NEFTAYIRMA

I. i. oil-refining

II. s. oil-processing, oil-refining; ~ sənayesi oil-processing / oil-refining industry

NEFTAYIRAN
NEFTÇIXARMA
OBASTAN VİKİ
Ufa Neftayırma Zavodu
«Ufa Neftayırma Zavodu» — Ufa şəhərində yerləşən, neft emalını həyata keçirən zavod. Zavodun tikintisinə 1935-ci ildə başlanılır. Zavodun rəsmi açlışı isə 1937-ci ildə baş tutur. 1936-cı ildə açılmış İşimbay Neftayırma zavodundan sonra fəaliyyətə başlayır. 1938-ci ildə zavod 117 ton benzin istehsal edir. 1939-cu ildə zavodun birinci mərhələsinin tikintisini başa çatdırılmışdır. 1940-cı illərin sonlarına kimi ikinci mərhələ (birləşmiş termal krekinq qurğusu, asfalt zavodu) və üçüncü mərhələ (qazlaşdırma, polimerləşmə, hidrogenləşdirmə) istifadəyə verilmişdir. Böyük Vətən müharibəsi zamanı cəbhəni yanacaqla təmin edirdi. Müharibədən sonra zavodda katalitik krekinqanın, yanacaqların hidrotreatmentinin, alüminosilikat katalizatorunun istehsalının sənaye yeni texnoloji proseslərinin mənimsənilməsi həyata keçirilir. 1959-cu ildən yüksək kükürdlü neftin emalı gerçəkləşdirilir.
Bakı neftayırma zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) — keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır. Hazırda bu, Azərbaycanda gündə təxminən 120 000 barel (19 000 m3) emal olunmuş məhsul istehsal etmək gücündə olan yeganə neft emalı zavodudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən idarə olunur. == Haqqında == Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir. Zavodun əvvəlki adları: — Stalin adına zavod — Qarayev adına zavod — KP XXII Toplantısı adına Neftayırma Zavodu — Vladimir İlyiç adına Yeni Bakı Neftayırma Zavodu — "AzərNeftYanacaq" İB — Heydər Əliyev adına Bakı Neftayırma Zavodu 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Neftayırma Müəssisəsinin Ümumzavod Təsərrüfatı (1985)
Neftayırma müəssisəsinin ümumzavod təsərrüfatı (film, 1985)
Neftayırma və Neft-Kimyada Mikroproseslərdən İstifadə olunması (1984)
Kinolentdə neftayırma və neft-kimyada mikroproseslərdən istifadə olunması və bunun əhəmiyyəti haqqında danışılır. Film Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Vyaçeslav Mixaylov Ssenari müəllifi: Leonid Tahirov Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Neftayırma və neft-kimyada mikroproseslərdən istifadə olunması (film, 1984)
Kinolentdə neftayırma və neft-kimyada mikroproseslərdən istifadə olunması və bunun əhəmiyyəti haqqında danışılır. Film Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun sifarişi ilə çəkilmişdir. Rejissor: Vyaçeslav Mixaylov Ssenari müəllifi: Leonid Tahirov Operator: Nemət Rzayev Səs operatoru: Şamil Kərimov Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Neftayırmanın Yeni Kompleksi Fəaliyyətdədir (1976)
Filmdə Bakıdakı neftayırma zavodunda yeni qurğunun — "ELOUAVT-6" kompleksinin işə salınmasından və onun fəaliyyətindən danışılır.
Neftayırmanın yeni kompleksi fəaliyyətdədir (film, 1976)
Filmdə Bakıdakı neftayırma zavodunda yeni qurğunun — "ELOUAVT-6" kompleksinin işə salınmasından və onun fəaliyyətindən danışılır.

Digər lüğətlərdə