NASOS

Rus dilindən keçib, сосать (sormaq) feili əsasında əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

NARŞƏRAB
NASTURAN
OBASTAN VİKİ
Nasos
Nasos və ya Tulumba - qaz və ya suların təzyiqlə sorulması və püskürdülməsi üçün qurğudur. İşləmə prinsipinə görə nasosların porşenli, oxlu, rotorlu və s. kimi müxtəlif növləri vardır. Nasosun ixtirası qədim zamanlar gedib çıxır. İlk yanğınsöndürmək üçün Ktesibios tərəfindən ixtira edilmiş porşenli nasos I əsrə aid edilir. Arximed vintini də nasos kimi təsəvvür etmək olar. Orta əsrlərdə nasoslar müxtəlif hidravlik maşınlarda tətbiq edilir. Renesans dövründə bir çox alimlərin işlərində başqa maşınıarla bərabər nasosların da təsviri geniş yer alır. Leonardo da Vinçinin işlərində də müxtəlif nasoslardan bəhs olunur. İlk spiral gövdəli və dörd pərli mərkəzdənqaçma nasosunu fransız alimi Papin təklif etmişdir.
Nasos (bürc)
Nasos (latınca: Antlia) göyün cənub yarımkürəsində bürc. Ən parlaq ulduzu 4-cü vizual ulduz ölçülüdür. Azərbaycandan görünür.
Benzin nasosu
Benzin nasosu (БЦН-1, БЦН-2) — mərkəzdən qaçma prinsipi ilə işləyən, bəzi tankların və digər texnikaların (məsələn: Т-64, Т-72, БМП-1,2) yanacaq sistemində istifadə edilən nasos . Funksiyası çoxyanacaqlı dizel mühərrikini işini yüngül yanacaqla təmin etməkdir.
Mərkəzdənqaçma nasosu
Mərkəzdənqaçma nasosu ən geniş yayılmış nasos növüdür. Bu nasoslar həm soyuq, həm də isti halda olan suların, özlülüyü yüksək olan və aşındırıcı mayelərin, suyun qruntla, torfla, şlakla və s. bərk hissəciklərlə qarışığını nəql etmək üçün tətbiq olunur. Mərkəzdənqaçma nasosunun ümumi təsviri şəkildə verilmişdir. Bu nasoslar üçün mayenin fasiləsiz axması səciyyəvidir. Nasosun işçi üzvü üzərində pərlər bərkidilmiş rotordan ibarətdir. Rotor fırlanan valda oturdularaq çox hallarda bir başa elektrik mühərriki ilə əlaqələndirilir. Fırlanan rotorun pərləri mühərrikin enerjisini mayeyə verərərək mayedə təzyiq yaradır. Mühərrikin gövdəsinin orta hissəsində təzyiq kənarlarına nisbətən aşağı olduğundan mərkəzdənqaçma qüvvəsinin hesabına) maye girişdən çıxışa doğru hərəkət edir. Nasosun işçi çarxı həm bir tərəfli, həm də ikitərəfli hazırlana bilir.
Nasoslu
Hacı Zeynalabdin — Azərbaycan Respublikasının Sumqayıt şəhər inzibati ərazi vahidində qəsəbə. Qəsəbə Sumqayıt şəhərindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Sumqayıt şəhərinin Nasoslu qəsəbəsi Hacı Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti adlandırılmışdır. Qəsəbə ərazisində ilk yaşayış məskəni "Təkə qumu" deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olmuşdur. 1907-ci ildə Zaqafqaziya dəmiryolunun salınması ilə əlaqədar olaraq Kiçik Pirəkəşkül kəndinin yaxınlığında dəmiryol stansiyası tikilmişdir. Qəsəbənin salınmasının əsası Şollar su kəmərinin çəkilişi ilə bağlıdır. Neft maqnatı, mesenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanın şimalından 1907-ci ildə Şollar su kəmərinin çəkilişinə başlanılmış və 1917-ci ildə başa çatdırılmışdır. Qəsəbənin yerləşdiyi əraziyə içməli su öz axarı ilə gəlmiş və Bakı şəhərinin coğrafi relyefi yüksəklikdə olduğuna görə suyun Bakıya ötürülməsi üçün Almaniyadan nasoslar gətirilərək qəsəbədə quraşdırılmışdır. O gündən etibarən qəsəbə "Nasoslu" (rus. Насосный) olaraq adlandırılmışdır.
Nasoslu silah
Nasoslu silah, istifadə edilmiş olan bir döyüş sursatının gilizini çıxarmaq və yeni bir döyüş sursatını atəş açmağa uyğunlaşdırmaq üçün bir irəli və geriyə hərəkət etdirmək mexanizmi ilə işləyən bir silahdır. Yenidən yükləmə zamanı tətiyin buraxılmasını tələb etmədiyindən, qurmalı silahdan və manivelalı silahlardan daha sürətlidir.
Nasosnı aviabazası
Nasosnı aviabazası — Azərbaycan Respublikasının Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Burada 1940-cı ilin aprel ayından 1941-ci ilin aprel ayınadən 25-ci qırıcı aviasiya polku yerləşirdi. Əsasən İ-15bis və İ-16 təyyarələri istifadə edilirdi. 1945-ci ildən 1992-ci ilə qədər burada ayına kimi burada 82-ci qırıcı aviasiya polku yerləşdirilmişdir. Bazanın hədəfi neft buruqlarının təhlükəsizliyini təmin etmək olmuşdur. Burada vaxtı ilə aviatəmir zavodu olmuşdur (MiQ-25 qırıcıları üçün). 1977-ci ilin yazı 82-ci qırıcı aviasiya polkunun baş leytenantı MiQ-25 təyyarəsi ilə dənizə düşmüşdür. Nəticədə baş leytenant Peleşenko həlak olmuşdur. 1977-ci ilin payızı 82-ci qırıcı aviasiya polkunun baş leytenantı Rəhimov yüksəkliyi düzgün müəyyən etməməsi səbəbindən enərkən qəzaya uğramışdır. Təyyarəçi həlak olmuşdur.
Neft Sənayesində Ştanqsız Nasoslar (1962)
Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
İmpeller nasosu
İmpeller nasosu pərli çarxları (impeller) elastiki materialdan hazırlanmış nasosdur. İmpeller gövdə daxilində eksentrik oturdulduğundan fırlanma zamanı pərlərin vəziyyətindən asılı olaraq iki pər arasında qalan boşluq müxtəlif olur. Şəkildən göründüyü kimi, girişdən daxil olan maye pərlər arasında qalaraq sıxılır və beləliklə mayedə təzyiq artır. İmpeller döndükdə isə maye çıxışa tərəf hərəkət etdirilir və çıxışa çatdıqda böyük təzyiqlə çıxış borusuna daxil olur. Beləliklə mayenin nəqli baş verir. İmpeller əsasən gəmilərin mühərriklərinin soyudulmasında tətbiq olunur. Dəniz suyu sorularaq mühərrikin soyutma dövrəsinə vurulur, mühərrikdə istilik mübadiləsi baş verdikdən sonra qızmış su yenidən dənizə axıdılır. İmpeller mühərrikinin üstün cəhəti ondan ibarətdir ki, bu nasos özüsorandır. Nasosun hissələri bir-biri ilə kip birləşdirildiyindən o, havanın sorulmasına da imkan verir. Əliyev, R.R. Maşınqayırma leksikonu.
Şprits nasosu
Şprits nasosu (ing. Syringe driver, alm. Spritzenpumpe‎) — müasir təbabətdə geniş tətbiq olunan tibb ləvazimatı. Onun vasitəsilə venadaxili inyeksiya üçün dərman məhlullarını, zaman üzrə dozalamaq mümkündür. Tibbi dildə ona perfyuzor da deyilir. İlk dəfə 1951 ci ildə Dr. Hess tərəfindən icad edilmişdir. Halhazırda klinikalarda tətbiq edilən cihaz “B. Braun Melsungen” firması tərəfindən istehsal edilmişdir. Müasir şprits nasoları nano texnologiya əsasında istehsal olunurlar. Belə şprits nasoları yaddaşa, hesablama, dərman məhlullarını bazal sürətlə yaxud bolyusla inyeksiya etmək qabiliyyətinə və müşahidə monitoruna malikdirlər.

Digər lüğətlərdə