Neft anbarı

nefti və onun emal məhsularını saxlamaq üçün rezervuar və ya rezervuar sistem. Yerüstü, yarıyeraltı və yeraltı növləri var. Yerüstü N.a. adətən metaldan olub, silindrik (şaquli, üfiqi) sferik və damşəkili formada hazırlanır. Açıq rəngli neft məhsuları xüsusi konstruksiyalı polad rezervuarlarda saxlanılır. Yarıyeraltı N.a.-nı adətən dəmir-betondan (tutumu 500-30000 m3) hazırlayırlar. Konstruksiyası silindrik və düzbucaqlı, həmçinin xəndək tipli olur. Yeraltı N.a.-ından (100 m və daha dərinliklərdəki daş duz çöküntülərində yerləşdirilir) adətən benzin, dizel yanacağı və kerosin kimi neft məhsularını müvəqəti saxlamaq üçün istifadə edirlər. N.a.-nın yaranma tarixi Bakıda neft sənayesinin inkişafı ilə əlaqədar olub.
Neft
Neft bazası