həm də hüquq nəzəriyyəsini öyrənən bir elm adlandırmaq çətindir: dövlətin ayrı bir nəzəriyyəsi var (dövlətin ümumi bir doktrinası - dövlətin mənşəyini, dövlətin növlərini, formalarını, elementlərini (quruluşunu) və funksiyalarını, habelə dövlətin perspektivlərini və hüquq nəzəriyyəsini öyrənir; əsasən hüquqi doğma məsələlərini (hüquq mənbələri, hüquq normalarının növləri, qanun yaradıcılığı və hüquq tətbiqi, hüquqi texnikası, hüquq normalarının ziddiyyəti, qanunun şərhi, hüquqi məsuliyyət və s.) öyrənmək. Ədəbiyyatda dövlət və hüquq nəzəriyyəsinin predmetini müəyyənləşdirməyə vahid yanaşma yoxdur. Beləliklə, bəzi müəlliflər bu elmin mövzusunun "dövlətin və qanunun yaranması, inkişafı və fəaliyyət göstərməsinin ümumi qanunları və dövlətin yaranması, inkişafı və fəaliyyət göstərməsinin xüsusi qanunları və ayrı-ayrılıqda alınan hər bir sinfi qanunu ("tarixi" termini tez-tez istifadə olunur) tip olduğunu göstərir. ”ifadələrini istifadə etdi. Digərləri yazırlar ki, dövlət və hüquq nəzəriyyəsinin mövzusu "sinif cəmiyyətinin hərəkətinin müxtəlif tarixi mərhələlərində dövlətin və qanunun yaranması və inkişafının müntəzəm prosesi, dövlət və hüququn mahiyyəti, məzmunu, forma və funksiyaları, dövlət və hüquq münasibətləri, qanunverici və hüquq mühafizə ..." .
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Elastiklik və plastiklik nəzəriyyəsi
Elastiklik və plastiklik nəzəriyyəsi Elmin müasir səviyyəsi real materialın bütün məxsusiyyətlərini nəzərə almaqla ümumi hesabat metodu verə bilmir. Ona görə də klassik elastikiyyət nəzəriyyəsi deformasiya olunan cisimlər üçün verilmiş xüsusi modelə əsaslanır bu model ideal elastiki cisimdir. Modelin aşağıdakı xassələrini qeyd edək. 1. Fərz edilir ki, ideal elastiki cisim tam elastikidir. Başqa sözlə, cismə təsir edən xarici nisbi qüvvələrin təsiri kəsildikdən sonra cisim öz forma və həcmini bərpa edə bilir. Cismin əvvəlki vəziyyətinə təbii vəziyyət deyilir. Bu zaman başlanğıc gərginlik nəzərə alınmır yəni, cisim yüklənmədikdə onda heç bir gərginlik vəziyyəti yaranmır. Başlanğıc gərginlik cismin yaranma tarixindən asılıdır. 2.
Elektrolit dissosiasiya nəzəriyyəsi
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır. Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir. Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.
Firma nəzəriyyəsi
Firma nəzəriyyəsi — firmanın, şirkətin və ya şirkətin mahiyyətini izah edən və proqnozlaşdıran bir sıra iqtisadi nəzəriyyələri, o cümlədən mövcudluğunu, davranışını, quruluşunu və bazarla əlaqəsini əhatə edir. Sadələşdirilmiş formada firma nəzəriyyəsi aşağıdakı suallara cavab verməyi hədəfləyir: Varlıq. Niyə firmalar yaranır? Niyə iqtisadiyyatdakı bütün əməliyyatlar bazarın vasitəçiliyi ilə həyata keçirilmir? Sərhədlər. Niyə məhsulların ölçüsü və çeşidi ilə əlaqəli firmalarla bazar arasındakı sərhəd dəqiqdir? Ölkə daxilində hansı əməliyyatlar aparılır və bazarda nə bağlanır? Təşkilat. Firmalar niyə iyerarxiya və ya mərkəzsizləşdirmə kimi xüsusi bir şəkildə qurulur? Rəsmi və qeyri-rəsmi münasibətlərin qarşılıqlı əlaqəsi nədir?
Gözlənən fayda nəzəriyyəsi
İqtisadiyyatda oyun nəzəriyyəsi, qərar vermə nəzəriyyəsi, gözlənən fayda nəzəriyyəsi — riyazi gözləntiyə alternativdir, qərar qəbul edərkən rasional oyunçu tərəfindən istifadə edilə bilən düsturdur. Rasional oyunçu — həll seçərkən müəyyən bir dəyəri (yaxşı) maksimuma çatdırmağa çalışır; seçilmiş qərar nəticəsində ortaya çıxan yaxşılığın riyazi gözləntisini belə bir kəmiyyət kimi istifadə etmək təbii görünür. Bununla yanaşı, təcrübə göstərir ki, real həyatda bir çox lotereya iştirakçısı daha az riyazi gözləntiləri olan, eyni zamanda daha az riskli bir həll yolu seçir. Məsələn, 0,2% (riyazi gözləmə 2 rubl) ehtimalı ilə min rubl almaq və ya 100% (riyazi gözləmə 1 rubl) ehtimalı ilə bir rubl almaq seçimi ilə qarşılaşdıqda, bir çox insan daha aşağı riyazi gözləməsinə baxmayaraq zəmanətli bir ödənişə üstünlük verəcəkdir. Bu davranışı təsvir etmək üçün gözlənilən yardım düsturu icad edilmişdir. 1947-ci ildə Con fon Neyman və Oskar Morgenşternin "Oyun nəzəriyyəsi və iqtisadi davranış" adlı kitabının ikinci nəşri gözlənilən faydalılıq nəzəriyyəsini təqdim edən ikinci nəşri olmuşdur. Yeni nəzəriyyə oyun nəzəriyyəsinə əlavə olaraq ortaya çıxdı. Oyun nəzəriyyəsinin iqtisadiyyatda tətbiq olunmasından bəhs edən kitabın giriş hissəsində müəlliflər iqtisadi nəzəriyyənin əsas müddəalarını ümumiləşdirir və malların faydalılığını qiymətləndirmək üçün yeni bir metod təklif edirlər — burada gözlənilən fayda nəzəriyyəsinin aksiomatikası təqdim edildi. 1948-ci ildə riyaziyyatçı Leonard Sevic və iqtisadçı Milton Fridmen risk münasibətləri nəzəriyyəsini inkişaf etdirdilər. İnsanları iki növə böldülər: riskə qarşı (lotereyaları, qumar oyunlarını, riskli investisiyaları sevənlər) və riskdən çəkinənlər.
Günəş Dil Nəzəriyyəsi
Günəş Dil Nəzəriyyəsi (türk. Güneş Dil Teorisi) — türkcənin dünya tarixindəki ilk dillərdən biri olduğunu müdafiə edən dilçilik nəzəriyyəsi. Nəzəriyyə 1930-cu illərdə Mustafa Kamal Atatürk tərəfindən dəstəklənildi və inkişaf etdirildi, ancaq dilçilər tərəfindən qəbul edilmədi və qısa müddətdə əhəmiyyətini itirdi.
Hüceyrə nəzəriyyəsi
Hüceyrə nəzəriyyəsi — canlı aləmin: bitkilərin, heyvanların və digər canlı orqanizmlərin yaranma və inkişafının ümumqəbulolunmuş və məxrəcləşdirilmiş prinsiplərini əhatə edən, hüceyrənin hər bir canlı orqanizmin təşkil olunduğu toxumaların vahid struktur elementi olduğunu sübut edən bir nəzəriyyə. Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Şvann Teodor, Mattias Yakob Şleyden və tərəfindən hüceyrə üzərində aparmış olduqları təcrübə və müşahidələr əsasında qoyulmuş olmuşdur. Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Sonralar bu qənaət orqanizmin tamlığını bir daha təsdiqləmişdir. Şvann Teodor və Mattias Yakob Şleyden elmə "hüceyrəsiz həyat yoxdur" ifadəsini gətirmişlər. Müasir hüceyrə nəzəriyyəsi aşağıdakı əsas prinsipləri özündə birləşdirir: Hüceyrə — canlı orqanizmin quruluş, həyat, böyümə və inkişaf vahididir, "hüceyrəsiz həyat yoxdur";. Hüceyrə — tamlığı bir çox elementlərin bir-biri ilə qanunauyğun şəkildə əlaqələrindən ibarət olan vahid sistemdir; Bütün orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və funksiyasına görə oxşardırlar; Hər bir hüceyrənin bölünməsindən yeni hüceyrələr əmələ gəlir; Çoxhüceyrəlilərdə hüceyrələr toxumaları və toxumalar isə öz növbəsində orqanizmləri təşkil edir. Hər bir orqanizmin həyatı onu təşkil edən hüceyrələrin həyatından asılıdır; Çoxhüceyrəli orqanizmlərin hüceyrələri özünəməxsus gen dəstinə malik olur ki, bu da onların morfoloji və funksional müxtəliflikliyini təmin etmiş olur.
Hüququn tənzimləyici nəzəriyyəsi
Hüququn tənzimləyici nəzəriyyəsi — tərəfdarlarının bütün ölkə üçün vahid bir nizamı qorumaq üçün qurulduğuna inanan qanunun mənşəyi nəzəriyyələrindən biri. Nəzəriyyə Asiya ölkələrində və Rusiyada yayılmışdır. Hüququn tənzimləyici nəzəriyyəsi gələcəyə baxan bir nəzəriyyədir. Qanunun sonrakı inkişafında əldə edəcəyi xüsusiyyətləri əks etdirir. Nəzəriyyə sifarişə əsaslanır (kompleks konsepsiya kimi). "Tənzimləmə nəzəriyyəsinin üstünlükləri:" tarixi faktlarla və tarixin inkişafı ilə koordinasiya; tarixi mənbələrə güvənir; "Tənzimləmə nəzəriyyəsinin mənfi cəhətləri:" maksimalizm; tək tənzimləmə vasitəsi qanun deyil Чепурнова Н. М., Серёгин А. В.. ТЕОРИЯ ГОСУДАРСТВА И ПРАВА: Учебное пособие. – М.: ЕАОИ, 2007., 2007. Головистикова А. Н., Дмитриев Ю. А. Теория государства и права: Учебник.-М.: Изд-во Эксмо, 2005 Кашанина Т. В. Происхождение государства и права. Учеб.
Həndəsi qurmalar nəzəriyyəsi
Həndəsi qurmalar nəzəriyyəsi — həndəsənin müəyyən alətlərin köməyi ilə həndəsi fiqurların qurulması üsullarını öyrənən bölməsidir. Həndəsi qurmalar təkcə, Evklid həndəsəsində deyil, digər həndəsələrdə də (sferik həndəsədə, proyektiv həndəsədə, Lobaçevski həndəsəsində və s.) öyrənilir. Həndəsi qurmalar təkcə müstəvi üzərində deyil, fəzada da baxılır. Həndəsi qurmalar üçün işlədilən klassik alətlər pərgar və xətkeşdir (bölgüsü olmayan birtərəfli xətkeş). Buna baxmayaraq, digər alətlərin köməyi ilə də həndəsi qurmalara baxılır. Məsələn, yalnız pərgarın köməyi ilə (Mor-Maskeroni qurmaları), müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, təkcə, xətkeşin köməyi ilə (Şteyner qurmaları) qıraqları paralel olan ikitərəfli xətkeşlə, üçbucaq xətkeşlə (düzbucaqlı üçbucağın modeli) və s. alətlərin köməyi ilə həll edilən həndəsi qurmalar var. Müstəvi üzərində və fəzada bütün həndəsi qurmalar qurmanın postulatlarına (konstruktiv həndəsənin askiomları), yəni sadə, elementar qurmalara əsaslanır. Əgər verilmiş qurma məsələsi sonlu sayda elementar qurmalara gətirilirsə, bu qurma məsələsi həll olunmuş hesab olunur. Təbiidir ki, hər bir qurma alətinin özünün konstruktiv gücü var.
Kainatın böyüməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Kainatın genişlənməsi nəzəriyyəsi
Kainatın daim böyüməsi — xüsusi nəzəriyyə. Kainat həm məkan həm zamanda sonsuz olduğuna görə, inkişaf daim kəmiyyət keyfiyyət dəyişikliyi kimi baş verir. Mövcud kainatın hüdudlarından qırağa iki yolla çıxmaq olar. Birinci tanrı vasitəsilə. İkincisi isə kainatın öz məzmununu artırmaqla, yəni onu öyrənməklə, onun bugünkü hüdudlarından qırağa çıxmaq olar. Zariyat surəsi / 47'ci ayə : "Göyü qüdrətlə yaratdıq, və onu genişləndirməkdəyik Subyektiv fəlsəfəyə görə biliklər real dünyanın əksi deyil, real dünya biliklərin əksidir. Yəni real dünya biliklərin proyeksiyasıdır. Belə çıxır ki səbəb mütləq biliklərdi , nəticə isə kainat ya da ki onun hələlik tam olmaması. Obyektiv fəlsəfəyə görə isə biliklər real dünyadan qaynaqlanır. Bu isə o deməkdir ki biliklər, daha doğrusu onların hələlik tam olmaması, nəticədir, mütləq dünya isə səbəb.
Keyns iqtisadi nəzəriyyəsi
Keyns iqtisadiyyatı (Keynsçilik də adlanır) Con Meynard Keynsin iqtisadiyyat nəzəriyyələrini təsvir edir. Keyns “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” kitabında öz nəzəriyyələri haqqında yazmışdır. Kitab 1936-cı ildə nəşr edilmişdir. 1936-cı ildə “Məşğulluq, faiz və pullar haqqında ümumi nəzəriyyə” (ing. The General Theory of Employment, Interestand Money) kitabı nəşr edildikdən sonra Con Meynard Keynsin adı iqtisadi çökmə zamanı resessiya ilə mübarizədə vergi və büdcə stimullaşdırılması ideyası ilə əlaqələndirildi. Bu ideya İkinci dünya müharibəsindən sonra 30 il müddətində elə məşhurluq qazanmışdı ki, ABŞ prezidenti Riçard Nikson 1971-ci ildə bildirmişdi ki, “biz artıq hamımız Keynsçiyik”. 1980-1990-cı illərdə Keynsin ideyaları öz cəlbediciliyini itirməyə başlasa da, 2007-2009-cu illərin maliyyə böhranı zamanı yenidən xatırlandı. Bununla yanaşı, Keynsin ideyaları nə qədər sadə və inandırıcı olsa da, kəskin mübahisələrə səbəb olurdu. Hələ 1960-cı illərdə alimin fikirləri onun tərəfdarları arasında belə fikir ayrılığına səbəb olurdu. Keynsin əsas yaraddığı nəzəriyyə bir çox ədəbiyyatlarda İqtisadi tsikllər nəzəriyyəsi adı ilə məşhurdur.
Kimyəvi quruluş nəzəriyyəsi
Quruluş nəzəriyyəsi və ya Butlerov nəzəriyyəsi — 1861-ci ildə məşhur rus kimyaçısı A.M.Butlerov tərəfindən kəşf edilmişdir. Quruluş nəzəriyyəsi radikal və tiplər nəzəriyyəsinin müsbət cəhətlərindən və valentlik qanunundan istifadə edərək, o vaxta qədərki məlum faktları düzgün izah etmiş, naməlum faktları və maddələri də qabaqcadan bilmişdir. Bu nəzəriyyəyə görə: Üzvi birləşmələrdə karbon dördvalentlidir və karbon valentlərinin dördü də eyni qiymətlidir; karbon atomları başqa atomlarla birləşə bildiyi kimi, bir-birlədə birləşərək uzun karbon zəncirləri əmələ gətirir. Karbon atomları bu zəncirlərin əmələ gəlməsinə öz valentlərinin bir qismini sərf edir, karbonun qalan valentləri isə hidrogen, oksigen və başqa atomlarla birləşməyə sərf olunur. Başqa atomlardan fərqli olaraq, karbon atomlarının zəncirləri davamlı olur; maddələrin molekullarında, atomlar arasinda müəyyən kimyəvi əlaqə vardır ki, A.M.Butlerova görə, bina kimyəvi quruluş deyilir. Hər bir kimyəvi maddəni yalnız ona məxsus bir quruluş formulu ilə ifadə etmək olar; maddənin kimyəvi xassəsi onun molekulunun tərkibindən və kimyəvi quruluşundan asılıdır; eyni molekul çəkili və eyni tərkibli maddələrin müxtəlif kimyəvi quruluşda olması izomerlik hadisəsini törədir; ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir, buna görə də reaksiya məhsullarını öyrənməklə maddələrin kimyəvi quruluşunu müəyyən etmək olar; molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi (reaksiya qabiliyyəti) onların molekuldakı mövqeyindən asılıdır. Bu xassələrin dəyişməsi, əsasən, həmin atomla bilavasitə birləşən qonşu atomların təsiri ilə izah olunur. A.M. Butlerovun quruluş nəzəriyyəsi əsasında maddələrin quruluş formulunu müəyyən etmək asandır. Bu nəzəriyyəyə əsasən, aşağıdakı bəzi üzvi birləşmələrin quruluşu verilir. Qeyd etmək lazımdır ki quruluş nəzəriyyəsi molekulların fəza quruluşunu nəzərə almır.
Kino nəzəriyyəsi
Kino nəzəriyyəsi — tarixən daim inkişaf edən kino mühitinin rəsmi əsas atributlarını şübhə altına almaqla başlayan və ya filmin gerçəkliyə olan münasibətini anlamaq üçün konseptual çərçivələri təmin edən və kino araşdırmalarının akademik intizamı daxilindəki elmi yanaşmaların məcmusu. Digər sənətlər, fərdi tamaşaçılar və ümumilikdə cəmiyyət. Kino nəzəriyyəsi bu üç fənni bir-biri ilə əlaqələndirsə də, ümumi kino tənqidi və ya kino tarixi ilə qarışdırılmamalıdır. Kino nəzəriyyəsi dilçilikdən və ədəbi nəzəriyyədən qaynaqlanaraq yaranmışdır və film fəlsəfəsi ilə üst-üstə düşür. Erkən kino nəzəriyyəsi səssiz dövrdə ortaya çıxıb və əsasən mühitin vacib elementlərini müəyyənləşdirməklə maraqlanırdı. Kino nəzəriyyəsi, əsasən Cermen Dulyak, Lui Dellyok, Jan Epşteyn, Sergey Eyzenşteyn, Lev Kuleşov və Dziqa Vertov kimi rejissorların əsərləri və Rudolf Arnheim, Bela Balass və Sieqfried Krakauer kimi kino nəzəriyyəçiləri tərəfindən inkişaf etdirildi. Bu mütəfəkkirlər filmin reallıqdan nə ilə fərqləndiyini və bunun düzgün bir sənət forması sayıla biləcəyini vurğuladılar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə fransız kino tənqidçisi və nəzəriyyəçisi Andre Bazin kinoya belə yanaşmaya qarşı çıxaraq, filmin mahiyyətinin reallıqdan fərqli olmasında deyil, reallığın bir növ davamı, mexaniki olaraq çoxalma qabiliyyətində olduğunu iddia etdi. 1960–1970-ci illərdə kino nəzəriyyəsi psixoanaliz, genderşünaslıq, antropologiya, ədəbi nəzəriyyə, semiotika və dilçilik kimi müəyyən fənlərdən konsepsiyalar idxal edən akademiyalarda yerləşdi. Lakin, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərinə qədər kino tədqiqatlarında üstünlük təşkil edən və film yazmaq, istehsal, redaktənin praktiki elementlərinə yönəlmiş hökmranlıq edən humanist, avtoritet nəzəriyyəni yerindən qaldırmaqla Amerika universitetlərində məşhurlaşdı.
Klonal seleksiya nəzəriyyəsi
Klonal seleksiya nəzəriyyəsi — Qazanılmış immun sisteminin işləmə mexanizmini izah edən immunoloji nəzəriyyədir. Bu nəzəriyyə Avstraliyalı həkim Frenk Makfarleyn Börnet tərəfindən 1957-ci ildə irəli sürülmüşdür. Bu nəzəriyyəyə görə orqanizmin milyardlarla limfositləri milyonlarla klonları əmələ gətirir. Limfositlərin inkişafı zamanı hər bir klonun hüceyrələri (klon-ailəcik deməkdir) genetik gəhətcə yalnız müəyyən bir quruluşlu antigenbirləşdirən reseptorun sintezi üçün proqramlaşdırılır. Yəni klonlar bir birilərindən səthlərindəki bu reseptorlara görə fərqlənirlər. Klon daxilindəki hüceyrələr isə eyni reseptorlara malikdirlər. Ona görə də , orqanizmdə hazır şəkildə, antigenlə qarşılaşmaqdan asılı olmayaraq , milyonlarla müxtəlif reseptorlar mövcuddurlar. Buna antigenbirləşdirən reseptorlar repertuarı deyilir. Adi, normal halda klon daxilindəki hüceyrələrin miqdarı cüzi olduğundan, onlar orqanizmə düşmüş antigenə qarşı adekvat (müvafiq) immunoloji reaksiya yarada bilmirlər. Antigenin müvafiq klonlarla tutulması və antigen-reseptor kompleksinin yaranması həmin klonların hüceyrələrini aktivləşdirir.
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi
Kolbun təcrübəli öyrənmə nəzəriyyəsi (ing. Kolb's experiential learning) — 1984-cü ildə Devid Kolb tərəfindən modeli açıqlanan öyrənmə nəzəriyyəsi. O, bu nəzəriyyəsini ortaya atarkən Berlində psixoloq olan Kurt Levinin yanaşmalarından ilhamlanıb. Təbrübəli öyrənmə nəzəriyyəsi bir şəxsin bacarıq və iş öhdəliklərinin ölçülməsi və dəyərləndirilməsini əhatə edən metoddur. Bu nəzəriyyə iki səviyyədə dəyərləndirilir: dördmərhələli öyrənmə periodu və dörd fərqli öyrənmə metodu. Kolbun nəzəriyyəsi təcrübə, qavrayış, idrak davranışı özündə birləşdirən yanaşmaya sahibdir. Öyrənmə periodu konkret təcrübə, reflektiv müşahidə, mücərrəd konseptləşdirmə və aktiv təcrübələr mərhələsini əhatə edir. Bu metoddan istifadə edən şəxs period boyunca irəlilədikcə təsirli nəticə əldə edir. Öyrənən şəxs məntiqə uyğun olaraq periodun istənilən bir məhələsindən qoşularaq onu davam etdirə bilər. İlk mərhələ öyrənən şəxsin yeni bir anlayışla qarşılaşdığı və ya bildiyi bir anlayışı təkrar mənimsədiyi zaman ortaya çıxan konkret təcrübədir.
Konspirasiya nəzəriyyəsi
Konspirasiya nəzəriyyəsi (və ya daha öncə konspirologiya - ing. conspiracy theory və q.yun. λόγος, loqos) ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən gizli saxlandığı iddia edilən məlumatlarla və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. Bəziləri konspirasiya nəzəriyyələri çıxaran kəsləri paranoik, diqqəti cəlb etməyə çalışan ya da səhv istiqamətləndirmələrlə cəmiyyəti yanıldaraq bundan siyasi, iqtisadi (ya da mediatik) çıxar təmin etməyə çalışan kəslər olaraq görür və iddiaları gülünc və əhəmiyyətsiz qəbul edirlər. Kənar yandan bu tip iddialar məşhur mədəniyyət sahəsində hər vaxt özünə yer tapa və diqqəti cəlb etməyi bacara bilmişdir. Konspirasiya nəzəriyyəsinin daha əvvəlki dövrlərdə konspirologiya (ing. conspirology) adlandırılması da təsadüfi deyil. Belə ki, konspirologiyaya həqiqətən də ciddi bir elm kimi baxan dönəmlər olub. Mişel Fuko iddia edirdi ki, hələ XVI əsrdə bir şeyin və ya səbəbin üst-üstə düşməsi və işarəsi dünyanın harmoniya və ardıcıllığının sübutu hesab edilirdi. Lakin 19-cu əsrdən başlayaraq işarələr arasında əlaqə axtarmağı pis və xoşagəlməz hala gətirdilər.
Koqnitiv dissonans nəzəriyyəsi
Koqnitiv dissonans — psixologiya nəzəriyyəsi. Amerika psixoloqu Leon Festinger tərəfindən 1957-ci ildə təklif olunmuşdur. Bu nəzəriyyəyə görə şəxs iki, bir birinə əks pozisiyanın və ya dərk edərək (cognition – koqnisiya) qəbul etdiyi ideyanın təsiri altındadırsa bu onda psixoloji gərginlik yaradır. Başqa sözlə, insan bir işi istəməyərək, şüurlu surətdə bu hərəkətlə razılaşmayaraq görürsə və ya istəyərək gördüyü işin doğru olmadığını bilirsə bu, onu narahat edir. Məsələn, nikotinin sağlamlığa zərər vurduğunu bilə bilə siqaret çəkmək, köklüyə meylli adamın, çəkisini artıracağını bildiyi halda çox yeməsi, şəxsin, imtahana hazırlaşmayacağı təqdirdə kəsiləcəyini bildiyi halda kənar, əyləncəli işlərə daha cox həvəs göstərməsi. Sadalanan hallarda insanın düzgün hesab etdiyi baxışla (pozisiya) onun hərəkəti və ya istəyi arasında uyğunsuzluq (dissonans) mövcuddur. Bu isə insanın şüurunda gərginlik, sıxıntı yaradır. Bir birinə uyğun gəlməyən iki pozisiyanın təsiri altında olan şəxs üzləşdiyi dilemmanı həll etmək və onu narahat edən gərginliyi azaltmaq üçün üç növ davranışdan istifadə edir: bu pozisiyalardan birini dəyişmək (məsələn, əylənməyi sonraya saxlayıb imtahana hazırlaşmaq); dissonans təşkil edən pozisiyalar barədə əvvəl qəbul etdiyi mühümlüyün azaldılması (məsələn, əgər imtahandan birinci dəfə qiymət almasa, ikinci cəhd imkanından istifadə edə bilmə fikri); bu iki pozisiyanı barışdıran mövqe tutulması (məsələn, əvvəl verilmiş imtahanlardan sonra istirahət etmə haqqının olması). A. Colman. Oxford Dictionary of Psychology.
Kristal sahə nəzəriyyəsi
Kristal sahə nəzəriyyəsi — mahiyyətcə kimyəvi rabitənin klassik nəzəriyyəsinə yaxın olub, kompleksəmələgətirici ilə liqandlar arasında yalnız elektrostatik qarşılıqlı təsiri qəbul edir. Kristal sahə nəzəriyyəsinin riyazi hesablamaları ilk dəfə 1929-cu ildə alman alimi Bete tərəfindən aparılmışdır. Klassik təsəvvürlərdən fərqli olaraq, kristal sahə nəzəriyyəsində liqandların kompleksəmələgətiricinin elektronlarına təsiri nəzərdə tutulur. başqa sözlə, kristal sahə nəzəriyyəsi kompleksəmələgəlmə prosesi ilə əlaqədar olaraq bütün hadisələri kompleksəmələgətiricinin sərbəst ionlarının (məsələn, Co3+, Fe2+ və s.) liqandların elektrostatik sahəsinə düşməsi zamanı elektron təbəqələrində gedən dəyişikliklə izah etməyə çalışır. Müəyyən edilmişdir ki, kompleks birləşmələrdə liqandların elektrostatik sahəsi, bərk maddələrin kristal şəbəkələrini təşkil edən ionların yerləşdiyi elektrostatik sahə ilə tamamilə oxşardır. Məsələn, [Fe(CN)6]4--də Fe2+ ionu altı liqandın elektrostatik sahəsi təsirində olduğu kimi, NaCl-in kristal şəbəkəsində Na+ ionu da altı Cl- ionun elektrostatik sahəsində yerləşir. Həm də hər iki halda fəza mərkəzində müsbət yüklü ion yerləşən oktaedr əmələ gəlir. Beləliklə, kompleks birləşmələrdə kompleksəmələgətirici ionun vəziyyəti ilə kristal şəbəkələrində müsbət ionların vəziyyəti arasında belə oxşarlığın mövcudluğuna əsasən kompleks birləşmələrin tədqiqi ilə məşğul olan bu nəzəriyyə kristal sahə nəzəriyyəsi adını almışdır. Liqandların yaratdığı sahə qüvvətli olduqda Δ qiyməti də böyük olur. Liqandların sahəsi ilə Δ qiymətinin arasındakı emprik asılılıq aşağıdakı kimidir: I− < Br− < S2− < SCN− < Cl− < NO3− < N3− < F− < OH− < C2O42− < H2O < NCS− < CH3CN < py < NH3 < en < bipy < phen < NO2− < PPh3 < CN− < CO Δ qiyməti artır.

Digər lüğətlərdə